Məhkəmə qərarları › İş №e-2-2(4-12)-152/2026

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-12)-152/2026

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(4-12)-152/2026 26.02.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı CavabdehMəhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: müqavilə üzrə xidmət haqqının ödənilməsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlu İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdehnə (bundan sonra mətndə Cavabdeh MMC) qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla 2600,71 (iki min altı yüz manat yetmiş bir qəpik) manat məbləğində xidmət haqqı, borcun ödənilmədiyi bütün müddət üçün 780,2 (yeddi yüz səksən manat iyirmi qəpik) manat məbləğində dəbbə pulu, 500 (beş yüz) manat məbləğində hüquqi yardım xərci və 54 (əlli dörd) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinə texniki xidmət və təmir haqqında C- 152-S-İM-21 nömrəli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin nəqliyyat vasitələrinə texniki və təmir xidmətlər göstərilmişdir. Göstərilmiş xidmətlərlə bağlı müvafiq elektron qaimə və zəruri olan digər sənədlər tərtib edilərək cavabdehə təqdim edilmişdir. Müqavilənin 5.7-ci maddəsinə əsasən göstərilmiş xidmətlərin dəyəri elektron qaimənin cavabdehə verildiyi gündən 10 (on) gün ərzində icra edilməlidir. Lakin cavabdeh elektron qaimənin ona verilməsinə baxmayaraq İddiaçı MMC -yə heç bir ödəniş etməmişdir. Hazırda göstərdikləri texniki və təmir xidmətlərinə görə cavabdehin İddiaçı MMC-yə 2600,71 (iki min altı yüz manat yetmiş bir qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdehlə aparılmış danışıqlar heç bir nəticə vermədiyi üçün İddiaçı MMC xx.xx.2026-cı il tarixində borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh nə pretenziyaya münasibət bildirmiş, nə də ödəməli olduğu borcunu ödəməmişdir. Bu isə İddiaçı MMC-nin hüquqlarını pozduğu üçün onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinə texniki xidmət və təmir haqqında C-152-S-İM-21 nömrəli müqavilənin 5.8-ci maddəsinə əsasən “Sifarişçi” xidmət haqqının ödənişini gecikdirirsə ödənişi gecikdirdiyi hər bir gün üçün gecikdirilmiş məbləğin 0,1% miqdarında dəbbə pulu ödəməlidir və dəbbə pulunun miqdarı ödənilməli olan məbləğin 30%-dən artıq ola bilməz. Cavabdeh isə göstərilmiş xidmətlərin dəyərini təşkil edən 2600,71 (iki min altı yüz manat yetmiş bir qəpik) manat məbləğində pulun ödənişini uzun müddət gecikdirmişdir. Hesablanmış dəbbə pulunun məbləğin 2031,54 (iki min otuz bir manat əlli dörd qəpik) manat təşkil etsə də müqavilənin 5.8-ci maddəsinə əsasən biz həmin məbləğdən 780,2 (yeddi yüz səksən manat iyirmi qəpik) manat məbləğində olan hissəni cavabdehdən tələb edirlər.

3. Məhkəmə tərəfindən cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 10 iş günü ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Sübutların tədqiqi

5. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 30 noyabr 2021-ci il tarixli C-152-S-İM-21 saylı “Avtomobillərə texniki xidmət və təmiri haqqında müqavilə”dən görünür ki, müqaviləyə əsasən “İcraçı” “Sifarişçi”nin sifarişinə əsasən hər hansı bir əsasla ona məxsus olan (mülkiyyət, sahiblik, istifadə icarə, etibarnamə və sairə hər hansı bir digər əsasla ona məxsus olan və idarə etdiyi avtonəqliyyat vasitələrinə texniki xidmət və təmir işlərini icra etməyi, “Sifarişçi” isə icra edilmiş xidmətləri təhvil almağı və razılaşdırılmış xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürür.

6. Elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli 00278333 nömrəli qaimə üzrə 705,14 manat, xx.xx.2024-cü il tarixli 10673161 nömrəli qaimə üzrə 159,91 manat, xx.xx.2024-cü il tarixli 10987152 nömrəli qaimə üzrə 535,43 manat, xx.xx.2023-cü il tarixli 565935 nömrəli qaimə üzrə 647.55 manat, xx.xx.2024-cü il tarixli 00251187 nömrəli qaimə üzrə 878,90 manat, məbləğində mallararın, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar ötürülmüşdür.

7. xx.xx.2023-cü il tarixli, F000254423 nömrəli köçürmə tapşırığından, 150261 nömrəli servis kartından və 17 yanvar 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Cavabdeh MMC-yə məxsus 90AX099 dövlət nömrə nişanlı “ChevroletAveo” markalı nəqliyyat vasitəsinə xidmətlər göstərilmiş və göstərilən xidmətlərin və ehtyyat hissələrinin ümumi məbləği 449,16 manat olmaqla ƏDV daxil 530.01 manat təşkil edir.

8. xx.xx.2023-cü il tarixli, F000254423 nömrəli köçürmə tapşırığından, 149663 nömrəli servis kartından və 18 yanvar 2023-cü il tarixli görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Cavabdeh MMC-yə məxsus 90AX099 dövlət nömrə nişanlı “ChevroletAveo” markalı nəqliyyat vasitəsinə xidmətlər göstərilmiş və göstərilən xidmətlərin və ehtyyat hissələrinin ümumi məbləği 99,61 manat olmaqla ƏDV daxil 117.54 manat təşkil edir.

9. F01143715 nömrəli servis kartından görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Cavabdeh MMC-yə məxsus 90AF006 dövlət nömrə nişanlı “ChevroletAveo” markalı nəqliyyat vasitəsinə xidmətlər göstərilmiş və göstərilən xidmətlərin və ehtyyat hissələrinin ümumi məbləği ƏDV daxil 370,64 manat təşkil edir.

10. xx.xx.2024-cü il tarixli, F00032528 nömrəli köçürmə tapşırığından, 150908 nömrəli servis kartından və 09 yanvar 2024-cü il tarixli aktdan görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Cavabdeh MMC-yə məxsus 10JJ383 dövlət nömrə nişanlı “ChevroletAveo” markalı nəqliyyat vasitəsinə xidmətlər göstərilmiş və göstərilən xidmətlərin və ehtyyat hissələrinin ümumi məbləği 643,62 manat olmaqla ƏDV daxil 759.47 manat təşkil edir.

11. xx.xx.2024-cü il tarixli, F00032528 nömrəli köçürmə tapşırığından, 163613 nömrəli servis kartından və 10 yanvar 2024-cü il tarixli aktdan görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Cavabdeh MMC-yə məxsus 10JJ383 dövlət nömrə nişanlı “ChevroletAveo” markalı nəqliyyat vasitəsinə xidmətlər göstərilmiş və göstərilən xidmətlərin və ehtyyat hissələrinin ümumi məbləği 85,81 manat olmaqla ƏDV daxil 119.43 manat təşkil edir.

12. xx.xx.2024-cü il tarixli, F00032545 nömrəli köçürmə tapşırığından, 163617 nömrəli servis kartından və 11 yanvar 2024-cü il tarixli aktdan görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Cavabdeh MMC-yə məxsus 77AR171 dövlət nömrə nişanlı “ChevroletAveo” markalı nəqliyyat vasitəsinə xidmətlər göstərilmiş və göstərilən xidmətlərin və ehtyyat hissələrinin ümumi məbləği 597 manat olmaqla ƏDV daxil 705.14 manat təşkil edir.

13. xx.xx.2024-cü il tarixli, F00035098 nömrəli köçürmə tapşırığından, 166082 nömrəli servis kartından və 08 iyun 2024-cü il tarixli aktdan görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Cavabdeh MMC-yə məxsus 10JJ383 dövlət nömrə nişanlı “ChevroletAveo” markalı nəqliyyat vasitəsinə xidmətlər göstərilmiş və göstərilən xidmətlərin və ehtyyat hissələrinin ümumi məbləği135,52 manat olmaqla ƏDV daxil 159.91 manat təşkil edir.

14. 19.06.2024-cü il tarixli, F00035169 nömrəli köçürmə tapşırığından, 173460 nömrəli servis kartından və 15 iyun 2024-cü il tarixli aktdan görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Cavabdeh MMC-yə məxsus 90AF006 dövlət nömrə nişanlı “ChevroletAveo” markalı nəqliyyat vasitəsinə xidmətlər göstərilmiş və göstərilən xidmətlərin və ehtyyat hissələrinin ümumi məbləği 139,65 manat ƏDV daxil 164.79 manat təşkil edir.

15. 19.06.2024-cü il tarixli, F00035169 nömrəli köçürmə tapşırığından, 173461 nömrəli servis kartından və 15 iyun 2024-cü il tarixli aktdan görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Cavabdeh MMC-yə məxsus 90AF006 dövlət nömrə nişanlı “ChevroletAveo” markalı nəqliyyat vasitəsinə xidmətlər göstərilmiş və göstərilən xidmətlərin və ehtyyat hissələrinin ümumi məbləği 314,10 manat olaqla ƏDV daxil 370.64 manat təşkil edir.

16. xx.xx.2024-cü il tarixli F000325545 nömrəli servis kartından görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Cavabdeh MMC-yə məxsus 90AF006 dövlət nömrə nişanlı “ChevroletAveo” markalı nəqliyyat vasitəsinə xidmətlər göstərilmiş və göstərilən xidmətlərin və ehtyyat hissələrinin ümumi məbləği ƏDV daxil 370.64 manat təşkil edir.

17. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 30 noyabr 2021-ci il tarixli C-152-S-İM-21 saylı müqaviləyə əsasən 20 may 2024-cü il tarixli üzləşmə aktından görünür ki, müqavilə üzrə görülmüş işlərə əsasən 20 may 2024-cü il tarixinə sifarişçinin icraçıya invoyslaşdırılmış 1905,37 AZN borcu vardır.

18. Elektron qaydada ünvanlanmış xx.xx.2026-cı il tarixli pretenziyadan görünür ki, borc məbləğinin xx.xx.2026-cı il tarixinə kimi ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

III. Məhkəmə baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

IV. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

21. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarı

Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.

V. Məhkəmənin mövqeyi

a) müqavilə üzrə xidmət haqqının ödənilməsi tələbi ilə bağlı

22. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

23. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

24. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 30 noyabr 2021-ci il tarixli C-152-S-İM-21 nömrəli “Avtomobillərə texniki xidmət və təmiri haqqında” müqaviləyə əsasən iddiaçı cavabdehə hər hansı bir əsasla ona məxsus olan və idarə etdiyi avtonəqliyyat vasitələrinə texniki xidmət və təmir işlərini icra etməyi, cavabdeh isə icra edilmiş xidmətləri təhvil almağı və razılaşdırılmış xidmət haqqını icraçıya ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin 5.7-ci bəndinə əsasən göstərilmiş xidmətlərin dəyəri elektron qaimənin cavabdehə verildiyi gündən 10 (on) gün ərzində köçürmə yolu ilə hesaba ödənilməlidir.

25. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 30 noyabr 2021-ci il tarixli C-152-S-İM-21 saylı “Avtomobillərə texniki xidmət və təmiri haqqında” müqaviləsi xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1- ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

26. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

28. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

29. Bu mənada məhkəmə göstərir ki, tərəflər arasında dəyəri ödənilən xidmətlərlə bağlı formalaşmış işgüzar münasibət bu yöndə olmuşdur ki, iddiaçı və cavabdeh arasında müqavilə imzalanır və servis aktı tərtib olunur, iddiaçı tərəfindən həmin müqaviləyə və servis aktına uyğun olaraq elektron qaimə-faktura cavabdehə göndərilir, cavabdeh də həmin elektron qaiməyə istinad etməklə göstərilmiş xidmətlərin dəyərini ödəyir.

30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

31. Cavabdeh 30 noyabr 2021-ci il tarixli C-152-S-İM-21 saylı “Avtomobillərə texniki xidmət və təmiri haqqında” müqavilə əsasında ƏDV daxil 2600,71 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir.

32. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, ƏDV daxil 2600,71 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

b) müqavilə üzrə cərimənin tutulması tələbi ilə bağlı

33. İddia ərizəsində iddiaçı 30 noyabr 2021-ci il tarixli C-152-S-İM-21 saylı müqavilə üzrə 780 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

34. Qeyd olunan müqavilənin 5.8-ci bəndinə əsasən, “Sifarişçi” xidmət haqqının ödənilməsini gecikdirərə hər bir gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,1% miqdarında dəbbə pulu ödəməlidir.

35. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 780 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulunun (penya) azaldılaraq 130,04 manat həddində (əsas borcun 5%-i həddində) müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

36. İddiaçı, elecədə 54,60 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

37. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına və iş materiallarına əlavə edilmiş qəbzə əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 54,60 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

38. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi olaraq 47,30 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 7,30 manat hissəsi isə İddiaçı MMC-nin özünə aid edilməlidir.

39. İddiaçı, həmçinin, 500 manat hüquqi xidmətin göstərilməsi üçün pul da tələb edir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

41. Məhkəmə vəkilin göstərdiyi yardıma görə xərclərlə bağlı konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə hesab edir ki, iddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsi ilə bağlı məhkəməyə sənəd təqdim edilmədiyindən cavabdehdən iddiaçının xeyrinə 500 manat məbləğində pulun tutulması əsassızdır.

VI. Məhkəmənin gəldiyi nəticə

42. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ƏDV daxil olmaqla 2600,71 manat məbləğində xidmət haqqı, 130,04 manat cərimə olmaqla ümumilikdə 2730,75 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

43. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-6 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ:

İddia qismən təmin edilsin. ƏDV daxil olmaqla 2600,71 manat məbləğində xidmət haqqı, 130,04 manat cərimə olmaqla ümumilikdə 2730,75 (iki min yeddi yüz otuz manat yetmiş beş qəpik) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 47,30 (qırx yeddi manat otuz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 7,30 (yeddi manat otuz qəpik) manat hissəsi İddiaçınə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar