Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(4-12)-51/2026 13.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracdasatılması və satışdan əldə olunan vəsait hesabına qətnamə üzrə öhdəliklərin icra olunması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: mülki prosessual hüquq qabiliyyəti, mülki prosessual fəaliyyət qabiliyyəti) Hakim Məmmədli Əbülfəz Namiq oğlu İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracdasatılması və satışdan əldə olunan vəsait hesabına qətnamə üzrə öhdəliklərin icra olunması” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. I. İddia tələbi
1. İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracdasatılması və satışdan əldə olunan vəsait hesabına qətnamə üzrə öhdəliklərin icra olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, 3M-1391 reyestr nömrəli ipoteka müqaviləri ilə yüklü edilmiş cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 məxsus **********30-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Tovuz rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 104.1 kv/m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0.24 ha olan torpaq sahəsi açıq hərracda satılmaqla Gəncə Kommersiya Məhkəməsinine-2-2(115)-608/2025, xx.xx.2025-ci il tarixli qətnaməsinə ilə müəyyən edilmiş, 100390 manat məbləğində pulun, 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, bildirişin qeydə alınması barədə Daşınmaz Əmlaka ödənilmiş 88 manat məbləğində rüsum və xidmət haqqının, cəmi 100578 manat məbləğində tələbin həmin əmlaklara yönəldilməsi, satışdan əldə olunmuş məbləğ iddiaçı "xxxx" MMC-nin tələblərindən artıq olduqda, artıq məbləğin cavabdehlərCavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 qaytarılması, ipoteka qoyulmuş Tovuz rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 104.1 kv/m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0.24 ha olan torpaq sahəsi satıldıqda cavabdehlər və onlarla birlikdə yaşayan şəxslərin yaşadıqları ipoteka predmeti olan fərdi yaşayış evini bir ay ərzində tərk etmələri, göstərilən müddət ərzində cavabdeh könüllü olaraq mənzili tərk etmədikdə, onların məcburi qaydada mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 25. Fiziki şəxsin mülki hüquq qabiliyyəti 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 48. Mülki prosessual hüquq qabiliyyəti Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir. Maddə 49. Mülki prosessual fəaliyyət qabiliyyəti 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
III. Məhkəmənin mövqeyi
4. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddiaçı tərəfindən xahiş olunan tələbə məhkəmə qaydasında baxılması qeyri-mümkün olduğuna görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır.
5. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh4 xx.xx.2024-cü il tarixdə ölmüş və iddiaçı ölmüş şəxsə qarşı qaldırmışdır. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48-ci və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də, məhkəmə hesab edir ki, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi prosessual baxımdan qeyri-mümkündür.
IV. Məhkəmənin gəldiyi nəticə
6. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracdasatılması və satışdan əldə olunan vəsait hesabına qətnamə üzrə öhdəliklərin icra olunması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tam olaraq qaytarılmalıdır.
7. Bununla əlaqədar iddiaçıya izah olunur ki, o, həmin şəxsdən miras qalmış əmlakı qəbul edən vərəsəni və ya vərəsələri müəyyən etməklə, həmin şəxsə və ya şəxslərə qarşı iddia irəli sürə bilər.
8. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qərara aldı :
İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracdasatılması və satışdan əldə olunan vəsait hesabına qətnamə üzrə öhdəliklərin icra olunması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah olunsun ki, o, həmin şəxsdən miras qalmış əmlakı qəbul edən vərəsəni və ya vərəsələri müəyyən etməklə, həmin şəxsə və ya şəxslərə qarşı iddia irəli sürə bilər. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçının nümayəndəsi Nümayəndə2 tam qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Əbülfəz Məmmədli