Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(4-24)-3/2026 13.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, iddiaçının vəkil-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkil-nümayəndəsi Vəkil 06 yanvar 2026-cı il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-dən 19046,59 (on doqquz min qırx altı manat əlli doqquz qəpik) manat ödənilməmiş borc məbləğinin və çəkilmiş əlavə xərclərin (vəkilə ödənilmiş 300 (üç yüz) manat haqqın və ödənilmiş 147,15 (bir yüz qırx yeddi manat on beş qəpik) dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkil-nümayəndəsi Vəkil ərizəsində İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) arasında bağlanmış 13 dekabr 2023-cü il tarixli LGR120 nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə görə Alıcı qismində cavabdehə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müxtəlif tarixlərdə ərzaq və qeyri-ərzaq məhsuları satıldığını, malın qiymətinin, çeşidinin və təhvil-təsliminin elektron qaimə-fakturalarla müəyyənləşdirildiyini, ticarət dövriyyəsi zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmiş xx.xx.2024cü il tarixli EBDX seriyalı 687445 nömrəli, xx.xx.2024-cü il tarixli EBDW seriyalı 912406 nömrəli, xx.xx.2024-cü il tarixli EBDY seriyalı 433876 nömrəli, xx.xx.2024-cü il tarixli EBDY seriyalı 953290 nömrəli, xx.xx.2024-cü il tarixli EBEA seriyalı 598508 nömrəli, xx.xx.2024-cü il tarixli EBEC seriyalı 259306 nömrəli, xx.xx.2024-cü il tarixli MT2403 seriyalı 00411996 nömrəli, xx.xx.2024-cü il tarixli MT2405 seriyalı 10862411 nömrəli, xx.xx.2024-cü il tarixli MT2406 seriyalı 11275207 nömrəli, xx.xx.2024-cü il tarixli MT2407 seriyalı 11626839 nömrəli, xx.xx.2024-cü il tarixli MT2408 seriyalı 11536873 nömrəli, xx.xx.2024-cü il tarixli MT2409 seriyalı 11601095 nömrəli, elektron qaimə-fakturalar üzrə ödənişin tam şəkildə edilmədiyini, belə ki, yuxarıda qeyd edilən elektron qaimələr üzrə ödəniləcək məbləğin 22046,59 (iyirmi iki min qırx altı manat əlli doqquz qəpik) manat təşkil etdiyi halda "xxxx" MMC tərəfindən 15 yanvar 2025-ci il tarixdə 1000 (bir min), 31 mart 2025-ci il tarixdə 1000 (bir min), 29 aprel 2025-ci il tarixdə 1000 (bir min) manat olmaqla cəmi 3000 (üç min) manat ödənildiyini, 13 dekabr 2023-cü il tarixli LGR120 nömrəli alqı-satqı müqaviləsinin 2.3 və 3.10-cu maddələrin tələbinə görə "xxxx" MMC-nin təhvil aldığı məhsuların dəyərininin 15 (on beş) iş günü müddətində tam şəkildə ödənilməsini təmin etməli olduğunu, lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyini, həmin öhdəliklərin cavabdeh tərəfindən pozulduğunu və 19046,59 (on doqquz min qırx altı manat əlli doqquz qəpik) manat borcun bugünədək ödənilmədiyini, 19046,59 (on doqquz min qırx altı manat əlli doqquz qəpik) manat yekun borca dair "xxxx" MMC və İddiaçı MMC arasında 30 aprel 2025-ci il tarixdə “qarşılıqlı üzləşdirmə aktı” tərtib olunaraq imzalandığını, 24 noyabr 2025-ci il tarixdə İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsi vasitəsilə cavabdehin elektron şəxsi kabinetinə 19046,59 (on doqquz min qırx altı manat əlli doqquz qəpik) manat borcun 7 (yeddi) gün müddətində qaytarılması tələbi ilə pretenziya məktubu göndərildiyini və həmin müddətdə borcun qaytarılmayacağı təqdirdə borcun və digər məhkəmə xərclərinin tutulması üçün İddiaçı MMC tərəfindən məhkəməyə müraciət ediləcəyinin izah olunduğunu qeyd etməklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci, 442-ci, 443.9-cu, 445.2-ci, 445.2.1-ci, 445.2.2-ci və 448-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci, 121.1-ci, 149-150-ci, 284-3-cü, 284-5.1-ci maddələrinə istinad etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli, e-2-2(4-24)-3/2026 nömrəli qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkil-nümayəndəsi Vəkil məhkəmə baxışı iclasında izahatında iddianı müdafiə etdiklərini, cavabdeh tərəfə müqavilə əsasında mal verdiklərini, ümumi yaranan borcdan cavabdeh tərəfrin 3000 manat ödədiyini, qalmış məbləği ödəmədiklərini, yazılı və şifahi müraciətlərin nəticəsiz qaldığını, bütün sübutları məhkəməyə təqdim etdiklərini, bunların nəzərə alınaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. 13 mart 2026-cı il tarixə, saat 15:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsini və xəbərdar edilmələri barədə sənədlərin iş materiallarında olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 13 dekabr 2023-cü il tarixli LGR 120 nömrəli Alqı-satqı müqaviləsindən görünür ki, bu müqaviləni (bundan sonra “Müqavilə” adlandırılacaq), bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 (bundan sonra “Alıcı” adlandırılacaq) və digər tərəfdən, Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 (bundan sonra “Satıcı” adlandırılacaq) (“Satıcı” və “Alıcı” ayrılıqda “Tərəf”, birlikdə “Tərəflər” adlandırılacaq) bağlamışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən Müqaviləyə əsasən Satıcı Alıcıya əvvəlcədən razılaşdırılmış şəkildə təsərrüfat, satış və digər işlərin həyata keçirməsi üçün müxtəlif çeşiddə ərzaq, qeyriərzaq məhsulları və təsərrüfat malları (bundan sonra “Mal” adlandırılacaq) satır, Alıcı isə həmin malı qəbul edib müqavilədə razılaşdırılmış müddətdə dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən malın adı, qiyməti və çeşidi malın təhvil-təslimi verilən fakturalar və digər sənədlərlə müəyyən olunur. 2.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən X11 mülkiyyətinə verir, Alıcı isə razılaşdıqları kimi müqavilənin 1-ci bəndinə uyğun olaraq Malı qəbul edir. 2.3-cü bəndinə əsasən Malın dəyəri malın alış tarixindən sonrakı 15 (on beş) iş günü ərizində Satıcının bank hesabına ödənilir. 3.1-ci bəndinə əsasən Tərəflər Müqavilə öhdəliklərindən irəli gələn tələbləri dürüst və vaxtında yerinə yetirir. 3.5-ci bəndinə əsasən Alıcı Satıcıdan aldığı malı satışa yararlı vəziyyətdə alır. 3.8-ci bəndinə əsasən Malın dəyərinin vaxtında ödənilməməsi, maldan əsaslandırmadan imtina edilməsi və başqa səbəblər nəticəsində tərəflərin hər hansı birinə dəymiş ziyan təqsirli tərəfin hesabına kompensasiya edilir. 3.9-cu bəndinə əsasən Satıcı Alıcıya pərakəndə və topdan satış edən zaman malın satışını təsdiq edən zəruri sənədləri (Elekron qaimə faktura və ya digər sənədlər) Alıcının nümayəndəsinə verilməlidir. 5.1-ci bəndinə əsasən Tərəflərdən heç biri öz hüquq və öhdəliklərini digər Tərəfin yazılı razılığı olmadan üçüncü şəxslərə verə bilməzlər. 5.2-ci bəndinə əsasən müqavilə şərtlərinə riayət edilmədiyi halda Satıcı və Alıcı istənilən vaxt Müqaviləyə xitam verə bilər. 5.8-ci bəndinə əsasən öhdəliklərini yerinə yetirməyən tərəf Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. 5.9-cu bəndinə əsasən Tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər. 5.10-cu bəndinə əsasən Tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə əsasən Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsində həll edilir. EBDW seriyalı, 912406 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 4973,34 manat məbləğində mal təqdim edilmişdir. MT2409 seriyalı, 11601095 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 408,7488 manat məbləğində mal təqdim edilmişdir. MT2403 seriyalı, 00411996 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 267,447 manat məbləğində mal təqdim edilmişdir. MT2405 seriyalı, 10862411 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 3163,3068 manat məbləğində mal təqdim edilmişdir. MT2407 seriyalı, 11626839 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 2687,324 manat məbləğində mal təqdim edilmişdir. EBDX seriyalı, 687445 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 800,08 manat məbləğində mal təqdim edilmişdir. EBEA seriyalı, 598508 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 858,27 manat məbləğində mal təqdim edilmişdir. MT2408 seriyalı, 11536873 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 2884,5986 manat məbləğində mal təqdim edilmişdir. EBDY seriyalı, 433876 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 2152,67 manat məbləğində mal təqdim edilmişdir. EBDY seriyalı, 953290 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, müqaviləsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 198,04 manat məbləğində mal təqdim edilmişdir. MT2406 seriyalı, 11275207 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, müqaviləsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 2622,2832 manat məbləğində mal təqdim edilmişdir. EBEC seriyalı, 259306 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, müqaviləsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 1030,52 manat məbləğində mal təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “X8” vasitəsilə 148,00 (yüz qırx səkkiz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. 15 yanvar 2025-ci il tarixli, AAD seriyalı, 195815 nömrəli X6 görünür ki, satılmış malların dəyərinin ödənilməsi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 1000 (bir min) manat məbləğində ödəniş edilmişdir. 29 aprel 2025-ci il tarixli, AAD seriyalı, 195818 nömrəli X6 görünür ki, satılmış malların dəyərinin ödənilməsi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 1000 (bir min) manat məbləğində ödəniş edilmişdir. 31 mart 2025-ci il tarixli, AAD seriyalı, 195817 nömrəli X6 görünür ki, satılmış malların dəyərinin ödənilməsi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 1000 (bir min) manat məbləğində ödəniş edilmişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiq olunmuş 30 aprel 2025-ci il tarixli X1 görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X9 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X5 bu aktı tərtib edərək müəyyən ediblər ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2025-ci il tarixə olan borcu 19046,59 (on doqquz min qırx altı manat, əlli doqquz qəpik) manat təşkil edir. xx.xx.2025-ci il tarixli, MvudHQe5 nömrəli Ödəniş tapşırığından görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Şəhər “Vəkil Bürosu”na 300 (üç yüz) manat məbləğində ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli, EM-06/82VK-71557/25 nömrəli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilədən görünür ki, tərəflər İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə hüquqi yardım göstərilməsi ilə bağlı razılaşmışdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 13 dekabr 2023-cü il tarixli LGR 120 nömrəli alqı-satqı müqaviləsi imzalanmış və müqavilənin 1.1-ci bəndinə görə Müqaviləyə əsasən Satıcı Alıcıya əvvəlcədən razılaşdırılmış şəkildə təsərrüfat, satış və digər işlərin həyata keçirməsi üçün müxtəlif çeşiddə ərzaq, qeyri-ərzaq məhsulları və təsərrüfat malları (bundan sonra “Mal” adlandırılacaq) satır, Alıcı isə həmin malı qəbul edib müqavilədə razılaşdırılmış müddətdə dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Beləliklə, məhkəmə tərəflər arasında hüquq münasibətlərinin xarakterinə qiymət verərək hesab edir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ararsında mülki-hüquqi müqavilə münasibətləri mövcud olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, hər iki tərəfin iradə ifadəsi və qarşılıqlı razılığı əsasında müqavilənin bağlanması təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi “müqavilə azadlığı” müəyyən olunmuşdur (6.1.5). Tərəflər arasında bağlanmış müqavilə “müqavilə azadlığı” prinsipinin birbaşa təzahürüdür. Qeyd olunan müqavilə əsasında tərəflər öz iradə sərbəsliyini realizə edərək qarşılıqlı hüquq və vəzifələr müəyyən etmişdirlər. Digər tərəfdən məhkəmə iş materiallana əlavə edilmiş 12 ədəd elektron qaimə-fakturaya münasibətdə məhkəmə hesab edir ki, bu elektron qaimə-fakturalarla cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 22046,5988 manat məbləğində mal təhvil verilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Qərarında qeyd edir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Həmçinin məhkəmə 30 aprel 2025-ci il tarixli X2 münasibət bildirərək qeyd edir ki, bu X2 əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2025-ci il tarixə olan borcu 19046,59 (on doqquz min qırx altı manat, əlli doqquz qəpik) manat təşkil edir. Beləliklə, tərəflər arasında 30 aprel 2025-ci il tarixədək olan qarşılıqlı hesablaşma təsdiq olunur. Məhkəmə qeyd olunan X3 yazılı sübut hesab edərək iş materiallarına əlavə edilmiş digər sübutlarla birgə qiymətləndirilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin məhkəmə qeyd edir ki, mülki dövriyyənin sabitliyini təmin edən ən vacib prinsiplərdən biri də “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmçinin məhkəmə bildirir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. Bu səbəbdən də məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sənədləri mötəbər sənəd kimi qəbul edərək iddiaçı tərəfin haqqlı olması və iddianın əsaslı olduğundan təmin edilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə uyğun olaraq iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində təşkil edir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 19046,59 (on doqquz min qırx altı manat, əlli doqquz qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 147,14 (yüz qırx yeddi manat, on dörd qəpik) manat olaraq müəyyən edilir (120+9046,59*0,3%=147,14). İş materiallarında olan ********** nömrəli, xx.xx.2025-ci il tarixli çekdən 148,00 (yüz qırx səkkiz) manat məbləğində dövlət rüsumunun İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənildiyi görünməkdədir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli olduğundan dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. (2.1.2 və 4.1-ci maddələr) Məhkəmə qeyd edir ki, vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə iddia təmin edildiyindən hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat qanunvericiliyə uyğun olaraq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi təmin edilməli, 19046,59 (on doqquz min qırx altı manat, əlli doqquz qəpik) manat əsas borc məbləği, 147,14 (yüz qırx yeddi manat, on dörd qəpik) manat məbləğində dövlət rüsumu, habelə vəkil qonorarı üçün ödənilmiş 300 (üç yüz) manat cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, artıq ödənilmiş 0,86 (səksən altı qəpik) manat rüsum isə iddiaçıya qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 19046,59 (on doqquz min qırx altı manat, əlli doqquz qəpik) manat əsas borc məbləği, 147,14 (yüz qırx yeddi manat, on dörd qəpik) manat məbləğində dövlət rüsumu, habelə vəkil qonorarı üçün ödənilmiş 300 (üç yüz) manat alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu olaraq artıq ödənilmiş 0,86 (səksən altı qəpik) manat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(4-24)-3/2026
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-24)-3/2026
13.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver