Məhkəmə qərarları › İş №e-2(3-10)-302/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-302/2026

07.05.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-302/2026 07.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X10 qızının katibliyi, apellyasiya şikayəti vermiş iddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahələrindən məcburi qaydada çıxarılma və torpaq sahələrindən istifadəsinə yönəlmiş qərəzli hərəkətlərə son qoyulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:

1. Işin halları:

Iddiaçı İddiaçı ## #### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Cavabdeh qarşı “torpaq sahələrindən məcburi qaydada çıxarılma və torpaq sahələrindən istifadəsinə yönəlmiş qərəzli hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan və Balakən rayonunun Hənifə kəndində yerləşən reyestr nömrəsi 401013032148 olan 0,7249 ha, reyestr nömrəsi 401013052962 olan 0,2801 ha və reyestr nömrəsi 401013003752 olan 0,5830 ha torpaq sahələrindən cavabdeh Cavabdeh məcburi qaydada çıxarılması və cavabdehin onun torpaq sahələrindən istifadəsinə yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Balakən rayonu Kortala kəndində yaşayır və təsərrüfatla məşğul olmaqla, ailəsini saxlayır. O, alqı-satqı müqaviləsi əsasında Balakən rayonu Hənifə kəndində yerləşən çöl torpaq sahəsindən reyestr nömrəsi 401013032148 olan 0,7249 ha , reyestr nömrəsi 401013052962 olan 0,2801 ha və reyestr nömrəsi 401013003752 olan 0,5830 ha torpaq sahələri almışdır. Ona həmin torpaq sahələrinə aid çıxarışlar və plan ölçü sənədləri verilmişdir. Uzun müddətdir ki, o, həmin torpaq sahələrindən istifadə edir və torpaq sahələrini yaxşılaşdırmışdır. Cavabdeh Cavabdeh isə 2025-ci ilin aprel ayında onun torpaq sahəsinin kənar sahəsinə çəkdirdiyi xəndəyi doldurmaqla və hasarı dağıtmaqla, ona məxsus yuxarıda göstərdiyim 0,5830 ha torpaq sahəsinin yuxarı hissəsindən təxminən 0,20 ha hissəsini, 0,28 ha torpaq sahəsinin tam hissəsini və 0,7249 ha torpaq sahəsinin təxminən 0,25 ha hissəsini əkmişdir. Cavabdeh onun mülkiyyətində olan torpaq sahələrinə sahiblik və istifadə hüququnu pozmaqla, həmin torpaq sahələrini qanunsuz olaraq tutmuşdur. Buna görə də o, bu il öz torpaqlarında heç-bir əkin edə bilməmişdir. Beləliklə, cavabdeh Cavabdeh Əhməd oğlu onun torpaq sahələrini özbaşına tutmaqla, həm də ona maddi ziyan vurmuşdur. O, bu barədə dəfələrlə Balakən rayon Polis Şöbəsinə və aidiyyəti orqanlara müraciət etsə də, həmin orqanlar tərəfindən ona bu mübahisə mülki mübahisə olduğundan, məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.

2. Birinci instansiya məhkəməsində icraat:

Balakən Rayon Məhkəməsinin (hakim Arifə Cəfərova) ## ###### 2026-cı il tarixli, e- *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahələrindən məcburi qaydada çıxarılma və torpaq sahələrindən istifadəsinə yönəlmiş qərəzli hərəkətlərə son qoyulması” barədə iddia tələbi təmin edilməmişdir. Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında dindirilən mütəxəssis mütəxəssis2 Əsildar oğlu bildirmişdir ki, qeyd edilən sahələrdə ölçü işləri aparılmış və iddiaçı İddiaçı aid 3 ayrı torpaq sahələri müəyyən edilmişdir: 58 sot, 72 sot və 28 sot. Birinci torpaq sahəsi X6 Informasiya sistemində necə işlənibsə, o formada çıxarış koordinatları ilə verilmişdir. Digər 2 torpaq kompleks yerquruluşu layihəsində sürüşmə ilə olan halda verilmiş, ancaq X6 Informasiya sistemində pay normalarına uyğun öz əksini tapmışdır. Iddiaçıya təklif olunmuşdur ki, torpaq sahələri X6 Informasiya sisteminə uyğun göstərilərək, cari dəyişiklik olunaraq, pay normasına uyğun yerinə oturacaqdır. Iddiaçı isə arxı doldurub digər torpaq sahəsinə keçib, halbuki arx yağış sularının axması üçün qalmalıdı. Ərazidə torpaq sahələri Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən vətəndaşların pay normalarına uyğun işlənmişdir. Iddiaçı çıxarışdan əlavə 1,12 ha torpaq sahəsindən də istifadə edir. Məhkəmə iclasında digər mütəxəssis X11 da mütəxəssis2 izahatına uyğun izahat verərək, onun qeyd etdiyi halları təsdiq etmişdir. Iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi 401013032148 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Balakən rayonu Hənifə kəndində yerləşən 0,7249 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ##.##.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi 401013052962 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Balakən rayonu Hənifə kəndində yerləşən 0.2801 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ##.##.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi 401013003752 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Balakən rayonu Hənifə kəndində yerləşən 0.5830 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ##.##.2022-ci il tarixdə qeydiyyata alınmışdır. ## ###### 2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, Balakən rayonu Hənifə bələdiyyəsi mülkiyyət hüququ ilə özünə məxsus olan Balakən rayonunun Roçəhməd kəndində yerləşən ümumi sahəsi 1,50 ha olan torpaq sahəsini Cavabdeh icarəyə vermişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi 401012001868 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 1ndə yerləşən 1,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh ##.##.2024 - ##.##.2044-cü illər ərzində, yəni 20 il müddətinə icarəyə verilməsi ##.##.2024-cü il tarixdə qeydiyyata alınmışdır. AN-l seriyalı ******* nömrəli ##.##.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar X7, X1, X3 və X8 birgə mülkiyyət hüququ ilə özlərinə məxsus olan Balakən rayonu, Hənifə kəndində yerləşən ümumi sahəsi 0,5830 ha torpaq sahəsini alıcı İddiaçı 1500 manat qiymətinə satmışlar, alıcı isə həmin qiymətə almışdır. AN-l seriyalı ******* nömrəli ##.##.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar X21, X4 və X5 paylı mülkiyyət hüququ ilə özlərinə məxsus olan Balakən rayonu, Hənifə kəndində yerləşən ümumi sahəsi 0,2801 ha torpaq sahəsini alıcı İddiaçı 1000 manat qiymətinə satmışlar, alıcı isə həmin qiymətə almışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Zaqatala Ərazi Idarəsi tərəfindən verilən ## ####### 2025-ci il tarixli *-**-*-**/*****/**** nömrəli mütəxəssis rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi 401013032148 olan, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Balakən rayonu, Hənifə kəndində yerləşən iddiaçı X12 məxsus 0,7249 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Torpaqların X6 Informasiya Sistemləri məlumat bazasına əsasən 222 R cizgisində 0,7249 ha olmaqla hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərə uyğun ölçülərlə işlənilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reystr nömrəsi 401013052962 olan, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Balakən rayonu, Hənifə kəndində yerləşən iddiaçı X12 məxsus 0,2801 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Torpaqların X6 Informasiya Sistmləri məlumat bazasına əsasən 224 R cizgisində 0,2801 ha olamaqla hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərə uyğun ölçülərlə işlənilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi 401013003752 olan, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Balakən rayonunun Hənifə kəndində yerləşən iddiaçı X12 məxsus 0,5830 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Torpaqların X6 informasiya Sistemləri məlumat bazasına əsasən 221 R cizgisində 0,5830 ha olamaqla, hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərə uyğun ölçülərlə işlənilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi 401012001868 olan, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh icarəyə verilmiş Balakən rayonu, Roçəhməd kəndində yerləşən 1,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərə uyğundur. Balakən rayonu Hənifə kəndində yerləşən iddiaçı İddiaçı məxsus 0,7249 ha, 0,2801 ha və 0,5830 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri cavabdeh Cavabdeh tərəfindən istifadə edilmir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli *** nömrəli Fərmanına əsasən həmin ərazidə yerləşən mülkiyyətçilərin torpaq sahələri öz pay normalarına uyğun X22ı uçotu informasiya sistemləri məlumat bazasında (TEKUIS) öz əksini tapmışdır. Balakən Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən görünür ki, cavabdeh Cavabdeh iddiaçı X7 və onun ailə üzvlərinin mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmış, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququ bərpa edilmişdir. Balakən Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** saylı qərardadından görünür ki, tələbkar X7 şikayəti təmin edilmiş, Balakən rayon Icra və Probasiya Şöbəsinin ## #### 2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilmiş, Balakən Rayon Məhkəməsinin ## ######## 2020-ci il tarixli, *(***)-***/**** nömrəli icra sənədi yenidən icraya yönəldilmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin, cavabdehin, mütəxəssislərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə görə, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsas hesab olunur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı İddiaçı mülkiyyətində Balakən Rayonu Hənifə kəndində yerləşən reyestr nömrəsi 401013032148 olan 0,7249 ha, reyestr nömrəsi 401013052962 olan 0,2801 ha və reyestr nömrəsi 401013003752 olan 0,5830 ha torpaq sahələri vardır. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh 2025-ci ilin aprel ayında onun torpaq sahəsinin kənar sahəsinə çəkdirdiyi xəndəyi doldurmaqla və hasarı dağıtmaqla ona məxsus 0,5830 ha torpaq sahəsinin yuxarı hissəsindən təxminən 0,20 ha hissəsi, 0,28 ha torpaq sahəsinin tam hissəsi və 0,7249 ha torpaq sahəsinin təxminən 0,25 ha hissəsinə əkin etdiyini iddia edərək, torpaq sahələrindən məcburi qaydada çıxarılma və torpaq sahələrindən istifadəsinə yönəlmiş qərəzli hərəkətlərə son qoyulması ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Balakən rayonu Hənifə kəndində yerləşən iddiaçı İddiaçı məxsus 0,7249 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Torpaqların X6 Informasiya Sistemləri məlumat bazasına əsasən 222 R cizgisində 0,7249 ha olmaqla hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərə uyğun ölçülərlə işlənilmişdir, 0.2801 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Torpaqların X6 Informasiya Sistemləri məlumat bazasına əsasən 224 R cizgisində 0.2801 ha olmaqla hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərə uyğun ölçülərlə işlənilmişdir, 0.5830 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Torpaqların X6 informasiya Sistemləri məlumat bazasına əsasən 221 R cizgisində 0.5830 ha olmaqla hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərə uyğun ölçülərlə işlənilmişdir. Lakin iddiaçı X12 naturada 2.70 ha torpaq sahəsindən istifadə edir. ## ###### 2024-cü il tarixli icarə müqaviləsinə əsasən Balakən rayonu Hənifə bələdiyyəsi mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1,50 ha olan torpaq sahəsini Cavabdeh icarəyə vermişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi 401012001868 olan, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1ndə yerləşən 1,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh ##.##.2024##.##.2044-cü illər üzrə 20 il müddətinə icarəyə verilməsi ##.##.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Mütəxəssis rəyinə əsasən Balakən rayonu Hənifə kəndində yerləşən iddiaçı İddiaçı məxsus 0,7249 ha, 0,2801 ha və 0,5830 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri cavabdeh Cavabdeh tərəfindən istifadə edilmir. Göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən iddiaçı İddiaçı məxsus torpaq sahələrindən cavabdeh Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən edilmir. O cümlədən cavabdeh ünvan 1ndə yerləşən 1,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə icarə hüququ dövlət qeydiyyatına alınmışdır. Bununla da, iddiaçının iddia ərizəsində qeyd etdiyi cavabdeh Cavabdeh onun torpaq sahəsinin kənar sahəsinə çəkdirdiyi xəndəyi doldurmaqla və hasarı dağıtmaqla ona məxsus 0,5830 ha torpaq sahəsinin yuxarı hissəsindən təxminən 0,20 ha hissəsini, 0,28 ha torpaq sahəsinin tam hissəsini və 0,7249 ha torpaq sahəsinin təxminən 0,25 ha hissəsini istifadə etməsi öz təsdiqini tapmamışdır. Iddiaçı mülkiyyətində olan torpaq sahələrindən cavabdehin istifadə etdiyini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahələrindən məcburi qaydada çıxarılma və torpaq sahələrindən istifadəsinə yönəlmiş qərəzli hərəkətlərə son qoyulması” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, “Insan hüquqlarının və X18 haqqında” Konvensiyanın * nömrəli Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 152.1, 152.5, 157,2, 238.1 və 239.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84 və 111-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 60, 76.1, 76.2, 77.1, 88, 119.1, 208 və 217.4-cü maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz:

- 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

Iddiaçı İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus torpaq sahələrindən məcburi qaydada çıxarılması və torpaq sahələrindən istifadəyə yönəlmiş qərəzli hərəkətlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qətnaməsinə əsasən iddia təmin edilməmiş və onun cavabdehin torpaq sahələrindən məcburi qaydada çıxarılması və torpaq sahələrindən istifadəyə yönəlmiş qərəzli hərəkətlərə son qoyulması tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır. Iş üzrə məhkəmə vəzifələrini yalnız cavabdehin mövqeyinə münasibətdə icra etmişdir. Məhkəməyə mübahisəli torpaq sahələrinə baxış keçirilməsi bildirilsə də, onun tələbi təmin olunmamış, yerində baxışın keçirilməsi tələbinə dair heç bir münasibət bildirilməmiş və məhkəmə tərəfindən çəkişmə prinsipi pozulmuşdur. Qeyd edir ki, əgər torpaq sahələrinə baxış keçirilsə idi, iddia tələbində göstərdiyi halların pozulduğu ortaya çıxacaq və iddia tələbi təmin olunması üçün əsaslar yaranacaqdı. Məhkəmə yalnız cavabdehin mülahizəsini əsas tutmuşdur. Buradan da görünür ki, çəkişmə prinsipi pozulmuşdur. O, iddia ərizəsində iddiasını əsaslandırsa da, məhkəmə bunu diqqətə almamışdır. Halbuki, əgər ədalətli araşdırma aparılsa idi, qarşı tərəfin onun torpaq sahələrindən istifadə etdiyi və ona maneələr yaratdığı öz təsdiqini tapacaqdı. Qeyd edir ki, onun iddia tələbi əsaslıdır. Çünki, məhkəmə tərəfindən Konstitusiyanın 13 və 29-cu, Mülki Məcəllənin 152.1 və 152.5-ci maddələrinin, Mülki-Prosessual Məcəllənin isə 88-ci, 135.1-ci və 218-ci maddələrinin tələbləri pozulmuşdur. Qeyd edir ki, mülki iş üzrə məhkəmə sübut növü olaraq yalnız cavabdehin və DƏDRX-nin nümayəndəsinin vermiş olduğu izahatlara istinad edərək, iddianı rədd etmişdir. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun izahatını dinlədikdən və mübahisəli torpaq sahəsinə baxış keçirdikdən sonra onun iddia tələbinin əsaslı olduğu qənaətinə gələcəkdir. Məhkəmədə DƏDRX-nin nümayəndəsi izahatında bildirmişdir ki, “qeyd olunan torpaq sahələri X6 Informasiya Sisteminə uyğun göstərilərək cari dəyişiklik olunacaq və pay normasına uyğun yerinə oturacaqdır, iddiaçı isə arxı doldurmuş digər torpaq sahəsinə keçmişdir və çıxarışdan əlavə 1,12 ha torpaq sahəsindən istifadə etmişdir”. Bildirir ki, həmin nümayəndənin verdiyi izahat tam yanlışdır. Əslində belə bir hal mövcud deyildir. Buna görə də o, birinci instansiya məhkəməsində vəsatət verərək bildirmişdir ki, torpaq sahəsinə yerində baxış keçirilsin. Buna baxmayaraq, vəsatəti təmin edilməmişdir. Həmin torpaq sahələrinin hər üçü yan-yana yerləşir və o, qeyd olunan ölçüdən artıq torpaqdan istifadə etməmişdir. Hətta onun torpaq sahəsindən cavabdeh istifadə etdiyinə görə torpaq sahəsinin ölçülərində əksiklik yaranmışdır. O, cavabdehdən dəfələrlə özünə aid torpaqdan istifadə etməsini və ona məxsus mülkiyyətdən çıxmasını tələb etsə də, cavabdeh onun iradlarına məhəl qoymamışdır. Beləliklə, onun mülkiyyət hüquqları pozulmuşdur və cavabdeh onun mülkiyyətindən qanunsuz istifadə etməkdədir. Məhkəmə isə cavabdehin və DƏDRX-nin nümayəndəsinin mülahizələrini əsas tutaraq qətnamə qəbul etmişdir. Mülki Prosessual qanunvericiliyin müddəalarından irəli gələrək, məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Apellyasiya məhkəmə icraatında ərizəçinin dəlillərindən asılı olmayaraq, maddi və prosessual normalara riayət olunmasının yoxlanılmasına yol verilsə də (Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsi), onun təyinatı məhz birinci instansiya məhkəmələrinin aktlarına (qərarlarına), bir qayda olaraq, həmin məhkəmələrdə tərəflərin təqdim etdikləri faktiki hallar əsasında yenidən baxılmasından, habelə məhkəmə səhvlərinin aradan qaldırılmasından ibarətdir. “Məhkəmə qətnaməsi haqqında” Plenum qərarında qeyd olunur ki, dövlət adından çıxarılan və ədalət mühakiməsinin yekun aktı olan məhkəmə qətnaməsinin hüquqi, nəzəri və təcrübi cəhətdən düzgün tərtib edilməsi vətəndaşların məhkəmə orqanlarına olan inamını artırır, onların hüquqi vasitələrlə tərbiyə olunmasına xidmət edir. Həmin Plenum qərarının 2-ci bəndinin 4-cü hissəsində qeyd olunur ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. O, hesab edir ki, həmin Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi hakim tərəfindən qanuni və əsaslı şəkildə verilməmiş, yəni tərəflər arasındakı həqiqi faktlara əsaslanmamış, eyni zamanda maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

- 3.2). Apellyasiya şikayətinə qarşı etiraz

Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

4. Iş üzrə apellyasiya icraatı: - 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş iddiaçı İddiaçı gəlmiş olsa da, həmin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iş üzrə cavabdeh Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayəti vermiş iddiaçı İddiaçı Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, mülki iş üzrə qəbul edilmiş Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e- *(***)-***/**** nömrəli qətnaməsinin ləğv olunması və cavabdeh Cavabdeh qarşı vermiş olduğu “torpaq sahələrindən məcburi qaydada çıxarılma və torpaq sahələrindən istifadəsinə yönəlmiş qərəzli hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsinin təmin edilərək, xüsusi mülkiyyətində olan və Balakən rayonunun Hənifə kəndində yerləşən reyestr nömrəsi 401013032148 olan 0,7249 ha, reyestr nömrəsi 401013052962 olan 0,2801 ha və reyestr nömrəsi 401013003752 olan 0,5830 ha torpaq sahələrindən cavabdeh Cavabdeh məcburi qaydada çıxarılması və cavabdehin onun torpaq sahələrindən istifadəsinə yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini – iddia ərizəsində və apellyasiya şikayətində yazılanlarla əsaslandırdı.

- 4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə - tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - iddiaçı İddiaçı tərəfindən hazırkı apellyasiya şikayətində “Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

- 4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. VII. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin normaları (maddələri): 6 8 . Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84.1. Topaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə, cavabdeh tərəfin iddia tələbinə etirazının dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsində düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahələrindən məcburi qaydada çıxarılma və torpaq sahələrindən istifadəsinə yönəlmiş qərəzli hərəkətlərə son qoyulması” barədə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən verilmiş hazırkı apellyasiya şikayəti üzrə aparılan məhkəmə araşdırması nəticəsində isə birinci instansiya məhkəməsinin məlum iddia tələbini təmin etməməkdə haqlı olduğu və düzgün nəticəyə gəldiyi müəyyən olunmuşdur. Insan Hüquqlarının və X18 haqqında Konvensiyaya dair * saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən Azərbaycan Respublikasında mulkiyyət toxunulmazdır və dovlət tərəfindən mudafiə olunur (13-cü maddə), mulkiyyətin heç bir novunə üstünlük verilmir və mulkiyyət hüququ, o cumlədən xüsusi mulkiyyət hüququ qanunla qorunur (29-cu maddə) və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə “mülkiyyətin toxunulmazlığı” Mülki Qanunvericiliyin prinsiplərindən biri kimi müəyyən olunmuşdur. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot Isveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyrisabit” xarakter almış olur. “Ədalət muhakiməsinin həyata kecirilməsi zamanı “Insan hüquqlarının və əsas azadlıqların mudafiəsi haqqında” Avropa Konvensiyası muddəalarının və Insan Hüquqları uzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli Qərarının 23-cü bəndində gostərilir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Eyni zamanda, məhkəmə kollegiyası, iddiaçı tərəfin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, hazırkı mübahisə predmeti olan torpaq sahələri müvafiq olaraq mülkiyyət və icarə münasibətləri əsasında tərəflərin qanuni sahibliyində və istifadəsində olan torpaq sahələridir və tərəflərin həmin torpaq sahələrinə müvafiq hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmasını təsdiq edən sənədlər iş materiallarına əlavə edilmişdir. Mülkiyyətində və yaxud, icarəsində olan torpaq sahələrindən təyinatı üzrə istifadə etmək - mülkiyyətçi və ya icarəçi olaraq, tərəflərin Azərbaycan Respublikasının Konstitusiyası, Mülki qanunvericilik və Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq aktlarla tanınan və qorunan mülkiyyət hüququnun, o cümlədən də mülkiyyətdən istifadə, sahiblik və sərəncam vermək kimi hüquqlarının tərkib hissəsidir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərinə əsasən, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsas hesab olunur və Mülki Qanunvericiliyin tələblərinə görə isə Reyestrdə qeydə alınmış məlumatların məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olur. Mübahisə predmeti olan torpaq sahələri üzrə mövcud reyestr məlumatlarında ziddiyyətli hallar olduqda isə ilk növbədə, torpaq sahələrinin hüquq müəyyənedici sənədlərində olan ziddiyyətli vəziyyət müvafiq səlahiyyətli orqan və ya təşkilatlar tərəfindən aradan qaldırıldıqdan sonra, həll edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməyərək, Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e- *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyasiya şikayətini vermiş iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar