Məhkəmə qərarları › İş №e-2(3-10)-306/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-306/2026

05.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-306/2026 05.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Musayev (Musazadə) Ramil Nuru oğlunun cavabdehlər cavabdeh3 Poladxan qızı, cavabdeh2 və cavabdeh1 Ismixan qızına qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Gecikdirilmiş pul məbləğinə görə illik 5% tələbi, iddia və kəsici müddətlərin ötürülməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Cavabdeh cavabdeh3 iştirakı ilə, Iddiaçı Musayev (Musazadə) Ramil Nuru oğlunun cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı Musayev (Musazadə) Ramil Nuru oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Işin halları

1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə müraciət edərək, qanuni qüvvəsini almış məhkəmə qərarının icrası gecikdirilərək icra olunduğunu nəzərə alaraq, cavabdehlər cavabdeh3, cavabdeh2 və Hüseynova (Həmidova) Sevda Ismixan qızından Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanan 697,81 manat məbəğində (5%) faiz borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 2,70 manat məbəğində pul və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbəğində dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı olmaqla, cəmi 730,91 manat məbəğində pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi “Sunny Electronics” mağazası ilə cavabdeh cavabdeh3 arasında bağlanmış ## ####### 2013-cü il tаriхində 11576 sаylı saylı alqı-satqı müqaviləsinə əsasən borclu 6562 manat dəyərində olan aldığı malın dəyərinin ödənilməsi məqsədi ilə 12 ay müddətinə hissə-hissə ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin təminatı olaraq cavabdeh2 və X4 ilə zaminlik müqaviləsi bağlanmışdır. O, müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etsə də cavabdehlər müqavilənin şərtlərini pozaraq kreditin ödənilməsinə ayrılmış aylıq qrafik üzrə ödənişlərdən yayınmışdırlar. Daha sonra gecikdirilmiş borcun ödənilməsi üçün məhkəməyə müraciət olunmuş və Ismayıllı Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2015-ci il tarixli məhkəmə qərarına əsasən, borclular cavabdeh3, cavabdeh2 və X4 cəmi 4785 manat məbləğində borc müştərək qaydada tutularaq tələbkar İddiaçı ödənilməsi qərara alınmışdır. Qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almış və 02 il, 11 ay, yəni 35 ay müddətində ##.##.2018-ci il tarixdə icra olunmuşdur (ödənilmişdir). Cavabdehlər qəbul olunmuş məhkəmə qərarı üzrə məbləği zamanında ödəyərək icra etsəydilər o, öz sahəsində istifadə etməklə daha çox gəlir əldə edə bilərdi. Lakin cavabdehlərin məhkəmə qərarı üzrə öhdəliyini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə o həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə kreditora ödənilən 4785 manat borca görə məhkəmə qərarı qanuni qüvvəsini aldığı müddətdən icra olunanadək illik (5%) faiz hesablanmaqla məhkəmə qərarı üzrə ümumi məbləğdən əlavə faiz ödənilməlidir. Bu da, 697,81 manat (4785 azn x 0,05 % = 239,25 azn / 12 ay = 19,93 azn x 35 ay = 697,81 azn) təşkil edir. Bununla bağlı qanunvericilikdə nəzərə tutulmuş qaydada, işin məhkəmədən kənar həll olunması üçün cavabdehlərə rəsmi qaydada bildiriş (pretenziya) göndərilmiş və 5 (beş) gün müddətində icra olunması (ödənilməsi) xahiş olunmasına baxmayaraq, cavabdehlər icra etməmişlər (ödəməmişlər).

Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında cavabdeh cavabdeh3 işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır.

4. Cavabdeh cavabdeh3 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, iddiaçının sahib olduğu “Sunny Electronics” mağazasından aralarında ##.##.2013-cü il tarixdə bağlanmış ***** nömrəli alqı-satqı müqaviləsinə əsasən 6562 manat dəyərində olan, dəyəri 12 ay ərzində hissə-hissə ödənilmək şərti ilə nisyə mal almışdır. O, nəzərdə tutulan qrafiklə aylar üzrə ödənişləri bir müddət etmiş, lakin yaranan problemlərə görə gecikmələr yaranmışdır. Bu səbəbdən iddiaı ona və digərlərinə qarşı 4785 manat ödənilməmiş qalan pul, faiz və digər tələblərlə iddia qaldırmış. Ismayıllı Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə ondan və digər cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya verilməsi qət edilmişdir. Həmin məbləğ onun tərəfindən 2018-ci ilin noyabr ayının 19-da tam ödənilmişdir. Bu haqda iddiaçı Bakı şəhər Binəqədi rayon Icra və probasiya şöbəsinə ərizə verərərək iddiaçıya heç bir borclarının qalmadığı, onun tərəfindən qətnamə üzrə tələb olunan məbləğin tam ödənildiyi və icra ilə əlaqədar heç bir tələbinin qalmadığını bildirmişdir. Həmin tarixdən tam 07 il keçdikdən sonra iddiaçı ona və digərlərinə qarşı qeyd edilən iddianı qaldırmışdır. Iddiaçı ilə arasında bağlanan alqı-satqı müqaviləsinin müddəti ##.##.2014-cü il tarixdə bitmiş, onun tərəfindən isə müqavilə öhdəliklərinin pozulması iddiaçıya artıq 2015-ci ilin mart-aprel aylarında məlum olmuşdur. Buna baxmayaraq iddiaçı ona qarşı 2015-ci ilin iyul ayında iddia qaldırmış, iddianın təmini barədə ##.##.2015-ci il tarixdə məhkəmə qətnaməsi çıxmışdır. Belə ki, o, vəziyyəti ilə əlaqədar ödəniş edə bilməmişdir. Yəni iddiaçı artıq 2014cü ilin mart-aprel aylarında hüquqlarının pozulduğunu bilmişdir. Iddiaçı hazırda qeyd edilən iddianı 2014-cü ilin mart-iyun aylarında qaldıra bilərdi., lakin bunu etməmiş və iddianı qaldırmaq üçün üç illik iddia müddəti hüququndan istifadə edərək 2015-ci ilin ortalarında iddia qaldrımışdır. Həmin iddia ilə birlikdə iddiaçı illik 5 faiz tələbini də qaldıra bilərdi. Lakin bunu etməmiş və həmin vaxtdan artıq 10 ildə çox müddət ötmüşdür. Odur ki, qeyd edilənlərə əsaslanaraq iddia tələbinə iddia müddəti tətbiq olunaraq təmin edilməməsini xahiş edir.

5. Cavabdehlər cavabdeh2 və cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Qeyd olunan cavabdehlər cavabdeh cavabdeh3 iddia müddətinin tətbiqi barədə ərizəsinin məzmununa uyğun ərizə göndərərək iddia tələbinə iddia müddəti tətbiq olunaraq təmin edilməməsini xahiş etmişlər. Məhkəmə işə qeyd olunan cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Ismayıllı Rayon Məhkəməsinin (hakim Ilqar Hüseynov) ##.##.2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ismayıllı Rayon Məhkəməsinin ## ####### 2015-ci il tarixli *(***)-****/**** nömrəli məhkəmə əmrinə əsasən borclular, ##.##.1967-ci ildə Ismayıllı rayonun Quşencə kəndində anadan olmuş, həmin ünvanda yaşayan cavabdeh3, ##.##.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, ev 26-da yaşayan X4 və ##.##.1984-cü ildə Ismayıllı rayonun Göytəpə kəndində anadan olmuş, cavabdeh2 müştərək qaydada 4764 (dörd min yeddi yüz altmış dörd) manat əsas borc və 21 (iyirmi bir) manat dövlət rüsumu, cəmi 4785 (dörd min yeddi yüz səksən beş) manat pul tutularaq Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi 1-də yaşayan İddiaçı ödənilməsi əmr verilmişdir. “Sunny Electronics” mağazası tələbkar İddiaçı Ismayıllı rayon Icra və probasiya şöbəsi və Binəqədi rayon Icra şöbəsinə ünvanladığı ## ###### 2018-ci il tarixli ***** nömrəli icraata xitam verilməsi barədə ərizədən görünür ki, icra vərəqəsi üzrə borc tam şəkildə ödənilmişdir. Iddiaçı Ismayıllı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Ismayıllı Rayon Məhkəməsinin ## ####### 2015-ci il tarixli *(***)-****/**** nömrəli məhkəmə əmri ilə onun xeyrinə tutulan borc məbləği borclular tərəfindən tam şəkildə ödənildikdən, yəni icra sənədi icra edildikdən sonra, ## ###### 2025-ci il tarixdə hazırkı tələbə dair ərizəsi məhkəmənin icraatına qəbul olmuşdur. Göründüyü kimi, tələbkar icra sənədi üzrə tutulmalı pul məbləği borcludan tam şəkildə alındıqdan sonra ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, alınmalı pul məbləğinin indeksasiyası ilə bağlı ərizələr müvafiq məhkəmə qərarının qüvvəyə mindikdən sonra həmin pul məbləğinin tam ödənilməsinədək olan müddət ərzində məhkəməyə təqdim edilməlidir. Həmçinin, pul məbləğinin indeksasiya edilməsinin məqsədi pul məbləğinin ödənilməsinə dair qətnamənin səmərəli icrasını təmin etməkdən ibarətdir. Bu isə onu göstərir ki, əgər pul məbləğinin tutulmasına dair məhkəmə qətnaməsi icra edilibsə o zaman icra edilmiş qətnamə üzrə ödənilmiş pul məbləğinin indeksasiyası aparıla bilməz. Əks halda bu indeksasiya instutunun mahiyyətinə zidd olmaqla yanaşı onun əhəmiyyətini də sıfıra endirmiş olardı. Belə ki, indeksasiya institutunun mahiyyəti məhz qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi nəticəsində baş verən itkilərin kompensasiyası edilməsinə xidmət etməkdir. Məhkəmə həmçinin qeyd edir ki, qanunverici indeksasiyanın həyata keçirilməsini qətnamənin icrası mərhələsi ilə əlaqələndirmişdir. Bu da onu deməyə əsas verir ki, tutulmalı pul məbləğinin indeksasiya edilməsi qətnamə icra edilənədək irəli sürülə bilər.

10. Məhkəmə hesab etmişdir ki, “ödənilməli pul məbləğinin indeksasiya olunması barədə” hazırki ərizə məhkəməyə təqdim edilmədən əvvəl Ismayıllı Rayon Məhkəməsinin ## ####### 2015-ci il tarixli *(***)-****/**** nömrəli məhkəmə əmrinə əsasən verilmiş icra sənədi borclular tərəfindən icra edildiyindən, hazırda icra sənədi üzrə borc olmadığından və indeksasiya edilməli olan pul məbləği mövcud olmadığından icra icraatı çərçivəsində tələbkar tərəfindən verilmiş ərizə təmin edilməməlidir.

11. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin və Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2025-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqenin tələblərinə əsasən isə indeksasiya yalnız qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə məyyən edilmiş və icra edilməmiş pul vəsaitinin indeksləşdirilməsini nəzərdə tutur.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 2-ci maddəsinə əsasən indeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin.

13. Məhkəmə hesab etmişdir ki, hazırda icra sənədi üzrə borc olmadığından və indeksasiya edilməli olan pul məbləği mövcud olmadığından, istehlak qiymətlərinin həcmi qanunla müəyyən edilmiş yuxarı həddi keçmədiyindən icra icraatı çərçivəsində verilmiş ərizə təmin edilə bilməz.

14. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehlərdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, hazırki iş üzrə iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 15.2, 77.1, 78.1, 88, 107, 119.1, 232.1-ci maddələrinə, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 2, 20.1.5, 26-cı maddələrinə, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən narazı qalan iddiaçı Musayev (Musazadə) Ramil Nuru oğlu apellyasiya şikayəti vermişdir.

17. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, hesab edir ki, Ismayıllı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli Qətnaməsi qanunsuz və əsassızdır. Həmçinin Qətnamə maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul olunduğundan, apellyasiya instansiyası məhkəməsində ləğv olunmalı, iş üzrə yeni, qanuni və əsaslı Qətnamə qəbul olunmalıdır.

18. Bununla bağlı bildirilir ki, cavabdehlər qəbul olunmuş məhkəmə qərarı üzrə məbləği zamanında ödəyərək icra etsəydilər iddiaçı, öz sahəsində istifadə etməklə daha çox gəlir əldə edə bilərdi. Lakin cavabdehlərin məhkəmə qərarı üzrə öhdəliklərini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə iddiaçı, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, iddiaçı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur.

19. Lakin birinci instansiya məhkəməsi, iddia ərizəsi ilə doğru düzgün tanış olmadan və təhlil etmədən, ilkin məhkəmə qərarının icrasına xitam verildiyindən və Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli Qərarına istinad edərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etmişdir.

20. Bununla bağlı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» ## #### 2023-cü il tarixli Qərarı qəbul edilmişdir. Lakin göründüyü kimi, hakim həmin qərarla tanış olmadan iddia tələblərini rədd etmişdir.

21. Qanuni qüvvəsini almış məhkəmə qərarının icrası gecikdirilərək icra olunduğunu nəzərə alaraq, tərəfindən, cavabdehlər cavabdeh3, cavabdeh2 və X4 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsaslanaraq, hesablanan 697,81 manat məbəğində (5 %) faiz borc tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

22. Qanunvericinin göstərilən normalarda ifadə etdiyi bu mövqeyi borclunun öhdəliyin icrasından yayınmasının qarşısını almağa, həmçinin öhdəliyin pozulması nəticəsində borcverənin üzləşdiyi zərərin kompensasiya edilməsinə yönəldilmişdir. Lakin birinci instansiya məhkəməsi, iddia ərizəsi ilə doğru düzgün tanış olmadan, təhlil etmədən və məhkəmələrdə də bu kimi işlərdə presedent yaradan, mənbə və tətbiq olunan qayda kimi qəbul edilmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» ## #### 2023-cü il tarixli Qərarında qeyd olunub ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malik olduğu qeyd olunması”na baxmayaraq məhkəmə iddia tələbini rədd etmişdir.

23. Məlumat üçün bildirir ki, hazırki iş üzrə baxmış hakim daha öncə də eyni predmetli iddia ərizəsi üzrə mülki işə baxış və məhkəmənin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbini təmin etmişdir. Bundan əlavə digər rayon və şəhər məhkəmələrinin və həmçinin apellyasiya məhkəmələrinin analoji qətnamələri mövcutdur, zərurət olduqda məhkəməyə əlavə sübut növü kimi, təqdim etmək mümkündür.

24. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual qanunvericilik normalarının tələbləri pozulmuş, məhkəmə qətnaməsi düzgün əsaslandırılmamış, əsassız olaraq iddia tələbi təmin olunmamışdır.

25. Odur ki, Ismayıllı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli Qətnaməsini ləğv edərək iddia tələbinin təmin olunması barədə yeni əsaslı qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh cavabdeh3 apellyasiya şikayətinə qarşı yazılı etirazında apellyasiya şikayətinin təmin edilməməsi, Ismayıllı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Ismayıllı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

28. Iddiaçı Musayev (Musazadə) Ramil Nuru oğlu, cavabdehlər cavabdeh2 və cavabdeh1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Iddiaçı Musayev (Musazadə) Ramil Nuru oğlu məhkəmə kollegiyasına göndərdiyi müraciətində üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyindən işə onun iştirakı olmadan baxılmasını, şikayətin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdehlər cavabdeh2 və cavabdeh1 isə məhkəmə kollegiyasına göndərdikləri teleqramlarında səhhətləri ilə bağlı iştirak edə bilməyəcəklərindən məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsinə etirazlarının olmadığını göstərmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə go rə o hdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında mu qavilənin olması mu əyyən edilmişdir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598-ci maddəsinə go rə, əgər alıcı alqı-satqı mu qaviləsinə uyg un olaraq verilmiş əşyanın qiymətini vaxtında o dəmirsə, satıcı əşyanın qiymətini o dəməyi tələb edə bilər. 600.1-ci maddəsinə go rə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 367-ci maddəsinə müvafiq olaraq müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il müəyyən edilmişdir. 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Qərarlar:

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ## ###### 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2007-ci il tarixli Qərarında məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” ## #### 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə alqısatqı müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

35. Insan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə ## #### 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

Apellyasiya baxışının hədləri

36. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Apellyator Ismayıllı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməli olmasına dair mövqeyi ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iddia tələbinin qanuni əsasını təşkil edən heç bir maddi hüquq normasına istinad edilməməklə, cavabdehlər tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizələr üzrə dəyərləndirmə aparmamaqla, qanuni və əsaslı qətnamə qəbul edilməməklə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

41. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı Musayev (Musazadə) Ramil Nuru oğlu ilə cavabdeh cavabdeh3 arasında ## ####### 2013-cü il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə dəyərini 12 ay müddətində hissə-hissə ödəməsi şərti ilə 6562 manat dəyərində mal satılmışdır. Həmin müqavilə üzrə cavabdeh cavabdeh3 öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Musayev (Musazadə) Ramil Nuru oğlu ilə cavabdehlər cavabdeh2 və cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinə əsasən zaminlər cavabdeh2 və cavabdeh1 cavabdeh3 Musayev (Musazadə) Ramil Nuru oğlu qarşısındakı öhdəliklərin icrasında məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin cavabdehlər müqavilə öhdəliklərinin tam icrasını təmin etmədiklərindən Musayev (Musazadə) Ramil Nuru oğlu pul tələbi üzrə məhkəmə əmrinin çıxarılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Ismayıllı Rayon Məhkəməsi tərəfindən borclular, ##.##.1967-ci ildə Ismayıllı rayonun Quşencə kəndində anadan olmuş, həmin ünvanda yaşayan cavabdeh3, ##.##.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, ev 26da yaşayan X4 və ##.##.1984-cü ildə Ismayıllı rayonun Göytəpə kəndində anadan olmuş, cavabdeh2 müştərək qaydada 4764 (dörd min yeddi yüz altmış dörd) manat əsas borc və 21 (iyirmi bir) manat dövlət rüsumu, cəmi 4785 (dörd min yeddi yüz səksən beş) manat pulun tutularaq Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi 1-də yaşayan İddiaçı ödənilməsinə dair ## ####### 2015-ci il tarixli *(***)-****/**** nömrəli məhkəmə əmri çıxarılmışdır. Həmin borc ## ###### 2018-ci il tarixdə ödənilmişdir. Iddiaçı Musayev (Musazadə) Ramil Nuru oğlu pul vəsaitinin ödənilməsinin gecikdirildiyini əsas gətirərək, məhkəmə qərarının qanuni qüvvəsini aldığı müddətdən icra olunduğu müddətədək 4785 manata illik 5 faizlə hesablanmaqla cəmi 697,81 manat pul vəsaitinin cavabdehlərdən alınmasını tələb etmiş, cavabdehlər tərəfindən iddia tələbi qəbul edilməmiş, iddia müddətinin ötürülməsi əsas gətirilərək, iddia tələbinin iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsi xahiş edilmişdir.

42. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

43. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.

44. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.

45. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.

46. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).

47. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

48. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.

49. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.

50. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.

51. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» ## #### 2023-cü il tarixli Qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditorun öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malik olduğu qeyd olunmasına, məhkəmə qətnaməsinin düzgün əsaslandırılmamasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin icra sənədi üzrə tutulmalı pul məbləği borcludan tam şəkildə alındıqdan sonra tələbkarın ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizə ilə məhkəməyə müraciət etməsi, pul məbləğinin tutulmasına dair məhkəmə qətnaməsi icra edildikdə icra edilmiş qətnamə üzrə ödənilmiş pul məbləğinin indeksasiyasının aparıla bilməməsi, qeyd edilən səbəblərdən iddianın rədd edilməli olmasına dair apardığı əsaslandırma və gəldiyi nəticə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir. Belə ki, iddia ərizəsindən açıq-aydın göründüyü kimi iddiaçının iddia tələbi ödənilməsi barədə əmr verilmiş pul məbləğinin indeksasiyası barədə deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7, 449.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 339.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2014-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli qərarlarına istinadən ödənilməsi gecikdirilmiş pul məbləğinin 5 faizinin alınması barədə olmuşdur. Lakin birinci instansiya məhkəməsi verilmiş tələb üzrə deyil, yanlış olaraq tələbdə mövcud olmayan indeksasiya məsələsi üzrə dəyərləndirmə aparmışdır.

54. Halbuki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.

55. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı).

56. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi iddia tələbi tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə pul öhdəliklərinin ödənilməsinin gecikdirilmiş hissəsinin illik 5 faiz dərəcəsi ilə hesablanan məbləğinin ödənilməsi ilə əlaqədardır. Hansı ki, cavabdehlərin hər üçü birinci instansiya məhkəməsinə iddia tələbinə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişlər.

57. Iddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

58. Mülki Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxsin arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir.

59. Belə müqavilələrdən birini Mülki Məcəllənin 600-ci maddəsində göstərilən nisyə alqı-satqı müqaviləsi təşkil edir. Alqı-satqı münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir.

60. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.

61. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).

62. Kollegiya qeyd edir ki, illik 5 faiz dərəcəsi ilə ödənilməsi xahiş edilən məbləğ, iddiaçı Musayev (Musazadə) Ramil Nuru oğlu ilə cavabdeh cavabdeh3 arasında ## ####### 2013-cü il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsindən doğan bir tələbdir. Hansı ki, iddiaçı həmin müqavilə üzrə hüquqlarının pozulmasından ən geci məhkəmə əmrinin icra edildiyi ## ###### 2018-ci il tarixdən məlumatlı olmuşdur.

63. Iş materiallarından müəyyən edildiyi kimi hazırkı mülki iş üzrə iddia ərizəsi ## ###### 2025-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur.

64. Göründüyü kimi Musayev (Musazadə) Ramil Nuru oğlunun cavabdeh cavabdeh3 qarşı iddia tələbi üzrə iddia müddətinin axımı borcun tam ödənildiyi ## ###### 2018-ci il tarixdə başlamaqla 2021-ci ilin noyabr ayının 19-da başa çatmış, iddiaçı cavabdeh cavabdeh3 qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla iddianın verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür.

65. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına (nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin şərhləri məcburi xarakterə malikdir) əsasən hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. Iddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Iddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2ci maddəsi). Iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir.

66. Mülki iş materiallarına əlavə edilən ## ###### 2025-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş cavabdeh cavabdeh3, ## ###### 2026-cı il tarixdə isə birinci instansiya məhkəməsinə daxil olmuş cavabdehlər cavabdeh2 və cavabdeh1 iddia müddətinin tətbiqinə dair ərizələrindən görünür ki, onlar məhkəmədən iddiaçı İddiaçı onlara qarşı pul tələbinə dair iddiasının idda müddətinin keçməsi səbəbindən rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

67. Qanunvericiliyin tələbindən göründüyü kimi, iddiaçı Musayev (Musazadə) Ramil Nuru oğlu ilə cavabdeh cavabdeh3 arasında bağlanmış müqavilə tələblərindən irəli gələn iddia müddəti üç il təşkil edir, iddiaçı həmin müddəti üzrsüz səbəbdən ötürmüş və qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddəti ərzində məhkəmə müdafiəsindən istifadə etməmişdir, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir.

68. Məhkəmə kollegiyası iddia tələbinin zamin qismində çıxış etmiş digər cavabdehlər cavabdeh2 və cavabdeh1 iddia müddətinin tətbiqinə dair ərizələrinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

69. Kollegiya qeyd edir ki, zaminə qarşı vaxtında iddia tələbinin verilməməsi iddia müddətinin ötürülməsi ilə deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş kəsici müddətin ötürülməsi ilə nəticələnir ki, bu halda zaminin məhkəməyə əlavə olaraq müddətin tətbiqinə dair ərizə təqdim etməsi tələb olunmur. Hansı ki, iddiaçı Musayev (Musazadə) Ramil Nuru oğlu tərəfindən borcun tam ödənildiyi ## ###### 2018-ci il tarixdən sonrakı bir illik müddət ərzində zaminlər cavabdeh2 və cavabdeh1 qarşı hazırkı iddia tələbi irəli sürülməmişdir.

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

71. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən maddi, həmçinin ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməli olması, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına dair prosessual hüquq normalarının tələblərini pozduğundan iddiaçı Musayev (Musazadə) Ramil Nuru oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ismayıllı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iddiaçı Musayev (Musazadə) Ramil Nuru oğlunun cavabdehlər cavabdeh3, cavabdeh2 və Hüseynova (Həmidova) Sevda Ismixan qızına qarşı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanan 697,81 manat məbəğində (5%) faiz borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 2,70 manat məbəğində pul və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbəğində dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı olmaqla, cəmi 730,91 manat məbəğində pulun tutularaq ona ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir.

72. Iddia rədd edildiyindən məhkəmə xərcləri iddiaçı Musayev (Musazadə) Ramil Nuru oğlunun özünə aid edilməlidir.

73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Iddiaçı Musayev (Musazadə) Ramil Nuru oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ismayıllı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı Musayev (Musazadə) Ramil Nuru oğlunun cavabdehlər cavabdeh3, cavabdeh2 və Hüseynova (Həmidova) Sevda Ismixan qızına qarşı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanan 697,81 manat məbəğində (5%) faiz borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 2,70 manat məbəğində pul və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbəğində dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı olmaqla, cəmi 730,91 manat məbəğində pulun tutularaq ona ödənilməsi tələbinə dair iddiası rədd rədd edilsin. Məhkəmə xərcləri iddiaçı Musayev (Musazadə) Ramil Nuru oğlunun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar