Məhkəmə qərarları › İş №e-2(3-10)-318/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-318/2026

17.06.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-318/2026 17.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi və həmin evə köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: istifadə hüququ) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və X1 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Iddiaçı iddiaçı1, Iddiaçı iddiaçı1 nümayəndə və vəkili vəkil2, Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi və həmin evə köçürülmə tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçılar iddiaçı1 və iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı fərdi yaşyış evindən istifadə qaydalarının müəyyən edilməsi və həmn evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı1 2017-ci ildə mübahisələndirilən evə gəlin köçmüş və cehiz əşyalarını həmin evə yerləşdirmişdir. Həmin evdə ailə üzvü kimi qeydiyyata alınmış və həmin evdə birgə nikah dövründə onların ##.##.2018-ci il təvəllüdlü X4 və ##.##.2019-cu il təvəllüdlü X7 anadan olmuşdur və onlar həmin evdə qeydiyyata alınmışdırlar. Sonra iddiaçıların ##.##.2024-cü il təvəllüdlü X5 və ##.##.2025-ci il təvəllüdlü X6 adlı övladları da olmuşdur və onlar da həmin evdə qeydiyyatda olmuşlar. Iddiaçı iddiaçı2 həmin evdə böyümüş, məktəbə getmiş və həmin ünvandan hərbi xidmətə getmişdir. Yəni iddiaçı1 ərinin həmin evdən istifadə hüququ vardır. Ondan əlavə iddiaçı1 həmin evə 2017-ci ildə qeydiyyata düşərkən həmin ev özbaşına tikili olmuşdur və o digər ailə üzvləri kimi eyni hüquqla qeydiyyata düşərək həmin evin 3 otağından 2 otaq bir aynabəndindən istifadə edirlər. Cavabdeh iddiaçılarevlənəndən iddiaçı1 yola verməmişdir. Evin tualetindən, hamamından istifadə etməyə imkan verməmişdir. Qazı yandırmağa icazə verməmişdir. 2020-ci ildə iddiaçı1 boşanmış, lakin həmin evdə qeydiyyatda qalmışdır. 2022-ci ildə isə təkrar nikaha girərək ##.##.2024-cü il təvəllüdlü X5 və ##.##.2025-ci il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Iddiaçı həmin evə mülkiyyət hüququnu 2023-cü ildə əldə etmişdir. Onlar 4 uşaqla həmin mübahisəli evdə yaşamağa davam etmişlər. 2025-ci ilin ######ın ##-də cavabdeh yenə iddiaçı1 və uşaqlarına iztirablar və işgəncələr verməyə başlamışdır. O həmin vaxt 7 aylıq hamilə olmuşdur. Səhəti və əsəbləri tarıma çəkilmişdir. Ailəsi ilə birlikdə müvvəqəti olaraq həmin evdən çıxmışlar. Həmin evin aynabəndini iddiaçı iddiaçı1 əri iddiaçı2 tikmişdir. Orada yaşadıqları dövrü iddiaçılar oranı abadlaşdırmışlar. Həmin evin qapısı ayrıdır. Onların dörd uşağı var, 2 qız və 2 oğlandır. Onlar hamısı bir otaqda yaşaya bilməzlər. Uşaqların ikisi südəmərdir. Qızı məktəbli olduğu üçün onun dərslərini hazırlaması üçün şərait lazımdır. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, iddiaçıların mübahisəli fərdi yaşayış evində istifadə hüququ yaranmasına baxmayaraq, cavabdeh Cavabdeh onlara həmin evdə yaşamağa imkan vermir. Öhdəliklərində dörd azyaşlı uşaqları var, hal-hazırda işləmir və yoldaşının da maddi vəziyyəti haradasa kirayə ev tutub yaşamağa və uşaqlarını böyütməyə imkan vermir. Iddiaçılar tələblərinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrinə istinad edərək, Yevlax rayonu Yuxarı Bucaq kəndində, yeni qaydalarla ünvan 3 ünvanda yerləşən və qeydiyyatda olduqları evin faktiki istifadələrində olan 3 otağına iddiaçılar iddiaçı1, iddiaçı2 və dörd azyaşlı uşaqlarının ##.##.2018-ci il təvəllüdlü X4, ##.##.2019- cu il təvəllüdlü X7, ##.##.2024-cü il təvəllüdlü X5 və ##.##.2025-ci il təvəllüdlü X6 və həmin evin faktiki istifadələrində olan 3 otağını (2 otaq, bir aynabənd) onların və uşaqlarının istifadəsinə verilməsi, evin istifadəsinə maneələrin yaratmasına cavabdehə qadağan edilməsi və umumi istifadədə olan hamam və sanitar qovşağın cavabdehlə birgə istifadənin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.

3. Cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) vəkil1 iddiaya etiraz verərək göstərmişdir ki, cavabdeh iddianı etiraf etmir. Iş materiallarından göründüyü kimi iş üzrə iddiaçılar ünvan 1 ünvanında yaşayırlar. Hansı ki, həmin yaşayış sahəsini iddiaçılar birgə nikah müddətində əldə etmişlər. Bu da onu göstərir ki, iddiaçılar ailəsinə məxsus (xüsusi mülkiyyətlərində) yaşayış evi mövcuddur və onların artıq iş üzrə cavabdeh Cavabdeh məxsus, o cümlədən mübahisələndirilən fərdi yaşayış evinə olan ehtiyacları aradan qalxmışdır. Yevlax Rayon Məhkəməsinin icraatında olan e-*(***)-****/**** saylı mülki iş üzrə iddia ərizəsində də, iddiaçılar yaşayış ünvanı olaraq ünvan 1 ünvanını qeyd etmişlər. ünvan 1 ünvanına dair aşağıdakı əməliyyatlar həyata keçirilmişdir: 1) ##.##.2018-ci il tarixdə iddiaçı iddiaçı2 ilə X8 (ünvan 2 ünvanının ##.##.2016- cı il tarixə olan mülkiyyətçisi) arasında alqı-satqı müqaviləsi bağlanmnışdır. 2) ##.##.2018- ci il tarixdə iddiaçı2 mülkiyyət hüququ Dövlət reyestrində qeydiyyata alınmışdır. 3) ##.##.2020-ci il tarixdə iddiaçı2 həmin daşınmaz əmlakı iddiaçı1 bağışlamışdır (daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır). 4) ##.##.2021-ci il tarixdə iddiaçı1 mülkiyyət hüququ Dövlət reyestrində qeydiyyata alınmışdır. 5) ##.##.2025-ci il tarixdə iddiaçı1 ilə X2 arasında alqı-satqı müqaviləsi bağlanmışdır (X2 Turanə Yaqub qızının doğma atasıdır və aralarında olan alqı-satqı müqaviləsi formal xarakter daşımışdır). Göründüyü kimi ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi iddiaçıların ailəsinə məxsusdur və həmin əmlakın formal olaraq özgəninkiləşdirilməsi iddia tələbinin təmin edilməsinə əsas sayıla bilməz.

Birinci instansiya məhkəməsində icraat

4. Məhkəmə iclasında iştirak edən iddiaçı, eyni zamanda iddiaçı iddiaçı2 nümayəndəsi iddiaçı1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) vəkil1 iddianı etiraf etməyərək, iddaya etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddanın əsassız olduğundan təmn edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Yevlax Rayon Məhkəməsinin (Qalib Paşayev) ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə, iddiaçılar iddiaçı1 və iddiaçı2 Xaqani oğlunun cavabdeh Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi və həmin evə köçürülməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçılar iddiaçı1 və iddiaçı2 Xaqani oğluna aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçılar ər-arvad olmaqla ## ##### 2017-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər və cavabdehin mülkiyyətində olan mübahsəli evdə yaşamışlar. Iddiaçılar birgə nikahda olduqları zaman, yəni ##.##.2018-ci il tarixdə iddiaçı2 Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 28.7 kv.m. olan mənzili almış və həmin mənzilə mülkiyyət hüququna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2018-ci il tarixli çıxarış almışdır. Yevlax Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən Xasıyeva (Əliyeva) Turanə Yaqub qızı ilə iddiaçı2 arasında Yevlax ŞIHBnın Aşağı Bucaq kənd nümayəndəliyində bağlanmış ##.##.2017-ci il tarixli, ** saylı nikah pozulmuş, lakin sonradan ailə münasibətlərini bərpa etmişlər və ##.##.2020-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinə əsasən iddiaçı2 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 28.7 kv.m. olan mənzili arvadı iddiaçı1 bağışlamışdır. Həmin mənzilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən iddiaçı1 adına ##.##.2021-ci il tarixdə çıxarış verilmişdir. Ailə münasibətlərini bərpa etdikdən sonra iddiaçılar bir müddət mübahisəli evdə, yəni hazırda cavabdehin mülkiyyətində olan Yevlax rayon Aşağı Bucaq kədində yerləşən fərdi yaşayış evində yaşamışlar. Həmin fərdi yaşayış evi üzərində cavabdeh Cavabdeh mülkiyyət hüquqları ##.##.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış və bu barədə cavabdehə çıxarış verilmişdir. Iddiaçılar 2025-ci ilin yanvar ayında daimi yaşamaq üçün mübahisəli ünvandan çıxaraq birgə nikahda olduqları zaman əldə edilmiş, sonradan iddiaçı1 mülkiyyətinə verilmiş ünvan 6 saylı ünvanda yerləşən mənzildə yaşamağa başlamışlar və artıq yaşayış sahəsinə olan tələbatlarını ödəmişlər. Bundan sonra X19 Turanə Yaqub qızına qarşı mülkiyyətin müdafiəsi-əşyaların evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh məxsus və Yevlax rayonu Yuxarı Bucaq kəndində (yeni qaydalarla ünvan 4) ünvanında yerləşən evdən cavabdeh iddiaçı1 məxsus əşyaların çıxarılması qət etmişdir. Həmin iddia ərizəsi məhkəməyə verildikdən sonra iddiaçı iddiaçı1 ##.##.2025-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 28.7 kv.m. olan mənzili X2. Bundan sonra isə iddiaçılar yaşayış sahəsinə olan tələbatlarını ödəmək üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə iclasında iddiaçıların mübahisəli fərdi yaşayış evindən cavabdeh tərəfindən məcburi qaydada çıxarılmaları müəyyən edilməmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçıların cavabdeh cavabdeh Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi və həmin evə köçürülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 228.1, 228.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan iddiaçılar iddiaçı1 və iddiaçı2 apellyasiya şikayəti vermişlər.

11. Apellyasiya şikayətinin dəlilləri iddia tələbi ilə eynilik təşkil etmiş əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur.

12. Birinci instansiya məhkəməsi təqdim etdiyi sübutlara önəm və əhəmiyyət verməmişdir. Onların heç bir yaşayış yeri olmamasına baxmayaraq, onu 4 azyaşlı uşaqla onlardan ikisi südəmər olmaqla qışın soyuğunda qohum əqraba evində qalmağa məcbur etmişlər. Məhkəmə evdə daimi qeydiyyatlarını, yaşamalarını, bir neçə aylar bundan öncə isə cavabdeh tərəfindən evdən çıxarılmalarını nəzərə almamışdır.

13. O, 2017-ci il tarixdə evə gəlin köçərkən heç bir şərtsiz onu əmlakı ilə birlikdə yəni, cercehiz əşyaları ilə birlikdə həmin evdə yaşamağa hazırki cavabdehlər razılıq verdiyindən onun əşyaları bu günə kimi mübahisələndirilən evdədir. Sadəcə olaraq cavabdeh ciddi şəkildə, maneələr və mübahisə yaradır. Mübahisələndirilən evə dair hüquqmüəyyənedici sənədlər əldə edilənə qədər onlar həmin evdə yaşamaqla eyni bərabər hüquqlu şəxslər olmuşlar.

14. Onlar ər-arvad dövründə mübahisələndirilən evin əlavə tikintisində xüsusən şüşə bəndin tam tikilərək ərsəyə çatmasında onların əməyi təksibedilməzdir. Mübahisələndirilən ev yardımçı otaqlarla birlikdə 6 otaqdan ibarət olmuşdur. Onlar bu evin bu hissəsinin qurulmasına xeyli sərmayə sərf etmişlər.

15. Odur ki, apellyasiya şikayətinin təmin edilərək Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndə və vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndə və vəkili vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçı iddiaçı2 və cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13 (hissə İ) Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 29 (hissə III) Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

23. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; 30.1-ci maddəsində göstərilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailəüzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailəüzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsində göstərilmişdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Qərarlar:

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2001-ci il tarixli qərarı.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair ## ####### 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

26. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

27. 47. “Akimova Azərbaycana qarşı” iş üzrə ##.##.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə ##.##.2009-cu il tarixli, “Qarrax Çexiyaya qarşı” iş üzrə ## ### 2003-cü il tarixli qərarlarında X3 Məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “Insan Hüquqları və X20 Haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətindən görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, № e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

31. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

34. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçılar ##.##.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq cavabdehin mülkiyyətində olan mübahisəli evdə yaşamışlar. Onların birgə nikahlarından ##.##.2018-ci il təvəllüdlü X4, ##.##.2019-cu il təvəllüdlü X7, ##.##.2024-cü il təvəllüdlü X5 və ##.##.2025-ci il təvəllüdlü X6 adlı dörd uşaqları doğulmuşdur. Iddiaçılar birgə nikahda olduqları zaman, yəni ##.##.2018-ci il tarixdə iddiaçı2 tərəfindən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 28.7 kv.m. olan mənzil alınmış və həmin mənzil iddiaçı2 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ##.##.2018-ci il tarixli çıxarış verilmişdir. Yevlax Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən Xasıyeva (Əliyeva) Turanə Yaqub qızı ilə iddiaçı2 arasında bağlanmış nikah pozulmuş, lakin sonradan ailə münasibətlərini bərpa etmişlər. ##.##.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən iddiaçı2 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 28.7 kv.m. olan mənzili arvadı iddiaçı1 bağışlamışdır. Həmin mənzilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən iddiaçı1 adına ##.##.2021-ci il tarixdə çıxarış verilmişdir. Ailə münasibətlərini bərpa etdikdən sonra iddiaçılar bir müddət mübahisəli evdə, yəni hazırda cavabdehin mülkiyyətində olan Yevlax rayon Aşağı Bucaq kədində yerləşən fərdi yaşayış evində yaşamışlar. Bundan sonra sözügedən mənzilin mülkiyyətçisi X19 Turanə Yaqub qızına qarşı mülkiyyətin müdafiəsi-əşyaların evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh məxsus və Yevlax rayonu Yuxarı Bucaq kəndində (yeni qaydalarla ünvan 4) ünvanında yerləşən evdən cavabdeh iddiaçı1 məxsus əşyaların çıxarılması qət etmişdir. Həmin iddia ərizəsi məhkəməyə verildikdən sonra iddiaçı iddiaçı1 ##.##.2025-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 28.7 kv.m. olan mənzili atası X2.

35. Həmçinin məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Yevlax rayon * saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.2004-cü il tarixdə vəfat etmiş X9 vərəsəsi X19 tanınaraq, mübahisəli, yəni Yevlax rayonu Yuxarı Bucaq kəndində (yeni qaydalarla ünvan 4) yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.25 ha torpaq sahəsindən tam hissədə pay almış, daha sonra hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ##.##.2023-cü il tarixli çıxarış verilmişdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin təqdim etdikləri sübutlara əhəmiyyət verməməsi, onların heç bir yaşayış yeri olmamasına baxmayaraq, 4 azyaşlı uşaqla qohum əqraba evində qalmağa məcbur olması, məhkəmənin evdə daimi qeydiyyatlarını, yaşamalarını nəzərə almaması, 2017-ci il tarixdə evə gəlin köçərkən heç bir şərtsiz onu əmlakı ilə birlikdə həmin evdə yaşamağa hazırki cavabdeh razılıq verməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, hazırkı işdə iddiaçı iddiaçı1 münasibətdə mübahisəli hüquq münasibətləri ## ####### 2009-cu ildən sonra yarandığından tərəflər arasındakı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından hüquqi qiymət verilməlidir.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.

39. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

40. Hazırkı iş üzrə mübahisələndirilən fərdi yaşayış evi vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçərək 2023-ci ildən cavabdeh Cavabdeh mülkiyyəti kimi adına qeydiyyata alınmışdır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən gəlin qaynanadan özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxslər kateqoriyasına aid deyildir. Bu səbəbdən iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun tanınmasını və həmin evə köçürülməsini tələb etmək səlahiyyəti yoxdur.

41. Kollegiya hesab edir ki, iddiaçı iddiaçı1 mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun tanınmasını və həmin evə köçürülməsini tələb etmək səlahiyyəti olmadığından onun apellyasiya şikayətinin bir neçə il həmin mənzildə yaşaması, qeydiyyatda olması, həmçinin bütün cehiz əşyalarının Yevlax rayonu Yuxarı Bucaq kəndində (yeni qaydalarla ünvan 4) yerləşən fərdi yaşayış evində olmasına dair dəlilləri də iddiasının təmin edilməsi üçün əsas hesab edilə bilməzlər. 42.Məhkəmə kollegiyası iddiaçı iddiaçı2 mübahisəli evdə istifadə hüququnun mövcud olmasına dair dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddiaçı2 birinci instansiya məhkəməsində mübahisəli evdə doğulub, boya-başa çatmasını qeyd etsədə, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

43. Belə ki, iş materiallarında mübahisəli fərdi yaşayış evinin qanun üzrə vərəsəlik hüququ qaydasında cavabdeh Cavabdeh mülkiyyətinə keçərək, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması müəyyən olunmuşdur.

44. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddiaçı2 mübahisəli fərdi yaşayış evində doğularaq orada yaşasa belə, sonuncu həmin evdən istifadə hüququnu itirmişdir.

45. Belə ki, baxılan işin müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı2 ##.##.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 28.7 kv.m. olan mənzil alınmış və həmin mənzil iddiaçı2 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ##.##.2018-ci il tarixli çıxarış verilmişdir. ##.##.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən iddiaçı2 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 28.7 kv.m. olan mənzili arvadı iddiaçı1 bağışlamışdır. Həmin mənzilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən iddiaçı1 adına ##.##.2021-ci il tarixdə çıxarış verilmişdir. X19 Turanə Yaqub qızına qarşı mülkiyyətin müdafiəsi-əşyaların evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh məxsus və Yevlax rayonu Yuxarı Bucaq kəndində (yeni qaydalarla ünvan 4) ünvanında yerləşən evdən cavabdeh iddiaçı1 məxsus əşyaların çıxarılması qət etmişdir. Həmin iddia ərizəsi məhkəməyə verildikdən sonra iddiaçı iddiaçı1 ##.##.2025-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 28.7 kv.m. olan mənzili atası X2.

46. Kollegiya qeyd edir ki, iddiaçıların özlərinin mülkiyyətində mənzilləri olsada, həmin evdən istifadə etməyərək iddiaçı iddiaçı1 tərəfindən atası X2 onu deməyə əsas verir ki, iddiaçı iddiaçı2 yaşayış sahəsinə olan ehtiyacı aradan qalxmışdır.

47. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir.

48. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.

49. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli Qərarı).

50. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. 51.Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddiaçı2da Yevlax rayonu Yuxarı Bucaq kəndində (yeni qaydalarla ünvan 4) yеrləşən fərdi yаşаyış evinə istifadə hüququ mövcud deyildir.

52. Məhkəmə kollegiyası ümumilikdə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kollegiya apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qət etdi:

Iddiaçılar iddiaçı1 və iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi iddiaçılar iddiaçı1 və iddiaçı2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar