Məhkəmə qərarları › İş №e-2(3-10)-319/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-319/2026

29.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-319/2026 29.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər Qəbələ Regional "Asan Xidmət" Mərkəzində notariat ofisinə, AR IN ƏMDX DƏDKR PHŞ * saylı Qəbələ Ərazi Idarəsinə, üçüncü şəxslər maraqlı şəxs2, maraqlı şəxs3 Arıf qızına və maraqlı şəxs1 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrində edilən qeydin ləğv edilməsi, miras əmlakdan pay almaq hüququnun təsdiq olunması və mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrində edilən qeydin ləğv edilməsi, miras əmlakdan pay almaq hüququnun təsdiq olunması və mülkiyyət hüququnun tanınması ” tələbi, qismən ləğv, qismən təmin) Hakimlər X14 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, üçüncü şəxs maraqlı şəxs2 və onun nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər Qəbələ Regional "Asan Xidmət" Mərkəzində notariat ofisinə, AR IN ƏMDX DƏDKR PHŞ * saylı Qəbələ Ərazi Idarəsinə, üçüncü şəxslər maraqlı şəxs2, maraqlı şəxs3 Arıf qızına və maraqlı şəxs1 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrində edilən qeydin ləğv edilməsi, miras əmlakdan pay almaq hüququnun təsdiq olunması və mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və üçüncü şəxs maraqlı şəxs2 nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı cavabdehlər Qəbələ Regional "Asan Xidmət" Mərkəzində notariat ofisinə, AR IN ƏMDX DƏDKR PHŞ * saylı Qəbələ Ərazi Idarəsinə, üçüncü şəxslər maraqlı şəxs2, maraqlı şəxs3 Arıf qızına və maraqlı şəxs1 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrində edilən qeydin ləğv edilməsi, miras əmlakdan pay almaq hüququnun təsdiq olunması və mülkiyyət hüququnun tanınması tələbi barədə iddia qaldıraraq, mərhum X2ndan və mərhum anası X17 miras qalan əmlaklar barədə cavabdeh maraqlı şəxs2 adına verilmiş ##.##.2024-cü il tarixli, 2V-***, 2V-***, 2V-*** və 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında maraqlı şəxs2 və ailə üzvlərinin adlarına hazırlanmış ##.##.2024-cü il tarixli, ********** reyestr nömrəli, DƏDR-dən çıxarışın, həmin əmlaka dair texniki pasportun, həmçinin 0,13 hektar həyətanı torpaq sahəsi barədə maraqlı şəxs2 və ailə üzvlərinin adlarına hazırlanmış müvafiq çıxarış və texniki sənədin ləğv edilməsi, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinə iddiaçının, qalan ½ hissəsinə isə mərhum X2nun, evin yerləşdiyi 0,16 ha və yeni qaydalarla ünvan 2 ünvanında yerləşən 0,13 ha həyətyanı torpaq sahələrinə ½ hissəsinə iddiaçının, qalan ½ hissəsinə isə mərhum X2nun və mərhum anası X17 mülkiyyət hüququnun tanınması, həmin əmlaklarda mərhum X2 və mərhum anası X17 adına olan hissələrdən ibarət miraslardan qanun üzrə vərəsə kimi iddiaçıya düşən payların həmin əmlaklardakı öz paylarına əlavə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan ** nömrəli yaşayış evi X3 və İddiaçı birgə vəsaiti 1975-ci ildə inşa edilərək ailə üzvlərinin istifadəsində olmuş və 1997-ci ildə dövlət qeydiyyata alınaraq onların adına sənədləşdirilmişdir. Islahat aparılarkən ünvan 3-də yerləşən 0,13 ha torpaq sahəsi ilə birlikdə səhvən Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi də X3 beş nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş və nəticədə Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan ** nömrəli yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində X3 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. ##.##.2008-ci il tarixdə X17 və ##.##.2006-cı ildə X3 vəfat etdikdən sonra maraqlı şəxs2 onlardan qalmış mirasa təkbaşına yiyələnmiş və Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat ofisində adına verilmiş ##.##.2024-cü il tarixli 2V-***, ##.##.2024-cü il tarixli 2V-***, ##.##.2024-cü il tarixli 2V***, ##.##.2024-cü il tarixli 2V-*** reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən ünvan 3-də yerləşən 0,13 ha torpaq sahəsini, o cümlədən Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan ** nömrəli yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində maraqlı şəxs2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Halbuki, İddiaçı ümumi paylı mülkiyyətin iştirakçısı kimi valideynlərindən qalmış mirası faktiki surətdə qəbul etmiş, Qəbələ şəhərində yerləşən 0,458499ha və 0,568692 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ona düşən paydan maraqlı şəxs2 xeyrinə imtina etmişdir. AR Şəki Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)****/**** saylı qərarı ilə, islahat zamanı Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi X3 ailə üzvlərinin mülkiyyətinə verilərkən İddiaçı əsassız olaraq nəzərə alınmadığı və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan ** nömrəli yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində X3 adına xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ½ hissədə payı nəzərə alınmadan qeydə alındığının düzgün olmadığı müəyyən edilərək Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsinə və fərdi yaşayış evinə dair X3, 0,16 ha torpaq sahəsinə dair X17, maraqlı şəxs2, maraqlı şəxs1 və maraqlı şəxs3 Əhməd qızı barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ##.##.2024-cü il tarixli qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. Ona görə də, Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat ofisində ##.##.2024-cü il tarixli 2V- ***, ##.##.2024-cü il tarixli 2V-***, ##.##.2024-cü il tarixli 2V-***, ##.##.2024-cü il tarixli 2V-*** reyestr nömrəsi ilə maraqlı şəxs2 adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında maraqlı şəxs2 Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan ** nömrəli yaşayış evi, o cümlədən ünvan 3-də yerləşən 0,13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ləğv edilməli, həmin reyestr nömrələri ilə qeydiyyata alınmış daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və texniki pasportun etibarsız hesab edilməli, ##.##.2008-ci il tarixdə vəfat etmiş X17 və ##.##.2006-cı ildə vəfat etmiş X3 miras qalmış ünvan 3-də yerləşən 0,13 ha torpaq sahəsinin 2/5 hissəsi və X3 miras qalmış Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan ** nömrəli yaşayış evinin ½ hissəsindən İddiaçı düşən paylar müəyyən edilib Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan ** nömrəli yaşayış evinin ½ hissəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınaraq miras payına əlavə edilməlidir.

3. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (sərdlik edən hakim: Ülvi Qənbərov) iddia tələbi qismən təmin olunmuş, cavabdeh Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat ofisində ##.##.2024-cü il tarixli 2V-***, ##.##.2024-cü il tarixli 2V-***, ##.##.2024-cü il tarixli 2V-***, ##.##.2024-cü il tarixli 2V-*** reyestr nömrəsi ilə maraqlı şəxs2 adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamələr əsasında Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan ** nömrəli yaşayış evi, o cümlədən ünvan 3-də yerləşən 0,13 ha torpaq sahəsi üzərində cavabdeh maraqlı şəxs2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatı ləğv edilməsi, ##.##.2008-ci il tarixdə vəfat etmiş X17 və ##.##.2006-cı ildə vəfat etmiş X3 miras qalmış ünvan 3-də yerləşən 0,13 ha torpaq sahəsinin 2/5 hissəsi, Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsinin 2/6 hissəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan ** nömrəli yaşayış evinin ½ hissəsindən iddiaçı İddiaçı qanun üzrə vərəsəlik üzrə 1/5 hissədə pay almaq hüququ təsdiq olunması, iddiaçı İddiaçı ünvan 3-də yerləşən 0,13 ha torpaq sahəsində payı 2/25 hissədə; Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsində payı 7/30 hissədə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan ** nömrəli yaşayış evində payı 6/10 (3/5) hissədə müəyyən edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən cavabdeh2spublikası Mülki Məcəlləsinin 1133.1 , 1134.1, 1145, 1146, 1159.1.1, 1243.2, 1255, 1256, 1258, 1259, 1269, 1301, 140, 149.2-ci, 1321.1, maddələrinə, “cavabdeh2spublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin cavabdeh2spublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” cavabdeh2spublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarına, «Notariat haqqında» AR Qanununun 59-cu maddəsinin 1-ci hissəsinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Işdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən ünvan 3-də yerləşən 0,13 ha torpaq sahəsi (reyestr nömrəsi: 406013099905; qeydiyyat nömrəsi:1924001860 ) ##.##.2024-cü il tarixdə maraqlı şəxs2, X17, maraqlı şəxs1, maraqlı şəxs3 Əhməd qızı və X3 adına ümumi birgə mülkiyyət hüququ əsasında 1924001860 nömrə ilə qeydiyyata alınmışdır. Işdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi X17, maraqlı şəxs2, maraqlı şəxs1, maraqlı şəxs3 Əhməd qızı və X3 adına ümumi birgə mülkiyyət hüququ əsasında və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan ** nömrəli yaşayış evi (reyestr nömrəsi: 406013099904-10301; qeydiyyat nömrəsi **********) X4 adına ##.##.2024-cü il tarixdə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır Işdə olan Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli 2V-*** reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən maraqlı şəxs2 ##.##.2006-cı il tarixdə vəfat etmiş X3 miras qalmış Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsinin ona düşən hissəindən (1/5 hissə) və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan ** nömrəli yaşayış evindan (reyestr nömrəsi: 406013099904- 10301; qeydiyyat nömrəsi ********** ) tam hissədə pay almışdır. Işdə olan Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli 2V-*** reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən maraqlı şəxs2 ##.##.2008-ci il tarixdə X17 miras qalmış Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsinin ona düşən hissəindən (1/5 hissə) (reyestr nömrəsi: 406013099904-10301; qeydiyyat nömrəsi ********** ) tam hissədə pay almışdır. Işdə olan Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli 2V-*** reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən maraqlı şəxs2 ##.##.2006-cı il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 3-də yerləşən 0,13 ha torpaq sahəsinin ona düşən hissəindən (1/5hissə) (reyestr nömrəsi: 406013099905; qeydiyyat nömrəsi 1924001860) tam hissədə pay almışdır. Işdə olan Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli 2V-*** reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən maraqlı şəxs2 ##.##.2008-ci il tarixdə X17 miras qalmış ünvan 3-də yerləşən 0,13 ha torpaq sahəsinin ona düşən hissəindən (1/5 hissə) (reyestr nömrəsi: 406013099905; qeydiyyat nömrəsi 1924001860) tam hissədə pay almışdır. Işdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi maraqlı şəxs2 (3/5 hissə) , maraqlı şəxs1 (1/5 hissə) və maraqlı şəxs3 Əhməd qızının ( 1/5 hissə) adına ümumi paylı mülkiyyət hüququ əsasında və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan ** nömrəli yaşayış evi (reyestr nömrəsi: 406013099904-10301) maraqlı şəxs2 adına xüsusi mülkiyyət hüququ əsasında ##.##.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Işdə olan Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **** nömrəli məlumatda göstərilmişdir ki, ##.##.2008-ci il tarixdə vəfat etmiş X17 və ##.##.2006-cı il tarixdə vəfat etmiş X3 vərəsələri, İddiaçı, X6, X10, maraqlı şəxs2 və X7r; Dövlət Notariat Arxivindən əldə edilmiş sənədlərə əsasən İddiaçı və X6 maraqlı şəxs2 xeyrinə mirasdan imtina etmiş, Qəbələ şəhərində yerləşən 0,458499ha və 0,568692 ha torpaq sahələri ##.##.2009-cü il tarixli 2V-*** reyestr nömrəli, o cümlədən SSRI Əmənat Bankının AR Banında saxlanılan bank əmanəti ##.##.2012-ci il tarixli *V-*** saylı Vərəsəlik hüququ haqqında şəhadətnamə ilə maraqlı şəxs2 adına rəsmiləşdirilmişdir. Işdə olan AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X17 ##.##.2008-ci il tarixdə ölmüşdür. Işdə olan AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamənin X3 ##.##.2006-cı il tarixdə vəfat ölmüşdür. Işdə olan AR Şəki Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)****/**** saylı qərarının surətinə əsasən islahat zamanı Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi X3 ailə üzvlərinin mülkiyyətinə verilərkən İddiaçı əsassız olaraq nəzərə alınmadığı və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan ** nömrəli yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində X3 adına xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ½ hissədə payı nəzərə alınmadan qeydə alındığının düzgün olmadığı müəyyən edilib Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsinə və fərdi yaşayış evinə dair X3, 0,16 ha torpaq sahəsinə dair X17, maraqlı şəxs2, maraqlı şəxs1 və maraqlı şəxs3 Əhməd qızı barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ##.##.2024-cü il tarixli qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı və üçüncü şəxs maraqlı şəxs2 nümayəndəsi və vəkili vəkil1 аpellyаsiyа şikаyəti vermişlər.

Apellyasiya şikayətinin dəlilləri

7. Iddiaçı İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, tərəfindən cavabdehlər Qəbələ Regional"Asan Xidmət" Mərkəzində notariat ofisinə, AR IN ƏMDX DƏDKR PHŞ * saylı Qəbələ Ərazi Idarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrində edilən qeydin ləğv edilməsi, miras əmlakdan pay almaq hüququnun təsdiq olunması və mülkiyyət hüququnun tanınması tələbi barədə iddia ərizəsilə Qəbələ Rayon Məhkəməsinə müraciət olunaraq, məhkəmədən Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat ofisində ##.##.2024-cü iltarixli 2V-***, ##.##.2024-cü il tarixli 2V-***, ##.##.2024-cü iltarixli 2V-***, ##.##.2024-cü iltarixli 2V-*** reyestr nömrəsiilə maraqlı şəxs2 adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında maraqlı şəxs2 Qəbələ şəhəri,Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan ** nömrəli yaşayış evi, o cümlədən ünvan 3-də yerləşən 0,13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi, həmin reyestr nömrələri ilə qeydiyyata alınmış daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və Texniki pasportun etibarsız hesab edilməsi, ##.##.2008-ci il tarixdə vəfat etmiş X17 və##.##.2006-cı ildə vəfat etmiş X3 miras qalmış Qəbələşəhəri, Cavidan küçəsi, Giriş 38-də yerləşən 0,13 ha torpaq sahəsinin 2/5hissəsi və X3 miras qalmış Qəbələ şəhəri,Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan ** nömrəli yaşayış evinin ½ hissəsindən ona düşən payın müəyyən edilib Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan ** nömrəli yaşayış evinin ½ hissəsi üzərində şəxsi mülkiyyət hüququnun tanınaraq miras payına əlavə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Qəbələ Rayon Məhkəməsinine-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat ofisində ##.##.2024-cü il tarixli 2V-***, ##.##.2024-cü il tarixli 2V-***, ##.##.2024-cü il tarixli 2V***, ##.##.2024-cü il tarixli 2V-*** reyestr nömrəsi ilə maraqlı şəxs2 adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamələr əsasında Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/molan ** nömrəli yaşayış evi, o cümlədən ünvan 3-də yerləşən 0,13 ha torpaq sahəsi üzərində cavabdeh maraqlı şəxs2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi, ##.##.2008- ciil tarixdə vəfat etmiş X17 və ##.##.2006cı ildəvəfat etmiş X3 miras qalmış ünvan 3-də yerləşən 0,13 ha torpaq sahəsinin 2/5 hissəsi,Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsinin 2/6 hissəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/molan ** nömrəli yaşayış evinin½ hissəsindən onun qanun üzrə vərəsəlik üzrə 1/5 hissədə pay almaq hüququnun təsdiq olunması, onun ünvan 3-də yerləşən 0,13 ha torpaq sahəsində payının 2/25 hissədə; Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 hatorpaq sahəsində payının 7/30 hissədə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/molan ** nömrəli yaşayış evində payının 6/10 (3/5) hissədə müəyyən edilməsi qət edilmişdir (Hakim Qənbərov Ülvi Oktay oğlu). Lakin aşağıdakı xüsusatlardan dolayı hesab edir ki, Qəbələ RayonMəhkəməsinin e-*(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində qanunsuz və əsassızdır. Ilk növbədə bildirmək istəyir ki, birinci instansiya məhkəməsi hazırkı mülki iş üzrə işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, bunun nəticəsində isə mülkiyyət hüquqlarının həcmini düzgün müəyyən etməmişdir. Belə ki, Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv.molan ** nömrəli yaşayış evi üzərində onun mülkiyyət hüquqlarının müəyyən edilməsi zamanı birinci instansiya məhkəməsi iş üzrə əsas, ilkin və hüquq müəyyənedici sənəd olan 1977-ci il tarixli texniki pasportun hüquqi mahiyyətini tam nəzərə almamışdır. Məhkəmə göstərilən yaşayış evi üzrə mülkiyyət hüququmu tanısa da, həmin evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnu düzgün və tam həcmdə müəyyən etməmişdir. Halbuki, 964 inventar nömrəli, sentyabr 1977-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasport” həm yaşayış evini, həm də onun altında yerləşən torpaq sahəsini əhatə edən ilkin və mötəbər hüquq müəyyənedici sənəddir. Xüsusilə qeyd edilməlidir ki, Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsinə dair tərtib edilmiş JN-1561G və JN-****F nömrəli şəhadətnamələrin qanunsuz olması artıq Şəki Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli,e-*-*(***)-****/**** saylı qərarı ilə müəyyən edilmişdir. cavabdeh2spublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər üçün digər məhkəmə proseslərində yenidən sübut edilmir və mübahisələndirilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən isə qanuni qüvvəyə minmiş məhkəmə qərarları mülki işlər üzrə məhkəmə üçün məcburidir. Qeyd edilməlidir ki, sözügedən şəhadətnamələr tərtib edilərkən 1977-ci il texniki pasportuna istinad olunsa da, həmin pasportda mülkiyyətçi kimi göstərilən iki şəxsdən birinin – onun adının sənədlərdə əks etdirilməməsi açıqaşkar qanun pozuntusudur. Şəki Inzibati Məhkəməsinin və Şəki Apellyasiya Məhkəməsinin qərarlarında da vurğulandığı kimi, torpaq islahatı zamanı faktiki istifadəçilər deyil, hüquqi əsaslarla torpağa malik olan şəxslər nəzərə alınmalı idi. Bundan əlavə,eyni ünvan üzrə (faktiki olaraq eyni torpaq sahəsinə) iki ayrı şəhadətnamənin verilməsi özü-özlüyündə qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda, 1997-ci ilə aid olduğu iddia edilən, lakin nə yaşayış evinin, nə də torpaq sahəsinin real konturlarını əks etdirməyən,eyni inventar nömrəli texniki sənədinmövcudluğu hüquqi cəhətdən əsassız və şübhəlidir. AzərbaycanRespublikası Prezidentinin ## ###### 2015-ci il tarixli, *** saylı Fərmanıilə təsdiq edilmiş qaydalara əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş hüquqları təsdiq edən sənədlərsırasında Azərbaycan SSR dövründə Kommunal Təsərrüfatı Nazirliyi tərəfindənverilmiş texniki pasportlar birbaşa hüquq müəyyənedici sənəd kimi tanınır. Deməli, 1977-ci il texniki pasportu torpaq sahəsinə dair hüquqların müəyyən edilməsi üçün kifayət qədər hüquqi əsasdır. Qanunvericiliyin tələblərinə görə, torpaq islahatı aparılarkən vətəndaşların qanuni istifadəsində olmuş torpaq sahələri əvəzsiz və həmin istifadə həcmində onların mülkiyyətinə verilməli idi. Bu baxımdan, 1977-ci il texniki pasportunda adı mülkiyyətçikimi göstərilən şəxs olaraq onun torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmaması hüquqi və məntiqi əsasdan məhrumdur. Eyni zamanda qeyd edir ki, bu mübahisə ilə bağlı indiyədək baş tutmuş çoxsaylı məhkəmə proseslərində 1977-ci il texniki pasportu bütün məhkəmələr tərəfindən hüquq müəyyənedici sənəd kimi qəbul edilmişdir. Nəticə etibarilə, Qəbələ Rayon Məhkəməsi tərəfindən yaşayış evi üzrə aparılmış bölgü ədalətli olsa da, həmin evin yerləşdiyi və mərhum atasıyla birlikdə adlarının göstərildiyi sənədlərlə təsdiqlənmiş torpaq sahəsi üzrə hüquqlarım bərpa edilməmişdir. Torpaq sahəsi üzrə mülkiyyət hüququnu tanınmadan onun miras və mülkiyyət payı natamam qalır, bu isə qətnamənin də yarımçıq olmasına səbəb olur. Birinci instansiya məhkəməsinin qətnaməsindəəsas problemlərdən biri ondan ibarətdir ki, məhkəmə eyni hüquqi və faktiki baza əsasında müxtəlif obyektlərə münasibətdə ziddiyyətli mövqe tutmuşdur. Belə ki, məhkəmə 1977-ci il tarixli texniki pasportu yaşayış evi üzrə mülkiyyət hüququnun tanınması üçün hüquqmüəyyənedici sənəd kimi qəbul etdiyi halda, həmin texniki pasportda açıq şəkildə göstərilən və evin ayrılmaz tərkib hissəsi olan torpaq sahəsinə münasibətdə bu sənədin hüquqi nəticələrini nəzərə almamışdır. Eyni sənədin eyni iş çərçivəsində həm hüquq yaradan, həmdə hüquq doğurmayan sənəd kimi qiymətləndirilməsi hüquqi məntiqə və sübutların qiymətləndirilməsi prinsiplərinə ziddir. Qətnamədən aydın görünür ki, məhkəmə yaşayış evinin mövcudluğunu və ona dair hüquqlarımı tanıyır, lakin bu evin hansı hüquqi əsasla və hansı torpaq sahəsi üzərində yerləşdiyini lazımi qaydada əsaslandırmır. Halbuki, daşınmaz əmlak anlayışı hüquqi baxımdan vahid obyekt kimi çıxış edir və yaşayış evi torpaq sahəsindən ayrı mövcud ola bilməz. Torpaq sahəsi olmadan yaşayış evinə dair mülkiyyət hüququnun tanınması formal xarakter daşıyır və bu yanaşma mülki qanunvericiliyin mahiyyətinə uyğun gəlmir. Bu səbəbdən, yaşayış evi üzrə tanınmış mülkiyyət hüququnun onun yerləşdiyi torpaq sahəsinə də şamil edilməsi hüquqi zərurətdir Bundan əlavə, birinci instansiya məhkəməsi torpaq sahəsi üzrə müəyyən etdiyi payların necə hesablandığını qətnamədə ümumiyyətlə izah etməmişdir. Qətnamədə göstərilən 2/25 və 7/30 kimi payların hansı hüquqi normalara, hansı faktiki göstəricilərə və hansı hesablamaya əsaslandığı aydın deyil. Məhkəmə qərarının əsaslandırıcı hissəsində bu pay bölgüsünün mexanizmi göstərilmədiyindən, belə bir qərar hüquqi müəyyənlik prinsipini pozur və icrası mümkün olmayan nəticələr doğurur. Halbuki, məhkəmə qərarı elə formada əsaslandırılmalıdır ki, tərəflər onun hansı səbəblərlə qəbul edildiyini aydın şəkildə başa düşə bilsinlər. Iş materiallarından da göründüyü kimi, 1977-ci il texniki pasportu bu mübahisə üzrə ilkin, mötəbər və hüquq müəyyənedici sənəd kimi dəfələrlə tanınmışdır. Həmin texniki pasportda həm yaşayış evi, həm də onun altında yerləşən torpaq sahəsi göstərilmiş,eyni zamanda mülkiyyətçilərin dairəsi müəyyən edilmişdir. Bu sənəddə mülkiyyətçi kimi adının göstərilməsi torpaq sahəsinə münasibətdə də hüquqlarımın mövcudluğunu təsdiq edir. Birinci instansiya məhkəməsi bu hüquqi faktı nəzərə almamaqla sübutların natamam və selektiv qiymətləndirilməsinə yol vermişdir. Nəticə etibarilə, birinci instansiya məhkəməsinin qətnaməsi yaşayış evi üzrə hüquqlarını qismən tanısa da, həmin hüquqların torpaq sahəsi ilə bağlı hissədə natamam saxlanılması onun mülkiyyət hüququnun tam bərpa olunmasına mane olur. Torpaq sahəsi üzrə hüququnun tanınmadan yaşayış evi üzrə müəyyən edilmiş payı hüquqi baxımdan yarımçıq qalır. Bu isə qətnamənin həmin hissədə dəyişdirilməsini və hüquqlarının tam, ardıcıl və əsaslandırılmış şəkildə bərpa olunmasını zəruri edir. Iş materiallarından və indiyədək baş tutmuş məhkəmə proseslərindən aydın olur ki, bu mübahisə üzrə əsas, ilkin və hüquq müəyyənedici sənəd olan 1977-ci il tarixli texniki pasport hazırda Qəbələ Rayon * saylı DƏDRX-nin arxivində mövcud deyil. Məhkəmə iclaslarında qarşı tərəfin verdiyi ziddiyyətli və qeyri-müəyyən izahatlardan da göründüyü kimi, həmin sənəd təsadüfən yox, məqsədli şəkildə aradan çıxarılmışdır. Daha sonra isə eyni inventar nömrəsi saxlanılmaqla, üzərinə “B” hərfi əlavə edilməklə yeni bir texniki sənədin dövriyyəyə buraxıldığı müəyyən edilir. Üçüncü şəxsin təqdim etdiyi və guya 1997-ci ilə aid olduğu iddia edilən texniki pasport nə mübahisələndirilən ünvanda yerləşən yaşayış evinin real ölçülərini, nə də həmin evin yerləşdiyi torpaq sahəsinin sərhədlərini və parametrlərini əks etdirir. Həmin sənəddə göstərilən yaşayış evinin sahəsi cəmi 78 kv.m təşkiledir ki, bu göstərici nə faktiki vəziyyətə, nə də əvvəlki məhkəmə araşdırmaları zamanı müəyyən edilmiş hallara uyğun gəlir. Bu hal sözügedən sənədin hüquqi və faktiki etibarlılığını ciddi şübhə altına alır. Məhkəmə qətnamələrinin və qarşı tərəfin məhkəmədə verdiyi izahatların təhlili onu deməyə əsas verir ki, 1997-ci il tarixli texniki sənədin həqiqətən həmin ildə tərtib edilibedilməməsi də sual altındadır. Istisna edilmir ki, bu sənəd sonradan, yəni ölkədə torpaq islahatı prosesinin aparıldığı dövrdə, konkret olaraq 2001-ci ildə qarşı tərəfin maraqlarına xidmət etmək məqsədilə dövriyyəyə buraxılmışdır. Sənədin məzmun baxımından keyfiyyətsizliyi, real vəziyyəti əks etdirməməsi və hüquqi boşluqlarla dolu olması da məhz bu ehtimalı gücləndirir. Üçüncü şəxs maraqlı şəxs2 məhkəmə iclaslarında iddia etmişdir ki, guya o, mirasın bir hissəsindən imtina etməklə mirasın hamısından imtina etmişəm. Bu iddia hüquqi cəhətdən tamamilə əsassızdır. Belə ki, o, yalnız mərhum atasına məxsus əkin sahəsindən ayrılmış 0,568692 ha pay torpağı üzrə, özü də yazılı şəkildə, notariat qaydasında və dövlət qeydiyyat nömrəsi ilə təsdiqlənmiş sənəd əsasında imtina etmişdir. Mirasın digər hissələrinə, o cümlədən digər torpaq sahələrinə və pul vəsaitlərinə münasibətdə onun tərəfindən hər hansı imtina ərizəsi mövcud deyil. Eyni zamanda qeyd edilməlidir ki, qarşı tərəfin iddialarının əksinə olaraq, digər vərəsələr – Fəzail Sadıqov, Xəmamə Sadıqova və Rəsmiyyə Sadıqovanın 2009-cuildə notariat qaydasında təsdiqlənmiş, dövlət qeydiyyat nömrəsi olan mirasdan imtina ərizələri mövcud deyildir. Məhkəmə araşdırması zamanı vəkilinin sorğusu əsasında elektron poçt ünvanıma daxil olmuş yeganə sənəd Fəzail Sadıqova aid olub, həmin sənəd də notariat qaydasında təsdiqlənməmiş və hüquqi qüvvəyə malik olmamışdır. Qarşı tərəfin davranışlarından və məhkəmədə tutduğu mövqedən aydın şəkildə görünür ki, onun əsas narahatlığı digər vərəsələrinmövcudluğu ilə deyil, məhz bu mübahisəli daşınmaz əmlakın 1977ci iltexniki pasportunda göstərilən ikinci mülkiyyətçisi olan mənim hüquqlarımla bağlıdır. Məhz bu səbəbdən də mübahisə uzun müddət ərzində süni şəkildə uzadılmış və müxtəlif ziddiyyətli sənədlər dövriyyəyə buraxılmışdır. Nəhayət, birinci instansiya məhkəməsinin qətnaməsində yaşayış evi üzrə mülkiyyət hüququnun 1977-ci il texniki pasportuna əsasən tanınması, lakin həmin evin atasıyla onun birgə istifadəsində olmuş və eyni sənədlə hüquqi əsasları müəyyən edilmiş torpaq sahəsi üzrə hüquqlarının tam bərpa edilməməsi məntiqi və hüquqi baxımdan izaholunmazdır. Əgər bir daşınmaz əmlakın torpaq hissəsinə dair iki ayrı şəhadətnamənin verilməsi zəruri sayılıbsa və bu şəhadətnamələrdə mərhum valideynlərindən sonra yalnız qardaşı maraqlı şəxs2 və onun ailə üzvləri göstərilibsə, bu hal özü-özlüyündə bölgünün obyektiv aparılmadığını açıq şəkildə nümayiş etdirir. Bu əsaslarla, Şəki ApellyasiyaMəhkəməsindən xahiş edir ki, Qəbələ Rayon Məhkəməsinin qətnaməsini dəyişdirərək,yaşayış evi üzrə tanınmış mülkiyyət payının 1977-ci il texniki pasportunda göstərilən torpaq sahəsinə də şamil edilməsini təmin etsin və pozulmuş hüquqlarını tam həcmdə bərpa etsin. cavabdeh2spublikası Konstitusiyanın 60-cı maddəsininI hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibatiqaydada və məhkəmədə müdafiəsinə təminat verilir.Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyənedilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin II və VIIhissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq,məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslıməhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqiaktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki ProsessualMəcəllənin 8.1, 9.1 və 9.3-cümaddələri).Həmin Məcəllənin 77-ci maddəsinəmüvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 88, 217.1 və217.4- cü maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbuledilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. (S.Əliyevanın şikayəti üzrəcavabdeh2spublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il ## ### tarixli Qərarı). Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbule dilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu S.Eyyubovanın şikayəti üzrə 2020-ci il ## ###### tarixli Qərarındaqeyd etmişdir ki, məhkəmə qərarının ədalətliliyi onun əsaslandırılma dərəcəsindən asılı ola bilər. “Məhkəmə qətnaməsi haqqında” cavabdeh2spublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr2005-ci il tarixli, * saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxtə saslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qərarının qanuniliyi və əsaslılığına dair tələblər ədalətli qərarın qəbul edilməsinə zəmanət verir və buna görə də Konstitusiyada təsbit olunan məhkəmə müdafiəsi hüququnun mühüm prosessual təminatlarındandır. Məhkəmə qərarının əsaslı olması digər məsələlərlə yanaşı, iş üçün vacib əhəmiyyət daşıyan halların tam olaraq araşdırılması və sübuta yetirilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə qeyd etmişdir ki, məhkəmənin həqiqətənail olmaq üçün işin hərtərəfli, tamvə obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi, qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyinə görə qəbul edilən məhkəmə aktlarının ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ciil 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il ## ###### tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il ## ####tarixli və A.Şoşanovun şikayəti üzrə 2015-ci 11 fevraltarixli Qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu hüquq və azadlıqların səmərəlimüdafiəsininvacibliyini dəfələrlə qeyd etmişdir (A.Zalovun şikayəti üzrə 2004- cü il 21 may tarixli, S.Rəsulovanın şikayəti üzrə 2005-ci il # #### tarixli və “AzərbaycanRespublikası Mülki Prosessual Məcəlləsinin 372-cimaddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il ## ### tarixli Qərarlar) Bu mənada Konstitusiya Məhkəməsinin təcrübəsində Konstitusiyanın 60-cımaddəsinin İ hissəsində təsbit olunmuş hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatına böyük önəm verilir. Belə ki, bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalətmühakiməsini də nəzərdə tutur. (Konstitusiya Məhkəməsi Plenumunun E.Həkimovunşikayəti üzrə 2008-ci il # ###### tarixli və “AzərbaycanRespublikası MülkiProsessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ciil 28 fevral tarixliQərarları). Nəzərə almaq lazımdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhzməhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbuledilir Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər hüquqların effektivliyinə mənfi təsir göstərə bilər. Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə 2011-ci il ## ##### tarixli, C.Ismayılzadənin şikayəti üzrə 2014-cü il # #### tarixli və “cavabdeh2spublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il # ####tarixli Qərarları). Insan Hüquqları üzrə Avropa Məhkəməsi(bundan sonra – Avropa Məhkəməsi) qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “Insan hüquqlarının və əsasazadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndindətəsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey Irlandiyaya qarşı iş üzrə1979-cu il 9 oktyabr, HirvisaariFinlandiyaya qarşıiş üzrə 2001-ciil 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il # #### tarixli Qərarlar). Ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir (Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli Qərarı). Tərəflərdən birinin təqdimetdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Məhkəmələr tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdırlar (Avropa Məhkəməsinin X20rşı iş üzrə 1994-cü il # ###### və BuzescuRumıniyaya qarşı iş üzrə 2005-ci il ## ### tarixli Qərarları). Yuxarıda qeyd etmiş olduğu hallar qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbuledilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilibedilmədiyini müəyyənləşdirə bilsin. Qeyd edir ki, iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etmədən və onlara qiymət vermədən, səthi və formal mülahizələrlə iddianın həlli barədə qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan,əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.Bu qaydalara riayət edilməməsi cavabdeh2spublikasının Konstitusiyası ilə təminat verilən hüquq vəazadlıqların məhkəmə müdafiəsi hüququnun, Insan Hüquqlarının və X23 X38 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olur. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Avropa Insan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə əsasən, sosial münasibətlərin mahiyyəti gərəyi ədalətli olmayan məhkəmə qərarı qanuni hesab edilə bilməz. Bu səbəbdən, məhkəmə maksimum formada ədalətli mövqeyi qanuni əsaslarla ortaya qoymağı məqsədə müvafiq hesab edir. Eyni zamanda AzərbaycanRespublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki,məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətiniformalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlararadan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə ## ### 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə ## #### 2008-ci il tarixli qərarlar). Yuxarıda göstərilənlərə istinadən hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, tərəfindən verilmiş iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

8. Odur ki, Qəbələ Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, tərəfindən verilmiş iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Üçüncü şəxs maraqlı şəxs2 nümayəndəsi və vəkili vəkil1 oğlu apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etmədən iddianı təmin etmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməmişdir. Aşağıdakı işin mübahisələndirilməyən hallarına əsasən hesab edirik ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir: Apellyasiya şikayətinin dəlillərini geniş təhlili ilə bağlı mülahizələrini Qəbəblə Regional ASAN Xidmət Mərkəzinin Notariat ofisinə, verilmiş sorğulara cavab məktublarından sonra məhkəməyə təqdim edəcəklər. Belə ki, işin həcminin mürəkkəbliyi ilə bağlı həmçinin Apellyasiya şikayətinin müddəti qısa olduğundan şikayətilərini geniş AR Mülki Məcəlləsinin 1268.1 və 1272 maddələri Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 98 yaza bilməmişlər. Belə ki, onun X2 və anası X1 ömürləri boyu Qəbələ şəhəri, Cavidan küçəsi, ** nömrəli evdə yaşamışlar. X2 1975-ci ildə öz şəxsi vəsaiti hesabına həmin ünvanda ümumi sahəsi 341,8 kvadratmetr olan yaşayış evini tikdirmişdir. Həmin dövrdə iddiaçı İddiaçı ailə qurmuş və ayrı yaşayırdı. O, bu evin tikintisində nə maddi, nə də fiziki iştirak etməmişdir. Sözügedən yaşayış evi dövlət qeydiyyatına alınarkən X2nun adına rəsmiləşdirilmişdir. Bu qeydiyyat qanuni qaydada aparılmış və heç vaxt etiraz edilməmişdir. Torpaq islahatı dövründə atasının ailəsinə ünvan 3 ünvanında 0,13 ha torpaq sahəsi və Cavidan küçəsində 0,16 ha torpaq sahəsi verilmişdir. Həmin dövrdə mülkiyyətçilərin tərkibi aşağıdakı kimi müəyyən edilmişdir:X3 (atası); maraqlı şəxs2 (o); X13 (onun həyat yoldaşı); SadıqovNail Ismayıl oğlu (onun oğlu); maraqlı şəxs3 Əhməd qızı(bacısı); Iddiaçı İddiaçı həmin dövrdə artıq ayrı ailəsi olduğu üçün atasının ailə üzvləri sırasında göstərilməmişdir. 1997-ci ilin rəsmi sənədlərində iddiaçının adı mülkiyyətçilər sırasında olmamışdır. 2005-ci ildə iddiaçı və onun qardaşı X6 hansısa yolla sənədlərə dəyişiklik edərək öz adlarını mülkiyyətçilər sırasına saxtakarlıq yolu ilə əlavə etdirmişlər. Saxtakarlıq faktı barədə onun müvafiq dövlət orqanlarına şikayətləri olmuşdur. Valideynlərinin vəfatından sonra bütün vərəsələr - iddiaçı Rəfayıl, qardaşı Fəzayıl, bacıları Rəsmiyyə və Xamamə öz miras paylarından onun xeyrinə notariat qaydasında imtina etmişlər və bunun əsasında yalnız ona qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Əgər iddiaçı mirasdan imtina etməmiş olsaydı, notariat orqanı onu da vərəsə kimi qeyd edərdi. Iddiaçı iddia ərizəsində guya miras əmlakda yaşadığını və əmlakdan istifadə etdiyini iddia edir. Bu tamamilə yalandır və həqiqəti əks etdirmir. Iddiaçı İddiaçı 1975-ci ildən etibarən ayrı yaşayır. O, Qəbələ şəhərinin başqa yerində öz evində yaşayır. Valideynlərinin sağlığında da, vəfatından sonra da iddiaçı heç vaxt bu evdə yaşamamışdır. O, nə evə qulluq etmiş, nə təmir işlərində iştirak etmiş, nə də kommunal xərclərini ödəmişdir. Bütün bu illər ərzində yalnız o atasının evində yaşamış, evə qulluq etmiş, evi təmir etdirmiş və bütün xərclərini o ödəmişdir. Iddiaçı 20 ildən artıq bir müddət ərzində bu əmlaka heç bir iddia irəli sürməmişdir. O, yalnız indi, əmlakın dəyəri artdıqdan sonra məhkəməyə belə bir iddia tələbi qaldırmışdır. Iş üzrə təqdim olunan bəzi sənədlər saxtadır. Belə ki, xüsusilə iddiaçının 1997-ci ilə aid mülkiyyətçi siyahısına əlavə edilməsi qanunsuzdur. Həmin dövrdə verilmiş dövlət aktlarında iddiaçının adı yoxdur. Lakin sonradan 2005-ci ildə hansısa yolla iddiaçı və onun qardaşı Fəzayıl sənədlərə dəyişiklik etdirmişlər. Bu dəyişikliklər heç bir hüquqi əsas olmadan aparılmışdır. Cavabdeh orqan tərəfindən təqdim olunmuş mütəxəssiz rəyində JN1561G və JN-****F nömrəli şəhadətnamələrdə 0.13 ha və 0.16 hatorpaq sahələri *** saylı inventar nömrəsi ilə qeyd edilmişdir. Lakin 1997-ci il tarixdə tərtib edilmiş texniki pasporta isə həmin torpaq sahələri 964 B saylı inventar nömrəsi ilə qeyd edilmişdir. Məhkəmə 964 və 964 B saylı inventar nömrələri arasındakı ziddiyyətləri araşdırmamışdır. 1977-ci il tarixdə fərdi yaşayış evinə dair texniki pasportda mülkiyyətçisi X3 tanınmış və o 2006-cı ildə vəfat etmişdir. Mərhum X3 məxsus miras əmlakına dair hər hansı bir vərəsəlik işi araşdırılmamış və İddiaçı həmin torpaq sahəsinə yeganə mülkiyyətçi kimi hansı formada tanınması anlaşılan deyildir.

10. Odur ki, Qəbələ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Verilmiş apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı İddiaçı, cavabdehlər Qəbələ Regional "Asan Xidmət" Mərkəzində notariat ofisinin və AR IN ƏMDX DƏDKR PHŞ * saylı Qəbələ Ərazi Idarəsinin nümayəndələri, üçüncü şəxslər maraqlı şəxs3 Arıf qızı və maraqlı şəxs1, eyni zamanda apellyasiya məhkəməsinin kollegiyası tərəfindən üçüncü şəxs qismində cəlb edilmiş X6, Qasımova (Sadıqova) Xamamə Əhməd qızı və X11 məhkəmə kollegiyasının iclasına gəlməmişlər.

13. Məhkəmə kollegiyası, cavabdeh2spublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs maraqlı şəxs2 nümayəndəsi və vəkili vəkil1 Qəbələ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs maraqlı şəxs2 Qəbələ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

16. cavabdeh2spublikası Mülki Məcəlləsi: AR Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin ( miras qoyanın) əmlakı başqa şəxslərə ( vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olan şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi bardə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad ( ər), valideynlər ( övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1258-ci maddəsinə əsasən kənd təsərrüfatı ilə məşğul olmayan vərəsə kənd təsərrüfatı təyinatlı torpağı, avadanlığı, əmək alətlərini, mal-qaranı qəbul etməkdən imtina edə bilər, lakin bu, ümumiyyətlə, mirasın qəbulundan imtina sayılmır. Həmin Məcəllənin 1259-cu maddəsinə əsasən əgər müxtəlif əsaslar üzrə vərəsəyə mirasdan bir neçə pay düşürsə, o, bir payı qəbul edə, digərindən imtina edə bilər, yaxud bütün paylardan imtina edə bilər. Həmin Məcəllənin 1269-cu maddəsinə əsasən vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, mirasdan imtina edilməsinə bu Məcəllənin 1256-cı maddəsində müəyyənləşdirilən müddət ərzində yol verilir. Həmin Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

17. cavabdeh2spublikası Konstitusiya Məhkəməsi Plenumunun cavabdeh2spublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin cavabdeh2spublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli Qərarı.

18. cavabdeh2spublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. cavabdeh2spublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

21. cavabdeh2spublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

23. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

24. Apellyasiya şikayəti verən iddiaçı İddiaçı Qəbələ Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini xahiş etdiyindən, eyni zamanda apellyasiya şikayəti verən maralı şəxs maraqlı şəxs2 nümayəndəsi və vəkili vəkil1 Qəbələ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, həmçinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

26. Iddiaçı İddiaçı və üçüncü şəxs maraqlı şəxs2 nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, hər iki şikayətin dəlilləri qismən əsaslıdır.

27. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ünvan 3-də yerləşən 0,13 ha torpaq sahəsi (reyestr nömrəsi: 406013099905; qeydiyyat nömrəsi:1924001860) X3, maraqlı şəxs2, X17, maraqlı şəxs1 və maraqlı şəxs3 Əhməd qızına ümumi birgə mülkiyyət hüququ əsasında əsasında məxsus olmuşdur; Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi (reyestr nömrəsi: 406013099904-10301; qeydiyyat nömrəsi **********) X3, maraqlı şəxs2, X17, maraqlı şəxs1, maraqlı şəxs3 Əhməd qızı və İddiaçı ümumi birgə mülkiyyət hüququ əsasında, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan ** nömrəli yaşayış evi X3 və İddiaçı ümumi paylı (½ hissə) mülkiyyət hüququ əsasında məxsus olmuşdur. (Əsas: AR Şəki Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *- *(***)****/**** saylı qərarı) Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab etmişdir ki, ##.##.2008-ci il tarixdə vəfat etmiş X17 və ##.##.2006-cı ildə vəfat etmiş X3 vərəsələri, İddiaçı, X6, X10, maraqlı şəxs2 və X7r. İddiaçı qanunla (Mad:1256) müəyyən edilmiş müdətdə mirasın qəbulundan imtina etməyərək miras kütləsindən ona düşən payı (1/5 hissədə) qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, Qəbələ Regional "Asan Xidmət" Mərkəzində notariat ofisi ##.##.2008-ci il tarixdə vəfat etmiş X17 və ##.##.2006-cı ildə vəfat etmiş X3 qalmış mirasdan İddiaçı pay almaq hüququ olmadığına dair düzgün nəticəyə gəlməmiş və mirasın tam kütləsinə dair maraqlı şəxs2 adına ##.##.2024-cü il tarixli 2V-***, ##.##.2024-cü il tarixli 2V-***, ##.##.2024-cü il tarixli 2V-***, ##.##.2024-cü il tarixli 2V-*** reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verməklə İddiaçı vərəsəlik hüququnu pozmuşdur. Məhkəmə hesab etmişdir ki, Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat ofisində ##.##.2024-cü il tarixli 2V-***, ##.##.2024-cü il tarixli 2V-***, ##.##.2024-cü il tarixli 2V-***, ##.##.2024-cü il tarixli 2V-*** reyestr nömrəsi ilə maraqlı şəxs2 adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamələr əsasında Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan ** nömrəli yaşayış evi, o cümlədən ünvan 3-də yerləşən 0,13 ha torpaq sahəsi üzərində maraqlı şəxs2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatı ləğv edilməlidir; ##.##.2008-ci il tarixdə vəfat etmiş X17 və ##.##.2006-cı ildə vəfat etmiş X3 miras qalmış ünvan 3-də yerləşən 0,13 ha torpaq sahəsinin 2/5 hissəsi, Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsinin 2/6 hissəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan ** nömrəli yaşayış evinin ½ hissəsindən İddiaçı qanun üzrə vərəsəlik üzrə 1/5 hissədə pay almaq hüququ təsdiq olunaraq ünvan 3-də yerləşən 0,13 ha torpaq sahəsində payı 2/25 hissədə, Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsində payı 7/30 hissədə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan ** nömrəli yaşayış evində payı 6/10 (3/5) hissədə müəyyən edilməlidir.

28. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

29. Belə ki, işdə olan və preyudisial xarakter daşıyan Şəki Inzibati Məhkəməsinin ##.##.2024-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddia tələbi üzrə iddiaçı İddiaçı hüquqi marağı maraqlı şəxs2, X3, X17, maraqlı şəxs3 və maraqlı şəxs1 barəsində daşınmaz əmlakın dövlət reyestrində ##.##.2024-cü il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın ləğv edilməsindən ibarətdir.

30. Bundan başqa, inzibati məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan mübahisənədirilən çıxarışın verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlər kimi JN- 1561F KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə və X3 adına tərtib edilmiş, dekabr 1997-ci il tarxili “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nu əsas götürmüşdür. Lakin, cavabdeh inzibati orqan tərəfindən də ## #### 2024-cü il tarixli məktuba əlavə olunmuş 964 inventar nömrəli, sentyabr 1977-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportundan görünür ki, ev sahibi kimi X3 və İddiaçı adları qeyd edilmişdir.

31. Həmçinin inzibati məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən ilkin hüquqmüəyyənedici sənəd nəzərə alınmadan, əsassız olaraq ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X3, evin yerləşdiyi 0.16 ha torpaq sahəsi üzərində isə JN-1561F KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də adları göstərilən şəxslərin (X17, maraqlı şəxs2, maraqlı şəxs3, maraqlı şəxs1) ümumi birgə mülkiyyət hüququ qeydə alınmışdır. Aqrar islahat zamanı JN-1561F KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən 0.16 ha torpaq sahəsi X3 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Lakin, həmin sənəddə əsassız olaraq İddiaçı torpağa mülkiyyət hüququ nəzərə alınmamışdır.

32. Göründüyü kimi, iş üzrə iddiaçının mübahisəli fərdi yaşayış evə və torpağa mülkiyyət hüququ nəzərə alınsa, o, həmin əmlaka mülkiyyət hüququ əsasında sahiblik edir. Iddiaçı fərdi yaşayış evə və torpağa sahiblik etdiyinə görə mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, mirası qəbul etmiş hesab edilir.

33. Bundan başqa, cavabdeh2spublikası Konstitusiya Məhkəməsi Plenumunun cavabdeh2spublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin cavabdeh2spublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli Qərarına əsasən 1. cavabdeh2spublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və cavabdeh2spublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. 2. cavabdeh2spublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi cavabdeh2spublikasının Milli Məclisinə tövsiyə edilmişdir. 3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir.

34. Məhkəmə kollegiyası miras qoyanların digər vərəsələri də X6, Qasımova (Sadıqova) Xamamə Əhməd qızını və X11 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etmişdir.

35. Hazırki iş üzrə mərhum X3 münasibətdə miras 2006-cı ildə, mərhum X17 münasibətdə isə miras 2008-ci il tarixdə açılmışdır. Belə ki, işdə olan müvafiq ölüm hаqqındа şəhаdətnаmələrinin surətilərindən görünür ki, X3 ##.##.2006-cı ildə, X17 isə ##.##.2008-ci il tаrixdə vəfаt etmişlər.

36. Vərəsələr X6, X8 və Sadıqova (Qasımova) Xamamə Əhməd qızının mirası nə qanun üzrə, nədə ki faktiki olaraq qəbul edilməsi iş materiallarında olan sənədlərlə, eyni zamanda tərəflərin izahatları ilə öz təsdiqini tapmamışdır.

37. cavabdeh2spublikası Konstitusiya Məhkəməsi Plenumunun cavabdeh2spublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin cavabdeh2spublikası Konstitusiyasının 29cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli qərarında qeyd edilir ki, Dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. cavabdeh2spublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və II hissələri).

38. Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır.

39. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar.

40. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. Istər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir.

41. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar.

42. Məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, hazırkı mübahisənin həllində cavabdeh2spublikası Konstitusiya Məhkəməsi Plenumunun “cavabdeh2spublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin cavabdeh2spublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Qərarının tələbləri də diqqətə alınmadlır.

43. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. Istər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir.

46. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mərhumların birinci növbə vərəsələrindən X6, X8 və Sadıqova (Qasımova) Xamamə Əhməd qızı heç biri qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməmiş, həmçinin qanunvericiliyə əsasən mirası qəbul etməmişlər.

47. Beləliklə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi X6, X8 və Sadıqova (Qasımova) Xamamə Əhməd qızının miras əmlakda paylarını müəyyən etməklə yanlış mövqedən çıxış etmişdir.

48. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətlərinin iş üzrə tam və hərtərəfli araşdırma aparılmamasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi digər vərəsələrin paylarını müəyyən etməklə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyekti araşdırılması prinsiplərinin tələblərini diqqətə almamışdır.

49. Halbuki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

50. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyinəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn, iddiaçı İddiaçı və üçüncü şəxs maraqlı şəxs2 nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi qismən ləğv edilməlidir.

51. Şərh olunanlara əsasən və cavabdeh2spublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Iddiaçı İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş ##.##.2008-ci il tarixdə vəfat etmiş X17 və ##.##.2006-cı ildə vəfat etmiş X3 miras qalmış ünvan 3-də yerləşən 0,13 ha torpaq sahəsinin 2/5 hissəsi, Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsinin 2/6 hissəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan ** nömrəli yaşayış evinin ½ hissəsindən iddiaçı İddiaçı qanun üzrə vərəsəlik üzrə 1/5 hissədə pay almaq hüququnun təsdiq olunması, iddiaçı İddiaçı ünvan 3-də yerləşən 0,13 ha torpaq sahəsində payı 2/25 hissədə; Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsində payı 7/30 hissədə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan ** nömrəli yaşayış evində payı 6/10 (3/5) hissədə müəyyən edilməsi hissələrində ləğv edilsin. Ləğv edilmiş hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə qismən təmin edilsin. ##.##.2008-ci il tarixdə vəfat etmiş X17 və ##.##.2006-cı ildə vəfat etmiş X3 miras qalmış ünvan 3-də yerləşən 0,13 ha və Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahələrinin 2/5 hissəsinin ½ hissəsi və Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan ** nömrəli yaşayış evinin ¾ hissəsi üzərində iddiaçı İddiaçı payı müəyyən edilsin. Iddia payın müəyyən edilməsinin qalan hissəsində təmin edilməsin. ##.##.2008-ci il tarixdə vəfat etmiş X17 və ##.##.2006-cı ildə vəfat etmiş X3 miras qalmış ünvan 3-də yerləşən 0,13 ha və Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahələrinin 2/5 hissəsinin ½ hissəsi və Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan ** nömrəli yaşayış evinin ¼ hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs maraqlı şəxs2 payı müəyyən edilsin. Qətnamə apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh2spublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə cavabdeh2spublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar