Məhkəmə qərarları › İş №e-2(3-10)-321/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-321/2026

13.05.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-321/2026 13.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İsmayıl oğlunun cavabdeh Cavabdeh İsmayıl qızına qarşı “ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maneənin aradan qaldırılması) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı İddiaçı İsmayıl oğlu, Cavabdeh Cavabdeh İsmayıl qızının nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı İsmayıl oğlunun cavabdeh Cavabdeh İsmayıl qızına qarşı “ölçmə işlərinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh İsmayıl qızının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı İddiaçı İsmayıl oğlu iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayon Aqrar İslahat Komissiyasının ##.##.2003-cü il tarixli *** nömrəli qərarı ilə Abdullayev İsmayıl Əli oğluna verilmiş Zaqatala rayonu, Mazıx kəndində yerləşən 0.1161 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə cavabdeh Cavabdeh İsmayıl qızı tərəfindən yaradılan maneələrin aradan qaldırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası Abdullayev İsmayıl Əli oğlu ##.##.2008-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra kənd icra nümayəndəliyində onun adına olan təsərrüfat bağlanmışdır. Vərəsəliklə əlaqədar Notariat Kontoruna müraciət edəndə mübahisəli torpaq səhəsinə arayışın (çıxarışın) alınması zərurəti yaranmışdır. Belə ki, qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdan çıxarışı təqdim edildikdən sonra verilə bilər. Cavabdeh mərhum atası Abdullayev İsmayıl Əli oğluna məxsus olmuş Zaqatala rayonu Mazıx kəndində yerləşən 0.1161 ha torpaq sahəsinə dair zəruri inventarlaşdırma işlərinin aparılmasına maneəçilik yaradır. Zaqatala rayon Aqrar İslahat Komissiyasının ##.##.2003cü il tarixli *** nömrəli qərarı ilə Abdullayev İsmayıl Əli oğluna Zaqatala rayonu Mazıx kənd ərazisindən 1161 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Belə ki, qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışı təqdim edildikdən sonra verilə bilər. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestrı haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində göstərildiyi kimi, müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərinə mülkiyyət və ya əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanuni və ya vəsiyyət üzrə vərəsəsinə ölmüş şəxsin adına məxsus olması haqqında arayış verilir. Həmçinin, “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüququlara və məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrinin verilməsi haqqında” təlimatın 7-ci hissəsinə uyğun olaraq ölmüş şəxsin adına tərtib edilmiş miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış verilməlidir. Arayışın alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Zaqatala Ərazi İdarəsinə müraciət etdim. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin** saylı Zaqatala Ərazi İdarəsinin ## ##### 2025-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, ərizəmin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşları qeyd olunan torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq əmlak üzərində mübahisə olması səbəbindən inventarlaşdırılma işlərinin, aparılmasına tərəfindən şərait yaradılmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərz çəkmə və inventarlaşdırma işlərinin aparılması habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Belə ki, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması və nəticə etibarı ilə həmin əmlaka dair texniki sənədin tərtib olunması mümkün olmadığından qeyd olunan əmlaklar üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkündür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1-cimaddəsinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Ona görə də məhkəməyə müraciət edirəm. Zaqatala Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, İş № *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı İsmayıl oğlunun cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh İsmayıl qızına qarşı maneələrin aradan qaldırılması, cavabdehin qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ##.##.2020-ci il tarixli ********** reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində tam mülkiyyət hüququ əsasında Abdullayev İsmayıl Əli oğlunun adına qeydiyyata alınmış Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,2016 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə Abdullayev Tahirə İsmayıl qızı tərəfindən yaradılan maneələr aradan qaldırılması qət edilmişdir.

3. Cavabdeh Cavabdeh İsmayıl qızının nümayəndəsi Nümayəndə etiraz ərizəsi ilə müraciət edərək İddiaçı İsmayıl oğlunun iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı İsmayıl oğlunun ona qarşı Zaqatala Rayon Məhkəməsinə iddia ərizəsi ilə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının ##.##.2023-cü il tarixli *** nömrəli qərarı ilə Abdullayev İsmayıl Əli oğluna verilmiş Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,1161 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə cavabdeh Cavabdeh İsmayıl qızı tərəfindən yaradılan maneələrin aradan qaldırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq mənim xeyrimə ödənilməsi barədə qətnamə çıxarılması ilə bağlı müraciət etmişdir.İddiaçının iddiası əsassızdır. O, təmin edilə bilməz. İddiaçı göstərir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının ##.##.2003- cü il tarixli *** nömrəli qərarı ilə Abdullayev İsmayıl Əli oğluna Zaqatala rayon Mazıx kəndində 0,1161 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Zaqatala rayon Aqrar İslahat Komissiyasının ##.##.2023-cü il tarixli qərarı ilə ona Zaqatala rayonu Mazıx kəndində qanuni istifadəsində olan 0,06 ha həyətyanı torpaq sahəsi verilmiş və adına A seriyalı ****** nömrəli torpaq sahəsinin plan ölçü sənədi hazırlanaraq Torpaq Kadastr kitabında ##.##.2009-cu ildə 132 nömrə ilə uçota alınmışdır. Faktiki istifadəsində olan fərdi yaşayış evi 1988-ci ildə inşa edildiyindən həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsinə dair Zaqatala RİH Mazıx kənd İƏD —nin ** nömrəli təsərrüfat başına kitabın 170-ci səhifəsində qeyd edilmiş məlumatlar sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün birbaşa əsasdır. “A seriyalı ****** nömrəli torpaq sahəsinin “plan və ölçüsü” sənədinin ##.##.2007-ci il tarixli 508 inventar nömrəli pasportda qeyd edilmiş 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, Zaqatala rayonu AİK-in ##.##.2003- cü il tarixli *** saylı qərarı ilə iddiaçıya verilmiş torpaq sahəsinə dair tərtib edilmiş A****** nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə, yəni 508 inventar nömrəli texniki pasportda göstərilən torpaq sahəsinin cizgilərinə uyğun dəyişdirilərək həmin 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbidir. Şəki İnzibati Məhkəməsi mütəxəssis rəyinə aydınlıq gətirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Zaqatala Ərazi İdarəsinə ünvanladığı müraciətə cavab olaraq bildirmişdir ki, A seriyalı ****** nömrəli Torpaq sahəsinin planı və ölşüsü sənədinə göstərilən 1161 kv.m torpaq sahəsinin iddiaçı Cavabdeh İsmayıl qızı tərəfindən istifadə edilən 952 kv.m hissəsi isə həmin Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara aid kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə nəzərdə tutulmuş əraziyə, X6 Uçotu İnformasiya məlumat bazasında isə sözügedən 952 kv.m torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları uqodiyası tikinti altında olan torpaqlar, alt uqodiyası fərdi yaşayış evi, alt kateqoriya həyətyanı sahələrin altında olan torpaqlar kimi öz əksini tapmışdır.Göründüyü kimi, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının ##.##.2003-cü il tarixli *** nömrəli qərarı ilə Abdullayev İsmayıl Əli oğluna Zaqatala rayon Mazıx kəndində 0,1161 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçü sənədi səhvdir, ona görə də sənəd ləğv olunmalıdır.

Birinci instansiya məhkəməsində icraat

4. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı İsmayıl oğlu iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. 5.Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh İsmayıl qızının nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. Zaqatala Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Zərifə Məmmədova) iddianın təmin edilməsi, Zaqatala rayon Aqrar İslahat Komissiyasının ##.##.2003-cü il tarixli *** nömrəli qərarı ilə Abdullayev İsmayıl Əli oğlunun mülkiyyətinə verilmiş Zaqatala rayonu Mazıx kəndində yerləşən 0.1161 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iddiaçı İddiaçı İsmayıl oğlunun mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə cavabdeh Cavabdeh İsmayıl qızı tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iddiaçı İddiaçı İsmayıl oğlunun iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manatın onun özünə aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,1161 ha torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının ## ######## 2003-cü il tarixli *** nömrəli qərarına əsasən Abdullayev İsmayıl Əli oğlunun mülkiyyətinə verilmişdir. Abdullayev İsmayıl Əli oğlu ##.##.2008-ci il tarixdə vəfat etmiş və onun adına Zaqatala Rayon * saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. İddiaçı İddiaçı İsmayıl oğlu Abdullayev İsmayıl Əli oğlunun vərəsəsidir və atasından miras qalmış əmlak üzərində payların müəyyən edilməsi üçün Zaqatala Rayon * saylı Notariat Ofisinə müraciət etmiş və Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,1161 ha torpaq sahəsi dövlət reyestrində qeydə alınmadığından həmin sahəsinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” ** saylı Zaqatala Ərazi İdarəsinə qeydiyyata alınması və çıxarışla rəsmiləşdirilməsi üçün müraciət etmişdir. Torpaq sahələri üzərində mübahisə olduğundan və inventarlaşdırılma işlərinin aparılmasına şərait yaradılmadığından həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılmasından imtina edilmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Cavabdeh Cavabdeh İsmayıl qızı tərəfindən Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,1161 ha torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının ## ######## 2003-cü il tarixli *** nömrəli qərarına əsasən Abdullayev İsmayıl Əli oğlunun mülkiyyətinə verilmiş torpaq sahəsində ölçmə işlərinin aparılmasına qanunsuz olaraq maneələr yaradılmış, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşının torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq, fərdi yaşayış evi ilə bağlı mübahisə olduğu səbəbindən ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. 9.Cavabdehin nümayəndəsi Nümayəndə etirazına münasibətdə məhkəmə qeyd etmişdir ki, Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,1161 ha torpaq sahəsinin 0.06 ha torpaq hissəsi üzərində cavabdehin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,1161 ha torpaq sahəsi üzərində ölçmə işlərinə maneə yaratmaq üçün əsas ola bilməz.

10. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

11. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia ərizəsi təmin edilməli, Zaqatala rayon Aqrar İslahat Komissiyasının ##.##.2003-cü il tarixli *** nömrəli qərarı ilə Abdullayev İsmayıl Əli oğlunun mülkiyyətinə verilmiş Zaqatala rayonu Mazıx kəndində yerləşən 0.1161 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iddiaçı İddiaçı İsmayıl oğlunun mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə cavabdeh Cavabdeh İsmayıl qızı tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır.

12. İddiaçı İddiaçı İsmayıl oğlu iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və II hissəsinə, 29, 125-ci maddəsinin VII bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, , 153.4, 157.1, 157.2, 157.4, 158.4, 1159.1, 1159.1.1, 1243.1, 1243.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə, “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə Avropa Məhkəməsinin qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 4.1, 14.2, 77.1, 88, 106.1, 107, 119.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh İsmayıl qızı apellyasiya şikayəti vermişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş, və qanunu səhv təfsir etmişdir. Belə ki, Birinci instansiya məhkəməsi səhvən və əsassız olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-cimaddəsinin (Mülkiyyətin müdafiəsi) hüquq normasını tətbiq etmişdir və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsini səhv təfsir etmişdir. AR MM-in 157.1, 157.2 və 157.4-cü maddələrində mülkiyyətçinin müqavilə münasibətlərində olmayan şəxslərə qarşı tələbinin 3 növü müəyyən olunmuşdur:1) mülkiyyət hüququnun tanınması; 2)özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi (vindikasiya iddiası); 3) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi (neqator iddia). Mülkiyyətçi AR MM-in 157-ci maddəsində nəzərdə tutulmuş bu üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətin müdafiəsinin sadalanan üsulları pozulmuş və ya mübahisələnən mülkiyyət hüququnun bərpasının hüquqi təminatlarıdır. Şəki İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli *-*(***)-****/**** nömrəli qanuni qüvvəyə minmiş qərarı ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində qanuni olaraq qeydiyyata alınmış Zaqatala rayonu, Mazıx kəndində yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı İsmayıl oğlunun mülkiyyət hüququnun tanınması; özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi (vindikasiya iddiası); mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi (neqator iddia) maddəsinin (AR MM-in 157-ci maddəsinin) tətbiq edilməsi,maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsidir.

16. Eyni zamanda, birinci instansiya məhkəməsi tətbiq edilməli olan qanunu (AR MM-in 140-cı maddəsini) tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, (Maddə140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası) reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 17.Belə ki, Zaqatala RİH Mazıx kənd İƏD-si üzrə ** №-li təsərrüfatbaşına kitabın 170-ci səhifəsində iddiaçının adına 1988-ci ildə tikilmiş,1 mərtəbəli,3 otaqlı fərdi yaşayış evi və 0,06 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Zaqatala rayon AİK-nın ##.##.2003-cü il tarixli,*** saylı qərarı ilə iddiaçının (Cavabdeh İsmayıl qızının) qanuni istifadəsində olan 0,06 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə verilməsi nəzərdə tutulmuş və tərtib edilmiş subyektlər siyahısında verilməli olan torpaq sahəsi 0,06 ha qeydedilmişdir. Buna baxmayaraq, texniki səhv nəticəsində iddiaçının (Cavabdeh İsmayıl qızının) adına tərtib edilmiş A****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan torpaq sahəsinin koordinatları Zaqatala şəhərinin hüdudları daxilində yerləşən X7 adına reyestr nömrəsi 402013002390 olan çıxarışın cizgiləri daxilinə, iddiaçının (Cavabdeh İsmayıl qızının) faktiki istifadəsində olan və torpaq islahatı zamanı ona verilməsi nəzərdə tutulan torpaq sahəsi isə 1161kv.m kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş torpaq sahəsinə dair Abdullayev İsmayıl Əli oğlunun adına tərtib edilmiş A ****** nömrəli “torpaq sahəsinin planı və ölçüsü”sənədinə işlənmişdir. İddia olunan torpaq sahəsinin iddiaçının (Cavabdeh İsmayıl qızının) faktiki istifadəsində olması Zaqatala RİH Mazıx kənd İƏD-nin ##.##.2021-ci il tarixli *** saylı arayışında qeyd edilmiş ** №-li təsərrüfatbaşına kitabın 170-ci səhifəsində qeyd edilmiş məlumatlarla sübut olunur. Nəzərə alınmalıdır ki, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə cavabdeh orqan iddiaçının adını hüquqi subyekt kimi qeyd etməklə ##.##.2007-ci il tarixdə texniki pasport tərtib etmişdir. Sözügedən texniki pasporta torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikildiyi il 1988-ci il qeyd olunub. Odur ki, iddia olunan torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan və torpaq islahatı zamanı ona verilməsi nəzərdə tutulan torpaq sahəsi olması mübahisəsizdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, Zaqatala rayon AİKnın ##.##.2003-cü il tarixli,*** saylı qərarı ilə Abdullayev İsmayıl Əli oğluna verilməsi nəzərdə tutulmuş 0,20 ha torpaq sahəsinə dair A ****** nömrəli “torpaq sahəsinin planı və olçüsü”sənədi tərtib edilmiş, həmin sənəddə torpaq sahəsinin ölçüsü 0,2016 qeyd edilmiş və ********** qeydiyyat nömrəli çıxarışla Abdullayev İsmayıl Əli oğlunun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Odur ki, iddia olunan torpaq sahəsinin torpaq islahatı zamanı İsmayıl Abdullayevə verilmiş torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Həmçinin cavabdeh orqan iddia olunan torpaq sahəsinin Abdullayev İsmayıl Əli oğlunun adına işlənmiş 290F/ 0,12 ha yaşayış məntəqələri torpaqlarına aid kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş torpaq sahəsinin cizgisi daxilində yerləşməsini qeyd etsədə, həmin torpaq sahəsinin yaşayış məntəqələrinin həyətyanı torpaqlarına aid olması iş materialları ilə sübut olunur. İddiaçının adına tərtib edilmiş plan-ölçü sənədinin üst-üstə düşdüyü torpaq sahəsi isə digər subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşməklə bərabər, ümumiyyətlə iddiaçının istifadəsində olan torpaq sahəsi olmamış və həmin planölçü sənədinin koordinatlarının texniki səhv nəticəsində digər əraziyə işlənməsi məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir. İddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evi 1988-ci ildə inşa edildiyindən, həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsinə dair Zaqatala RİH Mazıx kənd İƏD-nin ** №-li təsərrüfatbaşına kitabın 170-ci səhifəsində qeyd edilmiş məlumatlar sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün birbaşa əsasdır. Həmçinin faktiki olaraq Zaqatala rayon AİK-nın ##.##.2003-cü il tarixli, *** saylı qərarı ilə 0,06 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı məsələ öz həllini tapmış, lakin cavabdeh orqanın hüquq varisi olduğu DT və XK-nin Zaqatala rayon şöbəsi tərəfindən A****** nömrəli və A ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”sənədlərinin tərtibində səhvə yol vermişdir. Odur ki, iddiaçı A ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”sənədinin 0,06 ha torpaq sahəsinə üstüstə düşən hissədə ləğv edilməsi, A****** nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğun dəyişdirilərək, 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.

18. Odur ki, Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsini tamamilə ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh İsmayıl qızının nümayəndəsi, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, Zaqatala Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı İsmayıl oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmaması, Zaqatala Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh Cavabdeh İsmayıl qızı və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Miras açılarkən qüvvədə olan Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

25. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanun: Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

26. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akt a əsaslandığı halda “qanunidir”.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Apellyator Zaqatala Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)- ***/**** nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almışdır.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

33. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının ## ######## 2003-cü il tarixli *** nömrəli qərarına əsasən Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,1161 ha torpaq sahəsi iddiaçı İddiaçı İsmayıl oğlunun ##.##.2008-ci il tarixdə vəfat etmiş atası Abdullayev İsmayıl Əli oğlunun mülkiyyətindədir. İddiaçı atasından miras qalmış əmlakda rəsmiləşdirilmə işlərinin aparılmasını istəmişdir. Bununla bağlı qeyd edilən torpaq sahəsinə baxış keçirilməsi və ölçmə işlərinin aparılması zərurəti yaranmış, lakin cavabdeh Cavabdeh İsmayıl qızı tərəfindən maneələr yaradıldığından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşları həmin torpaq sahəsinə baxış keçirə və ölçü işlərini apara bilməmişlər.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin hüququn tətbiq edilməsində səhv buraxması, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməməsi və qanunu səhv təfsir etməsi, birinci instansiya məhkəməsi səhvən və əsassız olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157ci maddəsinin (Mülkiyyətin müdafiəsi) hüquq normasını tətbiq etməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsi tərəfindən Abdullayev İsmayıl Əli oğlunun adına verilmiş A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün təsdiq edilmiş surətindən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının ## ######## 2003-cü il tarixli *** nömrəli qərarına əsasən Abdullayev İsmayıl Əli oğlunun adına Zaqatala rayonu Mazıx kəndində yerləşən 1161 kv.m. torpaq sahəsi ilə bağlı tərtib edilmişdir.

35. İşdə olan Zaqatala rayon * saylı notariat ofisinin ## ##### 2025-ci il tarixli məktubundan görünür ki, ##.##.2008-ci il tarixdə ölmüş Abdullayev İsmayıl Əli oğlunun adına vərəsəlik işi açılmış və ona məxsus olan əmlak barəsində daşınmaz əmlakın reyestrindən çıxarışı sorğunu təqdim etmiş şəxs vasitəsilə Zaqatala rayon * saylı notariat ofisinə göndərməyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi idarəsinə xahiş etmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

37. İş materiallarında olan sübutlardan görünür ki, iddiaçı ##.##.2008-ci il tarixdə vəfat etmiş atası Abdullayev İsmayıl Əli oğlundan miras qalmış əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün Zaqatala rayon * saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh Cavabdeh İsmayıl qızı tərəfindən maneələr yaradıldığından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşları həmin torpaq sahəsinə baxış keçirə və ölçü işlərini apara bilməmişlər. Bu isə iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmişdir.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Zaqatala rayon AİK-nın ##.##.2003cü il tarixli,*** saylı qərarı ilə Cavabdeh İsmayıl qızının qanuni istifadəsində olan 0,06 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə verilməsi nəzərdə tutulması və tərtib edilmiş subyektlər siyahısında verilməli olan torpaq sahəsi 0,06 ha qeyd edilməsi, iddia olunan torpaq sahəsinin torpaq islahatı zamanı İsmayıl Abdullayevə verilmiş torpaq sahəsinə heç bir aidiyyatının olmaması, həmçinin cavabdeh orqan iddia olunan torpaq sahəsinin Abdullayev İsmayıl Əli oğlunun adına işlənmiş 290F/ 0,12 ha yaşayış məntəqələri torpaqlarına aid kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş torpaq sahəsinin cizgisi daxilində yerləşməsini qeyd etsədə, həmin torpaq sahəsinin yaşayış məntəqələrinin həyətyanı torpaqlarına aid olması iş materialları ilə sübut olunması, iddiaçının adına tərtib edilmiş plan-ölçü sənədinin üst-üstə düşdüyü torpaq sahəsi isə digər subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşməklə bərabər, ümumiyyətlə iddiaçının istifadəsində olan torpaq sahəsi olmaması və həmin plan-ölçü sənədinin koordinatlarının texniki səhv nəticəsində digər əraziyə işlənməsi məhkəmə araşdırması zamanı sübuta yetirilməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan Şəki İnzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərarından görünür ki, cavabdehin üzərinə A seriyalı ****** nömrəli torpaq sahəsinin “plan və ölçüsü” sənədinin ##.##.2007-ci il tarixli 508 inventar nömrəli texniki pasportda qeyd edilmiş 0.06 ha torpaq sahəsinə üst-üstə düşən hissədə ləğv edilməsi, Zaqatala rayonu AİK-in ##.##.2003-cü il tarixli *** saylı qərarı ilə iddiaçıya verilmiş torpaq sahəsinə dair tərtib edilmiş A****** nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə, yəni, 508 inventar nömrəli texniki pasportda göstərilən torpaq sahəsinin cizgilərinə uyğun dəyişdirilərək, həmin 0.06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulmuşdur.

39. İşdə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində Abdullayva Tahirə İsmayıl qızının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.

40. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsi tərəfindən Abdullayev İsmayıl Əli oğlunun adına verilmiş A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün təsdiq edilmiş surətindən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının ## ######## 2003cü il tarixli *** nömrəli qərarına əsasən Abdullayev İsmayıl Əli oğluna verilmiş Zaqatala rayonu Mazıx kəndində yerləşən torpaq sahəsi 1161 kv.m. olmuş, cavabdeh Abdullayva Tahirə İsmayıl qızının adına qeydə alınmış torpaq sahəsi isə 0,06 ha təşkil edir (yəni, 5.61 kv.m az təşkil edir).

41. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.

42. Kollegiya qeyd edir ki, normanın tələbindən də göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən torpaq sahəsində hər hansı bir üst-üstə düşmə, sürüşmə hallarının olub-olmamasının müəyyənləşdirilməsi üçün, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin olubolmamasının müəyyən edilməsi məqsədi ilə torpaq sahəsinin yerində naturada ölçülmə zərurəti müəyyən edilir. Yəni yerində ölçmə işlərinin nəticəsi üzrə torpaq sahəsində həqiqətən zəbt və yaxud da üst-üstə düşmə hallarına tam aydınlığın gətirilməsi mümkündür ki, cavabdeh tərəfindən isə ölçü işlərinin aparılmasına maneçilik yaradılmışdır.

43. Göründüyü kimi iddiaçının vərəsə kimi atasından miras qalmış əmlaka dair qanuni gözləntisi vardır. İddiaçının dövlət orqanına mülkiyyət hüququnun qeydə alınması üçün müraciəti, hələ sonuncunun həmin əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması demək deyildir, lakin cavabdeh tərəfindən dövlət orqanının öz vəzifə səlahiyyətlərini həyata keçirməsi üçün ölçü işlərinin aparılmasına maneçilik yaradılması qanunsuz və əsassız olmuşdur.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin maddi hüquq normalarının pozulması ilə çıxarılması, işə baxan məhkəmənin işin həqiqi və faktiki hallarını düzgün müəyyən etməməsi, tətbiq etdiyi maddi hüquq normalarının tələblərini səhv təfsir etməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları nəzərə almış, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdeh Cavabdeh İsmayıl qızının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

45. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh Cavabdeh İsmayıl qızının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh İsmayıl qızının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar