Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-330/2026 25.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Sədiyev Elvin İlham oğlunun katibliyi, apellyasiya şikayətini vermiş iddiaçı İddiaçı və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və hasarın sökülməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:
1. İşin halları:
İddiaçı İddiaçı ## ###### 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı İddiaçı ünvan 1 ünvanında yerləşən və ümumi paylı mülkiyyətində ümumi sahəsi 0,0287 ha olan torpaq sahəsinin cavabdeh Cavabdeh zəbt etdiyi 20 kvadratmetr hissəsindən çıxarılması, ümumi paylı mülkiyyətində olan həmin torpaq sahəsi üzərində tikdiyi 25 metr uzunluğunda daş hasarın cavabdeh Cavabdeh hesabına sökülməsi, cavabdehin zəbt etdiyi həmin 20 kvadratmetr torpaq sahəsinin iddiaçıya təhvil verilməsi və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödədiyi 100 (yüz) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, onun ünvan 1 ünvanında yerləşən, ümumi paylı mülkiyyətində sahəsi 0,0287 ha olan torpaq sahəsi vardır. Həmçinin həmin torpaq sahəsi üzərində 151,50 kvadratmetrdə yerləşən fərdi yaşayış evi mövcuddur. Qeyd olunan əmlak üzərində ümumi paylı mülkiyyət hüququ ##.##.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”la rəsmiləşdirilmişdir. Lakin buna baxmayaraq qonşusu - cavabdeh Cavabdeh ümumi paylı mülkiyyətində olan həmin torpaq sahəsində qanunsuz olaraq 25 metr uzunluğunda daş hasar tikmişdir. Bununla bağlı dəfələrlə qonşusu Cavabdeh ilə aralarında mübahisələr yaranmışdır. Sözügedən mübahisələrin qarşısını almaq məqsədilə ümumi paylı mülkiyyətində olan 0,0287 ha torpaq sahəsinin koordinatlarının naturada müəyyən edilməsi və ona tanıdılması üçün “xxxx” X4 ** saylı Zaqatala Ərazi İdarəsinə müraciət edərək, xidmət haqqı ödəmişdir. ##.##.2024-cü il tarixdə sözügedən İdarədən mütəxəssislər ünvan 1 ünvanına gələrək ************-***** nömrəli Çıxarış əsasən ümumi paylı mülkiyyətində olan 0,0287 ha torpaq sahəsinin koordinatlarını yerdə (naturada) müəyyən edərək, ona tanıdıblar. Bu zaman müəyyən olunub ki, qonşusu, yəni cavabdeh Cavabdeh qanunsuz olaraq ümumi paylı mülkiyyətində olan torpaq sahəsi üzərində 25 metr uzunluğunda hasar tikmişdir. Həmçinin qonşusu Cavabdeh qanunsuz daş hasar tikərək, ona məxsus 20 kvadratmetr torpaq sahəsini zəbt etmişdir. Nəticədə, o, cavabdeh Cavabdeh qarşı ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və sahəsi 0,0287 ha olan torpaq sahəsinin zəbt etdiyi hissəsi olan 20 kvadratmetr hissəsindən çıxarılması, zəbt etdiyi torpaq sahəsi üzərində tikdirdiyi hasarın cavabdeh Cavabdeh hesabına sökülməsi və zəbt edilmiş 20 kvadratmetr torpaq sahəsinin ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Halhazırda cavabdeh Cavabdeh ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi paylı mülkiyyətdə ümumi sahəsi 0,0287 ha olan torpaq sahəsinin zəbt etdiyi hissəsi olan 20 kvadratmetr hissəsindən çıxmayaraq, faktiki olaraq onun mülkiyyət hüququnu pozmaqda davam edir. Cavabdeh Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi paylı mülkiyyətdə sahəsi 0,0287 ha olan torpaq sahəsinin zəbt etdiyi hissəsi olan 20 kvadratmetr sahəsinə daxil olmağının qarşısını almaqla bərabər, orada qanunsuz olaraq daş hasar tikmişdir. Cavabdeh Cavabdeh qanunsuz hərəkətləri nəticəsində onun Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə o, hazırki tələblə aidiyyatı üzrə Zaqatala Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.
2. Birinci instansiya məhkəməsində icraat:
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Zaqatala Rayon Məhkəməsinin (hakim Zərifə Məmmədova) ## #### 2026-cı il tаrixli, e- *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və hasarın sökülməsi” barədə iddia tələbi təmin edilməmiş və məhkəmə xərcləri iddiaçının özünə aid edilmişdir. Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*(***)-***/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli Çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində ##.##.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi 402013069200-10301 olan ünvan 2 ünvanında yerləşən 0,004545 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X6, X1, X7 və X5 məxsusdur və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 151,5 kv.metr olan fərdi yaşayış evi isə X7 mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” X4 ** saylı Zaqatala Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində ##.##.2018-ci il tarixdə ********** nömrə ilə İddiaçı, X6, X1, X7 və X5 adına qeydiyyata alınmış 0,004545 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi - cavabdeh Cavabdeh tərəfindən zəbt edilməmişdir. İddiaçının iddia etdiyi cavabdeh tərəfindən inşa edilmiş hasar “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndə ##.##.2018-ci il tarixdə ********** nömrə ilə İddiaçı, X6, X1, X7 və X5 adına qeydiyyata alınmış 0,004545 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Torpaq sahələrinin naturada yerləşmə vəziyyəti, ölçüləri, iddiaçı tərəfindən iddia olunan divarın yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” X4 ** saylı Zaqatala Ərazi İdarəsinin ## ####### 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndə ##.##.2018-ci il tarixdə ********** nömrə ilə İddiaçı, X6, X1, X7 və X5 adına qeydiyyata alınmış 0,0287 ha (0,004545 ha) yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi cavabdeh Cavabdeh tərəfindən zəbt edilməmişdir. İddiaçının iddia etdiyi cavabdeh tərəfindən inşa edilmiş hasar “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndə ##.##.2018-ci il tarixdə ********** nömrə ilə İddiaçı, X6, X1, X7 və X5 adına qeydiyyata alınmış 0,0287 ha (0,004545 ha) yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Torpaq sahələrinin naturada yerləşmə vəziyyəti, ölçüləri, iddiaçı tərəfindən iddia olunan divarın yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2025-ci il tarixli **/**** nömrəli rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ##.##.2018-ci il tarixdə ********** nömrə ilə İddiaçı, X6, X1, X7 və X2 adına qeydiyyata alınmış 0,004545 ha yaşayış məntəqələrinin torpaqlar təyinatlı torpaq sahəsi cavabdeh Cavabdeh tərəfindən zəbt edilməmişdir. İddiaçının iddia etdiyi cavabdeh tərəfindən inşa edilmiş hasar Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ##.##.2018-ci il tarixdə ********** nömrə ilə İddiaçı, X6 X1, X7 və X5 adına qeydiyyata alınmış 0,004545 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Torpaq sahələrinin naturada yerləşmə vəziyyəti ölçüləri, iddiaçı tərəfindən iddia olunan divarın yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının dəyəri 100 manat təşkil edir. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə iclasında işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən oldu ki, reyestr nömrəsi 402013069200-10301 olan ünvan 2 ünvanında yerləşən 0,004545 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X6, X1, X7 və X5 məxsusdur və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 151,5 kv.metr olan fərdi yaşayış evi isə X7 mülkiyyətindədir. Həmin torpaq sahəsinin qonşuluğunda cavabdeh Cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsi mövcuddur. İddiaçı İddiaçı ümumi mülkiyyətində olan 0,0287 ha olan torpaq sahəsinin zəbt etdiyi 20 kvadratmetr hissəsinin cavabdeh Cavabdeh tərəfindən zəbt edildiyini və üzərində hasar tikildiyini iddia edərək, cavabdehin həmin sahədən çıxarılmasını və tikilmiş hasarın sökülməsini tələb etmişdir. Cavabdeh Cavabdeh iddia tələbini qəbul etməmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2025-ci il tarixli **/**** nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində ##.##.2018-ci il tarixdə ********** nömrə ilə İddiaçı, X6, X1, X7 və X5 adına qeydiyyata alınmış 0,004545 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi cavabdeh X9 tərəfindən zəbt edilməmişdir. İddiaçının iddia etdiyi cavabdeh tərəfindən inşa edilmiş hasar Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində ##.##.2018-ci il tarixdə ********** nömrə ilə İddiaçı, X6, X1, X7 və X5 adına qeydiyyata alınmış 0,004545 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” X4 ** saylı Zaqatala Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli mütəxəssis rəyi ilə də müəyyən edilir ki, cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı mülkiyyətində olan torpaq sahəsi istifadə olunmur. Yuxarıda şərh edilən normaların məzmunundan görünür ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər və sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddiasını təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə iddianın təmin edilməsi üçün yetərli deyil. İddiaçının izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahatlar iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia tələbinin dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ərizəsində qeyd etdiyi dəlillər işin halları ilə uzlaşmamaqla əsaslı deyildir. İlk öncə ona görə ki, cavabdeh tərəfindən iddiaçının hər hansı hüquqları pozulmamış, onun torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmişdir. Qeyd edilən hal ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə işdə olan və tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı mülkiyyətində olan 0,0287 ha olan torpaq sahəsinin zəbt etdiyi 20 kvadratmetr hissəsi zəbt olunaraq istifadə olunmadığından iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması,hasarın cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının ödədiyi 100 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157,2, 157.4 və 165.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 107, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz:
- 3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
İddiaçı İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*(***)- ***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması, hasarın cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsi verilmiş iddianı təmin etməməklə, faktiki olaraq iddiaçı İddiaçı Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, ünvan 1 ünvanında yerləşən, ümumi paylı mülkiyyətində olan sahəsi 0,0287 ha olan torpaq sahəsi vardır. Həmçinin, həmin torpaq sahəsi üzərində 151,50 kvadratmetrdə yerləşən fərdi yaşayış evi mövcuddur. Qeyd olunan əmlak üzərində ümumi paylı mülkiyyət hüququ ##.##.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”la rəsmiləşdirilmişdir. Sözügedən mübahisələrin qarşısını almaq məqsədilə ümumi paylı mülkiyyətində olan 0,0287 ha torpaq sahəsinin koordinatlarının naturada müəyyən edilməsi və ona tanıdılması üçün “xxxx” X4 ** saylı Zaqatala Ərazi İdarəsinə müraciət edərək, xidmət haqqı ödəmişdir. ##.##.2024-cü il tarixdə sözügedən İdarədən mütəxəssislər ünvan 1 ünvanına gələrək, çıxarış 402013069200-10301-ə əsasən iddiaçının ümumi paylı mülkiyyətində olan 0,0287 ha torpaq sahəsinin koordinatlarını yerdə (naturada) müəyyən edərək, ona tanıtmışlar. Bu zaman müəyyən olunmuşdur ki, qonşusu Cavabdeh qanunsuz olaraq ümumi paylı mülkiyyətində olan torpaq sahəsi üzərində 25 metr uzunluğunda hasar tikmişdir. Həmçinin, cavabdeh qanunsuz daş hasar tikərək, iddiaçıya məxsus 20 kvadratmetr torpaq sahəsini zəbt etmişdir. Həmin vaxt mütəxəssislər tərəfindən akt tərtib edilmişdir. Mülki iş məhkəmə icraatında olan zaman sözügedən mübahisənin araşdırılması məqsədilə məhkəmə tərəfindən iddiaçı İddiaçı vəsatəti əsasında cavabdeh Cavabdeh qarşı “zəbtə son qoyulması və hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” X4 ** saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisləri də cəlb edilməklə, məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” X4 mütəxəssis-ekspert rəyi alındıqdan sonra mülki iş qərardadla birlikdə rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Lakin, təəssüflər olsun ki, ##.##.2024-cü il tarixdə sözügedən torpaq sahəsinin iddiaçıya təhvil verilməsi barədə akt tərtib etmiş şəxslər tərəfindən fərqli rəy verilmişdir. Həmin şəxslər iddiaçı tərəfindən verilmiş vəsatətlə məhkəmədə dindirilən zaman tam fərqli izahatlar vermişlər. Hətta izahat verən şəxslərdən Zaqatala şəhər Bələdiyyəsinin sədri şahid2 akt tərtib olunarkən, ümumiyyətlə həmin ərazidə olmadığını və akta formal imza etdiyini məhkəmədə etiraf etmişdir. Həmçinin, iddiaçı İddiaçı Çıxarış işlənərkən məhkəmədə torpaq sahəsinin mütəxəssislər tərəfindən sürüşdürülərək səhv işlənməsini və rəy verilərkən orada olan mütəxəssislərə torpaq sahəsində sərhədlərin müəyyən edilməsi zamanı iddiaçının təqdim etdiyi JN-***A nömrəli, KOD40201004 olan torpaq şəhadətnaməsi ilə ölçülməsinin vacib olduğunu bildirmişdir. Əgər həmin sənəd əsasında rəy verilsəydi, həmin sərhəddə zəbtin olduğu müəyyən olunacaqdı. Lakin təəssüflər olsun ki, mütəxəssislər iddiaçının qanuni müraciətinə heç bir əhəmiyyət vermədən qanunsuz və əsassız rəy tərtib etmişlər. Bununla da müəyyən etmək olar ki, mütəxəssislər və ekspertiza mərkəzi tərəfindən verilmiş rəylər həqiqəti əks etdirmir və iddiaçı İddiaçı mülkiyyət hüququnu pozur. Necə olur ki, “xxxx” X4 ** saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşları ilkin akt tərtib edərkən, iddiaçıya zəbtin olduğunu və məhkəməyə müraciət etməsini bildirir, lakin iddiaçı məhkəməyə müraciət etdikdən sonra isə fərqli rəy verirlər. Zaqatala Rayon Məhkəməsi tərəfindən işin araşdırılması məqsədilə torpaq sahəsinin olduğu yerə baxış keçirilmişdir. Lakin, baxış keçirilməsi zamanı mütəxəssislərin iştirakı təmin edilməmişdir. Zaqatala Rayon Məhkəməsi ekspert rəyinə əlavə edilmiş bölgü sxemlərinə uyğun naturada bölünməsini qeyd etsə də, faktik olaraq mütəxəssislər iddiaçının təqdim etdiyi JN-***A nömrəli, KOD40201004 olan torpaq şəhadətnaməsi ilə ölçülməsini təmin etməmişdir. Həmçinin iddiaçıya aktla torpaq sahəsini fərqli formada təhvil vermiş, rəyi isə fərqli formada verən mütəxəssislərin iştirakı olmadan başqa İdarənin mütəxəssislərinin iştirakı ilə təkrar tikinti-texniki ekspertizası keçirilməli idi. Məhkəmə təkrar tikinti-texniki ekspertizasının keçirilməsi barədə qərardad qəbul etsə də, təəssüf ki Ekspertiza Mərkəzi tərəfindən rəyin verilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli **/**** nömrəli ekspert rəyində qeyd olunan torpaq sahələrinin naturada yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yer quruluşu planında göstərildiyi qeyd edilmişdir, lakin iddiaçının təqdim etdiyi JN-***A nömrəli, KOD40201004 olan torpaq şəhadətnaməsinə baxılsa, bunun əksini müəyyən etmək olar. Zaqatala Rayon Məhkəməsi verilmiş iddianı təmin etməməklə, faktiki olaraq iddiaçı İddiaçı Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Belə ki, göründüyü kimi, qeyd olunan səbəblərdən təkrar (və yaxud əlavə) tikinti-texniki ekspertiza təyin edilməli, ekspert tədqiqi əvvəllər işdə iştirak etməyən mütəxəssis və ekspertlər tərəfindən həyata keçirilməli və iddiaçının təqdim etdiyi JN-***A nömrəli, KOD40201004 olan torpaq şəhadətnamə əsasında torpaq sahəsi ölçülməlidir.
- 3.2). Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş iddiaçı İddiaçı və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil1 gəlmiş olsalar da, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçılarının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iş üzrə cavabdeh Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayəti vermiş iddiaçı İddiaçı və onun nümayəndəsi vəkil1 Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahatlar verərək, mülki iş üzrə qəbul edilmiş Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv olunması və cavabdeh Cavabdeh qarşı verilmiş olan “torpaq sahəsindən çıxarılma və hasarın sökülməsi” tələbinə dair iddia ərizəsinin təmin edilərək, iddiaçı İddiaçı ünvan 1 ünvanında yerləşən və ümumi paylı mülkiyyətində olmaqla, ümumi sahəsi 0,0287 ha olan torpaq sahəsinin cavabdeh Cavabdeh zəbt etdiyi 20 kvadratmetr hissəsindən çıxarılması, ümumi paylı mülkiyyətində olan həmin torpaq sahəsi üzərində tikdiyi 25 metr uzunluğunda daş hasarın cavabdeh Cavabdeh hesabına sökülməsi, cavabdehin zəbt etdiyi həmin 20 kvadratmetr torpaq sahəsinin iddiaçıya təhvil verilməsi və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi iddiaçının ödədiyi 100 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdilər və öz mövqelərini – iddia ərizəsində və apellyasiya şikayətində yazılanlarla əsaslandırdılar. Qeyd etmək lazımdır ki, hazırkı apellyasiya icraatı zamanı iddiaçı İddiaçı apellyasiya şikayətinə baxılması ilə əlaqədar aparılan araşdırma zamanı iddiaçı tərəfin vəsatətinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsının ## ### 2026-cı il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “xxxx” X4 ** saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilərək, ## #### 2026-cı il tarixli, *-**-*- **/*-****/**** nömrəli məktubla məhkəməyə təqdim edilmiş Rəydə aşağıda qeyd edilənlər göstərilmişdir:
1. ünvan 1 ünvanında yerləşən və ***************** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2018-ci il qeydiyyat tarixli RX №******* saylı Çıxarışa əsasən iddiaçı İddiaçı ailə üzvləri ilə birlikdə ümumi paylı mülkiyyətində olan 0,0287 hektar torpaq sahəsinin sənəd üzrə koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
2. ünvan 1 ünvanında yerləşən iddiaçı İddiaçı ailə üzvləri İlə birlikdə ümumi paylı mülkiyyətində olan 0,0287 hektar torpaq sahəsinin yerləşdiyi ərazidə, sərhədi boyunca cavabdeh Cavabdeh mülkiyyətində olan 0,0507 ha torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları - tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
3. Müvafiq hüquqmüəyyənedici sənədlərə əsasən cavabdeh Cavabdeh məxsus torpaq sahəsinin hər hansı bir hissəsi iddiaçı İddiaçı ailə üzvləri ilə birlikdə ümumi paylı mülkiyyətində olan 0,0287 hektar torpaq sahəsinin hər hansı bir hissəsi ilə üst-üstə düşmür.
4. İddiaçı İddiaçı ailə üzvləri ilə birlikdə ümumi paylı mülkiyyətində olan 0,0287 hektar torpaq sahəsinin hər hansı bir hissəsi cavabdeh Cavabdeh tərəfindən istifadə edilmir.
5. İddiaçı İddiaçı ailə üzvləri ilə birlikdə ümumi paylı mülkiyyətində olan 0,0287 hektar torpaq sahəsinin hər hansı bir hissəsi cavabdeh Cavabdeh tərəfindən istifadə edilmir.
6. Hazırkı iddia ərizəsində cavabdeh Cavabdeh sökülməsi tələb olunan 25 metr uzunluğunda daş hasar - iddiaçı İddiaçı ailə üzvləri ilə birlikdə ümumi paylı mülkiyyətində olan 0,0287 hektar torpaq sahəsinin ərazisində yerləşmir.
- 4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - iddiaçı İddiaçı tərəfindən hazırkı apellyasiya şikayətində “Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
- 4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. VII. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin normaları (maddələri): 6 8 . Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84.1. Topaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə, cavabdeh tərəfin iddia tələbinə etirazının dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*(***)-***/**** nömrəli qətnaməsində düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və hasarın sökülməsi” barədə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən verilmiş hazırkı apellyasiya şikayəti üzrə aparılan məhkəmə araşdırması nəticəsində isə birinci instansiya məhkəməsinin məlum iddia tələbini təmin etməməkdə haqlı olduğu və düzgün nəticəyə gəldiyi müəyyən olunmuşdur. Qeyd etmək lazımdır ki, hazırkı apellyasiya icraatı zamanı iddiaçı İddiaçı apellyasiya şikayətinə baxılması ilə əlaqədar aparılan araşdırma zamanı iddiaçı tərəfin vəsatətinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsının ## ### 2026-cı il tarixli qərardadı ilə yenidən təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “xxxx” X4 ** saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilərək, ## #### 2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubla məhkəməyə təqdim edilmiş Rəylə də bir daha təsdiq olunmuşdur ki, müvafiq hüquqmüəyyənedici sənədlərə əsasən cavabdeh Cavabdeh məxsus torpaq sahəsinin hər hansı bir hissəsinin iddiaçı İddiaçı ailə üzvləri ilə birlikdə ümumi paylı mülkiyyətində olan 0,0287 hektar torpaq sahəsinin hər hansı bir hissəsi ilə üst-üstə düşmür, iddiaçı İddiaçı ailə üzvləri ilə birlikdə ümumi paylı mülkiyyətində olan 0,0287 hektar torpaq sahəsinin hər hansı bir hissəsi cavabdeh Cavabdeh tərəfindən istifadə edilmir və hazırkı iddia ərizəsində cavabdeh Cavabdeh sökülməsi tələb olunan 25 metr uzunluğunda daş hasar - iddiaçı İddiaçı ailə üzvləri ilə birlikdə ümumi paylı mülkiyyətində olan 0,0287 hektar torpaq sahəsinin ərazisində yerləşmir. İnsan Hüquqlarının və X12 haqqında Konvensiyaya dair * saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən Azərbaycan Respublikasında mulkiyyət toxunulmazdır və dovlət tərəfindən mudafiə olunur (13-cü maddə), mulkiyyətin heç bir novunə üstünlük verilmir və mulkiyyət hüququ, o cumlədən xüsusi mulkiyyət hüququ qanunla qorunur (29-cu maddə) və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə “mülkiyyətin toxunulmazlığı” Mülki Qanunvericiliyin prinsiplərindən biri kimi müəyyən olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. “Ədalət muhakiməsinin həyata kecirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların mudafiəsi haqqında” Avropa Konvensiyası muddəalarının və İnsan Hüquqları uzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli Qərarının 23-cü bəndində gostərilir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Eyni zamanda, məhkəmə kollegiyası, iddiaçı tərəfin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, hazırkı mübahisə predmeti olan torpaq sahələri müvafiq olaraq mülkiyyət münasibətləri əsasında tərəflərin qanuni sahibliyində və istifadəsində olan torpaq sahələridir və tərəflərin həmin torpaq sahələrinə müvafiq hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmasını təsdiq edən sənədlər iş materiallarına əlavə edilmişdir. Mülkiyyətində olan torpaq sahələrindən təyinatı üzrə istifadə etmək - mülkiyyətçi olaraq, tərəflərin Azərbaycan Respublikasının Konstitusiyası, Mülki qanunvericiliklə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq aktlarla tanınan və qorunan mülkiyyət hüququnun, o cümlədən də mülkiyyətdən istifadə, sahiblik və sərəncam vermək kimi hüquqlarının tərkib hissəsidir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərinə əsasən, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsas hesab olunur və Mülki Qanunvericiliyin tələblərinə görə isə Reyestrdə qeydə alınmış məlumatların məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olur (Mülki Məcəllənin 140-cı maddəsi). Mübahisə predmeti olan torpaq sahələri üzrə mövcud reyestr məlumatlarında ziddiyyətli hallar olduqda isə ilk növbədə, torpaq sahələrinin hüquq müəyyənedici sənədlərində olan ziddiyyətli vəziyyət müvafiq səlahiyyətli orqan və ya təşkilatlar tərəfindən aradan qaldırıldıqdan sonra, həll edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməyərək, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyasiya şikayətini vermiş iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.