Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-336/2026 13.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X13 cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbinə dair ilk, cavabdeh3, cavabdeh2 və cavabdeh1 İddiaçı qarşı “maddi ziyan” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: əşyanın tərkib hissəsi, vicdanlı sahib, əşyanı yaxşılaşdırmaq üçün çəkilmiş məsrəflər, əldən çıxmış fayda) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı İddiaçı, İddiaçı İddiaçı nümayəndəsi Vəkil/Nümayəndə iştirakı ilə Ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar (bundan sonra cavabdeh) cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbinə dair ilk iddiası, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar (bundan sonra cavabdeh) cavabdeh3, cavabdeh2 və cavabdeh1 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı qarşı “əldən çıxmış fayda” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi. İşin halları
1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3, ********** nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən sonuncuların mülkiyyətində olan Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,4699 ha torpaq sahəsinin 0,3022 ha hissəsində tərəfindən əkilmiş 33 (otuz üç) ədəd fındıq kolunun əkilməsi, qulluq göstərilməsinə və s. çəkilmiş xərclərin (fındıq kollarının dəyərinin) əvəzi olan 4950 (dörd min doqquz yüz əlli) manat pulun və iddianın qaldırılması üçün dövlət rüsumu adı altında ödənilmiş 69,5 (altmış doqquz manat əlli qəpik) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X3 və onun ailə üzvlərinə Zaqatala Rayon İslahat Komissiyasının *** nömrəli, ##.##.2003-cü il tarixli qərarı ilə 1,11 ha torpaq sahəsi verilmişdir. 1998-ci ildən qeyd olunan atası və ailə üzvləri torpaq sahəsindən istifadə etmiş və həmin ərazidə fındıq kolları əkərək yetişdirmişdir. Mərhum atası X3 ## #### 2024-cü il tarixdə vəfat etmişdir. Hazırda o mərhum atasının hüquqi varisidir. Mərhum atası vəfat etməmişdən əvvəl cavabdehlər 2022-ci ildə cavabdehlər X8, cavabdeh1, cavabdeh2 və cavabdeh3 məhkəməyə müraciət etməsindən sonra təyin edilmiş ekspertizanın nəticəsində məlum olmuşdur ki, 1998-ci ildən qulluq göstərərək, fındıq kolları əkdiyi ərazinin 0,3022 ha hissəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən cavabdehlər X8, cavabdeh1, cavabdeh2 və cavabdeh3 mülkiyyətinə verilmiş və sonuncuların həmin torpaq sahəsindəki hüquqları ## ####### 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Hazırki tələblə məhkəməyə müraciət etməyinin səbəbi X8, cavabdeh1, cavabdeh2 və cavabdeh3 mülkiyyətinə verilmiş 0,3022 ha torpaq sahəsində yetişdirdiyi 33 (otuz üç) ədəd fındıq kollunun əkilməsinə və hazırki vəziyyətə gətirilməsinə çəkilmiş xərclərin cavabdehlərdən alınaraq ona ödənilməsini xahiş etməkdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, e-2(033)- 24/2022 iş nömrəli qətnaməsində qeyd olunmuşdur ki, “... Məhkəmə tərəfindən yaranmış zərurətlə əlaqədar tərəflərin iştirakı ilə mübahisə predmeti olan Muxax kəndində yerləşən torpaq sahələrinə yerində müayinə keçirilmişdir. Keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarla iddiaçıların mülkiyyətində olan 0,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X3, 0,4014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İbiyev İslam İbi oğlu istifadə edir. Cavabdehlər həmin torpaq sahəsində fındıq kolları əkmişdir. Fotoşəkillər çəkilərək işə əlavə edilmişdir. Belə ki, o cavabdehlərə məxsus Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,4699 ha torpaq sahəsinin 0,3022 ha hissəsində 33 (otuz üç) ədəd fındıq kolu əkmiş, onlara qulluq göstərmiş və yetişdirmişdir. Onun hər bir fındıq kolu üçün sərf etdiyi vəsaitin miqdarı 150 (bir yüz əlli) manatdır ki, bu da 33 (otuz üç) ədəd fındıq koluna münasibətdə 4950 (dörd min doqquz yüz əlli) manat pul vəsaiti miqdarındadır.
3. cavabdeh3, cavabdeh2 və cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayonu Muxax kəndində yerləşən, AR ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi idarəsinin verdiyi ##.##.2020-ci il qeydiyyat tarixli qeydiyyat nömrəsi, 3620009202 olan Dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə edə bilməməkləri əsasında vurduğu ziyana görə cavabdehdən 900 manat pulun, ödənilmiş 300 manat vəkil xidmət haqqının və 30 manat dövlət rüsumunun alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir
4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı onlara qarşı çəkilmiş xərclərin əvəzinin ödənilinəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin hazırlıq iclası ##.##.2025-ci il tarixə saat 09:30-a təyin edilmişdir, iddia ilə tanış olmuşlar, iddianı qəbul etmirlər. Onların xüsusi mülkiyyətlərində Zaqatala rayonu Muxax kəndində yerləşən 0,4699 ha və 0,4014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Həmin torpaq sahələri Daşınmaz emlakrn Dovlet reyestrində qeydiyyata alnaraq ##.##.2020-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi 3620009202, ##.##.2020-ci il qeydiyyat tarixli, qeydiyyat nomrəsi 3620009203 olan Dövlət reyestrindən çıxarışlar da verilmişdir. Cavabdeh və onun ailəsi, mərhum atası Qurban Qurbanov onların mülkiyyətində olan torpaq sahəsini icazəsiz və qanunsuz olaraq zəbt edərək öz məqsədləri üçün istifadə etdiyi üçün və onları öz torpaqlarından istifadə etməyə qoymadığı üçün cavabdehin torpaq sahəsindən çıxarılması üçün məhkəməyə müraciət etmişdirlər. Zaqatala rayon və Şəki Apelyasiya Məhkəməsinin qətnaməsi ile cavabdeh ve ailə üzvləri torpaq sahəsinden çıxarılaraq torpaq sahəsi onlara, təhvil verilmişdir. Həmin iddia ilə məhkəməyə 2021-ci ilin aprel ayında müraciət etmişlər. Məhkəmələrin yekunlaşması cavabdehin torpaq sahəsindən çıxarılması və torpağın təhvil verilməsi 2024-ci ilin yay aylarında baş vermişdir. Beləliklə, torpaq sahəsinə dair çıxarış 2020ci ilin oktyabr ayında qeydiyyata alınmasını həmin tarixdən torpaq sahəsinin onların mülkiyyətlərində olmasına baxmayaraq cavabdeh qanunsuz olaraq onların torpaqlarından istifadə etmiş və onları öz torpaqlarından yararlanmağa imkan verməmişdir. Demək olar ki, 3 il ərzində torpaq sahəsindən istifadə edib fayda götürə bilməmişlər. Hal-hazırda torpaq sahəsində taxıl dənli bitkiləri olan arpa əkmişlər. Cavabdeh ilk iddia ərizəsində etiraf edərək göstərir ki, onlara məxsus torpaq sahəsinin 0,3022 ha hissəsindən o, istifadə etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində torpaq sahəsini əkib-becərə bilməmişlər və oradan gəlir əldə edə bilmirlər. Hesablamalarına görə həmin torpaq sahəsində arpa məhsulu əkərək hər il ən azı 300 manat gəlir əldə edə bilərdilər. Ona görə də 3 il müddətində gəlir əldə etmədiklərinə görə hər il üçün 300 manat olmaqla, cəmi 900 manat dəymiş ziyanı və yaxud da əldən çıxmış faydanı cavabdehdən tələb edirlər.
Birinci instansiya məhkəməsində icraat
5. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq o qarşılıqlı iddia ərizəsini qəbul etmədiyini, cavabdehlərlə barışmaq niyyətində olmadığını bildirmişdir. 2022-ci ildən sonra mübahisəli torpaq sahəsini özü istifadə edib. Cavabdehlər 2024-cü ildə taxıl əkib həmin sahəyə və o buna etiraz etməyib. Öz əkdiyim fındıqdır və o fındığı özü yığıb.
6. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 çıxış edərək bildirmişdir ki, dövlət aktı ilə torpaq sahəsi almışdırlar. 2014-cü ildən iddiaçı torpağın özünə məxsus olmadığını bilərək torpaq sahəsindən istifadə edib. 2014-cü ildən o torpaq sahəsini əksə idi ondan gəlir götürə bilərdi. 2024-cü ildə torpaq təhvil verildi iddiaçı amma torpağı qaytarmadı 2025-ci ildə payızda iddiaçı yenə fındığı yığdı. İddiaçı ilə bir fındıq kolunun dəyəri ilə bağlı ilkin razılıq olub və 50 manat verməyə hazır olub, lakin sonradan bir kolun dəyərini iddiaçı 150 manatdan çox tələb edib və bu iddiada görünür. Torpaq veriləndə ağacları kəsib vermir və pay torpağı veriləndə o ağaclar olub. Məhkəməyə verilənədək razı olardı dəyərini ödəməyə amma indi tələb edir ki, iddiaçı ağacları götürsün
7. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsi vəkil Vəkil qarşılıqlı iddia ərizəsini müdafiə edərək onun məzmununa uyğun çıxış etmişdi. O, taxıllı bitkilərin dəyərinin müəyyən edilməsi ilə bağlı vəsatətinin nəzərə alınmadığını qeyd etmişdir. O iddiaçının torpaq sahəsini istifadə etməsini öz iddia ərizəsində etiraf etdiyini və bunun da nəzərə alınmasını xahiş edir. O qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər cavabdeh3, cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
9. Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Z.Məmmədova), iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi, iddiaçı İddiaçı iddia ərizəsi ilə bağlı ödədiyi 69,50 (altmış doqquz manat əlli qəpik) manat dövlət rüsumunun onun özünə aid edilməsi, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 iddiaçı İddiaçı qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, cavabdeh cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə bağlı ödədiyi 30 (otuz) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X8, cavabdeh1, X5, cavabdeh2 və cavabdeh3 məxsusdur. Zaqatala Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2022-ci il tarixli qətnaməsi ilə 0,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh X3 çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmişmiş və cavabdeh X3 Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,4699 ha torpaq sahəsinin 0,3022 ha hissəsindən çıxarılması qət edilmişdir. X3 02.055.2024-cü il tarixdə ölmüş və iddiaçı İddiaçı onun vərəsəsi olaraq hazırki iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,4699 ha torpaq sahəsinin 0,3022 ha hissəsində tərəfindən əkilmiş 33 (otuz üç) ədəd fındıq kolunun əkilməsi, qulluq göstərilməsinə və s. çəkilmiş xərclərin (fındıq kollarının dəyərinin) əvəzinin ödənilməsini tələb etmişdir. Cavabdehlər 33 (otuz üç) ədəd fındıq kolunun X3 tərəfindən əklməsini qəbul etmiş lakin kolların onlara lazım olmadığını və iddiaçı tərəfindən çıxarılmasını tələb etmişdirlər. Eyni zamanda cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 iddiaçı İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayonu Muxax kəndində yerləşən 0,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə hüquqlarının pozulması nəticəsində onlara vurulmuş ziyanın iddiaçıdan onların xeyrinə tutulmasını tələb etmişdirlər.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
11. Məhkəmə iddia tələbinə və qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd etmişdir ki, tələbin əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil etsə də, mülki iş üzrə tərəflər üzərlərinə prosessual qanunvericilklə qoyulmuş sübutetmə vəzifəsini yerinə yetirməmişdirlər.
12. Belə ki, iddiaçı İddiaçı 33 (otuz üç) ədəd fındıq kolunu 4950 manat dəyərində qiymətləndirsə də, ağacların bazar qiymətinə dair sübut təqdim etməmişdir, eləcə də cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 iddiaçı İddiaçı 0,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə hüquqlarının pozulması nəticəsində onlara iddiaçı tərəfindən zərər vurulduğu iddia edilsə də, zərərin həcminə dair əsaslı şübhə doğurmayan sübut təqdim edilməmişdir.
13. Məhkəmə öz növbəsində onu da qeyd etmişdir ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki məhkəmə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür
14. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
15. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyət kəsb edən halları mötəbər aşkalanmasının mümküsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər ərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
16. Şərh edilənlərə əsasən məhkəmə belə qərara gəlmişdir ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməli və cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 iddiaçı İddiaçı qarşı “əldən çıxmış fayda” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir.
17. Iddiaçı İddiaçı iddia ərizəsi ilə bağlı ödədiyi 69,50 manat dövlət rüsumu onun özünə və cavabdeh cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə bağlı ödədiyi 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 26, 29, 125-ci maddəsinin VII bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 157.5, 157.7, 163.1, 394, 439.4, 1090.1, 1090.2, 1091.1, 1091.2, 1092, 1093.1, 1096.1, 1096.2-ci maddələrinə, Azərbaycan Respublikası Tоrpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci və 2-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 89, 107, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## #### 2006-cı il tarixli Qərarına, dalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair hissəsi ilə razı deyil, ona görə ki, məhkəmə verilmiş qarşılıqlı iddianı ümumiyyətlə araşdırmamışdır. Qarşılıqlı iddiada qoyulmuş tələblər, verilmiş vəsatətlər məhkəmə iclasında baxılmamış, ümumiyyətlə bununla bağlı hər hansı bir prosessual hərəkətlər aparılmamışdır.
21. Qarşılıqlı iddiada məhkəmə qarşısında vəsatət qaldırmışdır ki, vurulmuş ziyanla bağlı məhkəmə və yaxud da qarşı tərəf razı olmadığı halda MPM-in 78.2-ci maddəsinə əsasən Dövlət Aqrar İnkişaf Mərkəzinə sorğu göndərilsin. Sorğu göndərilməsi ilə əlaqədar qərardad qəbul olunsun. Qərardadda mütəxəssis və ekspert qarşısında aşağıdakı suallar qoyulsun. Sual 1: Həmin torpaq sahəsindən nə qədər arpa məhsulu əldə etmək olar? Sual 2: 2021-2024-cü illərdə arpa məhsulunun hər kiloqramının satış qiyməti neçə manat (qəpik) təşkil etmişdir? Məhkəmə iddia ərizəsində göstərilən bu vəsatətə heç bir münasibət bildirməmiş, vəsatətin təmin olunub-olunmamasına nə yazılı, nə də şifahi qərardad qəbul etməmişdir. Bunun əksi olaraq məhkəmə qətnamədə qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsinə münasibətdə tələbin əsasını MM-nin 157-ci maddəsi təşkil etsə də iş üzrə tərəflər üzərinə qoyulmuş sübutetmə vəzifəsi yerinə yetirilməmişdir. Daha sonra məhkəmə qeyd edir ki, onlara məxsus torpaq sahəsindən istifadə hüquqlarının pozulması nəticəsində zərər vurulduğu iddia edilsə də zərərin həcminə dair əsaslı şübhə doğurmayan sübut təqdim edilməmişdir. Məhkəmənin tərtib etdiyi qətnamədə qeyd olunan fikirlər biri digərini təkzib edir. Belə ki, məhkəməyə və tərəflərə məlumdur ki, mübahisəli torpaq sahəsi onların xüsusi mülkiyyətidir, qanunla qorunur. Xüsusi mülkiyyətləri olan torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istifadəsi üçün istifadə olunur. Bu mübahisə edilməyən bir faktdır. Həmin torpaq sahəsində arpa və yaxud da digər dənli bitkilərin əkilməsində seçim mülkiyyətçiyə, yəni onlara məxsusdur. Onlar hesablamışlar ki, həmin torpaq sahəsində arpa məhsulu əkərkən hər ildə minimum 300 manat gəlir əldə edə bilərlər. Torpaq sahəsində hansı məhsulun əkilməsi nə qədər gəlir götürməkləri və götürüləcək gəlirin qiymətləndirilməsi onları iddia edən şəxslərin xüsusi subyektiv hüququdur. Öz mülkiyyətlərindən istifadə qaydasını məhkəməyə bildirmişlər. Götürəcək məhsullarının və həmin məhsuldan əldə edəcəkləri gəlirin dəyərini onlar özləri qiymətləndirmişlər. Bundan ötrü məhkəməyə hər hansı bir sübutun təqdim edilməsi məcburiyyəti heç bir qanunvericilikdə müəyyən olunmamışdır. Yox, əgər qarşı tərəf və yaxud da məhkəmə onların gəlirinin qiymətləndirilməsinə dair rəqəmlə razı olmadığı təqdirdə tələblərini aydınlaşdırmaq üçün, eyni zamanda qanunvericiliyin onlara verdiyi səlahiyyətlərdən istifadə edərək MPM-nin 78.2-ci maddəsini əsas tutaraq məhkəmə qarşısında vəsatət qaldırmışdır. Sual olunur-məhkəmə nə üçün iddiada göstərilən vəsatətə baxmamış və buna heç bir münasibət bildirməmişdir?
22. Məhkəmə iş üzrə qarşılıqlı iddiada qoyulmuş tələblə bağlı hər hansı bir araşdırma aparmamışdır. Əksinə məhkəmə qərəzli mövqe göstərərək qarşı tərəfin qanunsuz hərəkətlərini davam etdirməsinə şərait yaratmışdır. Belə ki, məhkəmə ilk iddia ərizəsi üzrə çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbi istiqamətində qərardad qəbul edərək işin baxılmasını əsassız yerə uzatmaq məqsədi ilə tikinti texniki ekspertizası təyin etmişdir. Ekspert qarşısında fındıq kollarının dəyərinin, kolların əkilməsi, qulluq göstərilməsi və çəkilmiş xərclərin məbləğin olmasına dair suallar qoymuş, daha sonra digər ekspert qarşısında onlara məxsus torpaq sahəsinin konkret ölçüləri, sərhədləri, koordinatları, daha sonra iş üzrə tərəf olmayan X9 kəndində yerləşən torpaq sahəsinin ölçüləri, eyni zamanda onlara məxsus torpaq sahəsinin işə aidiyyatı olmayan Qurban Qurbanova məxsus torpaq sahəsinin cizgiləri ilə üst-üstə düşüb-düşməməsi barədə suallar qoymuşdur. Sanki məhkəmə torpaq sahəsinin kimə məxsus olması məsələsini araşdırmışdır. Halbuki, məhkəmə araşdırması predmeti torpağın kimə məxsus olması deyil, çəkilmiş xərclərlə və əldən çıxmış faydanın ödənilməsi ilə bağlı olmuşdur. Beləliklə, işin baxılması əsassız yerə uzadılmış hansı ki, torpaq sahəsinin onlara məxsus olması ilə əlaqədar qarşı tərəfin həmin torpaq sahəsindən çıxarılması ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi işin içərisində mövcud olmuşdur və işə baxan hakimin bundan məlumatı olmuşdur. Bundan başqa qarşı tərəf öz ilk iddia ərizəsində hətta qeyd etmişdir ki, o, cavabdehə məxsus torpaq sahəsində fındıq topaları əkmişdir. Onun bu bir cümləsi və onun cavabdehlərlə arasında hər hansı müqavilənin olmaması iddianı rədd etməyə yetər. Lakin bütün bunlara baxmayaraq, məhkəmə lüzumsuz eskpertizalar keçirmiş, mütəxəssis rəyləri almış, lakin onlar tərəfindən verilən yeganə vəsatətlərə isə ümumiyyətlə münasibət bildirməmişdir. Bundan başqa məhkəmə iclası gedişatı zamanı məhkəmə iclasında kənar şəxslər iştirak etmiş, məhkəmə iclasında səs-küy salaraq məhkəmə iclasının normal gedişinə maneələr törətmiş, lakin bütün bunlara baxmayaraq məhkəmə iclasını aparan hakim kənar şəxsləri məhkəmə zalından kənarlaşdırmamış və yaxud da bu barədə məhkəmə iclasında olan kənar şəxslər barəsində heç bir tədbir görməmişdir. Yuxarıda qeyd olunanlar əsasında işin baxılması məhkəmədə yekunlaşmamış, lüzumsuz prosessual hərəkətlərin aparılması nəticəsində 2025-ci ilin fevral ayının 7-də məhkəməyə daxil olmuş iddia ərizəsi 2026-cı ilin fevral ayının 25-də, yəni 1 il 18 gündən sonra yekunlaşmışdır. Bu isə onların əsaslı narazılıqlarına səbəb olmuşdur.
23. Odur ki, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** saylı qətnaməsinin qarşlıqlı iddiaya dair hissəsinin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin olunmaması, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi Vəkil/Nümayəndə apellyasiya şikayətinin təmin olunmaması, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
33. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
34. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
35. Cavabdeh apellyasiya şikayətində Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** saylı qətnaməsinin qarşılıqlı iddianın rədd olunmuş hissəsini mübahisələndirərək, qarşılıqlı iddia tələbinin təmin olunması xahiş etmişdir.
36. Buna görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə, maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməsini isə şikayətin dəlillərindən asılı olmayaraq yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
39. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X8, cavabdeh1, X5, cavabdeh2 və cavabdeh3 məxsusdur. Zaqatala Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə X3 0,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmiş və X3 Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,4699 ha torpaq sahəsinin 0,3022 ha hissəsindən çıxarılması qət edilmişdir. X3 ## #### 2024-cü il tarixdə vəfat etmişdir. Mərhum X3 vərəsəsi iddiaçı İddiaçı Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,4699 ha torpaq sahəsinin 0,3022 ha hissəsində tərəfindən əkilmiş 33 (otuz üç) ədəd fındıq kolunun əkilməsi, qulluq göstərilməsinə və s. çəkilmiş xərclərin (fındıq kollarının dəyərinin) əvəzi olan 4950 manat pulun cavabdehlərdən alınaraq ona ödənilməsini tələb etmiş, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 isə iddiaçı İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayonu Muxax kəndində yerləşən 0,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə hüquqlarının pozulması nəticəsində onlara vurulmuş ziyana görə 900 manat pulun İddiaçı tutularaq onların xeyrinə ödənilməsini tələb etmişlər.
40. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır.
41. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin verilmiş qarşılıqlı iddianı ümumiyyətlə araşdırmaması, qarşılıqlı iddiada qoyulmuş tələblər, verilmiş vəsatətlərin məhkəmə iclasında baxılmaması, ümumiyyətlə bununla bağlı hər hansı bir prosessual hərəkətlər aparılmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, mülki hüquq məsuliyyət əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdə də qarşılıqlı iddia üzrə iddiaçılar əmlakından əsassız istifadə nəticəsində cavabdehin onun qarşısında “delikt-müqavilədənkənar” məsuliyyətlərinin yarandığı qənaətinə gəlmişdir.
42. Belə ki, mövcud mübahisə üzrə qarşılıqlı iddia üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin (əldə çıxmış faydanın) əvəzinin ödənilməsindən ibarətdir.
43. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün qarşılıqlı iddia üzrə iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
44. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
45. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.
46. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehlərin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.
47. Birinci instansiya məhkəməsi qarşılıqlı iddanı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçılar cavabdehin onlara məxsus torpaq sahəsindən istifadə hüquqlarının pozulması nəticəsində onlara iddiaçı tərəfindən zərər vurulduğu iddia edilsə də, zərərin həcminə dair əsaslı şübhə doğurmayan sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
49. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «cavabdeh2 şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
51. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
52. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
54. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsinin qətnаməsi mübahisələndirilən hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа dəyişdirilməsi və ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.