Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-353/2026 21.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X12 qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh X1rşı “töhmət verilməsi barədə əmrlərin ləğv edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tаrixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iş üzrə cavabdeh Cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:
1. Işin halları
Iddiaçı İddiaçı ## ####### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh Cavabdeh X1rşı “töhmət verilməsi barədə əmrlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh X1 iddiaçı İddiaçı “töhmət verilməsi” haqqında ## ###### 2025-ci il tarixli, **-*-**/*-*-****/**** nömrəli və ## ###### 2025-ci il tarixli, **-*-**/*-*- ****/**** nömrəli əmrlərinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 2025 və ## ###### 2025-ci il tarixlərdə Cavabdeh X1 tərəfindən İddiaçı əsassız töhmətlər verilməsi barədə əmrlər cavabdeh tərəfindən qəbul edilmişdir. ## ###### 2025-ci il tarixdə Iddiaçının pasientinin atası tərəfindən ərizə ilə cavabdehə müraciət edilmiş və Iddiaçının ondan 60 manat pul vəsaiti tələb etdiyini bildirmişdir. Cavabdeh tərəfindən heç bir araşdırma aparılmadan, həmin gün, yəni ## ###### 2025-ci il tarixdə Iddiaçıya töhmətin verilməsi barədə əmr qəbul edilmişdir. Cavabdeh şikayət ərizəsi üzrə icraat aparmamış, şikayətçi ilə Iddiaçı arasında dialoq olubolmaması faktını araşdırmadan, kamera görüntülərini araşdırmadan əsassız əmr qəbul etmişdir. Bundan başqa, ## ###### 2025-ci il tarixdə İddiaçı əməliyyata girərkən onun təcili yardım maşını ilə Sabirabada getməsi tələb edilmiş, Iddiaçı həmin gün növbə üzrə 4 pasientlə məşğul olduğunu, digər 3 həkimin həmin gün növbədə olmalarına baxmayaraq, yalnız 2 pasientlə məşğul olduqlarını və bir neçə gün öncədən planlanmış əməliyyata (doğum əməliyyatına) girməli olduğunu bildirmişdir. Həmin gün növbədə olan digər həkim Sabirabada getmişdir, İddiaçı isə bir neçə gün öncədən planlaşdırılmış əməliyyatına girərək pasienti əməliyyat etmişdir. Xüsusi ilə qeyd etmək istərdi ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna əsasən əməliyyat aparacaq həkimin seçilməsi pasientin müstəsna hüququdur və doğum əməliyyatı - təxirəsalınmaz əməliyyat hesab edilir. Göründüyü kimi, İddiaçı əməllərində heç bir hüquqa-zidd hərəkət olmamasına baxmayaraq, ## ###### 2025-ci il tarixdə ona töhmət verilməsi barədə əmr qəbul edilmişdir. Sözügedən əmrlər formal olaraq verilmişdir və hətta, ikinci əmr verilərkən İddiaçı izahat alınmamış, xəbərdarlıq göndərilməmişdir. Hesab edir ki, sözügedən əmrlər əsassız olduğundan və imperativ normalarda nəzərdə tutulan prosedura uyğun şəkildə qəbul edilmədiyindən, mütləq qaydada ləğv edilməldir.
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Ucar Rayon Məhkəməsinin (hakim Xəyal Bədəlov) ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh X1rşı “töhmət verilməsi barədə əmrlərin ləğv edilməsi” barədə iddia tələbi təmin edilərək, cavabdeh Cavabdeh X1 tərəfindən iddiaçı İddiaçı barəsində verilmiş ## ###### 2025-ci il tarixli, **-*-**/*-*****/**** saylı və ## ###### 2025-ci il tarixli, **-*-**/*-*-****/**** saylı “töhmət verilməsi haqqında” əmrlər ləğv edilmişdir. Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iddiaçının izahatını, şahidin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclasına şahid qismində dəvət edilmiş şahid4 ifadəsində göstərdi ki, o, ## ###### 2025-ci il tarixdə saat 09:00-dan saat 12:00-a kimi Cavabdeh X1 ginekologiya və doğum şöbəsində növbədə olmuşdur. Lakin, baş vermiş hadisənin bilavasitə şahidi olmamış, yalnız sonradan eşitmişdir. Şahid şahid3 ifadəsində göstərdi ki, o, ## ###### 2025-ci il tarixdə saat 12:00-dan saat 21:00-a kimi Cavabdeh X1 ginekologiya və doğum şöbəsində növbədə olmuşdur. Lakin, baş vermiş hadisənin bilavasitə şahidi olmamış, yalnız sonradan eşitmişdir. Şahid şahid1 ifadəsində göstərdi ki, o, o, ## ###### 2025-ci il tarixdə saat 21:00-dan saat 09:00-a kimi Cavabdeh X1 ginekologiya və doğum şöbəsində növbədə olmuşdur. Lakin, baş vermiş hadisənin bilavasitə şahidi olmamış, yalnız sonradan eşitmişdir. Şahid şahid2 ifadəsində göstərdi ki, o, ## ###### 2025-ci il tarixdə saat 21:00-dan saat 09:00-a kimi Cavabdeh X1 ginekologiya və doğum şöbəsində növbədə olmuşdur. Lakin, baş vermiş hadisənin bilavasitə şahidi olmamış, yalnız sonradan eşitmişdir. Iş materiallarında olan Cavabdeh X1 ## ###### 2025-ci il tarixli, **-***/*-*-****/**** saylı və ## ###### 2025-ci il tarixli, **-*-**/*-*-****/**** saylı “töhmət verilməsi haqqında” əmrlərinin surətlərindən görünür ki, Azərbaycan Respublikası “xxxx” X1 Cavabdeh X1 tərəfindən Cavabdeh X1 ginekologiya və doğum şöbəsinin həkim mama-ginekoloqu İddiaçı töhmət verilmişdir. Işdə olan Cavabdeh X1 ## ###### 2025-ci il tarixli, **-***/*-*-****/**** saylı əmək məzuniyyətinin verilməsi haqqında əmrin surətindən görünür ki, Cavabdeh X1 ginekologiya və doğum şöbəsində həkim mama-ginekoloq vəzifəsində çalışan İddiaçı ## ###### 2024-## ###### 2025-ci iş ili üzrə ## ######## 2025-ci il tarixindən ## ####### 2025-ci il tarixədək 30 təqvim günü əsas, 6 təqvim günü əmək şəraitinin xarakterinə görə, 6 təqvim günü əmək stajına görə əlavə olmaqla cəmi 42 təqvim günü müddətində əmək məzuniyyəti verilmişdir. Işçinin ## ####### 2025-ci il tarixdən işə başlaması nəzərdə tutulmuşdur. Işdə olan Ucar Rayon Səhiyyə X15 Şurasının heyət iclasının ** saylı protokolundan çıxarışın surətindən və Ucar Rayon Səhiyyə X15 Şurasının ## ###### 2025-ci il tarixli, ** nömrəli məktubunun surətindən görünür ki, hamilə qadın X13 Perinatal Mərkəzə təxliyəsi zamanı baş vermiş intizam xətası mamaginekoloq İddiaçı nəzərinə çatdırılmış və şöbədaxili subordinasiya, tibbi etika və deontologiya qaydalarına riayət edilməsi tələb edilmişdir. Hamilələrin təxliyəsi zamanı anoloji halların baş verməməsi üçün dəqiq təxliyə qrafiki təyin olunması və məsuliyyətə fasiləsiz nəzarət edilməsi, inzibati tədbir görülməsi Cavabdeh X1 rəhbərliyindən xahiş edilmişdir. Işdə olan Cavabdeh X1 insan resursları şöbəsinin müdiri Pakizə Ələsgərovanın, kadrlar üzrə aparıcı mütəxəssis Sevda Beydullayevanın və kadrlar üzrə mütəxəssis Taliyyə Qasımovanın iştirakları ilə tərtib edilmiş ## ###### 2025-ci il tarixli aktdan görünür ki, Ucar Rayon Səhiyyə X15 Şurasının qərarına əsasən verilən töhmət əmri ilə həkim mama-ginekoloq İddiaçı tanış olmaqdan imtina etmiş və öz iradlarını bildirmişdir. Işdə olan “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında ## ####### 2025-ci il tarixli qərarın surətindən görünür ki, ***-C-** nömrəli material üzrə cinayət hadisəsi olmadığından, cinayət işinin başlanılması rədd edilmişdir. Işdə olan Cavabdeh X1 ## ###### 2025ci il tarixli, **-*-**/*-****/**** saylı məktubundan görünür ki, ## ###### 2025-ci il tarixdə saat 09:00-dan saat 21:00-a kimi şahid5, saat 21:00-dan saat 09:00-a kimi şahid2 Ağaməmməd qızı, ## ###### 2025-ci il tarixdə saat 21:00-dan ## ###### 2025-ci il tarix saat 09:00-a kimi şahid5, ## ###### 2025-ci il tarixdə saat 09:00-dan saat 12:00-a kimi şahid4, saat 12:00-dan saat 21:00-a kimi şahid3, 21:00-dan saat 09:00-a kimi şahid1 Cavabdeh X1 ginekologiya və doğum şöbəsində növbədə olmuşdurlar. Işdə olan ## ####### 2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 60 manat məbləğində mediasiya xərci ödəməklə yanaşı, dövlət rüsumuna görə 50 manat vəsait də sərf etmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdeh tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları, tərəfin izahatını, şahid ifadələrini və məhkəmə iclasında tədqiq edilmiş materialları birgə və qarşılıqlı əlaqədə qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçıya münasibətdə tətbiq edilmiş intizam tənbehləri hüquqi baxımdan qanunauyğun hesab edilə bilməz. Əmək münasibətlərində intizam tənbehi istisna xarakterli hüquqi mexanizm olub, işəgötürənin diskresiya səlahiyyəti çərçivəsində tətbiq edilsə də, bu səlahiyyət mütləq xarakter daşımır və qanunla müəyyən edilmiş sərt prosedur qaydaları ilə məhdudlaşdırılmışdır. Intizam tənbehinin məqsədi işçini cəzalandırmaq deyil, əmək intizamının qorunması və hüquqazidd davranışın qarşısının alınmasıdır. Bu məqsəd yalnız faktların obyektiv müəyyən edilməsi və təqsirin sübuta yetirilməsi yolu ilə təmin edilə bilər. Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən intizam tənbehi tətbiq edilərkən ilkin olaraq işçinin davranışının hüquqi kvalifikasiyası aparılmalı, həmin davranışın əmək müqaviləsi, vəzifə təlimatı və daxili intizam qaydalarının konkret hansı normasını pozduğu dəqiq müəyyən edilməlidir. Halbuki iş materialları üzrə bu istiqamətdə aparılmış hər hansı hüquqi təhlilin mövcudluğu təsdiqini tapmır. Bununla yanaşı, intizam icraatı formal xarakter daşımamalı, hadisənin başvermə səbəbləri, şəraiti və nəticələri hərtərəfli araşdırılmalıdır. Bununla yanaşı, işdə olan ## ###### 2025-ci il tarixli məktubdan və məhkəmədə şahid qismində dindirilmiş şəxslərin ifadələrindən göründüyü kimi müvafiq tarixlərdə ginekologiya və doğum şöbəsində kifayət qədər tibb işçisi növbədə olmuşdur. Lakin şahidlərin ifadələri hadisənin bilavasitə şahidi olmaları ilə deyil, yalnız sonradan eşitdiklərinə əsaslanmışdır. Bu isə həmin ifadələrin intizam xətasının mövcudluğunu sübuta yetirən birbaşa və mötəbər sübut kimi qəbul edilməsinə hüquqi əsas vermir. Intizam məsuliyyəti yalnız ehtimal və dolayısı məlumatlara deyil, bilavasitə faktlara söykənməlidir. Şəxsən müşahidə edilməmiş, obyektiv sübutlarla təsdiqlənməmiş hallar intizam xətasının mövcudluğu üçün yetərli hesab edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh qurum tərəfindən qəbul edilmiş əmrlər faktiki araşdırmaya deyil, ehtimallara və təsdiqlənməmiş məlumatlara əsaslanmışdır. Belə yanaşma isə hüquqi müəyyənlik və ədalətli icraat prinsipləri ilə uzlaşmır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, intizam məsuliyyətinin tətbiqi üçün təkcə hər hansı narazılığın və ya şikayətin mövcudluğu kifayət etmir. Həmin şikayətin obyektivliyi yoxlanılmalı, onun real faktlara söykənib-söykənmədiyi sübuta yetirilməlidir. Sübut edilməmiş iddia və ehtimallar əsasında işçiyə töhmət verilməsi hüquqi baxımdan yolverilməzdir. Eyni zamanda işçiyə izahat vermək imkanının yaradılması əmək hüququnun əsas təminatlarından biridir və bu təminatın pozulması intizam tənbehinin mahiyyətinə ziddir. Işçinin mövqeyi dinlənilmədən, onun arqumentləri nəzərə alınmadan tətbiq edilmiş intizam tədbiri ədalətli balans prinsipini pozur və hüquqi etibarlılıqdan məhrum olur. Bundan əlavə, intizam tənbehi tətbiq edilərkən proporsionallıq prinsipi əsas meyar kimi götürülməlidir. Hətta müəyyən pozuntu mövcud olsa belə, tətbiq edilən tədbir törədilmiş hərəkətin xarakterinə, mümkün nəticələrinə və işçinin əvvəlki əmək fəaliyyətinə adekvat olmalıdır. Bu meyarlar nəzərə alınmadan verilmiş töhmət intizam tədbiri kimi öz hüquqi əsasını itirir. Məhkəmə onu da nəzərə alır ki, əmək münasibətləri ictimai əhəmiyyət daşıyan səhiyyə sahəsində həyata keçirilir və tibbi fəaliyyətin xüsusiyyətləri, xüsusilə təxirəsalınmaz tibbi müdaxilələr zamanı qəbul edilən qərarlar formal yanaşma ilə qiymətləndirilə bilməz. Tibbi qərarların sonradan intizam məsuliyyəti predmetinə çevrilməsi yalnız açıq-aşkar və sübuta yetirilmiş intizam xətası mövcud olduqda mümkün hesab edilə bilər. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, cavabdeh tərəfindən qəbul edilmiş töhmət əmrləri nə maddi, nə də prosessual baxımdan qanunvericiliyin tələblərinə cavab verir, obyektiv araşdırma aparılmadan, sübutlar kifayət qədər qiymətləndirilmədən və işçinin hüquqları lazımi şəkildə təmin edilmədən tətbiq edilmişdir. Bu səbəbdən sözügedən əmrlər hüquqi qüvvəyə malik hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin II, IV, VI hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və II hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. Insan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, Iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Məhkəmə toplanmış sübutlara qətnamədə qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğunda təmin edilməli, cavabdeh Cavabdeh X1 tərəfindən iddiaçı İddiaçı barəsində verilmiş ## ###### 2025-ci il tarixli, **-*-**/*-*-****/**** saylı və ## ###### 2025-ci il tarixli, **-*-**/*-*-****/**** saylı “töhmət verilməsi haqqında” əmrlər ləğv edilməlidir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 110 (bir yüz on) manat məhkəmə xərci iddia ərizəsində və məhkəmə baxışında cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və 71-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 10, 72, 186, 187 və 311-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 78.1, 88, 107, 115, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinad etmişdir. Eyni zamanda, qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsində aparılan icraat zamanı cavabdeh tərəf də hazırkı mübahisənin həlli üzrə məhkəmə prosesində və tərəflər arasında mövcud mübahisənin həlli üzrə aparılan məhkəmə araşdırmalarında iştirak etmişdir. Belə ki, iş materiallarından, o cümlədən də iş materiallarına əlavə edilmiş məhkəmə iclas protokollarından görünür ki, iş üzrə birinci instansiya məhkəməsində aparılan icraat zamanı cavabdeh Cavabdeh X1 səlahiyyətli nümayəndəsi də məhkəmə iclaslarında iştirak edərək, cavabdehin mövqeyini əks etdirən sənədləri məhkəməyə təqdim etmiş və mübahisələndirilən qətnamənin qəbul edildiyi ## ###### 2026-cı ildə keçirilən məhkəmə iclasında isə iddia tələbi üzrə izahat verərək bildirmişdir ki, cavabdeh tərəf iddianı qəbul etmir. Belə ki, Cavabdeh X1 doğum və ginekologiya şöbəsinin həkimmama ginekoloqu İddiaçı ## ###### 2025-ci il tarixdə xəstəxanaya müraciət etmiş pasient X8 abort edilməsi müqavilində sonuncunun atası X2 60 manat pul istəmiş və Abbas Ağayev buna görə xəstəxananın direktoruna ərizə ilə müraciət etmişdir. Ərizənin araşdırılması zamanı İddiaçı verdiyi izahatında xəstənin atasından pul istəmədiyini və almadığını bildirsə də, onun tapşırığı ilə xəstənin yaxınlarından pul alıb İddiaçı verdiyini həmin şöbənin böyük tibb bacısı işləmiş X7 izahatı ilə təsdiq etmişdir. Göstərilən hərəkətlərə yol verdiyi üçün İddiaçı barəsində ## ###### 2025-ci il tarixdə töhmət intizam tənbehi tədbiri tətbiq edilmişdir. Bundan başqa ## ###### 2025-ci il tarixdə İddiaçı xəstəxanaya müraciət etmiş hamilə qadın X13 Sabirabad Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilməsində iştirak etməkdən imtina etmiş, şöbə müdirinin bununla bağlı verilmiş qanuni göstərişini yerinə yetirməyərək subordinasiya qaydalarını pozmuş və buna görə ## ###### 2025-ci il tarixdə ona yenidən töhmət verilmişdir. Məlumat üçün bildirir ki, hər iki halda İddiaçı izahatı alınmış və hər iki izahat məhkəməyə təqdim edilmişdir. Beləliklə, qeyd olunanlardan aydın olur ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirməmişdir. Belə ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulmuş əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməmiş və əmək intizamına və müəssisə daxili intizam qaydalarına əməl etməmişdir. Buna görə də o, haqlı olaraq intizam məsuliyyətinə cəlb edilmişdir (iş vərəqi: 154-159).
3. Apellyasiya şikayəti və ona etiraz - 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh Cavabdeh X1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Ucar Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia icraatı qaydasında cavabdeh Azərbaycan Respublikası “xxxx” X1 Cavabdeh X1rşı “töhmət verilməsi haqqında əmrlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ucar Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli e- *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçının həmin iddia ərizəsi təmin edilmişdir. Ilk öncə bildirilir ki, Cavabdeh X1 doğum və ginekologiya şöbəsinin həkim-mama ginekoloqu İddiaçı ##.##.2025-ci il tarixdə xəstəxanaya müraciət etmiş pasient X8 abort edilməsi müqavilində sonuncunun atası X2 60 manat pul istəmiş və Abbas Ağayev buna görə xəstəxananın direktoruna ərizə ilə müraciət etmişdir. Ərizənin araşdırılması zamanı İddiaçı verdiyi izahatında xəstənin atasından pul istəmədiyini və almadığını bildirsə də, onun tapşırığı ilə xəstənin yaxınlarından pul alıb İddiaçı verdiyini həmin şöbənin böyük tibb bacısı işləmiş X7 izahatı ilə təsdiq etmişdir (Nuran Musayevanın izahatı birinci instansiya məhkəməsinə təqdim edilmişdir). Göstərilən hərəkətlərə yol verdiyi üçün İddiaçı barəsində ##.##.2025-ci il tarixdə töhmət intizam tənbehi tədbiri tətbiq edilmişdir. Bundan başqa ##.##.2025-ci il tarixdə İddiaçı xəstəxanaya müraciət etmiş hamilə qadın X13 Sabirabad Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilməsində iştirak etməkdən imtina etmiş, Şöbə Müdirinin bununla bağlı verilmiş qanuni göstərişini yerinə yetirməyərək subordinasiya qaydalarını pozmuş və buna görə ##.##.2025-ci il tarixdə ona yenidən töhmət verilmişdir (Bununla bağlı şöbə müdiri Ilahiyyə Həsənovanın məlumatı məhkəməyə təqdim edilmişdir). Məlumat üçün bildirilir ki, hər iki halda İddiaçı izahatı alınmış və hər iki izahat məhkəməyə təqdim edilmişdir. Beləliklə, qeyd olunanlardan aydın olur ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirməmişdir. Belə ki, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulmuş əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməmiş və əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməmişdir. Buna görə də o, haqlı olaraq intizam məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə isə həmin intizam tədbirlərinin verilməsi barədə əmrləri qanunsuz və əsassız olaraq ləğv etmiş və nəticədə maddi hüquq normalasının tələblərini pozmuşdur. Bundan əlavə, qətnamədə göstərilmişdir ki, cavabdeh Azərbaycan Respublikası “xxxx” X1 Cavabdeh X1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Halbuki, Cavabdeh X1 nümayəndəsi Nümayəndə bütün məhkəmə iclaslarında iştirak etmiş, sübutlar təqdim etmiş və izahat vermişdir. Buna baxmayaraq onun adı və izahatı qətnamədə göstərilməmiş və nəticədə qeyd edilən prosessual normanın tələbləri pozulmuşdur.
- 3.2). Apellyasiya şikayətinə qarşı etiraz
Iddiaçı İddiaçı nümayəndəsi tərəfindən ## ### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə cavabdeh Cavabdeh X1 apellyasiya şikayətinə qarşı yazılı Etiraz təqdim edilərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə qalması barədə qətnamənin qəbul olunması xahiş edilmiş və həmin etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh tərəfindən verilən apellyasiya şikayəti əsassızdır, və formal olaraq verilmişdir. Ucar Rayon Məhkəməsində iş hərtərəfli və obyektiv araşdırılmış, şahid ifadələri dinlənilmişdir. Hər iki töhmət əsassız verilmişdir, şahidlər ifadələrində töhmətlərdə qeyd edilmiş məqamların həqiqəti əks etdirmədiyini bildirmişlər.
4. Iş üzrə apellyasiya icraatı:
- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına iddiaçı İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil gəlmiş olsa da, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh X1 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh X1 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etmədiyini bildirib, cavabdeh Cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və öz mövqeyini iddia ərizəsində və apellyasiya şikayətinə qarşı verilmiş Etirazda göstərilənlərlə əsaslandırdı.
- 4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdeh Cavabdeh X1 tərəfindən hazırkı apellyasiya şikayətində “Ucar Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
- 4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası: M a d d ə 3 5 . Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. III. Heç kəs zorla işlədilə bilməz. IV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin normaları (maddələri): - Maddə 2:
1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında “bu Məcəllə”) əmək münasibətlərində tərəflərin: - hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və daxili intizam qaydalarına əməl etmək; ... . g) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Maddə 12.
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrinə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada xitam vermək; ç) kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək; d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; ... . Maddə 186.
1. Işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək.
3. Işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
4. Işəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Işəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunda müəyyən edilmiş qaydada cəlb edilir. Maddə 187.
1. Intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
2. Intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilmir.
3. Intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin və ya fiziki şəxs olan işəgötürənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
4. Idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Maddə 189.
1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
2. Intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yerində olmadığı müddətdə işçiyə intizam tənbehi verilə bilməz.
3. Intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. Işçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin (sərəncamın, qərarın) surəti ona təqdim olunmalıdır.
4. Intizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. Maddə 190. ...
3. Işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. ... . Maddə 311. Işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə, cavabdeh tərəfin iddia tələbinə etirazının dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və cavabdeh Cavabdeh X1 apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsində düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materialları və məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh X1rşı “töhmət verilməsi barədə əmrlərin ləğv edilməsi” barədə iddia tələbi təmin edilərək, cavabdeh Cavabdeh X1 tərəfindən iddiaçı İddiaçı barəsində verilmiş ## ###### 2025-ci il tarixli, **-*-**/*- *****/**** saylı və ## ###### 2025-ci il tarixli, **-*-**/*-*-****/**** saylı “töhmət verilməsi haqqında” əmrlərin ləğv edilməsi qət edilmişdir. Həmin Qətnamədən verilmiş hazırkı apellyasiya şikayəti üzrə aparılan məhkəmə araşdırması nəticəsində isə birinci instansiya məhkəməsinin məlum iddia tələbini təmin etməkdə haqlı olduğu və düzgün nəticəyə gəldiyi müəyyən olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası, cavabdeh tərəfin apellyasiya şikayətinin “cavabdeh Cavabdeh X1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Halbuki, Cavabdeh X1 nümayəndəsi Nümayəndə bütün məhkəmə iclaslarında iştirak etmiş, sübutlar təqdim etmiş və izahat vermişdir. Buna baxmayaraq onun adı və izahatı qətnamədə göstərilməmiş və nəticədə qeyd edilən prosessual normanın tələbləri pozulmuşdur” dəlili ilə əlaqədar qeyd etməyi lazım bilir ki, hazırkı qətnamənin “Birinci instansiya məhkəməsində icraat” adlanan 2-ci bölməsində də qeyd edildiyi kimi iş materiallarından, o cümlədən də iş materiallarına əlavə edilmiş məhkəmə iclas protokollarından görünür ki, iş üzrə birinci instansiya məhkəməsində aparılan icraat zamanı cavabdeh Cavabdeh X1 səlahiyyətli nümayəndəsi də məhkəmə iclaslarında iştirak edərək, cavabdehin mövqeyini əks etdirən sənədləri məhkəməyə təqdim etmiş və mübahisələndirilən qətnamənin qəbul edildiyi ## ###### 2026-cı ildə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh X1 səlahiyyətli nümayəndəsi Nümayəndə (iş vərəqi: 154-159) iddia tələbi üzrə verdiyi izahatı və məhkəmə çıxışı həmin iclasın protokolunda qeyd olunmuşdur (iş vərəqi: 154-159). Cavabdehin nümayəndəsinin həmin izahatında da cavabdeh tərəfin hazırkı apellyasiya şikayətində qeyd olunanlar öz əksini tapmışdır. Bu halın özü də göstərir ki, qətnamədə cavabdeh tərəfin izahatı göstərilməsə də, birinci instansiya məhkəməsi tərəfindən məlum qətnamə qəbul edilərkən həmin izahat da, cavabdeh tərəfin təqdim etdiyi sənədlərlə birlikdə məhkəmə qiymətləndirilməsi zamanı nəzərə alınmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eyni zamanda, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh Cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu isə apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh Cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.