Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-356/2026 23.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Balakən Rayonu Icra Hakimiyyətinin cavabdehlər cavabdeh26, cavabdeh23, cavabdeh22, cavabdeh21, cavabdeh20, cavabdeh19, cavabdeh18, cavabdeh1, cavabdeh2, cavabdeh24, cavabdeh32, cavabdeh29, cavabdeh17, cavabdeh16, cavabdeh15, cavabdeh25, Kahayeva (Qoradayeva) Havva Şərif qızına, cavabdeh13, cavabdeh12, cavabdeh30, cavabdeh27, cavabdeh11, cavabdeh10, Uqalayeva (Eyyubova) Ulduz Niyaz qızına, cavabdeh8, cavabdeh31, cavabdeh28, X13, cavabdeh6, cavabdeh5, cavabdeh4 və cavabdeh3 qarşı “cavabdehlərin, onlarla yaşayan ailə üzvlərinin və digər şəxslərin Balakən rayonunun Mahamalar kəndindən yerləşən liter B kimi qeyd olunan binadakı mənzillərdən çıxarılmaları” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi, Balakən Rayonu Icra Hakimiyyətinin nümayəndəsi nümayəndə1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən Rayon Mənzil Istismar Müəssisəsinin nümayəndəsi X3, cavabdeh cavabdeh32 nümayəndəsi və vəkili nümayəndə2 və cavabdeh cavabdeh24 nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, Iddiaçı Balakən Rayonu Icra Hakimiyyətinin cavabdehlər cavabdeh26, cavabdeh23, cavabdeh22, cavabdeh21, cavabdeh20, cavabdeh19, cavabdeh18, cavabdeh1, cavabdeh2, cavabdeh24, cavabdeh32, cavabdeh29, cavabdeh17, cavabdeh16, cavabdeh15, cavabdeh25, Kahayeva (Qoradayeva) Havva Şərif qızına, cavabdeh13, cavabdeh12, cavabdeh30, cavabdeh27, cavabdeh11, cavabdeh10, Uqalayeva (Eyyubova) Ulduz Niyaz qızına, cavabdeh8, cavabdeh31, cavabdeh28, X13, cavabdeh6, cavabdeh5, cavabdeh4 və cavabdeh3 qarşı “cavabdehlərin, onlarla yaşayan ailə üzvlərinin və digər şəxslərin Balakən rayonunun Mahamalar kəndindən yerləşən liter B kimi qeyd olunan binadakı mənzillərdən çıxarılmaları” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh32 və cavabdeh24 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2021-ci il tarixli ***a nömrəli Sərəncamına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansında olan, Sərəncamın əlavəsində göstərilən dövlət əmlakı Balakən Rayon Icra Hakimiyyətinin balansına verilmişdir. Balakən Rayonu Icra Hakimiyyəti cavabdehlərin və onlarla yaşayan ailə üzvlərinin və digər şəxslərin Balakən rayonunun Mahamalar kəndində yerləşən, liter B kimi qeyd olunan binadakı mənzillərdən çıxarılmalarını tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. Iddiaçı Balakən Rayonu Icra Hakimiyyəti cavabdehlər cavabdeh26, cavabdeh24, cavabdeh32, cavabdeh29, cavabdeh25, cavabdeh30, cavabdeh27, cavabdeh31 və cavabdeh28 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh26, cavabdeh24, cavabdeh32, cavabdeh29, cavabdeh25, cavabdeh30, cavabdeh27, cavabdeh31, cavabdeh28, onlarla yaşayan ailə üzvlərinin və digər şəxslərin Balakən rayonunun Mahamalar kəndində yerləşən, liter B kimi qeyd olunan binadakı mənzillərdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Balakən Rayonu Icra Hakimiyyəti məhkəməyə vəsatət ilə müraciət edərək, cavabdehlərin, onlarla yaşayan ailə üzvlərinin və digər şəxslərin Balakən rayonunun Mahamalar kəndində yerləşən liter B kimi qeyd olunan binadakı mənzillərdən çıxarılmaları barədə” iddia ərizəsində Balakən RIH tərəfindən həmin yaşayış sahələrinin yalnız ailə başçılarının adları qeyd olunmuş, digər ailə üzvlərinin adları ayrı-ayrılıqda cavabdeh kimi qeyd edilməyərək “cavabdehlərlə yaşayan ailə üzvləri və digər şəxslər” kimi ümumi sözlərlə ifadə edilmişdir. Qeyd olunan iş üzrə müvafiq qətnamə qəbul edildikdən sonra cavabdehlə yaşayan ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsinə hüquqları ilə əlaqədar yarana biləcək mübahisələri nəzərə alaraq aşağıdakı şəxslərin də cavabdeh qismində işə cəlb olunmalarını xahiş etmişdir: cavabdeh26 ailə üzvləri: cavabdeh23, cavabdeh22, cavabdeh21, cavabdeh20, cavabdeh19, cavabdeh18, cavabdeh1, cavabdeh2, cavabdeh29 ailə üzvləri: cavabdeh17, cavabdeh16, cavabdeh15, cavabdeh25 ailə üzvləri: X4, cavabdeh13, cavabdeh12, cavabdeh27 ailə üzvləri: cavabdeh11, cavabdeh10, X2, cavabdeh8, cavabdeh28 ailə üzvləri: X13, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3.
3. Iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il ## #### tarixli ***s nömrəli Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansından Balakən RIH-ə təhvil verilmiş 4 ədəd iki mərtəbəli yaşayış binası və 1 ədəd bir mərtəbəli yaşayış evi RIH başçısının ##.##.2021-ci il tarixli ** nömrəli Sərəncamı əsasında Balakən rayon Mənzil Istismar Müəssisəsinin balansına verilmişdir. Yaşayış evləri 1968-1973-ci illərdə tikinti normalarına uyğun olmadan, yəni dəmir-beton sutunlar və dəmir-beton kəmərlər inşa olunmadan tikilmişdir. Bınalar 2018-ci ildə ** saylı Zaqatala Ərazi idarəsi tərəfindən tutulmuş 401011001309-12101 texniki pasporta görə hərflərlə işarə edilmışdır. Balakən Rayon Mənzil Istismar Müəssisəsitərəfindən binalarda yaşayan və faktiki yaşamadan mənzilləri öz istifadələrində saxlayan vətəndaşlara bir neçə dəfə şifahi olaraq qeyd edilən mənzillərdə yaşamaq hüquqlarını təsdiq edən sənədləri təqdim etmək tövsiyə olunmuş, ##.##.2022-ci il və ##.##.2022-ci il tarixlərində yazılı müraciət olunaraq (onlara göndərilən məktubların surətləri iddia ərizəsinə əlavə olunur) mənzili qanunsuz zəbt etdikləri halda onu 1 həftə müddətinə könüllü boşaltmaları xahiş olunmuş, əks halda həmin mənzillərdə qanunsuz yaşayan vətəndaşların və onların ailə üzvlərinin mənzillərdən çıxarılmaları tələbi ilə aidiyyəti qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin heç kim mənzillərdən çıxmamış, əksinə, bu tələbi onların mənzil hüquqlarının pozulması kimi qəbul etmişlər. Bundan başqa həmin ekspedisiyada ən qısa müddət ərzində belə işləmiş olan şəxslər Balakən RIH-ə müraciət edərək həmin mənzillərə hüquqlarının olduğunu bildirir, onların ərazidə mənzillə təmin edilmələrini tələb edirlər. Binalarda yaşayan və yaşamaq hüquqlarının olduğunu iddia edən şəxslər tərəfindən Balakən rayon Mənzil Istismar Müəssisəsinə daxil olan sənədlərə baxılmış, müvafiq araşdırmalar aparılmışdır. Binada yaşayan sakinlərin bəziləri müxtəlif illərdə ekspedisiyada işləmələrini əsas gətirərək təqdim etdikləri əmək kitabçasının surətinə əsaslanaraq, bəziləri isə müəssisənin iclas protokoluna əsasən onlara yaşayış sahəsinin verildiyini bildirərək mənzillərə qanuni hüquqlarının olduğunu iddia edirlər. Bundan başqa əvvəllər həmin binada xidməti mənzillə təmin olunmuş, hal-hazırda başqa ünvanda qeydiyyatda olan və həmin mənzillərdən “yay evi” kimi istifadə edən, ötən müddət ərzində həmin ərazidə yerləşən binalara normal nəzarət edilməməsi nəticəsində binadakı ayrı-ayrı mənzilləri qanunsuz zəbt edərək uzun müddət məskunlaşmış şəxslərin olması halları da mövcuddur. Mövcud qanunvericiliyə istinad edilərək yuxarıda adları qeyd edilən şəxslərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il ## #### tarixli ***s nömrəli Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansından Balakən RIH-ə təhvil verilmiş, RIH başçısının ##.##.2021-ci il tarixli ** nömrəli Sərəncamı əsasında Balakən Rayon Mənzil Istismar Müəssisəsinin balansına verilmiş mənzillərdə yaşamaq hüquqlarının tanınması mümkün olmadığından müvafiq iddia ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır.
4. Məhkəmə iclasında iddiaçı Balakən Rayon Icra Hakimiyyətinin nümayəndəsi nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh cavabdeh29 iddia ərizəsi ilə razı olmadığını, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, həmin mənzildə doğulub-böyüyüb, anası, yoldaşı, uşağı ilə orada yaşayır. Şəkinskinin qərarı olub ki, ev təmannasız orada yaşayanlara verilsin, Geologiyanın səhvi olubsa, onları niyə evdən çıxartmalıdılar?! Atası Geologiyada işləyib. Balakən Rayon Mənzil Istismar Müəssisəsi ilə müqavilə bağlanıb. Məhkəmə iclasında cavabdeh cavabdeh27 iddia ərizəsi ilə razı olmadığını, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, 1978-ci ildə gənc mütəxəssis kimi evlə təmin edilib, uşaqları orada doğulub böyüyüb, artıq pensiyaya çıxıb, evdə imkansızlıqdan qalıb, Mənzil Istismar Müəssisəsi ilə müqavilə bağlamışdır. Məhkəmə iclasında cavabdeh cavabdeh23 iddia ərizəsi ilə razı olmadığını, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, 1979-cu ildə Geologiyada tibb bacısı işləyib, yoldaşı sürücü olub, evi təmir ediblər, 4 ildir ki, həmin mənzildə yaşayır. Məhkəmə iclasında cavabdeh X13 iddia ərizəsi ilə razı olmadığını, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, yoldaşı 40 il Geologiyada işləyib, o vaxt komendant Elmira onlara evin düşdüyünü demişdir, ev şəraitsizdi. Məhkəmə iclasında cavabdeh cavabdeh32 nümayəndəsi nümayəndə2 iddia ərizəsi ilə razı olmadığını, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, Solmaz 30-40 il təşkilatda işləyib, başqa qalacaq yeri yoxdur. Məhkəmə iclasında cavabdeh cavabdeh14 iddia ərizəsi ilə razı olmadığını, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, qayınatası Geologiyada işləyib, 9 ildir ki, yoldaşı və 2 uşağı ilə həmin mənzildə yaşayır. ##.##.2026-cı il tarixli məhkəmə iclasında cavabdeh cavabdeh17 izahat verərək qalmağa başqa yeri olmadığını, 1975-ci ildə həmin mənzilə gəlin gəldiyini, yoldaşının 10 il Ekologiya və Təbii Sərvətlər Nazirliyində işlədiyini, həmin evin daimi istifadə üçün verildiyini, yoldaşının rəhmətə getdiyini və iddia ərizəsi ilə razı olmadığını bildirmiş, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. ##.##.2026-cı il tarixli məhkəmə iclasında cavabdeh cavabdeh30 izahatında iddia ərizəsi ilə razı olmadığını, 4-5 il həmin mənzildə yaşadığını, daha sonra təmir etməyə imkanı olmadığı üçün çıxdığını, hazırda orada yaşamadığını, atasının evində yaşadığını, Balakən Rayon Mənzil Istismar Müəssisəsi ilə müqavilə bağladıqlarını, 30 il Geologiyada işlədiyini, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. ##.##.2026-cı il tarixli məhkəmə iclasında cavabdeh cavabdeh28 izahatında iddia ərizəsi ilə razı olmadığını, mənzilin 1978-ci ildə Geologiya tərəfindən xidməti ev kimi verildiyini, hazırda təmirə görə orada qalmadığını, məhkəmə işinə görə hələ təmir etdirmədiklərini, özlərinin evinin olmasını, Balakən Rayon Mənzil Istismar Müəssisəsi ilə müqavilə bağladıqlarını bildirmiş, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. ##.##.2026-cı il tarixli məhkəmə iclasında cavabdeh cavabdeh3 izahatında iddia ərizəsi ilə razı olmadığını, evin qayınanası cavabdeh28 Geologiyada işlədiyi üçün verildiyini, evləndikdən sonra problemlər olduğu üçün bir müddət həmin mənzildə yaşadığını bildirmiş, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh cavabdeh31 məhkəməyə ərizə göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, digər cavabdehlər cavabdeh26, cavabdeh22 (cavabdeh18 və cavabdeh1 qanuni nümayəndəsi), cavabdeh21 (cavabdeh2 qanuni nümayəndəsi), cavabdeh20, cavabdeh19, cavabdeh24, cavabdeh17, cavabdeh16, cavabdeh25, cavabdeh30, cavabdeh11, cavabdeh10, X2, cavabdeh8, cavabdeh28, cavabdeh6 (cavabdeh4 qanuni nümayəndəsi), cavabdeh5, X15 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən rayon Mənzil Istismar Müəssisəsinin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə MPMin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2021-ci il tarixli ***a nömrəli Sərəncamına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansında olan, Sərəncamın əlavəsində göstərilən dövlət əmlakı Balakən Rayon Icra Hakimiyyətinin balansına verilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansından Balakən RIH-ə təhvil verilmiş 4 ədəd Liter "A", Liter "B", Liter "C", Liter "D" iki mərtəbəli yaşayış binası və 1 ədəd Liter "J" bir mərtəbəli yaşayış evi Rayon Icra Hakimiyyəti başçısının ##.##.2021ci il tarixli *** nömrəli Sərəncamı əsasında Balakən Rayon Mənzil Istismar Müəssisəsinin balansına verilmişdir. Balakən Rayon Mənzil Istismar Müəssisəsi tərəfindən binalarda yaşayan və faktiki yaşamadan mənzilləri öz istifadələrində saxlayan vətəndaşlara şifahi və yazılı məlumat verilərək qeyd edilən mənzilləri könüllü boşaltmaları xahiş olunmuş, lakin onlar qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadan mənzillərdən çıxmamışlar. Həmçinin həmin mənzillərin heç biri bu günədək özəlləşdirilməmişdir. Onlar qeyd edilən mənzillərə dair hüquqlarını təsdiq edən mötəbər sübut təqdim etməmişdirlər. Göründüyü kimi iddiaçı Balakən Rayon Icra Hakimiyyəti səlahiyyətli dövlət orqanı kimi cavabdehlərin mənzillərdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, cavabdehlər cavabdeh26, cavabdeh23, cavabdeh22, cavabdeh21, cavabdeh20, cavabdeh19, cavabdeh18, cavabdeh1, cavabdeh2, cavabdeh24, cavabdeh32, cavabdeh29, cavabdeh17, cavabdeh16, cavabdeh15, cavabdeh25, Kahayeva (Qoradayeva) Havva Şərif qızı, cavabdeh13, cavabdeh12, cavabdeh30, cavabdeh27, cavabdeh11, cavabdeh10, X2, cavabdeh8, cavabdeh31, cavabdeh28, X13, cavabdeh6, cavabdeh5, cavabdeh4 və cavabdeh3 mənzillərdən çıxarılmalıdır.
6. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər cavabdeh26, cavabdeh23, cavabdeh22, cavabdeh21, cavabdeh20, cavabdeh19, cavabdeh18, cavabdeh1, cavabdeh2, cavabdeh24, cavabdeh32, cavabdeh29, cavabdeh17, cavabdeh16, cavabdeh15, cavabdeh25, Kahayeva (Qoradayeva) Havva Şərif qızı, cavabdeh13, cavabdeh12, cavabdeh30, cavabdeh27, cavabdeh11, cavabdeh10, X2, cavabdeh8, cavabdeh31, cavabdeh28, X13, cavabdeh6, cavabdeh5, cavabdeh4 və cavabdeh3 Balakən rayonunun Mahamalar kəndində yerləşən liter “B” kimi qeyd olunan binadakı mənzillərdə daimi və ya mütəmadi yaşayırlar.
7. Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Arifə Cəfərova) iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh26, cavabdeh23, cavabdeh22, cavabdeh21, cavabdeh20, cavabdeh19, cavabdeh18, cavabdeh1, cavabdeh2, cavabdeh24, cavabdeh32, cavabdeh29, cavabdeh17, cavabdeh16, cavabdeh15, cavabdeh25, Kahayeva (Qoradayeva) Havva Şərif qızı, cavabdeh13, cavabdeh12, cavabdeh30, cavabdeh27, cavabdeh11, cavabdeh10, Uqalayeva (Eyyubova) Ulduz Niyaz qızı, cavabdeh8, cavabdeh31, cavabdeh28, X13, cavabdeh6, cavabdeh5, cavabdeh4 və cavabdeh3 Balakən rayonunun Mahamalar kəndində yerləşən liter “B” kimi qeyd olunan binadakı mənzillərdən çıxarılmaları, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 100 manat dövlət rüsumunun cavabdehlər cavabdeh26, cavabdeh23, cavabdeh22, cavabdeh21, cavabdeh20, cavabdeh19, cavabdeh24, cavabdeh32, cavabdeh29, cavabdeh17, cavabdeh16, cavabdeh25, Kahayeva (Qoradayeva) Havva Şərif qızı, cavabdeh30, cavabdeh27, cavabdeh11, cavabdeh10, Uqalayeva (Eyyubova) Ulduz Niyaz qızı, cavabdeh8, cavabdeh31, cavabdeh28, X13, cavabdeh6, cavabdeh5 və cavabdeh3 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2ci, Azərbaycan SSR Mənzil Məcəlləsinin 6, 100 və 104-cü, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1, 2.2, 8.0, 17.1, 17.2, 17.3, 91.1.1, 92, 98.1, 99.1, 99.2, 99.3, 99.6, 99.7, 99.8, 101.1, 101.2, 102.1 və 103.3-cü maddələrinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasının idarə işçiləri və Həmkarlar Ittifaqı komitəsinin ##.##.1982-ci il tarixdə birgə keçirilmiş iclas protokolu; cavabdeh24 ИT-İ seriyalı ******* nömrəli əmək kitabçası; ## #### 2023-cü il tarixli Müqavilə; Azərbaycan Respublikasi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilən ## #### 2022-ci il tarixli **/C-*** nömrəli arayış; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 Fondu tərəfindən verilən ##.##.2025-ci il tarixli *-**-**/*-C-**-**/**** nömrəli arayış; “xxxx” publik hüquqi şəxsinin ** saylı Zaqatala Ərazi Idarəsi tərəfindən verilən ##.##.2023-cü il tarixli **** nömrəli Arayış; ИT-İ seriyalı ******* nömrəli cavabdeh32 məxsus əmək kitabçası; Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasının idarə işçiləri və Həmkarlar Ittifaqı komitəsinin ##.##.2004-cü il tarixdə birgə keçirilmiş iclas protokolundakı qərarı; ИT-İ seriyalı ******* nömrəli cavabdeh30 Şamsuda qızına məxsus əmək kitabçası; AZ-İ seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnamə; X14 məxsus əmək kitabçası; ## ### 2023-cü il tarixli Müqavilə; Azərbaycan Respublikasının Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin ## ##### 1994-cü il tarixli ** nömrəli əmri; Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasının idarə işçiləri və Həmkarlar Ittifaqı komitəsinin ##.##.2002-ci il tarixdə birgə keçirilmiş iclas protokolu; cavabdeh26 əmək kitabçası; ## ###### 2024-cü il tarixli Müqavilə; ## ###### 2024-cü il tarixli Müqavilə; AZ-II seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnamə; ## ###### 2008-ci il tarixli ** nömrəli arayış; X10 məxsus əmək kitabçası; Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasının idarə işçiləri və Həmkarlar Ittifaqı komitəsinin ##.##.2000-ci il tarixdə birgə keçirilmiş iclas protokolundakı qərarı; Balakən Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi; Şəki Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi.
10. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər cavabdeh32 və cavabdeh24 аpellyаsiyа şikаyəti vermişlər.
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh cavabdeh32 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdeh32 30- 40 il mübahisə edilən mənzildə yaşadığından həmin mənzilə istifadə hüququ yaranmışdır. Ikincisi, mənzilə dair kirayə müqaviləsinin subyekti olmayan şəxslərin mənzildən çıxarılma kimi əsas götürülməsi qanuna ziddir. O baxımdan ki, cavabdeh32 30-40 il təşkilatda işləyib, son yaşayış yeridir (başqa qalacaq yeri yoxdur). Üçüncüsü, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Bundan başqa konstitusiyaya əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
12. Ona görə də, Balakən Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin təmin edilmiş hissədə ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
13. Cavabdeh cavabdeh24 isə apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il ## #### tarixli ***s nömrəli sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansından Balakən RIH-ə təhvil verilmiş 4 ədəd iki mərtəbəli yaşayış binası və 1 ədəd bir mərtəbəli yaşayış evi RIH başçısının ##.##.2021-ci il tarixli ** nömrəli sərəncamı əsasında Balakən Şəhər Mənzil Istismar Müəssisəsinin balansına verilmişdir. Cavabdeh cavabdeh24 1974-cü ildən 2018-ci ilə qədər əvvəllər fəaliyyət göstərən Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında kadrlar şöbəsinin müfəttişi, sonra isə rəisi işləmiş, ekspedisiyanın administrasiyası və həmkarlar ittifaqı tərəfindən ona ##.##.1982-ci il tarixdə ekspedisiyanın balansında olan yataqxana tipli evdən xidməti mənzil verilmişdir. Cavabdeh yuxarıda göstərilən vaxtdan başlayaraq 10 ildən artıq olmaqla, 43 ildir ki, Baş Qafqaz Geoloji Ekspedisiyasının balansında olmuş yataqxana tipli mənzildə yaşayır, onun ev eşyaları həmin mənzildə yerləşir, mənzilin kommunal xərcləri cavabdeh tərəfindən ödənilmişdir və həmin mənzil cavabdehin yaşadığı yaşayış sahəsi sayılır. Iş materiallarına əsasən cavabdehin başqa evi, mənzili və həyətyanı torpaq sahəsi yoxdur. Cavabdehin özünə məxsus digər yaşayış sahəsi yoxdur. Cavabdehin hazırda yaşadığı Baş Qafqaz Geoloji Ekspedisiyasının balansında olmuş Balakən rayonu Mahamalar kəndində yerləşən yataqxana tipli mənzil hazırda Balakən Rayon Icra Hakimiyyətinin balansındadır. Cavabdeh cavabdeh24 uzun müddətdir ki, mübahisə predmetini təşkil edən mənzildə yaşayır və qanunvericiliyin tələbinə əsasən həmin mənzil cavabdehin evi sayılır. Cavabdehin əşyaları həmin mənzildə yerləşir və onun həmin mənzillə davamlı və yetərli əlaqələri vardır və həmin mənzil onun faktiki sahiblik və istifadəsindədir. Cavabdehin özünə məxsus digər yaşayış sahəsi yoxdur və dövlət və bələdiyyə orqanları tərəfindən onlara yaşamaq üçün başqa mənzil verilməmiş və ya təklif edilməmişdir. Həmçinin dövlət təşkilatı tərəfindən cavabdehin iddia predmetini təşkil edən mənzildən çıxarılması üçün heç bir kompensasiya verilməmiş və ya təklif edilməmişdir. Həmin mənzildə cavabdehin ailə üzvləri ilə yaşaması üçün təxirəsalınmaz ictimai tələbat vardır. Belə olan halda cavabdehə heç bir kompensasiya ödənilmədən və ya ona yaşamaq üçün digər mənzil verilmədən onun uzun müddət yaşadığı, yetərli və davamlı əlaqələrdə olduğu və öz evi saydığı mənzildən çıxarılması onun Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində və Avropa Konvensiyasının 8-ci maddəsində təsbit edilmiş mənzil toxunulmazlığı hüququnun pozulmasına gətirib çıxaracaqdır ki, bu da yolverilməzdir.
14. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin qismən ləğv edilməsi, yeni qətnamə çıxarılaraq iddianın cavabdeh24 münasibətdə rədd edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh32 nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh24nın nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Balakən Rayonu Icra Hakimiyyətinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən Rayon Mənzil Istismar Müəssisəsinin nümayəndəsi X3 izahat verərək bildirdi ki, cavabdehlərlə bağlanmış müqavilə Balakən rayon Mənzil istismar Müəssisəsinin binanın ümumi istifadədə olan (dam örtüyü, fasadı, giriş blokları) yerlərin təmiri və qorunub saxlanması, cavabdehlərin isə mənzili təmir etməyi, səliqəli saxlamağı, yaşayış sahəsi üçün xidmət haqqı ödəməyi öhdəsinə götürməsi ilə bağlıdır.
17. Cavabdehlər işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Azərbaycan SSR Mənzil Məcəlləsi: 6-cı maddəsinə əsasən yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. 100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınqlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. 104-cü maddəsinə əsasən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar.
21. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər. 8.0-cı maddəsinə əsasən mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; 8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; 8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük; 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. 17.1-ci maddəsinə əsasən mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2-ci maddəsinə əsasən mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. 17.3-cü maddəsinə əsasən istifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. 91.1.1-ci maddəsinə əsasən xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra– xüsusi təyinatlı yaşayış sahələri) aiddir. 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 99.3-cü maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.6-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. 99.7-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. 99.8-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 101.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. 101.2-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. 103.3-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci mаddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
24. Cavabdehlər cavabdeh32 və cavabdeh24 Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin qismən-iddianın təmin edilmiş onlara aid hissəsində ləğv edilməsini və iddianın onlara aid hissədə təmin edilməməsini xahiş etdiklərindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın qismən- cavabdehlər cavabdeh32 və cavabdeh24 aid təmin edilmiş mübahisələndirilən hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı cavabdehlər cavabdeh32 və cavabdeh24 aid hissədə təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin həmin hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
26. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, iddiaçı Balakən Rayonu Icra Hakimiyyəti iddia ərizəsi verdikdən sonra məhkəməyə vəsatət ilə müraciət edərək, cavabdehlərin, onlarla yaşayan ailə üzvlərinin və digər şəxslərin Balakən rayonunun Mahamalar kəndində yerləşən liter B kimi qeyd olunan binadakı mənzillərdən çıxarılmaları barədə” iddia ərizəsində Balakən RIH tərəfindən həmin yaşayış sahələrinin yalnız ailə başçılarının adları qeyd olunmuş, digər ailə üzvlərinin adları ayrı-ayrılıqda cavabdeh kimi qeyd edilməyərək “cavabdehlərlə yaşayan ailə üzvləri və digər şəxslər” kimi ümumi sözlərlə ifadə edilmişdir. Qeyd olunan iş üzrə müvafiq qətnamə qəbul edildikdən sonra cavabdehlə yaşayan ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsinə hüquqları ilə əlaqədar yarana biləcək mübahisələri nəzərə alaraq aşağıdakı şəxslərin də cavabdeh qismində işə cəlb olunmalarını xahiş etmişdir: cavabdeh26 ailə üzvləri: cavabdeh23, cavabdeh22, cavabdeh21, cavabdeh20, cavabdeh19, cavabdeh18, cavabdeh1, cavabdeh2, cavabdeh29 ailə üzvləri: cavabdeh17, cavabdeh16, cavabdeh15, cavabdeh25 ailə üzvləri: X4, cavabdeh13, cavabdeh12, cavabdeh27 ailə üzvləri: cavabdeh11, cavabdeh10, X2, cavabdeh8, cavabdeh28 ailə üzvləri: X13, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3. Göründüyü kimi iddiaçı tərəfindən verilmiş vəsatətlə ailə üzvləri və digər şəxslər anlayışına daxil olan şəxslərin siyahısı verilərək cavabdeh qismində işə cəlb edilmələri xahiş edilmişdir ki, bununla da digər şəxslər məfhumu qalmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, iddiaçı Balakən Rayon Icra Hakimiyyəti iddia tələbində qeyd edilmiş cavabdehlərin ailə üzvlərini müəyyən edərək onların cavabdeh kimi işə cəlb edilməsini xahiş etmiş, lakin “digər şəxslərin” kimliyi müəyyən edilməmişdir. Odur ki, iddia tələbi digər şəxslər hissəsində qeyri-müəyyən olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdehlər cavabdeh32 və cavabdeh24 Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin qismən- iddianın qismən- cavabdehlər cavabdeh32 və cavabdeh24 aid təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etdiklərindən, həmçinin prosesin digər iştirakçıları da qətnaməni iddianın təmin edilməmiş həmin hissəsində mübahisələndirmədiklərindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın qismən təmin edilmiş mübahisələndirilən hissəsində yoxlamışdır.
27. Cavabdeh cavabdeh32 apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, 30-40 il mübahisə edilən mənzildə yaşadığından həmin mənzilə istifadə hüququ yaranmışdır. Mənzilə dair kirayə müqaviləsinin subyekti olmayan şəxslərin mənzildən çıxarılma kimi əsas götürülməsi qanuna ziddir. O baxımdan ki, cavabdeh32 30-40 il təşkilatda işləyib, son yaşayış yeridir, başqa qalacaq yeri yoxdur.
28. Iş materiallarında olan ## #### 2023-cü il tarixli Müqavilədən görünür ki, birinci tərəf Balakən rayon Mənzil Istismar Müəssisəsi Balakən rayon Mənzil Istismar Müəssisəsinin balansında olan Mahamalar kəndində yerləşən Liter "A" Liter "B" Liter "C" Liter "D" saylı binanın ümumi istifadədə olan (dam örtüyü, fasadı, giriş blokları) yerlərin təmiri və qorunub saxlanmasını öhdəsinə alır. Ikinci tərəf Balakən rayon Mahamalar kənd sakini cavabdeh32 mənzilini təmir etməyə, səliqəli saxlamağı, Azərbaycan Respublikası Tarif Şurasının ## ###### 2011-ci il * nömrəli qərarının təsdiq etdiyi qiymətlə (0.02 qəpik) Xidmət haqqını hər ayın 30 dan gec olmayaraq Mənzil Istismar müəsisəsinin Kapital bank Balakən rayon şöbəsində olan hesabına ödəməyi öhdəsinə almışdır. Əgər hər hansı bir tərəf müqavilənin şərtlərini pozarsa mövcud qanunvericiliyə əsasən məsuliyyət daşıyır.
29. Azərbaycan Respublikasi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilən ## #### 2022-ci il tarixli **/C-*** nömrəli arayışdan görünür ki, X6 həqiqətən keçmiş Geologiya və Mineral Ehtiyatlar Komitəsində və Ekologiya və Təbii Sərvətlər Nazirliyində ## ####### 1977-ci ildə Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasına 2-ci dərəcəli təsərrüfat üzrə fəhlə qəbul edilmiş, ## ###### 2015-ci ildə Azərbaycan Respublikasının ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir.
30. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 Fondu tərəfindən verilən ##.##.2025-ci il tarixli *-**-**/*-C-**-**/**** nömrəli arayışdan görünür ki, cavabdeh32 həqiqətən ləğv edilmiş Azərbaycan SSR Geologiya idarəsinin, “Azərbaycangeologiya” Istehsalat Birliyinin, Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatlar Komitəsinin Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasında, o cümlədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətində və Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət informasiya- Arxiv Fondunda ## ####### 1977-ci il tarixindən (Əmr №***/k, ##.##.1977-ci il) - ## ###### 2015-ci il tarixinədək (Əmr № ***/k, ##.##.2015-ci il) təsərrüfat işçisi, bağban, xadimə, radiooperator, nümunə üyüdücüsü, mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis vəzifələrində işləmişdir.
31. “xxxx” publik hüquqi şəxsinin ** saylı Zaqatala Ərazi Idarəsi tərəfindən verilən ##.##.2023-cü il tarixli **** nömrəli Arayışdan görünür ki, respublika ərazisi üzrə cavabdeh32 adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş X18 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında məlumat yoxdur.
32. ИT-İ seriyalı ******* nömrəli cavabdeh32 məxsus əmək kitabçasının surətindən görünür ki, ## ###### 2015-ci il tarixdə ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətində və Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət informasiya- Arxiv Fondunda tutduğu vəzifədən azad edilmişdir.
33. Hazırki qətnamənin 13-cü bəndində göstərilən apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh cavabdeh24 apellyasiya şikayətində göstərmişdir ki, 1974-cü ildən 2018ci ilə qədər əvvəllər fəaliyyət göstərən Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında kadrlar şöbəsinin müfəttişi, sonra isə rəisi işləmiş, ekspedisiyanın administrasiyası və həmkarlar ittifaqı tərəfindən ona ##.##.1982-ci il tarixdə ekspedisiyanın balansında olan yataqxana tipli evdən xidməti mənzil verilmişdir. Cavabdeh yuxarıda göstərilən vaxtdan başlayaraq 10 ildən artıq olmaqla, 43 ildir ki, Baş Qafqaz Geoloji Ekspedisiyasının balansında olmuş yataqxana tipli mənzildə yaşayır, onun ev əşyaları həmin mənzildə yerləşir, mənzilin kommunal xərcləri cavabdeh tərəfindən ödənilmişdir və həmin mənzil cavabdehin yaşadığı yaşayış sahəsi sayılır. Cavabdehin özünə məxsus digər yaşayış sahəsi yoxdur və dövlət və bələdiyyə orqanları tərəfindən onlara yaşamaq üçün başqa mənzil verilməmiş və ya təklif edilməmişdir. Həmçinin dövlət təşkilatı tərəfindən cavabdehin iddia predmetini təşkil edən mənzildən çıxarılması üçün heç bir kompensasiya verilməmiş və ya təklif edilməmişdir. Cavabdeh cavabdeh24 uzun müddətdir ki, mübahisə predmetini təşkil edən mənzildə yaşayır və qanunvericiliyin tələbinə əsasən həmin mənzil cavabdehin evi sayılır. Həmin mənzildə cavabdehin ailə üzvləri ilə yaşaması üçün təxirəsalınmaz ictimai tələbat vardır. Belə olan halda cavabdehə heç bir kompensasiya ödənilmədən və ya ona yaşamaq üçün digər mənzil verilmədən onun uzun müddət yaşadığı, yetərli və davamlı əlaqələrdə olduğu və öz evi saydığı mənzildən çıxarılması onun Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində və Avropa Konvensiyasının 8-ci maddəsində təsbit edilmiş mənzil toxunulmazlığı hüququnun pozulmasına gətirib çıxaracaqdır ki, bu da yolverilməzdir.
34. “xxxx” publik hüquqi şəxsinin ** saylı Zaqatala Ərazi Idarəsi tərəfindən verilən Arayışdan görünür ki, respublika ərazisi üzrə cavabdeh24 adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş X18 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında məlumat yoxdur.
35. Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasının idarə işçiləri və Həmkarlar Ittifaqı komitəsinin ##.##.1982-ci il tarixdə birgə keçirilmiş iclas protokolundan görünür ki, Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasının balansında olan yataqxana tipli * nömrəli evin 2/mər mənzili 1973-cü ildən ekspedisiyada işləyən və hal-hazırda mənzilə ehtiyacı olan cavabdeh24 verilməlidir.
36. cavabdeh24 ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, ##.##.1999-ci ildə ƏM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasında tutduğu vəzifədən azad edilmişdir.
37. Azərbaycan SSR Mənzil Məcəlləsinin 104-cü maddəsinə əsasən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar.
38. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 101.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. 103.3-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.
39. Məhkəmə kollegiyası hazırki qətnamənin 11 və 13-cü bəndlərində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki qətnamənin 29, 32 və 36-cı bəndlərində sadalanmış hallardan görünür ki, apellyasiya şikayəti vermiş şəxslərin əmək müqavilələrinə xitam verildiyindən onların xidməti mənzillərdə yaşaması üçün əsas olmuş hal aradan qalxmışdır. Eyni zamanda xidməti yaşayış sahəsinin digər dövlət orqanının idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. O cümlədən cavabdehlər Balakən Rayon Icra Hakimiyyəti ilə əmək müqaviləsinin tərəfi deyildirlər.
40. Bundan başqa hazırki qətnamənin 28-ci bəndində göstərilmiş müqavilə Balakən rayon Mənzil istismar Müəssisəsi binanın ümumi istifadədə olan (dam örtüyü, fasadı, giriş blokları) yerlərin təmiri və qorunub saxlanmasını, cavabdehlərin isə mənzili təmir etməyi, səliqəli saxlamağı, yaşayış sahəsi üçün xidmət haqqı ödəməyi öhdəsinə götürməsi ilə bağlı olmuşdur ki, buna görə də həmin müqavilələr xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi hesab edilə bilməz.
41. Birinci instansiya məhkəməsi də qətnamə qəbul edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Balakən Rayon Mənzil Istismar Müəssisəsi tərəfindən binalarda yaşayan və faktiki yaşamadan mənzilləri öz istifadələrində saxlayan vətəndaşlara şifahi və yazılı məlumat verilərək qeyd edilən mənzilləri könüllü boşaltmaları xahiş olunmuş, lakin onlar qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadan mənzillərdən çıxmamışlar. Həmçinin həmin mənzillərin heç biri bu günədək özəlləşdirilməmişdir. Onlar qeyd edilən mənzillərə dair hüquqlarını təsdiq edən mötəbər sübut təqdim etməmişdirlər. Göründüyü kimi iddiaçı Balakən Rayon Icra Hakimiyyəti səlahiyyətli dövlət orqanı kimi cavabdehlərin mənzillərdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
42. Cavabdehlər cavabdeh17 ərinin, cavabdeh29 atası X14, cavabdeh30 özünün, cavabdeh27 özünün, cavabdeh28 özünün, X15 qayınanası və X13 arvadı cavabdeh28, cavabdeh23 özünün və əri cavabdeh26, cavabdeh32 özünün və Kahayeva (Qoradayeva) Havva Şərif qızı qayınatasının, cavabdeh31 qohumu X22 Azərbaycan SSR Geologiya idarəsində və Milli Geoloji Kəşfiyyat Xidmətində işlədiklərinə istinad edərək mənzillərdən çıxmağa etiraz etmişlər. Məhkəmə həmin cavabdehlərin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan SSR Geologiya idarəsində və Milli Geoloji Kəşfiyyat Xidmətində işlədiklərini təsdiq edən sənəd vermiş şəxslərin əmək müqavilələrinə xitam verilmişdir. Qanunvericiliyin tələbinə əsasən əmək müqavilələrinə xitam verildiyindən onların xidməti mənzillərdə yaşaması üçün əsas olmuş hal aradan qalxmışdır. Eyni zamanda xidməti yaşayış sahəsinin digər dövlət orqanının idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. O cümlədən cavabdehlər Balakən Rayon Icra Hakimiyyəti ilə əmək müqaviləsinin tərəfi deyildirlər.
43. Bundan başqa cavabdehlər cavabdeh26, cavabdeh24, cavabdeh32, cavabdeh29 və cavabdeh27 məhkəməyə Balakən rayon Mənzil Istismar Müəssisəsi ilə bağlanmış müqavilə təqdim etmişlər. Müqavilələrin məzmununa əsasən Balakən rayon Mənzil istismar Müəssisəsi binanın ümumi istifadədə olan (dam örtüyü, fasadı, giriş blokları) yerlərin təmiri və qorunub saxlanmasını, cavabdehlər isə mənzili təmir etməyi, səliqəli saxlamağı, yaşayış sahəsi üçün xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin müqavilələr xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri hesab edilə bilməz.
44. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
45. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən- cavabdehlər cavabdeh32 və cavabdeh24 aid hissədə təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən həmin hissədə qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər cavabdeh32 və cavabdeh24 tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi iddianın qismən-onlara aid təmin edilmiş mübahisələndirilən hissəsində dəyişdirilmədən sаxlаnılmalıdır.
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI: Cavabdehlər cavabdeh32 və cavabdeh24 tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməsin. Iş üzrə Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi iddianın qismən- cavabdehlər cavabdeh32 və cavabdeh24 aid təmin edilmiş mübahisələndirilən hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.