Məhkəmə qərarları › İş №e-2(3-10)-358/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-358/2026

24.06.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-358/2026 24.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Balakən Rayonu İcra Hakimiyyətinin cavabdehlər cavabdeh20 İslam qızına, cavabdeh19, cavabdeh18, cavabdeh17, cavabdeh16, cavabdeh15, cavabdeh14, cavabdeh13, cavabdeh12, cavabdeh11, cavabdeh10, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, qüvvə) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı Balakən Rayonu İcra Hakimiyyətinin nümayəndəsi nümayəndə1, Cavabdehlər cavabdeh16, cavabdeh15, cavabdeh20 İslam qızının nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Baləkən şəhəri Mənzil İstismar Sahəsinin nümayəndəsi Akqubayev İzafi Əhməd oğlunun iştirakı ilə, İddiaçı Balakən Rayonu İcra Hakimiyyətinin cavabdehlər cavabdeh20 İslam qızına, cavabdeh19, cavabdeh18, cavabdeh17, cavabdeh16, cavabdeh15, cavabdeh14, cavabdeh13, cavabdeh12, cavabdeh11, cavabdeh10, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “cavabdehlərin, onlarla yaşayan ailə üzvlərinin və digər şəxslərin Balakən rayonunun Mahamalar kəndindən yerləşən liter C kimi qeyd olunan binadakı mənzildən çıxarılmaları” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)- ****/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh16, cavabdeh15 və cavabdeh20 İslam qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Balakən Rayonu İcra Hakimiyyəti cavabdehlər cavabdeh20 İslam qızına, cavabdeh19, cavabdeh18, cavabdeh17, cavabdeh16, cavabdeh15, cavabdeh14, cavabdeh13, cavabdeh12, cavabdeh11 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət dərək cavabdeh20 İslam qızının, cavabdeh11, cavabdeh15, cavabdeh19, cavabdeh14, cavabdeh18, cavabdeh13, X10, cavabdeh12, cavabdeh16 və onlarla yaşayan ailə üzvlərinin və digər şəxslərin Balakən rayonunun Mahamalar kəndində yerləşən, liter C kimi qeyd olunan binadakı mənzillərdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçı Balakən Rayonu İcra Hakimiyyəti məhkəməyə vəsatət ilə müraciət edərək, cavabdehlərin, onlarla yaşayan ailə üzvlərinin və digər şəxslərin Balakən rayonunun Mahamalar kəndində yerləşən liter C kimi qeyd olunan binadakı mənzillərdən çıxarılmaları barədə” iddia ərizəsində Balakən RİH tərəfindən həmin yaşayış sahələrinin yalnız ailə başçılarının adları qeyd olunmuş, digər ailə üzvlərinin adları ayrı-ayrılıqda cavabdeh kimi qeyd edilməyərək “cavabdehlərlə yaşayan ailə üzvləri və digər şəxslər” kimi ümumi sözlərlə ifadə edilmişdir. Qeyd olunan iş üzrə müvafiq qətnamə qəbul edildikdən sonra cavabdehlə yaşayan ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsinə hüquqları ilə əlaqədar yarana biləcək mübahisələri nəzərə alaraq aşağıdakı şəxslərin də cavabdeh qismində işə cəlb olunmalarını xahiş etmişdir: cavabdeh11 ailəsi: cavabdeh10, cavabdeh9, cavabdeh19 ailəsi: cavabdeh8, cavabdeh7, cavabdeh14 ailəsi: cavabdeh6, cavabdeh18 ailəsi: cavabdeh5, cavabdeh4, cavabdeh16 ailəsi: cavabdeh3, cavabdeh2, cavabdeh1.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il ## #### tarixli ***s nömrəli Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansından Balakən RİH-ə təhvil verilmiş 4 ədəd iki mərtəbəlyiaşayış binası və 1 ədəd bir mərtəbəli yaşayış evi RİH başçısının ##.##.2021-ci il tarixli ** nömrəli Sərəncamı əsasında Balakən rayon Mənzil İstismar Müəssisəsinin balansına verilmişdir. Yaşayış evləri 1968-1973-ci illərdə tikinti normalarına uyğun olmadan, yəni dəmir-beton sutunlar və dəmir-beton kəmərlər inşa olunmadan tikilmişdir. Binalar 2018-ci ildə ** saylı Zaqatala Ərazi idarəsi tərəfindən tutulmuş 401011001309-12101 texniki pasporta görə hərflərlə işarə edilmişdır. Balakən Rayon Mənzil İstismar Müəssisəsi tərəfindən binalarda yaşayan və faktiki yaşamadan mənzilləri öz istifadələrində saxlayan vətəndaşlara bir neçə dəfə şifahi olaraq qeyd edilən mənzillərdə yaşamaq hüquqlarını təsdiq edən sənədləri təqdim etmək tövsiyə olunmuş, ##.##.2022-ci il və ##.##.2022-ci il tarixlərində yazılı müraciət olunaraq (onlara göndərilən məktubların surətləri iddia ərizəsinə əlavə olunur) mənzili qanunsuz zəbt etdikləri halda onu 1 həftə müddətinə könüllü boşaltmaları xahiş olunmuş, əks halda həmin mənzillərdə qanunsuz yaşayan vətəndaşların və onların ailə üzvlərinin mənzillərdən çıxarılmaları tələbi ilə aidiyyəti qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin heç kim mənzillərdən çıxmamış, əksinə, bu tələbi onların mənzil hüquqlarının pozulması kimi qəbul etmişlər. Bundan başqa həmin ekspedisiyada ən qısa müddət ərzində belə işləmiş olan şəxslər Balakən RİH-ə müraciət edərək həmin mənzillərə hüquqlarının olduğunu bildirir, onların ərazidə mənzillə təmin edilmələrini tələb edirlər. Binalarda yaşayan və yaşamaq hüquqlarının olduğunu iddia edən şəxslər tərəfindən Balakən rayon Mənzil İstismar Müəssisəsinə daxil olan sənədlərə baxılmış, müvafiq araşdırmalar aparılmışdır. Binada yaşayan sakinlərin bəziləri müxtəlif illərdə ekspedisiyada işləmələrini əsas gətirərək təqdim etdikləri əmək kitabçasının surətinə əsaslanaraq, bəziləri isə müəssisənin iclas protokoluna əsasən onlara yaşayış sahəsinin verildiyini bildirərək mənzillərə qanuni hüquqlarının olduğunu iddia edirlər. Bundan başqa əvvəllər həmin binada xidməti mənzillə təmin olunmuş, hal-hazırda başqa ünvanda qeydiyyatda olan və həmin mənzillərdən “yay evi” kimi istifadə edən, ötən müddət ərzində həmin ərazidə yerləşən binalara normal nəzarət edilməməsi nəticəsində binadakı ayrı-ayrı mənzilləri qanunsuz zəbt edərək uzun müddət məskunlaşmış şəxslərin olması halları da mövcuddur. Həmin mənzillərin heç biri bu günədək özəlləşdirilməmişdir. Mövcud qanunvericiliyə istinad edilərək yuxarıda adları qeyd edilən şəxslərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il ## #### tarixli ***s nömrəli Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansından Balakən RİH-ə təhvil verilmiş, RİH başçısının ##.##.2021-ci il tarixli ** nömrəli Sərəncamı əsasında Balakən Rayon Mənzil İstismar Müəssisəsinin balansına verilmiş mənzillərdə yaşamaq hüquqlarının tanınması mümkün olmadığından müvafiq iddia ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır.

Birinci instansiya məhkəməsində icraat:

4. Məhkəmə iclasında iddiaçı Balakən Rayon İcra Hakimiyyətinin nümayəndəsi nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında cavabdeh cavabdeh20 İslam qızı izahatında iddia ərizəsi ilə razı olmadığını, 50 il ekspedisiyada xidmət etdiyini, evinin olmadığını, Naxçıvanda ata evinin olmasını bildirmiş, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdeh cavabdeh14 izahatında iddia ərizəsi ilə razı olmadığını, 1990-cı ildən mənzildə yaşadığını, Milli Geoloji Kəşfiyyat Xidmətində işlədiyini, işdən çıxdığını bildirmiş, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında cavabdeh cavabdeh6 izahatında iddia ərizəsi ilə razı olmadığını, yaşamağa başqa yerlərinin olmadığını, əri cavabdeh14 ilə birlikdə mənzildə yaşadığını bildirmiş, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. ##.##.2026-cı il tarixli məhkəmə iclasında cavabdeh cavabdeh13 iddia ərizəsi ilə razı olmadığını, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. ##.##.2026-cı il tarixli məhkəmə iclasında cavabdeh cavabdeh15 izahatında iddia ərizəsi ilə razı olmadığını, etiraz etdiyini, 1989-cu ildən 2024-cü ilə qədər Milli Geoloji Kəşfiyyat Xidmətində işlədiyini, mənzildə şəraitin olmadığını, hazırda ata evində yaşadığını bildirmiş, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. Cavabdehlər cavabdeh19 (cavabdeh8 və cavabdeh7 qanuni nümayəndəsi), cavabdeh18, cavabdeh5 (cavabdeh4 qanuni nümayəndəsi) cavabdeh17, cavabdeh16 (cavabdeh2 və cavabdeh1 qanuni nümayəndəsi), cavabdeh3, cavabdeh15, cavabdeh13, cavabdeh12, cavabdeh11, cavabdeh10, cavabdeh9 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən rayon Mənzil İstismar Müəssisəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Arifə Cəfərova) iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh20 İslam qızı, cavabdeh11, ailə üzvləri cavabdeh10, cavabdeh9, cavabdeh15, cavabdeh19, ailə üzvləri cavabdeh8, cavabdeh7, cavabdeh14, ailə üzvü cavabdeh6, cavabdeh18, ailə üzvləri cavabdeh5, cavabdeh4, cavabdeh13, cavabdeh17, cavabdeh12, cavabdeh16, ailə üzvləri cavabdeh3, cavabdeh2, cavabdeh1 Balakən rayonunun Mahamalar kəndində yerləşən liter “C” kimi qeyd olunan binadakı mənzillərdən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 100 manat dövlət rüsumunun cavabdehlər cavabdeh20 İslam qızı, cavabdeh11, cavabdeh10, cavabdeh9, cavabdeh15, cavabdeh19, cavabdeh14, cavabdeh6, cavabdeh18, cavabdeh5, cavabdeh13, cavabdeh17, cavabdeh12, cavabdeh16 və cavabdeh3 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2021-ci il tarixli ***a nömrəli Sərəncamına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansında olan, Sərəncamın əlavəsində göstərilən dövlət əmlakı Balakən Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansından Balakən RİH-ə təhvil verilmiş 4 ədəd Liter "A", Liter "B", Liter "C", Liter "D" iki mərtəbəli yaşayış binası və 1 ədəd Liter "J" bir mərtəbəli yaşayış evi Rayon İcra Hakimiyyəti başçısının ##.##.2021-ci il tarixli *** nömrəli Sərəncamı əsasında Balakən Rayon Mənzil İstismar Müəssisəsinin balansına verilmişdir. Cavabdehlər cavabdeh20 İslam qızı, cavabdeh19, cavabdeh18, cavabdeh17, cavabdeh16, cavabdeh15, cavabdeh14, cavabdeh13, cavabdeh12, cavabdeh11, cavabdeh10, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 Balakən rayonunun Mahamalar kəndində yerləşən liter “C” kimi qeyd olunan binadakı mənzillərdə daimi və ya mütəmadi yaşayırlar.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

13. Balakən Rayon Mənzil İstismar Müəssisəsi tərəfindən binalarda yaşayan və faktiki yaşamadan mənzilləri öz istifadələrində saxlayan vətəndaşlara şifahi və yazılı məlumat verilərək qeyd edilən mənzilləri könüllü boşaltmaları xahiş olunmuş, lakin onlar qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadan mənzillərdən çıxmamışlar. Həmçinin həmin mənzillərin heç biri bu günədək özəlləşdirilməmişdir. Onlar qeyd edilən mənzillərə dair hüquqlarını təsdiq edən mötəbər sübut təqdim etməmişdirlər. Göründüyü kimi iddiaçı Balakən Rayon İcra Hakimiyyəti səlahiyyətli dövlət orqanı kimi cavabdehlərin mənzillərdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, cavabdehlər cavabdeh20 İslam qızı, cavabdeh19, cavabdeh18, cavabdeh17, cavabdeh16, cavabdeh15, cavabdeh14, cavabdeh13, cavabdeh12, cavabdeh11, cavabdeh10, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 mənzillərdən çıxarılmalıdır.

14. Belə ki, cavabdehlər cavabdeh18, cavabdeh16, cavabdeh19, cavabdeh14, cavabdeh15, cavabdeh20 İslam qızı Azərbaycan SSR Geologiya idarəsində və Milli Geoloji Kəşfiyyat Xidmətində işlədiklərinə istinad edərək mənzillərdən çıxmağa etiraz etmişlər. Məhkəmə həmin cavabdehlərin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan SSR Geologiya idarəsində və Milli Geoloji Kəşfiyyat Xidmətində işlədiklərini təsdiq edən sənəd vermiş şəxslərin əmək müqavilələrinə xitam verilmişdir. Qanunvericiliyin tələbinə əsasən əmək müqavilələrinə xitam verildiyindən onların xidməti mənzillərdə yaşaması üçün əsas olmuş hal aradan qalxmışdır. Eyni zamanda xidməti yaşayış sahəsinin digər dövlətorqanının idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. O cümlədən cavabdehlər Balakən Rayon İcra Hakimiyyəti ilə əmək müqaviləsinin tərəfi deyildirlər.

15. Bundan başqa cavabdehlər cavabdeh15, cavabdeh14, cavabdeh18, cavabdeh12, cavabdeh16 məhkəməyə Balakən rayon Mənzil İstismar Müəssisəsi ilə bağlanmış müqavilə təqdim etmişlər. Müqavilələrin məzmununa əsasən Balakən rayon Mənzil istismar Müəssisəsi binanın ümumi istifadədə olan (dam örtüyü, fasadı, giriş blokları) yerlərin təmiri və qorunub saxlanmasını, cavabdehlər isə mənzili təmir etməyi, səliqəli saxlamağı, yaşayış sahəsi üçün xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin müqavilələr xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri hesab edilə bilməz.

16. Belə ki, qanunvericiliyin tələbinə əsasən xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Lakin hazırki mülki iş üzrə səlahiyyətli dövlət orqanı tərəfindən yaşayış sahələrinin verilməsi haqqında qərar qəbul edilməmişdir. Həmçinin dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir.

17. Eyni zamanda “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin” forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ##### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmişdir. “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin” formasına əsasən müqavilədə 1. predmet, yəni kirayə verənin yaşayış sahəsinin haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə, müəyyən müddətə Kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürməsi, Kirayəçinin ailə üzvləri, 2. Tərəflərin hüquq və vəzifələri, 3. Müqavilə üzrə ödəniş (kirayə haqqı), 4. Tərəflərin məsuliyyəti, 5. Müqavilənin şərtlərinin dəyişdirilməsi və müqavilənin ləğv edilməsi şərtləri göstərilməlidir. Lakin cavabdehlərin təqdim etdiyi müqavilələr Nazirlər Kabinetinin 2010-cu il ## ##### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş formaya uyğun deyildir. Həmin müqavilələrdə mənzillərin haqqı ödənilməklə cavabdehlərə kirayə verilməsi, kirayə haqqı, ailə üzvləri və s. müddəalar öz əksini tapmamışdır.

18. İddiaçı Balakən Rayon İcra Hakimiyyəti iddia tələbində qeyd edilmiş cavabdehlərin ailə üzvlərini müəyyən edərək onların cavabdeh kimi işə cəlb edilməsini xahiş etmiş, lakin “digər şəxslərin” kimliyi müəyyən edilməmişdir. Odur ki, iddia tələbi digər şəxslər hissəsində qeyri-müəyyən olduğundan təmin edilməməlidir.

19. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehlər cavabdeh20 İslam qızı, cavabdeh11, ailə üzvləri cavabdeh10, cavabdeh9, cavabdeh15, cavabdeh19, ailə üzvləri cavabdeh8, cavabdeh7, cavabdeh14, ailə üzvü cavabdeh6, cavabdeh18, ailə üzvləri cavabdeh5, cavabdeh4, cavabdeh13, cavabdeh17, cavabdeh12, cavabdeh16, ailə üzvləri cavabdeh3, cavabdeh2, cavabdeh1 Balakən rayonunun Mahamalar kəndində yerləşən liter “C” kimi qeyd olunan binadakı mənzillərdən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

20. İddiaçı dövlət rüsmunu ödəməkdən azad olduğu üçün 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə, Azərbaycan SSR Mənzil Məcəlləsinin 6, 100, 104cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 2.1, 2.2, 8.0, 8.0.1, 8.0.2, 8.0.3, 8.0.4, 8.0.5, 17.1, 17.2, 17.2.1, 17.2.2, 17.2.3, 17.3, 17.3.1, 17.3.2, 91.1.1, 92, 98.1, 99.1, 99.2, 99.3, 99.6, 99.7, 99.8, 101.2, 102.1, 103.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.9.8-ci bəndinə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 124.1, 217.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ##### tarixli ** nömrəli qərarına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən narazı qalan cavabdehlər cavabdeh16, cavabdeh15 və Əhmədova Elmir İslam qızı apellyasiya şikayətləri vermişlər.

23. Cavabdehlər cavabdeh16 və cavabdeh15 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 45, 46, 105-ci maddələrini, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1, 101.1, 102.1, 102.2-ci maddələrinin, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci və 217.2-ci maddələrinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmamış və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. 24.Belə ki, cavabdeh cavabdeh16 1990-cı ildən 2018-ci ilə qədər əvvəllər fəaliyyət göstərən Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında işləmiş, ##.##.2005-ci il tarixdə Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasının idarə işçilərinin və Həmkarlar İttifaqı Komitəsinin birgə iclası keçirilmiş və qərara alınmışdır ki, Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasının balansında olan * №-li evin 1/4- cü evin mənzili 1990-cı ildən ekspedisiyanın müxtəlif dəstələrində fəhlə işləyən və hal-hazırda mənzilə ehtiyacı olan cavabdeh16 verilmişdir. Cavabdeh yuxarıda göstərilən vaxtdan başlayaraq 10 ildən artıq olmaqla, 20 ildir ki, Baş Qafqaz Geoloji Ekspedisiyasının balansında olmuş yataqxana tipli mənzildə yaşayır, onun ev eşyaları həmin mənzildə yerləşir, mənzilin kommunal xərcləri cavabdeh tərəfindən ödənilmişdir və həmin mənzil cavabdehin yaşadığı yaşayış sahəsi sayılır. İş materiallarına əsasən cavabdehin başqa evi, mənzili və həyətyanı torpaq sahəsi yoxdur. Cavabdehin özünə məxsus digər yaşayış sahəsi yoxdur. Cavabdehin hazırda yaşadığı Baş Qayqaz Geoloji Ekspedisiyasının balansında olmuş Balakən rayonu Mahamalar kəndində yerləşən yataqxana tipli məzil hazırda Balakən Rayon İcra Hakimiyyətinin balansındadır. 25.Eyni zamanda Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasının İdarə işçiləri və Həmkarlar təşkilatının ##.##.2002-ci il tarixdə birgə iclasının protokolundakı qərarından çıxarışdan görünür ki, Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasının balansında olan yataqxana tipli * nömrəli evin 2/4 mənzilin 1989-cu ildən ekspedisiyada kadrlar üzrə aparıcı mütəxəssis vəzifəsində işləyən və hal-hazırda mənzilə ehtiyacı olan cavabdeh15 verilmişdir.

26. Cavabdehlər cavabdeh15 və cavabdeh16 uzun müddətdir ki, mübahisə predmetini təşkil edən mənzildə yaşayır və qanunvericiliyin tələbinə əsasən həmin mənzil cavabdehin evi sayılır. Cavabdehlərin əşyaları həmin mənzildə yerləşir və onun həmin mənzillə davamlı və yetərli əlaqələri vardır və həmin mənzil onun faktiki sahiblik və istifadəsindədir. Cavabdehlərin özünə məxsus digər yaşayış sahəsi yoxdur və dövlət və bələdiyyə orqanları tərəfindən onlara yaşamaq üçün başqa mənzil verilməmiş və ya təklif edilməmişdir. Həmçinin dövlət təşkilatı tərəfindən cavabdehin iddia predmetini təşkil edən mənzildən çıxarılması üçün heç bir kompensasiya verilməmiş və ya təklif edilməmişdir. Həmin mənzildə cavabdehin ailə üzvləri ilə yaşaması üçün təxirəsalınmaz ictimai tələbat vardır. Belə olan halda cavabdehə heç bir kompensasiya ödənilmədən və ya ona yaşamaq üçün digər mənzil verilmədən onun uzun müddət yaşadığı, yetərli və davamlı əlaqələrdə olduğu və öz evi saydığı mənzildən çıxarılması onun AzərbaycanRespublikaksı Konstitusiyasının 43-cü maddəsində və Avropa Konvensiyasının8-ci maddəsində təsbit edilmiş mənzil toxunulmazlığı hüququnun pozulmasına gətirib çıxaracaqdır ki, bu da yolverilməzdir.

27. İşə baxan birinci instansiya məhkəməsi cavabdehin xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləməsini, əmək pensiyasında olmasını nəzərə almadan mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 105-ci maddəsinin tələblərini pozmuşdur.

28. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin qismən ləğv edilməsi, iddianın cavabdeh15 və cavabdeh16 münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 29.Cavabdeh cavabdeh20 İslam qızının apellyasiya şikayətinin dəlilləri cavabdehlər cavabdeh16 və cavabdeh15 apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, cavabdeh20 İslam qızı 1975-ci ildən başlayaraq Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında müxtəlif işlərdə çalışmış, 2002-ci ildə isə Baş Qafqaz Geoloji X17 rayonu Mahamalar Bazasına rəhbərlik etmişdir. Bir müddət olar ki, təqaüdə çıxmışdır. 1975ci ildən başlayaraq Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasına məxsus evlərdə yaşamışdır. Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasının ## #### 2001-ci il tarixli iclas protokolundan çıxarışdan görünür ki, Baş Qafqaz Geoloji Kəşfiyyat Eskpedisiyasının texniki vəzifəsində işləyən cavabdeh20 İslam qızının yaşadığı mənzilin yanması ilə əlaqədar olaraq ona boş (vaxtı ilə İsmayılov İsmayıl Musa oğlu yaşayan 2 otaqlı) mənzil verilmişdir. ## ##### 2001-ci il tarixli Balakən rayon DYTX tərəfindən verilən arayışdan görünür ki, həqiqətən ##.##.2001ci il tarixində cavabdeh20 İslam qızına məxsus mənzildə yanğın hadisəsi baş vermişdir. Yanğın nəticəsində vətəndaşa məxsus ev əşyaları və sənədləri yanaraq məhv olmuşdur. Cavabdeh yuxarıda göstərilən vaxtdan başlayaraq 10 ildən artıq olmaqla, 50 ildir ki, Baş Qafqaz Geoloji Ekspedisiyasının balansında olmuş yataqxana tipli mənzildə yaşayır, onun ev eşyaları həmin mənzildə yerləşir, mənzilin kommunal xərcləri cavabdeh tərəfindən ödənilmişdir və həmin mənzil cavabdehin yaşadığı yaşayış sahəsi sayılır. İş materiallarına əsasən cavabdehin başqa evi, mənzili və həyətyanı torpaq sahəsi yoxdur. Cavabdehin özünə məxsus digər yaşayış sahəsi yoxdur. Cavabdehin hazırda yaşadığı Baş Qafqaz Geoloji Ekspedisiyasının balansında olmuş Balakən rayonu Mahamalar kəndində yerləşən yataqxana tipli məzil hazırda Balakən Rayon İcra Hakimiyyətinin balansındadır. Cavabdeh cavabdeh20 İslam qızı 50 ildir ki, mübahisə predmetini təşkil edən mənzildə yaşayır və qanunvericiliyin tələbinə əsasən həmin mənzil cavabdehin evi sayılır. Cavabdehin əşyaları həmin mənzildə yerləşir və onun həmin mənzillə davamlı və yetərli əlaqələri vardır və həmin mənzil onun faktiki sahiblik və istifadəsindədir. Cavabdehin özünə məxsus digər yaşayış sahəsi yoxdur və dövlət və bələdiyyə orqanları tərəfindən onlara yaşamaq üçün başqa mənzil verilməmiş və ya təklif edilməmişdir. Həmçinin dövlət təşkilatı tərəfindən cavabdehin iddia predmetini təşkil edən mənzildən çıxarılması üçün heç bir kompensasiya verilməmiş və ya təklif edilməmişdir. Həmin mənzildə cavabdehin ailə üzvləri ilə yaşaması üçün təxirəsalınmaz ictimai tələbat vardır. Belə olan halda cavabdehə heç bir kompensasiya ödənilmədən və ya ona yaşamaq üçün digər mənzil verilmədən onun uzun müddət yaşadığı, yetərli və davamlı əlaqələrdə olduğu və öz evi saydığı mənzildən çıxarılması onun Azərbaycan Respublikaksı Konstitusiyasının 43-cü maddəsində və Avropa Konvensiyasının 8-ci maddəsində təsbit edilmiş mənzil toxunulmazlığı hüququnun pozulmasına gətirib çıxaracaqdır ki, bu da yolverilməzdir.

30. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin qismən ləğv edilməsi, iddianın cavabdeh20 İslam qızına münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər cavabdeh16, cavabdeh15 və Əhmədova Elmir İslam qızının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətlərinin təmin edilməsini və Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Balakən Rayonu Icra Hakimiyyətinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərini əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsi, Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

34. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Baləkən şəhəri Mənzil İstismar Sahəsinin nümayəndəsi Akqubayev İzafi Əhməd oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

35. Cavabdehlər işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər.

36. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

39. Azərbaycan SSR Mənzil Məcəlləsi: 6-cı maddəsinə əsasən yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. 100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınqlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. 104-cü maddəsinə əsasən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar.

40. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər. 8.0-cı maddəsinə əsasən mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; 8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; 8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük; 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. 17.1-ci maddəsinə əsasən mənzil fondu–Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2-ci maddəsinə əsasən mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu–fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu–mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu–bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. 17.3-cü maddəsinə əsasən istifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu–dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. 91.1.1-ci maddəsinə əsasən xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra– xüsusi təyinatlı yaşayış sahələri) aiddir. 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 99.3-cü maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.6-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. 99.7-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. 99.8-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 101.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. 101.2-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. 103.3-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

42. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. 44.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. 45Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. 46.Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

47. Cavabdehlər cavabdeh16, cavabdeh15 və cavabdeh20 İslam qızı Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin qisməniddianın təmin edilmiş onlara aid hissəsində ləğv edilməsini və iddianın onlara aid hissədə təmin edilməməsini xahiş etdiklərindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın qismən-cavabdehlər cavabdeh16, cavabdeh15 və cavabdeh20 İslam qızına aid təmin edilmiş mübahisələndirilən hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

50. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2021-ci il tarixli ***a nömrəli Sərəncamına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansında olan, Sərəncamın əlavəsində göstərilən dövlət əmlakı Balakən Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansından Balakən RİH-ə təhvil verilmiş 4 ədəd Liter "A", Liter "B", Liter "C", Liter "D" iki mərtəbəli yaşayış binası və 1 ədəd Liter "J" bir mərtəbəli yaşayış evi Rayon İcra Hakimiyyəti başçısının ##.##.2021-ci il tarixli *** nömrəli Sərəncamı əsasında Balakən Rayon Mənzil İstismar Müəssisəsinin balansına verilmişdir. Balakən Rayon Mənzil İstismar Müəssisəsi tərəfindən Liter "C" binasında mənzili özəlləşdirmədən yaşayan və faktiki yaşamadan mənzilləri öz istifadələrində saxlayan vətəndaşlara mənzilləri könüllü boşaltmaları barədə yazılı məlumat verilmişdir. Lakin onlar mənzillərdən çıxmamışlar. Belə olan halda iddiaçı Balakən Rayon İcra Hakimiyyəti iddia ərizəsində adları göstərilən sakinlərin mənzillərdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir.

51. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, iddiaçı Balakən Rayonu Icra Hakimiyyəti iddia ərizəsi verdikdən sonra məhkəməyə vəsatət ilə müraciət edərək, cavabdehlərin, onlarla yaşayan ailə üzvlərinin və digər şəxslərin Balakən rayonunun Mahamalar kəndində yerləşən liter C kimi qeyd olunan binadakı mənzillərdən çıxarılmaları barədə” iddia ərizəsində Balakən RIH tərəfindən həmin yaşayış sahələrinin yalnız ailə başçılarının adları qeyd olunmuş, digər ailə üzvlərinin adları ayrı-ayrılıqda cavabdeh kimi qeyd edilməyərək “cavabdehlərlə yaşayan ailə üzvləri və digər şəxslər” kimi ümumi sözlərlə ifadə edilmişdir. Qeyd olunan iş üzrə müvafiq qətnamə qəbul edildikdən sonra cavabdehlə yaşayan ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsinə hüquqları ilə əlaqədar yarana biləcək mübahisələri nəzərə alaraq aşağıdakı şəxslərin də cavabdeh qismində işə cəlb olunmalarını xahiş etmişdir: cavabdeh11 ailəsi: cavabdeh10, cavabdeh9, cavabdeh19 ailəsi: cavabdeh8, cavabdeh7, cavabdeh14 ailəsi: cavabdeh6, cavabdeh18 ailəsi: cavabdeh5, cavabdeh4, cavabdeh16 ailəsi: cavabdeh3, cavabdeh2, cavabdeh1.

52. Göründüyü kimi iddiaçı tərəfindən verilmiş vəsatətlə ailə üzvləri və digər şəxslər anlayışına daxil olan şəxslərin siyahısı verilərək cavabdeh qismində işə cəlb edilmələri xahiş edilmişdir ki, bununla da digər şəxslər məfhumu qalmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, iddiaçı Balakən Rayon İcra Hakimiyyəti iddia tələbində qeyd edilmiş cavabdehlərin ailə üzvlərini müəyyən edərək onların cavabdeh kimi işə cəlb edilməsini xahiş etmiş, lakin “digər şəxslərin” kimliyi müəyyən edilməmişdir. Odur ki, iddia tələbi digər şəxslər hissəsində qeyri-müəyyən olduğundan təmin edilməməlidir.

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehlərin uzun müddətdir ki, mübahisə predmetini təşkil edən mənzildə yaşaması və qanunvericiliyin tələbinə əsasən həmin mənzilin cavabdehin evi sayılması, cavabdehlərin özünə məxsus digər yaşayış sahəsinin olmaması, həmçinin dövlət təşkilatı tərəfindən cavabdehin iddia predmetini təşkil edən mənzildən çıxarılması üçün heç bir kompensasiya verilməməsi, həmin mənzildə cavabdehlərin ailə üzvləri ilə yaşaması üçün təxirəsalınmaz ictimai tələbatın olması, belə olan halda cavabdehə heç bir kompensasiya ödənilmədən və ya ona yaşamaq üçün digər mənzil verilmədən onun uzun müddət yaşadığı, yetərli və davamlı əlaqələrdə olduğu və öz evi saydığı mənzildən çıxarılması onun Azərbaycan Respublikaksı Konstitusiyasının 43-cü maddəsində və Avropa Konvensiyasının 8-ci maddəsində təsbit edilmiş mənzil toxunulmazlığı hüququnun pozulmasına gətirib çıxarmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan ## ###### 2024-cü il tarixli Müqavilədən görünür ki, birinci tərəf Balakən rayon Mənzil istismar Müəssisəsinin rəisi X5 rayon Mənzil İstismar Müəssisəsinin balansında olan, Mahamalar kəndində yerləşən Liter "A" Liter "B" Liter "C" Liter "D" saylı binanın ümumi istifadədə olan (dam örtüyü, fasadı, giriş blokları) yerlərin təmiri və qorunub saxlanmasını öhdəsinə alır. İkinci tərəf Balakən rayon sakini cavabdeh15, mənzilini təmir etməyə, səliqəli saxlamağı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## #### tarixli, ** nömrəli qərarına əsasən mənzillər üzrə 1 kv.m yaşayış sahəsi üçün 1 ayda - 0.02 AZN məbləğ xidmət haqqı ödəməyi öhdəsinə almışdır. Əgər hər hansı bir tərəf müqavilənin şərtlərini pozarsa mövcud qanunvericiliyə əsasən məsuliyyət daşıyır. 54.İşdə materiallarında olan cavabdeh15 məxsus əmək kitabçasının surətindən görünür ki, ## ###### 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.

55. İş materiallarında olan Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasının İdarə işçiləri və Həmkarlar təşkilatının ##.##.2002-ci il tarixdə birgə iclasının protokolundakı qərarından çıxarışdan görünür ki, Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasının balansında olan yataqxana tipli * nömrəli evin 2/4 mənzilin 1989-cu ildən ekspedisiyada kadrlar üzrə aparıcı mütəxəssis vəzifəsində işləyən və hal-hazırda mənzilə ehtiyacı olan cavabdeh15 verilmişdir.

56. İş materiallarında olan “xxxx” publik hüquqi şəxsinin ** saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilən ## #### 2023-cü il tarixli **** nömrəli Arayışdan görünür ki, ** saylı Zaqatala Ərazi idarəsinin Zaqatala və Balakən rayon inzibati ərazi vahidləri üzrə cavabdeh15 adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Dövlət Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında məlumat yoxdur.

57. İş materiallarında olan ##.##.2005-ci il tarixli protokolun surətindən görünür ki, ##.##.2005-ci il tarixdə Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasının idarə işçilərinin və Həmkarlar İttifaqı Komitəsinin birgə iclası keçirilmiş və qərara alınmışdır ki, Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasının balansında olan * №-li evin 1/4-cü evin mənzili 1990-cı ildən ekspedisiyanın müxtəlif dəstələrində fəhlə işləyən və hal-hazırda mənzilə ehtiyacı olan cavabdeh16 verilsin.

58. İş materiallarında olan “xxxx” publik hüquqi şəxsinin ** saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilən ## #### 2023-cü il tarixli **** nömrəli Arayışdan görünür ki, ** saylı Zaqatala Ərazi idarəsinin Zaqatala və Balakən rayon inzibati ərazi vahidləri üzrə cavabdeh16 adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Dövlət Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında məlumat yoxdur.

59. İş materiallarında olan ИТ-İ seriyalı ******* nömrəli cavabdeh16 məxsus əmək kitabçasının surətindən görünür ki, ## ###### 2018-ci il tarixdə müqavilə müddətinin başa çatması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilmişdir (ƏM-nin 68-ci maddəsinin 2ci hissə “b” bəndi).

60. İş materiallarında olan Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasının ## #### 2001-ci il tarixli iclas protokolundan çıxarışdan görünür ki, Baş Qafqaz Geoloji Kəşfiyyat Eskpedisiyasının texniki vəzifəsində işləyən cavabdeh20 İslam qızının yaşadığı mənzilin yanması ilə əlaqədar olaraq ona boş (vaxtı ilə İsmayılov İsmayıl Musa oğlu yaşayan 2 otaqlı) mənzil verilmişdir.

61. Kollegiya qeyd edir ki, Azərbaycan SSR Mənzil Məcəlləsinin 104-cü maddəsinə əsasən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar.

62. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.

63. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 64.Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir.

65. 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.

66. 103.3-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.

67. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin dəlillərini qanunvericiliyin yuxarıda sadalanan normaları və iş materiallarında olan sübutlarla birlikdə təhlil edərək hesab edir ki, cavabdehlər cavabdeh16, cavabdeh15 və cavabdeh20 İslam qızının əmək müqavilələrinə xitam verildiyindən onların xidməti mənzillərdə yaşaması üçün əsas olmuş hal aradan qalxmışdır. Eyni zamanda xidməti yaşayış sahəsinin digər dövlət orqanının idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. O cümlədən cavabdehlər Balakən Rayon İcra Hakimiyyəti ilə əmək müqaviləsinin tərəfi deyildirlər.

68. Bundan başqa kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırkı cavabdehlərlə Balakən rayon Mənzil istismar Müəssisəsi arasında bağlanmış müqavilələrdən görünür ki, Balakən rayon Mənzil istismar Müəssisəsi binanın ümumi istifadədə olan (dam örtüyü, fasadı, giriş blokları) yerlərin təmiri və qorunub saxlanmasını, cavabdehlərin isə mənzili təmir etməyi, səliqəli saxlamağı, yaşayış sahəsi üçün xidmət haqqı ödəməyi öhdəsinə götürməsi ilə bağlı olmuşdur ki, buna görə də həmin müqavilələr xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi hesab edilə bilməz.

69. Məhkəmə kollegiyası ümumilikdə cavabdehlərin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kollegiya apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdehlər cavabdeh16, cavabdeh15 və cavabdeh20 İslam qızı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdehlər cavabdeh16, cavabdeh15 və Əhmədova Elmir İslam qızının apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar