Məhkəmə qərarları › İş №e-2(3-10)-366/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-366/2026

04.06.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-366/2026 04.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi tələbi, qüvvə) Hakimlər X3 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona məxsus Göyçay rayonu, Cəyirli kəndində yerləşən 0.12 ha sahəli torpaq sahəsində qanunsuz inşa etdiyi hasarın sökülməsi və qanunsuz tikinti nəticəsində pozulmuş mülkiyyət hüququnun bərpa olunmasının təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay rayonu, Cəyirli kəndində yerləşən, 0.12 ha sahəsi olan torpaq sahəsinin mülkiyyətçisidir. Bu torpaq sahəsi onun adına ##.##.2023-cü il tarixdə ************ nömrəli reyestr çıxarışı ilə dövlət qeydiyyatına alınmışdır. Lakin son vaxtlar məlum olmuşdur ki, cavabdeh Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin sərhədlərini pozaraq həmin sahənin üzərində qanunsuz olaraq hasar tikintisi aparır. Bu fakt ## #### 2025-ci il tarixli, **/**** nömrəli rəsmi sənədlə - Əmlak Məsələləri Dövlət Xidmətinin ** saylı Ucar Ərazi Idarəsinin rəyində də təsdiq olunur. Həmin rəydə göstərilir ki, hasarın möhkəmləndirici sütunlarının 0.2 m hissəsi ona məxsus torpaq sahəsinin üzərində yerləşir. Bu hərəkət mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6cı maddəsinə əsasən, mülkiyyətçi öz hüquqlarının pozulmasına səbəb olan qanunsuz tikilinin sökülməsini tələb edə bilər. Həmçinin Konstitusiyanın 29-cu maddəsinə uyğun olaraq, onun mülkiyyət hüququ dövlət tərəfindən müdafiə olunmalıdır. Qeyd edir ki, cavabdehə qarşı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunsuz tikilinin sökülməsinə dair heç bir tədbir görməmişdir. Əksinə tikinti işlərini davam etdirir.

3. Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Gülnaz Qurbanova) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ona məxsus Göyçay rayonu, Cəyirli kəndində yerləşən, 0.12 ha torpaq sahəsində qanunsuz inşa etdiyi hasarın sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərcləri və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 152.3, 157.4, 170.1 , 170.2 və 171.1-ci maddələrinə, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokola istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0.12 ha torpaq sahəsi ##.##.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Ucar Ərazi Idarəsinin mütəxəssis rəyindən görünür ki, idarənin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsində çöl ölçmə işləri aparılmış, kameral araşdırma zamanı məlum olmuşdur ki, ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.12 ha torpaq sahəsi (##.##.2023-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində) cavabdeh Cavabdeh tərəfindən istifadə olunmur. - Baxış zamanı cavabdehin naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi torpaq sahəsi iddiaçıya aid tikililərdən kənarda yerləşir, (sxemdə göstərilmişdir). Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Ucar Ərazi Idarəsinin mütəxəssis rəyindən görünür ki, idarənin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsində çöl ölçmə işləri aparılmış, kameral araşdırma zamanı məlum olmuşdur ki, ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.12 ha torpaq sahəsi (##.##.2023-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində) cavabdeh Cavabdeh tərəfindən istifadə olunmur. - Baxış zamanı cavabdehin naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi torpaq sahəsi iddiaçıya aid tikililərdən kənarda yerləşir, (sxemdə göstərilmişdir). Əlavə araşdırma zamanı cavabdeh Cavabdeh tərəfindən inşa edildiyi bildirilən ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.12 ha torpaq sahəsi ilə sərhəddə mişar daşı ilə inşa olunmuş hasar mövcud olduğu məlum olmuş, sözügedən hasarın iki ədəd tumbasının 0.36 sm və 0.10 sm ölçüdə İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.12 ha torpaq sahəsi üzərində yerləşdiyi də mütəxəssis tərəfindən müəyyən edilmişdir. ## ###### 2004-cü il Göyçay rayonu Cəyirli Bələdiyyəsinin ## ###### 2004-cü il tarixli ** saylı iclas protokolundan çıxarışdan görünür ki, Göyçay rayon Cəyirli bələdiyyəsinin sədri Cavabdeh Məlumat verərək göstərir ki, “Torpaq islahatı haqqında” qanuna və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydalara uyğun olaraq Göyçay rayon Cəyirli kənd sakini X1 torpaq sahəsinin bağçılığın inkişafı məqsədi ilə ona satılması barədə ## ###### 2004-cü il tarixində ərizə ilə Cəyirli bələdiyyəsinə müraciət edərək ona bələdiyyənin ehtiyat fondunun alqısatqı predmeti olan yararsız torpaq sahəsindən 0.24 hektar bağçılığın inkişafı məqsədi ilə satılmasını xahiş etmişdir. 1. Göyçay rayon Cəyirli bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan yararlı torpaq sahəsindən alqı-satqı qaydasında Cəyirli kənd sakini Cavabdeh bağçılığın inkişafı məqsədi ilə 0.24 hektar torpaq sahəsinin satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınsın.

2. Cəyirli kənd sakini X1 bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan yararlı torpaq sahəsindən bağçılığın inkişafı məqsədi ilə 0.24 hektar torpaq sahəsi satılsın. 3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 1998-ci il tarixli *** nömrəli tarixli qərarına müvafiq olaraq satılan torpaq sahəsinin normativ qiyməti barədə xüsusi nümunədə arayış verilməsi Dövlət Torpaq və Xəritçəkmə Komitəsindən xahiş edilsin. 4. Cavabdeh satılan torpaq sahəsinin normativ qiymətindən az olmamaq şərti ilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə onun dəyərini Cəyirli bələdiyyəsinin xüsusi hesabına ödəsin və ödəmə barədə qəbzi Dövlət Torpaq və Xəriiəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinə təqdim etsin. 5. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsindən xahiş edilsin ki, satılan torpaqların dəyəri ödənildikdən sonra nümunəsi torpaqların alqı-satqı qaydalarına əlavədə göstərilən nümunə əsasında torpaq alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib etsin və onu qeydiyyata alsın.

6. Cavabdeh aldığı torpaq sahəsinə aid kadatsr planının hazırlanıb verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsindən xahiş edilsin. Torpaqların alqı-satqısana dair ##.##.2004-cü il tarixdə 197 nömrə ilə qeydiyyata alınmış aktdan görünür ki, Cavabdeh alqı-satqı predmeti olan yararsız bələdiyyə ərazisində 0.24 ha torpaq sahəsinin satılması barədə 2004-cü il ## ###### tarixli ** nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində Cavabdeh tərəfindən Göyçay rayonu Cəyirli kənd bələdiyyəsi bankının kassa mədaxil hesabına ödənilmişdir. (Qəbz № *** 524) Torpağın mülkiyyətə verilməsinə dair JN 519 A nömrəli şıhadətnamədən görünür ki, Göyçay rayon Aqrar islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə verilmiş 0.06 ha sah.ölçüsü fərdi yaşayış evi, həyatyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı X2 mülkiyyətinə verilib. Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilib və 519 nömrə ilə kitabda qeydə alınmışdır. Göyçay rayon Cəyirli Bələdiyyəsinin ##.##.2026-cı il tarixli ** nömrəli arayışdan görünür ki, Göyçay Rayon Məhkəməsinin icraatında olan mülki ış uzrə iddiaçı İddiaçı müraciəti əsasında sökülməsi tələb olunan hasarın yerləşdiyi Göyçay rayonu Cəyirli kəndi ərazisindəki torpaq sahəsi Cəyirli bələdiyyəsinin mülkiyyətindədir. Cavabdeh qeyd olunan əraziyə dair mülkiyyət hüququ mövcud deyildir. Həmin şəxsə bələdiyyə tərəfindən sözügedən torpaq sahəsi ilə bağlı mülkiyyət, icarə və ya istifadəyə dair hər hansı qərar qəbul edilməmiş, bu barədə bələdiyyənin torpaq uçotu və qeydiyyat kitablarında heç bir qeyd aparılmamışdır. Eyni zamanda bildiririk ki, sökülməsi tələb edilən hasarın bir hissəsi Cəyirli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində yerləşir Bələdiyyə tərəfindən həmin ərazidə hasar və ya digər tikilinin inşa olunmasına dair heç bir razılıq verilməmişdir. Cəyirli bələdiyyəsi sözügedən ərazidə Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş hasarın sökülməsinə etiraz etmir. Azərbaycan Respublikası Milli Arxiv Idarəsi Dövlət X6 ##.##.2026-cı il tarixli *-**-DA-*f-*- **/**** nömrəli məktubdan görünür ki, Göyçay rayon Cəyirli Bələdiyyəsi 2000-2001-ci illərə dair daimi xarakterli sənədlərini Arxivə təhvil versə də, iclas protokollarını və vətəndaşlara dair torpaq sənədlərinin alqı-satqı sənədlərini arxivə təhvil verməmişdir. Göyçay rayon Cəyirli Bələdiyyəsinin ##.##.2026-cı il tarixli ** nömrəli arayışdan görünür ki, Göyçay rayonu Cəyirli Bələdiyyəsi tərəfindən Göyçay rayon Məhkəməsinin icraatında olan iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiası üzrə mülki işlə bağlı məhkəməyə təqdim olunması üçün ## ###### 2026-cı il tarixdə * saylı arayış verilmişdir. Arayışda qeyd olunmuşdur ki, «iddiaçı İddiaçı müraciəti əsasında sökülməsi tələb olunan hasarın yerləşdiyi Göyçay rayonu Cəyirli kəndi ərazisindəki torpaq sahəsi Cəyirli bələdiyyəsinin mülkiyyətindədir. Cavabdeh qeyd olunan əraziyə dair mülkiyyət hüququ mövcud deyildir. Həmin şəxsə bələdiyyə tərəfindən sözügedən torpaq sahəsi ilə baqlı mülkiyyət, icarə və va istifadəyə dair hər hansı qərar qəbul edilməmiş, bu barədə bələdiyyənin torpaq uçotu və qeydiyyat kitablarında hec bir qeyd aparılmamışdır. Eyni zamanda bildiririk ki, sökülməsi tələb edilən hasarın bir hissəsi Cəyirli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində yerləşir. Bələdiyyə tərəfindən həmin ərazidə hasar və va digər tikilinin inşa olunmasına dair heç bir razılıq verilməmişdir. Cəyirli bələdiyyəsi sözügedən ərazidə Cavabdeh tərəfindən qanunsuz insa edilmiş hasarın sökülməsinə etiraz etmir». Həmin arayış bütünlüklə səhv tərtib olunmaqla, həqiqəti əks etdirmir. Belə ki, arayış tərtib olunarkən texniki heyət digər işlərlə məhkəmənin icraatında olan yuxarıda adı çəkilən işi səhv salmış, arayışda yanlış məlumatlar əks olunmuşdur. Bu barədə onlara məlumat verilən kimi, yerində araşdırma aparılmış və müəyyən edilmişdir ki, arayış məhz texniki səhv nəticəsində tərtib edilmişdir. Məhkəmənin icraatında olan mülki işlə bağlı nəzərinizə çatdırır ki, Göyçay rayonu Cəyirli bələdiyyəsinin ## ###### 2004-cü il tarixli ** saylı qərarı ilə bağçılıq inkiaşafı məqsədi ilə Cavabdeh 26 sot torpaq sahəsi (0,26 ha) ayrılmışdır. Bu barədə ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Cəyirli bələdiyyəsi və Cavabdeh arasında alğı-satqı aktı tərtib edilərək təsdiq olunmuş, Göyçay rayon Torpaq Şöbəsində qeyd olunmuşdur. Həmin torpaq sahəsinin dəyəri Cavabdeh tərəfindən Cəyirli bələdiyyəsinin hesabına ödənilmişdir. Həmin qərar ləğv edilməmiş, dəyişdirilməmiş hazırda da qüvvədədir. Qeyd edilən hallar inzibati araşdırma zamanı müəyyən olunmuşdur. Qeyd edilən sənədlərə əsasən müəyyən olunur ki, sözügedən torpaq sahəsi bələdiyyənin mülkiyyətində deyildir, bələdiyyənin həmin torpaq sahəsinə dair, yaxud onun üzərində inşa edilmiş, quraşdırılmış tikili, qurğu və s. bağlı fikir bildirməsinə, ələlxüsus da, həmin tikililərin sökülməsinə razı olub-olmaması barədə mülahizə ilə çıxış etməyə səlahiyyəti yoxdur. Belə ki, torpaq sahəsi Cavabdeh mülkiyyətində, sahibliyində və istifadəsindədir. Yuxarıda sadalananlardan göründüyü kimi, Bələdiyyənin ## ###### 2026-cı il tarixli * saylı arayışı nə hüquqi baxımdan, nə məzmun baxımından düzgün deyil, texniki səhv nəticəsində tamamilə yanlış bilgilər yazılmışdır. Ona görə də, həmin arayışı təkzib edərək, yuxarıda göstərilən yanlışlığın üzürlü hal hesab edilməsini xahiş edir.

6. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Iddiaçı İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı iltarixli qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə iş üzrə müəyyən olunmuş faktiki hallara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli maddi hüquq normalarını düzgün seçməmiş, nəticədə iddia tələbinin rədd edilməsinə dair səhv nəticəyə gəlmişdir. Qətnamənin özündən görünür ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən çəkilmiş hasarın müəyyən hissəsinin, yəni 10-36 sm ölçüdə hissəsinin iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşdiyi məhkəmənin özü tərəfindən müəyyən edilmişdir. Başqa sözlə, mübahisənin əsas faktiki elementi – cavabdehin hasarının iddiaçının torpaq sahəsinə daxil olması – məhkəmə tərəfindən təsbit olunmuşdur. Lakin məhkəmə bu halın hüquqi nəticəsini düzgün müəyyən etməmişdir. Hazırkı mübahisədə pozulmuş əsas maddi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsidir. Həminnormaya görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını tələb edə bilər. Bu işdə cavabdeh iddiaçının torpaq sahəsini tam əlindən almamış olsa da, ona məxsus torpaq sahəsinin üzərinə fiziki tikili yerləşdirməklə mülkiyyət hüququna müdaxilə etmişdir. Hasarın tumbalarının iddiaçının torpaq sahəsinə düşməsi artıq dolayı təsir deyil, birbaşa fiziki müdaxilədir. Belə müdaxilə zamanı mülkiyyətçi həmin qanunsuz hərəkətin aradan qaldırılmasını, yəni torpaq sahəsinə daxil olan tikilinin sökülməsini tələb etməkdə haqlıdır. Buna baxmayaraq, məhkəmə MM-in 157.4-cü maddəsini düzgün tətbiq etməmiş, əksinə, birbaşa zəbt və fiziki müdaxilə halını guya qonşuluq münasibətlərindən irəli gələn “əhəmiyyətsiz təsir” kimi qiymətləndirmişdir. Bundan başqa, məhkəmə MM-in 170.1, 170.2 və171.1-ci maddələrini də yanlış tətbiq etmişdir. Qonşuluq hüquqlarını tənzimləyən həmin normalar, əsasən, qonşu torpaq sahələrindən yaranan dolayı təsirlər – səs-küy, tüstü, iy, qaz, titrəyiş və sair oxşar amillər üçün nəzərdə tutulmuşdur. Məhkəmənin istinad etdiyi 171.1-ci maddənin məzmunundan da açıq görünür ki, burada söhbət qonşu sahədən gələn dolayı təsirlərdən gedir. Halbuki hazırkı işdə söhbət qonşu sahədən gələn dolayı təsirdən yox, cavabdehin inşa etdiyi hasarın iddiaçının mülkiyyətində olan torpaq sahəsinin daxilinə fiziki şəkildə keçməsindən gedir. Fiziki sərhəd pozuntusu, torpaq sahəsinə faktiki daxilolma və tikili yerləşdirilməsi qonşuluq hüququ mübahisəsi deyil, mülkiyyət hüququna qəsd halıdır. Bu səbəbdən məhkəmənin “hazırkı mübahisəyə qonşu hüquqlarına aid normalar tətbiq edilməlidir” nəticəsi maddi hüququn yanlış seçilməsi deməkdir. Məhkəmə həmçinin MM-in 152.1 və 152.5-cimaddələrinin də mahiyyətini nəzərə almamışdır. Həmin normalara görə mülkiyyət hüququ şəxsin ona məxsus əmlaka sərbəst sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququdur və mülkiyyətçi həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək səlahiyyətinə malikdir. Iddiaçının torpaq sahəsi dövlət qeydiyyatına alınmış, onun mülkiyyət hüququ rəsmi reyestr çıxarışı ilə tanınmışdır. Cavabdehə məxsus hasarın həmin torpaq sahəsinə daxil olması, istər 10 sm, istər 36 sm, istərsə də daha az ölçüdə olsun, mülkiyyətçinin başqasının həmin torpaq üzərində faktiki sahibliyinə məcburən dözməli olduğu mənasını vermir. Məhkəmə isə qanunsuz müdaxiləni “cüzi çıxıntı” kimi qiymətləndirərək mülkiyyət hüququnun toxunulmazlığı prinsipini faktiki olaraq zəiflətmişdir. Halbuki mülkiyyət hüququ kəmiyyət meyarı ilə yox, hüququn öz mahiyyəti ilə qorunur. Torpaq sahəsinə kənar şəxsin tikili yerləşdirməsi faktının təsdiq edildiyi halda, pozuntunun “əhəmiyyətli olub-olmaması” əsassız şəkildə mülkiyyətçinin əleyhinə şərh edilə bilməz. Iş materiallarından görünür ki, Əmlak MəsələləriDövlət Xidmətinin ** saylı Ucar Ərazi Idarəsinin araşdırması zamanıcavabdehin naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi torpaq sahəsinin iddiaçıya aid tikililərdən kənarda yerləşdiyi, əlavə araşdırma zamanı isə iddiaçının torpaq sahəsi ilə sərhəddə inşa edilmiş hasarın iki tumbasının iddiaçının torpaq sahəsi üzərində yerləşdiyi müəyyən edilmişdir. Yəni eyni rəsmi araşdırma həm cavabdehin faktiki istifadə etdiyi sahə ilə iddiaçının qeydiyyatlı torpaq sahəsini fərqləndirmiş, həm də hasarın iddiaçının mülkiyyətinə daxil olduğunu təsdiq etmişdir. Belə olan halda məhkəmənin həmin nəticələri tam hüquqi nəticəyə çatdırmaması və cavabdehin hərəkətini qanunsuz müdaxilə kimi tanımaması işin hallarına uyğun gəlmir. Bundan əlavə, iş materiallarında ##.##.2026-cı il tarixli bələdiyyə arayışı mövcuddur. Həmin arayışda açıq şəkildə göstərilir ki, hasarın yerləşdiyi ərazi Cəyirli bələdiyyəsinin mülkiyyətindədir, cavabdeh Cavabdeh həmin əraziyə dair mülkiyyət hüququ yoxdur, ona həmin torpaqla bağlı mülkiyyət, icarə və ya istifadəyə dair hər hansı qərar qəbul edilməmişdir, bu barədə torpaq uçotu və qeydiyyat kitablarında heç bir qeyd yoxdur, hasarın bir hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir və həmin hasarın inşasına dair bələdiyyə tərəfindən heç bir razılıq verilməmişdir. Üstəlik bələdiyyə hasarın qanunsuz inşa edildiyini və onun sökülməsinə etiraz etmədiyini də bildirmişdir. Bu sənəd iş üzrə son dərəcə mühüm sübut olub cavabdehin torpaq üzərində legitim hüquqi əsasının olmadığını göstərir. Məhkəmə həmin arayışın hüquqi əhəmiyyətini arxa plana keçirmiş, əvəzində cavabdehin təqdim etdiyi 2004-cü il tarixli sənədləri üstün mövqeyə çıxarmışdır. Halbuki həmin sənədlərin etibarlılığı iş materiallarında ciddi şübhə altına alınmışdır. Iddiaçının məhkəməyə təqdim etdiyi ərizədə göstərilmişdir ki, cavabdehin qardaşı mübahisəli qərarın verildiyi dövrdə Cəyirli bələdiyyəsində sədr vəzifəsində çalışmışdır, mübahisəli qərar 2004-cü il üzrə protokol qeydiyyatı kitabında qeydə alınmamışdır və qərar üzərində 2004-cü ilə aid olmayan, 2008-2009cu illərdə istifadə olunmuş möhür vurulmuşdur. Həmin ərizədə bu hallar birlikdə qiymətləndirilərək sənədin sonradan hazırlanaraq geriyə tarixləşdirildiyini göstərən ciddi hüquqi şübhələr kimi təqdim edilmişdir. Başqa sözlə, iş materiallarında cavabdehin istinad etdiyi bələdiyyə sənədinin saxtalaşdırılma əlamətləri daşıdığına dair konkret arqumentlər irəli sürülmüşdür. Burada ayrıca vurğulanmalıdır ki, bu mərhələdə həmin sənədin “saxta” olması məhkəmə tərəfindən ayrıca ekspertiza və ya ayrıca icraatla qəti müəyyən edilməyibsə də, sənədin etibarlılığına dair çox ciddi və əsaslı şübhələr mövcuddur. Məhkəmə belə hallarda həmin sənədə tənqidi yanaşmalı, onu üstün və qəti sübut kimi qəbul etməməli, ən azı bu ziddiyyətlərin aradan qaldırılması üçün əlavə araşdırma aparmalı idi. Əksinə, məhkəmə həmin ziddiyyətləri aradan qaldırmadan, bir tərəfdən cavabdehin hüququnun olmadığını bildirən rəsmi bələdiyyə arayışını, digər tərəfdən isə etibarlılığı ciddi şübhə doğuran köhnə tarixli qərarı eyni səviyyədə qiymətləndirmiş və yekunda bunun nəticəsini iddiaçının əleyhinə həll etmişdir. Bu yanaşma həm sübutların qiymətləndirilməsinə, həm də maddi hüquq normalarının tətbiqinə təsir edən ciddi qüsurdur. Qətnamədə özü qeyd olunur ki, iddiaçıməhkəmə baxışında mübahisəli yerin bələdiyyəyə aid otlaq sahəsi olduğunu, cavabdehin həmin ərazini zəbt etdiyini, onun sənədlərinin arxiv əsası olmadığını bildirmişdir. Cavabdeh də izahatında həmin sahənin əvvəlcə boş bələdiyyə yeri olduğunu, sonradan rəsmi şəkildə alqı-satqı etdirdiyini demişdir. Beləliklə, tərəflərin öz izahatlarından da görünür ki, mübahisə sırf iki qeydiyyatlı qonşu mülkiyyətçi arasında sərhəd xətti mübahisəsi deyil. Mübahisənin kökündə cavabdehin istinad etdiyi torpaq hüququnun ümumiyyətlə mövcud olub-olmaması, həmin hüququn sənədləşdirilməsinin qanuni olubolmaması, torpağın bələdiyyə örüş və ya ehtiyat sahəsinə aid olub-olmaması dayanır. Belə bir mübahisədə məhkəmə əvvəlcə cavabdehin torpaq üzərində hüquqi titulunu dəqiq və inandırıcı şəkildə müəyyən etməli idi. Bunu etmədən tərəfləri avtomatik olaraq “qonşu” hesab edib qonşuluq hüquqlarına dair normalar tətbiq etmək düzgün olmamışdır. Eyni zamanda, məhkəmənin hüquqi mövqeyində daxili ziddiyyət də mövcuddur. Bir tərəfdən məhkəmə təsbit edir ki, hasarın müəyyən hissəsi iddiaçının torpaq sahəsində yerləşir, digər tərəfdən isə bildirir ki, iddiaçının mülkiyyət hüququ əhəmiyyətli dərəcədə pozulmamışdır. Halbuki torpaq sahəsinə kənar şəxsin daimi tikili yerləşdirməsi artıq mülkiyyət hüququnun mövcud pozuntusudur. Mülkiyyət hüququnun müdafiəsi üçün pozuntunun mütləq böyük həcmdə olması tələb edilmir. Əks yanaşma hər hansı şəxsin başqasının torpaq sahəsinə az hissə ilə daxil olub daimi tikili inşa etməsinə hüquqi bəraət qazandırar ki, bu da mülki qanunvericiliyin mahiyyətinə tamamilə ziddir. Mülkiyyət hüququna qəsdin “cüzi” olması həmin qəsdi hüquqa uyğun etmir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli bələdiyyə arayışının sonradan ##.##.2026-cı il tarixli başqa arayışla guya “texniki səhv” kimi izah edilməsi də özlüyündə ciddi şübhə doğurur. Çünki ilk arayışda cavabdehin hüququnun olmaması, torpaq uçotu kitablarında qeyd aparılmaması, bələdiyyə razılığının verilməməsi və hasarın qanunsuz inşa olunması barədə konkret məlumatlar göstərilmişdir. Sonrakı arayış isə həmin məlumatları texniki səhv kimi izah etməyə çalışsa da, bu izahın özü mübahisəni həll etmir; əksinə, bələdiyyə sənədlərində sabitlik və etibarlılıq problemini ortaya qoyur. Məhkəmə bu ziddiyyəti də cavabdehin xeyrinə həll etmiş, lakin nəyə görə ilk rəsmi arayışa deyil, sonradan verilmiş təkzib xarakterli arayışa üstünlük verildiyini inandırıcı şəkildə əsaslandırmamışdır. Bu hal da qətnamənin əsassızlığını göstərir. İddiaçı Azərbaycanın ərazi bütövlüyüuğrunda Vətən müharibəsində könüllü iştirak etməsi, “Suqovuşanın azad olunmasına görə” medalı, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunması və müharibə veteranı statusuna malik olması iş materiallarında təsdiq olunmuşdur. Bu hal mübahisənin torpaq hüququ hissəsini birbaşa həll edən maddi hüquq norması olmasa da, məhkəmənin işə yanaşmasında onun hüquqlarına həssas və tam təminedici münasibət göstərməsinin zəruriliyini artıran hal kimi nəzərə alınmalı idi. Bundan başqa, həmin statusla əlaqədar dövlət rüsumu məsələsi də ayrıca hüquqi qiymətləndirilməli idi. Lakin birinci instansiya məhkəməsi bu məsələyə faktiki olaraq lazımi hüquqi münasibət bildirməmişdir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallar göstərir ki, cavabdehin hasarı iddiaçının dövlət qeydiyyatlı torpaq sahəsinə daxil olmuşdur; cavabdehin həmin əraziyə dair hüququnun mövcudluğunu təsdiq edən sənədlər ciddi hüquqi şübhə altındadır; bələdiyyənin ilk rəsmi arayışı cavabdehin hüququnu və hasarın qanuniliyini təkzib edir; buna baxmayaraq məhkəmə mübahisəni yanlış olaraq qonşuluq mübahisəsi kimi həll etmiş, MM-in 157.4, 152.1 və 152.5- ci maddələrinin tətbiqini arxa plana keçirmiş, əvəzində 170 və 171-ci maddələri maddi hüquqi vəziyyətə uyğun olmayan qaydada tətbiq etmişdir. Nəticədə qanunsuz tikilinin sökülməsi barədə iddia əsassız olaraq rədd edilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsininqətnaməsi ləğv edilməli, işin faktiki halları və tətbiq edilməli maddi hüquq normaları düzgün qiymətləndirilməklə iddia tələbi təmin olunmalı, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə daxil olmaqla inşa edilmiş hasarın sökülməsi barədə yeni qətnamə qəbul edilməlidir.

8. Ona görə də, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, üçüncü şəxs Göyçay rayon Cəyirli kənd Bələdiyyəsi nümyəndəsini göndərməmişdir.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın; 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 170.1. Ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

14. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ: Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

15. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

21. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

22. Iddiaçı İddiaçı Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən çəkilmiş hasarın müəyyən hissəsi (10-36 sm) iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə MM qonşu hüquqlarına aid normalar tətbiq edilməlidir. Belə ki, işin faktiki hallarından da görünüdüyü kimi iddiaçı və cavabdeh qonşudurlar, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin (10-36 sm) cavabdeh tərəfindən çəkilmiş hasar yerləşir. Lakin həmin hasarın tumbaları iddiaçıya məxsus torpaq sahəsinin çəpinə yerləşməsi nəticəsində sonuncunun torpağına cüzi olaraq çıxmışdır. Məhkəmə araşdırılması nəticəsində iddiaçıya hasarın çıxıntıları nəticəsində maneəçiliyin yaradılması və ya öz sahəsindən istifadə etməkdə maneəçiliyin yarandığı və ya mülkiyyət hüququnun əhəmiyyətli dərəcədə pozulduğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya hədsiz təsir göstərilmədiyindən, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir.

25. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

26. Belə ki, iddiaçı apellyasiya şikayətində hasarın 10 metr hissəsinin onun ərazisinə düşdüyünü və ona məxsus otlaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunduğunu qeyd etsə də Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Ucar Ərazi Idarəsinin mütəxəssis rəyindən görünür ki, idarənin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsində çöl ölçmə işləri aparılmış, kameral araşdırma zamanı məlum olmuşdur ki, ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.12 ha torpaq sahəsi (##.##.2023-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində) cavabdeh Cavabdeh tərəfindən istifadə olunmur. - Baxış zamanı cavabdehin naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi torpaq sahəsi iddiaçıya aid tikililərdən kənarda yerləşir, (sxemdə göstərilmişdir).

27. Bundan başqa, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Ucar Ərazi Idarəsinin mütəxəssis rəyindən görünür ki, idarənin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsində çöl ölçmə işləri aparılmış, kameral araşdırma zamanı məlum olmuşdur ki, ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.12 ha torpaq sahəsi (##.##.2023-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində) cavabdeh Cavabdeh tərəfindən istifadə olunmur. - Baxış zamanı cavabdehin naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi torpaq sahəsi iddiaçıya aid tikililərdən kənarda yerləşir, (sxemdə göstərilmişdir). Əlavə araşdırma zamanı cavabdeh Cavabdeh tərəfindən inşa edildiyi bildirilən ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.12 ha torpaq sahəsi ilə sərhəddə mişar daşı ilə inşa olunmuş hasar mövcud olduğu məlum olmuş, sözügedən hasarın iki ədəd tumbasının 0.36 sm və 0.10 sm ölçüdə İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.12 ha torpaq sahəsi üzərində yerləşdiyi də mütəxəssis tərəfindən müəyyən edilmişdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən hasarın iki ədəd tumbasının 0.36 sm və 0.10 sm ölçüdə İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.12 ha torpaq sahəsi üzərində yerləşməsi həmin sahənin cavabdeh tərəfindən zəbt olunması kimi qiymətləndirilə və tikintinin sökülməsi üçün əsas ola bilməz.

29. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

30. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar