Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-382/2026 16.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “qanunsuz tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanunsuz tikililərin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və mülkiyyətçiyə təhvil verilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2, Cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili nümayəndə1 iştirakları ilə Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “qanunsuz tikilmiş qeyri-yaşayış sahələrinin cavabdehlərin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh3 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Işin halları
1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 nömrəli ünvanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən R.X seriyalı ******* nömrəli, ## ###### 2013-cü il tarixli çıxarışı ilə xüsusi mülkiyyətinə verilmiş keçmiş “Arzu” kinoteatrı və onun yerləşdiyi 0,18 ha torpaq sahəsində cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 tərəfindən qanunsuz tikilmiş qeyri-yaşayış obyektlərinin cavabdehlərin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən keçmiş "Arzu" kinoteatrı və ona məxsus 0,18 ha torpaq sahəsi özəlləşdirilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tərəfindən verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli ## ###### 2013-cü il tarixli çıxarışla onun xüsusi mülkiyyətinə verilmişdir. Lakin, ona məxsus keçmiş "Arzu" kinoteatrının 0,18 hektar torpaq sahəsinin bir hissəsində cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh3 qeyri-qanuni olaraq heç bir sənədləri olmadan tikili tikərək mülkiyyət hüquqlarından istifadə etməyə maneçilik törədirlər. Dəfələrlə cavabdehlərdən tikililərini sökərək torpağının ona qaytarılmasını xahiş etsə də, müsbət nəticəsi olmamışdır. Xüsusi mülkiyyətində olan torpaq sahəsində yuxarıda adları göstərilən şəxslər qeyri-qanuni olaraq obyektlər tikərək illərdir ki, istifadə etmişlər. Həmin obyektlərin sahibləri ilə söhbət aparsa da, onlar qeyri-yaşayış sahələrini sökmək istəməmişlər. Odur ki, tələbin yerinə yetirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, ünvan 1 nömrəli ünvanda yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli, ## ###### 2013-cü il tarixli çıxarışı ilə xüsusi mülkiyyətinə verilmiş keçmiş "Arzu" kinoteatrı və onun yerləşdiyi 0,18 ha torpaq sahəsində cavabdehlər cavabdeh3, cavabdeh1 və XəlilovAsif Arif oğlu tərəfindən qanunsuz tikilmiş qeyri-yaşayış obyektləri cavabdehlərin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və mülkiyyətçiyə təhvil verilməsi barədə qətnamə çıxarılmalı və iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq ona qaytarılmalıdır.
Birinci instansiya məhkəməsində icraat:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi, vəkil nümayəndə2 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddia ərizəsində tələb kifayət qədər əsaslandırılmışdır. Bundan başqa qeyd edir ki, cavabdehər cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən təqdim edilmiş bələdiyyə qərar və sərəncamı saxtadır, elə bir qərara və sərəncam mövcud deyil və bu barədə bələdiyyədən müvafiq arayış iş materiallarına əlavə edilmişdir. Iddianın əsaslılığı mütəxəssis rəyi və digər sübutlarla təsdiqlənmişdir. Ona görə də, iddianın təmin olunmasını məhkəmədən xahiş edir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, 2005-ci il tarixli sərcamı ilə torpaq sahəsi ona satılmışdır. Həmin torpaq sahəsində tikinti tikib bərbərlik fəaliyyəti ilə məşğul olur və on beş ildir ki, həmin obyektdən istifadə edir. Indi isə məlum olur ki, torpaq sahəsinin ona satılmasını təsdiq edən sənəd saxtadır. Hazırda iddiaçı ilə hər hansı bir şəkildə razılığa gəlmək istəyir ki, obyekti sökülməsin.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, torpaq sahəsinin ona verilməsi barədə bələdiyyə qərarı vardır və bu məsələni bələdiyyə həll etməlidir. Bələdiyyənin sədri ona məlumat verib ki, həmin qərar sərəncamlar kitabına qeyd edilməyib, yəni qərar mövcud deyil və bu bələdiyyənin səhvidir. Iddiaçı isə həmin ərazini alarkən ərazidə tikililər mövcud olmasına baxmayaraq, torpaq sahəsində olan tikililərə heç bir reaksiya bildirməmişdir. Bütün bunları nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş edir.
6. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdeh cavabdeh3 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o Arzu kinoteatrının yanında yerləşən torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən evi ## ###### 2024-cü il tarixdə almışdır. Ümumiyyətlə iddiaçı “Azru” kinoteatrını 13 ildir ki satın almasına baxmayaraq ona və əvvəlki ev sahibinə ərazisinin bir hissəsinin zəbt etməkləri ilə bağlı heç bir xəbərdarlıq etməyib. O, GPS vasitəsi ilə həmin torpaq sahəsini ölçdürmuş və məlum olmuşdur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin cəmi 1 metr hissəsi onun həyətyanı torpaq sahəsinə düşür. Lakin torpaq sahəsinin zəbti ilə bağlı iddiaçının 13 ildən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini düzgün hesab etmir. Qeyd edir ki, tikintinin məsuliyyəti ona tikən şəxsin üzərinə düşür. Yəni o, torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən evi alarkən orada tikintilər olub və buna görə də, o heç bir məhsuliyyət daşımır. Məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir.
7. Məhkəmə iclasına mütəxəssis qismində dəvət edilmiş Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin ** saylı Ucar ərazi idarəsinin Zərdab rayon Şöbəsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞnin ** saylı Ucar ərazi idarəsi) mühəndis-invertarlaşdırıcısı X1 izahatında ##.##.2025-ci il tarixdə verilmiş mütəxəssis rəyinə istinad edərək bildirmişdir ki, ünvan 2 ərazisində yerləşən 0,18 ha torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq vətəndaşa çıxarış verilmişdir. Iddiaçı (İddiaçı) naturada göstərdiyi və mütəxəssis qarşısında qoyulmuş sualları araşdırmaq məqsədi ilə torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edərək ölçmə işləri aparılmışdır. Aparılmış çöl-ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələbinə uyğun olaraq araşdırılmış, məlum olmuşdur ki, “Arzu” klubunun binası və torpaq sahəsində sənədlə faktiki vəziyyət arasında uyğunsuzluq yoxdur, lakin, həm binada həmdə torpaq sahəsində müəyyən dəyişikliklər var. Belə ki, “Arzu” klubunun binasının texniki pasportunda olan açıq pilləkən sahəsi bağlanaraq əlavə tikinti inşa edilmişdir. Torpaq sahəsində isə 0.002 ha (20 m2 ) və 0.00576 ha (57.6 m2 ) hissə digər şəxslərə satılmışdır və “Arzu” kinoteatrının ilkin texniki pasportunda əks olunmuş X2 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən zəbt sahəsi və cənub-qərb küncündə yerləşmiş qeyri yaşayış binası və onun tikinti altı torpaq sahəsi “NECAS” məlumatlarında yoxdur. “Arzu” klubunun binasının və torpaq sahəsinin müəyyən bir hissəsindən “xxxx” MMC tərəfindən icarəyə götürülərək tibbi xidmət sahəsi kimi istifadə edilir. cavabdeh3 mülkiyyətinə aid fərdi yaşayış evinin həyətyanı sahəsində olan zəbt sahəsinin 0.0040 ha(40 m2 ) hissəsi “Arzu” klubunun torpaq sahəsinə aiddir. cavabdeh2 məxsus və istifadəsində olan qeyri yaşayış binasının 0.00195 ha (19.5 m2 ) və cavabdeh1 məxsus (ölçmə zamanı heç bir şəxs tərəfindən istifadə edilmədiyi göründü) 0.0023 ha (23.0 m2 ) tikinti altı sahələri tam olaraq “Arzu” klubuna məxsus 0.18 ha torpaq sahəsinin qərb hissəsində H.B.Zərdabi küçəsinin paralel istiqamətində daxilində yerləşir.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdeh cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
9. Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Cavid Abbasov) iddia tələbi təmin edilmiş, ünvan 1 nömrəli ünvanda yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən R.X seriyalı ******* nömrəli, ## ###### 2013-cü il tarixli çıxarış ilə xüsusi mülkiyyət hüququ rəsmiləşdirilən iddiaçı İddiaçı məxsus olan “Arzu” kinoteatrı və onun yerləşdiyi 0,18 ha torpaq sahəsinin cənub şərqində cavabdeh cavabdeh3 məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin cənub qərbində zəbt sahəsinin 0.0040 ha (40 m2 ) hissəsində aparılan tikinti cavabdehin vəsaiti hesabına sökülərək torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilməsi və həmin tikilinin yerləşdiyi torpaq sahəsi (40 m2 ) mülkiyyətçiİddiaçı təhvil verilməsi, cavabdeh cavabdeh2 tərəfindən inşa edilmiş (faktiki istifadəsində olan bərbərxana) və iddiaçı İddiaçı məxsus olan “Arzu” kinoteatrı və onun yerləşdiyi 0,18 ha torpaq sahəsinin qərb sərhədində Zərdabi küçəsinə paralel olaraq yerləşən, ümumi tikintialtı sahəsi 0.00195 ha (19.5 m2 ) təşkil edən qeyri-yaşayış binası cavabdehin vəsaiti hesabına sökülərək torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilməsi və həmin tikilinin yerləşdiyi torpaq sahəsi (19.5 m2 ) mülkiyyətçi İddiaçı təhvil verilməsi, cavabdeh cavabdeh1 tərəfindən inşa edilmiş (faktiki olaraq istifadəsiz) və iddiaçı İddiaçı mülkiyyət hüququ ilə məxsus olan “Arzu” kinoteatrı və onun yerləşdiyi 0,18 ha torpaq sahəsinin qərb sərhədində Zərdabi küçəsinə paralel olaraq yerləşən, ümumi tikintialtı sahəsi 0.0023 ha (23 m2 ) təşkil edən qeyriyaşayış binası sökülərək torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilməsi və həmin tikilinin yerləşdiyi torpaq sahəsi (23 m2 ) mülkiyyətçi İddiaçı təhvil verilməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
10. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir.
11. Iddia tələbindən görünür ki, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı xüsusi mülkiyyətində olan torpaq sahəsinin digər şəxslərin qanunsuz müdaxiləsindən qorunmasından ibarət olmuşdur. Odur ki, iddianın əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülkiyyətin müdafiəsi rejimini tənzim edən normalarının dispozisiya şərtləri çərçivəsində yoxlanılmaqla məsələyə hüquqi qiymət verilməlidir.
12. Verilmiş iddia vindikasiya iddiası növündə irəli sürüldüyündən ilk növədə Azərbaycan Respublikası MM-in 157.2-ci maddəsinin dispozisiyasına görə tələb olunan əmlakın iddiaçının mülkiyyətində, lakin faktiki olaraq cavabdehin sahibliyində olması və həmin sahibliyin qanunsuz olması müəyyən olunmalıdır.
13. Göstərilənlərlə bağlı məhkəmə qeyd etmişdir ki, aparılmış məhkəmə araşdırması zamanı iddia tələbinin əsasını təşkil edən hüquqi və faktiki hallar toplanmış iş materialları ilə öz təsdiqini tapmışdır.
14. Belə ki, məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisə obyektinə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirildiyindən onun hazırkı iddianı qaldırmaqda subyektiv hüququ olmuş, bu hüquqa istinadən o, mülkiyyətində olan torpaq sahəsi barədə qanunsuz müdaxilənin aradan qaldırılmasını tələb etməkdə haqlıdır.
15. Mövcud müdaxilənin qanunsuzluğu cavabdehlər tərəfindən təkzib edildiyi və qeyd olunan xüsusatın aydınlaşdırılması zəruri texniki bilik tələb etdiyindən işə cəlb olunmuş mütəxəssis tərəfindən məhkəməyə ##.##.2025-ci il tarixli rəy təqdim edilmişdir. Müvafiq rəyin dördüncü bəndindən görünür ki, cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı sahəsindəki zəbt sahəsinin 0.0040 (40 m2 ) ha hissəsi, cavabdeh2 məxsus olduğu bildirilən və istifadəsində olan qeyri-yaşayış binasının 0.00195 (19.5 m2 ) ha və cavabdeh1 məxsus olduğu bildirilən 0.0023 (23 m2 ) ha tikintialtı sahələri tam olaraq H.B. Zərdabi küçəsinin paralel istiqamətində “Arzu” klubuna məxsus 0.18 ha torpaq sahəsinin qərb hissəsində yerləşir.
16. Sonradan mütəxəssis tərəfindən məhkəməyə ##.##.2026-cı il tarixdə təqdim edilən rəyə əlavədə mübahisəli torpaq sahəsində cavabdeh1 tərəfindən 17.2 m2 , cavabdeh2 tərəfindən 20.1 m2 , cavabdeh3 tərəfindən isə faktiki olaraq 12.6 m2 hissə çərçivəsində zəbt halının müşahidə olunduğu qeyd edilmişdir. Mütəxəssis həmçinin rəyə əlavədə cavabdeh3 münasibətdə mübahisəli ərazinin müvafiq texniki pasporta əsasən 40 m2 hissəsinin “Arzu” kinoteatrı və onun yerləşdiyi 0.18 ha ölçüdə torpaq sahəsinin hüdudlarında olduğunu bildirmişdir.
17. Məhkəmə mütəxəssis tərəfindən verilmiş rəylə həmin rəyə əlavədə göstərilən fərqlilikləri qarşılıqlı təhlil edib daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasından çıxış edərək belə qənaətə gəlir ki, mövcud mübahisəli məqamlar elektron kadastr göstəriciləri üzrə gəlinən nəticələr əsas götürülməklə həll edilməlidir.
18. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və əmlakın qanunsuz sahiblik aradan qaldırılmaqla iddiaçının mülkiyyət hüquqları bərpa olunmalıdır.
19. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbi təmin olunduğundan ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya qaytarılmalıdır.
20. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin maddəsinin İ hissəsi, 29-cu maddəsinin 2-ci hissəsi, 60-cı maddəsinin 1-ci hissəsi, 71-ci maddəsi, “Insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının * saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84-cü maddəsinin 1-ci bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 152.5, 157.2–ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 76.1, 76.2, 77.1, 106.1, 217.3, 217.4 və 218.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən narazı qalan cavabdehlər cavabdeh3 və cavabdeh1 apellyasiya şikayəti vermişlər.
22. Cavabdeh cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və pozulmuşdur.
23. Belə ki, iddiaçı “Azru” kinoteatrını 13 ildir ki, satın almasına baxmayaraq ona və əvvəlki ev sahibinə ərazisinin bir hissəsinin zəbt etmələri ilə bağlı heç bir xəbərdarlıq etməmiş, lakin torpaq sahəsinin zəbti ilə bağlı iddiaçının 13 ildən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini düzgün hesab etmir.
24. O, məhkəmə prosesində mütəxəssis rəyi ilə razı olmadığını bildirmiş, mütəxəssisin anlaşılmaz rəy verdiyini, həmin rəyin əsas hesab edilməməli olduğunu qeyd etmişdir. Hesab edir ki, həmin rəy məhkəmə-ekspertiza mərkəzinə göndərilməli və mübahisəyə dair ekspert rəyi alınmalı idi.
25. Belə ki, İddiaçı məxsus olan “Arzu” kinoteatrı və onun yerləşdiyi 0,18 ha torpaq sahəsinin cənub şərqində cavabdeh cavabdeh3 məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin cənub qərbində zəbt sahəsinin 0.0040 ha (40 m2) hissəsində heç bir tikinti işləri aparılmamışdır və həmin hissədə tikinti mövcud deyildir.
26. Birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün araşdırılmadan qətnamə qəbul edilmişdir. Qətnamənin əsaslandırma hissəsində istinad kimi göstərilən hüquq normaları əslində qətnamənin əleyhinə olsa da hakim bütün bunları nəzərə almadan absurd qərar qəbul etmişdir. Bu baxımdan işin obyektiv araşdırılmasını təmin etmək məqsədilə birinci instansiya məhkəməsinin ləğv edilməsi və ədalətli qətnamənin çıxarılmanın təmin edilməsi zərurəti vardır.
27. Odur ki, Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilərək iddianın cavabdeh cavabdeh3 aid hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Cavabdeh cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən işin halları tam araşdırılmamış və səhv qənaətə gəlinmişdir.
29. Belə ki, Zərdab Rayon Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı iclas protokolundan çıxarışa əsasən Zərdab şəhəri, H.Zərdabi küçəsində, mövcud “Arzu” kinoteatrının qarşı tərəfində olan 15 kv.m torpaq sahəsi ona satılmışdır. Buna əsasən bələdiyyə ilə onun arasında torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur. Sözü gedən torpaq sahəsi üzərində həmin tarixdən etibarən sahibkarlıq obyekti inşa edərək son dövrlərə kimi fəaliyyət göstərmişdir.
30. Bundan əlavə olaraq qeyd edir ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğundan məhkəmə həmin inzibati aktdan irəli gələn hüquqlarının qorunmasını təmin etməlidir. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların eləcədə məhkəmələrin davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Inzibati aktın ləğvi üçün isə xüsusi əsaslar olmalı və prosedurlar tərəflərin iştirakı ilə qanunvericiliyə uyğun həyata keçirilməlidir.
31. Məhkəmə bələdiyyənin qərarının qüvvədə olub olmadığını, eyni zamanda torpaqlarn alqı-satqısına dair akta əsasən mənə satılmış torpaq sahəsinin sözü gedən torpaq sahəsi ilə eynilik təşkil edib etməməsi hissəsini araşdırmamışdır. Eyni zamanda qeyd edir ki, məhkəmə qətnamə çıxaran zaman aktda adları olan şəxsləri məhkəmə prosesinə cəlb etməli və torpaq sahəsinin ayrılması yeri və s halları araşdırmalı idi.
32. Odur ki, Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin X4 aid hissədə tamamilə ləğv olunaraq iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
33. iddiaçı İddiaçı və nümayəndəsi nümayəndə2 apellyasiya şikayətlərinə qarşı yazılı etirazında cavabdehlər cavabdeh1 və cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunmaması, Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
34. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh3 oğlunun nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilərək iddianın cavabdeh cavabdeh3 aid hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətlərinin əsassız olduğunu bildirərək, apellyasiya şikayətlərinin təmin edilməməsi, Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiçı İddiaçı, cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir.
38. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
39. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
40. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
43. Apellyatorlar tərəfindən Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e- *(***)-***/**** saylı qətnaməsi cavabdehlər cavabdeh3 və cavabdeh1 münasibətdə iddianın təmin olunmuş hissəsini mübahisələndirdiklərindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə yoxlayıb, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilmiş, ünvan 1 nömrəli ünvanda yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən R.X seriyalı ******* nömrəli, ## ###### 2013-cü il tarixli çıxarış ilə xüsusi mülkiyyət hüququ rəsmiləşdirilən iddiaçı İddiaçı məxsus olan “Arzu” kinoteatrı və onun yerləşdiyi 0,18 ha torpaq sahəsinin cənub şərqində cavabdeh cavabdeh3 məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin cənub qərbində zəbt sahəsinin 0.0040 ha (40 m2 ) hissəsində aparılan tikinti cavabdehin vəsaiti hesabına sökülərək torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilməsi və həmin tikilinin yerləşdiyi torpaq sahəsi (40 m2 ) mülkiyyətçi İddiaçı təhvil verilməsi və cavabdeh cavabdeh1 tərəfindən inşa edilmiş (faktiki olaraq istifadəsiz) və iddiaçı İddiaçı mülkiyyət hüququ ilə məxsus olan “Arzu” kinoteatrı və onun yerləşdiyi 0,18 ha torpaq sahəsinin qərb sərhədində Zərdabi küçəsinə paralel olaraq yerləşən, ümumi tikintialtı sahəsi 0.0023 ha (23 m2 ) təşkil edən qeyri-yaşayış binası sökülərək torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilməsi və həmin tikilinin yerləşdiyi torpaq sahəsi (23 m2 ) mülkiyyətçi İddiaçı təhvil verilməsinə dair hissələrdə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, həmin hissələrdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
46. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən keçmiş "Arzu" kinoteatrı və ona məxsus 0,18 ha torpaq sahəsi özəlləşdirilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tərəfindən verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli ## ###### 2013-cü il tarixli çıxarışla iddiaçının xüsusi mülkiyyətinə verilmişdir. Iddiaçı ona məxsus keçmiş "Arzu" kinoteatrının 0,18 hektar torpaq sahəsinin bir hissəsində cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 qeyri-qanuni olaraq heç bir sənədləri olmadan obyektlər tikərək illərdir ki, istifadə etmələrini əsas gətirərək cavabdehlərin qanunsuz zəbt etdiyi hissədən məcburi qaydada çıxarılması və zəbt edilmiş sahədə tikilmiş qanunsuz tikilinin sökülməsini tələb etmiş, cavabdehlər tərəfindən iddia qəbul edilməmişdir.
47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın cavabdehlər cavabdeh3 və cavabdeh1 qarşı təmin edilmiş hissələrində gəldiyi nəticə, MPMdə nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.
48. Belə ki, məhkəmə kollegiyası cavabdeh cavabdeh3 apellyasiya şikayətinin iddiaçı “Azru” kinoteatrını 13 ildir ki, satın almasına baxmayaraq ona və əvvəlki ev sahibinə ərazisinin bir hissəsinin zəbt etmələri ilə bağlı heç bir xəbərdarlıq etməməsi, lakin torpaq sahəsinin zəbti ilə bağlı iddiaçının 13 ildən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin düzgün olmaması və cavabdeh cavabdeh1 Zərdab Rayon Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı iclas protokolundan çıxarışa əsasən Zərdab şəhəri, H.Zərdabi küçəsində, mövcud “Arzu” kinoteatrının qarşı tərəfində olan 15 kv.m torpaq sahəsi ona satılması, buna əsasən bələdiyyə ilə onun arasında torpaqların alqı-satqısına dair akt tərtib olunması, Sözü gedən torpaq sahəsi üzərində həmin tarixdən etibarən sahibkarlıq obyekti inşa edərək son dövrlərə kimi fəaliyyət göstərmsəinə dair dəlillərinə münasibətdə qeyd edir ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı tərəfindən sökülməsi tələb olunan tikililər bir neçə il öncə tikilmişdir.
49. Belə ki, cavabdeh cavabdeh1 Zərdab Rayon Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı iclas protokolundan çıxarışa əsasən Zərdab şəhəri, H.Zərdabi küçəsində, mövcud “Arzu” kinoteatrının qarşı tərəfində olan 15 kv.m torpaq sahəsinin ona satıldığını və sözügedən torpaq sahəsi üzərində həmin tarixdən etibarən sahibkarlıq obyekti inşa edərək son dövrlərə kimi fəaliyyət göstərdiyini göstərmişdir.
50. Iş üzrə digər cavabdeh cavabdeh3 isə Arzu kinoteatrının yanında yerləşən torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən evi ## ###### 2024-cü il tarixdə aldığını, həmin torpaq sahəsini alarkən tikililərin mövcud olduğunu bildirmişdir.
51. Həmçinin iddiaçı özü iddia ərizəsində qeyd etmişdir ki, xüsusi mülkiyyətində olan torpaq sahəsində cavabdehlər obyektlər tikərək illərdir ki, istifadə edirlər.
52. Işin müəyyən olunmuş qeyd olunan halları onu deməyə əsas verir ki, iddiaçının cavabdehlər cavabdeh3 və cavabdeh1 sökülməsini tələb etdiyi tikililər bir neçə il öncə tikilmiş və iddiaçı bundan məlumatlı olmuşdur.
53. Həmçinin işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehlər tərəfindən bir neçə il əvvəl tikilmiş tikililərlə bağlı ötən illər ərzində iddiaçının cavabdehlərə qarşı tikilinin sökülməsi, tikinti işlərinin aparılmasının qarşısının alınması kimi iddia tələbləri də mövcud olmamışdır.
54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.3-cü maddəsində qeyd olunmuşdur ki,“Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir”.
55. Normanın mənasından aydın olur ki, inşaat zamanı qonşu sahənin sərhədləri qərəzli şəkildə pozularsa (yəni tikinti aparan şəxs sərhəddi pozduğunu bilirsə və ya bilməlidirsə), yaxud müdaxiləyə məruz qalmış torpaq mülkiyyətçisi pozuntuya dərhal etiraz edərsə, tikilinin sökülməsini, hətta sözügedən pozuntu delikt təşkil etdiyi üçün zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
56. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər tərəfindən öz vəsaitləri hesabına tikinti işlərinin aparılması və inşa etdikləri qeyri-yaşayış binalarından uzun müddət istifadə etmələri, iddiaçının isə uzun müddət formalaşmış qaydaya etiraz etməməsi nəzərə alınaraq cavabdehlər tərəfindən inşa edilmiş tikililərin sökülməsinin vicdanlılıq və dürüstlük prinsiplərinə zidd olmaqla sonuncuların hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur.
57. Kolegiya qeyd edir ki, qanunvericlikdə mülkiyyətçinin öz əşyasını özgəsinin qanunsuz sahibliyindən tələb etməsi imkanı ilə yanaşı əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqları da təsbit edilmişdir.
58. Qeyd edilənlərə əsasən cavabdeh tərəfin apardığı tikintilərə çəkdikləri xərclər ödənilmədən, iddiaçının yalnız özünün mülkiyyət hüququna istinadən tikililərin sökülməsini tələb etməsi dürüstlük qaydasına uyğun deyildir.
59. Kollegiya hesab edir ki, iddiaçı özünün torpaq sahəsində cavabdehlərin tikinti aprmasına razılıq verməsədə, cavabdehlər sözügedən tikililəri tikərkən susaraq etiraz etməməsi, həmin şəxslərin tikintiyə münasibətdə vicdanlı sayılmasına öz davranışı ilə səbəb olmuş mülkiyyətçinin sonradan əvvəlki rəftarına zidd şəkildə, müvafiq kompensasiya vermədən həmin tikilinin sökülməsi barədə tələbi əsassız sayılır. 60.Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il ## #### tarixli Qərarları).
61. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
62. Məhkəmə kollegiyası cavabdeh cavabdeh3 apellyasiya şikayətinin mütəxəssisin anlaşılmaz rəy verdiyini, həmin rəyin əsas hesab edilməməklə məhkəmə-ekspertiza mərkəzinə göndərilməli və mübahisəyə dair ekspert rəyi alınmalı olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-nin ** saylı Ucar ərazi idarəsi tərəfindən ## ###### 2025-ci il tarixli, *-**- *-**/*-****/**** nömrəli mütəxəssis rəyindən görünür ki, “Arzu” klubunun binası və torpaq sahəsində sənədlə faktiki vəziyyət arasında uyğunsuzluq yoxdur, lakin, həm binada həmdə torpaq sahəsində müəyyən dəyişikliklər var. Belə ki, “Arzu” klubunun binasının texniki pasportunda olan açıq pilləkən sahəsi bağlanaraq əlavə tikinti inşa edilmişdir. Torpaq sahəsində isə 0.002 ha (20 m2 ) və 0.00576 ha (57.6 m2 ) hissə digər şəxslərə satılmışdır və “Arzu” kinotetırının ilkin texniki pasportunda əks olunmuş cavabdeh3 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən zəbt sahəsi və cənub-qərb küncündə yerləşmiş qeyri yaşayış binası və onun tikinti altı torpaq sahəsi “NECAS” məlumatlarında yoxdur. “Arzu” klubunun binasının və torpaq sahəsinin müəyyən bir hissəsindən “xxxx” MMC tərəfindən icarəyə götürülərək tibbi xidmət sahəsi kimi istifadə edilir. cavabdeh3 mülkiyyətinə aid fərdi yaşayış evinin həyətyanı sahəsində olan zəbt sahəsinin 0.0040 ha (40 m2 ) hissəsi “Arzu” klubunun torpaq sahəsinə aiddir. Vətəndaş cavabdeh3 ##.##.2024-cü ildə bu formada aldığını və zəbtlə bağlı “Arzu” klubunun mülkiyyətçisi tərəfindən heç bir narazılığının olmadığını bildirir. cavabdeh2 məxsus və istifadəsində olan qeyri yaşayış binasının 0.00195 ha (19.5 m2 ) və cavabdeh1 məxsus (ölçmə zamanı heç bir şəxs tərəfindən istifadə edilmədiyi göründü) 0.0023 ha (23.0 m2 ) tikinti altı sahələri tam olaraq “Arzu” klubuna məxsus 0.18 ha torpaq sahəsinin qərb hissəsində H.B.Zərdabi küçəsinin paralel istiqamətində daxilində yerləşir.
63. Məhkəmə kollegiyası qeyd edir ki, ## ###### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir.
64. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
65. Göründüyü kimi ekspertizanın təyin edilməsi işə baxan məhkəmənin mütləq vəzifəsi olmamaqla, işin hallarından asılı olaraq məhkəmənin aparılmasını zəruri hesab etdiyi bir tədqiqatdır.
66. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən, cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti isə tam təmin edilməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi qismən, yəni iddianın cavabdehlər cavabdeh3 və cavabdeh1 qarşı təmin edilmiş, ünvan 1 nömrəli ünvanda yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən R.X seriyalı ******* nömrəli, ## ###### 2013-cü il tarixli çıxarış ilə xüsusi mülkiyyət hüququ rəsmiləşdirilən iddiaçı İddiaçı məxsus olan “Arzu” kinoteatrı və onun yerləşdiyi 0,18 ha torpaq sahəsinin cənub şərqində cavabdeh cavabdeh3 məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin cənub qərbində zəbt sahəsinin 0.0040 ha (40 m2 ) hissəsində aparılan tikinti cavabdehin vəsaiti hesabına sökülərək torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilməsi və həmin tikilinin yerləşdiyi torpaq sahəsi (40 m2 ) mülkiyyətçi İddiaçı təhvil verilməsi, eləcədə cavabdeh cavabdeh1 tərəfindən inşa edilmiş (faktiki olaraq istifadəsiz) və iddiaçı İddiaçı mülkiyyət hüququ ilə məxsus olan “Arzu” kinoteatrı və onun yerləşdiyi 0,18 ha torpaq sahəsinin qərb sərhədində Zərdabi küçəsinə paralel olaraq yerləşən, ümumi tikintialtı sahəsi 0.0023 ha (23 m2 ) təşkil edən qeyri-yaşayış binası sökülərək torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilməsi və həmin tikilinin yerləşdiyi torpaq sahəsi (23 m2 ) mülkiyyətçi İddiaçı təhvil verilməsi hissəsində ləğv edilməli, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməli, iddiaçı İddiaçı ünvan 2 nömrəli ünvanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən R.X seriyalı ******* nömrəli, ## ###### 2013-cü il tarixli çıxarışı ilə xüsusi mülkiyyətinə verilmiş keçmiş “Arzu” kinoteatrı və onun yerləşdiyi 0,18 ha torpaq sahəsində cavabdehlər cavabdeh3 və cavabdeh1 tərəfindən qanunsuz tikilmiş qeyri-yaşayış obyektlərinin cavabdehlərin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və mülkiyyətçiyə təhvil verilməsi, həmin cavabdehlərə qarşı təmin edilmiş dövlət rüsumuna aid hissədə rədd edilməlidir. 67.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən, cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti tam təmin edilsin. Iş üzrə Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi qismən, yəni iddianın cavabdehlər cavabdeh3 və cavabdeh1 qarşı qarşı təmin edilmiş, ünvan 1 nömrəli ünvanda yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən R.X seriyalı ******* nömrəli, ## ###### 2013-cü il tarixli çıxarış ilə xüsusi mülkiyyət hüququ rəsmiləşdirilən iddiaçı İddiaçı məxsus olan “Arzu” kinoteatrı və onun yerləşdiyi 0,18 ha torpaq sahəsinin cənub şərqində cavabdeh cavabdeh3 məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin cənub qərbində zəbt sahəsinin 0.0040 ha (40 m2 ) hissəsində aparılan tikintinin cavabdehin vəsaiti hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin (40 m2 ) mülkiyyətçi İddiaçı təhvil verilməsi, cavabdeh cavabdeh1 tərəfindən inşa edilmiş (faktiki olaraq istifadəsiz) və iddiaçı İddiaçı mülkiyyət hüququ ilə məxsus olan “Arzu” kinoteatrı və onun yerləşdiyi 0,18 ha torpaq sahəsinin qərb sərhədində Zərdabi küçəsinə paralel olaraq yerləşən, ümumi tikintialtı sahəsi 0.0023 ha (23 m2 ) təşkil edən qeyri-yaşayış binasının sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin (23 m2 ) mülkiyyətçi İddiaçı təhvil verilməsi, eləcədə iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər cavabdeh3 və cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı İddiaçı verilməsi hissəsində ləğv edilsin. Ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı ünvan 2 nömrəli ünvanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən R.X seriyalı ******* nömrəli, ## ###### 2013-cü il tarixli çıxarışı ilə xüsusi mülkiyyətinə verilmiş keçmiş “Arzu” kinoteatrı və onun yerləşdiyi 0,18 ha torpaq sahəsində cavabdehlər cavabdeh3 və cavabdeh1 tərəfindən qanunsuz tikilmiş qeyri-yaşayış obyektlərinin cavabdehlərin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və mülkiyyətçiyə təhvil verilməsi, eləcədə həmin cavabdehlərə qarşı təmin edilmiş dövlət rüsumuna aid hissədə rədd edilsin Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh3 apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.