Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-393/2026 04.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılması və dəmir hasarın sökülərək zəbt olunmuş torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: “torpaq sahəsindən çıxarılması və dəmir hasarın sökülərək zəbt olunmuş torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” tələbi, qüvvə) Hakimlər X7 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, cavabdehlər cavabdeh2 və cavabdeh1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılması və dəmir hasarın sökülərək zəbt olunmuş torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 nümayəndəsi cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 onun mülkiyyətində olan Göyçay rayonu, Xəlitli kəndində yerləşən 0.03 ha torpaq sahəsinin 0.004 ha (40 kv.m) hissəsindən çıxarılmasın, dəmir hasar sökülərək zəbt olunmuş torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmasını, iddia ərizəsinin tərtib edilməsinə görə vəkilə ödənilmiş 150 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat pulun cavabdehlər cavabdeh2 və cavabdeh1 alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, hüququ dövlət qeydiyyatına alınmış Göyçay rayonu, Xəlitli kəndində yerləşən 0.03 hektar (300 kv.m) sahəsi olan torpaq sahəsinin xüsusi mülkiyyətçisidir. Bu torpaq sahəsi "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq ##.##.2024-cü il tarixdə ************ reyestr nömrəsi ilə qeydiyyata alınmış və xüsusi mülkiyyət hüququ təsdiq olunmuşdur (çıxarış əlavə olunur). Lakin son dövrlərdə məlum olmuşdur ki, cavabdehlər cavabdeh2 və cavabdeh1 onun mülkiyyətində olan torpaq sahəsinin təxminən 0.004 hektar (40 kv.m) hissəsini özbaşına zəbt etmişlər. Cavabdehlər mülkiyyətində olan torpaq sahəsinin təxminən 40 kv.m-lik hissəsini özbaşına zəbt etməklə kifayətlənməmiş, həmin əraziyə dəmirdən hasar çəkmişlər və istifadəyə verərək mülkiyyət hüququnun pozulmasına səbəb olmuşlar. Bu hal bir tərəfdən mülkiyyət hüququnun faktiki şəkildə məhdudlaşdırıldığını göstərirsə, digər tərəfdən onların bu ərazini qəsdən və daimi istifadə etmək niyyətində olduqlarını sübut edir. Cavabdehlərin hərəkətləri nəticəsində o, torpaq sahəsindən qanuni istifadə edə bilmir, mülkiyyət hüququ pozulmuşdur, bu isə ona hüquqi və faktiki zərər vurur.
3. Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Gülnaz Qurbanova) iddianın qismən təmin edilməsi, iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 1ndə yerləşən 0.03 ha torpaq sahəsinin 0.0019 ha hissəsindən cavabdehlər cavabdeh2 və cavabdeh1 çıxarılsın və dəmir hasar sökülərək zəbt olunmuş torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılması, dövlət rüsumu üçün ödənilmiş 100 manat və vəkil xidmətləri üçün ödənilmiş 150 manatın cavabdehlər cavabdeh2 və cavabdeh1 alınaraq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli qərarına istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ndə yerləşən 0.03 ha torpaq sahəsi ##.##.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ndə yerləşən 0.0253 ha torpaq sahəsi ##.##.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Ucar Ərazi Idarəsinin mütəxəssis rəyindən görünür ki, 1. Göyçay rayonunun Xəlitli kəndində yerləşən, ************ reyestr nömrəli, ##.##.2024-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış 0.03 ha həyətyanı torpaq olan sahəsi ilə 408013078797 reystr nömrəli, ##.##.2024-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarışla cavabdeh1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.0253 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür. 2. ************ reyestr nömrəli, ##.##.2024-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış 0.03 ha həyətyanı torpaq olan sahəsinin 19 kv.metr (0.0019 ha) hissəsində cavabdeh2 tərəfindən dəmir hasar quraşdırıldığı mütəxəssis tərəfindən müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, baxış zamanı iddiaçı İddiaçı 0.0542 ha torpaq sahəsini, cavabdeh cavabdeh2 0.046 ha torpaq sahəsini naturada göstərmiş və faktiki istifadə etdiklərini bildirmişlər. Iddiaçı və cavabdehin torpaq sahələrindən faktiki istifadə vəziyyətinin sərhəddidə sxemdə göstərilmişdir. ##.##.2024-cü il tarixli, AN – İ № ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X6 tam mülkiyyət üzrə özünə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.45 ha olan torpaq sahəsinin 0.0253 ha hissəsini alıcı cavabdeh1 mülkiyyətinə vermişdir. Satıcı(lar) daşınmaz əmlakı 5000 manat 00 qəpik (beş min manat sıfır qəpik) qiymətinə satdı(lar), alıcı(lar) isə həmin qiymətə aldı(lar). Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ndə yerləşən 0.45 ha torpaq sahəsi ##.##.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində X6 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Azərbaycan Dövlət Su X11 X3 Xidməti Publik Hüquqi şəxs X2 Sistemlərinin Istismar Idarəsinin ##.##.2025-ci il tarixli ***/* nömrəli məktubundan görünür ki, ünvan 1 ərazisində yerləşən 0,0253 ha torpaq sahəsinin yanından keçən suvarma arxı ilə bağlı təqdim edilmiş müraciətə baxılmışdır. Müraciətdə göstərilən məsələ ilə əlaqədar olaraq əraziyə baxış keçirilmişdir. Baxış keçirilmiş ərazinin koordinatları 40 573867, 47.687613. Məlumat üçün bildiririk ki, suvarma arxlarının mühafizə zonaları və sahil mühafizə zolaqlarının ölçüləri, sərhədləri və istifadəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2000-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “ Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi ” qaydalarının 12-ci maddəsinə əsasən magistral və təsərrüfatlararası kanalların su mühafizə zonalarının minimum eni onların suburaxma qabiliyyətindən asılı olaraq 3 m3 /san-yə qədər olduqda 5 metr müəyyən edilmişdir. Ərazidən keçən Xəlitli suvarma arxının su buraxma qabiliyyəti 0.2 m3 /san olduğu üçün mühafizə zolağı 5 metrdir.
6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh cavabdeh1 nümayəndəsi cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh cavabdeh1 nümayəndəsi cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, mülkiyyətində olan 0,0253 ha torpaq sahəsini X6 notariat qaydada müqavilə bağlamaqla almış və həmin vaxt bölgü planı müqaviləsi də bağlamışlar. Torpaq sahəsinin bölgü planı müqaviləsi və sxemindən görünür torpaq sahəsinin üzərində yerləşən tikilinin divarından 4 metr 80 sm məsafədə torpaq sahəsi onun mülkiyyətinə aiddir. Məhkəmə digər cavabdehin vəsatətinə baxmayaraq həmin bölgü sxeminin əldə edilməsi üçün nə məhkəmə iclasını təxirə salmamış, nə də bölgü sxemini özü əldə etməmişdir. Mütəxəssis rəyi verilərkən həmin bölgü sxemi nəzərə alınmamış, hətta mütəxəssis məhkəmədə dindirilərkən ölçünü suvarma arxının kənarından götürdüyünü bildirmişdir. O, torpaq sahəsindən hazırda da bölgü sxeminə uyğun istifadə etməyinə baxmayaraq iddiaçının guya onun torpaq sahəsinin 40 kvm hissəsindən istifadə etdiyini bildirir, mütəxəssis isə 19 kvm torpağın cavabdeh cavabdeh2 istifadəsində olması barədə rəy verir. Göründüyü kimi nə o, nə də digər cavabdeh iddiaçının torpaq sahəsindən istifadə etmirlər. Məhkəmənin qeyd edilən maddi normaya istinad edib gəldiyi nəticə əsassızdır. lkiyyətçi qanunda və ya müqavilədə müəyyən e d i l ə n məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Iddiaçı öz mülkiyyətində olan torpaq sahəsi ilə bağlı iddia qaldıraraq onlar onun torpaq sahəsindən istifadə etmədikləri halda onlara qarşı əsassız iddia qaldıraraq 40 kvm torpaq sahəsini onlardan tələb edir. Göründüyü kimi iddiaçı öz mülkiyyət hüquqlarını həyata keçirərkən onun hüquqlarını pozur. Iş üzrə hazırlıq iclasları keçirilərkən cavabdeh cavabdeh2 onun mülkiyyətində olan torpaq sahəsinin sərhədində yerləşən suvarma arxının mühafizə zonaları ölçüsü barədə məlumat almaq üçün müvafiq orqanlara müraciət etmiş və cavabı almaq üçün vaxt lazım olduğundan hazırlıq iclasının təxirə salınmasını xahiş etsə də məhkəmə işi baxışa vermişdir. Məhkəmənin baxış iclasında digər cavabdehin vəkilinin işlə tanış olması üçün iclasın təxirə salınması barədə vəsatəti çox çətinliklə təmin olunmuş, lakin növbəti iclasda vəkilin bölgü planını almaq üçün müvafiq orqana müraciət etsələr də əldə etmək üçün vaxt lazım olduğundan məhkəmənin həmin sənədi almaq üçün sorğu göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Mütəxəssis rəyini mübahisələndirsələr də məhkəmə sübutları hərtərəfli və tam tədqiq etməmiş, sübutlara obyektiv və qərəzsiz qiymət verməmişdir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının bölgü sxeminə uyğun olmaması, ərazidən keçən Xəlitli suvarma arxının suburaxma qabiliyyəti 0.2 m3 /san olduğu üçün mühafizə zolağının 5 metr olması faktlarını aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsinin mübahisəli torpaq sahəsinin 19 kvm hissəsini qanunsuz istifadə etmələri halları işin həqiqi halları ilə təkzib olunur. Belə ki, onlar bölgü sxeminə uyğun torpaq sahələrindən istifadə edirlər. Məhkəmə bölgü sxeminin əldə olunması üçün onlara vaxt versəydi və ya özü əldə etsəydi bu halı araşdırar və tələbin əsassız olması barədə qərara gələrdi.
8. Ona görə də, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər cavabdeh2 və cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməməsini xahiş etdilər.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı İddiaçı məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyası: 29.3-cü maddəsinə əsasən Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 71.2-ci maddəsinə əsasən Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
13. Azərbaycan Respublikasının tərəfdar çıxdığı Insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası: * saylı Protokolunun 1-ci maddəsinə əsasən Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1 Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
15. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 84.1-ci maddəsinə əsasən Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.5-ci maddəsinə əsasən Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. "Insan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa Insan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun Isveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
21. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
22. Cavabdeh cavabdeh1 nümayəndəsi cavabdeh2 Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən ünvan 1ndə yerləşən 0.03 ha torpaq sahəsi ##.##.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Iddiaçı İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.03 ha həyətyanı torpaq olan sahəsinin 19 kv.metr (0.0019 ha) hissəsində cavabdeh2 tərəfindən dəmir hasar quraşdırılaraq istifadə olunur. Bu fakt öz əksini Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Ucar Ərazi Idarəsinin mütəxəssis rəyi və ** saylı Ucar Ərazi Idarəsinin nümayəndəsinin məhkəmə iclas zalında verdiyi izahatı ilə təsdiq olunur. Cavabdehlər iddiaçı İddiaçı iddia etdiyi torpaq sahəsinin onlara heç bir aidiyyəti olmadığını və onların torpaq sahəsinə dair çıxarışları olduğunu bildirsələr də, Azərbaycan Respublikası Mülki Məcəəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Eyni zamanda, Mülki qanunvericiliyin tələbinə görə mülkiyyətçi öz əmlakı üzərində sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir, mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 1ndə yerləşən 0.03 ha torpaq sahəsinin 0.0019 ha hissəsindən cavabdehlər cavabdeh2 və cavabdeh1 çıxarılmalı və dəmir hasar sökülərək zəbt olunmuş torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
25. Cavabdeh cavabdeh1 nümayəndəsi cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
26. Belə ki, cavabdeh apellyasiya şikayətində özlərinə məxsus torpaq sahəsindən istifadə etdiyini qeyd etsə də işdə olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Ucar Ərazi Idarəsinin mütəxəssis rəyindən görünür ki, 1. Göyçay rayonunun Xəlitli kəndində yerləşən, ************ reyestr nömrəli, ##.##.2024-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış 0.03 ha həyətyanı torpaq olan sahəsi ilə 408013078797 reystr nömrəli, ##.##.2024-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarışla cavabdeh1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.0253 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür. 2. ************ reyestr nömrəli, ##.##.2024-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış 0.03 ha həyətyanı torpaq olan sahəsinin 19 kv.metr (0.0019 ha) hissəsində cavabdeh2 tərəfindən dəmir hasar quraşdırıldığı mütəxəssis tərəfindən müəyyən edilmişdir.
27. Bundan başqa, birinci instansiya məhkəməsinin iclasında ** saylı Ucar Ərazi Idarəsinin nümayəndəsi X1 izahat verərək bildirmişdir ki, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış 0.03 ha həyətyanı torpaq olan sahəsinin 19 kv.metr (0.0019 ha) hissəsində cavabdeh2 tərəfindən dəmir hasar quraşdırıldığı tərəflərindən müəyyən edilmişdir.
28. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
29. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, cavabdeh cavabdeh1 nümayəndəsi cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh cavabdeh1 nümayəndəsi cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.