Məhkəmə qərarları › İş №e-2(3-10)-401/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-401/2026

21.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Şәki şәhәri İş № e-2(3-10)-401/2026 21.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahәsindәn çıxarılma” tәlәbinә dair mülki iş üzrә (Açar sözlər: iş üzrə icraata xitam, ləğv) Hakimlәr Musayev Taleh Valeh oğlu (sәdrlik edәn vә mәruzәçi), Mehdiyev Elçin Mәhәmmәd oğlu vә İsayev Elman Bәhruz oğlundan ibarәt tәrkibdә, Abdullayeva Aydan Paşa qızının katibliyi ilә, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahәsindәn çıxarılma” tәlәbinә dair mülki iş üzrә Şәki Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qәrardadından iddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәtә yazılı mәhkәmә icraatı qaydasında baxaraq mәhkәmә kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdeh Cavabdeh iddiaçının mülkiyyәtindә olan ünvan 1 ünvanda Yeni qaydalarla Çәlәbixan küçәsi 55 ünvanda yerlәşәn 0,0353 sot hәyәtyanı torpaq sahәsindәn tam çıxarılması vә hәmin torpaq sahәsinin tam ona geri qaytarılması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. İddia tәlәbi onunla әsaslandırılmışdır ki, AR ƏMDX Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri Publik Hüquqi şәxsi Hüquqların Dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın dövlәt reyestrindәn çıxarışa әsasәn Şәki şәhәri Çәlәbixan küçәsi ev 13 yeni qaydalarla ** saylı ev vә onun yerlәşdiyi 0,0353 ha torpaq sahәsi onun tam mülkiyyәti kimi Daşınmaz әmlakın dövlәt reystrindә *** nömrәli reystr kitabında 18-ci vәrәqindә qeyd edilmişdir. Cavabdeh onun gәlinidir. O, onun evindәn çıxarılması barәdә iddia qaldırmışdır. Mәhkәmә qәtnamәsi onun evindәn çıxarılması tәmin edilsә dә, o, hәyәtyanı torpaq sahәsindә ona mәxsus tikiliyә özbaşına daxil olaraq orada yaşamaqda davam edir. Hazırda o, mülkiyyәtindә olan torpaq sahәsindә inşa etdiyi tikilini boşaldaraq hәyәtyanı torpaq sahәsindәn çıxmasını tәlәb etsә dә, çıxmır. Bu tikili vә onun yerlәşdiyi torpaq sahәsi onun mülkiyyәtindәdir. Onun ona mәxsus tikilidә vә torpaq sahәsindә yaşamasını Şәki şәhәri Dәmirçibulağı mәhәllә nümayәndәsinin verdiyi arayış da tәsdiq edir. Cavabdehin iddiaçının mülkiyyәtindә olan torpaq sahәsinә tikiliyә heç bir hüququ yoxdur. Hәyәtyanı torpaq sahәsini özbaşına tutmuşdur. Şәki Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrәli qәrardadı ilә iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahәsindәn çıxarılma” tәlәbinә dair iş üzrә icraata xitam verilmәsi qәrara alınmışdır. İddiaçı İddiaçı hәmin qәrardaddan şikayәt verәrәk qәrardadın lәğv edilmәsini xahiş etmişdir. Şәki Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrәli qәrardadı ilә, şikayәtin tәmin olunmaması vә baxılması üçün işlә birlikdә Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Birinci instansiya mәhkәmәsi öz mövqeyini Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 261.0.2-ci maddәsinә, Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki vә Kommersiya kollegiyaları tәrәfindәn qәbul edilmiş “әqdә әsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda hәmin әqdin etibarlılığının mübahisәlәndirilmәsinin mümkünlüyünә dair qanunvericiliyin tәtbiqi mәsәlәlәri üzrә” ## #### 2022-ci il tarixli, **/**** nömrәli qәrardadının 40 vә 41-ci bәndlәrinә, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun C.İsmayılzadәnin şikayәti üzrә ## ###### 2007-ci il tarixli vә G.İsmayılzadәnin şikayәti üzrә ## ###### 2016-cı il tarixli qәrarlarına istinadla әsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a)Şikayətin dəlilləri Şikayәt onunla әsaslandırılmışdır ki, Şәki rayon mәhkәmәsi hakim K. Süleymanovun sәdrliyi ilә iddiaçı Əhmәdova Mәhәbbәt Hacı qızının mülkiyyәtindә olan hәyәtyanı torpaq sahәsindәn tam çıxarılması hәyәtyanı torpaq sahәsinin tam geri qaytarılması tәlәbinә dair iddiasına ##.##.2025 ci il tarixdә baxaraq iş üzrә icraata xitam verilmәsi barәdә qәrardad çıxarmışdır. Mәhkәmәnin bu qәradadından narazıdır vә lәğv edәrәk mahiyyәti üzrә baxılmasını mәhkәmәdәn xahiş etmişlәr. Mәhkәmә iş üzrә iddiaya mәhkәmәdә baxılmalı olmaması әsası ilә xitam verilmәsi barәdә qәrar vermişdir. Mәhkәmә iş üzrә qanuni qüvvәyә minmiş mәhkәmә qәrarın olmasını hesab edir. Halbuki, bu iş üzrә qanuni qüvvәyә minmiş mәhkәmә qәrarı yoxdur. Cavabdehin evdәn çıxarılması barәdә qanuni qüvvәyә minmiş mәhkәmә qәrarı vardır. Cavabdeh evdәn çıxaraq hәyәtdәki qeyri-yaşayış sahәsi olan tikiliyә girәrәk orada yaşamaqda davam edir. Mәhkәmә qәtnamәsi evdәn çıxarmaya dair olduğuna görә mәhkәmә icraçısı 0,0353 kv.m hәyәtyanı torpaq sahәsindәn çıxarmanı icra etmir. Bidirir ki, qәtnamә sırf evdәn çıxarma ilә bağlı olduğundan hәyәtyanı sahәsindәn, hәyәtyanı sahәdәn çıxarılaması qәtnamәdә göstәrilmәdiyindә icra zamanı hәmin sahәdәn çıxarmanı icra etmәyib. Qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsindә iddianın predmeti tam başqa hazırkı tәlәbdә tam başqadır. Mәhkәmәnin qәnaәtinә görә istәnilәn şәxs başqasının mülkiyyәtindә olan qeyri- yaşayış sahәsinә girib torpaq sahәsinә girib yaşaya bilәr. İddialarında mülkiyyәtçinin mülkiyyәt hüquqlarını kifayәt qәdәr әsaslandırmışlar. AR Konstitusiyanın 13 cü maddәsinә әsasәn mülkiyyәt toxunulmazdır vә dövlәt tәrәfindәn qorunur. Mәhkәmә iş üzrә xitam qәrarı çıxaranda torpaq, Mülki mәcәllәdә nәzәrdә tutulan hәmçinin vәtәndaşın konstitusion hüquqları olan mülkiyyәt hüquqlarına mәhәl qoymamışdır. İcra mәmuru bildirir ki, qәtnamәdә hәyәtyanı torpaq sahәsindәn çıxarma göstәrilmәyib mәhkәmә dә bildirir ki, evdәn çıxarma varsa hәyәtyanı torpaq sahәsindәn çıxarma da icra olunmalıdır. Lakin hәr bir halda vәtәndaşın qanunda nәzәrdә tutulan hüquqları pozulmamalıdır. Odur ki, Şәki Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qәrardadının lәğv edilmәsi vә mülki işin mahiyyәti üzrә baxılması barәdә qәrardad qәbul edilmәsini xahiş etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayәtә qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Mәhkәmәsi Mülki Prosessual Mәcәllәnin 397.2-ci maddәsinin tәlәbinә әsasәn qәrardaddan verilәn şikayәtә yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Kostitusiyasının; 60-cı maddәsinin İ bәndinә әsasәn hәr kәsin hüquq vә azadlıqlarının mәhkәmә müdafiәsinә tәminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 261.0.2-ci maddәsinә әsasәn eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa hakim iş üzrә icraata xitam verir. 372.7-ci maddәsinә görә, apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. 398.0.2-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib, işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vardır. 399-cu maddәsinә görә birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. 400-cü maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin bu Mәcәllәnin 402-ci maddәsindә nәzәrdә tutulmuş qәrardadlarından kassasiya şikayәti verilmәmişdirsә, hәmin qәrardadlar işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 10 gün sonra, qanunla şikayәt verilmәsi nәzәrdә tutulmayan qәrardadları isә çıxarıldığı andan qanuni qüvvәyә minir. 402.2-ci maddәsinin tәlәbinә görә apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının vә Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin mülki vә kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilmәsi haqqında; kassasiya şikayәtinin qaytarılması (kassasiya şikayәti kassasiya instansiyası mәhkәmәsinin şikayәtin qeyri-mümkünlüyü barәdә qәrarına әsasәn qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayәtinin verilmәsi müddәtinin bәrpasından imtina edilmәsi barәdә; iş üzrә icraata xitam verilmәsi barәdә; bu Mәcәllәnin 384.0.4-cü maddәsindә nәzәrdә tutulmuş işin aidiyyәti üzrә göndәrilmәsinә dair vә bu Mәcәllәnin 384.0.6-cı maddәsindә nәzәrdә tutulmuş apellyasiya şikayәtinin bu Mәcәllәnin tәlәblәrinә zidd olaraq icraata qәbul olunması әsası ilә icraata qәbul qәrardadının lәğv edilәrәk işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası mәhkәmәsinә qaytarılması haqqında vә birinci instansiya mәhkәmәlәrinin mәhkәmә aidiyyәti haqqında qәrardadlarından vә hәmin qәrardadlardan verilәn şikayәtin qaytarılması haqqında qәrardaddan kassasiya şikayәti verilә bilәr. Apellyasiya baxışının hədləri Şikayәtdәn görünür ki, apellyator Şәki Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrәli qәrardadının lәğv olunması vә mülki işin mahiyyәti üzrә baxılması barәdә qәrardad qәbul edilmәsini xahiş etmişdir. Ona görә kollegiya Şәki Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrәli qәrardadının tam hәcmdә yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya mәhkәmәsi şikayәti iş materialları ilә birlikdә әlaqәli şәkildә araşdıraraq hesab edir ki, şikayәt tәmin edilmәli, Şәki Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrәli qәrardadı lәğv edilәrәk iş mahiyyәti üzrә baxılması üçün Şәki Rayon Mәhkәmәsinә göndәrilmәlidir. Birinci instansiya mәhkәmәsi gәldiyi nәticәni onunla әsaslandırmışdır ki, hazırkı iş üzrә tәrәflәr vә әsaslar tamamilә eynidir. Predmetә gәldikdә isә iddia tәlәbi cavabdehin iddiaçıya mәxsus torpaq sahәsindәn çıxarılması olsa da әvvәlki iddia tәlәbi ilә eynilik tәşkil etmәsi mübahisәsizdir. Mәhkәmә qeyd etmişdir ki, tәrәflәr arasında belә bir iddia tәlәbinә artıq baxılmış vә mәhkәmә qәtnamәsi qәbul edilmişdir. Hәm әvvәlki mәhkәmә qәtnamәsindәn, hәm dә hazırkı iddia әrizәsindәn görünür ki, iddiaçının mәqsәdi cavabdehi ona mәxsus mülkdәn çıxarmaqdır. Belә bir mәhkәmә qәtnamәsi isә artıq mövcuddur. Mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi iş üzrә bu әsasla icraata xitam verilmәsi barәdә qәrardad qәbul edәrkәn düzgün nәticәyә gәlmәmişdir. Birinci instansiya mәhkәmәsi gәldiyi nәticә ilә maddi vә prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Belә ki, Azәrbaycan Respublikası Kostitusiyasının 60-cı maddәsinin İ bәndinә әsasәn hәr kәsin hüquq vә azadlıqlarının mәhkәmә müdafiәsinә tәminat verilir. Habelә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 4.1-ci maddәsinә әsasәn bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. Hәmin Mәcәllәnin 5.1-ci maddәsinә әsasәn hәr hansı fiziki vә yaxud hüquqi şәxs öz hüququnun vә ya qanunla qorunan mәnafeyinin müdafiәsi vә yaxud tәsdiqi üçün mәhkәmәyә müraciәt etdiyi hallarda mәhkәmәdә iş başlanır. Hәmin Mәcәllәnin 151.1-ci maddәsinә görә iddia әrizәsi bu Mәcәllәnin tәlәblәrinә riayәt edilmәklә verildikdә, onun mәhkәmә icraatı mümkündür. Hәmin Mәcәllәnin 261.0.2-ci maddәsinә әsasәn eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa hakim iş üzrә icraata xitam verir. Mәhkәmә kollegiyası işin müәyyәn edilmiş hallarına MPM-in tәlәblәri baxımından hüquqi qiymәt verәrәk hesab edir ki, birinci instansiya mәhkәmәsi öz qәrardadında iş üzrә icraata xitam verilmәsi barәdә yanlış qәnaәtә gәlmişdir. Belә ki, mәhkәmә eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsinin olmaması әsası ilә iş üzrә icraata xitam verilmәsi qәnaәtinә gәlsәdә, iş materialları ilә müәyyәn olunur ki, hazırkı iş üzrә tәrәflәr vә әsaslar eyni olsada, mübahisәnin predmeti fәrqlidir. Belә ki, iş materiallarında olan Şәki Rayon Mәhkәmәsinin ##.##.2017-ci il tarixli 2(075)- ****/**** saylı qәtnamәsindәn görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ünvan 2 ünvanında yerlәşәn fәrdi yaşayış evindәn çıxarılması tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt etmiş, mәhkәmәnin sözügedәn qәtnamәsi ilә iddia tәlәbi tәmin edilmişdir. İddiaçı İddiaçı hazırkı iddianı qaldırma sәbәbi kimi icra qurumu tәrәfindәn cavabdeh hәmin evdәn çıxarıldıqdan sonra onun yenidәn evin hәyәtindә olan yarımtikilidә yerlәşmәsi vә icra mәmurları icra sәnәdindә cavabdehin hәmin yarımtikilidәn çıxarılması göstәrilmәdiyindәn onu çıxarmaq istәmәdiklәrini göstәrmişdir. Mәhkәmә kollegiyası hesab edir ki, iddiaçı İddiaçı birinci iş üzrә iddia tәlәbi cavabdehin mülkiyyәtindә olan fәrdi yaşayış evindәn çıxarılması olmuş, hazırkı iddia tәlәbi isә cavabdehin mülkiyyәtindә olan ünvan 2 ünvanda, Yeni qaydalarla Çәlәbixan küçәsi, 55 ünvanda yerlәşәn 0,0353 ha hәyәtyanı torpaq sahәsindәn çıxarılması ilә bağlıdır. Kollegiya hesab edir ki, hazırkı halda mübahisәnin tәrәflәri eyni olsa da, predmeti fәrqlidir vә bu sәbәbdәn iş üzrә icraata xitam verilmәsi üçün әsaslar müәyyәn olunmur. Ona görә dә kollegiya hesab edir ki, Şәki Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, e-2(075)-2623/2026 saylı qәrardadı lәğv edilmәli vә iş mahiyyәti üzrә baxılması üçün Şәki Rayon Mәhkәmәsinә göndәrilmәlidir. Yuxarıda şәrh olunanlara әsasәn vә MPM-nin 152, 263-264, 267, 397-399, 400 vә 402- ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası Qərara aldı: İddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәt tәmin edilsin. Şәki Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrәli qәrardadı lәğv edilsin vә işә mahiyyәti üzrә baxılması üçün iş materialları Şәki Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir. Qәrardaddan şikayәt verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar