Məhkəmə qərarları › İş №e-2(3-10)-404/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-404/2026

11.06.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-404/2026 11.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 publik hüquqi şəxsi, “xxxx” publik hüquqi şəxsi və “xxxx” publik hüquqi şəxsinə qarşı “işə bərpa və maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “işə bərpa və maddi zərərin ödənilməsi” tələbi, qüvvə) Hakimlər X7 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə1 və cavabdeh cavabdeh1 X3 nümayəndələri X4 və X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 publik hüquqi şəxsi, “xxxx” publik hüquqi şəxsi və “xxxx” publik hüquqi şəxsinə qarşı “işə bərpa və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və onun nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 publik hüquqi şəxsi, “xxxx” publik hüquqi şəxsi və “xxxx” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxxx” publik hüquqi şəxsin direktoru Məcid Əliyev tərəfindən verilmiş onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ## ######## 2025-ci il tarixli əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi, onun cavabdeh1 phş-in X11 Şöbəsinin strelizasiya bölməsinin müdiri vəzifəsinə işə bərpa edilməyi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, həmçinin tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehlər cavabdeh1 publik hüquqi şəxsi, xxxx və “xxxx” publik hüquqi şəxsdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh1 phş-in X11 Şöbəsinin strelizasiya bölməsinin müdiri vəzifəsində işləmişdir. ## ######## 2025-ci il tarixdə qanunsuz olaraq onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəllənin 72ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Buna görə də o, işə bərpa, əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə Şəki * saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin cavabdehlərin nümayəndələri mediasiya prosesinə gəlmədiyindən ## ####### 2025-ci il tarixdə mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib etmişdir. Ona görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Halbuki, o, ##.##.2025-ci il tarixdə nümayəndə2 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Əri nümayəndə2 hazırda Xankəndi şəhərində işləməklə orada yaşayır. O da, yeni ailə həyatı qurduğundan 6 ay müddətinə ödənişsiz məzuniyyət almaq məcburiyyətində qalmışdır. Buna görə də o, ailə vəziyyətini nəzərə alaraq və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 128 və 129-cu maddələrini rəhbər tutaraq ona 6 ay müddətinə ödənişsiz məzuniyyətin verilməsi ilə bağlı ərizə ilə xxxx” publik hüquqi şəxsin direktoru Məcid Əliyevə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Kamran Musayev) iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 publik hüquqi şəxsi, “xxxx” publik hüquqi şəxsinə qarşı “işə bərpa və maddi zərər” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır:

4. Işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı İddiaçı cavabdeh1 publik hüquqi şəxsin X6 şöbəsinin Sterilizasiya bölməsinin bölmə müdiri vəzifəsində çalışmışdır. cavabdeh1 publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli **-*-**/*-*-****/**** saylı əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad edilmişdir. Cavabdeh cavabdeh1 publik hüquqi şəxsi iddiaçı İddiaçı işdən azad edilməsinin əsası kimi onun ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək və ##.##.2025-ci il tarixdə üzrsüz səbəbdən işdə olmaması ilə əsaslandırır. Iddiaçı isə bildirir ki, o, ailə həyatı qurması səbəbindən ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək işdə olmamış, ##.##.2025-ci il tarixdən işdə olmuş, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək öz hesabına məzuniyyət götürmək üçün ərizə ilə müraciət etmişdir. Qeyd edilməlidir ki, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur (Əmək Məcəlləsinin 72-ci maddəsi). Işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir (Məcəllənin 70-ci maddəsinin ç bəndi). Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və daxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət, kommersiya və vergi sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) bu Məcəllədə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək; g) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Işçinin Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Məhkəmə qeyd edir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. Işçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır. Işçinin heç bir üzrlü səbəb olmadan uzun müddət işə gəlməməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiq etmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il ## ######## və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il # ##### tarixli Qərarları) Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl hüquqa uyğun rəftar etmək öhdəliyi qoyur. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, işçinin əmək funksiyasının və vəzifələrinin icrası zamanı Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən kobud pozuntulara yol verməsi vəziyyətində işəgötürən əmək münasibətlərinə son qoymaq hüququna malikdir. Məhkəmə araşdırması zamanı iddiaçı işə gəlməməsinin səbəbi kimi toyunun olmasını, toya hazırlaşmasını göstərmişdir. Daha sonra ərizə yazaraq ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək toy hazırlığı səbəbindən işə gəlməməsinin üzrlü hesab edilməsini xahiş etmişdir. ##.##.2025-ci il tarixdə isə ərizə yazaraq ##.##.2025-ci il tarixində evinin şəhərdən kənarda yerləşdiyinə görə 1 saat gecikdiyini bildirmişdir. Iddiaçının ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək işdə olmamasına münasibətdə həm işəgötürən, həm də Şəki Səhiyyə Işçiləri X9 tərəfindən humanist yanaşılmış, lakin iddiaçı yenə də üzrsüz səbəbdən işdə olmamışdır. Iş materiallarında olan və iddiaçı tərəfindən cavabdeh cavabdeh1 publik hüquqi şəxsə ünvanlanan ərizə ödənişsiz məzuniyyətin verilməsi ilə bağlıdır ki, bununla bağlı əmək qanunvericiliyində müvafiq normalar qeyd edilmişdir. Beləliklə, göstərilənlərə, qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 publik hüquqi şəxsi, “xxxx” publik hüquqi şəxsi və “xxxx” publik hüquqi şəxsinə qarşı “işə bərpa və maddi zərərin ödənilməsi” tələbinə dair iddiası əsaslı olmadığından təmin edilməməlidir.

5. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 7, 44, 45, 47, 49, 68, 70, 72, 76, 130 və 300-cü maddələrinə istinadla əsaslandırmışdır.

6. Qətnamədən narazı qalan iddiaçı İddiaçı və onun nümayəndəsi nümayəndə2 apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı iltarixli, e-*(***)-****/**** saylı qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi öz qanunsuz və əsassız qətnaməsinin “Məhkəmənin mövqeyi” hissəsində qeyd etmişdir ki, “Işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı İddiaçı cavabdeh1 publik hüquqi şəxsin X6 şöbəsinin Sterilizasiya bölməsinin bölmə müdiri vəzifəsində çalışmışdır. cavabdeh1 publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli **-*-**/*-*-****/**** saylı əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad edilmişdir.” Həmçinin birinci instansiya məhkəməsi özqanunsuz və əsassız qətnaməsinin “Sübutların tədqiqi” hissəsində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası “xxxx” publik hüquqi şəxs cavabdeh1 X3 ## ######## 2025-ci il tarixli, **-*-**/*-*-****/**** saylı işdən azad olma haqqında əmrindən görünür ki, X2 Mərkəzin Doğum şöbəsinin Sterilizasiya bölməsində bölmə müdiri, ## ######## 2025-ci il tarixdən qanunvericilikdə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə, əmək vəzifələrini kobud şəkildə pozduğu üçün onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsini ç bəndinə əsasən xitam verilməsi və tutduğu vəzifədən azad edilməsi əmr edilmişdir.” Daha sonra isə işə baxan birinci instansiya məhkəməsi öz qanunsuz və əsassız qətnaməsinə mənimlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsini çbəndinə əsasən xitam verilməsinin qanuni və əsaslı olmasını əsaslandıraraq iddianı təmin etməmişdir. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını təhrif etmişdir. Belə ki, iş materiallarında onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsini ç bəndinə əsasən xitam verilməsi barədə əmr mövcud deyil. Belə ki, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəllənin 72-ci maddəsinin “a”bəndinə əsasən xitam verilmişdir və o bunu ayrıca ərizə şəkildə məhkəmənin nəzərinə çatdırmış və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsinin tam qanunsuz və əsassız olmasını bildirmişdir. Lakin birinci instansiya məhkəməsi işin faktiki hallarını təhrif edərək bu halları bilərəkdən gizlətmişdir. Halbuki, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəllənin 72-ci maddəsinin “a”bəndinə əsasən xitam verilmişdir. cavabdeh1 phş-in 01sentyabr 2025-ci il tarixli əmrindən göründüyü kimi iddiaçı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Halbuki, Azərbaycan Respublikası ƏməkMəcəllənin 72-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilə bilməz. Beləki, Azərbaycan Respublikası Əmək Məcəllənin 72-ci maddəsində işçi tərəfindənəmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmışdır. Halbuki, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində sadalanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində sadalanan hallardan biri də həmin maddənin “ç” bəndində qeyd olunan işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Göründüyü kimi işəgötürən tərəfindən əmək müqaviləsinə birtərəfli qaydada xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin müvafiq bəndinə istinad etməklə əmək müqaviləsinə xitam verə bilər. Əgər işəgötürən birtərəfli qaydada əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”bəndində qeyd edilən əsasla xitam verirsə onda işçi tərəfindən əmək vəzifəsinin kobud şəkildə pozulma əsaslarına uyğun olaraq həmçinin həmin pozuntunun Azərbaycan Respublikası Əmək Məcəllənin 72-ci maddəsinin hansı bəndinə uyğun olmasını qeyd edə bilər. Yəni əgər işçi özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişsə onda onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda) ilə xitam verilməlidir. Lakin göründüyü kimi onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə deyil, Azərbaycan Respublikası Əmək Məcəllənin 72-ci maddəsinin “a”bəndinə əsasən xitam verilmişdir ki, qeyd edilən maddə ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilməz. Göründüyü kimi cavabdeh1 phş-in ## ######## 2025-ci il tarixli əmri tamamilə qanunsuz və əsassızdır və həmin əmr Azərbaycan RespublikasıƏmək Məcəlləsinin kobud pozulması ilə verilmişdir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi mülki və prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozduğuna görə də Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-2(075)-2476/2025saylı qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

8. Odur ki, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 X3 nümayəndələri X4 və X1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 47-ci maddəsinin f) bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a, b və e bəndlərinə əsasən tərəflərdən birinin təşəbbüsü; əmək müqaviləsinin müddətinin qurtarması; tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar Əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Maddə 72: Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi; g) “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması. 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 130-cu maddəsinə əsasən: Işçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: a) həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə — uşaq dörd yaşına çatanadək; c) 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara — 14 təqvim gününədək; ç) orqanizmin funksiyalarının pozulması faizindən və səbəbindən asılı olmayaraq əlilliyi olan işçilərə — bir təqvim ayınadək; d) müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə — 14 təqvim gününədək; e) Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə — 14 təqvim gününədək; ə) insanın immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin əlilliyi olan uşağı olan işçilərə — 14 təqvim gününədək; f) doktoranturada (adyunkturada), təhsil alan işçilərə —1 təqvim ayınadək; g) ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə — 14 təqvim günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə — 7 təqvim günü; ğ) ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi iş yerindən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə — 14 təqvim gününədək; h) ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə — tibb müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; i) ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə – 7 təqvim gününədək; j) əsas iş yerində ezamiyyətə gedən işçiyə – əlavə iş yerində əsas iş yeri üzrə ezamiyyə müddətində; k) əlavə iş yerində ezamiyyətə gedən işçiyə – əsas iş yerində əlavə iş yeri üzrə ezamiyyə müddətində. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

20. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Iddiaçı Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, işdə olan Azərbaycan Respublikası “xxxx” publik hüquqi şəxs cavabdeh1 X3 X2 ünvanladığı ## ######## 2025-ci il tarixli, **-*-**/*-Y-***-*-***/**** saylı ödənişsiz məzuniyyətin verilməsi barədə ərizəyə cavab məktubundan görünür ki, Şəki Şəhəri Səhiyyə X14 Şurasının ##.##.2025-ci il tarixdə məsələ gündəliyə salınaraq baxılmış iclasın keçiriləcək günün vaxtı poçt vasitəsi ilə xəbərdarlıq edilsə də, o, iclasda iştirak etməmişdir. Onun iştirakı olmadan iclas keçirilmiş əmək intizamını kobud şəkildə pozduğuna görə barəsində Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən bağlanmış əmək müqaviləsinə xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. ##.##.2025-ci il tarixli, **-*-**/*-*-****/**** nömrəli əmrə əsasən onunla bağlanmış əmək müaviləsinə xitam verilmiş və tutduğu vəzifədən azad edilmişdir. Qeyd olunanlara əsasən və işdən azad olunduğuna görə ərizəsi qəbul edilməmiş və əsassız hesab edilmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, nümayəndə2 və X2 nikahı haqqında ##.##.2025-ci il tarixdə *** nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “Cumayzadə” soyadı verilmişdir. Azərbaycan Respublikası “xxxx” publik hüquqi şəxs cavabdeh1 X3 X2 ünvanladığı ## ######## 2025-ci il tarixli, **-*-**/*-***/**** saylı işdən azad edilmə ilə bağlı xəbərdarlıq məktubundan görünür ki, ##.##.2025-ci il tarixdən cavabdeh1 publik hüquqi şəxsin X6 şöbəsinin Sterilizasiya bölməsinin bölmə müdiri vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. ##.##.2025-ci il tarixli, MŞŞ/MT***/****-***** nömrəli nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyası ilə bağlı mediasiya xərci 60 manat (50 manat mediasiya xidmətinin göstərilməsinə görə haqq və 10 manat isə poçt, kargüzarlıq və digər cari xərclər) İddiaçı tərəfindən Şəki * saylı Mediasiya Təşkilatının hesabına ödənilmişdir. ##.##.2025-ci il tarixli aktdan görünür ki, X2 ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə qədər işə gəlməmişdir. ##.##.2025-ci il tarixli aktdan görünür ki, X2 ##.##.2025-ci il tarixdə işdə olmamışdır. ##.##.2025-ci il tarixli aktdan görünür ki, X2 ##.##.2025-ci il tarixdə işdə olmamışdır. Şəki Səhiyyə X14 Şurasının ##.##.2025-ci il tarixli ** nömrəli protokolundan görünür ki, İddiaçı Əmək Məcələsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Şəki Səhiyyə X14 Şurasının ##.##.2025-ci il tarixli ** nömrəli protokolundan görünür ki, İddiaçı ##.##.2025-ci il tarixdən işə çıxması, davamiyyət pozulduğu halda yenə müdiriyyətə xidməti məlumat verilməsi və haqqında müvafiq tədbir görülməsi qərara alınmışdır.

24. Iddiaçı İddiaçı və onun nümayəndəsi nümayəndə2 apellyasiya şikayətində əgər işçi özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişsə onda onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda) ilə xitam verilməli olduğu halda Azərbaycan Respublikası Əmək Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən xitam verildiyini qeyd etsə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəili əsassızdır.

25. Belə ki, işdə olan Azərbaycan Respublikası “xxxx” publik hüquqi şəxs cavabdeh1 X3 ## ######## 2025-ci il tarixli, **-*-**/*-*-****/**** saylı işdən azad olma haqqında əmrindən görünür ki, X2 Mərkəzin Doğum şöbəsinin Sterilizasiya bölməsində bölmə müdiri, ## ######## 2025-ci il tarixdən qanunvericilikdə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə, əmək vəzifələrini kobud şəkildə pozduğu üçün onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsini ç bəndinə əsasən xitam verilməsi və tutduğu vəzifədən azad edilməsi əmr edilmişdir.

26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

Iddiaçı İddiaçı və onun nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı və onun nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar