Məhkəmə qərarları › İş №e-2(3-10)-422/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-422/2026

09.06.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-422/2026 09.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X12 Aran Regional Təhsil Idarəsinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və Göyçay şəhər Nizami Gəncəvi adına * nömrəli tam orta ümumtəhsil məktəbi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əmrin ləğv edilməsi və əmək haqqının tutulması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Işçinin razılığı olmadan işlədiyi tam ştatın 0.5 ştat vahidinə endirilməsi, əmrin ləğvi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X12 Aran Regional Təhsil Idarəsinin nümayəndəsi X4, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay şəhər Nizami Gəncəvi adına * nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru X1 oğlunun iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X12 Aran Regional Təhsil Idarəsinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və Göyçay şəhər Nizami Gəncəvi adına * nömrəli tam orta ümumtəhsil məktəbi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əmrin ləğv edilməsi və əmək haqqının tutulması» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X12 Aran Regional Təhsil Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X12 Aran Regional Təhsil Idarəsinə qarşı «əmrin ləğv edilməsi və əmək haqqının tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X12 Aran Regional Təhsil Idarəsinin ##.##.2025- ci il tarixli əmrinin ləğv edilməsini, əmrin verildiyi tarixdən hazırki iş üzrə qətnamə qanuni qüvvəyə minib icra olunan dövrədək əmək haqqının 1.0 ştat vahidi həcmində hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1973-cü il tarixdə Göyçay şəhərində anadan olmuşdur. O, 1980–1990-cı illərdə Göyçay şəhəri Z. Bünyadov adına * nömrəli tam orta məktəbdə təhsil almış, daha sonra M. F. Axundov adına Rus Dili və Ədəbiyyatı Institutunun rus dili fakültəsini bitirmişdir. 2007–2008-ci illərdə Azərbaycan Müəllimlər Institutunun Mingəçevir filialında Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına yiyələnmişdir. Iddiaçı 2008-ci ildən Göyçay şəhəri Səməd Vurğun adına inteqrasiya təlimli internat tipli gimnaziyada Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışmış, daha sonra diaqnostik qiymətləndirmə və sertifikasiya imtahanlarında iştirak edərək müvafiq nəticələr əldə etmişdir. 2024-cü ilin mart ayında keçirilmiş müsabiqə əsasında Göyçay şəhəri Nizami Gəncəvi adına * nömrəli tam orta ümumtəhsil məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə 1,0 ştat vahidi ilə təyin olunmuşdur. Iddiaçının əmək fəaliyyəti dövründə onun barəsində intizam tənbeh tədbiri tətbiq edilməmiş, vəzifə uyğunluğu mübahisələndirilməmişdir. ##.##.2025-ci il tarixdə cavabdeh Mərkəzi Aran Regional Təhsil Idarəsi tərəfindən əmr verilərək iddiaçının tutduğu vəzifə üzrə ştat vahidi 1,0-dan 0,5-ə endirilmiş, əmək müqaviləsinə müvafiq dəyişiklik edilmişdir. Əmrdə əsas kimi Göyçay şəhəri * nömrəli tam orta ümumtəhsil məktəbinin 2025–2026-cı tədris ili üzrə tarifləşmə cədvəli və məktəb direktorunun əsaslandırması göstərilmişdir. Iddiaçı həmin dəyişikliklə razılaşmamış, dəyişiklik zamanı onun yazılı razılığının alınmadığını, alternativ vəzifə təklif edilmədiyini, əmək şəraitinin və əmək haqqının pisləşdirildiyini bildirmişdir. O, həmçinin hesab etmişdir ki, ştat vahidinin azaldılması Əmək Məcəlləsində nəzərdə tutulmuş ixtisar prosedurlarına əməl edilmədən həyata keçirilmiş, ayrı-seçkiliyə yol verilmiş və digər işçilərlə müqayisədə yalnız onun ştat vahidi azaldılmışdır. Eyni zamanda iddiaçı əmək haqqının bir hissəsinin ödənilmədiyini, daha sonra isə şikayətdən sonra həmin məbləğin köçürüldüyünü göstərmişdir. Iddiaçı hesab edir ki, əmək müqaviləsinin şərtləri onun razılığı olmadan dəyişdirildiyindən, ##.##.2025-ci il tarixli əmr qanunsuzdur və ləğv edilməlidir.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında iddiaçı İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, o, * nömrəli tam orta ümumi təhsil məktəbində Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. ##.##.2025-ci il tarixdə əmək haqqı kartına pul köçərkən görmüşdür ki, onun əmək haqqı 50% hesablanmışdır. Xəbərdarlıq və əsaslandırma təqdim edilmədən 1.0 ştat vahidi ilə olan iş yükü 0.5 ştat vahidinə endirilmişdir. O, əmək fəaliyyətinə 2008-ci il tarixində Göyçay şəhəri S.Vurğun adına Inteqrasiya təlimli internat tipli gimnaziyada Azərbaycan dili və ədəbiyyat müəlliməsi olaraq başlamışdır. X17 iştirak edib 46, sertifikasiya imtahanının test mərhələsində 46, müsahibələrdə isə 36 bal toplamışdır. Direktor müavinlərinin işə qəbul müsabiqəsində iştirak edib uğur qazanmış və 2024-cü ilin mart ayından Göyçay şəhəri N.Gəncəvi adına * nömrəli tam orta ümumi təhsil məktəbində 1.0 ştat vahidi təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə qəbul olunmuşdur. Işə başladığı gündən bu günə kimi 5-11-ci siniflər üzrə müavin olaraq tədris prosesinin təşkili, həyata keçirilməsi, şagirdlərin biliyinin qiymətləndirilməsi, bütün dərs cədvəllərinin hazırlanması, dərslərin əvəz olunması, müəllimlərin proqramları və digər pedaqoji proseslərin təşkili, məktəb sənədlərinin işlənilməsi və s. işləri vəzifə funksiyasına uyğun olaraq icra etmişdir. Əmək fəaliyyətinə başladığı müddətdən etibarən barəsində intizam tənbehi tətbiq edilməmişdir. Əmək Məcəlləsinə əsasən, işçinin ştat vahidinin və əmək haqqının azaldılması işçinin razılığı və ya əvvəlcədən yazılı xəbərdarlıq əsasında həyata keçirilməlidir. Lakin onun razılığı alınmamışdır. Bu səbəbdən yaranmış vəziyyətlə bağlı əmək müfəttişliyi tərəfindən araşdırma aparılmasını xahiş edir. Işinə məsuliyyətlə yanaşmış, iş rejimi və öhdəliklərini hər zaman yerinə yetirmiş və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

5. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X12 Aran Regional Təhsil Idarəsinin nümayəndəsi X5 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı fəaliyyət göstərdiyi Göyçay şəhəri Nizami Gəncəvi adına * nömrəli tam orta məktəbdə 2025-2026-cı tədris ilində sinif komplektlərinin sayı azalmış, 55dən 48-ə enmişdir. 2025-2026-cı tədris ili üzrə təsdiq edilmiş ştat cədvəlində 1,5 ştat vahidi təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsi nəzərdə tutulduğundan ##.##.2025-ci il tarixdə cavabdeh Mərkəzi Aran Regional Təhsil Idarəsi tərəfindən əmr verilərək iddiaçının tutduğu vəzifə üzrə ştat vahidi 1,0-dan 0,5-ə endirilmiş, əmək müqaviləsinə müvafiq dəyişiklik edilmişdir. Dəyişiklik edilməmişdən 1 ay öncə iddiaçıya xəbərdarlıq göndərilmişdir.

6. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Göyçay şəhər Nizami Gəncəvi adına * nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru X1 izahat verərək bildirmişdir ki, Göyçay şəhəri Nizami Gəncəvi adına * nömrəli tam orta məktəbdə 2025-2026cı tədris ilində sinif komplektlərinin sayı azalmış, 55-dən 48-ə enmişdir. 2025-2026-cı tədris ili üzrə təsdiq edilmiş ştat cədvəlində 1,5 ştat vahidi təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsi nəzərdə tutulduğundan onun tərəfindən iki müavinindən seçim edilərək, iddiaçının tutduğu vəzifə üzrə ştat vahidi 1,0-dan 0,5-ə endirilmiş, əmək müqaviləsinə Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən müvafiq dəyişiklik edilmişdir. Dəyişiklik edilməmişdən 1 ay öncə iddiaçıya xəbərdarlıq onun özü tərəfindən göndərilmişdir. Odur ki, iddia əsassızdır və təmin edilməməlidir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmyaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Yevlax Rayon Məhkəməsinin (hakim Aybəniz Babayeva) ##.##.2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X12 Aran Regional Təhsil Idarəsinin ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı əvvəlki 1.0 ştat vahidi üzrə vəzifəsinin bərpa edilməsi, iddiaçı İddiaçı ştat vahidinin azaldılması nəticəsində ona ödənilməmiş əmək haqqı ##.##.2025-ci il tarixdən 1.0 ştat vahidi üzrə vəzifəsi bərpa edilən günədək hesablanaraq Abdullayeva Vəfa Fərrux qızına ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iş materiallarında olan ##.##.2024-cü il tarixli əmək müqaviləsindən və əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı İddiaçı Göyçay şəhəri Nizami Gəncəvi adına * nömrəli tam orta ümumtəhsil məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə 1.0 (tam) ştat vahidi üzrə qəbul edilmiş və həmin vəzifə üzrə əmək funksiyasını icra etmişdir.

10. Məhkəmə həmçinin müəyyən etmişdir ki, ## ###### 2025-ci il tarixdə cavabdeh tərəfindən verilmiş əmrə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilərək onun vəzifəsi 1.0 ştat vahidindən 0.5 ştat vahidinə endirilmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

11. Məhkəmə hesab etmişdir ki, bu dəyişiklik əmək müqaviləsinin mühüm şərtlərindən biri olan əmək funksiyasının dəyişdirilməsidir. Əmək Məcəlləsinin 57.3-cü maddəsinin birbaşa tələbidir ki, əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir.

12. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında iddiaçının bu dəyişikliklə bağlı yazılı razılıq verdiyini təsdiq edən hər hansı sübut mövcud deyildir.

13. Eyni zamanda, iş materiallarında olan ##.##.2025-ci il tarixli məktubdan və ##.##.2025-ci il tarixli əmrdən görünür ki, iddiaçının ştat vahidinin azaldılması sinif komplektlərinin azalması ilə əsaslandırılmışdır. Lakin məhkəmə hesab edir ki, bu hal özözlüyündə konkret işçi ilə bağlanmış əmək müqaviləsinin birtərəfli qaydada dəyişdirilməsiüçün kifayət qədər hüquqi əsas təşkil etmir.

14. Belə ki, sinif komplektlərinin azalması məktəb üzrə ümumi vəziyyətlə bağlıdır və bu hal eyni vəzifədə çalışan bütün işçilərə münasibətdə eyni hüquqi nəticə doğurmalı olduğu halda, iş materiallarından görünür ki, məktəbdə eyni vəzifədə çalışan digər direktor müavini tam ştat vahidi üzrə fəaliyyətini davam etdirmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatdan da görünür ki, o, tədris prosesinin təşkili, dərs cədvəllərinin hazırlanması, müəllimlərin fəaliyyətinin koordinasiyası və digər vəzifə funksiyalarını əvvəlki qaydada icra etmiş, onun faktiki iş yükündə azalma baş verməmişdir. Bu hal cavabdeh tərəfindən təkzib edilməmişdir.

16. Məhkəmə bu nəticəyə gəlmişdir ki, iddiaçının əmək funksiyası dəyişmədiyi halda yalnız ştat vahidinin azaldılması formal xarakter daşıyır və əmək şəraitinin real dəyişməsi ilə əsaslandırılmır.

17. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə dəyişiklik edilərkən istinad edilən hüquq normalarının tətbiqi formal xarakter daşımış, həmin dəyişikliklər faktiki və hüquqi əsaslarla kifayət qədər əsaslandırılmamışdır.

18. Məhkəmə qeyd etmişdir ki, beləliklə, iş üzrə toplanmış sübutların məcmusu ilə müəyyən olunur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin şərtləri onun razılığı olmadan birtərəfli qaydada dəyişdirilmiş, nəticədə onun əmək hüquqları pozulmuşdur.

19. Məhkəmə həmçinin xüsusi olaraq vurğulamışdır ki, hazırki işdə ştat vahidlərinin azaldılmasının qeyri-bərabər və əsassız aparılması da iddiaçının hüquqlarının pozulmasını sübut edən müstəqil bir əsas kimi çıxış edir.

20. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1996-cı il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş nümunəvi ştat cədvəlinə əsasən, 30-dan çox sinif komplekti olan ümumtəhsil müəssisələrində hər əlavə 10 sinif üçün direktor müavini vəzifəsi üzrə 0.5 ştat vahidi nəzərdə tutulur. Iş materiallarından görünür ki, mübahisəyə mövzu olan məktəbdə sinif komplektlərinin sayı 55-dən 48-ə enmiş, bunun nəticəsində direktor müavinləri üzrə ümumi ştat vahidinin 2.0-dan 1.5-ə salınması qərara alınmışdır. Deməli, mövcud normativ bazaya uyğun olaraq məktəbdə iki direktor müavini üçün ümumilikdə 1.5 ştat vahidi nəzərdə tutulur.

21. Lakin cavabdeh tərəfindən bu 1.5 ştat vahidini iki direktor müavini arasında bərabər bölmək, yəni hər birinə 0.75 ştat vahidi vermək yolu seçilməmişdir. Bunun əvəzinə, digər direktor müavininin 1.0 tam ştat vahidi olduğu kimi saxlanılmış, iddiaçının ştat vahidi isə 1.0dan 0.5-ə endirilmişdir. Nəticədə 1.5 ştat vahidinin tamamı praktiki olaraq iddiaçının hesabına azaldılmış, digər direktor müavini isə heç bir dəyişikliyə məruz qalmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh bu cür qeyri-bərabər bölgünün hüquqi əsasını nə əmrdə, nə də məhkəmə prosesi zamanı izah edə bilmişdir.

22. Məhkəmə qeyd etmişdir ki, eyni vəziyyətdəki iki işçidən birinin ştatının tam saxlanılması, digərinin isə 50 faiz azaldılması buna hüquqi əsas göstərilmədən Konstitusiyanın 25-ci maddəsinin tətbiqini tələb edən fərqli rəftar qadağasının açıq-aşkar pozuntusudur. Cavabdeh bu qeyri-bərabərliyin heç bir obyektiv əsasını nə sənədlə, nə şifahi izahatla məhkəməyə təqdim edə bilməmişdir.

23. Hazırki işdə AIHM-in bu mövqeyi tam tətbiq olunur. Cavabdeh iddiaçının ştatını niyə azaltdığını, digər müavininkini isə niyə saxladığını heç bir ağlabatan hüquqi əsasla izah edə bilməmişdir. Əksinə, mövcud sübutlar göstərir ki, fərqli rəftar iddiaçının peşəkarlıq göstəricilərindən deyil, gizli qalan başqa amillərdən qaynaqlanır. Bu hal AIHM-in qadağan etdiyi, ağlabatan əsası olmayan fərqli rəftarın əlamətlərini özündə ehtiva edir. Beləliklə, AIHMin presedent hüququ baxımından da cavabdehin həyata keçirdiyi ştat azalması proseduru hüquqi cəhətdən etibarsız hesab edilməlidir.

24. Əmək Məcəlləsinin 46.1-ci maddəsinə əsasən əmək müqaviləsi tərəflərin razılaşdıqları şərtlər, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır.

25. Məhkəmə bu normanın tətbiqi baxımından xüsusi bir halı qeyd etməyi zəruri hesab edir. Cavabdehin verdiyi əmrdə hüquqi əsas kimi məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsi göstərilmişdir. Bu istinad daxili hüquqi ziddiyyətin yaranmasına səbəb olmuşdur.

26. Belə ki, Əmək Məcəlləsinin 46-cı maddəsinin özü tərəflərin qarşılıqlı razılığını əmr edici tələb kimi müəyyən edir. Lakin cavabdeh həmin tələbi yerinə yetirmədən, iddiaçının yazılı razılığını almadan əmr vermişdir. Beləliklə, cavabdeh öz hərəkətini əsaslandırmaq üçün seçdiyi normanın birinci şərtini özü pozmuşdur. Bu vəziyyət məntiqi ziddiyyət olmaqla yanaşı, məhkəmə tərəfindən hüquqi dəyərsizliyin müstəqil əsası kimi qəbul edilir. Əmək hüququnun doktrinası baxımından da qeyd etmək lazımdır ki, Əmək Məcəlləsinin 46-cı maddəsi işçinin müdafiəsinə yönəlmiş imperativ normadır, belə normalar işəgötürən tərəfindən öz xeyrinə dəyişdirilə bilməz.

27. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56.1-ci maddəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Cavabdeh məhkəmə prosesinin daha sonrakı mərhələsində bu maddəyə istinad etmişdir.

28. Məhkəmə bu arqumenti üç səviyyədə araşdırmışdır: Birinci - əmrin özündə Əmək Məcəlləsinin 56-cı maddəsinə deyil, həmin Məcəllənin 46cı maddəsinə istinad edilmişdir. Bu iki maddə bir-birini istisna edir, ona görə də məhkəmə prosesinin sonrakı mərhələsində fərqli hüquqi əsasa keçmək əmrin öz daxili məntiqi ilə ziddiyyət yaradır. Ikinci – Əmək Məcəlləsinin 56-cı maddəsinin tətbiqi üçün ardıcıl üç addımın yerinə yetirilməsi məcburidir — a) işçiyə ən azı 1 ay əvvəl yazılı bildiriş (bu tələb yerinə yetirilmişdir); b) işçi razılaşmadıqda ixtisasına uyğun alternativ iş təklifi (bu addım atılmamışdır); c) alternativ olmadıqda 70-ci maddənin «b» bəndi üzrə müqaviləyə xitam proseduru (bu da tətbiq edilməmişdir). Üçüncü - sinif sayının azalmasından irəli gələn iqtisadi məcburiyyət əgər mövcuddursa hər iki işçiyə eyni dərəcədə aiddir. Yalnız bir işçiyə tətbiq edilmiş bu tədbir Əmək Məcəlləsinin 56-cı maddəsinin arxasında dayanan iqtisadi əsasın seçici istifadəsini, yəni qanunun suiistifadəsini göstərir.

29. Məhkəmə qeyd etmişdir ki, yuxarıda göstərilən bütün müstəqil əsaslar Nazirlər Kabinetinin ## ### 1996-cı il tarixli ** nömrəli Qərarının tələbləri, Əmək Məcəlləsinin 78.1-ci maddəsinin peşəkarlıq üstünlüyü prinsipi, Konstitusiyanın 25-ci maddəsinin bərabərlik norması, Əmək Məcəlləsinin 16.1-ci maddəsinin ayrı-seçkilik qadağası, AIHM-in 14-cü maddə üzrə presedent hüququ, mütənasiblik prinsipi, habelə Konstitusiyanın 35-ci maddəsinin müqavilə azadlığı norması ilə Əmək Məcəlləsinin 46 və 56cı maddələrinin tələbləri hamısı eyni nəticəyə gəlib çıxır.

30. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən ştat vahidlərinin iki direktor müavini arasında bölünmə üsulu hüquqi cəhətdən əsassız, faktiki cəhətdən ədalətsiz və qanuna zidd olmuşdur. Əgər cavabdeh ümumi ştat azalmasını bərabər bölsəydi, iddiaçı 0.75 ştat vahidi alardı.

31. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli Qərarı «Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları»nı tənzimləyir. Həmin qərarda siniflərdə şagird sayının minimum və maksimum hədləri, paralel siniflərin açılması və bəzi hallarda siniflərin birləşdirilməsi qaydaları müəyyən edilmişdir.

32. Lakin qeyd olunan qərarda işçilərin əmək müqaviləsi şərtlərinin dəyişdirilməsinə, ştat vahidlərinin azaldılmasına və ya əmək münasibətlərinə müdaxilə edən hər hansı müddəa nəzərdə tutulmamışdır. Bu səbəbdən həmin normativ hüquqi akta istinad etməklə konkret işçi ilə bağlanmış əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi onun tətbiq dairəsindən kənara çıxmaq kimi qiymətləndirilməlidir.

33. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1996-cı il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş nümunəvi ştat cədvəlinə əsasən 30-dan çox sinif komplekti olan ümumtəhsil müəssisələrində hər əlavə 10 sinif üçün direktor müavini vəzifəsi üzrə 0,5 ştat vahidi nəzərdə tutulur.

34. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, mübahisə predmetinə aid olan məktəbdə 48 sinif komplekti mövcuddur. Bu göstəriciyə uyğun olaraq qeyd edilən normativ aktın tələblərinə əsasən həmin məktəbdə direktor müavinləri üzrə ən azı 1.5 ştat vahidi nəzərdə tutulmalıdır.

35. Lakin cavabdeh tərəfindən həmin normativ aktlara istinad edilsə də, faktiki olaraq iddiaçının ştat vahidi 1.0-dən 0.5-ə endirilmişdir ki, bu da istinad edilən normativ hüquqi aktın mahiyyətinə və tələblərinə ziddir. Məhkəmə hesab edir ki, istinad edilən normativ aktın düzgün tətbiq edilməməsi qəbul edilmiş inzibati aktın qanuniliyini şübhə altına alır.

36. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən verilmiş əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, eyni zamanda, iddiaçının əvvəlki 1.0 ştat vahidi üzrə vəzifəsi bərpa olunmalı və ştat vahidinin azaldılması nəticəsində ona ödənilməmiş əmək haqqı hesablanaraq ödənilməlidir.

37. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Rеspublikası Konstitusiyasının 25, 35, 60, 149-cu maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 16.1, 46.1, 54, 57.1, 57.2, 57.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1996-cı il tarixli ** nömrəli Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli Qərarına, Avropa Insan Hüquqları Məhkəməsinin X14rşı 2012-ci il, Schuler-Zgraggen Isveçrəyə qarşı işi üzrə 1993-cü il tarixli qərarlarına, Azərbaycan Respublikası MPM-nin 77.1, 14.2 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat:

a)Apellyasiya şikayətinin dəlilləri

38. Qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X12 Aran Regional Təhsil Idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir.

39. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı fəaliyyət göstərdiyi Göyçay şəhəri Nizami Gəncəvi adına * nömrəli tam orta məktəbdə 2025-2026-cı tədris ilində sinif komplektlərinin sayı azalmış, 55-dən 48-ə enmişdir. 2025-2026-cı tədris ili üzrə təsdiq edilmiş ştat cədvəlində 1,5 ştat vahidi təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsi nəzərdə tutulduğundan ##.##.2025-ci il tarixdə cavabdeh Mərkəzi Aran Regional Təhsil Idarəsi tərəfindən əmr verilərək iddiaçının tutduğu vəzifə üzrə ştat vahidi 1,0-dan 0,5-ə endirilmiş, əmək müqaviləsinə müvafiq dəyişiklik edilmişdir. Dəyişiklik edilməmişdən 1 ay öncə iddiaçıya xəbərdarlıq göndərilmişdir. Bu halı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Göyçay şəhər Nizami Gəncəvi adına * nömrəlitam orta ümumtəhsil məktəbinin direktoru X1 da qeyd edərək, Yevlax Rayon Məhkəməsində məhkəmə prosesi zamanı bildirmişdir ki, Göyçay şəhəri Nizami Gəncəvi adına * nömrəli tam orta məktəbdə 2025-2026cı tədris ilində sinif komplektlərinin sayı azalmış, 55-dən 48-ə enmişdir. 2025-2026-cı tədris ili üzrə təsdiq edilmiş ştat cədvəlində 1,5 ştat vahidi təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsi nəzərdə tutulduğundan onun tərəfindən iki müavinindən seçim edilərək, iddiaçının tutduğu vəzifə üzrə ştat vahidi 1,0-dan 0,5-ə endirilmiş, əmək müqaviləsinə Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən müvafiq dəyişiklik edilmişdir. Dəyişiklik edilməmişdən 1 ay öncə iddiaçıya xəbərdarlıq onun özü tərəfindən göndərilmişdir, odur ki, iddia əsassızdır və təmin edilməməlidir.

40. Göründüyü kimi birinci instansiya məhkəməsi qeyd edilən halları lazımi qaydada araşdırmadan və nəzərə almadan, tərəflərindən təqdim edilmiş sübutlara lazımi hüquqi qiymət vermədən yekun məhkəmə aktı çıxarmışdır. Məhkəmə bu mövqeyini onunla əsaslandırmışdır ki, əmək funksiyasında olan dəyişiklik əmək müqaviləsinin mühüm şərtlərindən biri olan əmək funksiyasının dəyişdirilməsidir. Əmək Məcəlləsinin 57.3-cü maddəsinin birbaşa tələbidir ki, əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Halbuki, Əmək məcəlləsinin tələblərinə əsasən ixtisarla bağlı müvafiq qaydada xəbərdarlıq edilməklə ştat vahidi azaldıla bilər, odur ki, iddiaçının ştat vahidinin azaldılması tam qanuni şəkildə yerinə yetirilmişdir.

41. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddiaçı İddiaçı “əmrin ləğv edilməsi və əmək haqqının tutulması” tələbinə dair irəli sürdüyü iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

43. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X12 Aran Regional Təhsil Idarəsinin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

44. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay şəhər Nizami Gəncəvi adına * nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru X1 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin əsaslı olduğunu bildirərək, məhkəmə kollegiyasından ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

45. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

46. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

47. Azərbaycan Respublikası Konstitusiyasının; 35-ci maddəsinin VI hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

48. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. 12-ci maddəsinin 1-ci bəndinin, “b” yarımbəndində həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur. 46-cı maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 57-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən işçinin əmək funksiyasının-əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. 57-ci maddəsinin 2-ci bəndinə əsasən əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X16 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. 57-ci maddəsinin 3-cü bəndinə əsasən əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir.

49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

50. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

52. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

53. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

56. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X12 Aran Regional Təhsil Idarəsi arasında ##.##.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Göyçay şəhəri Nizami Gəncəvi adına * nömrəli tam orta ümumtəhsil məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə 1.0 (tam) ştat vahidi üzrə işə qəbul edilmiş və həmin vəzifə üzrə əmək funksiyasını icra etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X12 Aran Regional Təhsil Idarəsinin ## ###### 2025-ci il tarixli əmri ilə iddiaçı İddiaçı vəzifəsi 1.0 ştat vahidindən 0.5 ştat vahidinə endirilmişdir. Lakin iddiaçının bununla bağlı razılığı alınmamış, cavabdeh tərəfindən iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinin şərtləri iddiaçının razılığı olmadan birtərəfli qaydada dəyişdirilmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfdən iddia tələbi qəbul edilməmişdir.

57. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmirlər.

58. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin Göyçay şəhəri Nizami Gəncəvi adına * nömrəli tam orta məktəbdə 2025-2026-cı tədris ilində sinif komplektlərinin sayının azalması, 55-dən 48-ə enməsi, 2025-2026-cı tədris ili üzrə təsdiq edilmiş ştat cədvəlində 1,5 ştat vahidi təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsi nəzərdə tutulduğundan ##.##.2025-ci il tarixdə cavabdeh Mərkəzi Aran Regional Təhsil Idarəsi tərəfindən əmr verilərək iddiaçının tutduğu vəzifə üzrə ştat vahidinin 1,0-dan 0,5-ə endirilməsi, əmək müqaviləsinə müvafiq dəyişikliyin edilməsi, dəyişiklik edilməmişdən 1 ay öncə iddiaçıya xəbərdarlıq göndərilməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı bəndinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir.

59. Həmin Məcəllənin 57-ci maddəsinin 3-cü bəndinə əsasən əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir.

60. Beləliklə Göyçay şəhəri Nizami Gəncəvi adına * nömrəli tam orta məktəbdə 2025- 2026-cı tədris ilində sinif komplektlərinin sayı azalmışdırsa belə, bunun üçün cavabdeh təşkilat tərəfindən iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə dəyişikliklərin edilməsi məsələsi müzakirə edilməli idi. Razılıq olduqda isə əmək müqaviləsinə dəyişikliklər aparıla, bundan sonra əmək müqaviləsindəki dəyişikliklər əmrlə rəsmiləşdirilə bilərdi. Yəni bunun üçün əmək müqaviləsində dəyişikliklər aparılmadan 1 ay öncə xəbərdarlıq göndərilməsi cavabdehin əmri ilə iddiaçının əmək funksiyasının dairəsinin azaldılmasına əsas verməmişdir.

61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Əmək Məcəlləsinin tələblərinə əsasən ixtisarla bağlı müvafiq qaydada xəbərdarlıq edilməklə ştat vahidinin azaldıla bilməsi, iddiaçının ştat vahidinin azaldılmasının tam qanuni şəkildə yerinə yetirilməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər.

62. Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinin tələbindən də müəyyən edildiyi kimi həmin norma iş yeri üzrə ştatın hisəvi deyil, tam ixtisarını ehtiva edir ki, bu halda əmək müqaviləsinin dəyişdirilməsi deyil, əmək münasibətlərinə ümumiyyətlə xitam verilməli olması nəzərdə tutulmuşdur.

63. Hazırkı vəziyyətdə isə iddiaçının fəaliyyət göstərdiyi işi üzrə ştatı ixtisar edilməmiş, iddiaçının əmək vəzifələri onun razılığı alınmadan 1.0 (tam) ştat vahidindən 0.5 ştat vahidinə endirilmişdir.

64. Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## ##### 2024-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, dövlətin sosial mahiyyəti digər amillərlə yanaşı, həm də vətəndaşların əmək sahəsində hüquqlarının həyata keçirilməsinin, o cümlədən sabit məşğulluğun təmin olunmasında ifadə olunur.

65. Nəzərə alınmalıdır ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur.

66. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## ####### tarixli Qərarı).

67. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X12 Aran Regional Təhsil Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X12 Aran Regional Təhsil Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X12 Aran Regional Təhsil Idarəsinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar