Məhkəmə qərarları › İş №e-2(3-10)-428/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-428/2026

06.08.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-428/2026 06.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmrin ləğv edilməsi” tələbi, qüvvə) Hakimlər X27 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Sirac oğlunun, cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay RMX PHŞ direktorunun ##.##.2025-ci il tarixli, **-*-**/*-*-****/**** nömrəli əmrinin ləğv edilməsi və ödənilmiş 60 manat mediasiya xərcinin cavabdeh Göyçay Rayon Mərkəzi X31 şəxsdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, fasiləsiz olaraq 27 ildir səhiyyə sahəsində fəaliyyət göstərir. xxxx PHŞ-nin Səhiyyə Xidmətlərinin Təşkili şöbəsinin stomatologiya bölməsində həkim-stomatoloq vəzifəsində çalışır. 2025-ci il ## ###### tarixində Göyçay RMX PHŞ-nin direktoru tərəfindən ona təqdim olunmuş bildirişə əsasən, guya TƏBIB tərəfindən aparılan islahatlarla əlaqədar olaraq tibb müəssisələrində stomatoloq ştatlarının və işçilərin sayının azaldılması nəzərdə tutulmuş və bu əsasla onunla bağlanmış əmək müqaviləsinə ## ###### 2026-cı il tarixdə xitam veriləcəyi bildirilmişdir. Bildirişdə xitamın Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə – işçilərin sayı və ya ştatları ixtisar edildikdə – əsaslandığı göstərilmişdir. Direktorun qəbulunda olduğu zaman ona bildirmişdir ki, ixtisar və ştat cədvəli TƏBIB tərəfindən təqdim olunmuş, mövcud 11 stomatoloq ştatından yalnız 2 stomatoloq saxlanılacaq, qalan 9 stomatoloqun əmək müqaviləsinə xitam veriləcəkdir. Lakin konkret olaraq hansı meyarlarla məhz həmin iki stomatoloqun saxlanıldığı barədə sual verdikdə, direktor tərəfindən yalnız “siyahı TƏBIB tərəfindən verilib” cavabı verilmiş, hər hansı hüquqi və ya peşəkar əsas açıqlanmamışdır. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edilərkən işdə saxlanılmağa üstünlük hüququ əmək məhsuldarlığına, ixtisas səviyyəsinə, peşə hazırlığına və iş stajına görə müəyyən edilməlidir. Mübahisəli halda isə bu meyarların tətbiq edildiyini sübut edən hər hansı sənəd, qiymətləndirmə cədvəli, müqayisəli rəy və ya əsaslandırılmış qərar mövcud deyildir. Eyni zamanda qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 78.2-ci və 79-cu maddələrinə şamil edilən işçilər mövcud olmadığından, işdə saxlanılacaq şəxslərin müəyyən edilməsi məhz 78.1-ci maddəyə uyğun aparılmalıdır. Lakin faktiki olaraq işdə saxlanılan iki stomatoloq nə müzakirəyə cəlb edilmiş, nə də onların saxlanılmasının hüquqi və obyektiv əsasları açıqlanmışdır. Bu isə ixtisar prosesinin şəffaf aparılmadığını və seçimin subyektiv xarakter daşıdığını göstərir. Bundan əlavə Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən ixtisar yalnız müvafiq Həmkarlar Ittifaqı orqanının yazılı və əsaslandırılmış razılığı ilə həyata keçirilə bilər. “X62” Azərbaycan Respublikası Qanununun 11 və 12-ci maddələrinə əsasən isə həmkarlar ittifaqları üzvlərinin əmək hüquqlarının müdafiəsini həyata keçirməli, işəgötürən isə onlarla qabaqcadan danışıqlar aparmalı və bütün işçilərin hüquqlarının qorunmasını təmin etməlidir. Lakin mövcud halda Həmkarlar Ittifaqının sədri yalnız 9 stomatoloqu – yəni ixtisara düşən şəxsləri – ##.##.2025-ci il tarixdə söhbətə dəvət etmiş, işdə saxlanılan iki stomatoloq isə prosesdən kənarda saxlanılmışdır. Həmkarlar Ittifaqının ##.##.2025-ci il tarixli iclasında da yalnız həmin 9 nəfər müzakirə olunmuş, digər iki stomatoloqun saxlanılmasının səbəbləri araşdırılmamışdır. Bu fakt ixtisar prosesinin ümumi işçi heyətinə münasibətdə bərabər aparılmadığını açıq şəkildə göstərir. Nəzərinizə çatdırıram ki, ixtisarla bağlı mübahisələndirilməyən iki stomatoloqdan nə staj, nə təcrübə, nə peşəkarlıq, nə də peşə hazırlığı səviyyəsinə görə geri qalmır. Əksinə 27 illik fasiləsiz əmək stajı, 26 il eyni müəssisədə çalışmış, 3 sertifikasiya imtahanını yüksək nəticələrlə verməyi, mütəmadi ixtisasartırma kurslarında iştirakı, eləcə də uzun illər ərzində ona həvalə edilmiş mühüm vəzifələri – hərbi çağırışçıların stomatoloji müayinəsi, tibbi arayış komissiyalarında iştirak, məktəbli uşaqların dispanser müayinələrinin aparılması – vicdanla və yüksək səviyyədə yerinə yetirməyi bunu açıq şəkildə sübut edir. Bununla yanaşı işdə saxlanılan həkimlərdən biri 62 yaşlı, digəri isə 40 yaşlı, ailə və sosial öhdəlikləri olmayan şəxslərdir. Bu isə ixtisar zamanı sosial ədalət və peşə meyarlarının deyil, naməlum və əsaslandırılmamış seçim aparıldığını göstərir. Beləliklə, Göyçay RMX PHŞ direktorunun ##.##.2025-ci il tarixli, **-*-**/*-*-****/**** nömrəli əmri Əmək Məcəlləsində təsbit edilmiş ayrı-seçkiliyin yolverilməzliyi prinsipini, habelə 70, 78 və 80-ci maddələrinin tələblərini pozmaqla qəbul edilmişdir və hüquqi qüvvəyə malik deyildir.

3. Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ibrahim Fəttahov) iddianın rədd edilməsi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Göyçay RMX PHŞ direktorunun ##.##.2025-ci il tarixli **-*-**/*-*-****/**** nömrəli əmrinin ləğv edilməsi və ödənilmiş 60 manat mediasiya xərcinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 78, 80-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli ** nömrəli qərarına, Avropa Insan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı ## #### 2007-ci il tarixli qərarına, "Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarına, "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli qərarına istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: E-məhkəmə sistemi çıxarışından görünür ki, İddiaçı Cavabdeh həkim stomotoloq kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Tibbi ərazi X57 X7 Cavabdehn struktur və ştat cədvəlinin təsdiq edilməsi haqqında ## ###### 2025-ci il tarixli 18-1/3-1- ****/**** nömrəli əmrdən görünür ki, 1. Cavabdeh X7 strukturu təsdiq edilsin (əlavə olunur). 2. Cavabdeh X7 ştat cədvəli təsdiq edilsin (əlavə olunur). 3. Cavabdeh X7 rəhbərinə tapşırılsın ki, struktur və ştat cədvəlinə uyğun olaraq 2 (iki) ay müddətində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işçilərlə əmək münasibətlərinin tənzimlənməsini həll edib qanunvericiliklə müəyyən edilmiş digər zəruri tədbirlərin icrasını təmin etsin. 4. Əmrlə bağlı sənədləşmə məsələlərinin icrası Insan resursları departamentinin rəhbəri Emin Xasıyevə tapşırılsın. 5. TƏBIB-in aidiyyəti struktur bölmələrinin və Cavabdeh X7 bu əmrlə tanış edilməsi müraciətlərlə iş departamentinin rəhbəri Ilham Hüseynov tərəfindən təmin edilsin. 6. TƏBIB-in ## #### 2025-ci il tarixli 18-1/3-1-1293/2025 tarixli struktur və ştat cədvəlinin təsdiq edilməsi haqqında əmri ləğv edilsin. Azərbaycan Respublikası Tibbi ərazi X57" X7 icraçı direktoru Vüqar Qurbanov tərəfindən təsdiq edilmiş “ xxxx ” X7 ##.##.2025-ci il tarixə ştat cədvəlindən görünür ki, stomotologiya bölməsinin müdiri vəzifəsi və həkim stomotoloqlar ştatları nəzərdə tutulmamışdır. Cavabdeh X7 yeni struktur və ştat cədvəlinin təsdiq edilməsi ilə bağlı əmək münasibətlərinin tənzimlənməsi haqqında ## ###### 2025-ci il tarixli 18-1-40/3-1- ****/**** nömrəli əmrindən görünür ki, TƏBIB-in müvafiq əmrinə uyğun olaraq təsdiq edilmiş struktur və ştat cədvəlinin tətbiqi ilə bağlı 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ”b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) və 56-cı maddəsinə uyğun olaraq ştatları ixtisar edilən və azalan, həmçinin əmək şəraitinin şərtləri dəyişdirilməsi nəzərdə tutulan (müsbət dəyişikliklər istisna olmaqla) işçilərə yazılı qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq edilsin. 2. Ixtisarı nəzərdə tutulan işçilərlə bağlı xəbərdarlıq müddəti bitdikdən sonra əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ikinci hissəsinin «b» bəndində nəzərdə tutulan əsasla (həmkarlar ittifaqının üzvü olan işçilərin əmək müqaviləsinə həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla) xitam verilsin. Əmək şəraitinin dəyişdirilməsi nəzərdə tutulan işçilərlə bağlı xəbərdarlıq müddəti (xəbərdarlıq edildikdən azı bir ay sonra) bitdikdən sonra yeni əmək şəraiti ilə işləməyə razılıq verməyən işçilərin başqa vəzifəyə keçirilməsi imkanlarına baxılsın, bu mümkün olmadığı halda isə əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam verilsin. 3. Bu əmrin 2 və 3-cü hissəsində nəzərdə tutulan şəxslərə həmin Məcəllənin 77-ci maddəsinin 4-cü bəndi üzrə müəyyən olunan hüquqları izah olunsun. 4. Yeni struktur və ştat cədvəli ilə bağlı dəyişikliklərin müvafiq altsistemlərə (ƏMAS, IRIS, SERP və s.) tətbiqi növbəti (2026-cı) ilin yanvar ayının sonunadək icra edilsin. 5. Əmrdən irəli gələn maliyyə məsələləri Maliyyə şöbəsinin müdiri Könül Əliyevaya, kadr məsələləri isə Insan resursları şöbəsinin müdiri Ülkər Kərimovaya tapşırılsın. 6. Əmrin aidiyyəti vəzifəli şəxslər, struktur bölmələrlə tanış edilməsi Ümumi şöbənin müdir vəzifəsini müvəqqəti icra edən Nərgiz Ömərova tərəfindən təmin edilsin. Cavabdeh publik hüquqi şəxs tərəfindən İddiaçı ünvanlanmış ## ###### 2025-ci il tarixli bildiriş xəbərdarlıqdan görünür ki, xxxx" X7 rəhbərliyi məlumat üçün bildirir ki, 'Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi” X7 müvafiq əmrinə əsasən "xxxx” X7 yeni strukturu və ştat cədvəli təsdiq edilmişdir. Yeni ştat cədvəlinə əsasən stomatologiya bölməsi üzrə ştatların ixtisarının aparılması zərurəti yaranmışdır.Təsdiq edilmiş yeni ştat cədvəlinə əsasən işçilərin sayı və ştatların ixtisarı ilə əlaqədar Cavabdeh X7 ##.##.2025-ci il tarixdə 18-1-40/3- *-****/**** nömrəli əmri verilmişdir Cavabdeh X7 direktoru Zahir Əliyev tərəfindən Göyçay rayon X39 Ittifaqı Şurasının sədri Anar Nurməmmədova ünvanlanmış ##.##.2025-ci il tarixli təqdimatdan görünür ki, Tibbi Ərazi X57”X7 müvafiq əmrinə əsasən Cavabdeh X7 yeni strukturu və ştat cədvəli təsdiq edilmişdir. Yeni ştat cədvəlinə əsasən stomatologiya bölməsi üzrə və sürücülər üzrə ştatların ixtisarının aparılması zərurəti yaranmışdır. Təsdiq edilmiş yeni ştat cədvəlinə əsasən işçilərin sayı və ştatların ixtisarı ilə əlaqədar Cavabdeh X7 ##.##.2025-ci il tarixdə 18-1- **/*-*-****/**** nömrəli əmri verilmişdir. (Əmr məktuba əlavə olunur) « Səhiyyə Xidmətlərinin Təşkili şöbəsinin Stomatologiya bölməsinin həkim stomatoloqları X1, X12ma, X8, X9, X5, X2, X13, X26, İddiaçı, Səhiyyə Xidmətlərinin Təşkili şöbəsinin Bığır kənd həkim məntəqəsinin sürücüsü X6, Inçə kənd həkim məntəqəsinin sürücüsü X3, Məlikkənd kənd həkim məpiteqəsinin sürücüsü X10, Yeniarx kənd həkim məntəqəsinin sürücüsü X47 və Dəstək xidmətləri şöbəsi Texniki dəstək bölməsinin sürücüsü X14 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayının azaldıqda və ya ştatlarının ixtisar olunması ilə əlaqədar əmək stajından asılı olaraq əmək müqavilələrinə xitam veriləcəyi barədə xəbərdarlıq olunmuşlar. (Xəbərdarlıqlar əlavə olunur) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən yuxanda adları göstərilən işçilərin işdən azad edilib-edilməməsinə münasibət bildirməyinizi xahiş edirik. Göyçay rayon X39 Ittifaqı Şurasının sədri Anar Nurməmmədovun ## ###### 2025-ci il tarixli ** nömrəli qərarından S/N: 012 Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı: Hakim - Ibrahim Fəttahov Məhkəmənin adı: Göyçay Rayon Məhkəməsi Sənədin elektron yüklənmə ünvanı: http://e-mehkeme.gov.az/signed/ShowEdoc?guid=37742381e69a48578148dae6694763c7 Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. edilmiş çıxarışdan görünür ki, Ştatların ixtisar edilməsi ilə bağlı işçilərin işdən azad edilməsi haqqında Göyçay RMX PHŞ tərəfindən # ###### 2025 ci ildə daxil olmuş 18-1- 40/2- ****/**** nömrəli məktubunu nəzərə alaraq, həmin ştat vahidləri üzrə çalışan aşağıda adları sadalanan Işçilər- X1 Nərgiz Fərruz qızı X8 Fərid Rüstəm oğlu X5 X2 X13 Teymuraz Mehman oğlu İddiaçı X6 X4 Müslüm Mövsüm oğlu X47 X11 ilə bağlanmış əmək müqavilələrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci, 78-ci və 79-cu maddələrinin tələblərinə əməl etməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə (işçilərin sayı və ştatları ixtisar edildikdə) əsasən ləğv edilməsinə etiraz edilmir. Göyçay rayon X39 X20 Heyətinin ##.##.2025-ci il tarixli ** nömrəli qərarından çıxarış Cavabdeh X7 direktoruna göndərilsin.

6. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Iddiaçı İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Belə ki, iş materiallarının və məhkəmə qətnaməsinin məzmununun təhlilindən görünür ki, birinci instansiya məhkəməsi mübahisəyə baxarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin bir sıra maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə səhv hüquqi nəticəyə gəlmişdir. Xüsusilə məhkəmə tərəfindən Əmək Məcəlləsinin 78.1- ci maddəsinin tələbləri faktiki olaraq tətbiq edilməmiş, həmin normanın məzmunu yalnız formal şəkildə göstərilmiş, lakin onun tətbiqi üçün zəruri olan hüquqi halların araşdırılması həyata keçirilməmişdir. Halbuki iş materiallrından aydın görünür ki, stomatologiya bölməsində əvvəl mövcud olmuş 11 stomatoloq ştatından yalnız 2 nəfərin saxlanılması, qalan 9 nəfərin isə ixtisar edilməsi nəzərdə tutulmuşdur və iddiaçı da həmin ixtisara düşən şəxslərdən biridir. Iddia ərizəsində də göstərildiyi kimi iddiaçı 27 illik fasiləsiz əmək stajına malik olmaqla uzun müddət eyni tibb müəssisəsində fəaliyyət göstərmiş, sertifikasiya imtahanlarından keçmiş və ixtisasartırma kurslarında iştirak etmişdir. Buna baxmayaraq işdə saxlanılan iki stomatoloqun hansı hüquqi və ya peşə meyarlarına əsasən seçilməsi barədə nə işəgötürən tərəfindən əsaslandırılmış qərar təqdim edilmiş, nə də məhkəmə bu məsələnin araşdırılması üçün hər hansı hüquqi qiymətləndirmə aparmışdır. Halbuki, belə vəziyyətdə məhkəmə işəgötürəndən konkret olaraq hansı meyarlar əsasında işçilərin seçildiyini, saxlanılan işçilərin peşə göstəricilərinin digər işçilərlə müqayisədə daha üstün olub-olmadığını tələb etməli və bu halları araşdırmalı idi. Məhkəmə isə bu halları araşdırmadan yalnız ştat cədvəlinin dəyişdirilməsi faktına istinad etməklə ixtisarın qanuni olması nəticəsinə gəlmişdir ki, bu da Əmək Məcəlləsinin 78.1-ci maddəsinin tətbiq edilməməsi və maddi hüquq normasının pozulması deməkdir. Eyni zamanda məhkəmə tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi də düzgün tətbiq edilməmişdir. Həmin normaya görə işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinə xitam verilə bilər. Lakin bu norma ixtisarın yalnız formal əsasını müəyyən edir və işçilərin hansı meyarlarla seçilməli olduğunu müəyyən etmir. Başqa sözlə, ştatın ixtisar olunması faktı özü-özlüyündə işçinin işdən azad edilməsini qanuni hesab etmək üçün kifayət etmir və ixtisar zamanı işçilərin seçimi mütləq qaydada Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinə uyğun aparılmalıdır. Birinci instansiya məhkəməsi isə bu iki norma arasında mövcud olan hüquqi əlaqəni nəzərə almamış, ştat cədvəlinin dəyişdirilməsi faktını əmək müqaviləsinə xitam verilməsi üçün kifayət hesab etmişdir. Bundan başqa məhkəmə tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin tətbiqi ilə bağlı məsələlər də lazımi qaydada araşdırılmamışdır. Həmin maddəyə görə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə işəgötürən tərəfindən yalnız həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilə bilər. Iş materiallarından görünür ki, həmkarlar ittifaqı yalnız ixtisara düşən işçilərlə bağlı məsələyə baxmış, lakin hansı işçilərin saxlanılması və hansı meyarlarla seçilməsi məsələsini araşdırmamışdır. Bu isə həmkarlar ittifaqının razılığının formal xarakter daşıdığını göstərir. Məhkəmə isə bu halı qiymətləndirmədən həmin razılığı əmək qanunvericiliyinin tələblərinə uyğun hesab etmişdir. Beləliklə, iş materiallarının və tərəflərin izahatlarının məzmunundan görünür ki, birinci instansiya məhkəməsi mübahisənin həlli üçün əhəmiyyət kəsb edən əsas hüquqi məsələləri – yəni ixtisar zamanı işçilərin hansı meyarlarla seçilməsi, saxlanılan işçilərin peşə göstəricilərinin digər işçilərlə müqayisədə üstün olub-olmaması və işəgötürənin bu seçimi hansı əsaslarla aparması məsələlərini araşdırmamışdır. Bunun nəticəsində məhkəmə Əmək Məcəlləsinin 78.1-ci maddəsinin tələblərini tətbiq etmədən və həmin normanın mahiyyətini nəzərə almadan iddianın rədd edilməsi barədə nəticəyə gəlmişdir ki, bu da maddi hüquq normasının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Bu səbəbdən məhkəmənin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş hesab olunmalı və həmin pozuntu iş üzrə qəbul edilmiş qətnamənin qanuniliyinə və əsaslılığına birbaşa təsir göstərən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78.1-ci maddəsinin məzmunundan açıq şəkildə görünür ki, ştatların ixtisarı zamanı işçilərin işdə saxlanılması məsələsi işəgötürənin sərbəst və subyektiv seçimi kimi deyil, qanunla müəyyən edilmiş obyektiv meyarlara əsasən həyata keçirilməlidir. Həmin normada birbaşa göstərilmişdir ki, müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın və peşəkarlıq səviyyəsinin daha yüksək olan işçilər işdə saxlanılır. Qanunverici tərəfindən “saxlanıla bilər” deyil, məhz “saxlanılır” ifadəsinin istifadə edilməsi bu normanın dispozitiv deyil, imperativ xarakter daşıdığını göstərir. Yəni işəgötürən ixtisar zamanı öz mülahizəsinə əsasən istənilən işçini seçmək hüququna malik deyil, əksinə peşəkarlıq səviyyəsi, ixtisası və peşə hazırlığı daha yüksək olan işçiləri mütləq qaydada işdə saxlamalıdır. Bu baxımdanixtisar prosesində işçilərin peşəkarlıq səviyyəsinin müqayisəli qaydada müəyyən edilməsi və daha yüksək göstəricilərə malik olan işçilərin saxlanılması işəgötürən üçün hüquq deyil, qanundan irəli gələn və icrası məcburi olan vəzifədir. Belə olan halda işəgötürən tərəfindən hansı işçilərin saxlanılması və hansılarının ixtisar edilməsi barədə qərar qəbul edilərkən işçilərin peşə hazırlığı səviyyəsi, ixtisasının artırılması, iş təcrübəsi və peşəkar göstəriciləri müqayisəli şəkildə araşdırılmalı və əsaslandırılmalıdır. Lakin iş üzrə təqdim edilmiş materiallardan görünür ki, belə bir müqayisəli qiymətləndirmə aparılmamış, saxlanılmış işçilərin məhz hansı meyarlarla digər işçilərdən üstün olduğu müəyyən edilməmişdir. Bu isə Əmək Məcəlləsinin 78.1-ci maddəsinin imperativ tələbinin pozulması və ixtisar prosesinin qanunun müəyyən etdiyi meyarlara uyğun aparılmaması deməkdir. Beləliklə, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinin, 78.1-ci və 80-ci maddələrinin tələblərini düzgün tətbiq etməmiş, ştat ixtisarı zamanı işçilərin hansı meyarlar əsasında seçildiyini, peşəkarlıq səviyyəsi daha yüksək olan işçilərin işdə saxlanılması prinsipinə əməl edilib edilmədiyini və həmkarlar ittifaqının razılığının qanunvericiliyin tələblərinə uyğun olubolmadığını araşdırmadan qətnamə qəbul etmişdir. Məhkəmə ixtisar zamanı işçilərin peşə göstəricilərinin müqayisəli qiymətləndirilməsini aparmadan və işəgötürənin bu seçimi hansı hüquqi əsaslarla etdiyini müəyyən etmədən iddianın rədd olunması nəticəsinə gəlmişdir. Halbuki, Əmək Məcəlləsinin 78.1-ci maddəsi imperativ xarakter daşımaqla peşəkarlıq səviyyəsi daha yüksək olan işçilərin mütləq qaydada işdə saxlanılmasını tələb edir və bu normanın tələblərinə əməl olunub-olunmamasıməhkəmə tərəfindən araşdırılmalı idi. Bu hallar araşdırılmadan və müvafiq maddi hüquq normaları düzgün tətbiq edilmədən qəbul edilmiş qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmış hesab edilməli və bu hal həmin qətnamənin ləğvi üçün müstəqil maddi hüquqi əsas təşkil edir. Hesab edir ki, qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edi lən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göyçay rayon Məhkəməsinin e-2(046)-2799/2025-nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən görünür ki, qətnamə, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlmir. Baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, qətnamədə göstərilən hallar işin materiallarına uyğun gəlmir.

8. Ona görə də, Göyçay Rayon Məhkəməsinin e-2(046)-2799/2025-nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini və iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmrinin ləğv edilməsi tələbinə dair iddiasınin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən etiraz verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək Göyçay Rayon Məhkəməsinin e-2(046)-2799/2025-nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil Sirac oğlu Göyçay Rayon Məhkəməsinin e-2(046)-2799/2025-nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin e-2(046)-2799/2025-nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 70-ci maddəsinin b) bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə edilə bilər. Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 2. bəndində işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsində qeyd edilmişdir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir.

14. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli ** nömrəli qərarı: məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

15. Avropa Insan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı ## #### 2007-ci il tarixli qərarı: konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

16. "Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarı: sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

17. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarı: sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli qərarı: məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

23. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

24. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

25. Iddiaçı İddiaçı Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, işdə olan Cavabdeh X7 yeni struktur və ştat cədvəlinin təsdiq edilməsi ilə bağlı əmək münasibətlərinin tənzimlənməsi haqqında ## ###### 2025-ci il tarixli 18-1-40/3-1- ****/**** nömrəli əmrindən görünür ki, TƏBIB-in müvafiq əmrinə uyğun olaraq təsdiq edilmiş struktur və ştat cədvəlinin tətbiqi ilə bağlı 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ”b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) və 56-cı maddəsinə uyğun olaraq ştatları ixtisar edilən və azalan, həmçinin əmək şəraitinin şərtləri dəyişdirilməsi nəzərdə tutulan (müsbət dəyişikliklər istisna olmaqla) işçilərə yazılı qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq edilsin. 2. Ixtisarı nəzərdə tutulan işçilərlə bağlı xəbərdarlıq müddəti bitdikdən sonra əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ikinci hissəsinin «b» bəndində nəzərdə tutulan əsasla (həmkarlar ittifaqının üzvü olan işçilərin əmək müqaviləsinə həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla) xitam verilsin. Əmək şəraitinin dəyişdirilməsi nəzərdə tutulan işçilərlə bağlı xəbərdarlıq müddəti (xəbərdarlıq edildikdən azı bir ay sonra) bitdikdən sonra yeni əmək şəraiti ilə işləməyə razılıq verməyən işçilərin başqa vəzifəyə keçirilməsi imkanlarına baxılsın, bu mümkün olmadığı halda isə əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam verilsin. 3. Bu əmrin 2 və 3-cü hissəsində nəzərdə tutulan şəxslərə həmin Məcəllənin 77-ci maddəsinin 4-cü bəndi üzrə müəyyən olunan hüquqları izah olunsun. 4. Yeni struktur və ştat cədvəli ilə bağlı dəyişikliklərin müvafiq altsistemlərə (ƏMAS, IRIS, SERP və s.) tətbiqi növbəti (2026-cı) ilin yanvar ayının sonunadək icra edilsin. 5. Əmrdən irəli gələn maliyyə məsələləri Maliyyə şöbəsinin müdiri Könül Əliyevaya, kadr məsələləri isə Insan resursları şöbəsinin müdiri Ülkər Kərimovaya tapşırılsın. 6. Əmrin aidiyyəti vəzifəli şəxslər, struktur bölmələrlə tanış edilməsi Ümumi şöbənin müdir vəzifəsini müvəqqəti icra edən Nərgiz Ömərova tərəfindən təmin edilsin. Işdə olan Cavabdeh publik hüquqi şəxs tərəfindən İddiaçı ünvanlanmış ## ###### 2025-ci il tarixli bildiriş xəbərdarlıqdan görünür ki, xxxx" X7 rəhbərliyi məlumat üçün bildirir ki, 'Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi” X7 müvafiq əmrinə əsasən "xxxx” X7 yeni strukturu və ştat cədvəli təsdiq edilmişdir. Yeni ştat cədvəlinə əsasən stomatologiya bölməsi üzrə ştatların ixtisarının aparılması zərurəti yaranmışdır.Təsdiq edilmiş yeni ştat cədvəlinə əsasən işçilərin sayı və ştatların ixtisarı ilə əlaqədar Cavabdeh X7 ##.##.2025-ci il tarixdə 18-1-40/3- *-****/**** nömrəli əmri verilmişdir Işdə olan “ xxxx ” X7 direktoru Zahir Əliyev tərəfindən Göyçay rayon X39 Ittifaqı Şurasının sədri Anar Nurməmmədova ünvanlanmış ##.##.2025-ci il tarixli təqdimatdan görünür ki, Tibbi Ərazi X57”X7 müvafiq əmrinə əsasən Cavabdeh X7 yeni strukturu və ştat cədvəli təsdiq edilmişdir. Yeni ştat cədvəlinə əsasən stomatologiya bölməsi üzrə və sürücülər üzrə ştatların ixtisarının aparılması zərurəti yaranmışdır. Təsdiq edilmiş yeni ştat cədvəlinə əsasən işçilərin sayı və ştatların ixtisarı ilə əlaqədar Cavabdeh X7 ##.##.2025-ci il tarixdə 18-1- **/*-*-****/**** nömrəli əmri verilmişdir. (Əmr məktuba əlavə olunur) « Səhiyyə Xidmətlərinin Təşkili şöbəsinin Stomatologiya bölməsinin həkim stomatoloqları X1, X12ma, X8, X9, X5, X2, X13, X26, İddiaçı, Səhiyyə Xidmətlərinin Təşkili şöbəsinin Bığır kənd həkim məntəqəsinin sürücüsü X6, Inçə kənd həkim məntəqəsinin sürücüsü X3, Məlikkənd kənd həkim məpiteqəsinin sürücüsü X10, Yeniarx kənd həkim məntəqəsinin sürücüsü X47 və Dəstək xidmətləri şöbəsi Texniki dəstək bölməsinin sürücüsü X14 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayının azaldıqda və ya ştatlarının ixtisar olunması ilə əlaqədar əmək stajından asılı olaraq əmək müqavilələrinə xitam veriləcəyi barədə xəbərdarlıq olunmuşlar. (Xəbərdarlıqlar əlavə olunur) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən yuxanda adları göstərilən işçilərin işdən azad edilib-edilməməsinə münasibət bildirməyinizi xahiş edirik. Işdə olan Göyçay rayon X39 Ittifaqı Şurasının sədri Anar Nurməmmədovun ## ###### 2025-ci il tarixli ** nömrəli qərarından S/N: 012 Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı: Hakim - Ibrahim Fəttahov Məhkəmənin adı: Göyçay Rayon Məhkəməsi Sənədin elektron yüklənmə ünvanı: http://emehkeme.gov.az/signed/ShowEdoc?guid=37742381e69a48578148dae6694763c7 Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. edilmiş çıxarışdan görünür ki, Ştatların ixtisar edilməsi ilə bağlı işçilərin işdən azad edilməsi haqqında Göyçay RMX PHŞ tərəfindən # ###### 2025 ci ildə daxil olmuş 18-1- 40/2- ****/**** nömrəli məktubunu nəzərə alaraq, həmin ştat vahidləri üzrə çalışan aşağıda adları sadalanan Işçilər- X1 Nərgiz Fərruz qızı X8 Fərid Rüstəm oğlu X5 X2 X13 Teymuraz Mehman oğlu İddiaçı X6 X4 Müslüm Mövsüm oğlu X47 X11 ilə bağlanmış əmək müqavilələrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci, 78-ci və 79-cu maddələrinin tələblərinə əməl etməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə (işçilərin sayı və ştatları ixtisar edildikdə) əsasən ləğv edilməsinə etiraz edilmir.

28. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

29. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia ərizəsində göstərilən dəlillərini təşkil edirdi və birinci instansiyası məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

31. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin.

Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar