Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-439/2026 06.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ilkin iddiaçı İddiaçı cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) cavabdeh2 və cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçılar (ilkin iddia üzrə cavabdehlər) cavabdeh2 və cavabdeh1 ilkin iddia üzrə iddiaçı İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh qismində cəlb edilmiş Qarşılıqlı iddia üzrə cavabdeh qarşı evin alınmasına və təmirinə çəkilmiş xərcin geri qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma tələbinə dair ilk, evin alınmasına və təmirinə çəkilmiş xərcin geri qaytarılmasına dair qarşılıqlı iddia tələbi, qüvvə) Hakimlər X11 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 və cavabdeh cavabdeh1 iştirakları ilə, Ilkin iddiaçı İddiaçı cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) cavabdeh2 və cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçılar (ilkin iddia üzrə cavabdehlər) cavabdeh2 və cavabdeh1 ilkin iddia üzrə iddiaçı İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh qismində cəlb edilmiş Qarşılıqlı iddia üzrə cavabdeh qarşı evin alınmasına və təmirinə çəkilmiş xərcin geri qaytarılması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2, cavabdeh, eyni zamanda digər cavabdeh cavabdeh2 nümayəndəsi cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Ilkin iddiaçı İddiaçı cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) cavabdeh2 və cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlərin ona məxsus Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, ** №-li evin * №-li mənzilindən məcburi qaydada çıxarılması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir . Ilkin iddiaçı İddiaçı nümayəndəsi, vəkil vəkil2 iddia tələbinin həcminin altırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 ilkin iddiaçıya məxsus Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, ** saylı evin * saylı mənzilindən məcburi qaydada çıxarılması, cavabdehlərdən müştərək qaydada hazırki vaxta kimi ödəməli olan əldə edə biləcəyi gəlir kimi 10340 manat məbləğində zərərin və eyni qaydada qətnamə icra olunan günə kimi əldə edə biləcəyi gəlirlərin alınıb ilkin iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) cavabdeh2 və cavabdeh1 ilkin iddiaçı İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh qismində cəlb edilmiş Qarşılıqlı iddia üzrə cavabdeh qarşı evin alınmasına və təmirinə çəkilmiş xərcin geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, ** №-li evin * №-li mənzilinin alınması üçün tərəflərindən çəkilmiş 47000 manat, mənzilin təmirinə çəkilmiş 15000 manat məbləğində xərcin alınıb onlara qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh1 və cavabdeh2 nümayəndəsi, vəkil vəkil1 qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi ** saylı evin * saylı mənzilinin alınması üçün təmsil etdiyi şəxs tərəfindən çəkilmiş 47000 manat pulun hazırki bazar dəyəri və indeksasiya məbləği olaraq 95000(doxsan beş min) manat, mənzilin təmirinə çəkilmiş 16115 manat məbləğində xərcin alınıb onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh1 və cavabdeh2 nümayəndəsi, vəkil vəkil1 qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi ** saylı evin * saylı mənzilinin alınması üçün təmsil etdiyi şəxs tərəfindən çəkilmiş 47000 manat pulun hazırki bazar dəyəri və indeksasiya məbləği olaraq 95000(doxsan beş min) manat, mənzilin təmirinə çəkilmiş 16115 manat məbləğində xərcin alınıb onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ilk iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 8 ünvanında yerləşən mənzil təmsil etdiyi şəxsə məxsusdur. Sözügedən mənzilin mülkiyyət sənədləri var. Bununla əlaqədar çıxarış alınmış və sözügedən mənzil tam olaraq mülkiyyətinə keçmiş, lakin təmsil etdiyi şəxs hazırda mənzildən istifadə edə bilmir. Cavabdehlər təmsil etdiyi şəxsə məxsus mənzildən istifadə etməyinə imkan vermirlər. Belə ki, cavabdehlər 2021-ci ilin mart ayında ondan icazəsiz həmin mənzilə köçmüşlər. Təmsil etdiyi şəxs dəfələrlə onlara ona məxsus evdən çıxmaları ilə əlaqədar məlumat versə də, heç bir nəticəsi olmamışdır. Sözügedən hadisə nəticəsində təmsil etdiyi şəxsə xeyli miqdarda ziyan dəymişdir. Cavabdehlərin sözügedən mənzil üzərində heç bir əşya hüquqları yoxdur, hətta qeydiyyatda belə deyillər. Onlar təmsil etdiyi şəxsə bu və ya digər formada maneələr yaratmaqla mükkiyyətindən lazımi qaydada istifadə etməyə imkan vermirlər. Mülkiyyət hüquqları cavabdehlər tərəfindən kobud surətdə pozulmuşdur. Cavabdehin təmsil etdiyi şəxsə məxsus mənzildən qanunsuz istifadəsi nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Bundan əlavə işə əlavə olunmuş mütəxəssis rəyində 2021-ci ildən 2025-ci ilə kimi aylıq kirayə haqlarının dəyəri yazılmışdır. 2021-ci il üçün 10 ay 170 manatdan 1700 manat, 2022-ci il üçün 12 ay 200 manatdan 2400 manat, 2023-cü il üçün 12 ay 220 manatdan 2640 manat, 2024-cü il üçün 12 ay 250 manatdan 3000 manat və 2025-ci il üçün 300 manatdan hələlik 600 manat olmaqla, cəmi 10340 manat təşkil edir. Bundan əlavə sözügedən məsələ davam etdiyi müddətdə cavabdehlərin evdən çıxmadığı təqdirdə sözügedən məbləğ aylar üzrə hesablanıb qətnamə çıxarılmalıdır. Cavabdehlərin niyyəti əsassız iddialar qaldırmaqla müddət uzatmaq və vicdansız sahib kimi evdən istifadə etməkdir. Qarşılıqlı iddia tam əasssızdır və heç bir hüquqi əsası yoxdur. ünvan 8 ünvanı İddiaçı tərəfindən onun vəsaiti ilə alınmışdır. Sözügedən mənzilə cavabdeh1 və ya cavabdeh2 heç bir aiddiyyatı olmamışdır. Mənzilin bütün pulu İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı mənzilin pulunu şahid1 göndərmiş və həmin mənzili almışdır. Mənzil əvvəl Ayşənin anası Qarşılıqlı iddia üzrə cavabdeh adına alınsa da, sonradan İddiaçı anası tərəfindən bağışlanmışdır. Mənzilin bütün pulu İddiaçı tərəfindən verilmiş, cavabdeh1, cavabdeh2 və ya Gülərin anası Nailə Hidayətovaya heç bir pul verməmiş və xərcləməmişlər. Bütün evin xərclərini Ayşənin pulu ilə olmuşdur. İddiaçı evi alarkən cavabdeh1la cavabdeh2 evli olmamışlar. Əgər evin pulunu Gülər və Nailə Hidayətova vermişlərsə, onda həmin evi hansı səbəbdən öz adlarına almamışlar. Bundan əlavə, ev Qarşılıqlı iddia üzrə cavabdeh adına olduğu vaxt əgər evin pulunu cavabdeh2 vermişdirsə, onlar həmin evin öz adlarına keçməsini tələb edərdilər və bu bağışlamada cavabdeh1 iştirak etməzdi. Bütün bunlar inandırıcı deyil. Bundan əlavə, cavabdeh1 heç bir evi olmamış və İddiaçı evi alanda heç bir ev satılmamışdır. Qarşılıqlı iddia ərizəsində göstərilən ünvan 2 İddiaçı atası şahid1 tərəfindən alınmış və Qarşılıqlı iddia üzrə cavabdeh mülkiyyətində olmuşdur. Həmin ünvan 2 ünvanı, sözügedən ünvan 8 ünvanından 2-3 ay sonra satılmışdır. ünvan 2 ünvanın pulu Talehə verilməsindən xəbəri yoxdur. N.ünvan 9 satılanda artıq İddiaçı məxsus olan ünvan 5 ünvanı alınmışdı. Bundan əlavə, iddiaçının bildirməsinə görə İddiaçı məxsus olan ünvan 2 ünvanı alınandan xeyli sonra cavabdeh1 nişanlanmış və həmin ev alınarkən Talehin cavabdeh2 ilə heç bir əlaqəsi olmamışdır. Əgər belə bir əlaqə olmuşdursa da, onun bundan xəbəri olmamışdır. Taleh evin alınmasından təxminən 6-7 ay sonra nikaha girmişdir. İddiaçı bu evliliyə narazı olması səbəbindən onların nikahında və toyunda iştirak etməmişdir. Bu nikahdan sonra İddiaçı cavabdehləri danışdırmamış və heç bir əlaqələri də olmamışdır. İddiaçı sözlərinə görə cavabdeh2 və cavabdeh1 ünvan 8-də yaşamalarından İddiaçı xəbəri olmamışdır. Onların həmin mənzildə yaşamasından yalnız Gülərin anası Nailə Məmmədovanın İddiaçı zəng vurması və onu təhqir eləməsindən sonra xəbəri olmuşdur. Xəbəri olan kimi İddiaçı ilkin iddia üzrə cavabdehləri öz mənzilindən çıxarması barədə məhkəməyə ərizə vermişdir. Bundan əlavə, İddiaçı cavabdeh2 və cavabdeh1 öz evində yaşamasına icazə verməmişdir. Onların mənzildə yaşamasına razılıq verməməsi ilə bərabər ümumiyyətlə mənzildə hər hansı təmir gedib-getməməsindən xəbərsizdir. Çünki pul İddiaçı məxsus olsa da, İddiaçı mənzilin pulunu atasına vermiş və evi onun əvəzinə atası almışdır. Mənzildə hər hansı təmirə İddiaçı mülkiyyətçi kimi icazə verməmişdir. Ona görə də qarşılıqlı iddianın heç bir hüquqi və ya məntiqi əsası yoxdur. Odur ki, məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əri cavabdeh1 bacısı, yəni onun baldızıdır. Əri cavabdeh1 ailənin yeganə oğlu olmaqla bərabər özündən başqa Aygün və Ayşən adlı 2 bacısı vardır. Onların hər ikisi ailə qurub Bakı şəhərinə köçmüşlər. cavabdeh1 ondan əvvəl Günay Nəsrəddinova adlı şəxslə nikahda olmuş və 2019-cu ilin fevral ayında məhkəmə qaydasında boşanmışlar. Bundan sonra o, cavabdeh1la nişanlanmış və evləndikdən sonra birgə yaşamaq üçün ev axtarmışlar. Belə ki, cavabdeh1 faktiki öz vəsaiti hesabına alınmış ünvan 7 ünvanda olan 2 otaqlı mənzili də satıb onlar üçün alınmalı olan mənzilin alınmasına xərcləmək istəyirdi. Aralarında nikah olmasa da, evlənməmişdən öncə, özləri üçün yaşayış evini əldə etmək istəyirdilər. Çünki hər ikisi işləyirdi və yetərincə qazancları vardı. 2019-cu ilin yayında Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, ** saylı evin * saylı 5 otaqlı mənzilinin ucuz qiymətə, 47000 manata satıldığını bilib onu almaq qərarına gəlmişlər. Həmin vaxt cavabdeh1 faktiki özünə məxsus olan ünvan 7 ünvanda olan 2 otaqlı evini satmaq istəyərkən böyük bacısı Aygün Məmmədova həmin evi almaq istədiyini, bunun üçün 30000 manatı pulu olduğunu bildirmiş və cavabdeh1 da həmin məbləğə mənzilini satmağa razı olmuşdur. Bu niyyətlə cavabdeh1 bacısı Aygün Məmmədova 30000 manat pul göndərmişdir. Evin çatışmayan 16000 manatını isə o, cavabdeh1la birlikdə ## #### 2019-cu ildə mənzil satın alınarkən mənzilin mülkiyyətçisi X4 vermişlər. Həmçinin mənzilin behi olaraq 1000 manat pulu da onun anası Nailə Hidayətova ödəmişdir. 47000 manata razılaşdıqları mənzilin 46000 manatını bank vasitəsilə ödəyib mənzili cavabdeh1 anası Qarşılıqlı iddia üzrə cavabdeh adına sənədləşdirmişlər. Bu niyyətlə belə etmişlər ki, cavabdeh1 nikahı yeni pozulmuşdu, keçmiş arvadı ilə mənzil mübahisəsi qalmasın. Mənzil tam təmirsiz olduğundan, cavabdeh1la razılaşıb bütün əmək haqqlarını evlənənə qədər ora sərf edərək oranı təmir etmişlər. Mənzilin alqı- satqısı ## #### 2019-cu ildə olmuşdur. Ancaq 1 ay sonra Talehin bacısı Aygün Məmmədova 2 otaqlı mənzili istəmədiyini bildirib pulunu geri istədiyindən, cavabdeh1 məcbur qalıb ünvan 6 ünvanda yerləşən əmlakı ## ######## 2019-cu il tarixdə dəyərindən aşağı qiymətə satıb, 30000 manatı ## ######## 2019-cu il tarixdə Orxan adlı şəxs vasitəsilə göndərmişdir. Daha sonra ünvan 8 ünvanında yerləşən mənzil Qarşılıqlı iddia üzrə cavabdeh adına olarakən cavabdeh1 bacısı Aygünün təklifi ilə Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, **/* saylı evin ** saylı mənzili də anasının adına olduğundan onun boşanma məsələləri tam qurtarana qədər həmin mənzilin İddiaçı adına keçirilməsinə razılaşmışlar. Həmin vaxt hələ ailə qurmadığından və bütün məsələləri cavabdeh1 həll etdiyindən müdaxilə edə bilməmişdir. ## ###### 2019-cu ildə İddiaçı cavabdeh1 onun adından notariatda iştirak etmək üçün etibarnamə vermiş və həmin etibarnamə əsasında Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, ** saylı evin * saylı mənzilini Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ## ###### 2019-cu ildə bağışlanmasında iştirak etmişdir. Həmin etibarnamədə müddət 1 il nəzərdə tutulmuşdu və cavabdeh1 işlərini yekunlaşdırdıqdan sonra evi öz adlarına qaytarmalı idi. Mənzilin Çıxarışının dövlət rüsumunu da cavabdeh1 ödəyib almış və hazırda da onlardadır. Hazırda isə onlara məlum olmuşdur ki, İddiaçı mənzili adına keçirəndən dərhal sonra həmin etibarnaməni ləğv etdirmiş və bu barədə onlara heç bir məlumat verməmişdir. ## #### 2020-ci il tarixdə onlar nikaha girsələr də, pandemiya başladığından, ## #### 2021-ci il tarixdə evlənə bilmişlər. Yalnız uşaqları olduqdan sonra uşağa şəxsiyyət vəsiqəsi tələb olunduqda yaşadıqları və öz vəsaitləri hesabına əldə etdikləri mənzili öz adlarına keçirtmək istədikdə, əvvəlcə sənəd göndərəcəyini bildirən İddiaçı sonradan bundan imtina edərək mənzili verməyəcəyini, haçan ürəyi istəyərsə, onda verəcəyini bildirmişdir. Buna səbəb isə onunla İddiaçı arasında olan şəxsi münaqişə olmuşdur. Həmin mənzilin alınmasına onlar 47000 manat, təmirinə isə 15000 manat vəsait xərcləmişlər. Odur ki, İddiaçı Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, ** №li evin * №-li mənzilinin alınması üçün tərəflərindən çəkilmiş 47000 manat, mənzilin təmirinə çəkilmiş 15000 manat məbləğində xərcin alınıb onlara qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
3. Mingəçevir Şəhər Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli, *(***)-**/**** nömrəli nömrəli qətnaməsi ilə (hakim Nemət Paşayev) ilkin iddia qismən təmin edilmiş, ilkin iddia üzrə cavabdehlər cavabdeh2 və cavabdeh1 902011000137-05101-****** reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında ilkin iddiaçı İddiaçı mülkiyyətində olan, ünvan 8 ünvanında yerləşən mənzildən çıxarılması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 11155 (on bir min yüz əlli beş) manat məbləğində pulun alınıb qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh2 və cavabdeh1 verilməsi, qarşılıqlı iddianın qalan hissədə və cavabdeh qismində cəlb edilmiş Qarşılıqlı iddia üzrə cavabdeh münasibətdə təmin edilməməsi, ilkin iddia üzrə cavabdehlər cavabdeh2 və cavabdeh1 902011000137-05101-****** reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında ilkin iddiaçı İddiaçı mülkiyyətində olan, ünvan 8 ünvanında yerləşən mənzildən çıxarılması ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 11155 manat məbləğində pulun alınıb qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh2 və cavabdeh1 verilməsinin eyni vaxtda icra olunması qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 152, 157, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci maddələrinə istinad etmişdir.
5. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2, cavabdeh, eyni zamanda digər cavabdeh cavabdeh2 nümayəndəsi cavabdeh1 аpellyаsiyа şikаyəti vermişlər.
Apellyasiya şikayətinin dəlilləri
6. Iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamədə iddia tələbindən kənaraçıxmalara diqqət etmək lazımdır. Belə ki, qətnamənin nəticə hissəsində göstərilənləri heç kim tələb etməyib. Belə ki, hansı səbəbdən qətnamənin nəticə hissəsində altından xətt çəkdiyi təmir xərcinin evdən çıxarma ilə eyni vaxtda icra olunmalıdır? Iş materillarında olan və hakimin qətnaməsində də istinad etdiyi Ali Məhkəmənin ##.##.2024 cü il tarixli *(***)-****/**** saylı qərarından da göründüyü kimi cavabdehlər əsassız iddialar qaldırmaqla mənzilin onlara əvvəldən də məxsus olmamasını bilmələrinə baxmayaraq mənzilin əsl sahibi olan İddiaçı razılığı və xəbəri olmadan təmir etmişlər. Hakim cavabdehlərin xəbəri olmamasını guya mənzil alınarkən ilkin olaraq Qarşılıqlı iddia üzrə cavabdeh adına olması kimi qiymət vermişdir. Lakin məhkəmə iclaslarında cavabdehlərin özlərinin izahatlarında və onun da onlara verdiyi sualların cavabında mənzilin bağışlanmasında cavabdeh1 şəxsən iştirak etməsi dəfələrlə bildirilmişdir. Belə olan halda onların tərəflərindən tələb olunmuş Mülki Məcəllənin 157-ci maddəsinin tələbinə uyğun olaraq kirayə haqqının ödənilməsi ən geci ##.##.2023- cü ildən iddiaçı tərəfindən məhkəməyə müraciət edildiyi vaxtdan hesablanmalı idi. Ali Məhkəmənin ##.##.2024 cü il tarixli *(***)-****/**** saylı qərarından da bildirildiyi kimi cavabdeh1 müqavilənin etibarsız sayılması barədə iddianı vermək üçün subyektiv hüququ olmayan şəxsdir və sözügedən iddia işi uzatmaq üçün bir vasitədir. Məhkəmələrin bu addımı çox gördüklərini bilirik və bunun hüquqdan sui-istifadə halı olmasını anlayırıq. Lakin hakimin bunu bilərəkdən qəsdən kirayə haqqının 2023-cü ilin aprel ayından deyil 2024-cü ilin noyabr ayından hesablaması haqsızlıqdır. Bundan əlavə sözügedən tələbi Mülki Məcəllənin 157.5-ci maddəsinə istinad edərək göstərir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansızsahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; --vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Hörmətli Kollegiya bu maddədə olan normalar görəsən tək mənim Mülki Məcəlləmdədir? Qanunvericiliyin özbaşına şərh edilməsi Konstitusiya Məhkəməsinin işini görmək deməkdir. Hörmətli kollegiya qanunvericiliyin tələbindən də göründüyü kimi məhkəmə sözügedən gəlirlərin verilməsini cavabdehin bildiyi tarixdən yəni ev bacısı olan İddiaçı bağışlandığı tarixdən hesablanmalıdır. Ən geci isə 157.5- ci maddədə deyildiyi kimi əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan hesablanmalıdır. Lakin hər hansı səbəbdən qanun səhv tövsif edilmişdir. Ona görə də iddia həmin hissədə iddiaçının xeyrinə ləğv edilməli və mənzil alındığı vaxtdan ekspert rəyinə uyğun olaraq hesablanma aparılmaqla sözügedən mənzilin cavabdehlər tərəfindən boşaldılmasına qədər məbləğ hesablanmalıdır Əsas məsələlərdən biri isə Mingəçevir Şəhər Məhkəməsi hər hansı səbəbdən onların kirayə haqqını qətnamə çıxdığı günə kimi hesablasa da qarşı tərəfin sözügedən mənzildə yaşamasına təmir xərclərinin ödənilməsi ilə eyni vaxtda icra olunmasını bildirmişdir. Bu tam ədalətsizlikdir... Belə ki, onun hüquqları onsuz da pozulmuş və cavabdehlər qəsdən evdən çıxmaq istəmirlər və işi əsassız olaraq uzadırlar. Əksinə məhkəmə onlara front açır, onun kirayə haqqını qətnamə çıxan tarixə kimi hesablasa da əsassız olaraq qarşı tərəfin iddia tələbindən kənara çıxmaqla hər iki tələbin eyni vaxtda icra olunmasını qoyur. Bu o deməkdir ki, İddiaçı evində bundan sonra cavabdehlə 2-3 il qalarsa pul verməyəcəklər. Əksinə isə cavabdehlər istədikləri qədər mənzildə qalıb, çıxanda isə uzun illərdir yaşadıqları və artıq köhnəlmiş və yararsız hala düşmüş təmirin xərcini alacaqlar. Burada ədalətdən söhbət gedə bilməz. Bundan əlavə cavabdeh1 və cavabdeh2 iddia verərək əvvəl 15000 manat təmir xərci tələb etsələr də çox maraqlı haldır ki, ekspert rəy verdikdən sonra həmin xərclədikləri pul 16115 manat oldu. Hörmətli Kollegiya şəxs öz xərclədiyi məbləği 15000 manat olmasını sübut edə bilmir və heç bir qəbz gətirmir və yalnız şifahi sözlərlə bunu bildirir. Ola bilər ki, dedikləri doğrudur və 15000 xərclədiyini iddia edir. Ekspert ümumi təmir xərcinin 16 min olmasını bildirən kimi onun xərclədiyi pul da artır. Əslində isə heç tələb olunan pulun yarısı belə evə xərclənməyib. Hakimisə bu məsələyə qiymət verərkən maksimum 15000 manatı təmir xərci kimi hesablaya bilərdi. Həmin məbləğdə isə köhnəlmə faizi çıxılmalı idi. Təmir elə bir şeydir ki, bir müddət sonra yenidən olunmalıdır. Lakin bunlar nəzərə alınmamışdır. Bundan əlavə qarşı tərəf əvvəldən mənzilin dəyərinin ödənilməsini tələb edirdilər və işi əsassız olaraq uzadırdılar. Lakin Ali Məhkəmənin ##.##.2024 cü il tarixli *(***)-****/**** saylı qərarından da göründüyü kimi həmin məsələyə artıq baxılmış və qərarda buna qiymət verilməklə bildirilmişdir ki, “Kollegiya Qarşılıqlı iddia üzrə cavabdeh həmin mənzili qızı İddiaçı bağışlayarkən hər ikisinin mənzilin ona, yəni iddiaçıya məxsus olması barədə dedikləri və mənzilin dəyərini tam şəkildə o və arvadı cavabdeh2 tərəfindən ödənilməsi barədə şikayətin dəlillərini də əsassız sayır.” Bu səbəbdən iddianın həmin hissəsi üzrə qanuni qüvvəsini almış məhkəmə qərarının olması səbəbindən müzakirə olunmasına ehtiyac yoxdur. Yuxarıda qeyd edilənlərlə Mingəçevir Şəhər Məhkəməsinin sözügedən qətnaməsinin tam olaraq əsassız olması, onun tərəfindən verilmiş iddianın əsaslı olması öz əksini tapır. Hakim tərəflərin təqdim etdiyi sübutlarla deyil, özünün qanunla əsaslanmayan iradəsi daxilində qətnamə çıxarmışdır. Bu isə qanunla qadağandır və işin faktiki hallarına da ziddir. Hakim MPM-nin tələblərindən kənara çıxaraq məhkəmə iclasında araşdırılmayan sübutlara əsaslanmış və tələbdən kənara çıxaraq tam olaraq qanunsuz qətnamə qəbul etmişdir.
7. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin tam ləğv edilməsini, ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə çıxaraılmasını xahiş etmişdir.
8. Cavabdeh, eyni zamanda digər cavabdeh cavabdeh2 nümayəndəsi cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdeh Qarşılıqlı iddia üzrə cavabdeh onun anasıdır. O, ailənin yeganə oğlu olmaqla bərabər valideynləriylə birgə Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi ** saylı evin, * saylı mənzilində yaşamışdır. Ondan başqa valideynlərinin Aygün və Ayşən adlı 2 qız övladları vardır. Onların hər ikisi ailə qurub Bakı şəhərinə köçmüşlər. O, Günay Nəsrəddinova ilə ##.##.2009 ilə nikaha girmişdir. Həmin şəxslə evli olduğu müddətdə Mingəçevir şəhəri N.Nərimanov küçəsi 19/1saylı evin ** saylı 2 otaqlı mənzilini anası Qarşılıqlı iddia üzrə cavabdeh adına satın alıb orada yaşayırdı. Ailə münasibətləri alınmadığından 2019-cu ilin fevral ayında məhkəmə qaydasında boşanmışlar. Nikahı pozulduqdan sonra həmin evi satmaq qərarına gəlmişdir. Çünki o, artıq cavabdeh2 ilə nişanlanmışdır. Ailə qurduqdan sonra birgə yaşamaq üçün o, cavabdeh2 ilə özlərinə mənzil axtarırdılar. 2019-cu ilin yayında Mingəçevir şəhəri Ü .Hacıbəyov küçəsi ** saylı evin * saylı 5 otaqlı mənzilin ucuz qiymətə satıldığını bilib onu almaq qərarına gəldi. Həmin vaxt faktiki ona məxsus olan ünvan 4 ünvanda olan 2 otaqlı evini satmaq istəyərkən böyük bacısı Aygün ona bildirdi ki, həmin evi almaq istəyir, onun 30000 manatı vardır, həmin məbləğə satmağa razı olusun, evin də anasının adında qalmasına etiraz etmir. Bu niyyətlə bacısı Aygün ona 30000 manat pul göndərdi. Evin çatışmayan 15000 manatıını nişanlısı cavabdeh2 vermişdir. Həmçinin mənzilin behi olaraq 500 manat pulu da cavabdeh2 anası ödəmiş idi. 46500 manata razılaşdıqları mənzilin 46000 manatını bank vasitəsilə o, ödəyib mənzili anası Qarşılıqlı iddia üzrə cavabdeh adına sənədləşdirmişdir. Bu niyyətlə belə edirlər ki, onun nikahı yenicə pozulmuşdu, keçmiş arvadıyla mənzil mübahisəsi qalmasın. Mənzil tam təmirsiz olduğundan nişanlısı (hazırda arvadı) cavabdeh2 ilə razılaşıb bütün əmək haqqlarını evlənənə qədər ora sərf edərək oranı təmir etmişdirlər. Mənzilin alqı- satqısı ## #### 2019-cu ildə olmuşdur. Ancaq 1 ay sonra bacısı Aygün Məmmədova evi istəmədiyini bildirib pulunu istədiyindən məcbur qalıb ünvan 3 ünvanda yerləşən əmlakı ## ######## 2019-cu ildə dəyərindən aşağı qiymətə 30000 manata satıb, ## ######## 2019-cu ildə bacısının iş yoldaşı Orxan vasitəsilə göndərmişdir. Mingəçevir şəhəri Ü.Hacıbəyov 76 sayl evin * saylı mənzilini anasının adına alarkən həmin vaxt anasının adına bir neçə ev və torpaq sahəsi olduğundan bacısı Aygünün təklifi ilə Mingəçevir şəhəri N.Nərimanov küçəsi **/* saylı evin ** saylı mənzilin bacısı Ayşənin adına keçirilməsini razılaşmışlar. Bu niyyətlə də ## ###### 2019-cu ildə bacısı İddiaçı ona onun adından notariatda iştirak etmək üçün etibarnamə vermiş və həmin etibarnamə əsasında Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi ** saylı evin * saylı mənzilini anası Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ## ###### 2019-cu ildə bağışlanmasında iştirak etmişdir. Həmin etibarnamədə müddət 1 il nəzərdə tutulmuşdu və o, işlərini yekunlaşdırdıqdan sonra öz adına keçirməli idi. Mənzilin Çxarışının dövlət rüsumunu da o, ödəyib almış və hazırda da ondadır. Sonradan ona məlum olmuşdur ki, İddiaçı mənzili adına keçirəndən dərhal sonra yəni 9 gündən sonra, həmin etibarnaməni ləğv elətdirmiş və bu barədə ona heç bir məlumat verməmişdir. Həmin mənzili lhamə Mirzəyevadan satın aldığı bir gündən o, həmin mənzildə yaşamağa başlamışdır. Çünki mənzildə yaşaya yaşaya təmir işlərinə başlamışdı. ## #### 2020-ci ildə o, cavabdeh2 ilə nikaha girsə də pandemiya başladığından toyları dayanmış, ## #### 2021-ci ildə evlənə bilmişlər. Evləndikdən sonra cavabdeh2 həmin mənzilə gəlin gəlmişdir. Ancaq həmin müddətə qədər cehiz olaraq alınmış kondisioner, mebellər həmin mənzilə yerləşdirilmişdir. Qeyd : ##.##.2020-ciil tarixli Madeyra mebeldən alınmış 175560№li fakturanı , ## #### 2020-ci il tarixli MinorElektroniksin təhvil-təslim aktını təqdim etmişdir. Yalnız övladları olduqdan sonra uşağa şəxsiyyət vəsiqəsi tələb olunduqda yaşadıqları və öz vəsaitləri hesabına əldə etdikləri mənzillərini öz adlarına keçirtmək istədikdə əvvəlcə sənəd göndərəcəyini bildirən bacısı Ayşən Məmməd sonradan bundan imtina edərək mənzillərini verməyəcəyini, haçan ürəyi istəyərsə onda verəcəyini bildirmişdir. Dəfələrlə anası Şərafət və bibisi Mənzər İddiaçı ona etibarnamə verməyə razı salmaq üçün onun Bakı ünvanına getmişlər. Ancaq İddiaçı buna razı olmayıb, anasına xitabən ev Talehə veriləcəyi təqdirdə özünü öldürəcəyini bildirmişdir. Buna səbəb isə cavabdeh2 ilə aralarında olan mübahisə olmuşdur. Onlar iddiaçı İddiaçı Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, ** saylı evin * saylı mənzilindən məcburi qaydada çıxarılmaqları, cavabdehlərdən müştərək qaydada hazırki vaxta kimi ödəməli olan əldə edə biləcəyi gəlir kimi 10340 manat məbləğində zərərin və eyni qaydada qətnamə icra olunan günə kimi əldə edə biləcəyi gəlirlərin alınıb ilkin iddiaçıya verilməsi barədə ilkin iddiaya qarşı İddiaçı və Qarşılıqlı iddia üzrə cavabdeh Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi ** saylıevin * saylı mənzilinin alınması üçün təmsil edən şəxs cavabdeh1 tərəfindən çəkilmiş 47000 manat pulun hazırki bazar dəyəri və indeksasiya məbləği olaraq 95000(doxsan beş min) manat, mənzilin təmirinə çəkilmiş 16115 manat məbləğində xərcin alınıb qaytarılmasına dair iddia qaldırmışlar. Ilk və qarşılıqlı iddianı qismən təmin edən məhkəmə kollegiyası hesab etmişdir ki, « Beləliklə, məhkəmə tərəflərin izahatlarının , şahid ifadələrinin və təqdim edilmiş digər sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Qarşılıqlı iddia üzrə cavabdeh cavabdeh1 və İddiaçı anasıdır. Mübahisə obyekti olan ünvan 1 ünvanında yerləşən mənzil Mingəçevir regional «Asan xidmət» Mərkəzi Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən ## #### 2019-cu il tarixdə təsdiq edilmiş *Ə-**** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X4 tərəfindən Qarşılıqlı iddia üzrə cavabdeh satılmış və onun mülkiyyət hüququ ## ###### 2019-cu il tarixdə 2019008776 nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd olunan mənzil Mingəçevir regional «Asan xidmət» Mərkəzi Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən ## ###### 2019-cu il tarixdə təsdiq edilmiş *Ə-**** nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən İddiaçı bağışlanmış və onun mülkiyyət hüququ ## ###### 2019-cu il tarixdə 2019009976 nömrəsi ilə qeydiyyata alınmışdır. Bağışlama müqaviləsi təsdiq olunarkən hədiyyə alan, yəni İddiaçı əvəzinə onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi cavabdeh1 çıxış etmişdir. Həmin mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2019- cu il tarixdə 2019009976 nömrə ilə qeydiyyata alınmışdır. Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) cavabdeh2 və cavabdeh1 isə mübahisəli mənzil üzərində heç bir əşya hüquqları qeydə alınmamışdır. Ona baxmayaraq, cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) hazırda da İddiaçı məxsus mənzildən istifadə etməklə bərabər, ona sahiblik edirlər. Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) tərəfindən mübahisəli mənzildə təmir-tikinti işləri aparılmışdır . Ilkin iddiaçı özünə məxsus mənzildən qarşılıqlı iddiaçların məcburi qaydada çıxarılması, həmçinin onlardan müştərək qaydada hazırki vaxta kimi əldə edə biləcəyi gəlir kimi 10340 manat zərərin və qətnamə icra olunan günə kimi əldə edə biləcəyi gəlirlərin alınmasını tələb edir. Qarşılıqlı iddiaçılar isə ilkin iddiaçıdan və cavabdeh qismində cəlb edilmiş mübahisəli mənzilin alınması üçün çəkilmiş 47000 manat pulun hazırki bazar dəyəri və indeksasiya məbləği olaraq 95000 (doxsan beş min) manat, mənzilin təmirinə çəkilmiş 16115 manat məbləğində xərcin alınmasını tələb edir.» (Qətnamənin 10-cı səhifəsi 1-ci abzas) Əvvəla həmin iş üzrə ilk iddia üzrə iddiaçı İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Qarşılıqlı iddia üzrə cavabdeh iştirak etməmişlər. Digər tərəfdən iddiaçının vəkili həmin mənzilin pulunun İddiaçı tərəfindən şahid1 ünvanlandığını bildirdiyindən məhkəmədə şahid1 və İddiaçı əri şahid2 şahid qismində dindirilməsi barədə vəsatət vermişdi. Vəsatəti məhkəmə tərəfindən təmin olunaraq həmin şəxslərin ünvanlarına dəfələrlə məhkəmə bildirişi ünvanlanmışdır. Ancaq, İddiaçı, Qarşılıqlı iddia üzrə cavabdeh , şahid1, Elşan Quliyev məhkəmə iclaslarında iştirak etməmişlər. Həmin vəsatəti məhkəməyə verərkən ona istinad edirdi ki, həmin şəxslər məhkəmə iclasında mübahisəli mənzilin alınmasına pul verdiklərini ona şəxsən bildirdikləri təqdirdə heç bir iddiası olmayacaqdır. Digər tərəfdən anası Qarşılıqlı iddia üzrə cavabdeh adından məhkəməyə ünvanlanmış ərizə ilə əlaqədar, anasının sərbəst yazılmış və bacısı Fəxriyyə Əliyeva təqdim etdiyi ərizəsini, həmçinin səs yazısını təqdim etmişdir. Səs yazısına isə məhkəmə iclasında dinlənilmə olmuşdur. Bundan sonra o, məhkəmə Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinin tələblərini pozaraq tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan səs yazısını, Ilhamə Mirzəyevanın izahatını nəzərə almamışdır. Digər tərəfdən o, həmin mənzilə alınan bir gündən yəni, anası Qarşılıqlı iddia üzrə cavabdeh adını qeydə alınan bir tarixdən köçmüşdür. Şərəfət Məmmədovanın adından həmin mənzil İddiaçı bağışlanarkən Qarşılıqlı iddia üzrə cavabdeh oğlu olaraq həmin mənzildən istifadə hüququ yaranmışdır. Məhkəmə isə həmin mənzildən o, cavabdeh1 çıxararkən hesab etmişdir ki, İddiaçı münasibətdə onun həmin mənzilə istifadə hüququ tanına bilməz, həmçinin mənzildə yaşamağı ilə əlaqədar kirayə haqqı ödəməlidir. Məhz bu səbəbdən onun 16155 manat təmir xərcindən 5000 manatı azaldaraq ##.##.2024-cü il tarixdən onun kirayə haqqı hesablamışdır. Halbuki, o, həmin mənzildə kirayəçi olaraq deyil, mənzilin dəyərini ödəmiş şəxs olaraq yaşamışdır. Qarşılıqlı iddia üzrə cavabdeh onların vəsaitləri hesabına əldə etdikləri mənzili qızı İddiaçı əvəzsiz bağışlamışdır. Işdəki sənədlərlə bu öz təsdiqi tapmışdır. Mənzilin satıcısı Ilhamə Mirzəyeva isə mənzilin dəyərinin 46000 manatını cavabdeh1 bank hesabına ödəməsi yolu ilə , 500 manatını beh olaraq cavabdeh2 və onun anası Nailə Hidayətova vasitəsilə aldığını təsdiq etmişdir. 2023-cü ilə qədər isə İddiaçı onlara qarşı mənzildən çıxarma tələbinə dair iddia qaldırmamışdır. Halbuki, İddiaçı nümayəndəsi həmin mənzilin Qarşılıqlı iddia üzrə cavabdeh adına satın alınarkən dəyərinin atası şahid1 göndərdiyini bildirmiş və Mingəçevir şəhəri N,Nərimanov küçəsi **/* saylıevin ** saylı mənzilin satılmasından əldə olunan pulla mübahisəli mənzilin satın alınmadığını göstərmişlir. Halbuki, bundan əvvəlki məhkəmə iclaslarında Mingəçevir şəhəri N.Nərimanov küçəsi **/* saylı evin ** saylı mənzilinin İddiaçı adına olan başqa bir mənzilin satışından əldə olunduğunu iddia etməklə N.Nərimanov küçəsi 19/1 mənzil ** saylı mənzilində faktiki İddiaçı məxsus olduğunu iddia edirdi. Bundan sonra onlar məhkəməyə ## #### 2025-ciiltarixli DƏDRX-nin məktubunu təqdim etmişdirlər. Həmin məktubla təsdiq olunurdu ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsi ** saylı evin ** saylı mənzili ##.##.2009-cu ildən X5 tərəfindən İddiaçı bağışlanmışdır. Həmin mənzil isə satılaraq 26.122013-cü ildə Bakı şəhəri Nəsimi rayonu H.Seyidzadə küçəsi **A saylı binanın ** saylı mənzili Qarşılıqlı iddia üzrə cavabdeh adına alınmışdır. Həmin mənzilisə ##.##.2019-cu ildə Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qızı Aygün Əhmədovaya bağışlanmışdır. Hesab edir ki, iddiaçı İddiaçı , Qarşılıqlı iddia üzrə cavabdeh, şahid2 və şahid1 məhkəmə iclaslarında iştirak etsəydilər bütün bu mübahisə bitərdi. Ən azı həmin şəxslər ona şəxsən bildirsəydilər ki, mübahisəli mənzilin alınmasına, təmirinə pul xərcləyiblər, o, məhkəmə mübahisəsini yekunlaşdıraraq iddiasından imtina edərdi. Hesab edir ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsində nəzərdə tutulan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir və 106.2-ci nəzərdə nəzərdə tutulan digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər normasını pozaraq, onun üzərinə əlavə yük qoyaraq sübutetmə yükünün onun üzərində olmasını göstərmişdir. Bununla da məhkəmə tərəfələrin bərabərliyi prinsipini pozaraq təqdim etdiyi sübutları çəkişmə prinsipinə uyğun olaraq araşdırmamış və nəticədə də ədalətli məhkəmə mühakimə aparmamışdır. Əlavə olaraq onu göstərir ki, şahid Ilhamə Mirzəyeva izahatında açıq şəkildə göstərmişdir ki, mənzilin alqı-satqısı zamanı Talehin atası və bacısı ilə heç bir əlaqəsi olmamış, onları ümumiyyətlə tanımamış və həmin şəxslər i şəxsən görməmişdir. Buna baxmayaraq, İddiaçı vəkili vəkil2 məhkəməyə bilərəkdən yalan məlumat verərək və heç bir sübut təqdim etmədən mənzilin guya Ayşən xanımın vəsaiti hesabına alındığını və alqı-satqı prosesini Ayşənin atası şahid1 həyata keçirdiyini bildirmişdir. Bu məlumatlar X8nin verdiyi ifadələrlə tam şəkildə təkzib olunur. Birinci instansiya məhkəməsi bu ziddiyyətli və mühüm halları araşdırmamış, şahidin ifadələri ilə qarşı tərəfin iddiaları arasında mövcud olan açıq uyğunsuzluğa hüquqi qiymət verməmişdir. Nəticədə məhkəmə bilərəkdən təqdim olunmuş yalan məlumatlar əsasında qərar qəbul etmişdir. Bu hal qarşı tərəfin məhkəməni aldatması, faktların təhrif edilməsi və mümkün dələduzluq əlamətlərinin mövcudluğunu açıq şəkildə göstərir. Mübahisə predmetini təşkil edən mənzil faktiki olaraq onun və həyat yoldaşının şəxsi vəsaiti hesabına alınmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iş üzrə təqdim olunmuş, eləcə də məhkəmə iclasında araşdırılmış mühüm sübutları lazımi qaydada qiymətləndirməmişdir ki, bu da onun mülkiyyət hüququnun və ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsinin iclası zamanı iş üzrə mühüm əhəmiyyət kəsb edən sübut — iddiaçının anasının səsi olan audiogöstəriş məhkəmə tərəfindən dinlənilmişdir. Həmin audiogöstərişdə mübahisəli mənzilə görə ödənişin məhz iddiaçı və onun həyat yoldaşı tərəfindən həyata keçirildiyi açıq şəkildə təsdiq olunur. Lakin məhkəmə qərarının əsaslandırıcı hissəsində bu sübuta dair heç bir hüquqi qiymətləndirmə aparılmamış, onun qəbul edilibedilməməsi və ya hansı səbəbdən nəzərə alınmadığı göstərilməmişdir. Bu hal məhkəmənin sübutları hərtərəfli, tam və obyektiv araşdırmaq vəzifəsinin pozulmasıdır.
9. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli,e- *(***)-**/**** saylı qətnaməsinin ilk və qarşılıqlı iddiaya münasibətdə qismən ləğv edməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Verilmiş apellyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı İddiaçı, cavabdehlər cavabdeh2 və Qarşılıqlı iddia üzrə cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
12. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin tam ləğv edilməsini, ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə çıxaraılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli,e- *(***)-**/**** saylı qətnaməsinin ilk və qarşılıqlı iddiaya münasibətdə qismən ləğv edməsini, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyası: 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin IV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 152–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
17. Azərbaycan Respublikası Ailə Məcəlləsi : 13 və 15–ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
23. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
24. Iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2, cavabdeh, eyni zamanda digər cavabdeh cavabdeh2 nümayəndəsi cavabdeh1 Mingəçevir Şəhər Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli, 2(051)-17/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ilkin iddiaçının ailə qanunvericiliyi əsasında cavabdehləri (qarşılıqlı iddia üzrə iddiaçıları) saxlamaq vəzifəsi müəyyən olunmadığından, cavabdehlərin (qarşılıqlı iddia üzrə iddiaçıların) mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli mənzilin mülkiyyətçisi ilə onların arasında müqavilə münasibəti mövcud olmadığından, onların ilkin iddiaçı ilə birlikdə mübahisəli mənzildə onun ailə üzvü kimi yaşamaq və yaxud özlərinin saxlanılmasını tələb etmək, həmçinin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmamışdır. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, ilkin iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüququ heç bir hüquqi əsas olmadan ilkin iddia üzrə cavabdehlər tərəfindən pozulmuşdur. Məhkəmə ilk iddia tələbinin cavabdehlərdən müştərək qaydada hazırki vaxta kimi ödəməli olan əldə edə biləcəyi gəlir kimi 10340 manat pulun və eyni qaydada qətnamə icra olunan günə kimi əldə edə biləcəyi gəlirlərin alınıb ilkin iddiaçıya verilməsi hissəsinə qiymət verərək, belə qənaətə gəlmişdir ki, ilkin iddiaçı mülkiyyətində olan mübahisəli mənzildən istifadə hüququ əsasında fayda götürə biləcəyi halda, həmin mənzil ilkin iddia üzrə cavabdehlərin istifadəsində və sahibliyindədir. Buna görə də ilkin iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də ilkin iddiaçının ilkin iddia üzrə cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Bununla yanaşı nəzərə alınmalıdır ki, ilkin iddia üzrə cavabdehlər alındığı vaxtdan mübahisəli mənzildə yaşamış və tərkib hissəsindən ondan təyinatına uyğun şəkildə istifadə etmişlər. Onlar mənzildən istifadə etməyə başladıqları ilk vaxtlar mübahisəli mənzil cavabdeh qismində cəlb edilmiş Qarşılıqlı iddia üzrə cavabdeh mülkiyyətində olmuşdur. Sonradan ilkin iddiaçı bağışlama müqaviləsi əsasında mənzil üzərində mülkiyyət hüququ əldə etmişdir. Ona baxmayaraq, qarşılıqlı iddiaçılar mübahisəli mənzildən etirazsız və fasiləsiz olaraq istifadə etmiş, hətta mənzildə əsaslı təmir işləri də aparmışlar. Həmin müddət ərzində ilkin iddiaçı onlara etiraz etməmişdir. Ona görə də qarşılıqlı iddiaçılar mənzildən istifadə etmələrinə heç kimin mane olmadığını güman etməklə yanaşı, həmin mənzilin yaxın qohumları tərəfindən onlara bağışlanacağına ümid etmişlər və onlara heç kimin mane olmayacağına əmin olmuşlar. Çünki ##.##.2023-cü il tarixədək ilkin iddiaçı tərəfindən onların mənzildən istifadə etmələrinə qarşı heç bir etiraz olmamış, daha doğrusu, iddiaçı cavabdehə qarşı dözümlülük nümayiş etdirərək susmuşdur. O səbəbdən də, həmin mənzildə təmir-bərpa işləri gördürməklə vəsait xərcləmişlər. Bu da onu deməyə əsas verir ki, qarşılıqlı iddiaçılar həmin vaxt mübahisəli mənzilə sahiblik edərkən vicdanlı olmuşlar. Sonradan tərəflər arasında məhkəmə mübahisələri yaranmışdır. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## ###### 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı cavabdeh1 cavabdehlər Qarşılıqlı iddia üzrə cavabdeh və İddiaçı qarşı Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi ** saylı evin * saylı mənzilinin bağışlanması müqaviləsinin etibarsız sayılması və mənzilin ona bağışlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli ## ##### 2024-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. cavabdeh1 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli ## ##### 2024-cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qərarına əsasən təmin edilməmişdir. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Göründüyü kimi qarşılıqlı iddiaçılar bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbini irəli sürərkən, mübahisəli mənzil üzərində mülkiyyət və ya digər əşya hüququ əldə edəcəklərinə ümid etmişlər, lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli qərarı ilə onların mübahisəli mənzil üzərində heç bir əşya hüquqlarının olmaması öz təsdiqini tapmışdır. Bununla belə qarşılıqlı iddiaçılar yenə də mübahisəli mənzilə sahibliyi davam etmişlər. Halbuki, ##.##.2024-cü il tarixdən sahibliklərinin qanunsuz olduğunu bilmişlər. Belə olan halda qarşılıqlı iddiaçıların mübahisəli həmin tarixdən etibarən mənzilə sahiblik etməkdə vicdansız sahib olmuşlar. Göründüyü kimi qarşılıqlı iddiaçıların, yəni Ilkin iddia üzrə cavabdehlərin ##.##.2024-cü il tarixədək mübahisəli mənzilə sahiblik etməkdə vicdanlı, lakin ondan, yəni sahibliyinin qanunsuz olduğunu bildiyi vaxtdan sonra vicdansız sahib olmuşlar. Ona görə də ilkin iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən hazırkı qətnamənin çıxarıldığı ##.##.2025-ci il tarixədək olan müddət ərzində mübahisəli mənzilin ilkin iddia üzrə cavabdehlərdə olması ilə bağlı götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb hüququ yaranmışdır. Belə olan halda ilkin iddiaçının kirayə haqqı tələbi qismən əsaslıdır. Məhkəmə, həmçinin kirayə haqqının məbləği ilə bağlı qeyd etmişdir ki, ## ######## 2025- ci il tarixli **/**-***/** nömrəli mütəxəssis rəyi işdə olan digər sübutlarla təkzib edilmədiyindən, məhkəmə mütəxəssis rəyini sübut növü kimi qəbul etdiyindən, 2024-cü ilin noyabr və dekabr aylarının kirayə haqqı, aylıq kirayə dəyəri 300 manat hesablanmaqla, 600 manat, 2025-ci ilin yanvar ayından hazırki qətnamə çıxarılan 2025-ci ilin dekabr ayınadək olan 11 ayın kirayə haqqı, aylıq kirayə dəyəri 400 manat hesablanmaqla, 4400 manat, ümumi kirayə haqqı 5000 manat təşkil edir. Göründüyü kimi ilkin iddiaçı ##.##.2024-cü il tarixdən hazırkı qətnamənin çıxarıldığı ##.##.2025-ci il tarixədək mənzilin ilkin iddia üzrə cavabdehlərdə olması ilə bağlı 5.000 manat məbləğdə maddi zərərə məruz qalmışdır. Məhkəmə hesab etmişdir ki, kirayə haqqı şəklində maddi zərər ilkin iddiaçının tələb etdiyi miqdarda deyil, məhkəmə iclası zamanı işin faktiki halları ilə müəyyən olunan miqdarda, yəni 5000 manat məbləğində təmin edilməlidir. Bununla yanaşı, məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia tələbi qismən əsaslıdır. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin hazırda qüvvədə olan e-*(***)-****/**** nömrəli ## ###### 2023-cü il tarixli qətnaməsində mübahisəli mənzilin alqı-satqısı zamanı satış pulunun kim tərəfindən ödənildiyi tələbinə qiymət verilmişdir. Belə ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində müəyyən etmişdir ki, şahid X6, X7 və X9 ifadələrində ümumi olaraq qeyd etmişlər ki, mənzil iddiaçı cavabdeh1 tərəfindən alınmışdır. Ona görə də, məhkəmə bu ifadələrin sübut kimi qəbul edilməsini məqbul hesab etməmişdir. Şahid X4 ifadəsində mənzilin alqı-satqısı zamanı Taleh və onun anası Qarşılıqlı iddia üzrə cavabdeh da orada olduğunu qeyd etsə belə, alqı-satqı müqaviləsinin məhz Qarşılıqlı iddia üzrə cavabdeh ilə bağlandığını və satış pulunun kim tərəfindən ödənildiyi sualına isə 46000 manat pul məbləğinin bank vasitəsi ilə əldə etdiyini bildirmişdir. Bununla da məhkəmə mənzilin dəyərinin cavabdeh1 və ya cavabdeh2 tərfindən ödənilməsi ilə bağlı qarşılıqlı iddiaçıların istinad etdikləri dəlilləri əsassız saymışdır. Bu hala həm Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli ## ##### 2024-cü il tarixli qətnaməsində, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qərarında da eyni qaydada qiymət verilmişdir. Belə olan halda qarşılıqlı iddia üzrə iddiaçıların tələbinin mənzilinin alınması üçün tərəflərindən çəkilmiş 47000 manat pulun hazırki bazar dəyəri və indeksasiya məbləği olaraq 95000(doxsan beş min) manat məbləğində pulun alınmasına aid hissəsi əsaslı deyildir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən mübahisəli mənzildə təmir-tikinti işləri aparılmışdır. Bu işlərin görülməsinə ustalar cəlb edilmişdir. Bu halı məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində təsdiq etmiş, Taleh və Gülərlə 2019- cu ilin sentyabr ayında tanış olduğunu, onları evin təmiri ilə əlaqədar tanıdığını bildirmişdir. Həmçinin iş materiallarına mübahisəli mənzilin təmirdən əvvəl və sonra olan fotoşəkilləri, təmirinə dair CD diskdəki videogörüntü əlavə edilmişdir. Bu halları da mənzilin əvvəlki mülkiyyətçisi olmuş şahid X4 da təsdiq etmişdir. Məhkəmə, həmçinin təmir-tikinti işlərinə çəkilmiş xərclərin məbləği ilə bağlı qeyd etmişdir ki, ## ######## 2025-ci il tarixli **/**-***/** nömrəli mütəxəssis rəyinə əsasən mübahisəli mənzilin təmir-tikinti işlərinə 16155 manat məbləğində vəsait xərcləndiyi müəyyən edilmişdir. Mütəxəssis rəyi işdə olan digər sübutlarla təkzib edilmədiyindən, məhkəmə mütəxəssis rəyini sübut növü kimi qəbul etmişdir. Məhkəmə təmir-tikinti işlərinə çəkilmiş xərcin sübut növü kimi qəbul edilmiş mütəxəssis rəyində göstərilən 16155 manat məbləğində müəyyən edilməsini işin həqiqi hallarına uyğun hesab etmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçıların mübahisəli mənzilin təmirinə çəkilmiş xərci qarşılıqlı iddia üzrə cavabdeh qismində cəlb edilmiş Qarşılıqlı iddia üzrə cavabdeh tələb etməsini əsaslı hesab etməmişdir. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, Mingəçevir regional «Asan xidmət» Mərkəzi Notariat Ofisinin təsdiq etdiyi ## ###### 2019-cu il tarixli *Ə-**** nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Qarşılıqlı iddia üzrə cavabdeh mübahisəli mənzili İddiaçı bağışlamışdır. Həmin mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Mübahisəli mənzil İddiaçı mülkiyyətindədir. Ona görə də mübahisəli mənzilin yaxşılaşdırılması, yəni təyinatına uyğun istifadə edilməsi ilə bağlı çəkilmiş təmir xərclərindən məhz mülkiyyətçi faydalanmışdır. Belə ki, ilkin iddiaçı İddiaçı mənzilin tərkib hissəsindən istifadə etmək üçün çəkməli olduğu zəruri təmir xərclərini ödəməkdən azad olmuşdur. Ona görə də hazırkı vəziyyətdə ilkin iddia üzrə cavabdehlər vicdanlı olduqları vaxt ərzində mənzilin təyinatına uyğun istifadəsini asanlaşdıran və istifadəyə yararlı vəziyyətə gətirilməsinə imkan verən zəruri təmir xərclərini yalnız ilkin iddiaçı İddiaçı tələb etməkdə haqlıdırlar.
27. Iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2, cavabdeh, eyni zamanda digər cavabdeh cavabdeh2 nümayəndəsi cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətlərin dəlilləri əsassızdır.
28. Belə ki, işdə olan İddiaçı verilmiş Azərbaycan Respublikası DIN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, ünvan 8 ünvanında yerləşən mənzildə yaşayış yeri üzrə qeydiyyatda heç bir şəxs yoxdur. Işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Yevlax Ərazi Idarəsi tərəfindən Mingəçevir şəhər Vəkil Bürosunun vəkilinə ünvanlanmış ##.##.2023-cü il tarixli cavab məktubundan görünür ki, Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi ** saylı evin * saylı mənzili Mingəçevir regional “ASAN xidmət" mərkəzinin notariat ofisinin xüsusi notariusu X1 tərəfindən ##.##.2019-cu il tarixdə təsdiq edilmiş *Ə-**** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X4 tərəfindən Qarşılıqlı iddia üzrə cavabdeh 46.000 (qırx altı min) manata satılmış və onun mülkiyyət hüququ ##.##.2019-cu il tarixdə 2019008776 nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd olunan mənzil Mingəçevir regional ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu X2 tərəfindən ##.##.2019-cu il tarixdə təsdiq edilmiş *Ə-**** nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən İddiaçı bağışlanmış və onun mülkiyyət hüququ ##.##.2019-cu il tarixdə 2019009976 nömrəsi ilə qeydiyyata alınmışdır. Işdə olan İddiaçı tərəfindən cavabdeh1 ## ###### 2019-cu ildə verilmiş etibarnamədən görünür ki, etibarnamənin etibarlılıq müddəti ## ###### 2020-ci ilə qədər olmuşdur. Işdə olan Mingəçevir regional «Asan xidmət» Mərkəzi Notariat Ofisinin təsdiq etdiyi ## ###### 2019-cu il tarixli *Ə-**** nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Qarşılıqlı iddia üzrə cavabdeh ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 90,5 kv.m. olan mənzilini İddiaçı bağışlamışdır. Bağışlama müqaviləsinə hədiyyə alan tərəfindən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi kimi cavabdeh1 çıxış etmişdir. Işdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, ##.##.1986- cı il tarixdə doğulmuş İddiaçı və ##.##.1981-ci il tarixdə doğulmuş cavabdeh1 anası Qarşılıqlı iddia üzrə cavabdeh, atası şahid1dur. Işdə olan Mingəçevir Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## ###### 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı cavabdeh1 cavabdehlər Qarşılıqlı iddia üzrə cavabdeh və İddiaçı qarşı Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi ** saylı evin * saylı mənzilinin bağışlanması müqaviləsinin etibarsız sayılması və mənzilin ona bağışlanmış hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində müəyyən etmişdir ki, şahid X6, X7 və X9 ifadələrində ümumi olaraq qeyd etmişlər ki, mənzil iddiaçı cavabdeh1 tərəfindən alınmışdır. Ona görə də, məhkəmə bu ifadələrin sübut kimi qəbul edilməsini məqbul hesab etmir. Şahid X4 ifadəsində mənzilin alqı-satqısı zamanı Taleh və onun anası Qarşılıqlı iddia üzrə cavabdeh da orada olduğunu qeyd etsə belə, alqı-satqı müqaviləsinin məhz Qarşılıqlı iddia üzrə cavabdeh ilə bağlandığını və satış pulunun kim tərəfindən ödənildiyi sualına isə 46000 manat pul məbləğinin bank vasitəsi ilə əldə etdiyini bildirmişdir. Işdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli ## ##### 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2023-cü il tarixli qətnaməsinin iddiaçı cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2024- cü il tarixli *(***)-****/**** nömrəli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ## ##### 2024-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Işdə olan ##.##.2019-cu il tarixli qəbzin surətindən görünür ki, 46000 manat məbləğində pul Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən bank vasitəsilə X4 ödənilmişdir. Iş materiallarına əlavə edilmiş Mobil MMC-nin ##.##.2025-ci il tarixli ** nömrəli rəyindən görünür ki, Mingəçevir şəhəri, Üzeyir Hacıbəyov küçəsi ev 76, mənzil 2-də yerləşən 5 otaqlı yaşayışa orta uyğun səviyyədə olan boş vəziyyətdə 5 (beş) otaqlı mənzillərin 2020-ci ildə kirayə qiyməti 150 (yüz əlli) manat, 2021-ci ildə 170 (yüz yetmiş) manat, 2022-ci ildə 200 (iki yüz) manat, 2023-cü ildə 220 (iki yüz iyirmi) manat, 2024-cü ildə 250 (iki yüz əlli) manat, hal-hazırda 2025-ci ildə belə mənzillərin kirayə qiyməti 280- 300 (iki yüz səksən üç yüz) manat dəyərində qiymətləndirilir. Iş materiallarına ünvan 8 ünvanında yerləşən mənzilin təmirdən əvvəl və sonra olan fotoşəkilləri, təmirinə dair CD diskdəki videogörüntü əlavə edilmişdir. Iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin ## ######## 2025-ci il tarixli **/**-***/** nömrəli mütəxəssis rəyinə əsasən, ünvan 8 ünvanında yerləşən mənzilin təmirinə sərf edilmiş materiallara, zəhmət haqqı da daxil olmaqla, hazırki bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 16155.0 (on altı min yüz əlli beş manat) manat məbləğində müəyyən olunur. (istifadə olunmuş tikinti materiallarının və görülmüş işlərin ayrı-ayrılıqda dəyəri smetada ətraflı göstərilmişdir) Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 76 ünvanında yerləşən ümumi sahəsi 90.50 kv.m. olan * saylı mənzilin 2021-2025-ci illər üzrə orta aylıq kirayə haqqının məbləği: 2021-ci - 2024-cü illər üzrə kirayə dəyəri: 300/350 manat/1 ay; 2025-ci il üzrə kirayə dəyəri: 400/450 manat/1 ay təşkil edir.
29. Birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
30. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
31. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2, cavabdeh, eyni zamanda digər cavabdeh cavabdeh2 nümayəndəsi cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- **/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2, cavabdeh, cavabdeh, eyni zamanda digər cavabdeh cavabdeh2 nümayəndəsi cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməsin. Iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.