Məhkəmə qərarları › İş №e-2(3-10)-443/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-443/2026

18.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-443/2026 18.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, qüvvə) Hakimlər X3 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2025-ci il ## ##### tarixli **/***** nömrəli operativ lizinq müqaviləsinə əsasən 3050,00 (üç min əlli) manat əsas borcun, 591,50 (beş yüz doxsan bir manat əlli qəpik) manat cərimənin və 56,42 (əlli altı manat qırx iki qəpik) manat dövlət rüsumunun, cəmi: 3697,92 (üç min altı yüz doxsan yeddi manat doxsan iki qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış 2025-ci il ## ##### tarixli **/***** nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd TC-5050 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən 6500,00 (altı min beş yüz) manat məbləği ödəməli olduğu halda, həmin texnikanın istifadəsinə görə 3450,00 (üç min dörd yüz əlli) manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 3050,00 (üç min əlli) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, cavabdeh ödənişləri müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.3-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.17-ci maddəsinə əsasən müqavilə müddəti bitdikdən sonra texnikanı parka təhvil verməsinə baxmayaraq, müqavilə üzrə yaranmış öhdəliyini yerinə yetirmədiyi halda, borc öhdəliyi ilə yanaşı, gecikdirilmiş hər gün üçün ümumi müqavilə məbləğinin 0,1 faizi həcmində cərimə ödənilməsini təmin edir. Buna əsasən, hazırkı dövrədək olan cərimənin məbləği 591,50 (beş yüz doxsan bir manat əlli qəpik) manat təşkil etmişdir.

3. Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Rəşad Əliyev) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 3050,0 manat əsas borc, 177,0 manat cərimə (dəbbə borcu), ödənilmiş dövlət rüsumuna görə 56,42 manat olmaqla, ümumilikdə 3283,42 (üç min iki yüz səksən üç manat qırx iki qəpik) manat tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 462.1, 467 və 747.1-ci maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli **/***** saylı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqaviləsinə və ona əlavə edilmiş * nömrəli Akta əsasən Cavabdeh sifarişi ilə 2014-cü il buraxılışlı, “NEW HOLLAND TC-5050” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı, 559750017 şassi nömrəli, 1217203 mühərrik nömrəli taxılyığan kombayn 6500,0 manat məbləğinə İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh müqavilə əsasında (##.##.2025 tarixli **/***** nömrəli) saz vəziyyətdə müvəqqəti istifadəyə götürdüyü taxılyığan kombaynı (New Holland TC-5050 markalı, 559750017 şassi nömrəli, 001217203 mühərrik nömrəli, buraxılış ili 2014) tayinatı üzrə istifadə etməyi, istismar zamanı zəruri texniki qulluq işlərinin vaxtında həyata keçirməyi, istismar zamanı yaranmış nasazlığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı, istismar zamanı GPS avadanlığı dəstinin qorunub saxlanmasını ve müqavilə (istifadə) müddət bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi, taxıl yığımı zamanı ilkin olaraq 50 ha-dan kiçik ölçülü taxıl sahələrində işləməyi, iri təsərrüfat sahələrində isə Mərkəzi Aparatın qabaqcadan razılığı ilə taxıl yığımını həyata keçirməyi və Cəmiyyət tərəfindən müəyyən edilmiş dislokasiya planına riayət etməyi, texnikadan istifadə zamanı görülən aqrotexniki işlərin həcmi, növü, əkin sahəsinin ölçüsü, xidmət göstərilən fermer və s. barədə gündəlik olaraq rayon bölməsinin əməkdaşlarına məlumat verəcəyini, aylıq və mövsümi müqavilə müddəti (1 illik müqavilələr istisna olmaqla) bitməmişdən əvvəl təhvil verməyi, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, yuxarıdakı cədvəldə nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi, kombaynı vaxtından əvvəl geri qaytardığım halda müqavilənin 1.3-cü bəndində göstərilmiş bütün istifadə müddəti üçün nəzərdə tutulmuş məbləği tam şəkildə ödəyəcəyini, müqavilə müddəti başa çatdıqdan sonra texnikanı götürdüyü rayon bölməsinin parkına təhvil verməyi, əks halda texnikanın aidiyyəti rayon bölməsinin parkına geri təhvil verilməsi ilə əlaqədar çəkilmiş xərclərin tərəfindən ödənilməsini, müqavilə müddəti bitdikdən sonra texnika müəyyən edilmiş son istifadə tarixində tərəfindən parka təhvil verilmədiyi halda, gecikdirilmiş hər gün üçün bu müqavilə üzrə müəyyən edilmiş aylıq dəyərin, kombaynlarda isə mövsümi dəyərin 1 günlük norması həcmində əlavə ödənişin edilməsini, texnika bu Müqavilənin 1.2-ci bəndində göstərilən müqavilə müddəti başa çatmamış geri qaytarılarsa, texnikanın (kombaynlar istisna olmaqla) istifadəsində olduğu müddət nəzərə alınmaqla, istifadə haqqının bu müqavilənin həmin bəndi ilə müəyyən edilmiş aylıq dəyərinə uyğun ödənilməsini, müqavilə müddəti bitdikdən sonra texnikanı müəyyən edilmiş son istifadə tarixində parka təhvil verilməsinə baxmayaraq, bu müqavilə üzrə qalıq borc öhdəliyini yerinə yetirmədiyi halda, borc öhdəliyi ilə yanaşı, gecikdirilmiş hər gün üçün ümumi müqavilə məbləğinin 0,1% miqdarında cərimə ödənilməsini, texnikanın yanğınsöndürmə balonları ilə təmin etməyini, onların işlək vəziyyətdə saxlamağı, vaxtında dolumunun həyata keçirilməsini, xüsusi dərman qutularının olmasını, onların komplektləşdirilməsini təmin etməyi öz öhdəsinə götürmüşdür. Iş materiallarında olan ##.##.2025-ci il tarixli təhvil-təslim aktından aydın olur ki, İddiaçı ASC-nin Yevlax RN-nin istifadəsində olan 2014-cü il buraxılışlı New Holland TC5050 (şassi № *********) markalı kombaynı ##.##.2025-ci il tarixli **/***** nömrəli operativ lizinq müqaviləsi əsasında Cavabdeh (##.##.2025-##.##.2025) müvəqqəti istifadəyə götürmüşdür. Istifadəyə götürən zaman kombaynın üzərində 1 ədəd tozlu və 1 ədəd köpüklü odsöndürən balonlar Cavabdeh təhvil verilmişdir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli **/***** saylı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqaviləsinə əlavə edilmiş * nömrəli Aktdan görünür ki, cavabdeh 2014-cü il buraxılışlı, “NEW HOLLAND TC-5050” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı, 559750017 şassi nömrəli, 1217203 mühərrik nömrəli taxılyığan kombayn ##.##.2025-ci il tarixdə saz vəziyyətdə İddiaçı ASC-yə təhvil vermişdir. Iş materiallarında olan İddiaçı ASC-nin ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ##.##.2025-ci il tarixli **/***** saylı müqavilə üzrə iddiaçıya 3050,0 manat əsas, 591,5 manat cərimə borcu, cəmi 3641,5 manat borcu vardır. Iş materiallarında olan ödəniş qəbzindən aydın olur ki, İddiaçı ASC hazırkı iddia üzrə 56,42 manat məbləğində dövlət rüsumu ödəmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən halları, o cümlədən texnikanın istifadəyə yararlılıq vəziyyətini, nasazlığın səbəblərini və bunun mənim öhdəlikləriə təsirini tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə iş üzrə düzgün olmayan qənaətə gəlmişdir. Işin faktiki hallarından və iş materiallarından da göründüyü kimi kombayn ##.##.2025-ci il tarixdə ona təhvil verilmiş, ##.##.2025-ci il tarixdə isə iddiaçıya geri qaytarılmışdır. O, texnikanı istifadə müddəti başa çatdıqdan sonra geri qaytarmış, lakin texnikanın nasazlığı ilə bağlı hallar məhkəmə tərəfindən lazımi səviyyədə araşdırılmamışdır. Iş materiallarından görünür ki, texnika iddiaçıya geri qaytarılmışdır. Lakin məhkəmə bu qaytarılmanın hansı vəziyyətdə baş verdiyini və texnikanın nasaz olub-olmamasını hüquqi baxımından qiymətləndirməmişdir. Bu hal mühüm əhəmiyyətlidir, çünki texnikanın qaytarılma vəziyyəti tərəflərin qarşılıqlı öhdəliklərinin həcminin müəyyən edilməsində əsas rol oynayır. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi hesablamalara əsaslanaraq nəticəyə gəlmiş, lakin müqavilə üzrə tərəflərin qarşılıqlı öhdəliklərinin icra vəziyyətini, xüsusilə iddiaçının texnikanı yararlı vəziyyətdə təqdim etmə öhdəliyini araşdırmamışdır. Bu hal müqavilə münasibətlərində hər iki tərəfin öhdəliklərinin icrası qarşılıqlı xarakter daşayır. Hazırkı iş üzrə məhkəmənin qətnaməsi işin hallarına uyğun deyildir.

8. Ona görə də, Oğuz Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəməyə gəlməmişdir.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

19. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. Cavabdeh Cavabdeh Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin borclu pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi lizinq məbləğinin ödənilməsi hissəsində əsaslıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 591,5 manat məbləğində dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Işin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən dəbbə pulunun 591,5 manat məbləğində deyil, 177,0 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq saymışdır.

23. Cavabdehin apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

24. Belə ki, cavabdeh şikayətində iddiaçının texnikanı yararlı vəziyyətdə təqdim etmə öhdəliyinin araşdırılmadığını qeyd etsə də iş materiallarında olan ##.##.2025-ci il tarixli təhviltəslim aktından aydın olur ki, İddiaçı ASC-nin Yevlax RN-nin istifadəsində olan 2014-cü il buraxılışlı New Holland TC5050 (şassi № *********) markalı kombaynı ##.##.2025-ci il tarixli **/***** nömrəli operativ lizinq müqaviləsi əsasında Cavabdeh (##.##.2025-##.##.2025) müvəqqəti istifadəyə götürmüşdür. Istifadəyə götürən zaman kombaynın üzərində 1 ədəd tozlu və 1 ədəd köpüklü odsöndürən balonlar Cavabdeh təhvil verilmişdir.

25. Göründüyü kimi təhvil-təslim aktında texnikanın nasaz olmasına dair hər hansı qeyd mövcud deyil, eyni zamanda cavabdeh texnikanın nasaz olmasına dair hər hansı sənəd və ya sübut təqdim etməmişdir.

26. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

27. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

28. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

30. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar