Məhkəmə qərarları › İş №e-2(3-10)-466/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-466/2026

06.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan̈Respublikası̈adından Qətnamə Şəkïşəhəri İş̈№̈e-2(3-10)-466/2026 06.08.2026 ŞƏKÏAPELLYASIYÄMƏHKƏMƏSI Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbinə dair, rədd) Hakimlər X3 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı “xxxx” Məhdud̈MəsuliyyətlïCəmiyyətinin̈nümayəndəsïX1̈və̈cavabdeḧCavabdeḧiştirakları̈ilə, Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən̈etdi Işin halları

1. Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq 3000 (üç min) manat məbləğində xidmət haqqı və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsinïməhkəmədən̈xahiş̈etmişdir.

2. Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” MMC ## ##### 2024-cü il tarixli təlim xidməti müqaviləsinə əsasən servis mərkəzində müxtəlif bölmələrin idarə edilməsi, nəqliyyat vasitələrinin texniki konstruksiya xüsusiyyətləri, nəqliyyat vasitələrinin təmiri və nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı zəruri olan nəzəri və təcrübi biliklərə yiyələnməsi üçün cavabdehə zəruri nəzəri və təcrübi təlimlərin (bundan sonra təlim) keçilməsini təşkil etməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə “xxxx” MMC tərəfindən təşkil edilmiş təlimlərdə iştirak etməyi, təlim zamanı davamiyyətə və nizamintizama əməl etməyi, təlim bitdikdən sonra keçirilən test imtahanında iştirak etməyi və keçirilən təlimin hər bir ayı üçün 1000 (bir min) manat məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Təlimin hər bir ayı üçün xidmət haqqının məbləği müqavilə ilə 1000 (bir min) manat olmaqla 3 (üç) ay üçün 3000 (üç min) manat məbləğində razılaşdırılmışdı. Aralarında bağlanmış ## #### 2024-cü il tarixli təlim xidmət müqaviləsinin 2.2-ci bəndinə əsasən cavabdeh 5 (beş) il müddətində fasiləsiz olaraq əmək müqaviləsinə əsasən şirkətdə işləyərsə, 3000 (üç min) manat məbləğində xidmət haqqı ondan alınmayacaqdır. “xxxx” MMC üzərinə düşən öhdəlikləri icra edərək cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etmişdir. Lakin cavabdeh ##.##.2024-cü ildə hərbi xidmətə yollanmışdır. Hərbi xidməti başa vurduqdan sonra nə onunla yenidən işləməyi qəbul etmiş, nə də ona keçirilən təlimin xidmət haqqını ödəmişdir. Belə olan halda da aramızda bağlanmış ## ##### 2024-cü il tarixli təlim xidməti müqaviləsinin şərtləricavabdeh tərəfindən pozulmuşdur. “xxxx” MMC tərəfindən cavabdehə 3 (üç) ay müddətində təlim keçirilmişdir. Bu müddət ərzində keçirilən təlim xidmətinin ümumi dəyəri 3000 (üç min) manat təşkil edir. Lakin cavabdeh keçirilmiş təlim üçün xidmət haqqını “xxxx” MMC-yə ödəməmişdir və ödəməkdən də imtina etmişdir. Hesab edirlər ki, qeyd edilən hərəkətləri ilə cavabdeh ## ##### 2024-cü il tarixli təlim xidməti müqaviləsi üzrə götürdüyü öhdəliklərini və “xxxx” MMC-nin hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən hesab edirlər ki, 3000 (üç min) manat məbləğində xidmət haqqı və 50 (əlli) manat məbləğində dövləẗrüsumunun̈əvəzïcavabdehdən̈tutularaq̈“xxxx”̈MMC-yə̈ödənilməlidir.

3. Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Rəşad Əliyev) iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh 3000 manat məbləğində pul vəsaitinin və 50 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 3050 (üç min əlli) manat məbləğində pulun alınaraq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsïqəẗedilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 425.1, 442, 443.1, 448.1, 448.2-ci maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad̈etmişdir: . -“xxxx” MMC-i ilə cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli təlim xidməti müqaviləsindən görünür ki, “xxxx” MMC ona məxsus olan servis mərkəzində müxtəlif bölmələrin idarə edilməsi, nəqliyyat vasitələrinin texniki və konstruksiya xüsusiyyətləri, nəqliyyat vasitələrinin təmiri və nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı zəruri olan nəzəri və təcrübi biliklərə yiyələnməsi üçün müvafiq mütəxəssislər vasitəsi ilə “Təlim alan”a zəruri nəzəri və təcrübi təlimlərin keçirilməsini təşkil etməyi, təlim başa çatdıqdan sonra imtahandan müvəffəqiyyətlə keçməyi bacaran “Təlim alan”ı “Şirkət”in təyin etdiyi şöbə və vəzifəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Hazırki müqaviləyə əsasən "təlim alan" "şirkət" tərəfindən təşkil edilmiş təlimlərdə iştirak etməyi, təlim zamanı davamiyyətə və nizam-intizama əməl etməyi, təlim bitdikdən sonra verdiyi imtahanın nəticəsinə uyğun olaraq “Şirkət” tərəfindən müəyyən ediləcək şöbə və vəzifədə işləmək üçün “Şirkət”lə əmək müqaviləsi bağalayaraq “Şirkət”in servis mərkəzində işləməyi öhdəsinə götürür. Hazırki müqaviləyə əsasən şirkət tərəfindən "təlim alan"-a keçiriləcək təlimin müddəti 3 aydır. Hazırki müqaviləyə əsasən “Şirkət” təlim başladığı andan “Təlim alan”la əmək müqaviləsi bağlayaraq ilkin olaraq onu operator vəzifəsinə işə götürməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. “Təlim alan”ın təyin ediləcəyi şöbə və vəzifə onun təcrübi bilikləri və qabiliyyətinə əsasən “Şirkət” tərəfindən müəyyən ediləcək. "Şirkət" tərəfindən keçiriləcək təlimin hər bir ayı üçün xidmət haqqının məbləği 1000 manat olmaqla ümumillikdə 3000 manatdır. Tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, təlim başa çatdıqdan sonra "təlim alan" 5 il müddətində fasiləsiz olaraq əmək müqaviləsinə əsasən "şirkət"-də işləyərsə 3000 manat məbləğində xidmət haqqı ondan alınmayacaqdır. "Təlim alan" hər hansı bir səbəbdən "şirkət"-lə bağlanmış əmək müqaviləsinə xitam verərsə əmək müqaviləsinə xitam verildiyi gün 3000̈manaẗməbləğində̈xidməẗhaqqını̈"şirkət"-ə̈ödəməlidir. -Iddiaçı tərəfindən tərtib edilmiş cədvəlin surətindən görünür ki, müxtəlif tarixlərdə keçirilmiş təlimlərdə iştirak edən şəxslər təlimə buraxıldıqları hər gün üçün cədvələ imza etməklə bunu təsdiqləmişlər. Həmin cədvəldə imza edən şəxslərin sırasında cavabdeh Cavabdeḧadı̈və̈imzası̈əks̈olunmuşdur. - ##.##.2024-cü il tarixli əmək müqaviləsinə əsasən müəyyən olunur ki, cavabdeh Cavabdeh “Avtoservis-K.Ş. MMC-də operator vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz̈bağlanmışdır. -Çağırış vərəqəsinin surətindən görünür ki, Cavabdeh “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həqiqi hərbi xidmətə çağırılmış, ##.##.2024-cü il tarixdə saat 09:00-da hərbi xidmətə yola düşmək rayon (şəhər) idarəsinə gəlməsïəmr̈edilmişdir. - Cavabdeh tərəfindən "xxxx" MMC-yə ünvanlanmış ##.##.2024-cü il tarixli ərizədə öz istəyïilə̈tutuduğüvəzifədən̈azad̈edilməyïxahiş̈olunmuşdur. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə ##.##.2024-cü il̈tarixdə̈tərəflərdən̈birinin̈təşəbbüsü̈ilə̈xitam̈verilmişdir - ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə aralarında bağlanmış ## ##### 2024-cü il tarixli təlim xidməti müqaviləsinin 2.2-ci maddəsinə əsasən 5 (beş) il müddətində fasiləsiz olaraq "xxxx" MMC-də işləsə təlim üçün ödəməli olduğu 3000 (üç min) manat məbləğində xidmət haqqının alımayacağı, lakin ##.##.2024- cü ildə hərbi xidmətə yollandığı, ona məlumat verilmişdir ki, hərbi xidməti bitirdikdən sonra da aralarında bağlanmış ## ##### 2024-cü il tarixli təlim xidməti müqaviləsinin şərtlərinin qüvvədə qaldığı və həmin müqavilənin şərtlərinə əməl etməyinin tələb olunduğu barədə məlumat verildiyi, lakin hərbi xidməti bitirdikdən sonra "xxxx" MMC-yə müraciət edərək Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə işə qəbul olmağını bildirməyini, bununla da aralarında bağlanmış ## ##### 2024cü il tarixli təlim xidməti müqaviləsinin şərtlərini pozduğu bildirilmiş, buna görə də "xxxx" MMC xəbərdarlığı aldığınız gündən 7 (yeddi) gün müddətinə borclu olduğu 3000 (üç min) manat məbləğində xidmət haqqını könüllü olaraq ödəməyini təklif etmiş, Əks təqdirdə ## ##### 2024-cü il tarixli təlim xidməti müqaviləsi üzrə öhdəlikləri pozduğunuz üçün "xxxx" MMC pozulmuş hüquqlarını qorumaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları bildirilmişdir. ̈̈6.̈Qətnamədən̈narazı̈qalan̈cavabdeḧCavabdeḧapellyasiyäşikayətïvermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh ilə aralarında bağlanmış ## #### 2024-cü il tarixli təlim xidmət müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, cavabdeh Cavabdeh məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı “xxxx” MMC ## #### 2024-cü il tarixli təlim xidmət müqaviləsinin tələblərini icra etməyərək ona 3(üç) ay müddətində təlim keçməmişdir. Həmçinin, cavabdeh Cavabdeh ## #### 2024-cü il tarixli təlim xidmət müqaviləsindən sonra iddiaçı “xxxx” MMC aylıq əmək haqqı 1500 (bir min beş yüz) manat olmaqla əmək müqavilə bağlamış, lakin, “xxxx”MMC ona əmək müqaviləsinin tələblərini pozaraq yalnız 450 (dörd yüz əlli) manat əmək haqqı ödəmişdir. Bütün bunlar isə onu deməyə əsas verir ki, “xxxx” MMC özü ## #### 2024-cü il tarixli təlim xidmət müqaviləsinin və əmək müqaviləsinin müddəalarını cavabdeh Cavabdeh münasibətdə açıq-aşkar kobud şəkildə pozmuş, lakin, buna baxmayaraq cavabdehin məcburi qaydada öz müəyyən etdiyi şərtlərlə əmək müqaviləsi üzrə fəaliyyət göstəməsini tələb etmişdir. Işə baxan birinci instasniya məhkəməsi isə bütün bunları gözarda edərək, zəruri sübutları iddiaçıdan tələb etməyərək hazırda mübahisələndirilən qətnaməni qəbul̈etmişdir.̈ Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində qeyd olunur ki, 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansımüqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasımüəyyən edilmişdir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasımüqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Belə ki, cavabdeh Cavabdeh məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı “xxxx” MMC ## #### 2024-cü il tarixli təlim xidmət müqaviləsinin tələblərini icra etməyərək ona 3 (üç) ay müddətində təlim keçməmişdir. Həmçinin, cavabdeh Cavabdeh ## #### 2024-cü il tarixli təlim xidmət müqaviləsindən sonra iddiaçı “xxxx” MMC aylıq əmək haqqı 1500 (birmin beş yüz) manat olmaqla əmək müqavilə bağlamış, lakin, “xxxx”MMC ona əmək müqaviləsinin tələblərini pozaraq yalnız 450 (dörd yüz əlli) manat əmək haqqı ödəmişdir. Göründüyü kimi, “xxxx” MMC özü ## #### 2024-cü il tarixli təlim xidmət müqaviləsinin və əmək müqaviləsinin müddəalarını cavabdeh CavabdehRüstəm oğluna münasibətdə açıq-aşkar kobud şəkildə pozmuş, lakin, buna baxmayaraq cavabdehin məcburi qaydada öz müəyyən etdiyi şərtlərlə əmək müqaviləsi üzrə fəaliyyət göstəməsini tələb etmişdir. Işə baxan birinci instasniya məhkəməsi isə bütün bunları̈gözardäedərək̈hazırdämübahisələndirilən̈qətnamənïqəbul̈etmişdir.̈ Oğuz Rayon Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya şikayətinin “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” bölməsində Oğuz Rayon Məhkəməsi tərəfindən işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamaması və işdə olan sübutlara düzgün hüquqi qiymət verməsi ilə bağlı əsaslar ətraflı şəkildə qeyd olunmuşdur. Xüsusi ilə qeyd olunmalıdır ki, cavabdeh Cavabdeh məhkəməyə verdiyi izahatında “iddiaçı “xxxx”MMC ## #### 2024-cü il tarixli təlim xidmət müqaviləsinin tələblərini icra etməyərək ona 3(üç) ay müddətində təlim keçməməsi” və “## #### 2024-cü il tarixli təlim xidmət müqaviləsindən sonra iddiaçı “xxxx” MMC aylıq əmək haqqı1500 (bir min beş yüz) manat olmaqla əmək müqavilə bağlanması, lakin, “xxxx” MMC ona əmək müqaviləsinin tələblərini pozaraq cavabdehə yalnız 450 (dörd yüz əlli) manat əmək haqqı ödəməsi”ni məhkəmənin diqqətinə çatdırmasına baxmayaraq, Oğuz RayonMəhkəməsi qeyd olunan xüsusatlar üzrə araşdırma aparmamış, o cümlədən, iddiaçının xidmət müqaviləsinin tələblərinin sırf cavabdeh tərəfindən pozulması ilə bağlı sübutlarını məhkəməyə təqdim etmədiyini nəzərə almamışdır. Göründüyü kimi, Oğuz Rayon Məhkəməsi işdə olan sübutlara düzgün hüquqi qiymət verməyərək, mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən,məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılıvə maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. AzərbaycanRespublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində (sübutların qiymətləndirilməsi) qeyd olunur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla da, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 76, 82 və 88-ci maddələrinin tələblərini pozmuşdur ki, bu da son nəticədə qəbul edilmiş qətanamənin qanuni və əsaslı olmamasına əsas yaratmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən,məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr2005-ci il tarixli, 4 N-li qərarının1-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.1-ci bəndində məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunması zəruriliyinə cəlb edilir. Qərarın 2.2-ci bəndinə görə, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qərarın 6.2-ci bəndinə görə, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və̈yädigər̈normativ̈aktlar̈göstərilməlidir̈

9. Odur ki, Azərbaycan Respublikası Oğuz Rayon Məhəkəməsin ## #### 2026-cı il tarixli, e-2(054)-683/2025 iş nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə̈yenïqətnamə̈qəbul̈edilməsinïxahiş̈etmişdir.̈

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 10.̈Apellyasiyäşikayətinə̈qarşı̈etiraz̈daxil̈olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsïbarədə̈qətnamə̈qəbul̈edilməsinïxahiş̈etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən̈saxlanılmasını̈xahiş̈etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyası: Maddə̈35.̈Əmək̈hüququ ̈İ.̈Əmək̈fərdïvə̈ictimaïrifahın̈əsasıdır. II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə,̈məşğuliyyəẗvə̈iş̈yerïseçmək̈hüquqüvardır. III.̈Heç̈kəs̈zorläişlədilə̈bilməz. IV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə̈bilməz. Maddə 76. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydadävətəndaşlar̈hərbïxidməẗkeçirlər.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı̈müqavilə̈şərtlərïqoymaqdäsərbəstdirlər. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr̈(əmək müqavilələri istisna olmaqla)̈və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, onäzidd̈olmayan̈müqavilələr̈və̈başqäəqdlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək̈hüquqüvardır.̈ 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər̈arasındämüqavilənin̈olması̈müəyyən̈edilmişdir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsïvə̈yäxitamı̈haqqındäikïvə̈yäbir̈neçə̈şəxsin̈razılaşması̈müqavilə̈sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan,̈lakin̈onäzidd̈olmayan̈müqavilələr̈də̈bağlayäbilərlər. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyïhallar̈istisnätəşkil̈edir. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburïolur. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinïnəzərə̈alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar̈adətlər,̈tərəflərin̈sonrakı̈hərəkətlərïnəzərə̈alınır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm̈sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq̈surətdə̈hərəkəẗetməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən̈çəkinməlidirlər. 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərinïicräetməsïilə̈şərtləndirildikdə̈qarşılıqlı̈icräsayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər̈və̈yäöhdəliyin̈icrasından̈imtinäedib̈zərərin̈əvəzinin̈ödənilməsinïtələb̈edə̈bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün̈hallar̈üçün̈cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununläkreditorun̈digər̈zərərin̈tutulması̈hüquqüistisnäedilmir.

30. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur̈edilə̈bilməz. 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır.̈Müddətlïəmək̈müqaviləsïtərəflərin̈razılaşdığı̈müddətə̈bağlanılır.̈ 2-ci bəndinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə,̈həmin̈müqavilə̈müddətsiz̈bağlanmış̈hesab̈edilir. 74-cü maddəsinin 1-ci hissəsinin a) bəndinə əsasən tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə işçi hərbi və ya alternativ xidmətə çağırıldıqdäxitam̈verilir. 77-ci maddəsinin 9-cu hissəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvïvə ya fiziki şəxs olan işəgötürənin vergi uçotundan çıxarılması halları̈istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində̈əvvəlkïiş yeri və vəzifəsi saxlanılır.̈Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə̈və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində̈işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə̈və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində̈əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə)̈qayıtmaq̈hüququnämalikdirlər.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyïizahatlarla,̈sənədlərlə̈əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və̈onlardan̈istifadə̈etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə̈etdiyïməlumatlar̈sübutlar̈hesab̈olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən̈şəxslərin̈izahatları̈ilə̈müəyyən̈edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasınäyol̈verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyïhalları̈sübuẗetməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə̈vasitələrïilə̈təsdiq̈edilməlïolan̈işin̈halları̈başqäsübutlarlätəsdiq̈olunäbilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun̈məhkəmə̈üçün̈qаbаqcаdаn̈müəyyən̈edilmiş̈qüvvəsïyoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq̈olunmuş̈sübutlаrlӓəsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunüvə̈iddiаnın̈təmin̈olunub-olunmаdığını̈müəyyən̈edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimïişə,̈işdə̈olan̈və̈əlavə̈təqdim̈olunmuş̈sübutlar̈əsasındämahiyyətïüzrə̈baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə̈təqdim̈olunmuş̈sübutlar̈əsasındäyenïqətnamə̈qəbul̈edə̈bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayəẗetməsinïyoxlayır.̈

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl̈hüquqïqiyməẗverməlidirlər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə̈diqqəẗyetirməlidilər.

18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən̈hissədə̈yoxlanılmalıdır.

19. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə̈aparılmasını̈zərurïhesab̈edir.

20. Cavabdeh Cavabdeh Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin̈əsaslılığını̈tam̈yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, həmçinin maddi hüquq normalarını̈düzgün̈tətbiq̈etməmişdir.̈

22. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə̈kollegiyası̈hesab̈edir̈ki,̈şikayətin̈dəlillərïəsaslıdır.

23. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.1-ci, 217.3-cü və 217.4cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə̈öz̈qətnаməsinïyаlnız̈məhkəmə̈iclаsındӓtədqiq̈olunmuş̈sübutlаrlӓəsаslаndırır.

24. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə̈imkan̈verən̈şərtlər̈göstərilməlidir.

25. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməlïolan̈bütün̈şərtlər̈mühüm̈sayılır.

26. xxxx” MMC-i ilə cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli təlim xidməti müqaviləsindən görünür ki, “xxxx” MMC ona məxsus olan servis mərkəzində müxtəlif bölmələrin idarə edilməsi, nəqliyyat vasitələrinin texniki və konstruksiya xüsusiyyətləri, nəqliyyat vasitələrinin təmiri və nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı zəruri olan nəzəri və təcrübi biliklərə yiyələnməsi üçün müvafiq mütəxəssislər vasitəsi ilə “Təlim alan”a zəruri nəzəri və təcrübi təlimlərin keçirilməsini təşkil etməyi, təlim başa çatdıqdan sonra imtahandan müvəffəqiyyətlə keçməyi bacaran “Təlim alan”ı “Şirkət”in təyin etdiyi şöbə və vəzifəyə uyğun iş yerïilə̈təmin̈etməyïvə̈onunläəmək̈müqaviləsïbağlamağı̈öhdəsinə̈götürmüşdür.

27. Işçilərin bilavasitə istehsalatda peşə hazırlığı, yenidən hazırlığı və ixtisasının artırılması üzrə hüquq münasibətləri əmək münasibətlərini müşayiət edən münasibətlərdir və işəgötürənlə işçilərin bilavasitə istehsalatda peşə təhsili vəzifəsinin həlli ilə əlaqədardır. Əmək münasibətlərində olan işçi peşə hazırlığı, yenidən hazırlıq, yenidən hazırlıq və ixtisasartırma keçə bilər. Bu münasibətlər işçinin istehsalatda təlimi, ixtisasının artırılması və təlimə rəhbərlik üzrə münasibətləri əhatə edir. Bu münasibətlərin subyektləri işçinin peşə hazırlığı, yenidən hazırlığı, ixtisasının artırılması haqqında qərar qəbul etmiş işəgötürən, peşə təliminin növlərini seçmiş̈işçi,̈habelə̈tədris̈müəssisələrïçıxış̈edir.

28. Əmək Məcəlləsinin 7.4-cü maddəsinə görə bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşə öyrətmə,̈ixtisasäyiyələnmə̈müqaviləsïbağlanıläbilər.

29. Həmin Məcəllənin 7.5-ci maddəsinə görə işçiyə yeni peşə öyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan̈müvafiq̈müqavilə̈ilə̈və̈yaxud̈əmək̈müqaviləsïilə̈tənzimlənir.

30. Müvafiq olaraq peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma üzrə münasibətlərin yaranmasının əsasını həmin subyektlərin qarşılıqlı iradə ifadəsi təşkil edir. Bu zaman həqiqətən də işəgötürənin işçini hansı peşə növü üzrə təlimlərə cəlb etməsi, bunun üçün şirkətin dəvət etdiyi təlimçiyə məhz bunun üçün hansı məbləğdə vəsait ödəməsi, keçirilən təlimlərin nədən ibarət olması tam dəqiq müəyyən edilməlidir. Məhz bundan sonra işçinin təlimə̈cəlb̈edilməsinə̈görə̈müqavilə̈üzrə̈dəbbə̈pulüödəməlïolmasından̈söhbəẗgedə̈bilər.

31. Ilk növbədə işəgötürən üzərinə düşən vəzifəni icra etməlidir ki, hazırda da cavabdehdən̈dəbbə̈pulütələb̈etsin.

32. Məhkəmə diqqətə çatdırır ki, əgər müqavilə üzrə öhdəliklərdən yaranan pul tələb edilirsə ilk növbədə tələb edənin özünün bu öhdəliklərə riayət etməsi, daha sonra isə qarşı tərəfdən öhdəliyin icrasını tələb etməsi qanunamüvafiqdir. Mövcud mübahisə üzrə işəgötürən olaraq iddiaçı tərəfindən cavabdehə peşə hazırlığının keçirilməsi, bu hazırlığın nədən ibarət olması, bunun üçün hansı sahənin mütəxəssisinin cəlb edilməsi barədə məhkəməyə təqdim edilən subutlar iddianın təmin edilməsi baxımından yetərsiz olmuşdur. Bu halda cavabdehdən işdən çıxdığı üçün dəbbə pulun tələb edilməsi isə əsassızdır. Əks yanaşma əmək münasibətlərinə̈davam̈etməyə̈məcbur̈edilmə̈kimïqiymətləndirilə̈bilər.

33. Lakin göründüyü kimi ## ##### 2024-cü il tarixində “xxxx” MMC-i ilə cavabdeh arasında 03 aylıq müddətə təlim xidməti müqaviləsi bağlansa da təlimi tam olaraq başa vura bilməmiş,̈beləliklə̈öhdəliyinïtam̈olaraq̈icräetməmişdir.̈

34. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Cavabdeh öz istəyi ilə tutduğu vəzifədən azad edilməsinə baxmayaraq onun ərizə yazaraq tutduğu vəzifədən azad edilməsïhərbïxidmətə̈çağırılması̈ilə̈əlaqədar̈olmuşdur.

35. Belə ki, iş materialında olan Çağırış vərəqəsinin surətindən görünür ki, Cavabdeh “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həqiqi hərbi xidmətə çağırılmış, ##.##.2024-cü il tarixdə saat 09:00-da hərbi xidmətə yola düşmək rayon̈(şəhər)̈idarəsinə̈gəlməsïəmr̈edilmişdir.

36. Işəgötürən “xxxx” MMC əmək qanunvericiliyin müddəalarını nəzərə almamış, cavabdehə hüquqlarını izah etməmiş, cavabdehin ərizəsini alaraq işdən azad etmiş, daha sonra isə cavabdehi hərbi xidmətdən buraxıldıqdan sonra əvvəlki iş yerinə qaytarmağa çalışmamışdır.̈̈̈

37. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmədiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olmadığından, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli və iddia təmin̈edilməməlidir.̈

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385,̈392,̈393̈və̈402-cïmaddələrinïrəhbər̈tutaraq,̈məhkəmə̈kollegiyası qəẗ̈etdi:

Cavabdeh Cavabdeḧtərəfindən̈verilmiş̈аpellyasiyäşikayətïtəmin̈edilsin. Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv̈edilsin. Iş̈üzrə̈yenïqətnamə̈qəbul̈edilsin. Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı 3000 (üç min) manat məbləğində xidmət haqqı və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin ödənilməsïtələbinə̈dair̈iddiäərizəsïtəmin̈edilməsin. ̈̈̈Qətnamədən̈kassasiyäşikayətïverilə̈bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar