Məhkəmə qərarları › İş №e-2(3-10)-488/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-488/2026

18.08.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-488/2026 18.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı, ödənilməmiş əmək haqqı, İstifadə olunmamış məzuniyyətə görə kompensasiya və son haqq hesabın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əmrin ləğvi, işə bərpa, əmək haqqının ödənilməsi ) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, İddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2 oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcbiri işburaxma müddəti üçün əmək haqqı, hesablanıb ödənməmiş əmək haqqı, istifadə olunmamış məzuniyyətə görə kompensasiya və son haqq hesabın ödənilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun barəsində olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında ##.##.2025-ci il tarixli əmrin ləğv edilməsi, əvvəlki işə bərpa olunmağı və ## ###### 2025-ci il tarixdən qətnamənin icra edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün ona əmək haqqının, ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək işlədiyi müddət ərzində ona hesablanmış, lakin ödənilməmiş əmək haqqının və son haqq hesabın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı İddiaçı nümayəndəsi-vəkili nümayəndə2 iddia ərizəsinə əlavə verərək Cavabdeh Ramız qızının İddiaçı barəsində olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında ##.##.2025ci il tarixli əmrinin ləğv edilməsi, əvvəlki işə bərpa olunmağı və ## ###### 2025-ci il tarixdən qətnamənin icra edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün ona əmək haqqının, ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək işlədiyi müddət ərzində ona hesablanmış, lakin ödənilməmiş 5380 manat əmək haqqının, işlədiyi illər ərzində ona verilməmiş məzuniyyətə görə 729 manat pulun, ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək işlədiyi müddət ərzində həftədə 40 saatdan əlavə hər həftənin şənbə və bazar günləri işə cəlb edildiyinə görə əlavə işlədiyi hər saata görə ödənilməmiş əmək haqqının və son haqq hesabın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır, 2022-ci ildən əmək fəaliyyətinə başlamışdır. Cavabdeh Cavabdeh vergi ödəyicisi olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur və supermarket obyektini işlədir. 2022-ci ilin iyul ayında cavabdeh Cavabdeh ilə əmək fəaliyyətinə başlamışdır. Lakin həmin vaxt əmək müqaviləsi bağlamamışlar. ##.##.2022-ci il tarixdə isə onunla elektron əmək müqaviləsi bağlamaqla onun işlətdiyi mağazada satıcı işinə başlamışdır. ##.##.2025-ci il tarixdə onunla əsassız mübahisə etdiyinə, onu aşağılatdığına, onu iş vaxtından sonra əməyə cəlb etdiyinə, mağazaya iş vaxtından sonra gəlmiş yükləri boşaltmaq üçün əmrlər verdiyinə görə etiraz etdiyi üçün aralarında mübahisə yaranmış və həmin tarixdə onu işdən azad etdiyini ona bildirmiş və onu işə buraxmamışdır. Bundan sonra pozulmuş hüquqlarının bərpa olunması məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki-X4 rəsmi olaraq müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin ŞəkiX5 ##.##.2026-cı il tarixli *-**- */*-R-****/**** saylı məktubunda göstərilmişdir: “Sizin fiziki şəxs Cavabdeh (VÖEN:**********) tərəfindən əmək hüquqlarınızın pozulması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətinizə Nazirlik yanında X3 Xidmətinin Şəki- Zaqatala regional şöbəsində baxılmışdır. Müraciətinizin araşdırılması ilə bağlı sizə izahatınızın alınması və sənədlərin təqdim olunması ilə bağlı tərəfimizdən sorğu məktubu göndərilmişdir. Siz ##.##.2025-ci il tarixli izahatınızda əsas tələbinizin əmək müqavilənizə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verilməsinin araşdırılması və son haqq-hesabınızın hesablanaraq ödənilməsi olduğunu bildirmisiniz. Tərəfimizdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilən zaman sizinlə sahibkar Cavabdeh arasında bağlanmış müqavilə üzrə məlumatlann ##.##.2022-ci il tarixdə “Əmək və Məşğulluq" alt sisteminə qeydiyyata alındığı və bağlanmış müqaviləyə ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinin (isci özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda vəzifələrini kobud şəkildə pozduqda) tələbinə əsasən xitam verildiyi müəyyən olunmuşdur. Daxil olmuş müraciətinizin araşdırlması ilə bağlı sahibkar Cavabdeh sizin əmək fəaliyyətinizə aid sənədlərin təqdim olunması və müraciətinizə münasibət bildirilməsi sorğu məktubu göndərilmişdir. Lakin, hazırki dövrə qədər işəgötürən tərəfindən məlumat və sənədlər təqdim olunmamışdır. Sahibkar Cavabdeh tərəfindən tələb olunan sənədlərin təqdim olunmaması səbəbindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə) tələbi uyğun olaraq tərəfimizdən ##.##.2025ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd olunan protokol əsasında tərəfimizdən ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar qəbul olunmuşdur. Sahibkar Cavabdeh tərəfindən müraciətinizdə qeyd olunan məsələlər ilə bağlı təsdiqedici sənədlər təqdim ediləcəyi halda müraciətinizə qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılaraq sizə rəsmi cavab məktubu göndəriləcəkdir. Müraciətinizdə qeyd etdiyiniz məsələlərlə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnuz vardır”. Dəfələrlə Cavabdeh işdən çıxma barədə əmrin, ona məxsus əmək kitabçasının, son haqq hesabın verilməsini tələb etsə də, ona nə əmrin surətini, nə də son haqq hesabı verməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki-X5 ##.##.2026-cı il tarixli *-**- */*-R-****/**** saylı məktubundan da görünür ki, Cavabdeh həmin sənədləri X3 Xidmətinin ŞəkiX4 verməkdən imtina etmişdir.Sonradan ona məlum olmuşdur ki, ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan əmək vəzifələrini kobud şəkildə pozduqda) tələbinə əsasən onun barəsində olan əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra o, işə bərpa olunmağı ilə bağlı hüquqi prosedura başlayaraq mediasiya sessiyasında iştirak etmək üçün mediatora müraciət etsə də, Cavabdeh mediasiyada iştirak etmədiyinə görə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış almışdır. Hazırkı vaxtadək ona məxsus əmək kitabçası və işə xitam verilməsi barədə əmrin surətini ala bilməmişdir. Cavabdeh onunla bağlanmış əmək müqaviləsinin ləğv olunması barədə ##.##.2025-ci il tarixli nömrəli əmrini əsassız və qanunsuz hesab edir. Cavabdeh ##.##.2026- cı il tarixli işə xitam verilməsi barədə əmri verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinin, 71.2-ci, 71.3-cü, 72-ci maddəsinin a bəndinin, 76.1-ci, 76.2-ci, 80.2-ci, 186-cı, 187.1, 187.2, 187.3-cü, 189.4cü,300.1-ci maddələrinin tələbləri pozulmuşdur. Eyni zamanda bildirir ki, Cavabdeh ilə əmək müqaviləsi bağladıqdan və əmək fəaliyyətinə başladıqdan sonra onunla 345 manat əmək haqqının ödənilməsi barədə müqavilə bağlanmış, 2025-ci ilin ######ın #-də isə əmək müqaviləsinə dəyişiklik edilmiş və əmək haqqı 400 manat hesablanmışdır. Lakin Cavabdeh ona 2022-ci ilin dekabr ayından 2024-cü ilin aprel ayınadək hər ay 345 manat odəməli olduğu halda 200 manat ödəmişdir, 2024-cü ilin aprel aprel ayından isə ##.##.2025-ci il tarixədək 250 manat ödəmişdir. Əmək müqaviləsində 5 gün çalışmağı nəzərdə tutulsa da, cavabdehin təkidi ilə hər gün fasiləsiz işə çıxmışdır. Buna görə də cavabdehdən ona ödənilməmiş əmək haqqını da tələb edir. Cavabdeh onu əmək müqaviləsində göstərilməyən işlərə cəlb etdiyinə görə aralarında mübahisələr olmuş və yekunda əmək münasibətlərinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

4. Məhkəmə iclasında iştirak etmiş iddiaçı İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinini məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, işlədiyi müddətdə heç vaxt ona məzuniyyət,həmçinin son haqq hesab verilməmişdir. Odur ki, ona istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiya verilməlidir. Qeyd etdikləri nəzərə alınmaqla Cavabdeh Ramız qızının onun barəsində olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025ci il tarixli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunmağı və ## ###### 2025-ci il tarixdən qətnamənin icra edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün ona əmək haqqının, ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək işlədiyi müddət ərzində ona hesablanmış, lakin ödənilməmiş 5380 manat əmək haqqının, işlədiyi illər ərzində ona verilməmiş məzuniyyətə görə 729 manat pulun, ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək işlədiyi müddət ərzində həftədə 40 saatdan əlavə hər həftənin şənbə və bazar günləri işə cəlb edildiyinə görə əlavə işlədiyi hər saata görə ödənilməmiş əmək haqqının və son haqq hesabın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.Məhkəmə iclasında iştirak etmiş iddiaçı İddiaçı nümayəndəsi-vəkili nümayəndə2 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və cavabdeh Cavabdeh Ramız qızının İddiaçı barəsində olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025ci il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa olunmağı və ## ###### 2025-ci il tarixdən qətnamənin icra edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün ona əmək haqqının, ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək işlədiyi müddət ərzində ona hesablanmış, lakin ödənilməmiş 5380 manat əmək haqqının, işlədiyi illər ərzində ona verilməmiş məzuniyyətə görə 729 manat pulun, ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək işlədiyi müddət ərzində həftədə 40 saatdan əlavə hər həftənin şənbə və bazar günləri işə cəlb edildiyinə görə əlavə işlədiyi hər saata görə ödənilməmiş əmək haqqının və son haqq hesabın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdeh Cavabdeh nümayəndəsi-vəkili nümayəndə1 İlham oğlu iddianı etiraf etməyərək izahatında göstərmişdir ki, iddiaçı İddiaçı ## ###### 2022-ci il tarixdə Balakən şəhəri, Rafiq Səmədov küçəsində yerləşən “Mega Market” mağazasında satıcı kimi işə qəbul edilmiş, ## ###### 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işlədiyi müddət ərzində “Mega Market” mağazasında kassada satış həyata keçirmiş, günün sonunda satılan malların siyahısına uyğun (online satışlar satış qəbzi vasitəsi ilə təsdiq olunmuşdur.) kassada olan pul vəsaiti üzləşdirilməklə tərəflər arasında təhvil-təslim aparılmışdır. İddiaçı ilk öncələr normal satıcılıq etsə də, son zamanlarda günün sonunda kassada xırda məbləğlərdə kəsirlər əmələ gəlməyə başlamış, işə götürən cavabdeh Cavabdeh tərəfindən ona dəfələrlə şifahi xəbərdarlıqlar edilmiş, sonuncu dəfə ## ###### 2025-ci il tarixdə günün sonunda kassa ilə satış məbləği üzləşdirilərkən kassada 200 manat kəsir fərq yaranmışdır.İddiaçı kəsirin yaranması səbəbi öyrənilərkən bildirmişdir ki, onun banka ödənilməmiş kredit borcu olmuş, borcun ödəniş tarixi çatdığından məcbur qalaraq kassadan həmin vəsaiti götürərək kredit ödənişini etmişdir. Həmin gün işəgötürən, iddiaçı və şahidlərin iştirakı İlə müvafiq akt tərtib edilmiş, iddiaçı aktı imzalamaqdan imtina edərək mağazanı tərk etmişdir. Bundan sonra, tərəflər yenidən imtina aktı tərtib etmiş, daha sonra məlum əmr qəbul edilmişdir. Azərbaycan Resublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər.Həmin Məcəllənin 72-ci maddəsinin c bəndinə əsasən, işçi tərəfindən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.Göründüyü kimi, işçi İddiaçı ## ###### 2025-ci il tarixdə işə götürənə bildirmədən kassadan 200 manat pul götürmüş, günün sonunda həmin məbləğdə kassada kəsir yaranmış, işə götürənə 200 manat maddi ziyan dəymişdir. Belə olan halda, işçinin Əmək Məcəlləsinin 70ci maddəsinin ç bəndinə uyğun işdən azad olunması qanuna uyğundur.Bundan başqa, iddiaçının ona əmək haqqının kəsir ödənilməsi barədə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı işə girdiyi tarixdə ona 300 manat əmək haqqı təyin edilmiş, ## ###### 2023-cü ildən ## ###### 2024-cü il tarixədək ona 345 manat, həmin tarixdən sonra isə 400 manat əmək haqqı təyin edilərək əmək müqaviləsində müvafiq dəyişikliklər edilmişdir. İşçinin əmək haqqından tutulmalar müvafiq qaydada ödənildikdən sonra qalan əmək haqqı məbləği hər ayın sonu iddiaçıya nəğd qaydada ödənilmişdir. Əmək haqqı ödənişi ilə yanaşı, hər bayramlar işə götürən tərəfindən bütün işçilərə maddi və ya ərzaq yardımı göstərilmişdir. İddiaçı ilə həmin müddətdə bir yerdə işləmiş digər işçilərin izahatları ilə də təsdiq olunduğu kimi, iddiaçı ilə yanaşı digər işçilər də hər ayın sonu nəğd qaydada əmək haqqını almış, heç bir işçinin əmək haqqı məbləğindən əsassız tutulmalar və ya kəsir qaydada ödənişlər həyata keçirilməmiş, 3 il müddətində iddiaçının əmək haqqının kəsir ödənilməsi ilə bağlı hər hansı şikayəti olmamışdır. İddiaçı işdən azad olunduqdan sonra, əmək haqqının kəsir ödənildiyini iddia etsə də, digər işçilərin izahatları ilə müəyyən olunduğu kimi əmək haqqı işçilərə nəğd qaydada ödənilmişdir.Yuxarıda sadalan hallar təsdiq edir ki, iddia tələbi əsassızdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edlməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, o, ## ###### 2022-ci il tarixdən Balakən şəhəri, Rafiq Səmədov küçəsində yerləşən Mega marketdə satıcı olaraq işləyir. Onun və mağazada satıcı işləyən bütün işçilərin əmək haqqısı hər ayın sonu mağazanın sahibi Cavabdeh tərəfindən nəğd şəkildə onlara ödənilmişdir. İşçlədiyi müddətdə mağazanın sahibi olan Cavabdeh tərəfindən işçilərin əmək haqqısı kəsilməmiş, bütün işçilərə əmək haqqı eyni, həmdə tam şəkildə ödənilmişdir. Heç bir işçi əmək haqqının kəsir ödənilməsi ilə bağlı şikayət etməmişdir.

8. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Balakən şəhəri,Rafiq Səmədov küçəsində yerləşən “MEGA MARKET” mağazasında satıcı işinə bərpa edilməsi, İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanıb ödənilməsi, ona hesablanmış əmək haqqına görə ödənilməmiş 1319,87 manat cavabdeh Cavabdeh alınıb İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. 9.Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı İddiaçı 22.12. 2022-ci ildə cavabdeh Cavabdeh ilə əmək müqaviləsi bağlayaraq Balakən şəhəri Rafiq Səmədov küçəsində fəaliyyət göstərən “MEGA MARKET”də satıcı işinə qəbul olunmuşdur. ##.##.2025ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xitam verilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh Ramız qızının onun barəsində olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması və ## ###### 2025-ci il tarixdən qətnamənin icra edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün ona əmək haqqının, ##.##.2022- ci il tarixdən ##.##.2025-ci il tarixədək işlədiyi müddət ərzində ona hesablanmış, lakin ödənilməmiş 5380 manat əmək haqqının, işlədiyi illər ərzində ona verilməmiş məzuniyyətə görə 729 manat pulun, ##.##.2022ci il tarixdən ##.##.2025-ci il tarixədək işlədiyi müddət ərzində həftədə 40 saatdan əlavə hər həftənin şənbə və bazar günləri işə cəlb edildiyinə görə əlavə işlədiyi hər saata görə ödənilməmiş əmək haqqının və son haqq hesabın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

10. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

11. Məhkəmə qeyd edir ki, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyi , mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsi təmin edilir. Əmək münasibətləri əmək müqaviləsinin bağlanması ilə yaranır. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilməlidir. İşçinin öz əmək funksiyasını yerinə yetirdiyi müddətdə əmək müqaviləsində nəzərədə tutulmuş təminatları , o, cümlədən heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ və məzuniyyət hüquqlarıə təmin olunmalıdır. Eyni zamanda işəgötürən tərəfindən əmək müqaviləsinin xitamı da qanunvericiliyin tələblərinə tam əməl olunmaqla icra olunmalı və işçinin təminatlarının təmin edilməsi üçün zəruri tədbirlər görülməlidir. (Əmək Məcəlləsini 2,43,71,76,83,138,156-cı maddələri ).

12. Hazırkı işin materiallarından görünür ki, iddiaçı İddiaçı ##.##.2022-ci ildə cavabdeh Cavabdeh ilə əmək müqaviləsi bağlayaraq Balakən şəhəri Rafiq Səmədov küçəsində fəaliyyət göstərən “MEGA MARKET”də satıcı işinə qəbul olunmuşdur. Həmin vaxt onun əmək haqqısı 300 manat olmuş, əmək müqaviləsinə edilmiş dəyişikliklərə əsasən onun əmək haqqısı ##.##.2023- cü ildən 345 manat, ##.##.2025-ci ildən isə 400 manat olmuşdur. ##.##.2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) istinad olunsa da İddiaçı öz əmək funksiyasını yerinə yetirməməsinin, yaxud Əmək Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasının nədən ibarət olması əsaslandırılmamış, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halının nədə ifadə olunması, yazılı əmək müqaviləsində əks olunmuş hansı öhdəliyi yerinə yetirməməsi əks olunmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında İddiaçı kredit borcunu ödəmək üçün ##.##.2025-ci il tarixdə “Meqa market” mağazasının kassasından 200 manat pulu götürməsinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini göstərmiş və işin bu halının ##.##.2025-ci il tarixdə tərtib edilmiş aktla təsdiq olunduğunu bildirmişdir. Cavabdehin nümayəndəsinin istinad etdiyi ##.##.2025-ci il tarixli aktda ##.##.2025-ci il tarixdə “Meqa” market mağazasının kassası satıcı İddiaçı təhvil alınarkən satış edilən məbləğlə kassada olan pul məbləğlərinin üzləşmə edildiyi, kassada 200 manat əskiklik yarandığı; həmin fərqin nədən ibarət olması İddiaçı öyrənilərkən onun banka olan kredit borcunun ödəniş günü olduğundan məcburən həmin vəsaiti kassadan götürərək kredit borcuna ödəniş etməsini bildirməsi qeyd olunmuşdur. Cavabdeh tərəfin bu arqumenti əsaslı hesab oluna bilməz. Belə ki, iş materiallarından görünür ki, İddiaçı “Meqa market” mağazasında satıcı işinə qəbul olunmuş,əmək müqaviləsinə xitam verilənə kimi həmin vəzifədə işləmişdir. Cavabdeh tərəf mağazada xəzinədə(kassada) işlədiyini göstərsə də bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. İddiaçı isə məhkəmə iclaısnda bildirmişdir ki, o, mağazada satıcı işləmiş, xəzinədə (kassada) heç vaxt işləməmiş, 200 manat pulu da xəzinədən götürməmişdir. Həmin vaxt onun heç bir kredit borcu da olmamışdır.Bundan başqa İddiaçı izahatı alınmamış, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmadığı, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymədiyi halda əmək qanunvericiliyində nəzərdə tutulmuş birbaşa ən ciddi tənbeh növü, yəni əmək müqaviləsinin, ƏM-nin 70-ci maddəsinin «ç» bəndi tətbiq edilmişdir. Bununla da Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin,76 və 83-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur.

13. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi qanunsuz və əsassız olmuşdur. Ona görə də iddiaçı həmin əmrin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. İddia tələbi bu hissədə əsaslı olduğundan cavabdeh Cavabdeh iddiaçı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinini 70-ci maddəsinini “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair ##.##.2025-ci il tarixli əmri ləğv edilməli; İddiaçı Balakən şəhəri,Rafiq Səmədov küçəsində yerləşən “MEGA MARKET” mağazasında satıcı işinə bərpa edilməli, məcburi işburaxma müddəti üçün onun əmək haqqısı ödənməlidir.

14. İddiaçı Nigar Ramazonova iddiasında həmçinin göstərmişdir ki, 2022-ci ildə onun əmək haqqısı 300 manat, ##.##.2023-cü ildən ##.##.2025-ci ilədək əmək haqqısı 345 manat,##.##.2025-ci ildən işdən azad olunana kimi olan müddət üçün onun əmək haqqısı 400 manat olmuşdur. Lakin ona 2022-ci ilin dekabr ayından 2024-cü ilin aprel ayınadək hər ay 200 manat, 2024-cü ilin aprel aprel ayından ##.##.2025-ci il tarixədək isə 250 manat verilmişdir. Ona əmək haqqı nəğd formada verilmişdir. Cavabdeh tərəf iddiaçıya əmək haqqının tam olaraq ödəndiyini göstərsə də bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Cavabdeh tərəfin vəsatəti ilə dindirilmiş X7 ifadəsi işin faktiki hallarına uyğun olmadığından,digər sübutlarla təkzib olunduğundan, o, ##.##.2025-ci ildən ##.##.2025-ci ilədək həmin mağazada işləmədiyindən məhkəmə onun ifadəsini sübut kimi qəbul etməmişdir. Məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı iddiaçının göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun hesab etmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi bu hissədə əmək müqaviləsinə xitam verildiyi gündən əvvəlki bir il üçün əsaslı hesab oluna bilər. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsində işçinin heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququnun olmasının qeyd edilməsini, minimum əmək haqqının 2023-2024-cü illərdə 345 manat, 2025-ci ildə 400 manat müəyyən olunmasının Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməsini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı 2023-2024-cü illərdə əmək haqqısının 345 manat, 2025-ci ildə isə 400 manat olmasını bilməməsi mümkün deyildir. O, özü də məhkəmə iclasında göstərdi ki, 2023-2024-cü illərdə əmək haqqısının 345 manat, 2025-ci ildə isə 400 manat olmasını bilmişdir. İddia ərizəsində də onun 2023-2024-cü illərdə əmək haqqısının 345 manat, 2025-ci ildə isə 400 manat olmasını bilməsi qeyd olunmuşdur.

15. Məhkəmə onu da diqqətə çatdırır ki, işçinin pul və digər əmlak tələbləri ilə əlaqədar işəgötürənə qarşı iddia ərizəsi ilə məhkəməyə 1 il müddətində müraciət edə bilməsi birbaşa Əmək Məcəlləsinin 296-cı maddənin 4-cü hissəsində göstərildiyindən həmin müddət iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddət isə elə bir müddətdir ki, hər hansı hüquq, o cümlədən tələb etmə hüququ yalnız həmin müddətlər daxilində mövcud olur. Həmin müddət bitdikdən sonra hüququn özü də aradan qalxır, yəni artıq belə bir hüquq mövcud olmur, maraqlı şəxs bu hüququnu itirir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu B.Mürsəlovun şikayəti üzrə 2020-ci il ## #### tarixli Qərarında göstərmişdir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

17. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: 18.-iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir;

19. -iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; 20.-iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; 21.-iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.

22. Qeyd edilənlərə əsasən iddiaçı Nigar Ramazonovanın ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək işlədiyi müddət ərzində ona hesablanmış, lakin ödənilməmiş 5380 manat əmək haqqı tələbi qismən-son bir ilə görə,yəni ## ###### 2024-cü ildən -## ###### 2025-ci ilədək olan müddət üçün təmin edilməli, qalan hissədə təmin olunmamalıdır. İddiaçı 2024-cü ilin aprel ayından ##.##.2025-ci ilədək hər ay 250 manat əmək haqqı almasını, 2024cü ildə əmək haqqından hər ay 29,13 manat, 2025-ci ildə hər ay 36 manat tutlması nəzərə alındıqda cavabdeh Cavabdeh 1319,87 manat (345 manat-29,13 manat-250 manat=65,87 manat; 400 manat-36 manat-250 manat=114 manat x11ay=1254 manat; 115.87 manat+1254 manat =1319,87 manat) alınaraq iddiaçı İddiaçı verilməlidir.

23. İşlədiyi illər ərzində ona verilməmiş məzuniyyətə görə 729 manat pulun, ##.##.2022ci il tarixdən ##.##.2025-ci il tarixədək işlədiyi müddət ərzində həftədə 40 saatdan əlavə hər həftənin şənbə və bazar günləri işə cəlb edildiyinə görə əlavə işlədiyi hər saata görə ödənilməmiş əmək haqqının və son haqq hesabın ödənilməsinə aid hissədə iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 138-ci maddəsinin birinci hissəsinə görə bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. İddiaçı ona məzuniyyət verilmədiyini, göstərsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

24. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2 və 3-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və III hissələrinə, 71-ci maddəsinin II hissəsinə, 149-cu maddəsinin İ və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2026-cı il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 25 və 149-cu maddələrinin tələbləri nəzərə alınmaqla mövcud qeyribərabərliyin qarşısının alınması məqsədilə, əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115–117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərinə görə, istifadə olunmamış əsas əmək məzuniyyəti üçün müəyyən edilmiş qaydada və məbləğdə hesablanan kompensasiyanın verilməsi təmin edilsin. İddiaçı əvvəlki işinə bərpa olunduğundan onun iddiası bu hissədə hazırda təmin oluna bilməz.

25. İddiaçı İddiaçı həmçinin iş vaxtından əlavə işlədiyinə dair də hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin olunmamalıdır. Həmçinin İddiaçı işinə bərpa olunduğundan onun iddia tələbi son haqq hesabın ödənilməsinə aid hissədə də təmin oluna bilməz.

26. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab eetmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinini “ç” bəndinə əsasən xitam verilməsinə dair ##.##.2025-ci il tarixli əmri ləğv edilməli; İddiaçı Balakən şəhəri,Rafiq Səmədov küçəsində yerləşən “MEGA MARKET” mağazasında satıcı işinə bərpa edilməli; İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanıb ödənməli; ona hesablanmış əmək haqqına görə ödənilməmiş 1319,87 manat Cavabdeh alınıb İddiaçı ödənilməli; iddia tələbi qalan hissədə təmin olunmamlıdır.

27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası konstitusiyasının 35-ci maddəsinin 2 və 4-cü hissəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2,7-ci maddəsinin 2, 2-1-ci bəndləri, 12-ci maddəsinin a,b, c bəndləri, 42-ci maddəsinin 1 və 2-ci hissələri, 43-cü maddəsinin 1 və 2-ci hissəsinin a,b,c,ç,d,e,ə,f,g,ğ,x bəndləri, 44-cü maddəsinin 1-3-cü hissələri, 45-ci maddəsinin 1-ci hissəsi, 46-cı maddəsinin 1ci hissəsi, 46-cı maddəsinin 5-ci hissəsi, 57-ci maddəsinin 1 və 2-ci hissəsi, 68-ci maddəsinin a,b,c,ç,d,e bəndləri, 70-ci maddəsinin a,b,c,ç,d,e bəndləri, 71-ci maddəsinin 2-3-cü hissəsi, 72ci maddəsinin a,b,c,ç,d,e,ə,f,g bəndləri, 138-ci maddəsinin 1-ci hissəsi, 154-cü maddəsinin 1- 2 hissəsi, 155-ci maddəsinin 1-3-cü hissəsi, 156-cı maddəsinin 1-ci hissəsi, 186-cı maddəsinin 1-2-ci hissələrinin a,b,c,ç bəndləri, 187-ci maddəsinin 1-3-cü hissəsi, 189-cü maddəsinin 1-4cü hissəsləri, 296-cı maddəsinin 4-cü hissəsi, 300-cü maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il ## #### tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2 və 3-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və III hissələrinə, 71-ci maddəsinin II hissəsinə, 149-cu maddəsinin İ və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2026-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14,2, 76.1, 76.2, 76.3, 77.1, 80, 82.4,88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat:

a)Apellyasiya şikayətinin dəlilləri

28. Qətnamədən narazı qalan iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

29. Apellyasiya şikayətinin dəlilləri idddia ərizəsi ilə eynilik təşkil etmiş əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, nəticədə iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir.

30. Balakən Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işi tam araşdırmadan, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 138, 144.2-ci, 196, 300-cü madələrinin tələblərini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2 və 3-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və III hissələrinə, 71-ci maddəsinin II hissəsinə, 149-cu maddəsinin İ və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2026-cı il tarixli qərarının müddəalarını pozmaqla iddiaçını əmək mübahisəsi üzrə əmlak hüququndan məhrum etmişdir.

31. Birinci instansiya məhkəməsi iddiaçı İddiaçı ##.##.2022-ci ildə cavabdeh Cavabdeh ilə əmək müqaviləsi bağlayaraq Balakən şəhəri Rafiq Səmədov küçəsində fəaliyyət göstərən “MEGA MARKET”də satıcı işinə qəbul olunması, həmin vaxt onun əmək haqqısının 300 manat, əmək müqaviləsinə edilmiş dəyişikliklərə əsasən onun əmək haqqısının ##.##.2023-cü ildən 345 manat, ##.##.2025-ci ildən isə 400 manat olmasını, ona 2022-ci ilin dekabr ayından 2024cü ilin aprel ayınadək hər ay 200 manat, 2024-cü ilin aprel aprel ayından ##.##.2025-ci il tarixədək isə 250 manat verilməsini, ona əmək haqqının nəğd formada verilməsini, iddia tələbinin bu hissəsi ilə bağlı iddiaçının göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun hesab etmişdir. Məhkəmə cavabdeh Cavabdeh tərəfindən iddiaçıya 2022-ci ilin dekabr ayı üçün 300 manat əvəzinə 200 manat, 2023-cü il üzrə hər ay 345 manat əvəzinə 200 manat ödəməklə 1740 manat az ödənilmiş, 2024-cü il üzrə hər ay 345 manat əvəzinə 200 manat ödəməklə 1740 manat az ödəmiş, 2025-ci il üzrə hər ay 400 manat əvəzinə aprel ayına kimi 200 manat, aprel ayından sonra 250 manat ödəməklə 1800 manat az ödənilmiş və beləliklə 5380 manat az ödəməklə zərər vurulmasını müəyyən etsə də, iddiaçının iddia tələbini bu hissədə əmək müqaviləsinə xitam verildiyi gündən əvvəlki bir il üçün (1319 manat hissədə) əsaslı hesab etmiş, digər illərin ödənilməmiş əmək haqqı ilə bağlı hissəsində isə Əmək Məcəlləsinin 296-cı maddənin 4-cü hissəsinə istinad etməklə iddianı həmin hissədə rədd etmişdir. Məhkəmənin həmin mövqeyi ilə razı deyil və hesab edir ki, iddiaçı 2022-ci ilin dekabr ayından 2025-ci ilin dekabr ayınadək fasiləsiz cavabdehlə əmək münasibətlərində olmuş, cavabdeh hər dəfə iddiaçıya əmək haqqının artırılması ilə bağlı vəd vermiş, məhkəməyə yazdığı etirazında digər işçilərlə yanaşı iddiaçıya da əmək haqqını tam ödədiyini bildirmiş, əslində isə qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqından az məbləğ ödəməklə işçiyə maddi ziyan vurmuşdur. İddiaçı isə qanunla müəyyən edilmiş müddətdə pozulmuş hüququnun bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də hesab edir ki, hazırki tələb üzrə iddiaçının müraciəti ilə bağlı kəsici müddət tətbiq etməklə iddianın rədd edilməsi yuxarıda göstərilən normaların pozulması hesab edilməlidir.

32. Birinci instansiya məhkəməsi iddiaçının əmək haqqından hansı qaydada tutulmaların aparılmasını qətnamədə düzgün əsaslandırmamış, eyni zamanda həmin tutulmaların doğrudan da iddiaçıdan tutularaq vergi orqanına ödənilməsini təsdiq edən sübut işə əlavə edilməmiş, bundan əlavə tərəflər arasında vergi və sosial ödənişlərin iddiaçının minimum əmək haqqının baza hissəsindən tutulması ilə bağlı əmək müqaviləsində qeyd olmamışdır.

33. Bundan əlavə iddiaçının işlədiyi illər ərzində ona verilməmiş məzuniyyətə görə 729 manat pulun, ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək işlədiyi müddət ərzində həftədə 40 saatdan əlavə hər həftənin şənbə və bazar günləri işə cəlb edildiyinə görə əlavə işlədiyi hər saata görə ödənilməmiş əmək haqqının və son haqq hesabın ödənilməsinə aid hissədə iddia tələbi ilə bağlı məhkəmənin mövqeyi ilə də razı deyil və hesab edir ki, məhkəmə həmin hissədə iddianı rədd etməkdə haqlı olmamışdır.

34. Odur ki, Apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsinin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

36. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətininin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsinin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

37. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili nümayəndə1 İlham oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 35-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

39. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. 12-ci maddəsinin 1-ci bəndinin, “ a və b” yarımbəndində əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur. 42-ci maddəsinin 1 və 2-ci hissələrində göstərilmişdir ki, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 43-cü maddəsinin 1-hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 46-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: a) müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 70-ci maddəsinə əsasən əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: a) müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71-ci maddəsinin 2-3-cü hissəslərində göstərilmişdir ki, Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi; [221] g) “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması. 138-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, Bu maddənin 2-1-ci hissəsində müəyyən edilmiş hal istisna olmaqla, bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir. 154-cü maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 154-cü maddəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. 155-ci maddəsinin 1-3-cü hissəslərində göstərilmişdir ki, işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Minimum əmək haqqı – “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. 156.1-ci maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 156.2-ci maddəsinə əsasən yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir. 288-ci maddəyə əsasən əmək normalarının, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

41. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

44. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

45. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

46. İddiaçı apellyasiya şikayətində Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsini qismən, yəni iddiasının təmin olunmayan hissəsində mübahisələndirmişdir.

47. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsini mübahisələndirilən hissədə əsaslılığını yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə nəzərə almamış, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

50. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ##.##.2022-ci il tarixdə cavabdeh Cavabdeh ilə əmək müqaviləsi bağlayaraq Balakən şəhəri Rafiq Səmədov küçəsində fəaliyyət göstərən “MEGA MARKET”də satıcı işinə qəbul olunmuşdur. ##.##.2025ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xitam verilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh Ramız qızının onun barəsində olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması və ## ###### 2025-ci il tarixdən qətnamənin icra edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün ona əmək haqqının, ##.##.2022- ci il tarixdən ##.##.2025-ci il tarixədək işlədiyi müddət ərzində ona hesablanmış, lakin ödənilməmiş 5380 manat əmək haqqının, işlədiyi illər ərzində ona verilməmiş məzuniyyətə görə 729 manat pulun, ##.##.2022ci il tarixdən ##.##.2025-ci il tarixədək işlədiyi müddət ərzində həftədə 40 saatdan əlavə hər həftənin şənbə və bazar günləri işə cəlb edildiyinə görə əlavə işlədiyi hər saata görə ödənilməmiş əmək haqqının və son haqq hesabın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

51. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi üçün əsas deyildir.

52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi cavabdeh Cavabdeh tərəfindən iddiaçıya 2022-ci ilin dekabr ayı üçün 300 manat əvəzinə 200 manat, 2023-cü il üzrə hər ay 345 manat əvəzinə 200 manat ödəməklə 1740 manat az ödənilmiş, 2024-cü il üzrə hər ay 345 manat əvəzinə 200 manat ödəməklə 1740 manat az ödənilmiş, 2025-ci il üzrə hər ay 400 manat əvəzinə aprel ayına kimi 200 manat, aprel ayından sonra 250 manat ödəməklə 1800 manat az ödənilmiş və beləliklə 5380 manat az ödəməklə zərər vurulmasını müəyyən etsə də, iddiaçının iddia tələbini bu hissədə əmək müqaviləsinə xitam verildiyi gündən əvvəlki bir il üçün (1319 manat hissədə) əsaslı hesab etməsi, digər illərin ödənilməmiş əmək haqqı ilə bağlı hissəsində isə Əmək Məcəlləsinin 296-cı maddənin 4-cü hissəsinə istinad etməklə hazırki tələb üzrə iddiaçının müraciəti ilə bağlı kəsici müddət tətbiq etməklə iddianın rədd edilməsinin maddi hüquq normaların pozulmasına gətirib çıxarmasına dair dəlili ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

53. Birinci instansiya məhkəməsi iddiaçıya ödənilməmiş əmək haqqına münasibətdə iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işçinin pul və digər əmlak tələbləri ilə əlaqədar işəgötürənə qarşı iddia ərizəsi ilə məhkəməyə 1 il müddətində müraciət edə bilməsi birbaşa Əmək Məcəlləsinin 296-cı maddənin 4-cü hissəsində göstərildiyindən həmin müddət iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddət isə elə bir müddətdir ki, hər hansı hüquq, o cümlədən tələb etmə hüququ yalnız həmin müddətlər daxilində mövcud olur. Həmin müddət bitdikdən sonra hüququn özü də aradan qalxır, yəni artıq belə bir hüquq mövcud olmur, maraqlı şəxs bu hüququnu itirir.

54. Kollegiya qeyd edir ki, əmək haqqı və digər pul alacaqları (iqtisadi dəyəri olan nemətlər) əmlak hüququ hesab edilsə də, onları tələb etmək hüququna tətbiq olunan müddətlər kəsici müddət deyil, iddia müddəti hesab olunur.

55. Bu baxımdan Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulan iddia müddətinin cavabdehin ərizəsi olmadan kəsici müddət kimi tətbiqinə yol verilmir.

56. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək işlədiyi müddət ərzində 5380 manat məbləğində hesablanmış əmək haqqının cavabdeh tərəfindən ödənilməməsi müəyyən edilsədə, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi olmadığı halda iddia tələbinin qismən-son bir ilə görə,yəni ## ###### 2024-cü ildən -## ###### 2025-ci ilədək olan müddət üçün təmin edilməsi, iddianın qalan hissəsinə, yəni ödənilməmiş əmək haqqının 4060,13 manatına münasibətdə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində tələb hüququ üçün müəyyən edilmiş 1 illik müddətə kəsici müddət kimi qiymət verilərək təmin edilməməsi ilə bağlı gəldiyi nəticə əsassız olmaqla maddi hüquq normasının tələblərinin pozulması ilə nəticələnmişdir. 57.Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının işlədiyi illər ərzində ona verilməmiş məzuniyyətə görə 729 manat pulun, ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək işlədiyi müddət ərzində həftədə 40 saatdan əlavə hər həftənin şənbə və bazar günləri işə cəlb edildiyinə görə əlavə işlədiyi hər saata görə ödənilməmiş əmək haqqının və son haqq hesabın ödənilməsinə aid hissədə iddia tələbi ilə bağlı məhkəmənin mövqeyi ilə razı olmaması, məhkəmə həmin hissədə iddianı rədd etməkdə haqlı olmamasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir.

58. Belə ki, iddiaçı tərəfindən işlədiyi illər ərzində ona məzuniyyət verilməməsi, həmçinin həftədə 40 saatdan əlavə işə cəlb edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.

59. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

61. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

62. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-**/**** saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə qismən, yəni iddianın rədd edilmiş 4060,13 manata aid hissədə ləğv edilməli, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi həmin hissədə təmin edilməli, qətnamə iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

63. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-**/**** saylı qətnaməsi qismən, yəni iddianın rədd edilmiş ödənilməmiş 4060,13 manat əmək haqqına aid hissəsində ləğv edilsin. Ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissədə təmin edilsin. Cаvаbdеh Cavabdeh ödənilməmiş 4060,13 manat məbləğində əmək haqqı alınaraq iddiaçı İddiaçı ödənilsin. Qətnamə iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar