Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-517/2026 20.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh X1rşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmrin ləğv edilməsi” tələbi, qüvvə) Hakimlər X10 (sədrlik edən və məruzəçi), X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh X1rşı əmrin ləğv edilməsi tələbinə dair iddiası üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh X1rşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh X3 direktorunun “Töhmət verilməsi haqqında” ##.##.2025-ci il tarixli, **-*-**/*-*-****/**** saylı əmrin qanunsuz olduğu üçün ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ## ###### 1977-ci ildə Yevlax rayonu Salahlı kəndində anadan olmuşdur. Ali təhsillidir, həkim ixtisasına sahibdir. Əmək müqaviləsinə əsasən Cavabdeh X3 X5 üzrə həkim vəzifəsinə əsas iş yeri üzrə işə qəbul edilmişdir. Bu Əmək müqaviləsi ##.##.2003-cü il tarixindən müddətsiz bağlanmışdır. Cavabdeh X3 X5 23 ildir ki, həkim vəzifəsində işləyir. Qüsursuz işləmiş, işlədiyi müddətdə hər hansı intizam tənbehi olmamışdır. ## ###### 2025-ci il tarixdə gündüz növbədə olarkən həmkarı X4 həkimi Abdullayeva Tünzalə telefonla zəng edərək demişdir ki, Bənövşə adlı şəxs azyaşlı uşağı ilə gələcək uşaqda qəbizlik var, onu qarın boşluğu rentgenoskopiya edərsən. Bənövşə şöbəyə daxil olduqda onlar elə təzəcə söhbətə başlamışdır ki, həmin gün növbədə olan qeydiyyatçı onlara yaxınlaşıb bildirdi ki, Bənövşə adlı şəxsin övladı Almaniya vətəndaşıdır. Müayinə üçün 38 manat növbənin həkiminə, sonra da qarın boşluğu rentgenoskopiyasına pul ödəməli olacaq. Ancaq özəl klinikaların birinə müraciət etsə də təkcə rentgenə ödəniş etməli olacaq. Bənövşə razılaşaraq Təcili Yardım bölməsini tərk etdi. Təxminən 2-2.5 saat sonra Bənövşə yaşadığı ünvana X4 briqadası çağırıb, X4 Şöbəsinə gəlib. Şöbəyə daxil olarkən azyaşlı övladının temperaturunun düşdüyünü bildirdi. Eyni zamanda qışqıraqışqıra söyüşlər söyməyə başladı. O, onu sakitləşdirməyə və övladını müayinə edib ilkin tibb yardım etməyə çalışdı. Lakin onu yanına buraxmadı. Bu zaman o, uşaq həkimi Famil həkimi dəvət etmişdir. Uşaq həkimi Famil həkim tərəfindən müayinə olundu. Müəyyən olundu ki, uşağın temperaturu 34 dərəcə yox, 35.3 dərəcədir. Ilkin tibbi yardıma ehtiyacı yoxdur. Həmin vaxt Bənövşə dayanmadan onun ölüsünə, dirisinə və ağzına ağır kişi söyüşləri ilə onu təhqir etdi. Bunu da xəstəxanada olan insanlar müşahidə edirdi. Həmin müayinə ilə bağlı xəstə qeydiyyata düşərkən 38 manat ödəniş hesablansa da heç bir ödəniş etməmişdir. Bənövşə adlı şəxsin şikayətinə görə Cavabdeh X3 direktoru qanunsuz olaraq ona töhmət vermişdir. Belə ki, guya o, Bənövşə adlı şəxsin uşağına baxmamış, halbuki, onun fəaliyyətində hər hansı qanun pozuntusu olmamış, etik davranış qaydalarından kənara çıxılma olmamışdır. Şirinova Bənövşə Məhəmməd qızı əsassız olaraq sosial şəbəklərdə onun ünvanına təhqir və böhtan xarakterli çıxışlar etmişdir. O, onun barəsində məhkəməyə xüsusi ittiham qaydasında şikayətlə müraciət etmişdir. O, həkim kimi vəzifə borcunu yerinə yetirmiş, əməlində hər hansı bir inzibati məsuliyyət və yaxud da intizam tənbehi üçün əsas olan hal yoxdur. Cavabdeh X3 direktoru X12 Şirinova Bənövşə Məhəmməd qızının əsassız şikayətlərindən çəkinərək, əməlində heç bir intizam pozuntusu olmadığı halda ona töhmət vermişdir. Cavabdeh X3 direktorunun “Töhmət verilməsi haqqında” ##.##.2025-ci il tarixli, **-*- **/*-*-****/**** saylı əmrindən görünür ki, guya “Tibbi şuranın araşdırması nəticəsində aşkar olunan nöqsanlara əsasən vətəndaşa ilkin mərhələdə düzgün yanaşma nümayiş etdirmədiyinə görə və vətəndaşın tibbi xidmətlə təmin edilməsi istiqamətində yönləndirmə məsələsində səhvə yol verdiyinə görə töhmət verilməsi əmr edilmişdir. Şirinova Bənövşə Məhəmməd qızı tərəfindən törədilmiş ## ###### 2025-ci il tarixdə baş vermiş münaqişənin görüntüləri mövcuddur, direktor o görünütülərə baxmalı kimin haqlı, kiminsə haqsız olmasını sübut olunmalıdır. Qeyd etdiyi kimi o, yalnız vəzifə borcunu yerinə yetirmiş, icbari tibbi sığortanın tətbiq etdiyi qaydalara, o cümlədən təlimata uyğun olaraq. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 2(5-146)-109/2026 nömrəli qətnaməsi ilə (hakim Tural Hüseynli) iddia təmin edilməmiş, iddiaçı İddiaçı cavabdeh Cavabdeh X3 direktoruna qarşı “töhmət verilməsi haqqında” ## ###### 2025-ci il tarixli, **-*-**/*-*-****/**** saylı əmrin ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187–ci maddəsinin 2–ci hissəsinə, 14, 186, 187.1, 187.2, 189.3, 190.3-cü maddələrinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ######## 2012-ci il tarixli ** nömrəli əmri ilə təsdiq edilmiş “X4 üzrə həkimin nümunəvi vəzifə təlimatı”nın 14-cü, 21.1-ci bəndinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2011-ci il tarixli, *** nömrəli əmri ilə təsdiq edilmiş “Həkimlərin etik davranış qaydaları”nın 16-cı, 17-ci bəndinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Iş materiallarına əlavə edilmiş Cavabdeh X3 direktorunun ##.##.2025-ci il tarixli **-*-**/*-*- ****/**** saylı əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, X5nin X4 üzrə həkimi İddiaçı Iş materiallarına əlavə edilmiş əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh X3 X5nə X4 üzrə həkim vəzifəsinə işə qəbul edilmişdir. Bu Əmək müqaviləsi ##.##.2003-ci il tarixindən müddətsiz bağlanmışdır. Iş materiallarına Cavabdeh X3 ## ###### 2025-ci il tarixli **-*-**/*-*-**/**** saylı protokolundan görünür ki, İddiaçı “vətəndaşa ilkin mərhələdə düzgün yanaşma nümayiş etdirmədiyinə və vətəndaşın tibbi xidmətlə təmin edilməsi istiqamətində yönləndirmə məsələsində səhvə yol verdiyinə görə töhmət elan edilmişdir
6. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Iddiaçı İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, onun barəsində Mingəçevir şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Mingəçevir şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarında apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərаr qəbul edilmiş şəxs İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarı ləğv edilməsi, əməlində inzibаti xətа tərkibinin оlmаmаsı və təqsirliliyinin sübutа yetirilməməsi əsаsı ilə İddiaçı barəsində Аzərbаycаn Respublikаsı IXM-nin 510- cu mаddəsilə bаşlаnmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Deməli, İddiaçı əməlində hər hansı birinzibati xətanın tərkibi olmamış, etik davranış qaydalarını pozmamışdır. Həkim olaraq vəzifə borcunu yerinə yetirmişdir. Intizam tənbehi əmək funksiyasını və ya daxili intizam qaydalarını pozan işçiyə işəgötürən tərəfindən tətbiq edilən hüquqi təsir tədbiridir. Ona töhmət əsassız verilmiş, xəstəxanın baş həkimi Ülfət Qurbanovun ona qarşı qərəzli hərəkətidir. Cavabdeh X3 direktoru Ülfət Qurbanovun barəsində səhlənkarlıqla bağlı cinayət işi araşdırması olduğu halda 23 illik həkimlik fəaliyyətində hər hansı bir problemi olmayan şəxsə, intizam tənbehi töhmət verə bilməz. Ülfət Qurbanov özü təqsirləndirilən şəxsdir, onun tərəfindən qəbul edilən qərar mötəbər ola bilməz. Çıxarılmış qətnamə prosessual və maddi hüquq normalarının kobud pozulması ilə qəbul edilmişdir, qanunsuz və əsassızdır. Cavabdeh iddia ərizəsinə məhkəməyə etiraz təqdim etmişdir. Etiraz tamamilə əsassızdır. Qətnamədə göstərilmişdir ki, bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı Cavabdeh X3 X4 şöbəsində Təcili yardım həkimi vəzifəsinə əsas iş yeri üzrə işə qəbul edilmişdir. Iddiaçı hazırki iş üzrə cavabdeh olan CavabdehX3 X5 X4 üzrə həkim vəzifəsinə işləyir. Cavabdeh X3 direktorunun##.##.2025-ci il tarixli, 18-1- **/*-*-****/**** saylı əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, X5nin X4 üzrə həkimi İddiaçı “vətəndaşa ilkin mərhələdə düzgün yanaşma nümayiş etdirmədiyinə və vətəndaşın tibbi xidmətlə təmin edilməsi istiqamətində yönləndirmə məsələsində səhvə yol verdiyinə görə töhmət elan edilmişdir. Halbuki, Mingəçevir şəhər məhkəməsinin *(*-***)-**/**** saylı inzibati işinə baxarkən instagram saytında Şirinova Bənövşə Məhəmməd qızı onu təhqir etməsini, ünvanına qeyri etik sözlərdən istifadə etməsini etiraf etmişdir. Mingəçevir Şəhər Məhkəməsi ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarına əsasən Şirinova Bənövşə Məhəmməd qızı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Həmin qərarla tanış olduqda müəyyən edilir ki, barəsində inzibati xəta törədən şəxs Şirinova Bənövşə Məhəmməd qızı o, öz vəzifə borcunu yerinə yetirərkən ona qarşı nalayiq ifadələr işlətmişdir.
8. Ona görə də, Mingəçevir şəhər Məhkəməsinin e-2(5-146)-109/2026saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cavabdeh X3 nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a)töhmət vermək; b)sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c)kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç)əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Işçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 189.3-cü maddəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. Işçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. 190.3-cü maddəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.
15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ######## 2012-ci il tarixli ** nömrəli əmri ilə təsdiq edilmiş “X4 üzrə həkimin nümunəvi vəzifə təlimatı”: 14-cü bəndinə əsasən etik davranış qaydalarına riayət etmək X4 üzrə həkimin vəzifə öhdəliyinə aiddir. 21.1-ci bəndinə əsasən X4 üzrə həkim ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə görə məsuliyyət daşıyır.
16. . Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2011-ci il tarixli, *** nömrəli əmri ilə təsdiq edilmiş “Həkimlərin etik davranış qaydaları”: 16-cı bəndinə əsasən həkim pasiyenti əsassız riskə məruz qoymamalı, xüsusilə də bilik və bacarıqlarını qeyri-humanist məqsədlər üçün istifadə etməməlidir. 17-ci bəndinə əsasən xəstənin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər görməli olan həkim onunla pasiyent arasında zəruri qarşılıqlı inamın olmamasına əmin olduğu, habelə özünü kifayət qədər peşəkar hiss etmədiyi və yaxud müalicənin aparılması üçün lazımi imkanların olmadığı hallarda, təxirəsalınmaz tibbi yardım halları istisna olmaqla, xəstənin müalicəsindən imtina edə bilər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
21. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
22. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
23. Iddiaçı İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
26. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə “töhmət verilməsi haqqında” əmrin verilməsi müddətinin əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, iddiaçının vətəndaşa ilkin mərhələdə düzgün yanaşma nümayiş etdirmədiyinə və vətəndaşın tibbi xidmətlə təmin edilməsi istiqamətində yönləndirmə məsələsində səhvə yol verdiyi üçün intizam tənbehinin verilməsinə dair işəgötürən tərəfindən verilmiş əmr, əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin(bundan sonra – ƏM) 187–ci maddəsinin 2–ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Göründüyü kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin normativ aktlarına əsasən, Tibbi Şura qərarı əsasında, müddətlərə riayət olunmaqla qəbul edilmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına və sadalanan hüquq normalarına əsasən hesab etmişdir ki, intizam tənbehinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən işçi əmək funksiyasını lazımi qaydada yerinə yetirmədikdə intizam tənbehi tətbiq edilə bilər. Iddiaçı vəzifə funksiyasının aşaraq tibbi xidmətin qiymət siyasəti ilə bağlı şərh vermiş, konkret özəl müəssisəyə yönləndirmə xarakterli məlumat təqdim etmişdir. Qeyd olunan hal İddiaçı intizam icraatı zamanı vermiş olduğu izahatında da öz təsdiqini tapmışdır. Bu, vəzifə təlimatının və etik davranış qaydalarının pozulmasıdır. Həmçinin məhkəmə tərəfindən iş materialları nəzərdən keçirilərkən və tərəflərin izahatlarına əsasən müəyyən olunmuşdur ki, həkim İddiaçı Bənövşə Şirinovanı özəl tibb müəssisəsinə yönləndirməklə sonuncunun tibbi yardıma ehtiyacı olan azyaşlı övladını əsassız riskə məruz qoymuş və bunun nəticəsində Bənövşə Şirinova özəl tibb müəssisəsinə müraciət etdikdən sonra övladının vəziyyəti ağırlaşdığı üçün yenidən övladını şəhər xəstəxanasının X5nə gətirməli olmuşdur. Bundan sonra Bənövşə Şirinova həkim İddiaçı aqressiv yanaşdığı üçün sonuncu Bənövşə Şirinovanın azyaşlı övladının müayinəsi üçün digər həkimi dəvət etməli olmuşdur. Beləliklə, məhkəmə hesab etmişdir ki, işəgötürən tərəfindən iddiaçıya intizam tənbehi verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmamış, həmçinin məhkəmə tərəfindən intizam tənbehi verilməsi barədə işəgötürənin (cavabdehin) əmrinin iddiaçıya münasibətdə ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh Cavabdeh X3 direktorunun “töhmət verilməsi haqqında” ## ###### 2025-ci il tarixli **-*-**/*-*- ****/**** saylı əmri ləğv edilməsi barədə iddiası rədd edilməlidir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
28. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
29. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia ərizəsində göstərilən dəlillərini təşkil edirdi və birinci instansiyası məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
31. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.