Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-531/2026 05.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması və qanunsuz hərəkətlərinə son qoyulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tаrixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Iddiaçı İddiaçı ## ###### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması və qanunsuz hərəkətlərinə son qoyulması” tələbi barədə iddia ərizəsi ilə Ismayıllı Rayon Məhkəməsinə müraciət etmişdir. Ismayıllı Rayon Məhkəməsinin (hakim Nərmin Qoşqarova) ## ##### 2026-cı il tаrixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması və qanunsuz hərəkətlərinə son qoyulması” barədə iddia tələbi təmin edilmişdir. Cavabdeh Cavabdeh poçt vasitəsi ilə ## ##### 2026-cı ildə rəsmi qaydada almış olduğu Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tаrixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən ## ### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi həmin apellyasiya şikayətini işlə birlikdə baxılması üçün ## #### 2026-cı il tarixli məktubla Şəki Apellyasiya Məhkəməsinə göndərmiş və həmin mülki iş ## #### 2026-cı ildə Şəki Apellyasiya Məhkəməsinin dəftərxanasında qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 10-1-ci maddəsinin tələblərinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır (maddə 10-1.1), məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir (maddə 10-1.2) və kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir (maddə 10-1.3). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələblərinə uyğun olaraq, bu Məcəllə ilə müəyyən edilmiş formada (forma - həmin Məcəlləyə “Əlavə 2” ilə müəyyən edilmişdir) verilən apellyasiya şikayətində - şikayətin verildiyi məhkəmənin adı və ünvanı (maddə 361.1.1), şikayəti verən şəxsin soyadı, adı, atasının adı, şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti (maddə 361.1.2), barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı (maddə 361.1.3), şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi (maddə 361.1.4), şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar (maddə 361.1.5), şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar (maddə 361.1.6) və şikayətə əlavə edilən sənədlərin siyahısı (maddə 361.1.7) göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366-cı maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olması daxildir (maddə 366.1), əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə 366.2), apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır (maddə 366.3) və apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər (maddə 366.4). Məhkəmə kollegiyası, cavabdeh Cavabdeh Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tаrixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini və iş materiallarını öyrənib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh Cavabdeh apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tаrixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPMin) apellyasiya şikayətlərinin verilməsi üçün müəyyən edilmiş aşağıda qeyd olunan tələbləri pozulmuş və eyni zamanda, həmin Məcəlləyə “Əlavə 2” ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına riayət olunmamışdır: Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tаrixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən ## ### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Cavabdeh tərəfindən elektron qaydada imzalanmaqla təqdim edilmiş apellyasiya şikayəti natamam formada və məzmunda, yəni ümumiyyətlə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələblərinə və həmin Məcəlləyə “Əlavə 2” ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına uyğun tərtib edilmədən imzalanaraq verilmişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə elektron qaydada imzalanaraq təqdim edilmiş 3 səhifədən ibarət apellyasiya şikayəti yalnız “Apellyasiya şikayəti verən şəxs” adlanan 1-ci hissədən, “Barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat” adlanan 4cü hissədən, “Işin halları” adlanan 5-ci hissədən və “Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər” adlanan 4-cü hissədən ibarət olmaqla tərtib edilərək imzalanmışdır. Lakin, bu apellyasiya şikayətində “Əlavə 2”-nin “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” adlanan 6-cı hissəsi, “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” adlanan 7-ci hissəsi, “Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər” adlanan 8-ci hissəsi, “Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər” adlanan 9-cu hissəsi, “Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər” adlanan 10-cu hissəsi, “Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər” adlanan 11-ci hissəsi və hətta, şikayətin ən əsas və vacib hissəsi kimi qeyd edilməli olan “Apellyasiya şikayəti verən şəxsin tələbi” adlanan 12-ci hissəsi də mövcud deyildir. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə “şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi”, “şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar” və “şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar” apellyasiya şikayətində müvafiq qaydada göstərilməlidir (MPM-in 361.1.4-cü, 361.1.5-ci və 361.1.6-cı maddələri; “Əlavə 2”-nin 5, 6, 7, 8, 9, 10, 11 və 12-ci bəndləri). Yəni, apellyasiya şikayətində “şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi”, “şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar” və “şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar” formal olaraq sadalanmamalı və həmin hallar dəqiq qeyd edilməklə, müvafiq qaydada əsaslandırılmalı və həmin halları təsdiq edən sübutlar şikayətə əlavə edilərək, şikayətlə birlikdə məhkəməyə təqdim olunmalıdır. Bundan əlavə, xüsusi olaraq qeyd olunmalıdır ki, apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində formasını müəyyənləşdirən “Əlavə 2”-nin 12-ci bəndində apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir (MPM-in 361.1.4-cü maddəsi və “Əlavə 2”-nin 12-ci bəndi). Qeyd etmək lazımdır ki, şikayətçi tərəfindən elektron qaydada imzalanaraq təqdim edilmiş həmin apellyasiya şikayətindən əlavə, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə digər bir apellyasiya şikayətinin mətni də adi qaydada tərtib edilərək, elektron qaydada imzalanmadan, adi sənəd kimi "PDF" formatında elektron kabinetə daxil edilmişdir. Halbuki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının ## #### 2021-ci il tarixli Qanunu ilə Mülki-Prosessual Məcəllədə bir sıra dəyişikliklər edilərək (## ####### 2021-ci il tarixindən qüvvəyə minmişdir), yeni redaksiyada MPM-in 361-ci maddəsində apellyasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuşdur (həmin forma isə Məcəlləyə yuxarıda göstərilən Qanunla edilmiş “Əlavə 2”-də göstərilmişdir). "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən, elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəddir. Bununla belə, həmin elektron qaydada imzalanmadan təqdim edilmiş apellyasiya şikayəti mətninin “Apellyasiya şikayəti verən şəxsin tələbi” adlanan 12-ci bəndində şikayətçinin apellyasiya instansiyasından tələbi - “Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tаrixli, e-2(037)-1224/2025 tаrixli qətnaməsini ləğv edərək, iş üzrə yeni qətnamə qəbul edilməsi” kimi ifadə olunmaqla, düzgün qeyd olunmamışdır. Yəni, həmin mətndə də cavabdeh tərəfin mübahisələndirdiyi qətnamənin “...ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsi” xahiş edilsə də, şikayətçi tərəfindən məlum mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələbi, yəni apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə “iddia tələbinin rədd olunması və yaxud qismən təmin olunması və sair” barədə tələbi öz əksini tapmamışdır (MPM-in 361.1.4-cü maddəsi və “Əlavə 2”-nin 12-ci bəndi). Göründüyü kimi, yuxarıda qeyd olunan nöqsanlara əsasən müəyyən edilir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş hazırkı apellyasiya şikayəti - Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin apellyasiya şikayətinin forma və məzmununa dair ümumi prosessual tələbləri müəyyənləşdirən 361-ci maddəsinin tələblərinə və eyni zamanda, şikayətin “Elektron məhkəmə” informasiya sistemində formasını müəyyənləşdirən həmin Məcəlləyə “Əlavə 2”-də təsbit olunmuş mühüm tələblərə uyğun deyildir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi ilə təminat verilən məhkəmə müdafiəsi hüququ - yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur və hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ - məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Ona görə də, məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün bir sıra mühüm prosessual qaydalar və məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, bunlara - Mülki Prosessual Məcəllənin 361-ci maddəsində nəzərdə tutulmuş prosessual qaydalar da aiddir və apellyasiya şikayəti həmin maddənin tələblərinə riayət edilməklə verilməlidir. Çünki, Mülki-Prosessual Məcəllənin 361-ci maddəsində apellyasiya şikayəti üçün zəruri olan forma və məzmuna dair tələblər nəzərdə tutulmuşdur. Eyni zamanda, Mülki-Prosessual Məcəllənin apellyasiya şikayətinin məzmununa dair ümumi tələbləri müəyyənləşdirən 361-ci maddəsi ilə yanaşı, həmin Məcəlləyə “Əlavə 2”-də də apellyasiya şikayətinin forması ilə bağlı mühüm tələblər öz əksini tapmışdır. Bu səbəbdən də, qeyd olunan tələblərin düzgün və bir qaydada yerinə yetirilməsi üçün “Elektron məhkəmə” informasiya sistemində apellyasiya şikayətinin ümumi formasını müəyyən edən “Əlavə 2”-yə uyğun elektron apellyasiya şikayəti nümunəsi tərtib edilərək, apellyasiya şikayəti hazırlayan proses iştirakçılarının istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə - apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, yuxarıda qeyd olunan qanunvericilik normaları imperativ qaydada apellyasiya şikayəti verilərkən şikayətçinin etməli olduğu hərəkətləri təsbit edir və bu kimi hərəkətlər edilmədikdə və yaxud, düzgün yerinə yetirilmədikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq apellyasiya şikayəti geri qaytarılır. Çünki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 4.1-ci maddəsində "bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları" təsbit olunmuş və həmin Məcəllədə qanunla müəyyən edilmiş qaydada verilməyən apellyasiya şikayətlərinin qaytarılması institutu nəzərdə tutulmuşdur (apellyasiya şikayəti - Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun apellyasiya instansiya məhkəməsində məhkəmə icraatı mümkündür). Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2.2-ci maddəsinin tələblərinə görə mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verməli olduğundan - proses iştirakçıları tərəfindən ərizə və şikayətlər verilərkən Mülki-Prosessual Qanunvericiliyin tələblərinə düzgün riayət olunması məhkəmələr tərəfindən təmin edilməlidir. Qeyd etmək lazımdır ki, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin "X3 Partiyası və başqalarının Rusiyaya qarşı" iş üzrə ## ###### 2007-ci il tarixli qərarında da qeyd olunur ki, hüquqi müəyyənlik tələbi “res judikata” prinsipinə, yəni qərarların qətiliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Bu prinsip onu vurğulayır ki, heç bir tərəf sadəcə iş üzrə yeni məhkəmə iclasının keçirilməsi və iş üzrə yeni qərar çıxarılması məqsədi ilə qəti və məcburi qərara yenidən baxılması üçün müraciət edə bilməz. Məhkəmə qərarlarına yenidən baxmaq üzrə yuxarı məhkəmələrin səlahiyyətləri isə yenidən baxılması məqsədi ilə yox, yalnız məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasının nəticələrini düzəltmək məqsədi ilə həyata keçirməlidir. Məsələyə münasibətdə iki nöqteyi-nəzərin mümkünlüyü isə işə yenidən baxılması üçün əsas deyil. Bu prinsipdən istisnalara yalnız o halda yol verilə bilər ki, istisnanın zəruriliyi işin mühüm və inkarolunmaz hallarından irəli gəlsin. Beləliklə də, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tаrixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdeh Cavabdeh apellyasiya şikayəti qeyri-mümkün hesab olunaraq, iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalı və birinci instansiya məhkəməsi isə hazırkı apellyasiya şikayətinə münasibətdə Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq sonrakı prosessual hərəkətləri etməlidir. Eyni zamanda, bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 364.1-ci maddəsinin tələblərinə görə, birinci instansiya məhkəməsi - apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərir. Həmin Məcəllənin 363-cü maddəsində isə prosessual tələblərə riayət edilmədən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasının əsasları təsbit olunmuşdur. Yəni, Mülki- Prosessual Məcəllədə apellyasiya şikayətlərinin qanunvericiliyin tələblərinə uyğun verilməsinin yoxlanılması və düzgün verilməyən apellyasiya şikayətlərinin geri qaytarılması vəzifəsi - imperativ qaydada birinci instansiya məhkəməsinə həvalə olunmuşdur. Lakin, birinci instansiya məhkəməsi hazırkı apellyasiya şikayətinin Mülki- Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu tam yoxlamadan, оnu baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 361-366, 399, 400, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması və qanunsuz hərəkətlərinə son qoyulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tаrixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Apellyasiya şikayəti işlə birlikdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Ismayıllı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-10)-531/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-531/2026
05.06.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver