Məhkəmə qərarları › İş №e-2(3-10)-550/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-550/2026

07.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-550/2026 07.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - kredit borcunun tutulması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və Mehdiyev Elçin Məhəməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbi”nə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxılmışdır. I. İşin halları

1. İddiaçı ASC-nin Kart Mərkəzi filialı ilə Cavabdeh arasında bağlanmış ## ##### 20224cü il tarixli, CO397521 №li Tam kart üzrə kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqaviləyə əsasən Bank tərəfindən sonuncuya istifadə üçün plastik kart verilmişdir.

2. Həmin müqavilənin 6.9-cu bəndinə əsasən, bu müqavilə çərçivəsində Tam kart ABB tərəfindən müştəriyə rəqəmsal və (və ya) kart pəstahı formasında təqdim edilə bilər.

3. Həmin müqavilənin 6.11-ci bəndində göstərilımişdir ki, bu müqavilə yazılı, habelə müştərinin iradə ifadəsini dürüst müəyyənləşdirməyə imkan verən üsullardan (mobil tətbiq və digər elektron platformalar vasitəsi ilə) istifadə olunmaqla elektron və ya digər texniki vasitələrin köməyi, o cümlədən elektron sənədləri və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.

4. Əssassız varlanmanı əks etdirən ## ###### 2026-cı il tarixli maliyyə arayışına əsasən, Cavabdeh ## ###### 2026-cı il tarixli, CO397521 №li tam kart üzrə kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqaviləyə əsasən 100.73 manat əsas borcu yaranmışdır.

II. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbi”nə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə qalıq borc üzrə 100.73 manat borcun,ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC-in Kart Mərkəzi filialı ilə Cavabdeh arasında bağlanmış ## ##### 20224-cü il tarixli, CO397521 №li Tam kart üzrə kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqaviləyə əsasən Bank tərəfindən sonuncuya sonuncuya istifadə üçün plastik kart verilmişdir. Texniki overdraftmüştəriyə Overdraftın təqdim edilməsi barədə müştərinin müraciəti olmadığı halda ödəniş kartı əlavə kart vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılmasıdır. Müştəri texniki overdraft baş verdiyi təqdirdə yaranmış borcu və faizləri Banka ödəməyi öhdəsinə götürür. Kart Mərkəzi filialının müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (33881019445851275165) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 99.32 AZN məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Bankın Yasamal filialı tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh hüquqi əsası olmadan 99.32 AZN məbləği hesabdan çıxarmışdır. Qalıq məbləğə 1.41 manat faiz hesablanmışdır. Cavabdeh Banka cəmi 100.73 AZN borcu mövcuddur. Eyni zamanda bank tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh ##.##.2026-cı il tarixində *-*-**/*-*****/**** saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

8. Qax Rayon Məhkəməsinin (hakim Mirheydər Zeynalov) ## ##### 2026-cı il tarixli, e- *(*-***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdeh Cavabdeh ## ##### 2024cü il tarixli CO0397521№li kredit müqaviləsinə əsasən nağd krediti üzrə 100.73 manat əsas borc, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 448.1, 448.2, 448.3, 448.4, 739.1, 739.2, 739.3, 1091.1, 1091.2, 1092.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 217.3, 218.3, 222.2, 284-1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

10. Cavabdeh Cavabdeh Qax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*- ***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, ...qətnamədə qeyd edilmişdir ki, guya ## ##### 2024-cü il tarixində ona ABB Bank tərəfindən 30 ay müddətinə, illik 22 faizlə 2000 manat məbləğində nağd kredit verilmişdir. Bildirir ki, o, belə bir kredit müqaviləsi bağlamamışdır və hər hansı kredit vəsaiti almamışdır. Həmin vəsaitin ona verilməsi və yaxud köçürülməsi barəsində sübut məhkəməyə təqdim edilsin. Ümumiyyətlə onun ABB də heç vaxt krediti olmayıb. Eyni zamanda, məhkəmə iclasının keçirilməsi barədə lazımi qaydada məlumatlandırılmadığı üçün məhkəmə prosesində iştirak edə bilməmişdir. Onun iştirakı təmin edilmədən və izahatı alınmadan qətnamə qəbul edilmişdir. Hesab edir ki, işin halları tam və obyektiv araşdırılmamışdır, təqdim edilmiş sübutların həqiqiliyi yoxlanılmamışdır, kredit müqaviləsi və imzanın ona aid olub-olmaması müəyyən edilməmişdir, prosessual hüquqları pozulmuşdur. Qeyd olunanların nəzərə alınmasını, Qax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbi əsassız hesab edilərək təmin edilməməsini, kredit müqaviləsi və imzaların həqiqiliyinin araşdırılması üçün ekspertiza təyin edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

13. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 394- 1.3-cü mаddəsinə əsаsən işə yаzılı icrааt qаydаsındа, yəni məhkəmə iclаsı keçirilmədən və tərəflər izаhаtlаrı dinlənilmək üçün çаğırılmаdаn, tərəflərin təqdim etdiyi iş mаteriаllаrındа olаn sənədlər əsаsındа bаxmışdır.

14. Belə ki, həmin maddənin tələbinə görə, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

17. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

18. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: -14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər. - (...). - 14.2.7. Əsassız varlanma. - (...).

20. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

21. Maddə 1091. Əsassız varlanma anlayışı - 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

22. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi - 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. (...).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir.

30. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər.

31. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

32. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

36. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Cavabdeh nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

39. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

40. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflr arasında bağlanmış ## ##### 20224cü il tarixli, CO397521 №li Tam kart üzrə kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqaviləyə əsasən Bank tərəfindən cavabdehə sonuncuya istifadə üçün plastik kart verilmişdir. Kart Mərkəzi filialının müştərisi olancavabdeh Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (33881019445851275165) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 99.32 AZN məbləğində vəsaitin məxaric etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli maliyyə arayışına əsasən cavabdeh hüquqi əsası olmadan 99.32 AZN məbləği hesabdan çıxarmışdır. Qalıq məbləğə 1.41 manat faiz hesablanmışdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, işə yazılı icraat qaydasında baxan qax Rayon Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.

41. Apellyasiya şikayətinin dəlillərindən biri cavabdehin məhkəmə iclasının keçirilməsi barədə lazımi qaydada məlumatlandırılmadığı üçün məhkəmə prosesində iştirak edə bilməməsi və onun izahatı alınmadan qətnamə qəbul edilməsi barədədir.

42. Kollegiya həmin dəlillə bağlı qeyd edir ki, qanunun tələbinə görə, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

43. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır və həmin işin həllinə dair qətnamə çıxarılır (Azərbaycan Respublikasının MPM, 284-1, 284-5.1, 284-5.2-ci maddələr).

44. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cavabdehə rəsmi qaydada bildirişi və iddia ərizəsinin surətini göndərmiş, həmin bildirişdə MPM-in qeyd olunan maddələrinin tələbləri izah edilməklə yanaşı, prosessual hüquq və vəzifələr göstərilmiş, bildirişi alan cavabdeh iddiaya qarşı yazılı etirazı verməmişdir.

45. Belə olan halda şikayətin göstərilən dəlilləri əsassızdır.

46. Apellyasiya şikayətinin başqa bir dəlili işin hallarının tam və obyektiv araşdırılmaması, təqdim edilmiş sübutların həqiqiliyinin yoxlanılmaması kredit müqaviləsi və imzanın ona aid olub-olmaması müəyyən edilməməsi barədədir.

47. Bununla bağlı kollegiya ilk növbədə qeyd edir ki, iddia ərizəsinin məzmunu və ona əlavə edilmiş sübutlar tərəflər arasında kredit müqaviləsinin olması və cavabdehin kredit məbləği götürməsi barədə deyil, tərəflər arasında Tam kart üzrə kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqaviləsinin bağlanması və texniki overdraft nəticəsində kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılması barədədir.

48. Ona görə də şikayətin tərəflər arasında kredit müqaviləsinin bağlanıb bağlanılmasının araşdırılmasına lüzum qalmamışdır. İddiaçının təqdim etdiyi sübutlar isə texniki overdraftın baş verdiyini-yəni cavabdehin (müştərinin) overdraftın təqdim edilməsi müraciəti olmadığı halda ona təqdim edilmiş plastik kart hesabına sistemdə baş vermiş xətadan sui-istifadə edərək 99,32 manat vəsaiti məxaric etdiyini təsdiq edir.

49. Nəhayət, kollegiya qeyd edir ki, birinci instasniya məhkəməsi birinci instansiya məhkəməsi qətnamənin təsviri-əsaslandırıcı hissəsində hazırkı mübahisənin tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəldiyini göstərmişdir.

50. Kollegiya bunu texniki şəhv kimi qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

51. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün yetərli deyildir. Apellyasiya şikayətinin dəlilləri yalnız formal mülahizələrdən ibarət olmuşdur.

52. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

54. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

55. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

56. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

57. Hazırkı mülki iş üzrə mübahisələndirilən məbləğ beş min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (qətnamənin 36-cı bəndi). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar