Məhkəmə qərarları › İş №e-2(3-10)-551/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-551/2026

28.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-551/2026 28.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı “razılıq ərizəsinin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdə aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, qeydiyyatın ləğvi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı “razılıq ərizəsinin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdə aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Şəki şəhəri, X5 prospekti, ev 13, mənzil 16, kirayə müqaviləsi bağlanmaqla cavabdeh Cavabdeh verilmişdir. Sözügedən mənzildə Cavabdeh, onun oğlu X3 və qızı, hazırkı iş üzrə iddiaçı İddiaçı qeydiyyatda olmuşlar. Mübahisəli mənzil cavabdeh Cavabdeh tərəfindən özəlləşdirilmiş və həmin evə dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Bundan sonra Cavabdeh, mənzili həyat yoldaşı X2 bağışlamışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri M.F.Axundov prospekti **/** saylı ünvana dair ## ### 2010-cu il tarixdə Cavabdeh Sabir oğlunun adına verilmiş qeydiyyat nömrəsi ********** saylı çıxarışın və Şəki regional “ASAN xidmət” mərkəzində notarial ofisinin ## ### 2023-cü il tarixli, *Ə-*** saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Mülki işə məhkəmədə baxılarkən iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, 7E-24-**** reyestr nömrəli razılıq ərizəsinin etibarsız hesab edilməsi, Şəki şəhəri, M.F.Axundov prospekti, **/** saylı mənzilə dair atası Cavabdeh adına aparılmış qeydiyyatın ləğv edilməsi, həmin mənzilin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə dair X2 adına aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir.

4. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Şəki şəhəri, M.F.Axundov pr, **/** saylı ünvanda yerləşir. Sözügedən mənzil ailə üzvləri nəzərə alınmaqla atası Cavabdeh adına kirayə müqaviləsi bağlanmaqla verilmişdir. Mənzilin öz payına olan hissəsinin özəlləşdirilməsi ilə bağlı ərizə verməmiş və hal-hazırda da qeyd olunan mənzildə qeydiyyatdadır. Arayış alarkən ona bəlli olmuşdur ki, mənzil özəlləşdirilmişdir. Bu məsələyə aydınlıq gətirilməsi üçün DƏDKRX-nin ** saylı Şəki Ərazi Idarəsinə sorğu ilə müraciət edərkən bəlli olmuşdur ki, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin ## ### 2023-cü il tarixli, *Ə-*** saylı bağışlama müqaviləsi əsasında Cavabdeh, sözügedən mənzili X2 bağışlamışdır. Mənzilin hansı yolla özəlləşdirilməsi barədə araşdırmanın nəticəsi olaraq bəlli olmuşdur ki, Bakı şəhər notariat ofisində imzası və əl yazısı saxtalaşdırılmaqla ərizə tərtib olunmuşdur. Bu məsələ ilə bağlı Baş Prokurorluğa müraciət etmiş və şikayət ərizəsi Nərimanov Rayon Prokurorluğuna göndərilmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Iddiaçı məhkəməyə elektron ərizə ünvanlayaraq, işə, onun iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı İddiaçı bildirmişdir ki, mənzilin atasının adına özəlləşdirilməsi barədə ərizəyə imza atmamışdır. Ona görə də, iddia tələbinin təmin edilməsini, həmin ərizənin etibarsız hesab edilməsi və ondan sonrakı hərəkətlərin nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Şəki şəhəri, X5 prospekti, ev 13, mənzil 16 cavabdeh Cavabdeh tərəfindən özəlləşdirilərkən həmin evdə ondan başqa qeydiyyatda olan X3 və İddiaçı da razılığı tələb olunmuşdur. X3 tərəfindən verilmiş ## ##### 2010-cu il tarixli razılıq ərizəsindən və İddiaçı tərəfindən verilmiş ## ##### 2010-cu il tarixli, 7E-24-**** reyestr nömrəli razılıq ərizəsindən görünür ki, onlar, Şəki şəhəri, X5 prospekti, bina 13 ünvanında yerləşən ** nömrəli mənzilin atası Cavabdeh adına özəlləşdirilməsinə etiraz etmirlər.

7. Iddiaçı İddiaçı, onun adından verilmiş ## ##### 2010-cu il tarixli, 7E24-**** reyestr nömrəli razılıq ərizəsinin saxta olmasını, həmin ərizənin onun tərəfindən imzalanmamasını qeyd etmişdir. Iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon prokurorluğunun ## #### 2024-cü il tarixli cinayət işinin başlamasının hissəvi rədd edilməsi haqqında qərarından görünür ki, Bakı şəhəri * saylı notariat ofisində təsdiqlənmiş ## ##### 2010-cu il tarixli, 7E-24-**** reyestr nömrəli razılıq ərizəsi verilərkən onun imzasının və əlyazmasının saxtalaşdırılması barədə şikayəti üzrə araşdırma aparılmış, ekspertiza təyin edilmiş və həmin imzanın məhz İddiaçı tərəfindən icra edilməsi müəyyən olunmuş, bu səbəbdən xüsusi notarius X10 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən həmin hissədə cinayət işinin başlanılması rədd edilmişdir.

8. Məhkəmənin sorğusu və müvafiq qərardadına əsasən İddiaçı ## ##### 2010-cu il tarixli, 7E-24-**** reyestr nömrəli razılıq ərizəsinin və Notariat hərəkətlərinin qeyd edilməsi üçün ***** nömrəli 7E-24 reyestr jurnalının əslləri Bakı şəhəri * saylı notariat ofisindən tələb edilərək götürülmüş və Şəki Rayon Məhkəməsinin Şəki Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, 2(075)-46/2025-ci il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və götürülmüş həmin sənədlər iş materialları ilə birlikdə tədqiq edilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə təqdim edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli, */**** nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş mülki işin 2-ci cildinin 80-ci vərəqində olan İddiaçı adından olan ## ##### 2010-cü il tarixli ərizədə “Imza” qrafasının sonundakı “Əliyeva” əlyazması və qarşısındakı imza və həmçinin Notariat hərəkətlərinin qeyd edilməsi üçün ***** nömrəli 7E-24 reyestr jurnalının 29-cu vərəqində “****” sıra nömrəsində “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı “Əliyeva” əlyazması və həmin əlyazmanın yuxarı hissəsindəki imza – İddiaçı tərəfindən icra olunmuşdur.

9. Göründüyü kimi həm İddiaçı şikayət ərizəsi Bakı şəhəri Nərimanov rayon prokurorluğunda araşdırılan zaman, həm də hazırkı iddia ərizəsi məhkəmədə araşdırılan zaman ## ##### 2010-cu il tarixli, 7E-24-**** reyestr nömrəli razılıq ərizəsinin İddiaçı özü tərəfindən, onun iradəsi və razılığı ilə tərtib edildiyi və imzalandığı tam sübuta yetirilmişdir.

10. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 və İddiaçı razılığı əsasında Şəki şəhəri, X5 prospekti, ev 13, mənzil 16 cavabdeh Cavabdeh tərəfindən özəlləşdirildikdən sonra həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh ##.##.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli 404011000239-05101- ****** reyestr nömrəli çıxarış verilmişdir. Cavabdeh onun mülkiyyətinə verilmiş mübahisə predmeti olan mənzili ## ### 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında həyat yoldaşı X1 bağışlamış və sonuncunun adına həmin mənzilə dair hüquqların daşınmaz qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli 404011000239- 05101-****** reyestr nömrəli çıxarış verilmişdir. Iddiaçının İddiaçı iddia tələbinin digər hissəsi ## ### 2023- cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsidir. Məhkəmə hesab etmişdir ki, mənzilin özəlləşdirilməsinə verilmiş razılıq ərizəsinin iddiaçı tərəfindən icra edilməsi tam sübuta yetirildiyindən, digər hissələrdə də iddia tələbi təmin edilə bilməz.

11. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Kamran Musayev) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “7E24- **** reyestr nömrəli razılıq ərizəsinin etibarsız hesab edilməsi, Şəki şəhəri, M.F.Axundov prospekti, **/** saylı mənzilə dair atası Cavabdeh adına aparılmış qeydiyyatın ləğv edilməsi, həmin mənzilin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə dair X2 adına aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2, 324.1, 337.3, 337.4, 354.1 və 354.2-ci maddələrinə istinad etmişdir.

13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: X3 tərəfindən yazılmış ## ##### 2010-cu il tarixli razılıq ərizəsi; İddiaçı tərəfindən yazılmış ## ##### 2010-cu il tarixli, 7E-24-**** reyestr nömrəli razılıq ərizəsi; Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli 404011000239-05101-****** reyestr nömrəli çıxarış; ## ### 2023-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi; Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli 404011000239-05101-****** reyestr nömrəli çıxarış; Bakı şəhəri Nərimanov rayon prokurorluğunun ## #### 2024-cü il tarixli cinayət işinin başlamasının hissəvi rədd edilməsi haqqında qərarı; Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadı ilə Bakı şəhəri, * saylı notariat ofisindən götürülmüş ## ##### 2010-cu il tarixli, 7E-24 reyestr jurnalının 29-cu səhifəsində **** reyestr nömrəli qeyd; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli, */**** nömrəli ekspert rəyi; ## ###### 2023-cü il tarixli, ********** nömrəli qəbz.

14. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı qızı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

15. Iddiaçı İddiaçı qızı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, mübahisəli mənzil Şəki şəhəri, M.F.Axundov pr, **/** saylı ünvanda yerləşir. Sözügedən mənzil ailə üzvləri nəzərə alınmaqla atası Cavabdeh adına kirayə müqaviləsi bağlanmaqla verilmişdir. Mənzilin öz payına olan hissəsinin özəlləşdirilməsi ilə bağlı ərizə verməmiş və hal-hazırda da qeyd olunan mənzildə qeydiyyatdadır. Arayış alarkən ona bəlli olmuşdur ki, mənzil özəlləşdirilmişdir. Bu məsələyə aydınlıq gətirilməsi üçün DƏDKRX-nin ** saylı Şəki Ərazi Idarəsinə sorğu ilə müraciət edərkən bəlli olmuşdur ki, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin ## ### 2023-cü il tarixli, *Ə-*** saylı bağışlama müqaviləsi əsasında Cavabdeh, sözügedən mənzili X2 bağışlamışdır. Mənzilin hansı yolla özəlləşdirilməsi barədə araşdırmanın nəticəsi olaraq bəlli olmuşdur ki, Bakı şəhər notariat ofisində imzası və əl yazısı saxtalaşdırılmaqla ərizə tərtib olunmuşdur. Bu məsələ ilə bağlı Baş Prokurorluğa müraciət etmiş və şikayət ərizəsi Nərimanov Rayon Prokurorluğuna göndərilmişdir. Iş materiallarından görünür ki, Şəki şəhəri, X5 prospekti, ev 13, mənzil 16, kirayə müqaviləsi bağlanmaqla cavabdeh Cavabdeh verilmişdir. Sözügedən mənzildə Cavabdeh, onun oğlu X3 və qızı, hazırkı iş üzrə iddiaçı İddiaçı qeydiyyatda olmuşlar. Mübahisəli mənzil cavabdeh Cavabdeh tərəfindən özəlləşdirilmiş və həmin evə dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Bundan sonra Cavabdeh, mənzili həyat yoldaşı X2 bağışlamışdır. Iddiaçı, mənzil özəlləşdirilərkən razılıq ərizəsi vermədiyini, həmin ərizənin saxtakarlıq nəticəsində əldə edildiyini qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə polis orqanının verdiyi cavaba istinad etməklə iddiaçının mülkiyyət hüququnu pozur. Belə ki, cinayət işinin başlanmasının rədd olunması barədə qərarın qəbul edilməsi araşdırmanın aparılmasında əsas ola bilməz. Belə ki faktiki olaraq prokurorluq bildirdi ki, məhkəmənin xüsusi qərardadı əsasında araşdırılma aparıla bilər. Iddiaçı evdə qeydiyyatda olan şəxsdir və hətta dəfələrlə mənzilin özəlləşməsi ilə bağlı ona müraciət olunsa da, imtina etmiş və hətta onun atasının onunla bağlı danışıqlar və mesajları mövcuddur. Dəfələrlə iddiaçı ekspertizanın keçirilməsini, hətta xüsusi qərardad qəbul edilməklə araşdırmanın aparılmasını istəməsinə baxmayaraq, məhkəmə yalnız cinayət işinin rədd olunması haqqında qərarına istinad etməsi onun mülkiyyət hüququna ziddir. Belə ki, iddiaçının mənzildə qeydiyyatı var, hətta onun icazəsi olmadan mənzil başqa bir şəxsə bağışlana bilməzdi. Bu faktların məhkəmədə obyektiv araşdırılmaması bir daha göstərir ki, məhkəmə ədalətli araşdırma aparmır və tərəfləri cəlb etsə də, onların iştirakını reallaşdırmadan belə bir qətnamənin çıxarılması qanunsuz və əsassızdır.

16. Qeyd edilənlərə əsasən, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv olunmasını, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “7E24-**** reyestr nömrəli razılıq ərizəsinin etibarsız hesab edilməsini, Şəki şəhəri M.F.Axundov prospekti, **/** saylı mənzilə dair atası Cavabdeh adına aparılmış qeydiyyatın ləğv edilməsini, həmin mənzilin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə dair X2 adına aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdilər.

19. Cavabdehlər Cavabdeh və X2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasəm bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

23. Iddiaçı Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam həcmdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

25. Hazırki qətnamənin 15-ci bəndində sadalanmış apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı arayış alarkən ona mənzilin özəlləşdirildiyinin məlum olduğunu, mənzil özəlləşdirilərkən razılıq ərizəsi vermədiyini, həmin ərizənin saxtakarlıq nəticəsində əldə edildiyini, dəfələrlə ekspertizanın keçirilməsini, hətta xüsusi qərardad qəbul edilməklə araşdırmanın aparılmasını istəməsinə baxmayaraq, məhkəmənin yalnız cinayət işinin rədd olunması haqqında qərarına istinad etməsinin onun mülkiyyət hüququna zidd olduğunu qeyd etmiş, mənzildə qeydiyyatının olduğunu, hətta onun icazəsi olmadan mənzilin başqa bir şəxsə bağışlana bilməməli olduğunu bildirmişdir.

26. Işdə olan sənədlərlə müəyyən edilir ki, İddiaçı tərəfindən yazılmış ## ##### 2010cu il tarixli, 7E-24-**** reyestr nömrəli razılıq ərizəsi ilə o, Şəki şəhəri, X5 prospekti, bina 13 ünvanında yerləşən ** nömrəli mənzilin atası Cavabdeh adına özəlləşdirilməsinə etiraz etməmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli 404011000239-05101-****** reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 Cavabdeh xüsusi mülkiyyətindədir. ## ### 2023-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66.5 m2 3 otaqlı mənzili X1 bağışlamışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli 404011000239-05101-****** reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 (yeni qaydalarla Şəki şəhəri, X5 prospekti, giriş 758, mərtəbə 3, mənzil 2) X1 mülkiyyətindədir. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun ## #### 2024-cü il tarixli cinayət işinin başlamasının hissəvi rədd edilməsi haqqında qərarından görünür ki, Bakı şəhəri * saylı notariat ofisinin xüsusi notariusu X10 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən həmin hissədə cinayət işinin başlanılması rədd edilmişdir. Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadı ilə Bakı şəhəri, * saylı notariat ofisindən götürülmüş ## ##### 2010-cu il tarixli, 7E-24 reyestr jurnalının 29-cu səhifəsində **** reyestr nömrəli qeyddən görünür ki, Şəki şəhəri, M.F.Axundov prospekti, ev 13 mənzil 16-nın Cavabdeh adına özəlləşdirilməsinə İddiaçı tərəfindən razılıq verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli, */**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 2-ci cildinin 80-ci vərəqində olan İddiaçı adından olan ## ##### 2010-cü il tarixli ərizədə “Imza” qrafasının sonundakı “Əliyeva” əlyazması və qarşısındakı imza və həmçinin Notariat hərəkətlərinin qeyd edilməsi üçün ***** nömrəli 7E-24 reyestr jurnalının 29cu vərəqində “****” sıra nömrəsində “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı “Əliyeva” əlyazması və həmin əlyazmanın yuxarı hissəsindəki imza – İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 2-ci cildinin 80-ci vərəqində İddiaçı adından olan ## ##### 2010-cu il tarixli ərizədə “Imza” qrafasının əvvəlindəki “İddiaçı” əlyazmaları və Notariat hərəkətlərinin qeyd edilməsi üçün ***** nömrəli 7E-24 reyestr jurnalının 29-cu vərəqində “****” sıra nömrəsinin qarşısındakı əlyazmalar (“Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı “Əliyeva” əlyazmasından başqa) - İddiaçı tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur.

27. Iddiaçı İddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində onun adından verilmiş ## ##### 2010-cu il tarixli, 7E24-**** reyestr nömrəli razılıq ərizəsinin saxta olmasını, həmin ərizənin onun tərəfindən imzalanmamasını qeyd etsə də, Bakı şəhəri Nərimanov rayon prokurorluğunun ## #### 2024-cü il tarixli cinayət işinin başlamasının hissəvi rədd edilməsi haqqında qərarından görünür ki, Bakı şəhəri * saylı notariat ofisində təsdiqlənmiş ## ##### 2010-cu il tarixli, 7E-24-**** reyestr nömrəli razılıq ərizəsi verilərkən onun imzasının və əlyazmasının saxtalaşdırılması barədə şikayəti üzrə araşdırma aparılmış, ekspertiza təyin edilmiş və həmin imzanın məhz İddiaçı tərəfindən icra edilməsi müəyyən olunmuş, bu səbəbdən xüsusi notarius X10 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən həmin hissədə cinayət işinin başlanılması rədd edilmişdir.

28. Həmçinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli, */**** nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş mülki işin 2-ci cildinin 80-ci vərəqində olan İddiaçı adından olan ## ##### 2010-cü il tarixli ərizədə “Imza” qrafasının sonundakı “Əliyeva” əlyazması və qarşısındakı imza və həmçinin Notariat hərəkətlərinin qeyd edilməsi üçün ***** nömrəli 7E-24 reyestr jurnalının 29-cu vərəqində “****” sıra nömrəsində “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı “Əliyeva” əlyazması və həmin əlyazmanın yuxarı hissəsindəki imza – İddiaçı tərəfindən icra olunmuşdur.

29. Birinci instansiya məhkəməsi mövqeyini bununla əsaslandırmışdır ki, həm İddiaçı şikayət ərizəsi Bakı şəhəri Nərimanov rayon prokurorluğunda araşdırılan zaman, həm də hazırkı iddia ərizəsi məhkəmədə araşdırılan zaman ## ##### 2010-cu il tarixli, 7E-24-**** reyestr nömrəli razılıq ərizəsinin İddiaçı özü tərəfindən, onun iradəsi və razılığı ilə tərtib edildiyi və imzalandığı tam sübuta yetirilmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 və İddiaçı razılığı əsasında Şəki şəhəri, X5 prospekti, ev 13, mənzil 16 cavabdeh Cavabdeh tərəfindən özəlləşdirildikdən sonra həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh 404011000239-05101- ****** reyestr nömrəli çıxarış verilmişdir. Cavabdeh onun mülkiyyətinə verilmiş mübahisə predmeti olan mənzili ## ### 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında həyat yoldaşı X1 bağışlamış və sonuncunun adına həmin mənzilə dair hüquqların daşınmaz qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 404011000239-05101-****** reyestr nömrəli çıxarış verilmişdir. Iddiaçının İddiaçı iddia tələbinin digər hissəsi ## ### 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsidir. Məhkəmə hesab etmişdir ki, mənzilin özəlləşdirilməsinə verilmiş razılıq ərizəsinin iddiaçı tərəfindən icra edilməsi tam sübuta yetirildiyindən, digər hissələrdə də iddia tələbi təmin edilə bilməz.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

31. Iş Şəki Apellyasiya Məhkəməsinin icraatında olarkən iddiaçı İddiaçı ##.##.2026, ##.##.2026 və ##.##.2026-cı il tarixlərdə vəsatətlər təqdim etmiş, bundan əlavə ərizələr göndərərək təqdim etdiyi audioyazının fonoskopik ekspertizaya göndərilməsini, zəruri hesab ediləcəyi təqdirdə əlavə və ya təkrar məhkəmə ekspertizasının təyin edilməsini; təqdim etdiyi bütün sübutlara, o cümlədən videogörüntüyə və səs yazısına hüquqi qiymət verilməsini; cavabdehlərin və digər aidiyyəti şəxslərin izahatları arasındakı ziddiyyətlərin tam araşdırılmasını; birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə qanuni, əsaslı və ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Iddiaçının təqdim etdiyi sənədlər iş materiallarına əlavə edilmiş, məhkəmə kollegiyası həmin sənədləri işin halları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, əlavə və ya təkrar məhkəmə ekspertizasının keçirilməsinə zərurət yoxdur.

33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı İddiaçı qızı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmalıdır.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Iddiaçı İddiaçı qızı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar