Məhkəmə qərarları › İş №e-2(3-10)-552/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-552/2026

26.08.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-552/2026 26.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh X6rşı “##.##.2025-ci il tarixli, işinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, bir illik ixtisasına və sertifikasiyasına uyğun olaraq, Cavabdeh X6 istənilən və ya sertifikasiya tələb olunmayan hər hansı şöbəsində həkim vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının tam ödənilməsi öhdəliyinin cavabdeh “xxxx “X6 üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əmrin ləğvi, işə bərpa) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X4 və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh X6rşı “##.##.2025-ci il tarixli, işinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, 1 illik ixtisasına və sertifikasiyasına uyğun olaraq, Cavabdeh X6 istənilən və ya sertifikasiya tələb olunmayan hər hansı şöbəsində həkim vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əməkhaqqının tam ödənilməsi öhdəliyinin cavabdeh “xxxx “X6 üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh X6rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli, işinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, 1 illik ixtisasına və sertifikasiyasına uyğun olaraq, Cavabdeh X6 istənilən və ya sertifikasiya tələb olunmayan hər hansı şöbəsində həkim vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əməkhaqqının tam ödənilməsi öhdəliyinin cavabdeh Cavabdeh X6 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1988-ci ildə Rusiya Federasiyası Çelyabinsk Tibb Akademiyasından “X19 Ortopediya və Travmatologiya Elmi-Tədqiqat İnstitutu”nun klinikasına “Travmatoloq-Ortoped” vəzifəsinə təyin edilmiş və ##.##.1990-cı il tarixdə ordinaturanı bitirmişdir. ##.##.1990-cı il tarixdə xxxxnın Reanimasiya şöbəsinə həkimreanimatoloq-anestizioloq vəzifəsinə təyin edilmiş və həmin tarixdən indiyədək qeyd edilən qurumda müxtəlif şöbələrdə, müxtəlif ixtisaslı həkim vəzifəsini qüsursuz yerinə yetirmişdir. ##.##.2025-ci il tarixdə yaşının 65-ə çatdığını rəhbər tutaraq, iş üzrə cavabdeh Cavabdeh PHŞ birtərəfli qaydada, Əmək Məcəlləsinin 70-ci maddəsinin e bəndinə əsasən onun işinə xitam vermişdir. Cavabdehin bu addımını əsassız hesab etmişdir. Bildirmişdir ki, ölkənin bütün mətbuat orqanlarında, yəni rəsmi və ya qeyri rəsmi, bütün kütləvi informasiya vasitələrində xxxxnda həkim çatışmazlığı ilə bağlı rəsmi məlumatlar verilmişdir. Həqiqətən də vakansiya üzrə xxxxnda hazırda da ən azından 100 həkim yeri boş qalmaqdadır. Əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh X6 hal-hazırda yaşı 65-dən yuxarı işləyən həkimlərin sayı 10-dan (Fövqiyyə Əlişanova, Arif Səmədov, Emin Mustafayev+, Məhəbbət Əliyeva, Təranə Əhmədova, Məlahət Hüseynova, Kübra Rəsulova və s.), yaşı 70-dən yuxarı həkimlərin isə sayı 15-dən (Nemət Musayev, Hikmət Əliyev, Gülnar Cəfərova, Təranə Vahidova, Ziyafət Hacıyeva, Əyyub Əsgərov, Cuma Əlişanov və s.) çox olmaqdadır. Hesab etmişdir ki, iş üzrə cavabdeh Cavabdeh X6 qarşı, düzgün olmayan mövqe sərgiləmişdir. Qanunvericilik birmənalı şəkildə yaşı 70-dən yuxarı şəxslərin əmək fəaliyyətinə xitam verilməli olduğunu tələb etsə də, Cavabdeh X6 yuxarıda da qeyd edildiyi kimi, qanunvericiliyin bu tələbini pozmaqla, həmin şəxsləri işdə saxlamışdır. O, həmin həkimlərin əmək fəaliyyəti ilə məşğul olmalarının əleyhinə olmamış, lakin hesab etmişdir ki, bu məsələdə Şəki RMX PHŞ birmənalı olaraq birtərəfli mövqe sərgiləmişdir. Cavabdeh Cavabdeh X6 qarşı ayrı-sekçilik etmiş, yaşı nəinki 65 və hətta qanunvericiliyin tələblərinin əksinə olaraq yaşı 70-dən yuxarı olan həkimlərin bir qisminin əmək fəaliyyətlərini davam etdirmələrinə icazə verdiyi halda, onun əmək fəaliyyətinə, birtərəfli qaydada xitam vermiş və bununla da onun hüquqlarını pozmuşdur.

3. Cavabdeh X6 etibarnamə üzrə nümayəndəsi məhkəməyə iddia ərizəsinə qarşı etiraz ünvanlayaraq göstərmişdir ki, iddiaçı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə, onun 65 yaşının tamam olması ilə əlaqədar xitam verilmişdir. İddiaçı ##.##.2025-ci il tarixli ərizəsi ilə müqavilə müddətinin uzadılmasını xahiş etsə də, müəssisə rəhbərliyi tərəfindən bu müraciətə rədd cavabı verilmişdir. İddiaçının çalışma müddətinin uzadılmamasının əsas səbəbi onun əmək funksiyalarını yerinə yetirərkən yol verdiyi ciddi nöqsanlar olmuşdur. Belə ki, ##.##.2023-cü il tarixli *** nömrəli əmrlə (Əmək Məcəlləsinin 186cı maddəsinin, 2-ci hissəsinin "b" bəndinə əsasən) sonuncu xəbərdarlıqla şiddətli töhmət, ##.##.2025-ci il tarixli əmrlə (Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən) töhmət verilmişdir. Həmin intizam tənbehləri qüvvədə qalmışdır və iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu isə işəgötürəndə işçinin peşəkar fəaliyyətinə dair mənfi rəy formalaşdırmışdır. Nəticə etibarilə, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmış və təqaüd almaq hüququ qazanmışdır. İşəgötürənin əmək müqaviləsinin müddətini uzadıbuzatmamaq qərarı onun qanuni səlahiyyəti daxilindədir və heç bir qanun pozuntusuna yol verilməmişdir. Qeyd olunanlara əsasən, iddiaçı İddiaçı cavabdeh Cavabdeh X6rşı Cavabdeh X6rşı “##.##.2025-ci il tarixli, işinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, 1 illik ixtisasına və sertifikasiyasına uyğun olaraq, Cavabdeh X6 istənilən və ya sertifikasiya tələb olunmayan hər hansı şöbəsində həkim vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əməkhaqqının tam ödənilməsi öhdəliyinin cavabdeh xxxx “X6 üzərinə qoyulması” tələbinə dair iddiasının əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək bildirmişdir ki, ##.##.1990-cı il tarixdə xxxxnın Reanimasiya şöbəsinə həkim-reanimatoloqanestizioloq vəzifəsinə təyin edilmiş və qeyd edilən qurumda müxtəlif şöbələrdə, müxtəlif ixtisaslı həkim olaraq çalışmışdır. ##.##.2025-ci il tarixdə xxxxna ərizə ilə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin müdətinin ##.##.2025ci il tarixdə bitdiyini bildirmiş və müqavilənin müddətinin uzadılmasına köməklik göstərilməsini xahiş etmişdir. xxxxnın rəhbərliyi isə onun əmək müqaviləsinin müddətinin uzadılmasına razılq verməmişdir.##.##.2025-ci il tarixdə, 65 yaşının tamam olması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə qərəzli şəkildə xitam verilmişdir. Halbuki, hal-hazırda xxxxnda həkim çatışmazlığı mövcuddur. Bundan əvvəl də qərəzli şəkildə işdən çıxarılmışdır. Daha sonra işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməsinə əsasən, işinə bərpa edilmişdir. O özü ixstisasca travmatoloq-ortoped olsa da, həkim-reanimatoloq-anestizioloq kimi fəaliyyət göstərmişdir. 1990-cı ildən bu günədək öz ixtisası ilə işə götürülməmişdir. Ondan başqa da xəstəxanada yaşı 70-dən yuxarı olan həkimlər fəaliyyət göstərmişlər. Həmin həkimlər də ixtisasca travmatoloq deyil, terapevt, pediatr, bioloq və s.olmuşlar. Buna baxmayaraq, həmin həkimlər işə davam etdikləri halda, ancaq onun əmək müqaviləsinə xitam verilərək, ayrı-seçkiliyə yol açılmışdır. O özü 65 yaşında olsa da, sərbəst əməliyyat etməyə qadirdir. Bu səbəbdən, müqavilənin müddətini uzatmaq və işləmək niyyətində olmuşdur. Lakin, xxxx tərəfindən qərəzli olaraq onun əmək müqaviləsinə xitam verilmişdir. Hesab etmişdir ki, hər bir işçiyə şiddətli töhmət intizam tənbeh tədbiri iclas zamanı, zalda onun təqsiri sübut edilərək verilməlidir. Ancaq, onun, barəsində intizam tənbeh tədbirlərinin tətbiq edilməsindən xəbəri olmamışdır. Çünki, ona şəxs işinə baxılması üçün icazə verilməmişdir. Həmin töhmət əmri də qərəzli şəkildə onun şəxsi işinə qoyulmuşdur. X1 hüquqlarını pozduğunu əsas gətirərək, ona töhmət vermişlər. Lakin, töhmət əmri verilərkən X7 onu təhqir etdiyi nəzərə alınmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh X6 etibarnamə üzrə nümayəndəsi X12 izahat verərək göstərmişdir ki, ##.##.2025-ci il tarixdə İddiaçı xxxxna ərizə ilə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin müddətinin ##.##.2025-ci il tarixdə bitdiyini bildirmiş və müqavilənin müddətinin uzadılmasına köməklik göstərilməsini xahiş etmişdir. xxxxnın rəhbərliyi İddiaçı ərizəsinə baxmış və işlədiyi müddət ərzində dəfələrlə əmək funksiyalarını yerinə yetirərkən ciddi nöqsanlara yol verməsi səbəbi ilə əmək müqaviləsinin müddətinin uzadılmasını məqsədəmüvafiq hesab etməmişdir. Belə ki, İddiaçı ##.##.2023-cü il tarixli *** nömrəli əmrlə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” elan edilmişdir. Bundan əlavə olaraq, ##.##.2025-ci il tarixdə Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin həkim anestezioloq-reanimatoloqu X7 əmək hüquqlarını pozduğuna görə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı madəsinin 2-ci hissənin a bəndinə əsasən “töhmət” verilmişdir. Belə olan halda, əmək müqaviləsinin müddətinin uzadılması ilə bağlı işçinin işəgötürənin qarşısında öhdəlik qoyması qəbul edilməzdir. Çünki, əmək müqaviləsinin müddətinin uzadılması işəgötürənin səlahiyyətindədir. Eyni zamanda, iddiaçı İddiaçı hazırda xəstəxanada icarəyə otaq götürüb lisenziyasız qanunazidd olaraq tibbi fəaliyyətlə məşğul olmaqdadır. Dəfələrlə xxxxnda problemlər yaratmışdır. İddiaçının barəsində cinayət işləri başlanmış, bir hissəsi yekunlaşmış, bəzi cinayət işlərinin isə hələ də araşdırılması davam etməkdədir. Əlavə olaraq qeyd etmişdir ki, bir müddət əvvəl maşınla ova getmiş bir neçə şəxs tüfəngdən açılan atəş nəticəsində yaralanaraq başından xəsarət almışdır. İddiaçı onları xəstəxanada müayinə etmişdir. Lakin daha sonra həmin şəxslər qanaxma nəticəsində ölmüşdürlər. İddiaçı xaraktercə problemli insan olaraq tanınmış, dəfələrlə xəstəxanada həkimlərlə dava etmişdir. Münaqişəyə meyilli olmuşdur. Onun Şəki Rayon X24, reanimasiya və intensiv terapiya şöbəsinin həkim anestezioloq-reanimatoloqu X7 əmək hüquqlarını pozması ilə bağlı məsələ həmkarlar ittifaqının iclasında da müzakirə edilmiş və İddiaçı ##.##.2025-ci il tarixdə Əmək Məcəlləsinin 186-cı madəsinin 2-ci hissənin a bəndinə əsasən “töhmət” elan edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin uzadılması məqsədəuyğun hesab edilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh X6 etibarnamə üzrə nümayəndəsi X8 izahat verərək bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, dövlət müəssisələrində çalışmanın yaş həddi 65 yaşdır. İddiaçı ilə bağlanan əmək müqaviləsinə də özünə məlumat verilməklə, Əmək Məcəlləsinin 70-ci maddəsinin e bəndinə əsasən, qanuni şəkildə xitam verilmiş və əmək kitabçası ona təqdim edilmişdir. Bu səbəbdən, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-2(5-158)-328/2026 nömrəli qətnaməsi ilə, iddia tələbinin rədd edilməsi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh X6rşı “##.##.2025-ci il tarixli, işinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, 1 illik ixtisasına və sertifikasiyasına uyğun olaraq, Cavabdeh X6 istənilən və ya sertifikasiya tələb olunmayan hər hansı şöbəsində həkim vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əməkhaqqının tam ödənilməsi öhdəliyinin cavabdeh xxxx “X6 üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. 8.Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı İddiaçı xxxxnın Reanimasiya şöbəsinə həkim-reanimatoloqanestizioloq vəzifəsinə təyin edilmiş və ##.##.2025ci il tarixədək həmin xəstəxanada müxtəlif vəzifələrdə çalışmışdır. xxxxnda TTTY şöbəsinin Təcili yardım bölməsinin təcilli tibbi yardım üzrə həkimi işlədiyi müddətdə ##.##.2023-cü il tarixli, *** saylı əmrə əsasən, ona “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbeh tədbiri elan edilmiş və pozuntunun aşkar olunduğu 2023-cü ilin fevral ayının sabiq həvəsləndirici əlavəsinin məbləği 50 faiz azaldılmışdır. Bundan əlavə, ##.##.2025-ci il tarixdə ona Əmək Məcəlləsinin 186-cı madəsinin 2-ci hissənin a bəndinə əsasən “töhmət” elan edilmişdir. İddiaçı ##.##.2025-ci il tarixdə xxxxna ərizə ilə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin müdətinin ##.##.2025-ci il tarixdə bitdiyini bildirmiş və müqavilənin müddətinin uzadılmasına köməklik göstərilməsini xahiş etmişdir. Lakin, Cavabdeh X6 iddiaçı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətini uzadılmasını məqsədəuyğun hesab etməmişdir. Müraciətinə cavab olaraq iddiaçıya göndərilmiş # ###### 2025-ci il tarixli məktubla bildirilmişdir ki, işlədiyi müddətdə şəxsi işində intizam tənbeh tədbirləri olduğuna görə əmək müqaviləsinin uzadılması mümkün deyildir. Bu səbəbdən, onunla bağlanmış əmək müqaviləsinə ##.##.2025ci il tarixdə 65 yaşına çatdığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin e bəndi, yəni dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatması əsası ilə xitam veriləcəyi barədə rəsmi məlumat verilmişdir. ##.##.2025-ci il tarixli **-*-*/*-*-****/**** nömrəli əmrə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70- ci maddəsinin e bəndi, yəni dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatması əsası ilə xitam verilmişdir. İddiaçı özü də məhkəmə iclasında izahat verərkən, şəxsi işində intizam tənbeh tədbirinin olduğunu etiraf etmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. Beləliklə, aydın olur ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsinin qanunsuz, əmək qanunvericiliyinin tələblərinə zidd olduğunu iddia etsə də, iddiaçı İddiaçı 65 yaşının tamam olması və bu əsasla işdən çıxarılması işin mübahisəsiz halıdır. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin e bəndinə əsasən xitam verilməsində əmək qanunvericiliyinin pozuntusu hallarının, ##.##.2025-ci il tarixli **-*-*/*-*-****/**** nömrəli əmrinin məzmununda da hər hansı pozuntuya yol verildiyi sübut edə bilməmiş, məhkəmə baxışında da bu müəyyən edilməmişdir.

10. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbindəki digər iddialar - sertifikasiya tələb olunmayan məhkəmənin istəyinə buraxılmış işə bərpa olunması tələbi qeyri dəqiq, mücərrəd olmaqla məhkəmə müstəvisində müzakirə edilməli mübahisə və məhkəməyə aid deyildir.

11. Şərh edilənləri yekunlaşdıraraq və hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh X6rşı “##.##.2025-ci il tarixli, işinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, 1 illik ixtisasına və sertifikasiyasına uyğun olaraq, Cavabdeh X6 istənilən və ya sertifikasiya tələb olunmayan hər hansı şöbəsində həkim vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əməkhaqqının tam ödənilməsi öhdəliyinin cavabdeh xxxx “X6 üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilməlidir.

12. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçının özünə aid edilməlidir. 13.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.1, 10-1.7, 70-ci maddəsinin “e” bəndi, 83-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 106.1, 107, 119.1, 217.3–cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat:

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.

15. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh X6 tərəfindən işçilər arasında ayrıseçkiliyə yol verilməsinə qiymət verməmişdir. Belə ki, xxxx” X6 işləyən yaşı 65-dən yuxarı olan həkimlərin sayı 10-dan (Fövqiyyə Əlişanova, Arif Səmədov, Emin Mustafayev, Məhəbbət Əliyeva, Təranə Əhmədova, Məlahət Hüseynova, Kübra Rəsulova və s.), yaşı 70-dən yuxarı olan həkimlərin sayı isə 15-dən (Nemət Musayev, Hikmət Əliyev, Gülnar Cəfərova, Təranə Vahidova, Ziyafət Hacıyeva, Əyyub Əsgərov, Cuma Əlişanov və s.) çoxdur. Buna baxmayaraq cavabdehin onun əmək fəaliyyətinə birtərəfli qaydada xitam verməsini ədalətsiz hesab edir, işçilər arasında ayrı-seçkiliyə səbəb olur. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” ##.##.2024-cü il tarixli Qərarına əsasən müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən, məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar”. Birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun adı yuxarıda qeyd edilən Qərarının tələbləri baxımından işi araşdırmamış, əksinə qeyd edilən Qərarın tələblərini pozmuşdur.

17. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə uyğun izah verərək, apellyasiya şikayətinin təmin olunması, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh Publik Hüquqi şəxsin nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh Publik Hüquqi şəxsin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh Publik Hüquqi şəxsin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 2.3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. 10-1.1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 10-1.7-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.2-ci və ya 10-1.3-cü maddələrinə əsasən çalışma müddətinin uzadılması işəgötürənin əmri (qərarı, sərəncamı) ilə rəsmiləşdirilir. Bu halda, işçinin əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilməsinə və uzadılan müddətə müddətli əmək müqaviləsinin bağlanılmasına yol verilmir. 70-ci maddəsinin e bəndinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. 83-cü maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Apellyator Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

30. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı xxxxnın Reanimasiya şöbəsinə həkim-reanimatoloqanestizioloq vəzifəsinə təyin edilmiş və ##.##.2025-ci il tarixədək həmin xəstəxanada müxtəlif vəzifələrdə çalışmışdır. xxxxnda TTTY şöbəsinin Təcili yardım bölməsinin təcilli tibbi yardım üzrə həkimi işlədiyi müddətdə ##.##.2023-cü il tarixli, *** saylı əmrə əsasən, ona “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbeh tədbiri elan edilmiş və pozuntunun aşkar olunduğu 2023-cü ilin fevral ayının sabiq həvəsləndirici əlavəsinin məbləği 50 faiz azaldılmışdır. Bundan əlavə, ##.##.2025-ci il tarixdə ona Əmək Məcəlləsinin 186-cı madəsinin 2-ci hissənin a bəndinə əsasən “töhmət” elan edilmişdir. İddiaçı ##.##.2025-ci il tarixdə xxxxna ərizə ilə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin müdətinin ##.##.2025-ci il tarixdə bitdiyini bildirmiş və müqavilənin müddətinin uzadılmasına köməklik göstərilməsini xahiş etmişdir. Lakin, Cavabdeh X6 tərəfindən iddiaçı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin uzadılması məqsədəuyğun hesab edilməmiş və onunla bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə 65 yaşına çatdığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin e bəndi, yəni dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatması əsası ilə xitam verilmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

32. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh X6 tərəfindən işçilər arasında ayrı-seçkiliyə yol verilməsinə qiymət verilməməsi, xxxx” X6 işləyən yaşı 65-dən yuxarı olan həkimlərin sayının 10-dan (Fövqiyyə Əlişanova, Arif Səmədov, Emin Mustafayev, Məhəbbət Əliyeva, Təranə Əhmədova, Məlahət Hüseynova, Kübra Rəsulova və s.), yaşı 70-dən yuxarı olan həkimlərin sayı isə 15-dən (Nemət Musayev, Hikmət Əliyev, Gülnar Cəfərova, Təranə Vahidova, Ziyafət Hacıyeva, Əyyub Əsgərov, Cuma Əlişanov və s.) çox olması, cavabdehin onun əmək fəaliyyətinə birtərəfli qaydada xitam verməsinin ədalətsiz olmaqla, işçilər arasında ayrı-seçkiliyə səbəb olmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.

33. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarında olan sübutları qanunvericiliyin normaları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, Cavabdeh tərəfindən iddiaçı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı baş verməmişdir.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutların tədqiqi məhkəmə qətnaməsində aydın şəkildə öz əksini tapmış, birinci instansiya məhkəməsi gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.

36. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmirlər.

37. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-2(5-158)-328/2026 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar