Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-593/2026 02.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və Mehdiyev Elçin Məhəməd oğlundan ibarət tərkibdə; Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** saylı “iş üzrə icraatın dayandırılması barədə” qərardadından iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil Sirac oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Göyçay rayonu, X1 kəndində yerləşən və ümumi sahələri 0.9018 hektar və 1.2012 hektar təşkil edən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanuni mülkiyyətçisidir. Iddiaçı qeyd etmişdir ki, həmin torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində ##.##.2026-cı il tarixdə 408013002082 və 408013031284 reyestr nömrələri ilə qeydiyyata alınmış, torpaq sahələrinə dair çıxarışlar, eləcə də plan və ölçü sənədləri ilə onların sərhədləri və koordinatları müəyyən edilmişdir. Iddiaçı göstərmişdir ki, cavabdeh Cavabdeh ona məxsus torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt etmiş və həmin ərazini boşaltmaqdan imtina etmişdir. Onun sözlərinə görə, cavabdehə dəfələrlə torpaq sahəsini boşaltmaq barədə müraciət edilməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək torpaq sahəsindən çıxmamışdır. Iddiaçı həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına və Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumuna müraciət etdiyini, torpaq sahəsinin ölçülməsinin həyata keçirildiyini, lakin buna baxmayaraq cavabdehin torpaq sahəsini boşaltmadığını qeyd etmişdir. Iddiaçı cavabdehin hərəkətləri nəticəsində torpaq sahəsindən təyinatı üzrə istifadə imkanının məhdudlaşdığını, həmin ərazidə kənd təsərrüfatı işlərini həyata keçirə bilmədiyini və cavabdehin onun mülkiyyət hüquqlarını pozaraq torpaq sahəsindən istifadəsinə maneçilik törətdiyini bildirmişdir. Bununla əlaqədar iddiaçı məhkəmədən cavabdeh Cavabdeh Göyçay rayonu, X1 kəndində yerləşən və daşınmaz əmlakın dövlət reyestrində 408013002082 və 408013031284 reyestr nömrələri ilə qeydiyyata alınmış torpaq sahələrindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı İddiaçı nümayəndəsi (vəkil) Vəkil Sirac oğlu iddia ərizəsində göstərilən halları təsdiq etmişdir. O bildirmişdir ki, cavabdeh Cavabdeh iddiaçıya məxsus torpaq sahələrinin bir hissəsini qanunsuz olaraq zəbt etmiş, həmin torpaq sahəsindən istifadə etməklə iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Torpaq sahələrinin iddiaçının mülkiyyətində olması daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlar, plan və ölçü sənədləri ilə təsdiq olunur. Buna baxmayaraq cavabdeh torpaq sahəsini könüllü şəkildə boşaltmaqdan imtina etmiş və nəticədə iddiaçının torpaq sahəsindən təyinatı üzrə istifadə etməsinə maneçilik yaranmışdır. Bununla əlaqədar nümayəndə iddianın təmin edilməsini və cavabdehin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı İddiaçı iddiası əsassızdır. O qeyd etmişdir ki, ## ###### 1998-ci il tarixdə Göyçay Rayon Aqrar Islahat Komissiyasının ** saylı qərarına əsasən ona və ailə üzvlərinə JN **** saylı dövlət aktı ilə 1.20 hektar torpaq sahəsi verilmişdir. Həmin vaxtdan etibarən torpaq sahəsinin ətrafını yabanı kol və digər vasitələrlə hasarlamış, 1998-ci ildən 2006cı ilədək həmin torpaq sahəsindən faktiki istifadə etmişdir. Sonradan torpaq sahəsi 2008–2010cu illərdə torpaq komitəsinin mütəxəssislərinin iştirakı ilə yenidən ölçülmüş, bundan sonra həmin torpaq sahəsi iddiaçı İddiaçı satılmışdır. O qeyd etmişdir ki, notariat qaydasında alqı-satqı müqaviləsi bağlandıqdan sonra torpaq sahəsinə görə ödənilməli olan pulu almış və 2026-cı ilədək torpaq sahəsi ilə bağlı tərəflər arasında hər hansı mübahisə yaranmamış, yalnız 2026-cı ilin əvvəlində iddiaçı torpaq sahəsinin əskik olması barədə ona məlumat vermişdir. Bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ucar Ərazi Idarəsinə müraciət olunduqda torpaq sahəsində sürüşmə baş verdiyi məlum olmuşdur. Həmin səbəbdən JN **** saylı dövlət aktında yol verilmiş qanunsuz müdaxilənin aradan qaldırılması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin ** saylı Ucar Ərazi Idarəsinin üzərinə qoyulması tələbi ilə Şəki Inzibati Məhkəməsinə müraciət etmişdir. Bu səbəbdən cavabdeh hazırkı mülki iş üzrə icraatın həmin inzibati işə baxılıb yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılmasını məhkəmədən xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim Cavid Camalzadə) ## ### 2026-cı il tarixli, e-*(*- ***)-***/**** saylı qərardadı ilə iş üzrə icraat Şəki Inzibati Məhkəməsinin icraatında olan *-*(*- **)-****/**** saylı inzibati iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Iddiaçı İddiaçı Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmadan, yalnız cavabdehin vəsatəti əsasında icraatı dayandırmışdır. Şikayətdə göstərilmişdir ki, cavabdeh tərəfindən Şəki Inzibati Məhkəməsində qaldırılmış iddia Göyçay Rayon Aqrar Islahat Komissiyasının 1998-ci il tarixli qərarı əsasında verilmiş JN-**** nömrəli dövlət aktına edilmiş müdaxilənin aradan qaldırılması və bununla bağlı müəyyən öhdəliyin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Ucar Ərazi Idarəsinin üzərinə qoyulması ilə əlaqədardır. Iddiaçı hesab etmişdir ki, həmin inzibati mübahisənin hazırkı mülki işin predmeti və həlli ilə birbaşa hüquqi əlaqəsi olmadığından iş üzrə icraatın dayandırılması əsassız olmuşdur. Bu səbəbdən qərardadın ləğv edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 10.8-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Işdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında şifahi icraat qaydasında baxılmasına dair vəsatət daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*- ***)-***/**** saylı qərardadı ləğv edilməlidir. Belə ki, hazırkı mübahisənin predmeti iddiaçı İddiaçı mülkiyyətində olduğunu göstərdiyi torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılması tələbi ilə bağlıdır. Cavabdeh isə öz növbəsində bildirmişdir ki, mübahisəli torpaq sahəsi əvvəllər ona məxsus olmuş, həmin torpaq sahəsi üzrə JN **** saylı dövlət aktında sonradan müdaxilə baş vermiş və torpaq sahəsinin ölçülərində dəyişiklik yaranmışdır. Cavabdeh bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Ucar Ərazi Idarəsinə qarşı “dövlət aktına olmuş müdaxilənin aradan qaldırılması” tələbi ilə Şəki Inzibati Məhkəməsinə müraciət etdiyini bildirmişdir. Iş materiallarında olan Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı sərəncamından müəyyən edilir ki, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Ucar Ərazi Idarəsinə qarşı “dövlət aktına olmuş müdaxilənin aradan qaldırılması tələbi”nə dair inzibati iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraaatı dayandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair ## #### 2004-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Həmin qərarda daha sonra vurğulanır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Kollegiya qeyd edir ki, hazırkı mülki işin Şəki Inzibati Məhkəməsinin icraatında olan Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Ucar Ərazi Idarəsinə qarşı “dövlət aktına olmuş müdaxilənin aradan qaldırılması tələbi”nə dair olan *-*(***)-****/**** saylı inzibati işdən elə bir asılılığı müəyyən edilməmişdir ki, həmin mülki işə mahiyyəti üzrə baxılması mümkün olmasın. Beləki, hazırkı iş üzrə müəyyən edilməli olan əsas hal cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə edib-etməməsi, torpaq sahəsini zəbt edib-etməməsi və mülkiyyət hüququna maneçilik törədib-törətməməsidir. Yuxarıda sözü gedən inzibati iş üzrə qəbul ediləcək qərar isə bu halları nə müəyyən edir, nə də onların qiymətləndirilməsini mümkünsüz edir. Iş materiallarından görünür ki, cavabdeh mübahisə predmeti olan torpaq sahəsini notariat qaydasında alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir. Belə olan halda cavabdehin sonradan inzibati məhkəməyə müraciət etməsi hazırkı mübahisəyə mahiyyəti üzrə baxılmasını qeyri-mümkün edən hal kimi qiymətləndirilə bilməz. Kollegiya onu da vurğulayır ki, “dövlət aktına olmuş müdaxilənin aradan qaldırılması tələb”i qeyri-müəyyən olmaqla yanaşı, “müdaxilə”nin özündə nəyi ehtiva etdiyi də anlaşılmazdır. Kollegiya həmçinin qeyd qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinə həmin dövlət aktı əsasında plan ölçü sənədi işlənilməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, torpaq sahəsi həmin çıxarış əsasında özgəninkiləşdirilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə icraatın dayandırılması qanunsuz və əsassız olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Göyçay Rayon Məhkəməsi ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadı ilə Göyçay Rayon Məhkəməsinin icraatında olan e-*(*-***)-***/**** saylı mülki iş üzrə icraatı dayandırmaqda haqlı olmamışdır və iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil Sirac oğlunun həmin qərardaddan verdiyi şikayət əsaslıdır. Ona görə də iddiaçının nümayəndəsi və vəkili Vəkil Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadından verdiyi şikayət təmin edilməli və həmin qərardad ləğv olumalı, iş sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil Sirac oğlu tərəfindən verilmiş şikаyət təmin edilsin. Iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadı tam, ## #### 2026-ci il tarixli, e-*(*-***)-***/**** saylı qərardadı şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Cavabdeh Cavabdeh Şəki Inzibati Məhkəməsinin icraatında olan *-*(*-**)-****/**** nömrəli inzibati iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə icraatın dayandırılmasına dair ərizəsi rədd edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün Göyçay Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №e-2(3-10)-593/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-593/2026
02.07.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver