Məhkəmə qərarları › İş №e-2(3-10)-641/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-641/2026

20.07.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Şәki şәhәri İş № e-2(3-10)-641/2026 20.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlәr Zaqatala rayon * saylı Notariat Ofisinin xüsusi notariusu İsgәndәrova Gözәl İsgәndәr qızına vә cavabdeh1 qarşı “miras üzәrindә qanun üzrә vәrәsәlik hüququnun verilmәsi” tәlәbinә dair mülki iş üzrә (Açar sözlər: Apellyasiya şikayətinin geri qaytarılması, apellyasiya şikayətinin hüququ olmayan şəxs tərəfindən verilməsi ) Hakim Musayev Taleh Valeh oğlunun sәdrliyi vә mәruzәsi ilә, hakimlәr Mehdiyev Elçin Mәhәmmәd oğlu vә Sadiqov Zülfüqar Əhmәd oğlundan ibarәt tәrkibdә, X2 oğlunun katibliyi ilә, İddiaçı İddiaçı cavabdehlәr Zaqatala rayon * saylı Notariat Ofisinin xüsusi notariusu İsgәndәrova Gözәl İsgәndәr qızına vә cavabdeh1 qarşı “miras üzәrindә qanun üzrә vәrәsәlik hüququnun verilmәsi” tәlәbi ilә bağlı mülki iş üzrә Zaqatala Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrәli qәrardadından Əliyeva İlhamә Tәmraz qızı tәrәfindәn verilmiş şikayәtә yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk ##.##.2025-ci il tarixdә vәfat etmiş X1 miras qalmış, ünvan 1 ünvanında yerlәşәn, ##.##.1993-cü ildә 260 nömrә ilә reyestr kitabında qeydiyyata alınmış Qeydiyyat vәsiqәsindә göstәrilmiş 1979-cu ildә tikilmiş, ümumi sahәsi 62 kv.m olan 3 otaqlı mәnzil üzәrindә onun vә qardaşı cavabdeh1 qanun üzrә vәrәsәlik hüququ әsasında hәr birinә ½ payın verilmәsinә dair qәtnamә qәbul edilmәsini xahiş etmişdir. Zaqatala rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrәli qәtnamәsi ilә iddia tәmin edilәrәk, ünvan 1 ünvanında yerlәşәn, ##.##.1993-cü ildә 260 nömrә ilә reyestr kitabında qeydiyyata alınmış Qeydiyyat vәsiqәsindә göstәrilmiş 1979-cu ildә tikilmiş, ümumi sahәsi 62 kv.m olan 3 otaqlı mәnzilin 1/2 hissәsi üzәrindә İddiaçı ½ hissәsi üzәrindә cavabdeh cavabdeh1 qanun üzrә vәrәsәlik hüququ müәyyәn edilmişdir. Hәmin qәtnamәdәn Əliyeva İlhamә Tәmraz qızı tәrәfindәn apellyasiya şikayәti verilmişdir. Zaqatala Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrәli qәrardadı ilә Zaqatala Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qәtnamәsindәn cavabdeh cavabdeh1 etibarnamә üzrә nümayәndәsi Əliyeva İlhamә Tәmraz qızı tәrәfindәn verilmiş apellyasiya şikayәtinin qaytarılması qәrara alınmışdır. Əliyeva İlhamә Tәmraz qızı qeyd olunan qәrardadla razılaşmayaraq şikayәt vermiş, Zaqatala Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrәli qәrardadının lәğv edilәrәk, apellyasiya şikayәtinin mahiyyәti üzrә baxılması üçün Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi barәdә qәrardad qәbul edilmәsini xahiş etmişdir. Zaqatala Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-2(033)-1433/2025 nömrәli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә baxılması üçün işlә birlikdә Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Birinci instansiya mәhkәmәsi öz mövqeyini Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 114.1, 114.1.6, 114.2, 128.1, 130.1, 135.1, 135.2, 357.1, 360, 363.1.3, 363.3, 364-ci maddәlәrinә, “Dövlәt rüsumu haqqında” Azәrbaycan Respublikası Qanunun 5.1, 5.1.2-ci maddәlәrinә istinadla әsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a)Şikayətin dəlilləri Şikayәt onunla әsaslandırılmışdır ki, iddiaçı İddiaçı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk ##.##.2025-ci il tarixindә vәfat etmiş atası X1 miras qalmış ünvan 1 ünvanında yerlәşәn, ##.##.1993-cü ildә 260 nömrә ilә reyestr kitabında qeydiyyata alınmış Qeydiyyat vәsiqәsindә göstәrilmiş 1979-cu ildә tikilmiş, ümumi sahәsi 62 kv.m olan 3 otaqlı mәnzil üzәrindә onun vә hәyat yoldaşı cavabdeh1 qanun üzrә vәrәsәlik hüququ әsasında hәr birinә 1/2 payın verilmәsinә dair qәtnamә qәbul edilmәsini xahiş etmişdir. Zaqatala rayon mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrәli qәtnamәsi ilә iddiaçının tәlәbi tәmin edilәrәk, ünvan 1 ünvanında yerlәşәn, ##.##.1993-cü ildә 260 nömrә ilә reyestr kitabında qeydiyyata alınmış mәnzilin 1/2 hissәsi üzәrindә İddiaçı 1/2 hissәsi üzәrindә yoldaşı cavabdeh1 qanun üzrә vәrәsәlik hüququ müәyyәn edilmişdir. O hәmin qәtnamәdәn apellyasiya şikayәti vermiş vә mәhkәmә iş üzrә çıxardığı ##.##.2026-cı il tarixli qәrardadına әsasәn şikayәtini icraata qәbul etmәkdәn imtina etmişdir. Belә ki, mәhkәmә qeyd edir ki, tәrәfindәn apellyasiya şikayәti üzrә müddәt buraxılmış vә apellyasiya şikayәtini hәyat yoldaşı cavabdeh1 nümayәndәsi olaraq vermişdir. İlkin olaraq qeyd etmәk istәyir ki, o iş üzrә tәrәf kimi cәlb edilmәmiş vә mәhkәmә qәtnamәsi ona çatdırılmamışdır. Hәmçinin, hәyat yoldaşının iş üzrә cavabdeh olmasına baxmayaraq onlar mәhkәmә iclasına cәlb olunmamış, izahatları alınmamışdır. Bununla bağlı bütün әlavәlәrini apellyasiya şikayәtindә qeyd etmişdir. Hәyat yoldaşı xeyli müddәtdir ölkә xaricindәdir vә iddiaçı bundan sui-istifadә edәrәk onların evini әllәrindәn almağa çalışır. Mәhkәmәnin özünün dә qәrardadında qeyd etdiyi kimi, mәhkәmә tәrәfindәn qәtnamәnin cavabdehә çatdırılması mümkün olmamışdır. Belә ki, onlar hәmin vaxtlar övladının sağlamlıq vәziyyәti ilә bağlı Bakı şәhәrindә olublar. Hәmin çatdırılma mümkün olsa idi belә bu, qәtnamәnin yoldaşına çatdırılmasını tәmin edirdi. İş üzrә apellyasiya şikayәti isә cavabdeh tәrәfindәn deyil, maraqlı şәxs kimi tәrәfindәn verilmişdir. Yәni, o cavabdehin nümayәndәsi olaraq işdә iştirak etmir. Mәhkәmәnin hazırki iş üzrә qәtnamәsi onun vә övladlarının hüquqlarını pozduğundan o qәtnamәni ##.##.2026-cı il tarixindә әldә etmişdir vә prosessual müddәtlәri buraxmadan ##.##.2026-cı il tarixindә apellyasiya şikayәti vermişdir. Birinci instansiya mәhkәmәsi qeyd edir ki, qәtnamәni cavabdehә çatdırmaq mümkün olmadığından, mәhkәmә qәtnamәni çatdırması üçün Zaqatala rayon Mәnzil İstismar İdarәsinә vermişdir. Qanunvericiliyin tәlәbinә uyğun olaraq mәhkәmә iş üzrә çıxardığı bütün aktları poçt vasitәsi ilә rәsmi poçt qәbzinә imza atmaqla tәrәfin özünә çatdırmalıdır. Lakin, mәhkәmә buna әmәl etmәmişdir. Odur ki, Zaqatala Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qәrardadının lәğv edilmәsi vә apellyasiya şikayәtinin baxılması üçün Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmәsini xahiş etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayәtә qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Mәhkәmәsi Mülki Prosessual Mәcәllәnin 397.2-ci maddәsinin tәlәbinә әsasәn qәrardaddan verilәn şikayәtә yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Kostitusiyasının; 60-cı maddәsinin İ bәndinә әsasәn hәr kәsin hüquq vә azadlıqlarının mәhkәmә müdafiәsinә tәminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 372.7-ci maddәsinә görә, apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. 364.1-ci maddәsinә әsasәn birinci instansiya mәhkәmәsi apellyasiya şikayәtinin bu Mәcәllәnin 361-ci maddәsinin tәlәblәrinә uyğunluğunu yoxlayır. Bu Mәcәllәnin 361-ci maddәsinin tәlәblәrinә cavab verәn apellyasiya şikayәti ona әlavә olunmuş sәnәdlәrlә vә işlә birlikdә apellyasiya şikayәtinin verilmә müddәti bitdikdәn sonra 7 gün müddәtindә apellyasiya instansiyası mәhkәmәsinә göndәrilir. 364.2-ci maddәsinә әsasәn apellyasiya şikayәti işdә iştirak etmәyәn şәxslәr tәrәfindәn verildikdә mәhkәmә qәbul edilәn qәtnamәnin onların hüquq vә vәzifәlәrinә toxunmasını, daha sonra isә bu Mәcәllәnin 361-ci maddәsinin tәlәblәrinә uyğunluğunu yoxlayır vә bunun nәticәsinә dair qәrardad qәbul edir. Bu qәrardaddan şikayәt verilә bilәr. 361.2-ci maddәsinә әsasәn apellyasiya şikayәti, şikayәti vermiş şәxs, onun qanuni nümayәndәsi vә ya nümayәndәsi, yaxud vәkili tәrәfindәn imzalanır. Qanuni nümayәndә vә ya nümayәndә, yaxud vәkil tәrәfindәn verilәn apellyasiya şikayәtinә, әgәr işdә yoxdursa müvafiq olaraq nümayәndәnin, yaxud vәkilin sәlahiyyәtini tәsdiq edәn etibarnamә, vәkilin orderi vә ya digәr sәnәd әlavә edilmәlidir. 363.1.1-ci maddәsinә әsasәn apellyasiya şikayәti imzalanmamışdırsa vә ya onu imzalamağa hüququ olmayan şәxs vә ya vәzifәsi göstәrilmәyәn şәxs tәrәfindәn imzalanmışdırsa, habelә apellyasiya şikayәti vermәk hüququ olmayan şәxs tәrәfindәn verilmişdirsә birinci instansiya mәhkәmәsi tәrәfindәn qaytarılır. 398.0.2-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib, işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vardır. 399-cu maddәsinә görә birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. 400-cü maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin bu Mәcәllәnin 402-ci maddәsindә nәzәrdә tutulmuş qәrardadlarından kassasiya şikayәti verilmәmişdirsә, hәmin qәrardadlar işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 10 gün sonra, qanunla şikayәt verilmәsi nәzәrdә tutulmayan qәrardadları isә çıxarıldığı andan qanuni qüvvәyә minir. 402.2-ci maddәsinin tәlәbinә görә apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının vә Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin mülki vә kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilmәsi haqqında; kassasiya şikayәtinin qaytarılması (kassasiya şikayәti kassasiya instansiyası mәhkәmәsinin şikayәtin qeyri-mümkünlüyü barәdә qәrarına әsasәn qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayәtinin verilmәsi müddәtinin bәrpasından imtina edilmәsi barәdә; iş üzrә icraata xitam verilmәsi barәdә; bu Mәcәllәnin 384.0.4-cü maddәsindә nәzәrdә tutulmuş işin aidiyyәti üzrә göndәrilmәsinә dair vә bu Mәcәllәnin 384.0.6-cı maddәsindә nәzәrdә tutulmuş apellyasiya şikayәtinin bu Mәcәllәnin tәlәblәrinә zidd olaraq icraata qәbul olunması әsası ilә icraata qәbul qәrardadının lәğv edilәrәk işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası mәhkәmәsinә qaytarılması haqqında vә birinci instansiya mәhkәmәlәrinin mәhkәmә aidiyyәti haqqında qәrardadlarından vә hәmin qәrardadlardan verilәn şikayәtin qaytarılması haqqında qәrardaddan kassasiya şikayәti verilә bilәr. Apellyasiya baxışının hədləri Şikayәtdәn görünür ki, apellyator Zaqatala Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrәli qәrardadının lәğv olunması vә apellyasiya şikayәtinin baxılması üçün Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmәsini barәdә qәrardad qәbul edilmәsini xahiş etmişdir. Ona görә kollegiya Zaqatala Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(***)- ****/**** nömrәli qәrardadının tam hәcmdә yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya mәhkәmәsi şikayәt әrizәsini iş materialları ilә birlikdә әlaqәli şәkildә araşdıraraq hesab edir ki, şikayәt qismәn әsaslıdır. Mәhkәmә kollegiyası mübahisә ilә bağlı işin faktiki hallarını araşdıraraq belә qәnaәtә gәlmişdir ki, birinci instansiya mәhkәmәsi apellyasiya şikayәtinin geri qaytarılması ilә bağlı qәrardadı qәbul edәrkәn prosessual hüquq normalarının tәlәblәrini pozmuşdur. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372.7-ci maddәsinә görә, apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Hәmin Mәcәllәnin 385.1.1-ci maddәsinә әsasәn, maddi hüquq normalarının vә ya prosessual hüquq normalarının pozulması vә düzgün tәtbiq edilmәmәsi, mәhkәmә aktlarının apellyasiya qaydasında lәğv edilmәsi üçün әsasdır. Birinci instansiya mәhkәmәsi apellyasiya şikayәtinin vә ona әlavә edilmiş sәnәdlәrin geri qaytarılmasına dair gәldiyi nәticәni onunla әsaslandırmışdır ki, cavabdeh cavabdeh1 etibarnamә üzrә nümayәndәsi Əliyeva İlhamә Tәmraz qızı Zaqatala Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrәli qәtnamәsindәn qәtnamәni aldığı gündәn 1 (bir) ay müddәtindә apellyasiya şikayәti vermәli olduğu halda, buna riayәt etmәmiş vә ##.##.2026-cı il tarixdә apellyasiya şikayәti ilә mәhkәmәyә müraciәt etmiş, lakin apellyasiya şikayәtini qanunvericiliklә müәyyәn edilmiş müddәtdә verә bilmәmәsinә әsas ola bilәcәk hәr hansı bir sübutu, sәnәdi mәhkәmәyә tәqdim etmәmişdir. Mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi iş üzrә bu әsasla apellyasiya şikayәtini geri qaytarılması barәdә qәrardad qәbul edәrkәn düzgün nәticәyә gәlmәmişdir. Birinci instansiya mәhkәmәsi gәldiyi nәticә ilә maddi vә prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Belә ki, Azәrbaycan Respublikası Kostitusiyasının 60-cı maddәsinin İ bәndinә әsasәn hәr kәsin hüquq vә azadlıqlarının mәhkәmә müdafiәsinә tәminat verilir. Habelә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 4.1-ci maddәsinә әsasәn bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. Kollegiya ilk növbәdә qeyd edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn Əliyeva İlhamә Tәmraz qızının Zaqatala Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli e-*(***)- ****/**** saylı qәtnamәsindәn apellyasiya şikayәti vemәk hüququnun olub-olmaması aydınlaşdırmamışdır. Belә ki, iş materialları nәzәrdәn keçirilәrkәn Əliyeva İlhamә Tәmraz qızının cavabdeh cavabdeh1 nümayәndәsi olması, cavabdeh1 birinci instansiya mәhkәmәsinin qәtnamәsindәn apellyasiya şikayәti verilmәsi üçün Əliyeva İlhamә Tәmraz qızına nümayәndә kimi sәlahiyyәtini tәsdiq edәn etibarnamәnin verilmәsi müәyyәn olunmur. Bununla yanaşı tәqdim olunmuş şikayәt mülki işin materialları ilә birlikdә әlaqәli şәkildә tәhlil edilәrkәn müәyyәn оlunmuşdur ki, şikayәt verәn Əliyeva İlhamә Tәmraz qızı iş üzrә mübahisә tәrәfi deyildir. Hәmçinin Əliyeva İlhamә Tәmraz qızı apellyasiya şikayәtinin dәlillәrindә birinci instansiya mәhkәmәsinin qәtnamәsindәn cavabdeh cavabdeh1 nümayәndәsi olaraq deyil, maraqlarına toxunan şәxs kimi apellyasiya şikayәti verdiyini göstәrmişdir. Kollegiya hesab edir ki, belә olan tәqdirdә birinci instansiya mәhkәmәsi tәrәfindәn ilk öncә qәbul olunan qәtnamәnin Əliyeva İlhamә Tәmraz qızının hüquq vә vәzifәlәrinә toxunub-toxunmaması mәsәlәsi müzakirә olunmalı, daha sonra apellyasiya şikayәtinin verilmәsi üçün müәyyәn olunmuş prosessual müddәtin ötürülüb-ötürülmәmәsinә qiymәt verilmәli olmuşdur. Аzәrbаycаn Respublikаsı Mülki Prоsessuаl Mәcәllәsinin 364.2-ci maddәsindә göstәrilmişdir ki, apellyasiya şikayәti işdә iştirak etmәyәn şәxslәr tәrәfindәn verildikdә mәhkәmә qәbul edilәn qәtnamәnin onların hüquq vә vәzifәlәrinә toxunmasını, daha sonra isә bu Mәcәllәnin 361-ci maddәsinin tәlәblәrinә uyğunluğunu yoxlayır vә bunun nәticәsinә dair qәrardad qәbul edir. Bu qәrardaddan şikayәt verilә bilәr. Kolegiya qeyd edir ki, birinci instansiya mәhkәmәsinin qәbul etdiyi qәtnamәnin işdә iştirak etmәyәn şәxslәrin hüquq vә vәzifәlәrinә toxunmasını yoxlamaq vә bu barәdә qәrardad çıxarmaq sәlahiyyәti birinci instansiya mәhkәmәsinә aiddir. Şәrh edilәnlәri nәzәrә alan mәhkәmә kollegiyası belә qәnaәtә gәlir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn Zaqatala Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrәli qәtnamәsindәn Əliyeva İlhamә Tәmraz qızı tәrәfindәn apellyasiya şikayәtinin verilmәsi üçün sәlahiyyәtinin olub-olmaması aydınlaşdırılmalı, әgәr sözgedәn qәtnamәdәn apellyasiya şikayәti vermәyә sәlahiyyәtlidirsә, ondan sonra qәtnamәnin cavabdehә nә vaxt tәqdim olunması, yaxud Əliyeva İlhamә Tәmraz qızı qәtnamәdәn hüquq vә vәzifәlәrinә toxunan şәxs kimi apellyasiya şikayәti vermişdirsә, hәmin qәtnamәnin Əliyeva İlhamә Tәmraz qızına nә vaxt tәqdim olunması aydınlaşdırılaraq mәsәlәyә hüquqi qiymәt verilmәlidir. Qeyd olunanlara әsasәn kollegiya hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, Zaqatala Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli e-*(***)-****/**** nömrәli qәrardadı lәğv edilmәli, Zaqatala Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrәli qәtnamәsindәn Əliyeva ilhamә Tәmraz qızı tәrәfindәn verilmiş apellyasiya şikayәti Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 357-364-cü maddәlәrinin tәlәblәrinin yerinә yetirilmәsi vә sonrakı prosessual hәrәkәtlәr edilmәsi üçün Zaqtala Rayon Mәhkәmәsinә qaytarılmalıdır. Azәrbаycаn Respublikаsı Mülki Prosessuаl Mәcәllәsinin 399-cu maddәsinә әsasәn birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Hәmin Mәcәllәnin 400-cü maddәsinә әsasәn apelyasiya instansiyası mәhkәmәsinin bu Mәcәllәnin 402-ci maddәsindә nәzәrdә tutulmuş qәrardadlarından kassasiya şikayәti verilmәmişdirsә, hәmin qәrardadlar işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 10 gün sonra, qanunla şikayәt verilmәsi nәzәrdә tutulmayan qәrardadları isә çıxarıldığı andan qanuni qüvvәyә minir. Yuxarıda şәrh olunanlara әsasәn vә MPM-nin 152, 263-264, 267, 397-399, 400 vә 402- ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası Qərara aldı: Əliyeva İlhamә Tәmraz qızı tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilsin. Zaqatala Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrәli qәrardadı lәğv edilsin. Mülki iş Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 357-364-cü maddәlәrinin tәlәblәrinin yerinә yetirilmәsi vә sonrakı prosessual hәrәkәtlәr edilmәsi üçün Zaqatala Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir. Qәrardaddan şikayәt verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar