Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-664/2026 13.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 qızının katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:
1. Işin halları
Iddiaçı İddiaçı ## ###### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh onun xeyrinə 500 manat məbləğində borcun və yaşadığı mənəvi sarsıntı və narahatlıqlara görə 300 manat məbləğində mənəvi ziyanın tutulması və eləcə də, dövlət rüsumu və məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ## #### 2025-ci il tarixində “Facebook” sosial şəbəkəsində "Modern Pillekenler" səhifəsi vasitəsilə əlaqə yaratmış və həmin səhifədə özünü “pilləkən ustası” kimi təqdim edən cavabdeh Cavabdeh ilə onun arasında yaşadığı ev üçün pilləkən işinin görülməsi ilə bağlı yazılı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh işi 1 (bir) ay ərzində icra etməli idi. Həmin müqavilə əsasında o, cavabdehə 1500 (min beş yüz) manat beh ödəmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, işi icra etməmişdir. Müxtəlif tarixlərdə onun həyat yoldaşı X3 işin icrası ilə əlaqəli telefon və “whatsapp” vasitəsilə cavabdehlə əlaqə saxlasa da, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, öhdəsinə götürdüyü işi icra etməmişdir. Bu hallar da onda cavabdehin usta olması ilə bağlı şübhə yaratmışdır. bu iş üzrə onların arasında mübahisə yarandıqdan sonra o, ## ###### 2025-ci il tarixində “102” xidmətinə şikayətlə müraciət etmiş və onun şikayəti Sumqayıt şəhər Polis Idarəsinin 5-ci Polis Bölməsinə yönləndirilmişdir. Polisdə o, bu işlə bağlı ərizə və izahat yazmışdır. Polisə şikayət etdikdən sonra cavabdeh aldığı behin 1000 (min) manatını bank kartı vasitəsilə ona geri qaytarmış, lakin 500 (beş yüz) manat məbləğində borcunu bu günədək ödəməmişdir. Cavabdehin 1000 (min) manat məbləğini qaytarması borcun mövcudluğunu etiraf etdiyini təsdiq edir. Qalan 500 (beş yüz) manat isə cavabdeh tərəfindən əsassız olaraq saxlanılır.
2. Birinci instansiya məhkəməsində icraat Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin (hakim Cavid Camalzadə) ## ### 2026-cı il tarixli, e-*(*- ***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi rədd edilərək, həmin məhkəmə Qətnaməsində iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı 500 manat məbləğində borcun və 300 manat məbləğində mənəvi ziyanın tutulması barədə iddiasının əsassız olduğundan təmin edilməməsi və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur. Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli xidmət göstərilməsinə dair müqavilədən müəyyən edilir ki, cavabdeh Cavabdeh bir ay müddətində fıstıq ağacından pilləkənin hazırlanaraq quraşdırılması öhdəliyini öz üzərinə götürmüş, iddiaçı İddiaçı isə həmin müqavilə üzrə ilkin ödəniş qismində cavabdehə 1500 (min beş yüz) manat məbləğində beh vermişdir. Qeyd edilməlidir ki, müqavilənin əsli iş materiallarına əlavə edilməmiş, yalnız fotoşəkil vasitəsilə çəkilmiş surəti elektron sistemə yüklənilmişdir. Həmçinin müqavilənin mühüm şərtlərini əks etdirən tərəflərin soyadı, adı, müqavilənin dəyəri və hazırlanmalı məhsula dair məlumatların əl yazısı ilə qeyd edildiyi müəyyən olunur. Bu səbəbdən məhkəmə həmin sənədi digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirir. ##.##.2025-ci il tarixli ərizədən müəyyən edilir ki, İddiaçı Sumqayıt Şəhər Polis Idarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək, ##.##.2025-ci il tarixdə Cavabdeh tərəfindən yaşadığı mənzilə taxta pilləkənin hazırlanaraq quraşdırılması adı ilə ondan 1500 (min beş yüz) manat pul vəsaitinin alındığını, lakin sonradan üzərinə götürdüyü öhdəliyin yerinə yetirilmədiyini və həmin əməldə dələduzluq hallarının olduğunu bildirmişdir. Sumqayıt Şəhər Polis Idarəsinin 5-ci Polis Bölməsinin baş təhqiqatçısı, R X1 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan müəyyən edilir ki, İddiaçı ##.##.2025-ci il tarixdə Daxili Işlər Nazirliyinin “102” xidmətinə müraciət edərək, 2025-ci ilin iyun ayında Cavabdeh evinə pilləkənin hazırlanaraq quraşdırılması üçün 1500 manat pul verdiyini, lakin sonradan aldadıldığını bildirmişdir. Bununla əlaqədar Sumqayıt Şəhər Polis Idarəsinin 5-ci Polis Bölməsində araşdırma aparılmışdır. Araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, “Facebook” sosial şəbəkəsində gördüyü elan əsasında 051-900-51-51 mobil telefon nömrəsi ilə əlaqə saxlamış, sonradan həmin şəxsin Cavabdeh olduğunu müəyyən etmişdir. Cavabdeh ##.##.2025-ci il tarixdə İddiaçı yaşadığı ünvana gələrək fıstıq ağacından pilləkənin hazırlanaraq quraşdırılması barədə onunla razılığa gəlmiş və İddiaçı ilkin olaraq ona 1500 (min beş yüz) manat məbləğində beh vermişdir. Cavabdeh bir ay müddətində pilləkəni hazırlayıb quraşdıracağına söz versə də, sonradan müxtəlif bəhanələr gətirərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Qərardan görünür ki, araşdırma müddəti ərzində Cavabdeh olduğu yer müəyyən edilmədiyindən onun izahatının alınması mümkün olmamışdır. Aparılmış araşdırmanın nəticəsi olaraq qərarda Cavabdeh əməlində özgə əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirməyə yönəlmiş cinayət tərkibinin müəyyən edilmədiyi, tərəflər arasında yaranmış münasibətin mülki xarakter daşıdığı və beh münasibətlərindən irəli gəldiyi göstərilmiş, bu səbəbdən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. ##.##.2025-ci il tarixli, *********** nömrəli ödəniş qəbzindən müəyyən edilir ki, vəsait silinən ******** nömrəli bank kartından vəsaiti qəbul edən Minurə B**** adına məxsus ******** nömrəli bank kartına 1000 (min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Iş materiallarına əlavə edilmiş “Pilləkən Fezbuk ilə WhatsApp söhbəti” başlıqlı yazışmaların surətlərindən müəyyən edilir ki, “Bayramov Rahim” adlı istifadəçi ilə “Pilləkən Fezbuk” adlı istifadəçi arasında “WhatsApp” tətbiqi vasitəsilə ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək qarşılıqlı yazışmalar aparılmışdır. Yazışmalardan görünür ki, “Bayramov Rahim” adlı istifadəçi dəfələrlə cavabdehdən pilləkənin nə vaxt hazırlanaraq gətiriləcəyini soruşmuş, “Pilləkən Fezbuk” adlı istifadəçi isə müxtəlif tarixlərdə pilləkənin hazırlanmaq üzrə olduğunu, yaxın günlərdə gətiriləcəyini vəd etmişdir. Belə ki, ##.##.2025-ci il tarixli yazışmada “Pilləkən Fezbuk” adlı istifadəçi “oranın aboyunu vurdurmuşam, hazırdır, gətirib quraşdıra bilərsiz pilləkəni” məzmunlu mesaj yazmış, ##.##.2025-ci il tarixdə isə “əlimdə pilləkən yığıram onu təhvil verim, Allahın izni ilə gəlib sizin işə başlayacam” məzmunlu mesaj göndərmişdir. Bundan başqa, ##.##.2025-ci il tarixli yazışmada “ayın 5-nə kimi gətirərsiz pilləkəni?” sualına cavab olaraq, ##.##.2025-ci il tarixdə “ayın 7-də inşallah gətirərsiz pilləkəni” məzmunlu cavab verilmişdir. ##.##.2025-ci il tarixdə “Pilləkən Fezbuk” adlı istifadəçi müalicə ilə əlaqədar məşğul olduğunu və iş yerindən çıxa bilmədiyini bildirmiş, ##.##.2025-ci il tarixdə isə uşağının müalicəsi ilə əlaqədar işlərin gecikdiyini qeyd etmişdir. Yazışmalardan həmçinin görünür ki, ##.##.2025-ci il tarixdə “Bayramov Rahim” adlı istifadəçi cavabdehdən 1500 manat məbləğində pulun qaytarılmasını tələb etmiş, “Pilləkən Fezbuk” adlı istifadəçi isə pulun hissə-hissə qaytarılacağını bildirmişdir. ##.##.2025-ci il tarixdə tərəflər arasında bank kartı məlumatları paylaşılmış, həmin tarixdə “Bayramov Rahim” adlı istifadəçi “1000 manat köçdü, 500 manat qaldı sənin mənə borcun” məzmunlu mesaj yazmışdır. ##.##.2025-ci il tarixli yazışmalarda isə “Pilləkən Fezbuk” adlı istifadəçi qalan 500 manat məbləğində vəsaiti də qaytaracağını bildirmişdir. Qeyd edilməlidir ki, iş üzrə iddiaçı və müqavilə münasibətlərinin tərəfi İddiaçı olsa da, iş materiallarına əlavə edilmiş “WhatsApp” yazışmaları “Bayramov Rahim” adlı istifadəçi ilə “Pilləkən Fezbuk” adlı istifadəçi arasında aparılmışdır. Həmçinin iş materiallarında “Pilləkən Fezbuk” adlı istifadəçinin konkret mobil telefon nömrəsini, şəxsiyyətini və ya həmin hesabın bilavasitə Cavabdeh məxsus olmasını təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmənin hüquqi qiymətləndirməsi: Məhkəmə iş materiallarında olan sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin VII hissəsinə və MPM-in 9.1-ci maddəsinə əsasən, mülki mühakimə icraatı çəkişmə və tərəflərin bərabərliyi prinsipləri əsasında həyata keçirilir. Bu prinsip iddiaçının üzərinə öz tələblərini mötəbər sübutlarla əsaslandırmaq vəzifəsini qoyur. Hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi cavabdehə 1500 manat məbləğində pul vəsaiti verilməsini, sonradan həmin məbləğin yalnız 1000 manat hissəsinin geri qaytarıldığını və 500 manat məbləğində borcun ödənilməmiş qaldığını göstərmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 1500 manat məbləğində pulun faktiki olaraq verilməsini təsdiq edən mötəbər və birbaşa sübut məhkəməyə təqdim edilməmişdir. Iş materiallarına yalnız fotoşəkil vasitəsilə çəkilmiş müqavilə surəti əlavə edilmiş, müqavilənin əsli isə təqdim olunmamışdır. Bundan əlavə, müqavilənin mühüm rekvizitləri, o cümlədən tərəflərin məlumatları, müqavilənin məbləği və hazırlanmalı məhsula dair məlumatların əl yazısı ilə qeyd edildiyi müəyyən olunur. Bu hal həmin sənədin sübutetmə qabiliyyətinə təsir edən hallar kimi qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, iş materiallarında olan “WhatsApp” yazışmaları birbaşa iddiaçı İddiaçı ilə deyil, “Bayramov Rahim” adlı istifadəçi ilə “Pilləkən Fezbuk” adlı istifadəçi arasında aparılmışdır. Yazışmalardan “Pilləkən Fezbuk” adlı istifadəçinin müəyyən öhdəliklərdən bəhs etdiyi görünsə də, həmin hesabın bilavasitə cavabdeh Cavabdeh məxsus olması iş üzrə mötəbər sübutlarla təsdiq edilməmişdir. Iş materiallarında həmin istifadəçiyə aid mobil telefon nömrəsi, abonent məlumatları və ya hesabın cavabdehlə eyniliyini təsdiq edən digər obyektiv sübutlar mövcud deyildir. Bundan başqa, ##.##.2025-ci il tarixli ödəniş qəbzindən yalnız naməlum şəxsə məxsus **** nömrəli bank kartından Minurə B* adına məxsus karta 1000 manat pul köçürüldüyü müəyyən edilir. Həmin bank kartının cavabdeh Cavabdeh məxsus olmasını təsdiq edən hər hansı bank sənədi, hesab çıxarışı və ya digər sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, cavabdeh tərəfindən nə polis araşdırması zamanı, nə də məhkəmə icraatında 500 manat məbləğində borcun qalmasını etiraf edən hər hansı izahat, ərizə və ya yazılı etiraf təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 52.2-ci maddəsinə əsasən cavabdehin iddianı etiraf etməsi yazılı ərizə və ya protokolda qeyd edilməklə həyata keçirilməlidir. Hazırkı iş üzrə belə bir etiraf mövcud deyildir. Məhkəmə həmçinin nəzərə alır ki, tərəflər məhkəmə iclasında iştirak etməmiş, xüsusilə iddiaçı tərəfindən iş üzrə təqdim edilmiş ziddiyyətli və tam təsdiqlənməmiş hallarla bağlı əlavə izahatlar verilməmiş, sübutetmə vəzifəsi tam həcmdə yerinə yetirilməmişdir. Halbuki MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə, iş üzrə təqdim olunmuş sübutların məcmusu cavabdehin iddiaçı qarşısında 500 manat məbləğində icra edilməmiş borc öhdəliyinin mövcudluğunu, həmin vəsaitin məhz cavabdeh tərəfindən alındığını və qaytarılmadığını mübahisəsiz şəkildə təsdiq etmir. Iş üzrə mövcud olan çoxsaylı şübhələr, sübutların qeyri-kafiliyi və tərəflər arasındakı münasibətlərin tam şəkildə müəyyən edilməməsi şəraitində iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı 500 manat məbləğində borcun və 300 manat məbləğində mənəvi ziyanın tutulmasına dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.2.6, 21.1, 21.2, 324.4, 491.2, 1091.1, 1091.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1, 14.2, 52.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1 Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Iddiaçı İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə ərizə təqdim edərək, Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv olunması və ona dəymiş maddi ziyan olaraq 500 (beş yüz) manat məbləğində pulun tutulması və məhkəmə xərclərinin ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsindən narazıdır və narazı olduğuna görə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Qətnamənin əsassız hesab etdiyi hissələri: 1. Müqavilənin əslinin deyil fotoşəklinin iş materiallarına əlavə olunması - elektron müraciət ilə bağlı olub. Tələb edilsəydi əslini poçt vasitəsilə təqdim edə bilərdi. 2. “WhatsApp” yazışmalarının onun deyil, həyat yoldaşı X3 (055-817-82-96) telefonu vasitəsilə aparılmasının səbəbi - qarşı tərəfin əks cinsə mənsub olması və özünün usta işi barədə məlumatsız olmağıdır. 3. Yazışmaların aparıldığı telefon nömrəsinin cavabdehə aid olmasını sübut edən dəlil təqdim olunmayıb. Bu məlumat bildiyi qədəri ilə ancaq rəsmi şəkildə məhkəmə tərəfindən sorğu göndərilərək mobil operatordan əldə oluna bilərdi. 4. Kartına köçürülən 1000 (min) manat pulun cavabdehə məxsus bank kartından ödənilməsini sübut edən bank sənədinin təqdim olunmamasının səbəbi isə - cavabdehin pulu dostunun kartından göndərəcəyini bildirməsidir. 5. Cavabdehin 500 (beş yüz) manat borcunun qalmasını etiraf edən yazılı izahatın olmamağının səbəbi isə polisin cavabdehlə əlaqə saxlamasına baxmayaraq, cavabdehin Polis Idarəsinə gəlib yazılı izahat yazmamasıdır. Lakin, cavabdeh polisə şikayətdən sonra “WhatsApp” yazışmalarında “1000 manatı vermişəm, 500 manat qalıb“ bildirmişdir. Müqavilədə şəxslərin adlarının əl yazısı ilə qeyd olunmağını məhkəmə etibarsız hesab edib. Lakin, o, bunun qanun pozuntusu olduğunu düşünmür. O, cavabdeh şəxsin bu işlərdə təcrübəli olduğunu düşünür. Çünki, bu səbəbdən də cavabdeh başqa şəxsin kartından 1000 manat pulu köçürmə edib.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. Iş üzrə apellyasiya icraatı:
4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, apellyasiya şikayətini vermiş iddiaçı İddiaçı və cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - iddiaçı İddiaçı tərəfindən hazırkı apellyasiya şikayətində “Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv olunması və ona dəymiş maddi ziyan olaraq 500 (beş yüz) manat məbləğində pulun tutulması və məhkəmə xərclərinin ödənilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası, iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini araşdırıb, iddia tələbinin dəlillərinə, tərəflərin iddia tələbi üzrə mövqelərinə, işdə olan sübutlara və mübahisənin konkret hallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Göyçay Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi tamamlə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilib, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi, yəni “cavabdeh Cavabdeh 500 manat məbləğində borcun və yaşadığı mənəvi sarsıntı və narahatlıqlara görə 300 manat məbləğində mənəvi ziyanın tutulması və dövlət rüsumu və məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması” barədə iddiası qismən təmin olunmalıdır. Belə ki, yuxarıda təsvir olunanlara, iş materiallarına və işin konkret hallarına əsasən müəyyən olunur ki, iddiaçı İddiaçı (Sifarişçi) “Facebook” sosial şəbəkəsində "Modern Pillekenler" səhifəsi vasitəsilə əlaqə yaratdığı cavabdeh Cavabdeh (Icraçı) ilə ## #### 2025-ci il tarixli “Xidmət göstərilməsinə dair” Müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, Icraçı Sifarişçinin Ceyranbatan qəsəbəsində yerləşən evi üçün “fısdıq ağacından pilləkən yığılmasını” öhdəsinə götürmüş və 4.1-ci bəndinə görə isə “Sifarışçi hazırkı Müqavilənin 1.1-ci bəndində göstərilmiş işlər üçün Icraçıya 4200 (1500 manat) AZN ödəyir.” Həmin Müqavilə əsasında iddiaçı İddiaçı (Sifarişçi) ## #### 2025-ci ildə əvvəlcədən cavabdeh Cavabdeh (Icraçıya) 1500 manat məbləğində pul ödəmişdir və Müqaviləyə əsasən cavabdeh işi bir ay ərzində icra etməli idi. Lakin, cavabdeh Cavabdeh qəbul etdiyi “pilləkən hazırlanması” sifarişini yerinə yetirmədiyi üçün onunla iddiaçı İddiaçı əri X3 məxsus mobil telefon nömrəsi ilə danışıqlar və “whotsapp” vasitəsilə yazışmalar aparılsa da, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, öhdəsinə götürdüyü işi icra etməmişdir. Odur ki, cavabdeh Cavabdeh (Icraçı) Müqavilədə nəzərdə tutulan qaydada “ev üçün pilləkəni” hazıırlayıb iddiaçı İddiaçı (Sifarişçiyə) təhvil vermədiyindən, sonuncu ondan bu iş üçün əvvəlcədən ödəmiş olduğu 1500 manat məbləğində pulun qaytarılmasını tələb etmişdir. Cavabdeh Cavabdeh 1500 manat pulu qaytarmadıqda isə iddiaçı İddiaçı ## ###### 2025-ci ildə Sumqayıt şəhər Polis Idarəsinin 5-ci Polis Bölməsinə şikayət ərizəsi yazaraq, ##.##.2025-ci il tarixdə Cavabdeh “onun evinə taxta pilləkən düzəldərək quraşdıracağı” adı ilə yaşadığı ünvanda ondan 1500 manat pul alaraq, ona qarşı dələduzluq etməsi barədə məlumat verib, Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsini və ona dəymiş ziyanın ödətdirilməsini xahiş etmişdir (həmin şikayət ərizəsi təqdim olnarkən şikayətçı İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş “cinayət barədə bilə-bilə yalan xəbərçilik etmə” haqqında məsuliyyət də müvafiq qaydada elan edilmişdir). Məlum şikayət ərizəsi əsasında Sumqayıt şəhər Polis Idarəsinin 5-ci Polis Bölməsində araşdırılma aparılarkən, yəni ## ###### 2025-ci ildə bank kartı vasitəsilə iddiaçı İddiaçı 1000 manat məbləğində pul qaytarılmışdır. Sumqayıt Şəhər Polis Idarəsinin 5-ci Polis Bölməsinin baş təhqiqatçısı X1 tərəfindən ##.##.2025-ci il tarixli, HK-*/**** saylı araşdırma materialı üzrə qəbul edilmiş ## ###### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarda “şikayətçi İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanmasının rədd edilməsi və İddiaçı ilə Cavabdeh arasındakı mübahisəli vəziyyət mülki xarakterli olduğundan, ərizəçiyə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi” qərara alınmışdır. Bundan sonra aparılan “whotsapp” yazışmaları zamanı isə qarşı tərəfdən iddiaçıya bildirilmişdir ki, “1000 manat ödənilib, imkanı olmadığı üçün qalan 500 manatı isə ödəyə bilmir”. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində və eləcə də, apellyasiya instansiyasında aparılan məhkəmə araşdırması zamanı cavabdeh tərəfin iclasda iştirakı ilə bağlı bütün mümkün vasitələrdən istifadə edilərək, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdeh Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və ona qarşı verilmiş hazırkı iddiaya qarşı hər hansı bir münasibət və etiraz bildirməmişdir. Göründüyü kimi, aparılan araşdırma zamanı iddiaçı tərəfin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə təqdim etdiyi sübutlarla və işin konkret halları ilə cavabdeh Cavabdeh “pilləkən hazırlanması” sifarişi ilə əlaqədar aldığı 1500 manat məbləğində pulun 1000 manat hissəsini qaytarsa da, 500 (beş yüz) manat hissəsini qaytarmaması, yəni iddia tələbinin “cavabdeh Cavabdeh 500 manat məbləğində borcun tutulması” hissəsinin əsaslılığı təsdiq olunur. Lakin, məhkəmə yuxarıda qeyd olunanlar və işin konkret hallarına əsasən hesab edir ki, əsaslılığı müəyyən edilmədiyindən və sübut olunmadığından iddianın “yaşadığı mənəvi sarsıntı və narahatlıqlara görə 300 manat məbləğində mənəvi ziyanın tutulması” hissəsi isə təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eyni zamanda, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına əsasən hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib, Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iddia tələbi qismən təmin edilərək, cavabdeh Cavabdeh 500 (beş yüz) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Iddia tələbi qalan hissədə təmin edilməməli və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh 500 (beş yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 530 (beş yüz otuz) manat məbləğində pul vəsaiti alınaraq, iddiaçı İddiaçı ödənilsin. Iddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətnamədən kassasiya şikayəti verilə bilməz.