Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-704/2026 11.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər Zaqatala Rayon * saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ ** saylı Zaqatala Ərazi Idarəsinə, cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8, cavabdeh5, cavabdeh11 Rizvan oğluna, cavabdeh1 və cavabdeh6 qarşı “alğı-satqı müqaviləsinin etibarlı sayılması (bağlanmış hesab edilməsi) və s.” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarlı hesab edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və X1 ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh1 və cavabdeh cavabdeh1 vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər Zaqatala Rayon * saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ ** saylı Zaqatala Ərazi Idarəsinə, cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8, cavabdeh5, cavabdeh11 Rizvan oğluna, cavabdeh1 və cavabdeh6 qarşı “alğı-satqı müqaviləsinin etibarlı sayılması (bağlanmış hesab edilməsi) və s.” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı, sahəsi 2.20 ha olan torpaq sahəsi ümumi birgə mülkiyyət üzrə Kərimov Rizvan Murtuz oğlunun, X28, cavabdeh3, cavabdeh11 Rizvan oğlunun, X9, cavabdeh5, cavabdeh2 oğlunun, X5 və X11 mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsinin 2,0 ha hissəsi onlar tərəfindən pul borcunun əvəzində İddiaçı daimi istifadəsinə verilmişdir. cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8, cavabdeh5 Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 1.96 ha olan mübahisəli torpaq sahəsini alıcı cavabdeh1 13000 manat müqabilində satmış, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmaqla, qeydiyyat nömrəsi 3625008677, qeydiyyat tarixi ##.##.2025-ci il olan Çıxarış verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. Iddiaçı İddiaçı cavabdehlər Zaqatala Rayon * saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ ** saylı Zaqatala Ərazi Idarəsinə, cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8, cavabdeh5, cavabdeh11 Rizvan oğluna, cavabdeh1 və cavabdeh6 qarşı “alğı-satqı müqaviləsinin etibarlı sayılması (bağlanmış hesab edilməsi) və s.” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8, cavabdeh5 ilə cavabdeh cavabdeh1 arasında bağlanmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alğı-satqısına dair ## #### 2025-ci il tarixli, 4Ə-*** reyestr nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi; Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ## #### 2025-ci il tarixdə, 3625008677 qeydiyyat nömrəsi ilə cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış”ın ləğv edilməsi; cavabdehlər cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8, cavabdeh5 ilə cavabdeh cavabdeh6 arasında bağlanmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,796 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bağışlanmasına dair ## ### 2025-ci il tarixli, 4Ə-*** reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi; Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,796 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ## ### 2025- ci il tarixdə, 3625007507 qeydiyyat nömrəsi ilə cavabdeh6 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi; mərhumlar - Kərimov Rizvan Murtuz oğlu və X29, o cümlədən, cavabdehlər cavabdeh10 və cavabdeh5 ilə aralarında bağlanmış, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən, cavabdehlər cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8, cavabdeh5, cavabdeh11 Rizvan oğlu, o cümlədən, cavabdehlərin mərhum valideynləri - Kərimov Rizvan Murtuz oğlu və X29 ümumi birgə mülkiyyətində olmuş Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 2,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,0 ha hissəsinin alğı-satqısına dair ## ###### 2003-cü il tarixli müqavilə(lər)nin etibarlı sayılması (bağlanmış hesab edilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər və mərhum valideynləri - Kərimov Rizvan Murtuz oğlu və X29 ümumi birgə mülkiyyətinə Zaqatala Rayon Aqrar Islahat Komissiyasının qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində 2,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Sonuncuların həmin əmlak üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış”la rəsmiləşdirilmişdir. Cavabdehlər və mərhum valideynlərinın ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini mərhumlar - Kərimov Rizvan Murtuz oğlu və X29, o cümlədən, cavabdehlər cavabdeh10, cavabdeh5 ilə aralarında bağlanmış ## ###### 2003-cü il tarixli sadə yazılı əqdlərə əsasən almışdır. Həmin tarixdən, yəni ## ###### 2003-cü ildən qeyd olunan torpaq sahəsindən o istifadə etmişdir. Zaqatala rayonu, Əliabad qəsəbəsi ərazisində təkrar torpaq islahatı aparılması ilə əlaqədar torpaq sahəsinin sənədləri gəlmədiyi üçün, sənədləşmə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd gələnə qədər alğı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunması təxirə salınmışdır. Torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ ilə mülkiyyətçiləri Kərimov Rizvan Murtuz oğlu ## ###### 2016-cı il tarixdə, X29 isə ## ###### 2023-cü il tarixdə öldükləri üçün yenə də alğı-satqı müqaviləsinin notarial qaydada rəsmiləşdirilməsi təxirə düşmüşdür. Kərimov Rizvan Murtuz oğlu və X29 vəfatından sonra o vərəsəlik yolu ilə əmlakların sənədləşməsini, daha sonra isə ona notarial qaydada satılmasını cavabdehlər cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8 və cavabdeh5 xahiş etsə də, sonuncular hər dəfəsində müxtəlif bəhanələrlə müqavilənin bağlanmasından yayınmışdırlar. Bu yaxınlarda məlumat əldə etmişdir ki, o, cavabdehləri məhkəməyə verəcəyini bildirdikdən sonra, cavabdehlər cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8 və cavabdeh5 qeyd olunan torpaq sahələrini sənədləşdirmişdirlər. ## #### 2025-ci il tarixdə Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, həmin torpaq sahəsinin faktiki olaraq onun olduğunu bilən Zaqatala rayonu, Əliabad qəsəbəsi sakini cavabdeh1 formal olaraq satmış, ## ### 2025-ci il tarixdə isə Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,796 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki paylarını isə bibiləri cavabdeh6 bağışlamışdırlar. Iş materiallarına əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ ** saylı Zaqatala Ərazi Idarəsinin ## ####### 2025-ci il tarixli məktubundan da göründüyü kimi, cavabdeh1 və cavabdeh6 qeyd olunan torpaq sahələri üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış”la rəsmiləşdirilmişdir. Cavabdehlər cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8, cavabdeh5, cavabdeh1 və cavabdeh6 niyyətləri formal olaraq alğı-satqı və bağışlama müqavilələri bağlanması görüntüsü yaratmaqla mülki məsuliyyətdən yaxa qurtarmaq və onun mülkiyyət hüququnu kobud şəkildə pozmaq istəmələridir. Cavabdehlər cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8, cavabdeh5 əməllərində faktiki olaraq cinayət xarakterli hərəkətlər mövcuddur. ## ####### 2025-ci il tarixdə Ali Məhkəmə daşınmaz əşyaların əldə edilməsi zamanı vicdanlılıqla bağlı qanunvericiliyin tətbiqi üzrə mübahisəli hüquqi məsələni müzakirəyə çıxarmışdır.
4. Iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə “iddianın dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciət edərək, iddia ərizəsinin tələb hissəsini aşağıda qeyd olunan redaksiyada qəbul edilməsini xahiş etmişdir: cavabdehlər cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8, cavabdeh5 ilə cavabdeh cavabdeh1 arasında bağlanmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alğısatqısına dair ## #### 2025- ci il tarixli, 4Ə-*** reyestr nömrəli "Daşınmaz əmlakın alğı-satqı müqaviləsi"nin etibarsız hesab edilməsi; Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ## #### 2025-ci il tarixdə, 3625008677 qeydiyyat nömrəsi ilə cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi; mərhumlar - Kərimov Rizvan Murtuz oğlu və X24, o cümlədən, cavabdehlər cavabdeh10 və cavabdeh5 ilə aralarında bağlanmış, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"a əsasən, cavabdehlər cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8, cavabdeh5, cavabdeh11 Rizvan oğlu, o cümlədən, cavabdehlərin mərhum valideynləri - Kərimov Rizvan Murtuz oğlu və X24 ümumi birgə mülkiyyətində olmuş Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 2,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,0 ha hissəsinin alğı-satqısına dair ## ###### 2003-cü il tarixli müqavilə(lər)nin etibarlı sayılması (bağlanmış hesab edilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Ərizəsini onunla əsaslandırmışdır ki, hazırki ərizə ilə müraciət etməyinin səbəbi, iddia ərizəsinin tələb hissəsində yol verilmiş texniki səhvlərin, o cümlədən tələblərin dəqiqləşdirilməsi ilə bağlıdır. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, o, cavabdehlərdən 2,0 ha torpaq sahəsi almışdır və həmin torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin etibarsız sayılmasını və çıxarışın ləğv edilməsini xahiş edir. Lakin, tələb hissəsində səhvən 0,796 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair müqavilənin etibarsız sayılmasını və çıxarışın ləğv edilməsini, o cümlədən, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 2,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,0 ha hissəsinin alğı-satqısına dair ## ###### 2003-cü il tarixli müqavilə(lər)nin etibarsız sayılmasını (bağlanmış hesab edilməsini) xahiş etmişdir. Halbuki, onun məhkəməyə müraciət etməkdə əsl niyyəti - Mahmudova Rizvan qızı, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8, cavabdeh5 ilə cavabdeh cavabdeh1 arasında bağlanmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alğı-satqısına dair ## #### 2025-ci il tarixli, 4Ə-*** reyestr nömrəli "Daşınmaz əmlakın alğı-satqı müqaviləsi"nin etibarsız hesab edilməsi; Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ## #### 2025-ci il tarixdə, 3625008677 qeydiyyat nömrəsi ilə cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış"ın ləğv edilməsi; mərhumlar - Kərimov Rizvan Murtuz oğlu və X29, o cümlədən, cavabdehlər cavabdeh10 və cavabdeh5 ilə aralarında bağlanmış, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış"a əsasən, cavabdehlər cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8, cavabdeh5, cavabdeh11 Rizvan oğlu, o cümlədən, cavabdehlərin mərhum valideynləri - Kərimov Rizvan Murtuz oğlu və X29 ümumi birgə mülkiyyətində olmuş Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 2,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,0 ha hissəsinin alğı-satqısına dair ## ###### 2003-cü il tarixli müqavilə(lər)nin etibarlı sayılması (bağlanmış hesab edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etməkdir.
6. Cavabdeh cavabdeh4 etiraz ərizəsindən görünür ki, iddiaçı İddiaçı ona və digər bacıqardaşlarına qarşı alğı-satqı müqaviləsinin etibarlı sayılması, digər alğı-satqı müqaviləsinin etibarsız sayılması, çıxarışın ləğv edilməsi, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi yazmışdır. O, iddia ərizəsində göstərmişdir ki, guya onların ailələrinin mülkiyyətində olan torpaq sahəsini almışdır. Onun bu yazdıqları yalandır. Belə ki, o və ailə üzvləri iddiaçıya heç vaxt torpaq satmamışdırlar. Onların mülkiyyətində olan torpaq sahəsini ataları İddiaçı əl borcu olduğuna görə torpaq sahəsini istifadəyə vermişdir ki, əl borcu ilə əvəzləşdirsin. Lakin torpaq sahəsini heç vaxt ona satmamışdırlar. Torpaq sahəsi onların xüsusi mülkiyyətlərindədir. Onların İddiaçılə aralarında hər hansı bir alğı-satqı müqaviləsi yoxdur və olmayıb. Onlar öz mülkiyyətlərində olan torpaq sahəsini DƏDR-də qeydiyyata aldıraraq üçüncü şəxslərə təhvil vermişdirlər. Bağışlanan torpaq sahəsinin isə İddiaçı ümumiyyətlə heç bir aidiyyatı olmamışdır və həmin torpaq sahəsi İddiaçı istifadəsinə belə verilməmişdir. Üçüncü şəxslərin, yəni torpağı satdıqları və bağışladıqları şəxslərin torpağın bir neçə il bundan əvvəl, daha doğrusu 22 il bundan əvvəl İddiaçı istifadəyə, yəni borc əvəzinə istifadəyə verdiyindən heç bir məlumatları yoxdur. Onlar torpağı heç vaxt İddiaçı satmadıqlarına görə o onlardan həmin torpağı tələb edə bilməz. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş edir.
7. Cavabdeh cavabdeh1 etiraz ərizəsindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərək tərəf olduğu müqavilənin və çıxarışın etibarsız hesab edilməsini tələb edir. Iddia ərizəsi ilə razı deyil. Belə ki, iddiada onun alğı-satqı müqaviləsi əsasında aldığı torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş edir. O, alğı-satqı müqaviləsi əsasında torpaq sahəsi əldə etdiyinə görə MM-nin 182.1-ci maddəsi ilə vicdanlı əldə edən hesab olunur. Həmin maddədə deyilir ki, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə olunduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçisi olmadığını bilirmişsə və ya bilməliydisə vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Qeyd olunan maddəyə istinadən bildirir ki, torpaq sahəsini notariusda təsdiq olunmuş alğı-satqı müqaviləsi əsasında müəyyənləşdirilmiş pul məbləğini ödəməklə əldə etmişdir. Alğı-satqı müqaviləsi imzalanan zaman torpaq sahəsinin mülkiyyətçisinə dair DƏDR-dən çıxarış olmuşdur. Belə olan halda əmlakı vicdanlı əldə edən onun torpaq sahəsinin satıcıya yox, başqa şəxsə məxsus olması ilə əlaqədar hər hansı bir şübhəsi ola bilməzdi. Qeyd olunanlara əsasən hesab edir ki, iddia ona münasibətdə təmin edilməməlidir, ona görə ki, onun vicdanlı olmamağı ilə bağlı iddia ərizəsində heç bir dəlil göstərilməmiş və məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
8. Cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh10, cavabdeh8, cavabdeh5, cavabdeh3 və cavabdeh4 eyni məzmunlu ərizələrində göstərilir ki, iddiaçı İddiaçı iddiası əsassız olmaqla yanaşı iddiaçının iddia müddətini ötürmüş olduğu müəyyən olunur. Odur ki, iddiaçının guya 2003-cü ildə bağlanmış müqaviləsinin etibarlı sayılması ilə bağlı iddia tələbinə münasibətdə iddia müddətinin tətbiq olunmasını xahiş edirlər. Iddiaçının digər tələbləri də həmin 2003-cü ildə qeyd olunan əqdlə bağlı tələbindən irəli gələn əlavə tələblərdən ibarətdir. Iddiaçı hazırki iddia tələbi ilə 2025-ci ildə məhkəməyə müraciət etmişdir. Iddiaçı tələbinin əsası kimi guya 2003-cü ildə yazılı şəkildə müqavilə bağlanmasına istinad edir, lakin indiyə kimi - 2003-cü ildən 2025-ci ilədək, 22 il müddətində nə üçün məhkəməyə müraciət etmədiyini açıqlamır, bu barədə ağlabatan heç bir arqument irəli sürmür. Iddia formal mülahizələrdən ibarətdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür. Göründüyü kimi işin halları ilə öz təsdiqini tapır ki, iddiaçı qanunda nəzərdə tutulmuş iddia müddətini buraxmışdır. Odur ki, iddia tələbi rədd edilməlidir. Iddia tələbi mahiyyət etibarilə də əsassızdır. Qeyd olunanlara və sadalanan qanun müddəlarına əsaslanaraq iddia müddəti buraxıldığından iddia müddətinin tətbiq edilməsi və buna uyğun olaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər.
9. Iddiaçı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar izahat vermiş və əlavə olaraq göstərmişdir ki, 2003-cü ildə Kərimov Rizvan və ailə üzvləri onun evinə gələrək, külli miqdarda borclarının əvəzinə onlara məxsus torpaq sahəsini hər biri ayrı-ayrılıqda izahat yazaraq ona vermişlər. O da verdiyi puldan əlavə olaraq, onların maddi durumlarını nəzərə alaraq bir baş inək və balasını vermişdir. Həmin vaxtdan sonra torpaq sahəsi onun istifadəsində olmuşdur. Bu il torpağı əkdikdən sonra ona xəbər vermişlər ki, bu torpaq sahəsi ona məxsus deyil, başqası almışdır. Belə ki, cavabdehlər xalaları cavabdeh6 ilə onun qapısına gələrək, satdıqları torpağı geri istədiklərinin bildirmişlər. O, 4000 manat verəcəkləri təqdirdə, 2 ha torpaq sahəsini geri qaytaracağını demişdir. Daha sonra cavabdehlər 4000 manatın çox olduğunu, maddi imkanlarının yaxşı olmaması səbəbindən 2000 manata razılığa gəlmək istəmişdirlər, o etiraz etməmişdir. Sonda isə məlum olmuşdur ki, ona pul verməmək üçün həmin torpağı başqasına satmışlar. Alan şəxs də həmin torpağın ona məxsus olduğunu bilmişdir. Həmçinin Kərimov Rizvan torpaq vergisini ödəmədiyindən bələdiyyə onu məhkəməyə vermiş, məhkəmə qərarına əsasən birbaşa Rizvanın pensiyasından tutulmuşdur. Daha sonra həmin pulu o, Məryəmin yanında Rizvana qaytarmışdır. Soltan isə kənddə maklerlik fəaliyyəti ilə məşğul olur, torpaq alıb-satır. Torpağın ona məxsus olması Soltana məlum olduğu halda o, bir neçə dəfə torpağa müştəri də gətirmişdir, həmin müştərilər torpağın ona aid olmasını bilən kimi almaqdan imtina etmişlər. Iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
10. Cavabdeh cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, torpağın satılmasından xəbərdar deyil. Yalnız Rizbullanın onun atasına bir baş inək və buzov verməsini bilir. Düzdür, torpaq sahəsi uzun illər ərzində iddiaçının istifadəsində olub. Lakin onda olan məlumata əsasən torpağın vergisini atası ödəyib. O, İddiaçı evinə getmişdir. Lakin bacısı ilə yol yoldaşı kimi getmiş, onların aralarında olan söhbətdən xəbəri olmamışdır. Onlara məxsus olan torpaq sahəsinin hansı əsasla Rizbullah Həmzəyevin 2003-cü ildən istifadəsində olmasından xəbəri olmamışdır. Iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
11. Cavabdeh cavabdeh4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, əgər atası torpağı İddiaçı satmış olsa idi, həmin torpağa sənəd alan zaman və ya satan zaman onların yox, İddiaçı imzasını tələb edərdilər. Onun atasının iddiaçıya heç bir borcu olmamışdır, olmuşdursa da, bu 25 il ərzində torpaqdan həmin pulu çıxarmışdır. Hansı əsasla Rizbullah Həmzəyev onlara məxsus torpaq sahəsindən bu illər ərzində istifadə etdiyi ona məlum deyil. Lakin iddiaçının torpaqdan istifadə etməsinə atasının razılığı olmuşdur. Onlar torpağı satmışlar. O, iddianın rədd edilməsini xahiş edir.
12. Cavabdeh cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, həmin torpağı aldıqdan sonra İddiaçı ona zəng edərək təhqir etmişdir. O, da bununla bağlı prokurorluğa şikayət etmişdir. Digər cavabdehlər söz vermişdilər ki, torpağa görə Rizbullaya 2000 manat verəcəklər. Özü torpağı 13000 manata almışdır. Torpağın real dəyəri çoxdu, dəqiq nə qədər olduğunu bilməsə də, 1 hektarının qiyməti təxminən 10000 manat ola bilər. Torpağın kimdə olmasından xəbəri olmamış, cavabdehlərin əlində sənəd olmuş, həmin sənədə əsasən torpağı almışdır. Həmçinin bir vaxt cavabdehlərin anası həmin torpağı ona təklif etmiş, lakin notariusda sənədlər düz olmadığından rəsmiləşdirmək mümkün olmamışdır. Belə ki, cavabdehlərin qardaşları Rusiya Federasiyasında olduğundan Camalın payını sata bilmirdilər. Sonra cavabdehlər məhkəmə qaydasında həmin problemi həll etmişlər. Daha sonra cavabdehlərin anası vəfat etmiş, o torpağın yerini bildiyi üçün bacılar ondan həmin torpağın yerini göstərməsini istəmişlər. Həmin vaxt bacılar Elvinə pulunu verib, torpağı şumlatmışdırlar. Daha sonra torpağı Rizbulla səpmişdir. Rizbullahın həmin ərazilərdə torpaqları olduğu üçün bu torpağın da ona aid olub-olmamasını bilmirdi. Müəyyən vaxtdan cavabdehlər torpağın sənədlərini düzəldib, ona təklif etmişlər. O da almışdır. Iki-üç aydan sonra Rizbulla ona zəng edərək torpağın ona aid olduğunu bildirərək təhqir etmişdir. O, maklerlik etmir, heç kəsdən torpaq alıb-satmır. Iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
13. Cavabdeh cavabdeh6 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, satılan torpaqda onun payı olmamışdır. Torpaq sahəsi onun qardaşı Rizvana və onun ailə üzvlərinə aid olmuşdur. Torpaq sahəsini Rizvan öz sağlığında Rizbullaha satmışdır, aralarında olan alğı-satqı 2003-cü ildə baş tutmuşdu və həmin vaxtdan torpaq sahəsi Rizbullahın istifadəsindədi. O, bir müddət əvvəl qardaşı qızının təklifi ilə Rizbullahın evinə getmişdir ki, sonuncu torpağı ona qaytarsın. O da bu barədə Rizbullahdan xahiş etmiş, qardaşı uşaqlarının imkansız olduqlarını bildirmişdir. Rizbullah onunla razılaşaraq verdiyi pulun əvəzi olaraq simvolik 4000 manat pul istəmişdir. Lakin qardaşı qızları ondan xəbərsiz Rizbullaha aid torpağa sənəd düzəldərək torpağı başqa adama satmışlar və iddiaçıya pul verməmişlər. Iddiaçı 2003-cü ildə torpağı aldığı üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Torpağa dair subsidiyanı da iki ildir ki, cavabdeh1 tərəfindən alındığını eşitmişdir. Torpağın 2003-cü ildə Rizbullaya satılmasından xəbərdardır.
14. Cavabdeh cavabdeh5 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli torpaq onun pay torpağı olmuş, vaxtı ilə atası sağ olan zaman dolanışıq olmaması səbəbindən İddiaçıha satmışlar. Rizbullah da əvəzində inək vermişdi, bir aya həmin inək də ölmüşdür. Onlar Rizbulladan pul almamışlar. Daha sonra anası xəstələnmiş, torpağı Soltana satmışlar. Həmin vaxt Rizbulla torpaqdan istifadə etmiş, amma vergisini atası vermişdir. Iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
15. Cavabdeh cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, anası xəstə olduğundan torpağı Soltana satmışlar və aldıqları pul ilə analarını müalicə etmişlər. Həmin torpağı əvvəllər atası heç kimə satmamışdır. Ailə üzvləri çox olduğundan imkansızlıq səbəbindən inək əvəzi müvəqqəti vermişdir. Həmin vaxt rəsmiləşdirilməmişdir. Iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçını və Şabanov Soltanı bir kənddən olduqları üçün tanıyır. O da təsərrüfatla məşğul olur. Qeyd edilən torpağın alğı-satqısından məlumatı yoxdur, lakin həmin torpağın həmişə İddiaçı tərəfindən istifadə edildiyini görmüşdür. Həmin sahədə torpaqların sənədləri оlmadığı üçün alğı-satqı zamanı həmişə bu cür problemlər yaranır. Onun da istifadə etdiyi torpaq üçün əvvəllər sənədi olmamış, daha sonra əldə etmişdir. Qeyd edilən sahədə də torpaqların onun və İddiaçı tərəfindən alındığını bilir. Amma dəqiq həmin torpağı kim alıb, daha sonra kimə satılıb bilmir. Qəsəbədə təxmini hər kəs bilir ki, kim kimin torpağını alır. O, Soltan vasitəsilə də orda bir sıra torpaq sahələri almışdır. Ona torpaqlar Soltan tərəfindən təklif olunan zaman da İddiaçı məxsus olan torpaqların ona lazım olmadığını demişdir.
17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır. Hansı il olduğunu xatırlamır, maddi durumlarındakı çətinliklər səbəbindən qayınatası, qaynanası, yoldaşı və baldızı ilə birgə İddiaçı evinə getmişdirlər. Həmin vaxt artıq ailələri böyüdüyü üçün dolana bilmirdilər. Məqsədləri ondan inək götürmək olmuşdur. Ailə üzvləri yaza bilmədiyi üçün o nə deyilibdirsə yazmış, lakin həmin vaxt pul söhbəti olmamış, onlar sadəcə inək götürmək istəmişdirlər. Həmin inək də bir aydan ölmüşdür. Inək belə tez öldüyündən onlar torpaqlarını geri götürmək istəmişdirlər. Torpaq sahəsi Rizbullahda olsa da, vergiləri qayınatasından tutulmuşdur. Daha sonra qayınatası rəhmətə getmiş, qaynanası onkoloji xəstə olduğundan torpağı satmaq istəmiş, Rizbullaya “sən alırsan al, almırsan başqasına satacam” demişdir, lakin daha sonra qayınanası vəfat etmişdir. Indi bu problemlər yaranmışdır. Qayınatasının və qayınanasının savadı olmamış, nə demişlərsə, həmin yolun düzgün yol olduğunu bilmişlər. Həmçinin izahatlardakı imzalar ona məxsusdur. Əgər qayınatasının iddiaçıya borcu var idisə, niyə yazılarda məbləği qeyd edilməyib, ödənilmə müddəti göstərilməyib. Eyni zamanda torpaq Rizbullaya verilmiş olsa belə, daha sonra inək öldüyündən narazılıq yaranmışdır. Qayınanası da torpağı satacağını Rizbullaya bildirmişdi.
18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o texnika işlədir, həmin sahəni sadəcə olaraq şumlamışdır. Dəqiq vaxtı yadında deyil, Sultanla, xanımlardan biri onun yanına gəlib torpağı şumlamasını istəmişdirlər. O da şumlayıb pulunu almışdır. Amma torpağı İddiaçı səpmişdir.
19. Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ ** saylı Zaqatala Ərazi Idarəsi məktub ünvanlayaraq bildirmişdir ki, ** saylı Zaqatala Ərazi Idarəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün daxil olan müraciətlərlə bağlı görülən iş həcminin artması və eyni zamanda ərazi idarəsinin cavabdeh qismində cəlb edildiyi digər məhkəmə proseslərində iştirakı ilə əlaqədar olaraq işin baxış iclasında nümayəndələrinin iştirakının təmin edilməsi mümkün olmayacaqdır. Nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş edirlər.
20. Cavabdeh Zaqatala rayon * saylı notariat ofisi məktub ünvanlayaraq bildirmişdir ki, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəkdirlər. Nəzərə alınmasını və məhkəmə iclasını iştirakları olmadan keçirilməsini xahiş etmişdirlər.
21. Zaqatala RIHB-nın Əliabad qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5- 82- **/*-**/**** saylı, ##.##.2026-cı il tarixli məktubundan görünür ki, cavabdeh11 Rizvan oğlu, cavabdeh10, cavabdeh8 hal-hazırda qəsəbə ərazisində yaşamırlar. Bakı şəhərində yaşayırlar. Onlara göndərilmiş məhkəmə bildirişi qəsəbəyə gəldikləri zaman təqdim ediləcəkdir.
22. Məhkəmə cavabdehlər Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ ** saylı Zaqatala Ərazi Idarəsinin və Zaqatala rayon * saylı notariat ofisinin nümayəndəsinin, həmçinin cavabdeh10, cavabdeh8, cavabdeh5 və cavabdeh11 Rizvan oğlunun iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
23. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Kərimov Rizvan Murtuz oğlunun, X29, cavabdeh3, cavabdeh11 Rizvan oğlunun, cavabdeh8, cavabdeh5, cavabdeh4, cavabdeh10, cavabdeh2 ümumi birgə mülkiyyətindəki Zaqatala rayonunun Əliabad kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 2.20 ha torpaq sahəsinin 2 ha hissəsi 2003-cü ildən iddiaçının faktiki sahibliyindədir, Kərimov Rizvan Murtuz oğlu ##.##.2016-cı il tarixdə, X29 isə ##.##.2023-cü il tarixdə ölmüşdür. Bu müddət ərzində iddiaçının sahibliyinə, istifadəsinə, əkilib-becərilməsinə, faydalanmasına qarşı cavabdehlər və sağlıqlarında Kərimov Rizvan Murtuz oğlu və X29 tərəfindən hər hansı etiraz edilməmişdir.
24. Iddiaçı tələbini Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2 ha hissəsinin ## ###### 2003-cü il tarixdə ona satılması ilə əsaslandırmışdır. Həmin hal yanaşı yoxlanılmış şahid ifadələri və ## ###### 2003-cü il tarixli yazılı iltizamlarla təsdiq olunmuşdur. Cavabdehlər həmin torpaq sahəsini gələcəkdə geri götürəcəkləri şərti ilə mal əvəzi müvəqqəti istifadəyə verdikləri əsası ilə iddiaya etiraz etsələr də, iddiaya etirazlarının əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün sübut təqdim etməmişlər. Eyni zamanda, ümumi birgə mülkiyyətçilər olan cavabdehlər torpaq sahəsini hansı müddətə müvəqqəti istifadəyə verdiklərinə dair dəlillərini əsaslandıra, müvəqqəti istifadənin müddətini göstərə bilməmişlər. Yanaşı yoxlanılmış yazılı iltizamlarla isə torpaq sahəsinin hər hansı qeyd şərt göstərilmədən iddiaçıya verildiyi təsdiq edilmişdir. Iddiaçının da uzun müddət ərzində torpaq sahəsindən öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə ümumi birgə mülkiyyətçilər tərəfindən etiraz edilməməsi, əqdin müvəqqəti istifadə barədə deyil, alğı-satqı barədə olduğunu və bütün ümumi birgə mülkiyyətçilər tərəfindən bəyənildiyini təsdiq edir.
25. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, yazılı iltizamlar şəkilində tərtib olunmuş ## ###### 2003-cü il tarixli müqavilənin Zaqatala rayonu Əliabad kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2 ha hissəsinin ona satılmasına dair bağlandığına dair iddiaçının yanaşı yoxlanılmış sübutlarla tamamlanan dəlillərini işin hallarına uyğun saymışdır.
26. Həmçinin müəyyən edilmişdir ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 2.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ##.##.2020-ci il tarixdə ümumi birgə mülkiyyət hüququ üzrə Kərimov Rizvan Murtuz oğlunun, X29, cavabdeh3, cavabdeh11 Rizvan oğlunun, cavabdeh8, cavabdeh5, cavabdeh4, cavabdeh10, cavabdeh2 adlarına, Kərimov Rizvan Murtuz oğlunun ##.##.2016-cı il tarixdə ölümündən sonra Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən 2.20 ha torpaq sahəinin 1/9 hissəsi ondan miras qalmış və onun cavabdeh2, cavabdeh5, cavabdeh4, cavabdeh10, cavabdeh8, cavabdeh3 ibarət vərəsələrinin hər birinə 2.20 ha olan torpaq sahəsinin 1/9 hissəsinin 1/6 hissəsinə vərəsəlik hüquqları tanınmışdır. X29 ##.##.2023-cü il tarixdə ölümündən sonra Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən 2.20 ha torpaq sahəsinin 1/9 hissəsi ondan miras qalmış və onun cavabdeh2, cavabdeh5, cavabdeh4, cavabdeh10, cavabdeh8, cavabdeh3 ibarət vərəsələrinin hər birinə 2.20 ha olan torpaq sahəsinin 1/9 hissəsinin 1/6 hissəsinə vərəsəlik hüquqları tanınmışdır. Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ##.##.2025-ci il tarixdə hər birinin payı 1/6 olmaqla cavabdeh2, cavabdeh3 qzının, cavabdeh8, cavabdeh5, cavabdeh4 və cavabdeh10 adına paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
27. Göründüyü kimi, ## ###### 2003-cü il tarixli müqavilənin tərtib olunduğu zaman mülkiyyətçilərin ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsi üzərində sərəncam vermək, o cümlədən onun bir hissəsini iddiaçıya satmaq üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqları olmuş, müqavilə qanuna zidd olmamış, əqdin yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Iddiaçı əmlakın dəyərinin ödənilməsi üzrə öhdəliyini tamamilə icra etmişdir. Əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi cavabdehlərin və mərhum Kərimov Rizvan Murtuz oğlunun və X29 əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmada ifadə olunan təqsiri ucbatından baş vermişdir. Sonuncuların həmin müqavilə üzrə subyektiv vəzifələri mahiyyəti etibarı ilə şəxsə bağlı bir vəzifə olmadığından, əmlak xarakterli bu subyektiv vəzifə olaraq onların ölümü ilə xitam olunmamış, miras kütləsinə (miras passivi) daxil olmaqla vərəsəlik qaydasında vərəsələri olan cavabdehlərə keçmişdir.
28. Cavabdehlər cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8 və cavabdeh5 Zaqatala Rayon * saylı notariat ofisində qeyd edilmiş ## #### 2025-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqısı” müqaviləsinə əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 1.96 ha olan torpaq sahəsini dəyərindən iki dəfə az qiymətə 13000 manata cavabdeh cavabdeh1 satmışlar. Torpaq sahəsi tam mülkiyyət hüququ üzrə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi 3625008677, qeydiyyat tarixi ##.##.2025-ci il olan çıxarış verilmişdir. Nəticədə iddiaçının qanuna zidd olmayan, əqdin yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş və bağlanmış hesab edilməsini tələb etmək hüququ əmələ gəlmiş ## ###### 2003-cü il tarixli müqaviləyə əsasən satın aldığı torpaq sahəsinə dair hüquqları pozulmuşdur.
29. Məhkəmə onu qeyd etməyi zəruri saymışdır ki, tərəflərin həmkəndli olmaları işin mübahisəsiz haldır və həmin kənd ərazisində çoxlu sayda torpaqların oxşar qaydada satılması halları mövcuddur. Belə olan halda iş üzrə şahidə torpaq sahəsi satılmasında yardım etmiş, torpaq alğı-satqısında təcrübəsi olan cavabdeh1, iddiaçının ümumi birgə mülkiyyətlərin mülkiyyətçilərinin özlərininki saydığı 2.20 ha torpaq sahəsinin 2 ha hissəsinə 2003-cü ildən faktiki sahiblik etməsinə və bu müddət ərzində iddiaçının sahibliyinə, istifadəsinə, əkilib-becərilməsinə, faydalanmasına qarşı ümumi birgə mülkiyyətlərin mülkiyyətçilərin hər hansı tələb və ya etiraz etməmələrindən, yəni torpaq sahəsinin sonuncular tərəfindən oxşar qaydada iddiaçıya satılmasından xəbərsiz olması ağlabatan deyil. Qeyd edilənlərin mövcudluğu isə cavabdeh1 mübahisəli əqd üzrə vicdanlı alıcı olmasını istisna edən hallardır.
30. Məhkəmə bununla yanaşı onu qeyd etməyi zəruri saymışdır ki, hazırda Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən iddiaçının sahibliyindəki torpağın 0,24 ha hissəsi cavabdeh11 Rizvan oğlunun ayrıca mülkiyyətində, torpağın əqdin yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş 1.96 ha hissəsi isə əvvəl cavabdehlər cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8, cavabdeh5, o cümlədən, cavabdehlərin mərhum valideynləri - Kərimov Rizvan Murtuz oğlu və X29 ümumi birgə mülkiyyətdə, sonradan isə cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8, cavabdeh5 paylı mülkiyyətində olduğundan, bununla da, torpağın cavabdeh11 Rizvan oğlunun ayrıca mülkiyyətində olan 0,24 ha hissəsi barədə əqdin yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmədiyindən, iddiaçının faktiki olaraq hansı sahədə torpaqdan istifadə etməsindən asılı olmayaraq, ümumi birgə mülkiyyətin mülkiyyətçilərinin cavabdeh11 Rizvan oğlunun ayrıca mülkiyyətində olan 0,24 ha hissəsi istisna olmaqla, yalnız 1.96 ha torpaq sahəsi üzərində sərəncam vermək, o cümlədən iddiaçıya satmaq üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqları olmuşdur və ümumi birgə mülkiyyətin mülkiyyətçilərinin torpağın özlərinə aid olmayan, cavabdeh11 Rizvan oğlunun ayrıca mülkiyyətində olan 0,24 ha hissəsini də iddiaçının faktiki sahibliyinə vermələri 2.20 ha torpaq sahəsinin 2 ha hissəsinə dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia tələbinin bütövlükdə təmin edilməsinə əsas ola bilməz.
31. Məhkəmə onu da qeyd etməyi zəruri saymışdır ki, iddiaçı hər hansı etiraz olmadan torpaq sahəsindən öz əşyası kimi fasiləsiz və bariz istifadə etdiyindən, əqdin ## ###### 2003-cü il tarixdə tərtib olunması onun bağlanmış hesab edilməsinə dair tələb üzrə iddia müddətinin ötürməsi olaraq dəyərləndirilə bilməz. Eyni zamanda hazırkı iddia ilə ## ###### 2025-ci il tarixdə müraciət etmiş iddiaçı tələbin ## #### 2025-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi üzrə də iddia müddətini ötürməmişdir. Odur ki, cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsi iddianın rədd edilməsinə əsas ola bilməz.
32. Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8, cavabdeh5 ilə cavabdeh cavabdeh1 arasında bağlanmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alğı-satqısına dair ## #### 2025-ci il tarixli, 4Ə-*** reyestr nömrəli "Daşınmaz əmlakın alğı-satqı müqaviləsi"nin etibarsız hesab edilməsi, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ## #### 2025-ci il tarixdə, 3625008677 qeydiyyat nömrəsi ilə cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən Çıxarışın ləğv edilməsi, mərhumlar - Kərimov Rizvan Murtuz oğlu və X29, o cümlədən, cavabdehlər cavabdeh10 və cavabdeh5 ilə iddiaçı İddiaçı arasında "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"a əsasən, cavabdehlər cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8, cavabdeh5, cavabdeh11 Rizvan oğlu, o cümlədən, cavabdehlərin mərhum valideynləri - Kərimov Rizvan Murtuz oğlu və X29 ümumi birgə mülkiyyətində olmuş Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 2,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.96 ha hissəsinin alğı-satqısına dair ## ###### 2003-cü il tarixli müqavilənin bağlanmış hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.
33. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2, 223.3, 222.2, 355.2, 357, 358.1 və 358.2-ci maddələrinə istinad etmişdir.
34. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Əliabad qəsəbəsinin “Qələbə” kolxozu üzrə subyektlərin siyahısı; Hüquqların yaranması üçün əsas olan – Ilkin qeydiyyat əsasında verilmiş reyestr nömrəsi ************ olan, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ##.##.2020-ci il tarixli çıxarış; Kərimov Rizvan tərəfindən ## ###### 2003-cü il tarixdə verilmiş və imzalanmış iltizam; X28 tərəfindən verilmiş ## ###### 2003-cü il tarixdə əlyazma ilə yazılmış izahat; cavabdeh5 tərəfindən ## ###### 2003-cü il tarixdə verilmiş və imzalanmış iltizam; ##.##.2003-cü il tarixli izahat; cavabdeh10 tərəfindən ## ###### 2003-cü il tarixdə verilmiş və imzalanmış izahat; Zaqatala rayon * saylı notariat ofisində 2V-1271 nömrəsi ilə qeyd edilmiş, V-***/**** nömrəli vərəsəlik işi üzrə ##.##.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; Zaqatala rayon * saylı notariat ofisində 2V-1272 nömrəsi ilə qeyd edilmiş, V-***/**** nömrəli vərəsəlik işi üzrə ##.##.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; Zaqatala rayon * saylı notariat ofisində 2V-505 nömrəsi ilə qeyd edilmiş, V-***/**** nömrəli vərəsəlik işi üzrə ##.##.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi 3625006798, qeydiyyat tarixi ##.##.2025-ci il olan Çıxarış; Zaqatala Rayon * saylı notariat ofisində qeyd edilmiş, ## #### 2025-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqısı” müqaviləsi; Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi 3625008677, qeydiyyat tarixi ##.##.2025-ci il olan Çıxarış; Zaqatala Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi; cavabdeh7 tərəfindən verilmiş **** saylı, ##.##.2025-ci il tarixli məktub; Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Zaqatala Ərazi Idarəsinin *-**-*-**/*-****/**** saylı, ## ##### 2026 -cı il tarixli məktubu; İddiaçı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən verilmiş FŞ***/**-** saylı, ##.##.2026- cı il tarixli qiymətləndirmə ilə bağlı rəy; ##.##.2025-ci il tarixli mədaxil qəbzi;
35. Qətnаmədən nаrаzı qаlаn cavabdeh cavabdeh1 apellyasiya şikayəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
36. Cavabdeh cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, ##.##.2025-ci il tarixdə cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8, cavabdeh5 Əliabad qəsəbəsində yerləşən 1,96 ha ölçüdə olan torpaq sahəsini 13000 manat pul ödəməklə notarial qaydada alğı-satqı müqaviləsi əsasında almışdır. Torpaq sahəsini alarkən aldıqdan əvvəl və aldıqdan sonra torpaq sahəsini satan şəxslər və yaxud da hazırki iş üzrə iddiaçı şəxslə hər hansı bir mübahisə alğı-satqı və yaxud da digər mübahisə olduğundan onun məlumatı olmamışdır. Lakin buna baxmayaraq məhkəmə onun zəhmətlə qazandığı pulunu ödəyərək aldığı torpaq sahəsinə dair müqaviləni ləğv edir, torpaq sahəsini onun əlindən alaraq qanunsuz olaraq başqa şəxsə vermişdir. Hesab edir ki, məhkəmə ona münasibətdə ədalətli olmamışdır. Zaqatala Rayon Məhkəməsi onun alğı-satqı müqaviləsini ləğv edərkən istinad etmişdir ki, “tərəflərin həmkəndli olmaları, həmin kənd ərazisində çoxlu sayda torpaqları oxşar qaydada satılması hallarının mövcudluğu, belə olan halda isə şahidə torpaq sahəsi satılmasında yardım etmiş, torpaq alğı-satqısında təcrübəsi olan cavabdeh1 torpaq sahəsinin digər şəxs tərəfindən əkilib becərilməsinə mülkiyyətçilərin hər hansı tələb və ya etiraz etməmələri, yəni torpaq sahəsinin iddiaçıya satılmasından xəbərsiz olmağı ağlabatan deyil. Qeyd edilənlərin mövcudluğu isə cavabdeh1 mübahisəli əqd üzrə vicdanlı alıcı olmasını istisna edən hallardır”. Göründüyü kimi məhkəmə onun vicdanlı alıcı olmasına şübhə ilə yanaşır və bu şübhələrini yalnız mülahizələr üzərində quraraq vicdanlı alıcı olmasını ağlabatan vəziyyətdə qiymətləndirir. Halbuki, məhkəmənin qeyd etdiyi bu halların heç biri mövcud deyildir, yəni kənd ərazisində çoxlu sayda torpaqların oxşar qaydada satılmasının mövcudluğu onun vicdanlı alıcı olmasına və yaxud da olmamasına dəlalət edən hal deyildir. Hər hansı şəxsə hər hansı torpaq sahəsinin satılmasında yardım etməmişdir, bu halın sübutuna dair hər hansı hal mövcud deyil. Bu da onun vicdanlı alıcı olmasına qiymət verməyə imkan verən vasitə deyildir. Torpaq alğı-satqısında onun hər hansı bir təcrübəsinin olduğuna dair məhkəməyə hər hansı bir sübut təqdim edilmədən belə bir təcrübənin olmasına dair fikir söyləmək və bu fikrə istinad edərək onun mülkiyyətini əlindən almaq qanunda nəzərdə tutulmayıb. Bundan başqa torpaq sahəsinin hər hansı bir şəxs tərəfindən istifadə etmələri mülkiyyətçilərin buna etiraz etməmələri ona şamil olunan bir fakt deyildir. Həmin torpaq sahəsinin mülkiyyətçilər tərəfindən ondan əvvəl kimlərəsə satılması ona məlum olmamışdır. O, həmin torpaq sahəsini ##.##.2025-ci il tarixdə almışdır. Torpaq sahəsi DƏDR-də onun adına ##.##.2025-ci il tarixdə qeydiyyatı aparılmışdır və çıxarış verilmişdir. Bundan bir neçə ay sonra iddiaçı məhkəməyə müraciət etdikdən sonra məlumatı olmuşdur ki, iddiaçı torpaq sahəsini əvvəlki mülkiyyətçilərdən tələb edir. Buradan da görünür ki, o torpaq sahəsini alğısatqı edərkən torpaq sahəsinə dair alğı-satqı müqaviləsi əsasında DƏDR-də mülkiyyət və sərəncam vermə hüququ qeydə alınarkən və bundan sonra da onun hər hansı bir mübahisədən xəbəri olmamışdır.
37. Qeyd edilənlərə əsasən, Zaqatala Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin tamamilə ləğv edilməsinə, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
39. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 və onun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında digər cavabdehlər cavabdeh2 və cavabdeh3 izahat verərək bildirdilər ki, onlar torpaq sahəsini cavabdeh cavabdeh1 satmış, ondan 13000 manat pul almışlar. Daha əvvəl isə kasıbçılıq səbəbindən ataları həmin torpaq sahəsini müvəqqəti istifadə üçün İddiaçı vermişdir. O da uzun illər torpaqdan istifadə etməklə qazanc əldə etmiş və atalarının ona olan borcunu əvəzləşdirmişdir.
40. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
41. Iş üzrə digər cavabdehlər Zaqatala Rayon * saylı Notariat Ofisi, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ ** saylı Zaqatala Ərazi Idarəsi, cavabdeh10, cavabdeh4, cavabdeh8, cavabdeh5, cavabdeh11 Rizvan oğlu və cavabdeh6 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər, cavabdeh Zaqatala Rayon * saylı Notariat Ofisinin xüsusi notariusu Gözəl Isgəndərova məktub göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
42. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 223.3-ci maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 355.2-ci maddəsinə əsasən razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
43. ##.##.2005-ci il ***-IIQD saylı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu;
44. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarı;
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
46. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
47. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin edilməmiş hissəsində hansı səbəbdən qətnamənin ləğv edilməli olduğunu göstərmədiyindən, birinci instansiya məhkəməsi iddianı qismən təmin etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın qismən təmin edilmiş mübahisələndirilən həmin hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş mübahisələndirilən hissəsində gəldiyi nəticədə hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin həmin hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
49. Işdə olan sənədlərlə müəyyən edilmişdir ki, Kərimov Rizvan Murtuz oğlunun, X29, X4, cavabdeh11 Rizvan oğlunun, cavabdeh8, cavabdeh5, X12, X7, X8 adına 3.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Reyestr nömrəsi ************ olan, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ##.##.2020-ci il tarixli çıxarışa əsasən kənd təssərrüfatı təyinatlı sahəsi 2.20 ha olan torpaq sahəsi ümumi birgə mülkiyyət üzrə Kərimov Rizvan Murtuz oğlu, X28, cavabdeh3, cavabdeh11 Rizvan oğlunun, X9, cavabdeh5, cavabdeh2 oğlunun, X5 və X11 mülkiyyətlərinə verilmişdir. Kərimov Rizvan tərəfindən ## ###### 2003-cü il tarixdə verilmiş və imzalanmış iltizamın məzmunundan görünür ki, “mən Kərimov X20 rayon kənd Əliabad sakini şəxsiyyət vəsiqəsi IX-JQ №****** mənim və ailəmin İddiaçı bir neçə ildir ona külü miqdarda nağd pul əl borcu vardır. Ailəmizin nağd pul borcu ödəmək üçün ailəmizə çatan 0.40 hektar əkin sahəsinin mənə düşən və ailəmizə iki hektar pay torpaq şüşə yolda onun daimi istifadəsinə təhvil veririk. 2 hektar təhvil verdik.” X28 tərəfindən verilmiş ## ###### 2003-cü il tarixdə əlyazma ilə yazılmış izhatın məzmunundan məlum olur ki, “X14 pasport seriya XII ЖГ 733275 bizim ailəmizin İddiaçıh Nurməmməd oğluna külli miqdarda pul borcu əvəzinə ailəmizin pay torpağı mənim 0,40 hektar bütövlikdə 2 hektar təhvil verdik onun daimi istifadəsinə. cavabdeh5 tərəfindən ## ###### 2003-cü il tarixdə verilmiş və imzalanmış iltizamın məzmunundan görünür ki, “mən cavabdeh5 VI-JQ №****** doğum haqqında şəhadətnamə Zaqatala kənd sakini, bizim ailəmizin İddiaçı külli miqdarda pul borcu vardır. Onun borcu ödəmək ödəmək mümkün olmadığı üçün əvəzinə mənə çatan pay torpağın mənə çatan əkin sahədən 0.40 hektar və ailəmizə cəmi 2 (iki) hektar əkin sahəni şüşə yolda onun daimi istifadəsinə təhvil verdim.” ##.##.2003-cü il tarixli izahatdan görünür ki, “Mən Kərimov Rizvan Murtuz oğlu və X28 qızımız Səadət Rizvan qızının 0,40 hektar pay torpağını borc əvəzinə İddiaçıh Nurməmməd oğluna daimi istifadəsinə təhvil verdim, şahid qismində imza etdi Məmmədova Adilə. cavabdeh10 tərəfindən ## ###### 2003-cü il tarixdə verilmiş və imzalanmış izahatın məzmunundan görünür ki, “mən cavabdeh10 XII-JQ №****** Əliabad kənd sakini, mən də ailə üzvləri kimi külli miqdarda borc ödəmək üçün mənə çatan 0,40 hektar İddiaçıh Nurməmməd oğluna daimi istifadəyə təhvil verdim. Zaqatala rayon * saylı notariat ofisində 2V-1271 nömrəsi ilə qeyd edilmiş, V-***/**** nömrəli vərəsəlik işi üzrə ##.##.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.2016-cı il tarixdə vəfat etmiş Kərimov Rizvan Murtuz oğlunun vərəsələri cavabdeh2, cavabdeh5, cavabdeh4, cavabdeh10, cavabdeh8, cavabdeh3dır və onların hər biri miras əmlakdan 1/6 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Zaqatala Ərazi Idarəsi tərəfindən ##.##.2020-ci il tarixdə Kərimov Rizvan Murtuz oğluna verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 2.20 ha olan torpaq sahəsinin 1/9 hissəsindən ibarətdir. Zaqatala rayon * saylı notariat ofisində 2V-1272 nömrəsi ilə qeyd edilmiş, V-***/**** nömrəli vərəsəlik işi üzrə ##.##.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.2023-cü il tarixdə vəfat etmiş X29 vərəsələri cavabdeh2, cavabdeh5, cavabdeh4, cavabdeh10, cavabdeh8, cavabdeh3dır və onların hər biri miras əmlakdan 1/6 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Zaqatala Ərazi Idarəsi tərəfindən ##.##.2020-ci il tarixdə Kərimov Rizvan Murtuz oğluna verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 2.20 ha olan torpaq sahəsinin 1/9 hissəsindən ibarətdir. Zaqatala rayon * saylı notariat ofisində 2V-505 nömrəsi ilə qeyd edilmiş, V-***/**** nömrəli vərəsəlik işi üzrə ##.##.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.2023-cü il tarixdə vəfat etmiş X29 vərəsələri cavabdeh2, cavabdeh5, cavabdeh4, cavabdeh10, cavabdeh8, cavabdeh3dır və onların hər biri miras əmlakdan 1/7 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Zaqatala Ərazi Idarəsi tərəfindən ##.##.2025-ci il tarixdə Kərimov Rizvan Murtuz oğluna verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.796 ha olan torpaq sahəsinin 1/9 hissəsindən ibarətdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi 3625006798, qeydiyyat tarixi ##.##.2025-ci il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 1/6 olmaqla cavabdeh2, payı 1/6 olmaqla cavabdeh3 qzının, payı 1/6 olmaqla cavabdeh8, payı 1/6 olmaqla cavabdeh5, payı 1/6 olmaqla cavabdeh4, payı 1/6 olmaqla cavabdeh10 adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Zaqatala Rayon * saylı notariat ofisində qeyd edilmiş, ## #### 2025-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqısı” müqaviləsindən görünür ki, cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8, cavabdeh5 Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 1.96 ha olan torpaq sahəsini alıcı cavabdeh1 13000 manat müqabilində satmışlar. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi 3625008677, qeydiyyat tarixi ##.##.2025-ci il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Zaqatala Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar cavabdeh2, cavabdeh3, X5, X11, cavabdeh5 və cavabdeh8 cavabdeh cavabdeh11 Rizvan oğluna qarşı məhkəməyə müraciət edərək DƏDR verilmiş qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi ************ saylı şıxarışdı qeyd edilmiş paylı mülkiyyətdə olan 2.20 ha torpaq sahəsinin onlara məxsus olan 3/27 hissəsindən naturada ayrılmasına dair iddia ərizəsi təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Zaqatala Ərazi Idarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, ## ###### 2023-cü il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 2,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar cavabdeh2, cavabdeh3, cavabdeh4, cavabdeh10, cavabdeh5 və cavabdeh8 hər birinin payına düşən 4/27 hissə, ümumi 24/27 hissə cavabdeh cavabdeh11 Rizvan oğlunun payına düşən 3/27 hissədən naturada ayrılması, iddiaçıların paylarının naturada ayrılması, ## ### 2024-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun aparılması qət edilmişdir. cavabdeh7 tərəfindən verilmiş **** saylı, ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsi üzrə vətəndaşlara məxsus torpaq sahələrinə dair ilkin qeydiyyatın aparılması üçün ** saylı Zaqatala Ərazi Idarəsinin xidməti istifadəsində olan elektron kadastr baza məlumatlarından, Zaqatala RIHB tərəfindən */*** saylı, ##.##.2018-ci il tarixli məktubu ilə təsdiq edilmiş siyahılardan və mövcud elektron xəritələrdən istifadə olunur. Həmin torpaq sahələrinə dair siyahıda (cədvəldə) “Qələbə" kolxozu üzrə 306 təsərrüfat nömrəsi ilə Kərimov Rizvan Murtuz oğlunun, X28, X4, cavabdeh11 Rizvan oğlunun, cavabdeh8, cavabdeh5, X12, X7 və X10 adları qeyd edilmişdir və adlarına 0,36 ha həyətyanı (qanuni 0,18 ha) olmaqla, cəmi mülkiyyətə verilən torpaq sahəsi 3,60 ha olması qeyd edilmişdir. Kərimov Rizvan Murtuz oğlunun, X28 və ailə üzvlərinin adlarına (subyekt sayı- 9 nəfər) ümumbirgə mülkiyyət üzrə qeydiyyata alınmış Əliabad qəsəbəsi ərazisində yerləşən 2.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zaqatala * saylı notariat ofisinin 16.11,2023cü il tarixli 2Vj1272 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” sənədinə əsasən paylı mülkiyyət üzrə X13 və ailə üzvlərinin adlarına (subyekt sayı-7 nəfər) ##.##.2023-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- *(***)-**/**** nömrəli qətnaməsinə əsasən həmin torpaq sahəsinin 1,96 ha hissəsi paylı mülkiyyət üzrə (1/6 hissə) cavabdeh2 və ailə üzvlərinin adlarına ##.##.2025-ci il tarixində 3625006748 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, 0,24 ha hissəsi isə cavabdeh11 Rizvan oğlunun mülkiyyətindədir. Yuxarıda qeyd olunan 2.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,96 ha hissəsi Zaqatala * saylı notariat ofisinin ##.##.2025-ci il tarixli, 4Ə- *** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmiş və ##.##.2025-ci il tarixində 3625008677 qeydiyyat nömrəsi ilə cavabdeh1 adına qeydiyyata alınaraq rəsmiləşdirilmişdir. Əliabad qəsəbəsi ərazisində yerləşən Kərimov Rizvan Murtuz oğlunun və ailə üzvlərinin mülkiyyətində olmuş 0,7960 ha (siyahıda 0,9113 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ##.##.2025-ci il tarixində paylı mülkiyyət üzrə Kərimov Rizvan Murtuz oğlunun, X28, cavabdeh11 Rizbulla oğlunun və cavabdeh6 adlarına ##.##.2025-ci il tarixində 3625007507 qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Zaqatala Ərazi Idarəsinin *-**-*-**/*-****/**** saylı, ## ##### 2026 -cı il tarixli məktubundan görünür ki, Əliabad qəsəbəsinin “Qələbə" kolxozu üzrə subyektlərin siyahısında *** nömrəli təsərrüfatda Kərimov Rizvan Murtuz oğlunun və ailə üzvlərinin adına 3,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir. Həmin torpaq sahəsinin 1,96 ha hissəsi özgəninkiləşdirilmiş və digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq rəsmiləşdirilmişdir. 0,7960 ha hissəsi isə ##.##.2025-ci il tarixində 3625007507 qeydiyyat nömrəsi ilə Kərimov Rizvan Murtuz oğlunun və ailə üzvlərinin adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən verilmiş FŞ***/**-** saylı, ##.##.2026- cı il tarixli qiymətləndirmə ilə bağlı rəydən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən, kənd təsərrüfatı təyinatlı ümumi sahəsi 1.96 ha olan torpaq sahəsinin 0.01 ha-nın bazar qiyməti 135 manat olmaqla, 1.96 ha torpaq sahəsinin bazar qiymətinin ümumi dəyəri 26460 manat təşkil edir.
50. Apellyasiya şikayətinin dəlilləri hazırki qətnamənin 36-cı bəndində sadalanmış hallardan ibarətdir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, apellyator mübahisəli torpaq sahəsinin mülkiyyətçilər tərəfindən ondan əvvəl kimlərəsə satılmasının ona məlum olmadığını, həmin torpaq sahəsini ##.##.2025-ci il tarixdə aldığını, torpaq sahəsinin DƏDRdə onun adına ##.##.2025-ci il tarixdə qeydiyyatının aparıldığını və çıxarış verildiyini bildirmişdir. Bundan bir neçə ay sonra iddiaçı məhkəməyə müraciət etdiyi zaman iddiaçının torpaq sahəsini əvvəlki mülkiyyətçilərdən tələb etməsinin ona məlum olduğunu qeyd etmişdir. Bununla da vicdanlı alıcı olduğunu vurğulayaraq hesab etmişdir ki, məhkəmə onun vicdanlı alıcı olmasına şübhə ilə yanaşaraq bununla bağlı mövqeyini mülahizələrlə əsaslandırmışdır.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Həmin Məcəllənin 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. ##.##.2005-ci il ***-IIQD saylı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllədən çıxarılanadək qüvvədə olmuş 335.2-ci maddəsinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş şəxsin tələbi ilə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “Hazırkı iş üzrə F.Nəcəfovanın əsaslandığı, ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə ##.##.2006-cı il tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir.” Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Bu baxımdan, alğı-satqı müqaviləsi əsasında Q.Nəcəfovun uzun müddət istifadəsində və sahibliyində olan mübahisəli torpaq sahəsi ilə bağlı müvafiq müqavilə bağlanan zaman qüvvədə olan Mülki Məcəllənin 355 və 567-ci maddələrinə əsaslanan subyektiv hüququ mahiyyəti etibarı ilə şəxsə bağlı bir hüquq olmadığından, əmlak xarakterli bu subyektiv hüquq onun ölümü ilə xitam olunmamış, Mülki Məcəllənin 1151-ci maddəsi üzrə Q.Nəcəfovun miras kütləsinə daxil olmaqla vərəsəlik qaydasında varisi F.Nəcəfovaya keçmişdir.” Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Məhkəmə qərarlarında göstərilmişdir ki, mübahisəli torpağın alğı-satqısı müqaviləsi üzrə satıcılardan K.Ağahüseynova və P.Ağahüseynov müqaviləni imzalamamışlar. Yəni ümumi mülkiyyətdə olan torpağın birgə mülkiyyətçilərinin razılığı (imzası) olmadan əmlaka sərəncam verilmişdir. Bu da mübahisəyə Mülki Məcəllənin müqavilənin bağlandığı vaxt qüvvədə olan 335-ci maddəsinin tətbiq olunmasını istisna edir. Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. Iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2- ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.”
52. Işin hallarından görünür ki, iddiaçı tələbini Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2 ha hissəsinin ## ###### 2003cü il tarixdə ona satılması ilə əsaslandırmışdır. Qeyd edilmiş hal şahid ifadələri və ## ###### 2003-cü il tarixli, hazırki qətnamənin 49-cu bəndində sadalanmış yazılı iltizamlarla təsdiq olunmuşdur.
53. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehlər mübahisəli torpaq sahəsini gələcəkdə geri götürəcəkləri şərti ilə mal əvəzi müvəqqəti istifadəyə verdikləri əsası ilə iddiaya etiraz etsələr də, iddiaya etirazlarının əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün sübut təqdim etməmişlər. Eyni zamanda, ümumi birgə mülkiyyətçilər olan cavabdehlər torpaq sahəsini hansı müddətə müvəqqəti istifadəyə verdiklərinə dair dəlillərini əsaslandıra, müvəqqəti istifadənin müddətini göstərə bilməmişlər.
54. Yanaşı yoxlanılmış yazılı iltizamlarla isə torpaq sahəsinin hər hansı qeyd şərt göstərilmədən iddiaçıya verildiyi təsdiq edilmişdir. Iddiaçının da uzun müddət ərzində torpaq sahəsindən öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə ümumi birgə mülkiyyətçilər tərəfindən etiraz edilməməsi, əqdin müvəqqəti istifadə barədə deyil, alğı-satqı barədə olduğunu və bütün ümumi birgə mülkiyyətçilər tərəfindən bəyənildiyini təsdiq edir. Hazırki qətnamənin 51-ci bəndində qeyd edilmiş qanunvericiliyin müddəalarını rəhbər tutaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yazılı iltizamlar şəklində tərtib olunmuş ## ###### 2003-cü il tarixli müqavilənin Zaqatala rayonu Əliabad kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2 ha hissəsinin ona satılmasına dair bağlandığına dair iddiaçının yanaşı yoxlanılmış sübutlarla tamamlanan dəlillərinin işin hallarına uyğun sayılması ilə bağlı mövqeyi ilə razılaşır.
55. Işin müəyyən edilmiş hallarından görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 2.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ##.##.2020-ci il tarixdə ümumi birgə mülkiyyət hüququ üzrə Kərimov Rizvan Murtuz oğlunun, X29, cavabdeh3, cavabdeh11 Rizvan oğlunun, cavabdeh8, cavabdeh5, cavabdeh4, cavabdeh10, cavabdeh2 adlarına, Kərimov Rizvan Murtuz oğlunun ##.##.2016-cı il tarixdə ölümündən sonra Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən 2.20 ha torpaq sahəinin 1/9 hissəsi ondan miras qalmış və onun cavabdeh2, cavabdeh5, cavabdeh4, cavabdeh10, cavabdeh8, cavabdeh3 ibarət vərəsələrinin hər birinə 2.20 ha olan torpaq sahəsinin 1/9 hissəsinin 1/6 hissəsinə vərəsəlik hüquqları tanınmışdır. X29 ##.##.2023-cü il tarixdə ölümündən sonra Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən 2.20 ha torpaq sahəinin 1/9 hissəsi ondan miras qalmış və onun cavabdeh2, cavabdeh5, cavabdeh4, cavabdeh10, cavabdeh8, cavabdeh3 ibarət vərəsələrinin hər birinə 2.20 ha olan torpaq sahəsinin 1/9 hissəsinin 1/6 hissəsinə vərəsəlik hüquqları tanınmışdır. Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ##.##.2025-ci il tarixdə hər birinin payı 1/6 olmaqla cavabdeh2, cavabdeh3 qzının, cavabdeh8, cavabdeh5, cavabdeh4 və cavabdeh10 adına paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, ## ###### 2003-cü il tarixli müqavilənin tərtib olunduğu zaman mülkiyyətçilərin ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsi üzərində sərəncam vermək, o cümlədən onun bir hissəsini iddiaçıya satmaq üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqları olmuş, müqavilə qanuna zidd olmamış, əqdin yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Iddiaçı əmlakın dəyərinin ödənilməsi üzrə öhdəliyini tamamilə icra etmişdir. Əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi cavabdehlərin və mərhum Kərimov Rizvan Murtuz oğlunun və X29 əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmada ifadə olunan təqsiri ucbatından baş vermişdir. Sonuncuların həmin müqavilə üzrə subyektiv vəzifələri mahiyyəti etibarı ilə şəxsə bağlı bir vəzifə olmadığından, əmlak xarakterli bu subyektiv vəzifə olaraq onların ölümü ilə xitam olunmamış, miras kütləsinə (miras passivi) daxil olmaqla vərəsəlik qaydasında vərəsələri olan cavabdehlərə keçmişdir. Cavabdehlər cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8 və cavabdeh5 Zaqatala Rayon * saylı notariat ofisində qeyd edilmiş ## #### 2025-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqısı” müqaviləsinə əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 1.96 ha olan torpaq sahəsini rəydə göstərilən dəyərindən iki dəfə az qiymətə 13000 manata cavabdeh cavabdeh1 satmışlar. Torpaq sahəsi tam mülkiyyət hüququ üzrə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi 3625008677, qeydiyyat tarixi ##.##.2025-ci il olan çıxarış verilmişdir. Nəticədə iddiaçının qanuna zidd olmayan, əqdin yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş və bağlanmış hesab edilməsini tələb etmək hüququ əmələ gəlmiş ## ###### 2003-cü il tarixli müqaviləyə əsasən satın aldığı torpaq sahəsinə dair hüquqları pozulmuşdur.
56. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflərin həmkəndli olmaları işin mübahisəsiz halıdır və həmin kənd ərazisində çoxlu sayda torpaqların oxşar qaydada satılması halları mövcuddur. Belə olan halda iş üzrə şahidə torpaq sahəsi satılmasında yardım etmiş, torpaq alğı-satqısında təcrübəsi olan cavabdeh1, iddiaçının ümumi birgə mülkiyyətlərin mülkiyyətçilərinin özlərininki saydığı 2.20 ha torpaq sahəsinin 2 ha hissəsinə 2003-cü ildən faktiki sahiblik etməsinə və bu müddət ərzində iddiaçının sahibliyinə, istifadəsinə, əkilib-becərilməsinə, faydalanmasına qarşı ümumi birgə mülkiyyətlərin mülkiyyətçilərin hər hansı tələb və ya etiraz etməmələrindən, yəni torpaq sahəsinin sonuncular tərəfindən oxşar qaydada iddiaçıya satılmasından xəbərsiz olması ağlabatan deyil. Qeyd edilənlərin mövcudluğu isə cavabdeh1 mübahisəli əqd üzrə vicdanlı alıcı olmasını istisna edən hallardır. cavabdeh1 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Ali Məhkəmənin Mülki kollegiyasının məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ####### 2004-cü il tarixli Qərarı baxımından da vicdanlı alıcı hesab oluna bilməz. Belə ki, sözügedən Qərarda Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən istənilən şəxs vicdanlı alıcı kimi tanına bilməz, şəxsin vicdanlı alıcı qismində qəbul edilməsi üçün onda əqdin legitimsizliyi barədə şübhə yaranmaması və üçüncü şəxslərin mümkün iddialarından xəbərinin olmaması şərtdir. Göründüyü kimi, nəinki əmlakı əldə edən şəxsin əqdin legitimsizliyini bilməsi halı, hətta bu barədə şübhənin olması belə, vicdanlılığın istisna edilməsi üçün kifayətdir. Nəzərə alınmalıdır ki, burada “legitimsizlik barədə şübhə” ifadəsinə şəxsin əqdin legitimsizliyini “bilməli idi” və ya “bilə bilirdi” kimi yanaşılmalıdır və bu hal müqavilə bağlananadək mövcud olmuş olmalıdır. Başqa sözlə, şəxsin vicdanlılığı bir neçə halda istisna oluna bilər: üçüncü şəxslərin mümkün iddialarından xəbəri olduqda; əqdin legitimsizliyini bildikdə, bilməli olduqda və ya bilməsi mümkün olduqda.
57. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hissə ilə bağlı gəldiyi nəticə ilə də razılaşır və işin hallarını nəzərdən keçirərək hesab etmişdir ki, iddiaçı haqlı olaraq torpaq sahəsinin alğı-satqısı barədə əqdin etibarlı sayılmasını tələb etmişdir. Əqdin etibarlı sayılmasından imtina edilməsinə dair heç bir əsas mövcud deyildir.
58. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, ümumi birgə mülkiyyətin mülkiyyətçilərinin torpağın özlərinə aid olmayan, cavabdeh11 Rizvan oğlunun ayrıca mülkiyyətində olan 0,24 ha hissəsini də iddiaçının faktiki sahibliyinə vermələri 2.20 ha torpaq sahəsinin 2 ha hissəsinə dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia tələbinin bütövlükdə təmin edilməsinə əsas ola bilməməsinə görə iddianın təmin edilməmiş həmin hissəsi mübahisələndirilmədiyindən məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmamışdır.
59. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdehlər cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8, cavabdeh5 ilə cavabdeh cavabdeh1 arasında bağlanmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alğı-satqısına dair ## #### 2025-ci il tarixli, 4Ə-*** reyestr nömrəli "Daşınmaz əmlakın alğı-satqı müqaviləsi"nin etibarsız hesab edilməsi qət edilmişdir. Etibarsız əqd qanunazidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8, cavabdeh5 ilə cavabdeh cavabdeh1 arasında bağlanmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alğı-satqısına dair ## #### 2025-ci il tarixli, 4Ə-*** reyestr nömrəli "Daşınmaz əmlakın alğı-satqı müqaviləsi" etibarsız hesab edildiyindən həmin müqavilə üzrə ödənilmiş 13000 manat cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8 və cavabdeh5 tutularaq cavabdeh1 qaytarılmalıdır.
60. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə iddianın təmin edilmiş həmin hissəsində fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməli, iddiaçı İddiaçı cavabdehlər Zaqatala Rayon * saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ ** saylı Zaqatala Ərazi Idarəsinə, cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8, cavabdeh5, cavabdeh11 Rizvan oğluna, cavabdeh1 və cavabdeh6 qarşı “alğı-satqı müqaviləsinin etibarlı sayılması (bağlanmış hesab edilməsi) və s.” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsi ilə etibarsız hesab edilmiş cavabdehlər cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8, cavabdeh5 ilə cavabdeh cavabdeh1 arasında bağlanmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alğı-satqısına dair ## #### 2025-ci il tarixli, 4Ə-*** reyestr nömrəli "Daşınmaz əmlakın alğı-satqı müqaviləsi" üzrə cavabdeh1 tərəfindən cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8 və cavabdeh5 ödənilmiş 13000 manat pul cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8 və cavabdeh5 tutulub cavabdeh1 qaytarılmalıdır.
61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iddiaçı İddiaçı cavabdehlər Zaqatala Rayon * saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ ** saylı Zaqatala Ərazi Idarəsinə, cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8, cavabdeh5, cavabdeh11 Rizvan oğluna, cavabdeh1 və cavabdeh6 qarşı “alğı-satqı müqaviləsinin etibarlı sayılması (bağlanmış hesab edilməsi) və s.” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə etibarsız hesab edilmiş cavabdehlər cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8, cavabdeh5 ilə cavabdeh cavabdeh1 arasında bağlanmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alğısatqısına dair ## #### 2025-ci il tarixli, 4Ə-*** reyestr nömrəli "Daşınmaz əmlakın alğı-satqı müqaviləsi" üzrə cavabdeh1 tərəfindən cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8 və cavabdeh5 ödənilmiş 13000 manat pul cavabdeh2, cavabdeh10, cavabdeh3, cavabdeh4, cavabdeh8 və cavabdeh5 tutulub cavabdeh1 qaytarılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.