Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-769/2026 03.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X18 qızının katibliyi, apellyasiya şikayəti vermiş iddiaçı İddiaçı və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil2 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh “xxxx” X2rşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tаrixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən iş üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:
1. Işin halları
Iddiaçı İddiaçı ## #### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh “xxxx” X2rşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” X2 ## ###### 2026 tarixli, **-*-**/*-*-***/**** nömrəli əmrinin ləğv edilməsi və iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdən məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə, cavabdeh “xxxx” X2 Səhiyyə Xidmətlərinin Təşkili X44 həkim-stomatoloqu vəzifəsinə (işinə) bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Zaqatala rayonunun Qəbizdərə kəndində yaşayır. O, ##.##.2009-cu il tarixdə xxxxnın Diş Poliklinikasında həkim-stomatoloq interna olaraq işə başlamış və ##.##.2011-ci il tarixdə X42 həkim-stomatoloq vəzifəsinə təyin edilmişdir. ##.##.2015-ci il tarixdə xxxxnın Diş Poliklinikasında həkim-stomatoloq vəzifəsinə keçirilmişdir. ##.##.2020-ci il tarixdə “xxxx” X2 Səhiyyə Xidmətlərinin Təşkili X45 həkim-stomatoloq vəzifəsində saxlanılaraq, işini davam etdirmişdir. Ancaq, “xxxx” X2 ##.##.2026-cı il tarixli, **-*-**/*-*-***/**** nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən ##.##.2026-cı il tarixdən “xxxx” X2 Səhiyyə Xidmətlərinin Təşkili X44 həkim-stomatoloqu vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin Əmrdə əsas kimi TƏBIB-in Icraçı direktorunun müvafiq əmri ilə təsdiq edilmiş “ştat cədvəli və ştatların ixtisar edilməsi” barədə xəbərdarlıq göstərilmişdir. Hazırki mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək üçün ilkin mediasiya sessiyasına dair ##.##.2026-cı il tarixli ərizə ilə mediasiya təşkilatına müraciət olunmuş və ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə ##.##.2026-cı il tarixli Arayış alınmışdır. Hesab edir ki, Işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsassız olmuş və onun əmək hüquqları pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin maddənin tələbindən də göründüyü kimi, işəgötürən, işçilərin sayının və ya ştatların ixtisarı əsası ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalı olduğu halda, belə bir əsaslandırma etmədən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bundan başqa, həmin Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Bu maddənin də tələbindən göründüyü kimi, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılmalı olduğu halda, Işəgötürən qanunun bu tələbinə də riayət etməmişdir. Əgər riayət etmişdirsə belə, bunu yazılı şəkildə ifadə etməmiş və ya bunu təsdiq edən hər hansı bir sənəd yoxdur. Həmçinin, həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsi ilə müəyyən edilmiş qaydanın tələblərinə əməl etmədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Beləliklə, hesab edir ki, cavabdeh “xxxx” X2 ##.##.2026-cı il tarixli, **-*-**/*-*-***/**** nömrəli əmrinin ləğv edilməsi və onun ##.##.2026-cı il tarixdən məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə “xxxx” X2 Səhiyyə Xidmətlərinin Təşkili X44 həkim-stomatoloqu vəzifəsinə bərpa edilməsi haqqında Qətnamə çıxarılmalıdır.
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tаrixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh “xxxx” X2rşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə iddia tələbi rədd edilmişdir (hakim Zərifə Məmmədova). Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tаrixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı İddiaçı Əmək Kitabçasından görünür ki, İddiaçı ##.##.2009-cu ildə xxxxnın Diş Poliklinikasında həkim-stomatoloq interna vəzifəsinə təyin olunmuşdur. ##.##.2010-cu ildə internatura müddəti bitdiyindən tutduğu vəzifədən azad edilmişdir. ##.##.2011-ci il tarixində Vərəm xəstəlikləri xəstəxanasında həkim-stomatoloq vəzifəsinə təyin olunmuşdur. ##.##.2015-ci ildə tutduğu vəzifədən azad edilərək, Rayon Mərkəzi Xəstəxanasının stomatoloji kabinetində həkim-stomatoloq vəzifəsinə təyin olunmuşdur. ##.##.2019-cu il tarixdə Səhiyyə Nazirliyinin Kollegiyasının ##.##.2019-cu il tarixli, *** nömrəli qərarı ilə xxxx əsasında “xxxx” X2 yaradılmışdır. ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin ##.##.2018-ci il tarixli, *** nömrəli fərmanının 2-ci hissəsinə uyğun olaraq “xxxx” X2 “xxxx” X2 tabeliyinə verilmişdir. İddiaçı ##.##.2020-ci il tarixdə “xxxx” X2 Səhiyyə xidmətlərinin təşkili şöbəsində stomatologiya bölməsində həkim-stomatoloq vəzifəsinə saxlanılmışdır. İddiaçı ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən tutduğu vəzifədən azad edimişdir və Əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası “xxxx” X2 ## ###### 2025-ci il tarixli, **-*/*-*-****/**** nömrəli “ “xxxx” X2 struktur və ştat cədvəlinin təsdiq edilməsi haqqında”” əmrindən görünür ki, “xxxx” X2 strukturunun təsdiq edilməsi, “xxxx” X2 ştat cədvəlinin təsdiq edilməsi, “xxxx” X2 rəhbərinə struktur və ştat cədvəlinə uyğun olaraq 2 ay müddətində Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən işçilərlə əmək münasibətlərinin tənzimlənməsini həll edib, qanunvericilikdə müəyyən edilmiş digər zəruri tədbirlərin icrasını təmin etməsi, “xxxx” X2 ## ### 2025-ci il tarixli, **-*/**-***/**** saylı əmri ilə təsdiqlənmiş struktur və ştat cədvəlinin təsdiq edilməsi haqqında əmrin ləğv edilməsi əmr edilmişdir. “xxxx” X2 direktoru Əfsələddin Buğayev tərəfindən X27 Ittifaqı Zaqatala Rayon Şurasına ünvanlanmış ## ###### 2025-ci il tarixli, **-*-**/*-****/**** saylı “Ixtisarla bağlı məlumatın verilməsi haqqında” məktubdan görünür ki, “xxxx” X2 ## ###### 2025-ci il tarixli, **-*/*-*-****/**** nömrəli əmri ilə təsdiq edilmiş “xxxx” X2 struktur və ştat cədvəlinə əsasən Müəssisənin Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində 2.0 ştat vahid sürücü, Səhiyyə xidmətlərinin təşkili X45 21.0 ştat vahidi həkim-stomatoloq və 1.0 ştat vahidi sanitar qadın (sanitar) vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinə əsaslanaraq ixtisar ediləcək işçilər barədə münasibət bildirilməsi xahiş olunmuşdur. “xxxx” X2 ## ###### 2025-ci il tarixli, **-*-**/*-*-****/**** saylı Ixtisar Komissiyasının yaradılması haqqında əmrindən görünür ki, tərkibdə direktor X21, direktorun inzibati məsələlər üzrə müavini X8, hüquqşünas X9, maliyyə şöbəsinin müdiri X19, X27 Ittifaqı Zaqatala Rayon Şurasının sədri X22 və Kadrlar üzrə mütəxəssis X12 olmaqla Ixtisar Komissiyasının yaradılması, ixtisar ediləcək işçilərin siyahısının əsaslandırılaraq hazırlanmasının təmin edilməsi, üstünlük hüququ veriləcək işçilərin siyahısının Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən aparılması, ixtisar zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin nəzərə alınması, işçilərə qanunvericiliyə uyğun olaraq ən azı 2 (iki) həftə əvvəl yazılı bildirişlərin verilməsinin təmin edilməsi, ixtisar ediləcək işçilərin siyahısının rəhbərliyə təqdim edilməsi və bütün sənədləşmə işinin qanunvericiliyə tam uyğun şəkildə aparılmasının təmin edilməsinin Komissiyaya tapşırılması əmr edilmişdir. “xxxx” X2 ## ###### 2025-ci il tarixli, **-*-**/*-*-**/**** saylı protokolundan görünür ki, ##.##.2025-ci il tarixdə “xxxx” X2 direktoru Əfsələddin Buğayev və Ixtisar Komissiyasının üzvləri tərəfindən iclas keçirildi - Iclasın gündəliyi: TƏBIB-in ## ###### 2025-ci il tarixli ştat cədvəlinə uyğun olaraq həkim-stomatoloq, sanitar qadın (sanitar) və sürücü ştatlarının azaldılması, ixtisara düşən əməkdaşlara digər uyğun işlərinin təklif olunması məsələsinin müzakirəsi. Iclasda müzakirə olunan məsələlər: TƏBIB-in ## ###### 2025-ci il tarixili yeni ştat cədvəlinə əsasən müəssisədə mövcud olan bəzi ştat vahidlərinin sayı azaldılmışdır. Köhnə ştat cədvəli ilə yeni ştat cədvəlinin müqayisəsi aparılaraq aşağıdakı dəyişikliklər müəyyən edilmişdir. Həkim-stomatoloq ştatı üzrə: Yeni təsdiq olunmuş ştat cədvəlinə əsasən Səhiyyə xidmətlərinin təşkili şöbəsinin Stomatologiya bölməsi üzrə 3 ştat həkim-stomatoloq və 1 bölmə müdiri ştatı saxlanılır. Bu Komissiya əməkdaşların peşəkarlıq, iş stajı, iş nizamı və üstünlüyünü və hüquqi meyarlarını nəzərə alaraq, 3 həkim-stomatoloq və 1 bölmə müdiri ştatının işdə saxlanılmasını məqsədə uyğun hesab etmişdir. Sanitar qadın(sanitar) ştatı üzrə: Səhiyyə xidmətlərinin təşkili şöbəsinin Stomatologiya bölməsi üzrə 2 ştat sanitar qadın (sanitar) ştatı olmuşdur. Yeni ştat cədvəlinə əsasən yalnız 1 ştat saxlanılır. Buna görə də, 1 ştat vahid ixtisar üçün nəzərdə tutulmuşdur. Komissiyada qeyd edilir ki, ixtisara düşən sanitar qadına (sanitar) müəssisədə mövcud olan digər uyğun vəzifə təklif edilmiş və işçinin həmin təkliflə bağlı qərarını bildirməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada şərait yaradılmışdır. Sürücülük ştatı üzrə: Yeni ştat cədvəlinə əsasən, Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsi üzrə 4 ştat saxlanılır. Bu səbəbdən 2 ştat vahidi ixtisara düşür. Komisssiyada qeyd olunur ki, ixtisara düşən sürücülərə müəssisənin digər struktur bölmələrində mövcud boş və yaxud uyğun vəzifələr təklif edilmişdir. Işçilərə təklif aktı təqdim olunmuş, qərar vermələri üçün mövcud hüquqları izah edilmişdir. TƏBIB-in təsdiq etdiyi ## ###### 2025-ci il tarixli ştat cədvəlinə uyğun olaraq həkim-stomatoloq, sanitar qadın(sanitar) və sürücü ştat vahidlərinin azaldılması məqsədəuyğun hesab edilmişdir. Bu çərçivədə: Həkim-stomatoloq ştat vahidlərinin sayı 19 ştat vahidindən 3 ştat vahidinə endirilir (3 həkim-stomatoloq, 1 bölmə müdiri). Sanitar qadın (sanitar) ştat vahidlərinin sayı 2 ştat vahidindən 1 ştat vahidinə endirilir. Sürücü ştat vahidlərinin sayı 6 ştat vahidindən 4 ştat vahidinə endirilir. Komissiya ixtisara düşən əməkdaşlara qanunvericiliyə uyğun şəkildə digər boş vəzifələrin təklif olunmasını təsdiqləyir və bu prosesin aktlaşdırılmasını tapşırır. Ixtisar prosesinin şəffaf və Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə davam etdirilməsi üçün ayrıca əsaslandırma aktının hazırlanması qərara alınır. “xxxx” X2 ## ### 2025-ci il tarixinə ştat cədvəli üzrə 26 ştat vahidi həkim-stomatoloq, əməyin ödəniş dərəcəsi 9-13, ştat cədvəlinə uyğun olaraq aylıq tarif maaşı 550-650 manat təsdiq edilmişdir. “xxxx” X2 ## ###### 2025-ci il tarixinə ştat cədvəli üzrə 3 ştat vahidi həkimstomatoloq, əməyin ödəniş dərəcəsi 9-13, ştat cədvəlinə uyğun olaraq aylıq tarif maaşı 550-650 manat təsdiq edilmişdir. Ixtisar Komissiyasının protokolu haqqında “xxxx” X2 direktoru Əfsələddin Buğayev, Zaqatala rayon X27 Ittifaqının sədri Ülkər Qaziyeva və X33 tərtib etdiyi Aktdan görünür ki, aparılmış qiymətləndirmə nəticəsində yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən “xxxx” X2 3 ştat vahidi həkim-stomatoloq və 1 bölmə müdiri ştatı saxlanılmışdır. Işçilər arasında seçim aparılarkən ixtisas səviyyəsi, əmək məhsuldarlığı, iş nizamı üstünlüyü və müəssisə üçün zəruri funksiyaları yerinə yetirmə qabiliyyəti nəzərə alınmışdır. Nəticə etibarı ilə 3 həkim-stomatoloq - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ixtisas səviyyəsi və əmək məhsuldarlığı ilə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə əsasən “müharibə iştirakçısı” kateqoriyasına aid edilməsi nəzərə alınaraq saxlanılmış, 1 bölmə müdiri X11 əmək münasibətlərinin davam etdirilməsi uyğun hesab edilmişdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yerdə qalan işçilərin Bagiyeva Zümrüd, Bələmədov Rüstəm, Əfəndiyev Hikmət, Seyidhəsənov Elman, Ismayılova Sevda, İddiaçı, Muradova Səmayə, Qazıyev Hasil, Qazıyeva Ülkər, Qubanov Anar və Şıxlinskaya Günelin əmək münasibətlərinə xitam verilməsi məqsədə uyğun hesab edilmişdir. ”xxxx” X2 ##.##.2026-cı il tarixli, *-**-**/*-**/**** nömrəli məktubundan görünür ki, X15 test balı 57, klinik məsələlər üzrə balı 22 bal, X23 test balı 59, klinik məsələlər üzrə balı 25 bal, X13 test balı 58, klinik məsələlər üzrə balı 23 bal, İddiaçı test balı 54, klinik məsələlər üzrə balı 23 bal, Seyidhəsənov Elman Musayeviçin test balı 53, klinik məsələlər üzrə balı 22 bal, X30 test balı 53, klinik məsələlər üzrə balı 22 bal, X31 test balı 57, klinik məsələlər üzrə balı 20 bal, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 test balı 56, klinik məsələlər üzrə balı 24 bal, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 test balı 54, klinik məsələlər üzrə balı 22 bal, X11 test balı 47, klinik məsələlər üzrə balı 17 bal, X1 test balı 40, klinik məsələlər üzrə balı 20 baldır. ”Tibb Müəssisələrinin Akreditasiyasısı və Keyfiyyətə Nəzarət Mərkəzi”nin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 test balı 47, klinik məsələlər üzrə balı 24 baldır. Zaqatala rayon X27 Ittifaqı Şurasının ##.##.2025-ci il tarixli, *** nömrəli protokolun surətindən görünür ki, xxxxnda ##.##.2025-ci il tarixdə Şura üzvlərinin, həkimstomatoloqların (3 nəfər stomatoloq istisna olmaqla) və sürücülərin iştirakı ilə iclas keçirilmişdir. “xxxx” X2 ##.##.2025-ci il tarixli, **-*-**/*-****/****-ci saylı “Ixtisarla bağlı məlumatın verilməsi haqqında” məktubunun müzakirəsi edilmişdir. TƏBIB-in ## ###### 2025-ci il tarixli ştat cədvəlinə əsasən müəssisədə mövcud olan bəzi ştat vahidlərinin sayı azaldılmışdır. Odur ki, Stomatologiya bölməsi üzrə 3 ştat həkim stomatoloq, 1 bölmə müdiri ştatı saxlanılması nəzərdə tutulmuşdur. “xxxx” X2 ##.##.2025-ci il tarixdə yaradılmış Komissiya üzvlərinin apardığı araşdırmalara əsasən əməkdaşların peşəkarlıq səviyyəsi, işə davamiyyəti, əmək intizamı, üstünlük hüququ və Əmək məcəlləsinin 79-cu maddəsi üzrə işdən çıxarılması qadağan olunan hallar yoxlanılmışdır. Ixtisara düşən vəzifələr təklif edilmişdir. Iclasda qəbul edilmiş qərarlar “Ixtisar komissiyasının protokolu”nda öz əksini tapmışdır. TƏBIB-in tabeliyindəki tibb müəssisələrinin fəaliyyətinin təmin edilməsi məqsədi ilə “X2 haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.4-cü maddəsi və Azərbaycan Respublikası Prezidentinin ## ### 2023cü tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş TƏBIB-in Nizamnaməsinin 2.1.1, 3.1.19, 4.22.10 və 4.22.22-ci yarımbəndlərini rəhbər tutaraq, TƏBIB-in ##.##.2025-ci il tarixli təsdiq olunmuş yeni ştat cədvəlinə uyğun olaraq, “xxxx” X2 ##.##.2025-ci il tarixdə Rayon Mərkəzi Xəstəxanasının direktoru və Ixtisar Komissiyası üzvləri tərəfindən keçirilmiş iclasın qərarına əsasən mövcud 26 stomatoloq ştat vahidlərinin 3 ştat vahidinə, 2 sanitar qadın (sanitar) ştat vahidinin 1 ştat vahidinə, 6 sürücü ştat vahidinin isə 4 ştat vahidinə endirilməsinə, ixtisara düşən əməkdaşlara qanunvericiliyə uyğun şəkildə boş vəzifələrin təklif olunmasına Rayon Mərkəzi Xəstəxanasının Həmkarlar Şurası etiraz etməmişdir. “xxxx” X2 direktoru Əfsələddin Buğayev tərəfindən verilmiş “əmək müqaviləsinə xitam verilməsi haqqında” ##.##.2026-cı il tarixli, ***-**/*-*-***/**** saylı əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci, 3-cü, 4cü hissəsini, 83, 84-cü maddələrini, 144-cü maddəsinin 2-ci hissəsini və “xxxx” X2 (TƏBIB) tərəfindən ## ###### 2022-ci il tarixli, “09-Q” nömrəli təsdiq edilmiş “xxxx” X2 Nizamnaməsinin 5.5.7-ci və 5.5.16-cı yarımbəndlərini rəhbər tutaraq, “xxxx” X2 Səhiyyə xidmətlərinin təşkili X44 həkim-stomatoloqu İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən ## ###### 2026-cı il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verməklə işdən azad edilmişdir. ##.##.2026-cı il tarixli ilkin mediasiya sessiyasından sonra mediasiya prosesinin davam etdirilməsi barədə arayışdan görünür ki, İddiaçı 60 manat mediasiya xərcini birtərəfli qaydada ödəmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər arasında əmək münasibətləri ##.##.2009-cu il tarixindən yaranmışdır. ##.##.2010-cu ildə internatura müddəti bitdiyindən tutduğu vəzifədən azad edilmişdir. ##.##.2011-ci il tarixində Vərəm xəstəlikləri xəstəxanasında həkim-stomatoloq vəzifəsinə təyin olunmuşdur. ##.##.2015-ci ildə tutduğu vəzifədən azad edilərək, Rayon Mərkəzi Xəstəxanasının stomatoloji kabinetində həkim-stomatoloq vəzifəsinə təyin olunmuşdur. ##.##.2019-cu il tarixdə Səhiyyə Nazirliyinin Kollegiyasının ##.##.2019-cu il tarixli, *** nömrəli qərarı ilə xxxx əsasında “xxxx” X2 yaradılmışdır. ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin ##.##.2018-ci il tarixli, *** nömrəli Fərmanının 2ci hissəsinə uyğun olaraq “xxxx” X2 “xxxx” X2 tabeliyinə verilmişdir. Iddiaçı İddiaçı ##.##.2020-ci il tarixdə “xxxx” X2 Səhiyyə xidmətlərinin təşkili şöbəsində Stomatologiya bölməsində həkim-stomatoloq vəzifəsində saxlanılmışdır. Iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən tutduğu vəzifədən azad edimişdir və onun əmək müqaviləsinə xitam verilmişdir. Iddiaçı İddiaçı iddia tələbini Işəgötürən tərəfindən işçilərin sayının və ya ştatların ixtisarı əsası ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalı olduğu halda, belə bir əsaslandırma etmədən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əsaslandırmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “xxxx” X2 iddiaçı İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında ##.##.2026-cı il tarixli, **-*-**/*-*-***/**** saylı əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun tərtib edilmişdir və iddiaçı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası ilə xitam verilərkən işdə saxlanmasına üstünlük verən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulan hallar yoxdur. Iddiaçının ixtisasının (peşəsinin) və peşəkarlıq səviyyəsinin işdə saxlanılan işçilərdən daha yüksək olduğu sübut edilməmişdir, eyni zamanda o, ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda işdə saxlanmasına üstünlük verilən şəxslərdən deyil. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ştatların ixtisar edilməsi əsasına görə iddiaçı ilə bağlanmış əmək müqaviləsi cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə uyğun ləğv edildiyindən iddia tələbi rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiyaya dair xərc və vəkilə ödənilmiş xidmət haqqı iddiaçının özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi həmin qətnamədə gəldiyi nəticənin əsaslandırılması üçün məhkəmə iclaslarında iştirak etmiş tərəflərin izahatlarına, proses iştirakçıları tərəfindən məhkəməyə təqdim olunmuş və mübahisə üzrə məhkəmə araşdırmasının predmeti olan sənədlərə, o cümlədən də hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 67-1, 68, 70, 71, 78, 80, 83, 84 və 300-cü maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
– 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Iddiaçı İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tаrixli, e-*(*-***)- ***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Zaqatala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli Qətnaməsinin tam ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ##.##.2009-cu il tarixindən etibarən cavabdeh Müəssisədə əmək fəaliyyətinə başlamış, uzun illər həkim-stomatoloq vəzifəsində fasiləsiz çalışmışdır. ##.##.2020-ci il tarixindən “xxxx” X2 Səhiyyə xidmətlərinin təşkili X45 həkim-stomatoloq vəzifəsində işləməyə davam etmişdir. Cavabdehin ##.##.2026-cı il tarixli əmri ilə onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə, yəni “işçilərin sayı və ya ştatların ixtisarı” əsasına görə xitam verilmişdir. Həmin əmrin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə (işə) bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin, Zaqatala Rayon Məhkəməsi e- *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli Qətnaməsi ilə iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsi əmək müqaviləsinə xitamın qanunvericiliyin tələblərinə uyğun həyata keçirildiyini, onun işdə saxlanmaq üçün üstünlük hüququnun olmadığını və ixtisasının digər işçilərdən üstün olmasının sübut edilmədiyini göstərmişdir. Lakin, o, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəni qəbul etmir və hesab edir ki, cavabdeh işəgötürən ştat ixtisarının (əmək müqaviləsinə xitamın) zəruriliyini və reallığını sübut etməmiş, Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə əməl olunmamış, Əmək Məcəlləsinin 80-ci maddəsində nəzərdə tutulmuş Həmkarlar Ittifaqının qabaqcadan razılığının alınmasının prosedur qaydalarına riayət etməmişdir. Həmçinin hesab edir ki, mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bir sıra faktiki hallar ümumiyyətlə araşdırılmamış, işəgötürənin təqdim etməli olduğu sübutlar tələb edilməmiş, nəticədə məhkəmə natamam araşdırılmış iş materialları əsasında hüquqi nəticəyə gəlmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsi: Bu norma işəgötürənin ştat ixtisarı zamanı qanunla nəzərdə tutulmuş bütün tədbirləri görməsini tələb edir. Məhkəmə həmin tədbirlərin konkret olaraq hansılarının həyata keçirildiyini müəyyən etməmiş, işəgötürənin qanunda nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirib-yetirmədiyini araşdırmamışdır. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsi: Əgər əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 71-ci və ya digər maddələrinin tələblərinə əməl edilməmişdirsə, məhkəmə işçinin əvvəlki vəzifəsinə bərpa olunması barədə qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsi həmin normanın tətbiqi üçün zəruri olan halları araşdırmadan iddianı rədd etmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsi: Bu norma işəgötürənin əmək müqaviləsinə xitamın zəruriliyini əsaslandırmasını imperativ qaydada tələb edir. Iş materiallarında ştat ixtisarının iqtisadi, təşkilati və ya struktur səbəblərini təsdiq edən hər hansı əsaslandırılmış sənəd mövcud olmadığı halda, məhkəmə bu tələbin yerinə yetirildiyi qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə sübut edilməmiş halları əsas götürərək maddənin düzgün tətbiqini təmin etməmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1 və 2-ci hissələri: Əgər iddiaçı Həmkarlar Ittifaqının üzvü olmuşdursa, əmək müqaviləsinə xitam yalnız Həmkarlar Ittifaqının qabaqcadan yazılı razılığı alındıqdan sonra verilə bilər. Birinci instansiya məhkəməsi iddiaçının Həmkarlar Ittifaqının üzvü olub-olmamasını, işəgötürənin Həmkarlar Ittifaqına əsaslandırılmış təqdimat göndərib-göndərmədiyini və müvafiq razılığın alınıb-alınmadığını ümumiyyətlə araşdırmamışdır. Beləliklə, həmin maddənin tətbiqi üçün mühüm əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi: Məhkəmə yalnız işəgötürənin əmrinə istinad etməklə ştat ixtisarının mövcud olduğunu qəbul etmişdir. Halbuki, həmin norma yalnız real və əsaslandırılmış ştat ixtisarı mövcud olduqda tətbiq edilə bilər. Iş üzrə ştat cədvəllərinin müqayisəsi, struktur dəyişikliyi, ixtisar edilən və saxlanılan vəzifələr barədə sübutlar araşdırılmadan bu maddənin tətbiqi qanuni hesab edilə bilməz. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Ancaq, qeyd olunan bütün hallardan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş (çıxarılmış) qətnamə qanuni və əsaslı (düzgün) olmamışdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Ancaq, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş (çıxarılmış) qətnamə işin hallarına uyğun əsaslandırılmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ancaq, cavabdeh tərəfindən əmək müqaviləsinə xitamın zəruriliyini göstərən hallar heç bir sübutla təsdiq edilməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin halları sübuta yetirilmiş kimi qəbul etmiş və qərarını bu əsaslarla vermişdir ki, bu da sübutetmə yükünün düzgün tətbiq edilməməsi deməkdir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ancaq, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə sübutların tam, hərtərəfli və obyektiv araşdırılması prinsipinə əməl etməmişdir. Məhkəmə ştat ixtisarının reallığını təsdiq edən sənədləri araşdırmamış, əvvəlki və yeni ştat cədvəllərini müqayisə etməmiş, iddiaçının uzunmüddətli əmək stajının hüquqi əhəmiyyətini qiymətləndirməmiş, Həmkarlar Ittifaqının razılığına dair sübutları tələb etməmişdir. Nəticədə məhkəmə işin bütün hallarını tam araşdırmadan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi ştat ixtisarının (əmək müqaviləsinə xitamın) zəruriliyinin səbəblərini araşdırmamışdır. Halbuki Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən işəgötürən həmin zəruriliyi əsaslandırmalıdır. Həmçinin, cavabdehin Əmək Məcəlləsinin 80-ci maddəsində nəzərdə tutulmuş Həmkarlar Ittifaqının qabaqcadan razılığının alınmasının prosedur qaydalarına riayət edib-etməməsi məsələsi ümumiyyətlə araşdırılmamışdır. Halbuki qanun həmin razılığı və prosedur qaydasına riayət etməyi əmək müqaviləsinə xitamın zəruri şərti kimi müəyyən etmişdir. Iş materiallarında Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə əməl edilməsini təsdiq edən sübut yoxdur. Məhkəmə ştat ixtisarının qanuniliyini yalnız işəgötürənin əmri ilə təsdiq edilmiş hesab etmişdir. Halbuki iş materiallarında həmin nəticəni təsdiq edən heç bir sübut mövcud deyildir. Məhkəmə əmək müqaviləsinə xitamın zəruriliyinin əsaslandırıldığına dair heç bir halı öz mövqeyində göstərməmiş, bu barədə hər hansı iqtisadi, təşkilati və ya struktur əsaslandırmanı araşdırmamışdır. Məhkəmə, Əmək Məcəlləsinin 80-ci maddəsinin tətbiqi üçün mühüm əhəmiyyət kəsb edən halları ümumiyyətlə araşdırmadan əmək müqaviləsinə xitamın qanuni olduğu qənaətinə gəlmişdir. Beləliklə, qətnamədə göstərilən hüquqi nəticələr iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun gəlmir və natamam araşdırılmış sübutlara əsaslanır.
- 3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.
4. Iş üzrə apellyasiya icraatı:
- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə ## ######## 2026-cı il tarixinə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş iddiaçı İddiaçı və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil2 gəlmiş olsa da, həmin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh “xxxx” X2 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdeh “xxxx” X2 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş iddiaçı İddiaçı və onun nümayəndəsi vəkil2 Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tаrixli, e-*(*-***)- ***/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahatlar verərək, Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tаrixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsi və iddiaçının iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdilər.
- 4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - iddiaçı İddiaçı tərəfindən hazırkı apellyasiya şikayətində “Zaqatala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli Qətnaməsinin tam ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
- 4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsinin normaları (maddələri)- 2-ci maddənin 1-ci bəndi: Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2-ci maddənin 2-ci bəndi: Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3-cü maddənin 5-ci bəndi: Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 70. Işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
1. Işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Maddə 78. Işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər
1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
2. Işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar
1. Işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; ; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 76-cı maddənin 1-ci bəndi: Işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 76-cı maddənin 2-ci bəndi: Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 80:
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. 87-ci maddənin 3-cü hissəsi: Işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. 300-cü maddənin 1-ci hissəsi: Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə, cavabdeh tərəfin iddia tələbinə etirazının dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və iddiaçı İddiaçı apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tаrixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsində düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tаrixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh “xxxx” X2rşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən verilmiş hazırkı apellyasiya şikayəti üzrə aparılan məhkəmə araşdırması nəticəsində isə birinci instansiya məhkəməsinin məlum iddia tələbini təmin etməməkdə haqlı olduğu və düzgün nəticəyə gəldiyi müəyyən olunmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası – işin konkret halları və iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilən sənədlər nəzərə alınmaqla, apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, işəgötürən “xxxx” X2 ## ###### 2026-cı il tarixli əmri ilə işçi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə, yəni “işçilərin sayı və ya ştatların ixtisarı” əsasına görə xitam verilmişdir. Lakin, həmin Əmrin verilməsi əsası kimi çıxış edən “işçilərin sayı və ya ştatların ixtisarı” halı (əsası) isə həmin Işəgötürənin deyil, Işəgötürən təşkilatın özünün tabeliyində olduğu Azərbaycan Respublikası “xxxx” X2 müvafiq Əmri əsasında yaranmışdır. Belə ki, Azərbaycan Respublikası “xxxx” X2 ## ###### 2025-ci il tarixli, **-*/*-*- ****/**** nömrəli “xxxx” X2 struktur və ştat cədvəlinin təsdiq edilməsi haqqında” əmrindən görünür ki, ““xxxx” X2 strukturunun təsdiq edilməsi, “xxxx” X2 ştat cədvəlinin təsdiq edilməsi, “xxxx” X2 rəhbərinə struktur və ştat cədvəlinə uyğun olaraq 2 ay müddtində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işçilərə əmək münasibətlərinin tənzimlənməsini həll edib qanunvericilikdə müəyyən edilmiş digər zəruri tədbirlərin icrasını təmin etməsi”” əmr edilmişdir. Həmin Əmrlə təsdiq edilən “xxxx” PHŞ-nın ## ###### 2025-ci il tarixində ştat cədvəli üzrə 3 ştat vahidi həkim-stomatoloq vəzifəsinin (peşəsinin) olması təsdiq edilmişdir. Həmin Əmrlə təsdiq edilmiş “xxxx” X2 struktur və ştat cədvəlinə əsasən, həmin müəssisənin Dəstək xidmətləri şöbəsinin, Texniki dəstək bölməsində 2.0 ştat vahid sürücü, Səhiyyə xidmətlərinin təşkili şöbəsinin, Stomatologiya bölməsində 21.0 ştat vahidi həkim-stomatoloq və 1.0 ştat vahidi sanitar qadın (sanitar) vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar edilmişdir. Azərbaycan Respublikası “xxxx” X2 yuxarıda qeyd olunan məlum əmri əsasında isə işəgötürən “xxxx” X2 ## ###### 2025-ci il tarixli, **-*-**/*-*- ****/**** saylı “Ixtisar komissiyasının yaradılması” haqqında verilmiş əmrindən görünür ki, tərkibdə direktor X21, direktorun inzibati məsələlər üzrə müavini X8, hüquqşünas X9, maliyyə şöbəsinin müdiri X19, X27 Ittifaqı Zaqatala Rayon Şurasının sədri X22 və Kadrlar üzrə mütəxəssis X12 olmaqla ixtisar komissiyasının yaradılması, ixtisar ediləcək işçilərin siyahısının əsaslandırılaraq hazırlanmasının təmin edilməsi, üstünlük hüququ veriləcək işçilərin siyahısının Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən aparılması, ixtisar zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-cı maddəsinin tələblərinin nəzərə alınması, işçilərə qanunvericiliyə uyğun olaraq ən azı 2(iki) həftə əvvəl yazılı bildirişlərin verilməsinin təmin edilməsi, ixtisar ediləcək işçilərin siyahısının rəhbərliyə təqdim edilməsi və bütün sənədləşmə işinin qanunvericiliyə tam uyğun şəkildə aparılmasının təmin edilməsi komissiyaya tapşırılması əmr edilmişdir. Ixtisar Komissiyası tərəfindən tərtib edilmiş Aktda göstərilir ki, aparılmış qiymətləndirmə nəticəsində yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən Zaqatala RMX PHŞ-nin 3 ştat vahidi həkimstomatoloq və 1 bölmə müdiri ştatı saxlanılmışdır. Işçilər arasında seçim aparılarkən ixtisas səviyyəsi, əmək məhsuldarlığı, iş nizamı üstünlüyü və müəssisə üçün zəruri funksiyaları yerinə yetirmə qabiliyyəti nəzərə alınmışdır. Nəticə etibarı ilə 3 həkimstomatoloq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ixtisas səviyyəsi və əmək məhsuldarlığı ilə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 isə Azərbaycan Respublikasının Əmək məcəlləsinin 78-ci maddəsinin 2- ci bəndinə əsas götürülərək müharibə iştirakçısı kateqoriyasına aid edilməsi nəzərə alınaraq saxlanılmış, 1 bölmə müdiri X11 əmək münasibətlərinin davam etdirilməsi uyğun hesab edilmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının qanunvericiliyənə uyğun olaraq yerdə qalan işçilərin Bagiyeva Zümrüd, Bələmədov Rüstəm, Əfəndiyev Hikmət, Seyidhəsənov Elman, Ismayılova Sevda, İddiaçı, Muradova Səmayə, Qazıyev Hasil, Qazıyeva Ülkər, Qubanov Anar və Şıxlinskaya Günelin əmək münasibətlərinə xitam verilməsi məqsədəuyğun hesab edilir. Işəgötürən “xxxx” X2 Azərbaycan Respublikası X27 Ittifaqı Zaqatala Rayon Şurasına ünvanlanmış ## ###### 2025-ci il tarixli, **-*-**/*-****/**** nömrəli “Ixtisarla bağlı məlumatın verilməsi haqqında” məktubu ilə həmin Ittifaqa “xxxx” X2 ## ###### 2025-ci il tarixli, **-*/*-*-****/**** nömrəli əmri ilə təsdiq edilmiş “xxxx” X2 sturktur və ştat cədvəlinə əsasən müəssisənin Dəstək xidmətləri şöbəsinin, Texniki dəstək bölməsində 2.0 ştat vahid sürücü, Səhiyyə xidmətlərinin təşkili şöbəsinin, Stomatologiya bölməsində 21.0 ştat vahidi həkim-stomatoloq və 1.0 ştat vahidi sanitar qadın (sanitar) vəzifələri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar edilməsi barədə məlumat verilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinə əsaslanmaqla, ixtisar ediləcək işçilər barədə münasibət bildirilməsi xahiş olunmuşdur (həmin məktuba 5 vərəqdən ibarət sənədlər əlavə edilərək, X27 Ittifaqı Zaqatala Rayon Şurasına təqdim edilmişdir). X27 Ittifaqı Zaqatala Rayon Şurasının ## ###### 2025-ci il tarixli, *** nömrəli protokolundan görünür ki, Zaqatala RMX-da ##.##.2025-ci il tarixdə Şura üzvlərinin, həkim stomatoloq (3 nəfər stomatoloq istisna olmaqla) və sürücülərin iştirakı ilə keçirilmiş iclasda - Ixtisar Komissiyasının protokolunda nəzərdə tutulan qaydada ixtisarın aparılmasına X27 Ittifaqının Zaqatala Rayon Şurası tərəfindən etiraz edilməmişdir. Göründüyü kimi, işəgötürən “xxxx” PHŞ-də işçilərin sayı və ya ştatların ixtisarı tabeliyində olduğu Azərbaycan Respublikası “xxxx” X2 müvafiq Əmri əsasında aparılmış və həmçinin, Işəgötürən bu ixtisarın təsiri altına düşən işçilər barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinin tələblərin uyğun olaraq X27 Ittifaqının Zaqatala Rayon Şurasına müvafiq sənədləri təqdim etməklə məlumat verib, həmin Şuranın razılığını almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tаrixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tаrixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.