Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-786/2026 03.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdeh qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmrin ləğv edilməsi, işə bərpa, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqı” tələbi, qüvvə) Hakimlər X6 (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 və cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdeh nümayəndəsi və vəkili nümayəndə1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdeh qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdeh nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdeh (bundan sonra Ağdaş DAIM) qarşı həmin mərkəzin direktoru F.Əliyevin işdən azad olunma barədə ##.##.2025-ci il tarixli, 3-22- *-*/*-*-**/**** nömrəli əmrinin ləğv edilməsini, cavabdehlə ##.##.2019-cu il tarixli əmək müqaviləsinin müddətsiz hesab edilməsi, Cavabdeh Heyvandarlıq sektorunun baş məsləhətçisi vəzifəsinə bərpa edilməsi, ##.##.2025-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq və cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə əmək müqaviləsi bağlayaraq ## ###### 2019-cu ildən ## ### 2025-ci il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdeh Heyvandarlıq sektorunda məsləhətçi vəzifəsində işləmiş, işəgötürən cavabdehin direktoru F. Əiyevin qərəzli mövqeyi nəticəsində ## ### 2025-ci il tarixdə *-**-*-*/*-*- **/**** nömrəli əmrlə işdən azad olunmuşdur.Aşağıda göstərilən səbəblərdən hesab edir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələbləri pozularaq işdən əsassız olaraq azad edilmişdir. 1. ## ### 2025-ci il tarixli 3-22-3-3/3-1-31/2025 Nli əmrdə işdən azad edilməyi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndi ilə əsaslanmış, bunun səbəbi isə göstərilməmişdir. 2. ## ###### 2019-cu ildə iddiaçını işə qəbul edərkən cavabdeh tərəfindən əmək kitabçasında Əmək müqaviləsinin hansı müddətə bağlanması göstərilməmişdir. 3. ## ###### 2019-cu il tarixdə, yəni Cavabdeh Heyvandarlıq sektorunda məsləhətçi vəzifəsində işə qəbul olunan zaman Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmuş və Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən edilən hallar olmamışdır. Deməli Əmək müqaviləsi müddətsiz bağlanmalı idi.
4. ## ###### 2019-cu il tarixdə iddiaçı cavabdeh orqanda işləməyə başlayaraq ## ### 2025-ci il tarixədək, yəni fasiləsiz olaraq 5 il 9 ay orada işləmişdir. Bunun sübutu Əmək kitabçasında yalnız işə qəbul və işdən azad olunma barədəki qeydlər və kitabçada ## ###### 2019-cu ildən ## ### 2025- ci il tarixədək əmək müqaviləsinə xitam verilməsi və ya bir vəzifədən digər vəzifəyə keçirilmə barədə heç bir qeydin olmamasıdır. Göstərilənlərə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən hesab edir ki, cavabdeh orqan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Cavabdeh ## ###### 2019-cu il tarixdə iddiaçı ilə bağladığı Əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab edilməlidir. Elə bu səbəbdən də cavabdehin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndi ilə əmək müqaviləsinə xitam verməsi qanun tələblərinə ziddir. 5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə Işçilərin əmək kitabçasının forması və onun doldurulması qaydaları təsdiq edilmişdir. Cavabdeh əmək kitabçasının doldurulması zamanı bu qaydaları kobud şəkildə pozmuşdur.Belə ki, istinad edilən qaydalara əsasən Işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: 2-ci bölmədə - əmək kitabçasının seriya nömrəsi, təsdiqedici sənədlərə əsasən işçinin soyadı, adı, atasının adı, doğulduğu tarix (gün, ay, il), təhsili (o cümlədən başa çatdırılmamış), peşəsi, ixtisası, əmək kitabçasının doldurulduğu tarix, əmək kitabçası verən məsul şəxsin imzası olmalıdır. Bu məlumatları işçi imzası ilə təsdiq edir; Iddiaçının doğulduğu gün, ay, il kitabçada qeyd edilməyibdir. 3-cü bölmədə - 1- ci qrafada daxil edilən qeydin sıra nömrəsi, 2-ci qrafada işçinin işə qəbul edildiyi, başqa daimi işə keçirildiyi və işdən çıxarılmasının əsası göstərilməklə əmək müqaviləsinə xitam verildiyi tarix (gün, ay, il), 3-cü qrafada başlıq formasında işəgötürənin tam adı, işçinin peşəsi (vəzifəsi), təyin edildiyi struktur bölmə, 4-cü qrafada qeydin əsası (sənəd, onun tarixi və nömrəsi). Işəgötürənin, onun struktur bölmələrinin, peşələrin (vəzifələrin) adlarında dəyişikliklər olduqda əmək kitabçasında müvafiq dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına, qərarına) əsasən aparılır. Iddiaçının əmək kitabçasındaki qeydlərdən belə çıxır ki, o, ## ###### 2019-cu ildə Cavabdeh Heyvandarlıq sektorunda məsləhətçi vəzifəsinə qəbul edilərək ## ### 2025-ci il tarixdə baş məsləhətçi vəzifəsindən azad olunmuşdur. 2-ci qrafada başqa vəzifəyə keçirilməyi barədə heç bir qeyd yoxdur. Bundan əlavə orada əmək müqaviləsinə xitam verildiyi tarix hələ mövcud olmayan ## ###### 2025-ci il göstərilmişdir.Kitabçanın 3-cü qrafasında əmək müqaviləsinə deyil, baş məsləhətçi vəsifəsinə xitam verilməsi yazılmışdır. Bu qeyddən belə çıxır ki, iddiaçının əmək müqaviləsinə xitam verilməyib.## ### 2025-ci il tarixdə cavabdeh işdən azad olunduğu iddiaçıya bildirərək həmin gün əmək kitabçasını vermişdir. Lakin bu günədək dəfələrlə ona müraciət etməyinə baxmayaraq əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli 3-22-3-3/3-1- **/**** nömrəli Əmrin surətini verməkdən imtina edir. Cavabdeh şəxsi münasibətlər zəminində aralarında yaranmış halla bağlı iddiaçını işdən çıxarmaqla Azərbaycan Respublikası Konstitusiyası ilə təminat verilmiş əmək hüququmu pozaraq, eyni zamanda dövlətin işsizliyin aradan qaldırılması üçün göstərdiyi səyləri puç etmişdir. Odur ki, Cavabdeh direktoru Fərhad Əliyevin ## ### 2025-ci il tarixli 3- 22-3-3/3-1- **/**** nömrəli əmrinin qanunsuz və əsassız kimi ləğv edilməsi, cavabdehlə ##.##.2019-cu il tarixldə bağladığı Əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi hesab edilməsi, İddiaçı Cavabdeh Heyvandarlıq sektorunun baş məsləhətçisi vəzifəsinə bərpa edilməsi və ## ### 2025-ci il tarixdən işə bərpa olunma tarixinədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Ağdaş Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Fidan Ələkbərova) İddiaçı iddiası təmin edilmiş, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdeh ##.##.2025-ci il tarixli, *-**-*-*/*-*-**/**** nömrəli əmrinin ləğv edilməsi, İddiaçı və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdeh arasında bağlanmış ##.##.2019-cu il tarixli əmək müqaviləsi müddətsiz hesab edilməsi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdeh Heyvandarlıq sektorunun baş məsləhətçisi vəzifəsinə bərpa edilməsi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdeh tərəfindən İddiaçı ##.##.2025-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 42, 45, 47-ci maddələrinə, 68-ci maddəsinin 1-ci hissəsinə, 73-cü maddəsinin 1ci hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» ## #### 2011-ci il tarixli Qərarına istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: - Əmək müqaviləsinin 1.1, 2.1 və 2.2-ci bəndlərindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən işəgötürən Ağdaş DAIM-in direktoru X2 ilə İddiaçı arasında ## ###### 2019-cu il tarixdə 03 (üç) ay müddətinə, hər ay 510 manat məbləğində əmək haqqı ödənilməklə Ağdaş DAIM-in heyvandarlıq sektorunun məsləhətçisi vəzifəsinə işə qəbul edilməsinə dair əmək müqaviləsi bağlanmış, tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, Əmək müqaviləsinin müddəti daha 3 ay uzadılır. - Ağdaş DAIM-in direktorunun ## ###### 2019-cu il tarixli ** saylı əmrinin surətindən görünür ki, İddiaçı Ağdaş rayon X5 Heyvandarlıq sektoruna məsləhətçi vəzifəsinə təyin edilmişdir. - Ağdaş DAIM-in direktorunun ## ###### 2019-cu il tarixli **k saylı əmrinin surətindən görünür ki, İddiaçı 2019-cu ilin noyabr ayının 1-dən Ağdaş DAIM-in Heyvandarlıq sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. - Ağdaş DAIM-in direktoru F.Əliyevin ##.##.2025-ci il tarixli, *-**-*-*/*-*-**/**** nömrəli əmrindən görünür ki, İddiaçı- Ağdaş DAIM-in Heyvandarlıq sektorunun baş məsləhətçisinə müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozduğu və işgüzar geyim tələblərinə riayət etmədiyi üçün töhmət verilmişdir. - Ağdaş DAIM-in Elektron sənəd informasiya sistemindən çıxarışdan görünür ki, ## ###### 2019-cu il tarixli əmək müqaviləsinin müddətinin ##.##.2026-cı il tarixdə bitməsi və həmin tarixdə müqaviləyə xitam veriləcəyi barədə İddiaçı ##.##.2025-ci il tarixdə elektron qaydada bildiriş verilmişdir. - Ağdaş DAIM-in direktorunun ## ### 2025-ci il tarixli *-**-*-*/*-*-**/**** saylı əmrindən görünür ki, Ağdaş rayon X5 Heyvandarlıq sektorunun baş məsləhətçisi İddiaçı əmək müqaviləsinə ## ### 2025-ci il tarixdən Əmək Məcəlləsinin 68.2.b bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı ##.##.2019-cu il tarixdə Ağdaş rayon X5 Heyvandarlıq sektoruna məsləhətçi vəzifəsinə təyin edilmiş, ##.##.2025-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən Ağdaş DAIM-də Heyvandarlıq sektorunun baş məsləhətçisi vəzifəsinə xitam verilmişdir. DƏMX-in X4 şöbəsi tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərara əsasən Ağdaş DAIM-in direktoru X2 “işəgötürən tərəfindən ##.##.2025-ci il tarixdə İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi” ilə əlaqədar Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmiş, cərimə şərti tətbiq edilməklə 30 gün müddətində hüquqpozma aradan qaldırılmadıqda cərimənin ödənilməsi müəyyən edilmişdir. Ağdaş Rayon Məhkəməsinin ## ###### 2025-cü il tarixli, *(***)-***/**** saylı qərarına əsasən X2 tərəfindən verilmiş şikayət təmin olunmuş, DƏMX-in X4 Şöbəsinin ## #### 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, 3(107)- ***/**** saylı Qərarına əsasən şikayət qismən təmin edilməklə, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2025-cü il tarixli, *(***)-***/**** saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında qərar və materiallar iş üzrə yenidən araşdırılaraq baxılması üçün Ağdaş Rayon Məhkəməsinə qaytarılmışdır. Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarına əsasən şikayət təmin edilməmiş, DƏMX-in X4 şöbəsi tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli, 3(3-10)- ***/**** saylı Qərarına əsasən şikayət təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanmışdır.
6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdeh nümayəndəsi nümayəndə1 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdeh nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı ilə cavabdeh Cavabdeh arasında ## ###### 2019-cu iltarixdə müddətli, yəni əmək müqaviləsi bağlanaraq müsabiqə və müsahibə yolu ilə iddiaçı Mərkəzdə vakant məsləhətçi vəzifəsinə işə qəbul edilmişdir və ## ### 2025-ci il tarixdə müddətli əmək müqaviləsinin müddəti başa çatdığından Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmiş və o işdən azad olunmuşdur. Cavabdeh iddiaçı ilə arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi və işdən azad olunması barədə əmr verilərkən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərini pozmamışdır. Məcəllənin 47-ci maddəsinin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsindən aydın şəkildə görünür ki, müqavilə tərəflər arasında qarşılıqlı razılaşma əsasında müqavilənin qurtarma vaxtı göstərilməklə bağlanmışdır və iddiaçı bununla razılaşmışdır. Müqavilənin 2.1-ci bəndində işçinin müddətli işçi olduğu, 2.3-cü bəndində isə dövlət qulluğu vəzifəsinin tələblərinə uyğun olaraq işə xitam verilməsi prosedurları aydın şəkildə göstərilmişdir. Iddiaçı ## ### 2025-ci il tarixdə daxili nizam-intizam qaydalarını pozduğuna görə rəhbərliyin həmin tarixli *-**-*-*/*-***/**** saylı əmri ilə barəsində xəbərdarlıq növündə intizam tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, həmin tarixdə iddiaçı işdə geyim qaydalarını pozduğuna görə ona edilən haqlı iraddan nəticə çıxarmaq əvəzinə keçirilən tədbirdə geyim qaydalarını pozmaqla iştirak etmiş, tədbirdən sonra rəhbərliyin iş otağına daxil olaraq etikadan kənar ifadələr işlətməklə rəhbərliyə qarşı kobud və aqressiv davranışlar nümayiş etdirmişdir. Iddiaçının qeyd edilən davranışları işçilər arasında böyük narazılıqlara səbəb olmaqla yanaşı, Mərkəzin iş fəaliyyətinə ciddi xələl gətirmişdir. Bütün bu faktlar Mərkəzin inzibati binasında quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınmış və əməkdaşlar tərəfindən də müşahidə edilmişdir. Iddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) nəzərdə tutulmuş hərəkətləri etməklə daxili nizam-intizam qaydalarını və iş fəaliyyətini pozmasına, ona görə də onunla bağlanmış müddətli əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməmiş, Mərkəz tərəfindən iddiaçıya bütün bunlar barədə bir həftə əvvəl e-mail vasitəsi ilə xəbərdarlıq edilmiş, müddətli əmək müqaviləsinin müddəti qurtardığına görə qanuni əsaslarla onunla Mərkəz arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir və bütün bunlar iş materiallarına əlavə olunmuş sənədlərlə tam sübut olunur. Işin yuxarıda göstərilən faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin müddəti başa çatdıqdan sonra bir həftə ərzində tərəflərdən biri digər tərəfi xəbərdarlıq etməklə onu poza bilməsi və əgər tərəflərdən heç biri, bu müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsinin müddətinin daha üç ay müddətə uzadılması barədə tərəflər arasında razılıq əldə olunmuşdur. Hər iki tərəfin qarşılıqlı razılığı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti qurtardığına görə İddiaçıla Mərkəz arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmiş və o, işdən azad olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinin tələbinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. İddiaçı dövlət qulluqçusu olmasına dair hər hansı sənəd təqdim edilməmişdir. Bu səbəbdən İddiaçı həmin vəzifədə 5 ildən artıq müddətli əmək müqaviləsi ilə işləsə belə həmin vəzifənin tutulması “Dövlət qulluğu haqqında” qanunla tənzimləndiyindən İddiaçı əmək müqaviləsi müddətsiz hesab edilə bilməz. Iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh məsləhətçi vəzifəsi, yəni İddiaçı tutduğu vəzifə 7-ci təsnifata aid olan inzibati vəzifədir və inzibati vəzifələrin tutulması “Dövlət qulluğu haqqında” qanunla tənzimlənir. Belə ki, həmin Qanunun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Həmin Qanunun 28.2-ci maddəsinə əsasənmüvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” (bundansonra – sertifikat) verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədə olma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər. Həmin Qanunun 28.10-cu maddəsinin tələbinə görə daimi dövlət qulluğuna qəbul Azərbaycan Respublikasının adından müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi ilə Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” qanununun 28-ci maddəsinin müddəaları arasında anlaşmamazlıq olduğundan vəsatətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi ilə Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” qanununun 28-ci maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinə müraciət edilməsini xahiş etmişik. Lakin işə baxan məhkəmə vəsatəti təmin etməmişdir. Göründüyü kimi işə baxan məhkəmə işə baxarkən və araşdırma aparan zaman iş üzrə çox səthi araşdırma aparmış, yuxarıda göstərdiyimiz halları düzgün araşdırmaış, buna düzgün hüquqi qiymət verməmiş, eləcə də aşağıda göstərdiyi hüquq normalarının tələblərini pozmuş, nəticədə qanunsuz, əsassız və ədalətsiz hesab etdiyi qətnaməsini qəbul etmişdir.
8. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdeh qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqı tələbi”nə dair e-*(***)-****/**** saylı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı iddiaçı İddiaçı tərəfindən etiraz daxil olmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdeh nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(***)- ****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 12-ci maddəsinin b bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrinə aid edilmişdir. 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin maddənin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinə əsasən əmək müqaviləsi a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübəsınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən müddətə bağlanıla bilər. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» ## #### 2011-ci il tarixli Qərarı: işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. Işçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. Işəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
20. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdeh nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən Ağdaş Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdeh nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
24. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı vakant dövlət qulluğu hesab edilən, tutulması qaydaları müsabiqə və müsahibədən keçməklə şərtləndirilən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə daimi xarakterə malik olduğu qabaqcadan bəlli olan işə, vəzifəyə (məsləhətçi) işəgötürən tərəfindən müddətli əmək müqaviləsi əsasında qəbul edilməsi, həmin müqavilə əsasında fasiləsiz olaraq 5 il 9 ay müddətində (5 il 6 ay 25 gün baş məsləhətçi vəzifəsində) işləməsi onun əleyhinə təfsir edilə bilməz, əksinə onunla bağlanmış müqaviləsinin müddətsiz hesab edilməsinə dəlalət etməklə bu müqaviləyə müddətin bitməsi əsası ilə xitam verilməsinin qanunsuz olmasının göstəricisidir. Belə ki, İddiaçı əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti və ya mövsümü deyil, daimi xarakterə malik olmasının qabaqcadan cavabdehə bəlli olmasına və bir sözlə onunla müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq cavabdeh onunla qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamışdır. Həmçinin müddətli müqavilə əsasında işləyən işçinin fasiləsiz olaraq 5 ildən artıq müddətdə işləməsinin həmin müqavilənin müddətsiz hesab edilməsi ilə nəticələnəcəyi də işəgötürənə əvvəlcədən məlum olmuş, lakin bu müddət nəzərə alınmadan sadəcə olaraq növbəti “3 aylıq” müqavilə müddətinin bitməsinə və Əmək Məcəlləsinin 68-ci maddəsinin b bəndinə istinad edilməklə İddiaçıla əmək müqaviləsinə xitam verilməsi əsassız və qanunsuz olmuşdur.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
25. Belə ki, məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir.
26. Məhkəmə kollegiyası onu da qeyd edir ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn "da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır.
27. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
30. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdeh nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdeh nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Ağdaş Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.