Məhkəmə qərarları › İş №e-2(3-10)-798/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-798/2026

10.09.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-798/2026 10.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı xxxx MMC-nin cavabdeh Cavabdeh qarşı 35.480 manat pulun alınaraq verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: 35.480 manat pulun alınaraq verilməsi tələbi, rədd, qüvvə) Hakimlər X6 (sədrlik edən və məruzəçi), X5 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 iştirakı ilə, Iddiaçı xxxx MMC-nin cavabdeh Cavabdeh qarşı 35.480 manat pulun alınaraq verilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı xxxx MMC-nin nümayəndəsi və vəkili vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı xxxx MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 35.480 manat pulun alınaraq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh iddiaçıİddiaçı ilə bağlanan ##.##.2025-ci il tarixli əmək müqaviləsi əsasında sürücü vəzifəsinə işə götürülmüşdür. Elə həmin tarixdə də tərəflər arasında tam maddi məsuliyyət müqaviləsi bağlanmışdır. Daha sonra ##.##.2025-ci il tarixində cavabdeh tərəfindən idarə olunan ** LF *** dövlət qeydiyyat nişanlı avtobus xidməti marşrut üzrə hərəkətdə olarkən cavabdeh tərəfindən mühərrikin qızmasına məhəl qoyulmamış və nəqliyyat vasitəsi vaxtında dayandırılmadığı üçün mühərrik sıradan çıxmışdır. Avtomobilə baxış keçirilmiş və aparılmış araşdırma nəticəsində nasazlığın sürücünün düzgün olmayan istismarı ilə bağlı olduğu müəyyən edilmiş,avtobusun təmir dəyəri 7.100 manat olaraq hesablanmışdır. Eyni xarakterli hal ##.##.2025-ci il tarixində cavabdehin idarə etdiyi ** LF *** dövlət qeydiyyat nişanlı avtobusda təkrar baş vermişdir. Sürücü mühərrik temperaturunun normadan yuxarı qalxmasına baxmayaraq hərəkəti davam etdirmiş, nəticədə mühərrikdə güclü mexaniki zədələnmə yaranmış və avtobus tam hərəkətsiz vəziyyətə düşmüşdür. Hadisə üzrə tərtib edilmiş aktda nasazlığın səbəbi yenə də sürücünün istismar qaydalarını pozması kimi qiymətləndirilmiş və təmir xərci 8.540 manat müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli qüsur aktları ilə təsdiq edilmişdir ki, hər iki nəqliyyat vasitəsinin mühərrikində yaranmış zədələnmələr cavabdehin temperatur göstəricilərinə məhəl qoymaması, xəbərdarlıq işıqlarına baxmayaraq nəqliyyat vasitələrini istismarda saxlaması və texniki qaydalara əməl etməməsi nəticəsində baş vermişdir. Cavabdeh tərəfindən avtobuslara ümumilikdə 15.640 manat həcmində zərər vurulmuşdur. Sürücü bu zərərlərdən sonra iş yerini tərk etmişdir. Sözügedən məsələ ilə əlaqədar olaraq xərclərin ödənilməsi ilə bağlı cavabdehdən izahat alınması məqsədilə Iddiaçı tərəfindən ##.##.2025-ci il tarixində müraciət edilmişdir. Lakin cavabdeh ##.##.2025-ci il tarixində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə müraciət etmişdir. Bundan əlavə, cavabdehlə əlaqə yaradılması üçün dəfələrlə zəng edilmiş, lakin cavabdeh daxil olan zənglərə cavab verməmişdir. Eyni zamanda mediasiya prosesizamanı mediator tərəfindən bildirirşlərdən əlavə telefonla əlaqə saxlanılmasına baxmayaraq cavabdeh mediasiya prosesinə gəlməkdən imtina etmişdir. Əlavə olaraq bildiririk ki, qeyd olunan avtobuslar sahibkarlıq fəaliyyətində istifadə olunur və hər bir avtobusdan gündəlik 320 manat gəlir əldə olunur. Cavabdehin təqsiri səbəbindən ** LF *** nömrəli avtobus 12 gün, ** LF *** nömrəli avtobus isə 50 gün xidmət göstərə bilməmişdir. Göstərilənlərə əsasən cavabdehin vurduğu zərər səbəbindən avtobusun boşdayanması nəticəsində iddiaçının məruz qaldığı maddi ziyan 62*320=19840 manat qiymətləndirilir. Cavabdehin iddiaçıya vurduğu zərər cəmi olaraq 35 480 manat təşkil edir. Qeyd edilən mübahisənin həlli ilə bağlı, ##.##.2025-ci ildə ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdeh iştirak etməmişdir. Buna görə də məsələnin mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır.

3. Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ibrahim Fəttahov) iddiaçı xxxx MMC-nin cavabdeh Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1 və 192-ci maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Iş materiallarında olan ##.##.2024-cü il tarixli nəqliyyat vasitələrinin icra müqaviləsinin surətindən görünür ki, Daewoo BS090 Avtobus markalı ** LF *** dövlət qeydiyyat nişanlı və ** LF *** dövlət qeydiyyat nişanlı avtobuslar X1 tərəfindən xxxx MMC-yə icrayə verilmişdir. Iş materiallarında olan Əmək müqaviləsinin surətindən görünür ki, ##.##.2025-ci il tarixdə xxxx MMC ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, Cavabdeh sürücü vəzifəsinə işə götürülmüşdür. Iş materiallarında olan Tam maddi məsuliyyət haqqında 13.05.205-ci il tarixli müqavilədən görünür ki, xxxx MMC ilə Cavabdeh arasında Tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Iş materiallarında olan ##.##.2025-ci il tarixli xxxx” MMC-də çilingər vəzifəsində işləyən X2, qaraj müdiri vəzifəsində işləyən X7 və mexanik vəzifəsində işləyən X9 tərəfindən tərtib edilmiş aktdan görünür ki, həmin tarixdə MMC-də sürücü vəzifəsində çalışan Cavabdeh tərəfindən məlumat verilmişdir ki, ** LF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xidməti marşrut üzrə hərəkətdə olarkən yolda qalıb. Məlumat əsasında hadisə yerinə gedilmiş və baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, nəqliyyat vasitəsinin mühərriki iş zamanı güclü mexaniki səs (“stuk”) buraxaraq dayanıb və işə düşmür. Yəni, mühərrikdə ciddi texniki nasazlıq (daxili mexaniki zədələnmə) baş vermiş və avtomobilin hərəkət qabiliyyəti tam itirmişdir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli .S.A. Company” MMC-də çilingər vəzifəsində işləyən X2, qaraj müdiri vəzifəsində işləyən X7 və mexanik vəzifəsində işləyən X9 tərəfindən tərtib edilmiş aktdan görünür ki, ** LF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə texniki baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, nəqliyyat vasitəsinin mühərriki işləmə zamanı həddindən artıq qızmış, lazımı qaydada soyudulmamış və nəticədə mühərrik dayanmışdır. Mühərrikin sonradan işə salınması mümkün olmamışdır. Mühərrik sökülərək baxış aparıldıqda zədələnmələrin məhz qızmanın davam etdiyi halda nəqliyyat vasitəsinin idarə edilməsinin nəticəsi olduğu müəyyən edilmişdir.Aşkarlanan qüsurlar - silindr başlığı deformasiyaya uğramış, - porşen və halqalar yanaraq sıradan çıxmış, - klapan və klapan oturacaqları, həmçinin krank mexanizmi zədələnmiş, mühərrik yağı yandığından yağ nasosu və filtr sistemi bloklanmış vəziyyətdə aşkar edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, mühərrikin temperatur göstəricisi normadan yuxan qalxmasına və paneldə xəbərdarlıq siqnallarının yanmasına baxmayaraq sürücü nəqliyyat vasitəsini vaxtında dayandınnamış, hərəkəti davam etdirmişdir. Bu səbəbdən mühərrik həddindən artıq qızmış və yuxanda göstərilən zədələnmələr meydana gəlmişdir. Nasazlıq yalnız sürücünün yanlış istismarı nəticəsində yaranmışdır. Təmir və Ehtiyat Hissələri üzrə Hesablanmış Dəyər: 7100 manatdır. Iş materiallarında olan ##.##.2025-ci il tarixli xxxx” MMC-də çilingər vəzifəsində işləyən X2, qaraj müdiri vəzifəsində işləyən X7 və mexanik vəzifəsində işləyən X9 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Həmin tarixdə MMC-də sürücü vəzifəsində çalışan Cavabdeh tərəfindən məlumat verilmişdir ki, ** LF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xidməti marşrut üzrə hərəkətdə olarkən yolda qalıb. Məlumat əsasında hadisə yerinə gedilmiş və baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinin mühərriki iş zamanı güclü mexaniki səs (“stuk”) buraxaraq dayanıb və işə düşmür. Yəni, mühərrikdə ciddi texniki nasazlıq (daxili mexaniki zədələnmə) baş vermiş və avtomobilin hərəkət qabiliyyəti tam itmişdir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli xxxx” MMC-də çilingər vəzifəsində işləyən X2, qaraj müdiri vəzifəsində işləyən X7 və mexanik vəzifəsində işləyən X9 tərəfindən tərtib edilmiş aktdan görünür ki,** LF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə texniki baxış keçirilmişdir. Baxış zamanı müəyyəıı olunmuşdur ki, avtomobilin mühərriki işləmə zamanı güclü mexaniki səs (“stuk”) buraxaraq dayanmış və sonradan işə salınması mümkün olmamışdır. Mühərrik sökülüb yoxlanıldıqda məlum olmuşdur ki, soyuducu sistemdə suyun temperaturu kritik dərəcədə yüksəlmiş, lakin sürücü bu göstəriciyə diqqət etmədən avtomobili idarə etməyə davam etmişdir. Nəticədə mühərrikin içərisində ciddi mexaniki zədələnmələr baş vermişdir. Yüksək temperaturun təsiri ilə: - silindr başlığı deformasiyaya uğramış, - porşen və halqalar yanaraq sıradan çıxmış, - klapan və klapan oturacaqları, həmçinin krank mexanizmi zədələnmiş, - mühərrik yağı yandığından yağ nasosu və fıltr sistemi bloklanmış vəziyyətdə aşkar edilmişdir.Nasazlığın yaranma səbəbi — sürücü Cavabdeh tərəfindən mühərrikin qızması göstəricisinə məhəl qoymadan nəqliyyat vasitəsinin idarə olunması, yəni avtomobilin düzgün istismar edilməməsidir. Təmir və Ehtiyat Hissələri üzrə Hesablanmış Dəyər: 8540 manatdır. Iş materiallarında olan Şəhər daxili və şəhər ətrafı avtobus ANV-nin yol vərəqəsindən görünür ki, ** LF *** dövlət qeydiyyat nişanlı və ** LF *** dövlət qeydiyyat nişanlı avtobusların ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək idarə edilməsinə iş üzrə cavabdeh Cavabdeh icazə verilmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn iddiaçı xxxx MMC-nin nümayəndəsi və vəkili vəkil3 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri

7. Iddiaçı xxxx MMC-nin nümayəndəsi və vəkili vəkil3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını qiymətləndirərkən bəzi mühüm xüsusatları nəzərə almamışdır. Belə ki, iş materiallarında olan rəsmi yol vərəqəsi cavabdehə hər iki avtobusu həmin dövrdə idarə etmək icazəsi verildiyini, müəssisə mütəxəssislərinin tərtib etdiyi aktlar isə mühərrikdəki nasazlığın məhz sürücünün diqqətsizliyinə (qızmaya məhəl qoymaması) görə baş verdiyini təsdiqləyir. Tərəflər arasında tam maddi məsuliyyət müqaviləsinin olduğunu və avtobusların reysə çıxarkən faktiki hərəkət qabiliyyətində (saz) olduğunu nəzərə alsaq, məhkəmənin yalnız formal sənədləşmə əsasında iddianı rədd etməsi iddiaçının hüquqlarınıməhdudlaşdırmışdır.

8. Ona görə də, Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə qarşı cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 tərəfindən etiraz verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı xxxx MMC məhkəməyə nümayəndəsini göndərməmişdir.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 191.1.-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddiməsuliyyət daşıyırlar. 192-ci maddəsinə əsasən 1. tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 2. tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

19. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. Iddiaçı xxxx MMC-nin nümayəndəsi və vəkili vəkil3 Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ##.##.2025-ci il xxxx MMC ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, cavabdeh Cavabdeh ididaçı xxxx MMC-də sürücü vəzifəsinə işə qəbul edilmişdir. Həmin tarixdə Cavabdeh ilə xxxx MMC arasında Tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Iddiaçı icarə müqaviləsinə əsasən qanuni istifadəsində olan Daewoo BS090 Avtobus markalı ** LF *** dövlət qeydiyyat nişanlı və ** LF *** dövlət qeydiyyat nişanlı avtobusların cavabdeh tərəfindən düzgün istismar edilmədiyini iddia edir və həmin avtobuslara dəymiş ziyanı və avtobusların işləmədiyi səbəbindən əldən çıxmış faydanı cavabehdən tələb edir. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdə idarə etdiyi Daewoo BS090 Avtobus markalı ** LF *** dövlət qeydiyyat nişanlı avtobusla hərəkətdə olarkən istismar qaydalarını pozmuş, avtomobilin mühərriki qızmış, nəqliyyat vasitəsinin vaxtında dayandırmadığı üçün mühərrik sıradan çıxmışdır. Bundan başqa cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdə idarə etdiyi Daewoo BS090 Avtobus markalı ** LF *** dövlət qeydiyyat nişanlı avtobusla hərəkətdə olarkən mühərrik temperaturunun normadan yuxarı qalxmasına baxmayaraq hərəkəti davam etdirmiş, nəticədə mühərrikdə güclü mexaniki zədələnmə yaranmış və avtobus tam hərəkətsiz vəziyyətə düşmüşdür. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara, tərəflərin izahatlarına hüquqi qiymət verərək hesab etmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 1988-ci il tarixli ** saylı qərarına əsasən hazırlanmış Şəhərdaxili və şəhərətrafı sərnişin avtonəqliyyatı üçün yol vərəqinin (forma № YV -1) forma və rekvizitləri və onlardan istifadə qaydalarında avtonəqliyyat vasitəsinin texniki saz vəziyyətdə mexanik tərəfindən sürücüyə təhvil verilməsi və bu halın müvafiq imzalarla təsdiq edilməsi öz əksini tapmışdır. Lakin hazirki iddia tələbi üzrə qeyd edilən nəqliyyat vasitələri iddiaçı xxxx MMC tərəfindən cavabdeh Cavabdeh sərnişin daşıma xidməti göstərilməsi üçün təhvil verilərkən, reysə buraxılarkən həmin nəqliyyat vasitələrinin saz vəziyyətdə, yəni istismara texniki cəhətdən tam yararlı vəziyyətdə təhvil verilməsi və bu xüsusatın “Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 1988-ci il tarixli ** saylı qərarına əsasən hazırlanmış Şəhərdaxili və şəhərətrafı sərnişin avtonəqliyyatı üçün yol vərəqinin (forma № YV -1) forma və rekvizitləri və onlardan istifadə qaydalarında nəzərdə tutulmuş avtonəqliyyat vasitəsinin günləri üzrə işi yol vərəqəsinə uyğun təsdiq edildiyi öz əksini tapmamışdır. Məhkəmə hesab etmişdir ki, qeyd edilən avtonəqliyyat vasitələrinin istismara buraxılarkən texniki cəhətdən saz vəziyyətdə cavabdehə təhvil verildiyini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, cavabdehin qeyd edilən avtonəqliyyat vasitələrini idarə edərkən istismar qaydalarını pozmaqla iddiaçıya maddi ziyan vurmasına səbəb olan hərəkətlərə yol verməsi qənaətinə gəlməyə əsas vermir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçı xxxx MMC-nin cavabdeh Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası əsassız olduğundan, əldən çıxmış fayda tələbi də təmin edilə bilməz.

23. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

24. Apellyator şikayətini birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci və 217-ci maddəsinin tələblərini pozması ilə əsaslandırmışdır.

25. Halbuki birinci instansiya məhkəməsi iddiaçı tərəfin iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini əsaslandırdığı yeganə sübutu olan yol vərəqəsinə qiymət verərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 1998-ci il tarixli ** saylı qərarına istinad etmiş və sübut kimi təqdim edilmiş yol vərəqəsinin qeyd edilən qərara əsasən hazırlanmış Şəhərdaxili və şəhərətrafı sərnişin avtonəqliyyatı üçün yol vərəqinin (forma № YV -1) formasına uyğun olmadığını müəyyən etmişdir. Belə ki, həmin qaydalarda göstərilir ki, avtonəqliyyat vasitəsinin texniki saz vəziyyətdə mexanik tərəfindən sürücüyə təhvil verilməsi və bu halın müvafiq imzalarla təsdiq edilməsi şəhərdaxili və şəhərətrafı sərnişin avtonəqliyyatı üçün yol vərəqində öz əksini tapmalıdır.

26. Lakin hazirki iddia tələbi üzrə qeyd edilən nəqliyyat vasitələri iddiaçı tərəfindən cavabdeh Cavabdeh sərnişin daşıma xidməti göstərilməsi üçün təhvil verilərkən, reysə buraxılarkən həmin nəqliyyat vasitələrinin saz vəziyyətdə, yəni istismara texniki cəhətdən tam yararlı vəziyyətdə təhvil verilməsi və bu xüsusat yol vərəqəsində öz əksini tapmamışdır.

27. Iddiaçı tərəfin sübut kimi təqdim etdiyi yol vərəqəsində isə MMC-nin icarəsində olan 46 avtobusun dövlət qeydiyyat nişanları, yol vərəqəsinin əhatə etdiyi dövr kimi 2025-ci ilin iyun ayının 1-dən 30-na kimi olan dövrü əhatə etdiyi göstərilmiş, sürücü kimi cavabdehin soyad, adı, atasının adı, marşrut xətti olaraq 55 və *** nömrəli marşrut xəttləri qeyd edilmiş, dispetçer tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiqlənmişdir.

28. Göründüyü kimi yol vərəqəsi adlandırılan bu sənəd qanunvericliyin tələblərinə uyğun tərtib edilməmişdir. Həmin sənəddə cavabdehin hansı gündə hansı avtobusu hansı marşrut xətti üzrə idarə etməsi, avtonəqliyyat vasitəsinin texniki saz vəziyyətdə mexanik tərəfindən sürücüyə təhvil verilməsi, sürücünün avtonəqliyyat vasitəsini saz vəziyyətdə təhvil alması öz əksini tapmamış, nə mexanik nə də sürücü yol vərəqəsini imzalamamışdır.

29. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

30. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia ərizəsində göstərilən dəlillərini təşkil edirdi və birinci instansiyası məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

32. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, iddiaçı xxxx MMC-nin nümayəndəsi və vəkili vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Iddiaçı xxxx MMC-nin nümayəndəsi və vəkili vəkil3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar