Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1341/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: icraatın birləşdirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək müqaviləsinin müddətsiz hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək müqaviləsinin müddətsiz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn K-*** nömrəli, ## ###### 2025-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı işə bərpa edilərək müddətsiz əmək müqaviləsinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin publik hüquqi şəxsin iddiaçı İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında K-*** saylı, ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin publik hüquqi şəxs arasında bağlanmış ##.##.2022-ci il tarixli əmək müqaviləsinin müddətsiz hesab olunması, iddiaçı İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin publik hüquqi şəxsin * saylı Beyləqan Ərazi İdarəsinin Arxiv işinin təşkili şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsimin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı İddiaçı “xxxx” publik hüquqi şəxsin * saylı Beyləqan Ərazi İdarəsinin Arxiv işinin təşkili şöbəsi müdiri vəzifəsində əmək funksiyalarının icrasında buraxılması vəzifəsinin cavabdeh Cavabdehn üzərinə qoyulması, ##.##.2024-cü il tarixdən etibarən məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı və mükafatların cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr” publik hüquqi şəxsdən tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, mülki iş üzrə ödənilmiş 50 manat mediasiya xərcinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hisssədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsimin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermiş, iş materialları *(***)-****/**** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmaqla Bakı Apellyasiya Məhkəməsinin hakimi X2 icraatına verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e-*(***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatında olan *(***)-****/**** saylı mülki iş üzrə icraat dayandırılmışdır. Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil vəsatətlə məhkəməyə müraciət edərək mülki işlərin bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn nümayəndəsi X1 vəsatətin həllini məhkəmənin səlahiyyətinə verdiyini bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Maddə 43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Maddə 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Maddə 169.4. Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası tərəflərin Bakı Apellyasiya Məhkəməsİnin icraatında olan mülki işlərin bir icraatda birləşdirilməsinə dair iddiaçının nümayəndəsinin (vəkilinin) vəsatəti ilə bağlı münasibətlərini dinləyib, hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan *(***)- ****/**** saylı mülki işlə *(*-*)-****/**** saylı mülki iş bir-biri ilə əlaqəlİdir və bir-birindən asılıdır. Buna görə də ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və yekun məhkəmə aktı çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43 və 169.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Vəsatət təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan *(***)-****/**** saylı və *(*-*)-****/**** saylı mülki işlər bir icraatda birləşdirilsin. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan *(*-*)-****/**** saylı mülki işin icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-1341/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1341/2026
02.06.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver