Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1380/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh PHŞ-yə qarşı işi üzrə Açar sözlər: (“əmrin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi“) hakimlər X13 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Vəkil və cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh PHŞ-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X5 Xidməti publik hüquqi şəxsin X9 Sistemlərinin İstismarı İdarəsinin iddiaçının işdən çıxarılmağına dair ## ######## 2025-ci il tarixli 3-53-2-2-12/ *-***/**** saylı əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməklə əvvəlki sürücü vəzifəsinə bərpa edilməyinə, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Biləsuvar rayonu Günəşli kəndində yaşayır. 1997-ci ildən Biləsuvar rayon Su idarəsində işləyir. 2024-cü ildə idarə yenidən təşkil olunmaqla üç idarə birləşdi hazırkı idarə olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində X5 Xidməti publik hüquqi şəxsin X9 Sistemlərinin İstismarı İdarəsində sürücü işləmişdir. Hazırkı idarədə **AA*** markalı avtomobili idarə etmişdir. Həmin avtomobillə idarədə müavin olan Elsevər Həsənovun xidmətində olmuşdur. 2025-ci ilin may ayının axırlarında idarə etdiyi **AA*** markalı avtomaşının karobkası xarab oldu. Müavin E.Həsənov iddiaçıya bildirdi ki, tenderə vermişlər. Təzə karobka gələnə kimi onu şəxsi Mersedesi ilə gəzdirməlidir. O da müavinini Mersedeslə gəzdirmişdir. Bir neçə gün sonra E.Həsənov iddiaçıya bildirdi ki, karobkası tökülmüş **AA*** markalı avtomobilin dövlət nömrə nişanını çıxarıb onun idarə etdiyi Mersedes markalı avtomobilə bağlasın. Belə ki, yanacaqdoldurma məntəqəsində idarənin benzinin yalnız idarə nömrəsinə əsasən verirdilər. İddiaçı da rəhbərinin göstərişinə əməl etdi. Bir müddət sonra yəni 2025-ci ilin iyul ayının 24-25də sosial şəbəkələrdə idarə maşının nömrəsinin şəxsi maşına bağlanmasına görə videogörüntülər yayıldı. X6 idarənin müdiri Ədalət Babayevin yaxın qohumu olduğundan və bəzi idarə işçilərini Ədalət Bayev işdən çıxardığı üçün narazı qalan adamlar bu görüntüləri yaymışdılar. Bu hadisədən sonra Elsevər Həsənov iddiaçıdan da şübhələnməklə artıq onu Mersedesi ilə gəzdirməməsini bildirərək, gündə işinə gəlməsini bildirdi. İddiaçı hər gün işə gəlib gedir və tabeli imzalayırdı. Ona qaraj müdiri bildirirdi ki, hələ tender olmayıb və idarə etdiyi maşın təmirini gözləyir. 2025-ci ilin ######## ##-də işdə olarkən onu kadrlar şöbəsinə çağırdılar. Ona bildirdilər ki, guya o, ## ######## 2025-ci il tarixdən ## ######## 2025-ci il tarixə kimi işdə olmamışdır. O, izahat verərək göstərdi ki, necə işdə olmamışdır ki, hər gün işdə olmuş və tabeli imzalamışdır. Bunu nəqliyyat şöbə rəisi X1 təsdiq edə bilər. Ona bildirdilər ki, nömrə məsələsini sosial şəbəkələrdə onun qohumu yayıb. O, etiraz edərək bildirdi ki, qohumundan ona nə, axı o cəmi bu idarədən 400 manat əmək haqqı alıb ailəsini dolandırır. İdarə nömrəsini müavinin göstərişi ilə onun maşınına bağlamışdır. Bu cinayət olarsa, iddiaçının da məsuliyyəti olmalıdır. Məgər o bunu sosial şəbəkələrdə yayarmı??? Kimin kimlə davası varsa, iddiaçıya nə aidiyyatı var. Lakin ona bildirdilər ki, idarənin rəisi Ə.Babayev ondan şübhələndiyi üçün onun işdən çıxarılmağını göstəriş verib. Beləliklə yalandan rəsmiləşdirdilər ki, guya o, ## ######## 2025-ci il tarixdən ## ######## 2025-ci il tarixə kimi işdə olmamışdır. Halbuki, o hər gün işdə olmuş və tabeli imzalamışdır, şöbə rəisi də bunu imzalamışdır. Məhkəmədə dindirilərsə o, bunu təsdiq edə bilər. Buna görə iddiaçı Mediasiyaya müraciət edərək mediasiyadan keçdi. Cavabdeh təşkilat Mediasiyaya gəlmədi. Cavabdeh təşkilatın barəsində verdiyi ## ######## 2025-ci il tarixli *-**-*-*-**/*-***/**** saylı əmri qanunsuz və əsassızdır. Cavabdeh təşkilat onun işdən çıxarmaya dair əmrində Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə istinad etməklə xitam vermişdir. İddiaçı əmrdən başa düşə bilmir ki, o, hansı gün işdə olmamışdır və hansı gün işdə olmamağına görə işdən azad olunmuşdur. Qanunun tələbinə görə həmkarlar təşkilatının protokolu deyil, qərarı əsasında o işdən azad oluna bilər. Əmrdə isə protokol göstərilmişdir. Göründüyü kimi, sifarişli əsasla işdən çıxarılarkən həmkarlardan qərar belə alınmayıb. həmkarlara verilən təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilməlidir. Həmkarlar iddiaçını çağırmadığından və onun iştirakı olmadan bu qanunsuz məsələni əgər araşdırmışdırsa belə, bu müvafiq əsaslandırma sənədləri nə olan sənədlərdir iddiaçı bilmir. Qanundan görünür ki, əgər o həqiqətən də ##.##.2025-dən ##.##.2025-ci il tarixədək işdə olmamışdırsa, bu 18 günə görə təqdimat məntiqlə ##.##.2025ci il tarixdən sonra verilmişdir. 20 və ## ######## 2025-ci il tarixlər şənbə və bazar günləri olmuşdur. Deməli, bu saxta təqdimat guya ##.##.2025-ci il tarixdə həmkarlara verilib. İddiaçı isə ##.##.2025-ci il tarixdə saat 9.30-da kadrlar şöbəsinə çağırılmışdır və həmin vaxt da bildiriblər ki, idarənin rəisi bildirir sən işdən çıxmalısan. Burada belə bir sual ortaya çıxır. İşəgötürən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatını nə vaxt vermiş, təqdimata müvafiq hansı əsaslandırma sənədləri əlavə etmiş, Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını nə vaxt qəbul etmiş və işəgötürənə təqdim etmişdir? Halbuki, qərar qəbul olunarkən bunun araşdırılması və iddiaçının iştirakı ilə bağlı hansısa vaxt lazımdır. Onun işdən çıxarılmağı ilə bağlı sənədləşdirmə işləri də saxta tərtib olunmuşdur. Ona həmkarlar təşkilatı tərəfindən heç bir məlumat verilməmiş, qərar qəbul olunmayıb, əgər qərar qəbul olunmuşdursa o iştirak edib fikrini belə bildirməliydi. Belə bir hal isə olmamışdır. Guya onun işdə olmamağı heç yerdə müzakirə olunmamışdır. Olunmuşdursa, sübut təqdim etsinlər. İddiaçının işdən çıxma barədə əmrində Əmək Məcəlləsinin 84-cü maddəsinin "əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər" ilə bağlı məlumat göstərilməmişdir. Belə ki, həmin hissədə ƏM-nin 80.2-ci maddəsinə görə həmkarlar təşkilatının yazılı qərarı kimi nəzərdə tutulmuş rəsmi sənəd əmrə əlavə edilməmişdir. İddiaçı barəsində cavabdeh tərəfindən intizam tənbehlərindən heç biri tətbiq edilmədən, yalnız işdən çıxarılma tətbiq edilmişdir. Bu da bir daha ona sübutdur ki, cavabdeh təşklilat ona qarşı qərəzli olmuş və sadəcə rəhbərin göstərişi ilə onun işdən çıxarma sifarişi icra olunmuşdur.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki: - İddiaçı İddiaçı ilə X11 Sistemlərinin İstismarı İdarəsi arasında bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı avtomobil sürücüsü vəzifəsinə müddətsiz işə qəbul edilmiş, işçinin iş saatlarının saat 09:00-dan başlanması və 18:00-da qurtarması, gündə 8 saat, həftədə isə 40 saatdan çox olmayaraq iş saatı müəyyənedilmişdir; - Biləsuvar SMİİ-nin baş mühəndisi, nəqliyyat şöbə rəisi, nəqliyyat şöbəsinin dispetçeri, nəqliyyat şöbəsinin mexaniki, mühərrikli nəqliyyat vasitələri üzrə mexanikinin imzaladığı ##.##.2025-ci il tarixli Akta əsasən, idarənin balansında olan Hyundai İX35 markalı **AA*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı avtomaşın ##.##.2025-ci il tarixdə saat 09:00-da əraziyə çıxmışdır. İş zamanı ərazidə surətlər qutusu sıradan çıxdığı üçün idarənin avtoparkına gətirilmişdir; - Biləsuvar SMİİ-nin baş mühəndisi, nəqliyyat şöbə rəisi, nəqliyyat şöbəsinin dispetçeri, nəqliyyat şöbəsinin mexaniki, mühərrikli nəqliyyat vasitələri üzrə mexanikinin imzaladığı ##.##.2025-ci il tarixli Qüsur aktına əsasən, Hyundai İX35 markalı, **AA*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı avtomaşına baxış keçirilmişdir. Baxış zamanı adları qeyd edilən ehtiyat hissələrinin yararsız hala düşdüyü və yenisi ilə əvəz edilməsinə ehtiyac olduğu müəyyən edilmişdir; - Biləsuvar SMSİİ-nin Nəqliyyat şöbəsinin rəisi, Nəqliyyat şöbəsinin mexaniki və Dispetçer tərəfindən imzalanan ##.##.2025-ci il tarixli akt ilə onlar təsdiq edirlər ki, idarənin balansında olan “Hyundai ix-35” markalı **AA*** dövlət nömrə nişanlı avtomobilin surətlər qutusu sıradan çıxdığından Biləsuvar şəhərində yerləşən avtoservislərdən birində mütəxəssis tərəfindən baxış keçirilmişdir. Mütəxəssisin verdiyi rəyə əsasən surətlər qutusunda yağın olmaması və surətlər qutusunun yağının dəyişilməsi üçün tıxac boltunun yarım açıq vəziyyətdə olduğu müəyyən olunmuşdur. Belə ki, avtomobil sürücü İddiaçı tərəfindən rayon ərazisində idarə olunarkən surətlər qutusunda nasazlıq yaranmışdır. Sürücü tərəfindən maşının saz vəziyyətdə saxlanılmasına səhlənkar yanaşması bilərəkdən surətlər qutusunun tıxac boltunu yarım açıq vəziyyətdə saxlamasına, bununla da qutuda olan yağın tamamilə boşalmasına və sıradan çıxmasına şərait yaratmışdır. Bilərəkdən idarənin əmlakına 3500 manat civarında ziyan vurmuşdur; - İddiaçı izahatında qeyd etmişdir ki, “idarənin xidməti maşını **AA*** dövlət nömrə nişanlı avtomobili idarə edirdim. Avtomobil yararsız hala düşdüyü üçün mən mənə verilən tapşırığa əsasən **AA*** dövlət nömrə nişanı şəxsi maşına bağlayaraq bir neçə dəfə yanacaq doldurma məntəqəsində yanacaq götürmüşdüm. Sonuncu dəfə məni avtomaşınla birlikdə çəkmişdilər. Bu vidonun çəkilməsindən, paylaşılmasından mənim xəbərim yoxdur. Biləsuvar Rayon Polis İdarəsindən çağırılandan sonra Elsevər müəllim şəxsi avtomaşınına benzin vurulması anını bildim. Həmin vaxt öyrəndim ki, çəkiliş aparan şəxs Kazım İbişovdur. Sonradan həmin çəkilişi mənim mobil telefonuma atmışdılar. Mən baxdıqdan sonra onu gördüm həmin çəkilişi mən dərhal sildim. Mən həmin çəkilişi heç kimə göndərməmişəm və yaymamışam. İzahata başqa əlavəm yoxdur. Doğrudur, izahatıma təsdiq edərək şəxsiyyət vəsiqəmi əlavə edirəm”; - İddiaçı ##.##.2025-ci il tarixli izahatında qeyd edilmişdir ki, mənə verilən şifahi suallara cavab olaraq bildirirəm ki, 2021-ci ildən hazırkı vaxta qədər təşkilatda sürücü vəzifəsində işləyirəm. Rəis müavini E.Həsənov xidməti Hyundai İX35 markalı **AA*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən avtomobilin surətlər qutusu nasaz olduğundan işləmir. Avtomobili idarə edərkən karopka vurdu və qoşqu vasitəsilə idarəyə gətirdik və müəllim özü də bilirdi ki, karopka qızdırır. Özü də minib sürmüşdü. Deyirdi düzəldərik, həmin avtomobilin sürücüsü kimi və surətlər qutusunun şupu olmadığından yağın azalmasını müşahidə edə bilməmişəm. # ######## 2025ci il tarixdən hazırkı vaxta qədər gündəlik işə gəlmişəm, davamiyyətə imza etmişəm və saat 11 də taksi ilə evə getmişəm günün ikinci yarısı işə gəlməmişəm. Əmək qanunlarının tələbləri baxımından mənim hərəkətlərim düzgün deyil. Lakin nəzərə almağınızı xahiş edirəm. İzahata başqa əlavəm yoxdur. İzahatı imzam ilə təsdiq edirəm; - Biləsuvar SMSİİ-nin ilk həmkarlar təşkilatının Elanı ilə ##.##.2025-ci il tarixdə saat 10:00-a təyin edilmiş, Biləsuvar SMSİİ-nin İlk Həmkarlar İttifaqı Komitəsinin ##.##.2025-ci il tarixli ** №-li protokolu ilə idarənin sürücüsü İddiaçı və qardaşı – ** nömrəli nasos stansiyada maşinist işləyən X10 barəsində tərtib edilmiş akt, təqdimatlar və bütün sənədlərin nəzərə alınması, bu işçilərin əmək intizamını kobud şəkildə pozmasının qeyd edilməsi və onların ##.##.2025-ci il tarixdən AR ƏM 70 maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilməsi qərara alınmışdır; - Cavabdeh PHŞ X11 Sistemlərinin İstismarı İdarəsinin ##.##.2025-ci il tarixli əmrinə əsasən, Cavabdeh publik hüquqi şəxsin X11 Sistemlərinin İstismarı İdarəsinin Nəqliyyat şöbəsində sürücü və fəhlə heyətində avtomobil sürücüsü-minik maşını sürücüsü İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixli Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmr edilmişdir. Belə ki, o, AR ƏM-nin 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulduğu kimi ##.##.2025-ci il tarixdən-##.##.2025-ci il tarixədək üzrlü səbəb olmadan bütün iş günləri ərzində işdə olmamış və ƏM-nin 72-ci maddəsinin “c” bəndində nəzərdə tutulduğu kimi İdarəyə 3500 manat maddi ziyan vurmuşdur. ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş və məzuniyyətə görə 21 təqvim günü pul əvəzinin ödənilməsi, İqtisadiyyat və uçot şöbəsi, Hüquq və insan resursları şöbəsinə bu əmrdən irəli gələn zəruri məsələlərin həll olunmasını təmin etmələri əmr edilmişdir; - Biləsuvar rayon prokurorunun köməkçisi, R X2 ##.##.2025-ci il tarixli qərarından görünür ki, **C-** saylı material üzrə cinayət işinin başlanması cinayət hadisəsi olmadığından rədd edilməsi qərara alınmışdır; - Biləsuvar * saylı Mediasiya təşkilatının ##.##.2025-ci il tarixli MŞB/MT***-****-***** nömrəli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışına əsasən, iddiaçı İMSdə iştirak etmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı 50 manat İMS xərci və 10 manat rabitə xərcini ödəmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2, 11, 68, 70, 71, 72, 80, 84, 186, 297; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə; “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2006-cı il tarixli qərarına; «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunun 100-cü maddəsinə istinadən qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri mövcud olmuş, iddiaçı İddiaçı Cavabdeh PHŞ-nin X11 Sistemlərinin İstismarı İdarəsinin Nəqliyyat şöbəsində Hyundai İX-35 markalı **AA*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü (4-cü dərəcə) vəzifəsində işləmişdir. X11 Sistemlərinin İstismarı İdarəsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinin strukturuna daxil olan və hüquqi şəxs olmayan idarədir. Əmək müqaviləsinin ləğv edilməsi barədə ##.##.2025-ci il tarixli əmr ilə müəyyən edilir ki, İddiaçı əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas müəyyən edilmişdir: 1) ##.##.2025-ci il tarixdən-##.##.2025-ci il tarixədək üzrlü səbəb olmadan bütün iş günləri ərzində işdə olmaması və 2) idarəyə 3500 manat məbləğində maddi ziyan vurması. İddiaçı İddiaçı Hyundai İX-35 markalı **AA*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü vəzifəsində işləyən zaman həmin avtomaşının surətlər qutusu yarasız hala düşmüşdür. ##.##.2025-ci il tarixdə həmin hal aktlaşdırılmış və avtomobil idarənin avtoparkına aparılmışdır. ##.##.2025-ci il tarixli Qüsur aktı və ##.##.2025-ci il tarixli akt tərtib olunmuş, avtomobilin surətlər qutusunun yararsızlığı təsdiqlənmiş, surətlər qutusunun tıxac boltunu yarım açıq vəziyyətdə olması və yağın axması surətlər qutusunun yararsız hala düşməsinə səbəb olmuş, belə olan halda idarənin əmlakına 3500 manat civarında ziyan dəymişdir. Qeyd olunan məsələ ilə bağlı həmin avtomobilin sürücüsü - iddiaçı İddiaçı izahatında bildirmişdir ki, surətlər qutusunun şupu olmadığından yağın azalmasını müşahidə edə bilməmişdir. Rəis müavini E.Həsənov isə bundan xəbərdar olmuş və “düzəldərik” demişdir. Daha sonra Hyundai İX-35 markalı **AA*** dövlət nömrə nişanlı avtomobilin nömrəsi çıxarılaraq rəis müavini E.Həsənovun “Mercedes-Benz” markalı şəxsi avtomobilinə yerləşdirilmişdir. Məqsəd həmin nömrə nişanına məxsus avtomobilə benzin kartı ilə yanacaq vurmaq olmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə ##.##.2025-ci il tarixli qərara əsasən müəyyən edilir ki, sonuncu dəfə yanacaq vurulan zaman İddiaçı qardaşı X10 tərəfindən onun video görüntüsü çəkilmişdir. Ona (X10) qaynı (İbişov Kazım Əzizağa oğlu) video görüntüsünü çəkməsini istəmişdir. İbişov Kazım Əzizağa oğlu izahatında X4 ilə aralarında ədavət və düşmənçilik münasibəti yarandığını bildirmişdir. Aparılmış araşdırma nəticəsində X10 və İbişov Kazım Əzizağa oğlunun avtomobilin videogörüntüsünün çəkilməsi və “Tiktok” sosial şəbəkəsində yayılması əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsində nəzərdə tutulmuş şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması cinayətinin tərkib əlamətləri müəyyən edilməmişdir. 27. İddiaçı İddiaçı öz izahatında avtomobilin sürücüsü kimi surətlər qutusunun şupu olmadığından yağın azalmasını müşahidə edə bilmədiyini etiraf etmişdir. Belə olan halda avtomobilin texniki sazlığı üçün tədbir görməli olduğunu da qəbul etmiş, lakin öz öhdəliklərini lazımınca icra etməmişdir. İş materiallarında olan aktlar ilə təsdiq edilmişdir ki, iddiaçı İddiaçı sentyabr ayının 1, 2, 3, 4, 5, 8, 9, 10, 11, 12, 15, 16, 17, 18, 19 tarixlərində işə gəlmiş tabelə qol çəkmiş, saat 10:00-12:00 radələrində iş yerini tərk etmiş, günün ikinci yarısında işdə olmamışdır. İddiaçı İddiaçı ##.##.2025-ci il tarixli izahatında # ######## 2025-ci il tarixdən hazırkı vaxta qədər gündəlik işə gəldiyini, davamiyyətə imza etdiyini və saat 11də taksi ilə evə getdiyini günün ikinci yarısı işə gəlmədiyini, əmək qanunlarının tələbləri baxımından hərəkətlərinin düzgün olmadığını, lakin nəzərə alınmasını xahiş etmişdir (Məhkəmə iclasında izahatların onun tərəfindən, hədəqorxu və s. olmadan yazıldığını bildirmişdir). İddiaçı öz izahatında əmək qanunvericiliyinin tələblərini pozuduğunu etiraf etmişdir. Belə ki, iddiaçı saat 11 radələrində evə getməsini inkar etməmiş və bu hərəkətinin qanun pozuntusu olduğunu bilmişdir. Halbuki, məhkəmə iclasında bildirmişdir ki, E.Həsənov ona gəlməməsini demiş, buna baxmayaraq iddiaçı işə gəlib, tabel cədvəlinə imzasını çəkib, sonra taksi ilə evə getmişdir. İddiaçı öz mülahizələrini (ona işə gəlməməsi barədə tapşırıq verildiyini) sübut edəcək heç bir dəlili, yazılı göstəriş, şahid ifadəsi və s. məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı heç bir hədə-qorxu olmadan izahatı yazdığını qeyd etsə də, izahatında E.Həsənovun ona işə gəlməməsini tapşırması barədə heç bir qeyd etməmiş, əksinə özünün əmək qanunvericiliyinə zidd hərəkət etdiyini və nəzərə alınmasını xahiş etmişdir. Öz hərəkətlərinin əmək qanunvericiliyinə zidd olduğunu bildiyi halda, saat 11 radələrində iş yerini tərk etmişdir. İddiaçı sonradan (iddia ərizəsi verildikdən sonra) öz yazdığı izahatına zidd ifadələr verərək, ona “gəlməməsi” barədə şifahi tapşırıq verilməsini demişdir ki, məhkəmə həmin mülahizələri əsaslı hesab etmir. İddiaçı ona Həmkarlar Təşkilatı tərəfindən məlumat verilmədiyini bildirsə də, iddia ərizəsində ##.##.2025-ci il tarixdə saat 09:30da çağırıldığını qeyd etmiş, həmçinin eyni gündə izahatı da alınmışdır. Bundan başqa, məhkəməyə Həmkarlar Təşkilatının ##.##.2025-ci il tarixli elanı, həmin elanın müəssisənin əmrlər və elanlar lövhəsinə vurulması barədə fotoşəkil təqdim edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, işdən çıxarılma məsələsinə baxılması barədə iddiaçı xəbərdar edilmiş, onun izahatı tələb edilmiş, iddiaçı izahatını yazmış və təqsirini etiraf etmişdir. Həmkarlar Təşkilatının iclasında işçinin iştirakının təmin olunması isə imperativ tələb kimi əmək qanunvericiliyində təsbit edilməmişdir. İddiaçının “əmək müqaviləsinin ləğv edilməsi haqqında əmr”də Biləsuvar SMSİİ-nin İlk Həmkarlar İttifaqı Komitəsinin ##.##.2025-ci il tarixli ** nömrəli protokoluna istinad edilməsi, lakin qərara istinad edilməməsi barədə dəlilinə münasibətdə məhkəmə hesab edir ki, qeyd olunan əsas əmrin ləğvi üçün əsas deyil. Qeyd olunan protokol məhkəməyə təqdim edilmiş və protokolda iclasın nəticəsi, yəni iclasda alınan qərar qeyd edilmişdir. İşçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilməzdən əvvəl həmkarlar ittifaqı orqanının razılığı alınmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan dəlilləri əsassızdır. Məhkəmə qeyd edir ki, iddiaçının tabeli imzalaması iş üzrə mübahisəsiz məsələdir. Cavabdeh tərəfindən həmin məsələyə etiraz bildirilməmişdir. Lakin iddiaçının iş yerini özbaşına tərk etməsi və bunu edərkən öz hərəkətlərinin pozuntu olmasını bilməsi işçinin iş vaxtı ərzində iş yerində olmadığı, əmək funksiyalarını yerinə yetirmədiyi, əmək müqaviləsinin və əmək qanunvericiliyinin tələblərini pozduğu qənaətinə gəlməyə əsas verir. Bundan başqa, əmək müqaviləsinin ləğv edilməsinə səbəb təkcə işçinin davamlı iş yerini özbaşına tərk etməsi deyil, həm də ona təhkim edilmiş avtomobilin yararsız hala düşməsi və müəssisəyə maddi ziyan dəyməsi olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı sadəcə bir gün deyil, davamlı olaraq əmək intizamını pozmuş və əmək münasibətlərinin obyektiv olaraq həyata keçirilməsini mümkünsüz hala gətirmişdir. Faktiki olaraq əmək funksiyalarını icra etməmişdir. İddiaçının sürdüyü avtomobilin yararsız vəziyyətdə olması, iddiaçının iş yerini özbaşına tərk etməsi üçün əsas deyil. Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin formal və əsassız mülahizələrə söykənməklə ləğv edilməsi yolverilməzdir və işəgötürənin hüquqlarının əsassız pozulmasına səbəb olmamalıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddiasının təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət Azərbaycan Respubliklası Konstitusiyasının 60.1-cı və 71.1-ci maddələrinə; İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə; İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsi 1-ci bəndinə; Avropa İnsan Hüquqları Məhkəməsi" Mahmudov Rusiyaya qarşı" iş üzrə ## #### 2007-ci il tarixli qərarına; Mülki Prosessual Məcəllənin 8.1, 218.1-ci maddələrinə istinadən onunla əsaslandırılmışdır ki, X9 Sistemlərinin İstismarı İdarəsində sürücü işləmiş və idarədə **AA*** markalı idarə etdiyi avtomobillə idarədə müavin olan Elsevər Həsənovun xidmətində olmuşdur. 2025-ci ilin may ayının axırlarında avtomaşının surətlər qutusu xarab oldu. Müavin E.Həsənov ona bildirdi ki, tenderə vermişlər. Təzə karobka gələnə kimi onu şəxsi Mersedesi ilə gəzdirməli idi.O da müavini ona məxsus Mersedeslə gəzdirdi. Bir neçə gün sonra E.Həsənov **AA*** markalı avtomobilin dövlət nömrə nişanını çıxarıb onun idarə etdiyi Mersedes markalı avtomobilə bağlasın. Belə ki, yanacaqdoldurma məntəqəsində idarənin benzinin yalnız idarə nömrəsinə əsasən verirdilər. O da rəhbərinin göstərişinə əməl etdi. Bir müddət sonra yəni 2025-ci ilin iyul ayının 24-25-də sosial şəbəkələrində idarə maşının nömrəsinin şəxsi maşına bağlanmasına görə videogörüntülər yayıldı. Belə ki, X6 idarənin müdiri Ədalət Babayevin yaxın qohumu olduğundan və bəzi idarə işçilərini Ədalət Babayev işdən çıxardığı üçün narazı qalan adamlar bu görüntüləri yaymışdılar. Bu hadisədən sonra Elsevər Həsənov ondan da şübhələnməklə artıq onu Mersedesi ilə gəzdirməməsini bildirərək, gündə işə gəlməsini bildirdi. O hər gün işə gəlib gedir və tabeli imzalayırdı. Ona qaraj müdiri bildirirdi ki, hələ tender olmayıb və idarə etdiyi maşın təmirini gözləyir. 2025-ci ilin ######## ##-də ona işə çağıraraq bildirdilər ki, guya o, işdə olmamış və 2025-ci ilin may ayında xarab olmuş avtomobilə zərər vurduğuna görə işdən azad olunur. Bununla bağlı o, məhkəmədə iddia qaldırdı. 1-si, iddia ərizəsindən, məhkəmə iclasında toplanmış sübutlardan və qətnamədən də görmək olur ki, o, məhz əmrdə göstərilənlərə görə deyil, məhz sürücüsü olduğu idarə müavinin avtomobilə idarənin nömrəsini həmin müavin bağladığından və bunun sosial şəbəkələrdə yayımlandığına görə o və qardaşı Calal Əliyev qərəzli olaraq işdən çıxarılmışlar. 2-si, Məhkəmə qətnamədə onun iddiasını, prokurorluğun qərarını və uzun uzadı qanunvericilik maddələrini sadalamış və sonda bir cümlə ilə göstərmişdir ki, iddia əsassızdır ??? Halbuki, məhkəmə bunları araşdırmalı idi. 3-sü, onun işdən çıxarılma əmrinin əsas faktorlarından biri kimi, guya idarə etdiyi avtomobilə 3500 manat zərər vurduğu göstərilir.??? Məhkəmə də bunu təsdiq edir. Cavabdehin verdiyi etiraza görə bunu araşdıraq. İş materiallarında cavabdeh tərəfin (onun deyil) verdiyi sənədlərdən görünür ki, idarə etdiyi avtomobil ## ### 2025-ci ildə xarab olduğundan idarənin avtoparkına gətirilmiş və bununla bağlı idarə həmin tarixdə Akt tərtib etmişdir. Daha sonra, yəni 6 gün sonra, ## #### 2025-ci ildə idarədə avtomobilə baxış keçirilmiş və həmin tarixdə Qüsur Akltı tərtib olunmuşdur. Həmin Aktda göstərilmişdir ki, 2011-ci il buraxılışlı HYUNDAYİ İX-35 markal **AA*** nömrə nişanlı avtomobilin sürətlər qutusu yararsız hala düşdüyündən yenisi ilə əvəz edilməlidir. Bundan sonra avtomobil onda olmamış və idarənin qarajında saxlanılmışdır. Avtomobil onun səlahiyyətində olmadığı 1 ay 25 gün sonra isə, yəni ## #### 2025-ci il tarixdə saxta bir mütəxəssis rəyi adı altında bir sənəd alınır ki, guya 2 aydan sonra müəyyən olunub ki, sürətlər qutusunda yağ yoxdur və yağın dəyişməsi üçün bolt yarımçıq olduğundan yağ yoxa çıxıb və buna görə də qutu sıradan çıxıb ???? Bəli, məhz bu saxta sənədlə onun günahı sübuta yetir. Bunu cavabdeh təşkilat tərtib edə bilər, lakin məhkəmənin bunu təsdiq etməsi absurddur. Əvvəla, bu mütəxəssisin səlahiyyətini kim təsdiq edib? bu mütəxəssis avtomobilə baxanda onu niyə cəlb etməyiblər? qutudakı boltu kim açıb? ümumiyyətlə qutuda yağ olub-olmayıb? qarajda 2 ay saxlanılan avtomobilə onun nə cavabdehliyi var? məgər məhkəmə bunları araşdırmalı deyilmi???? Əmrdə göstərilir ki, guya o, 3500 manat idarəyə ziyan vurmuşdur??? Məhkəmə də bunu təsdiqləyir. Bu 3500 manatı kim müəyyən edib, hansı normativlə, hansı qanunla??? İdarə yazsaydı ki, o, idarəyə 1 milyon manat ziyan vurmuşdur, məhkəmə bunu təsdiq etməliydimi???? Bəs onda məhkəmə nəyə lazımdır ????? Çox təəsüfflər olsun ki, məhkəmə ilkin andan saxta əmri qanuniləşdirməklə məşğul olmuşdur. 4-sü, əmrdə göstərilir ki, guya o, ## ######## 2025-ci il tarixdən ## ######## 2025-ci il tarixə kimi işdə olmamışdır. Halbuki o, hər gün işdə olmuş və tabeli imzalamışdır və şöbə rəisi də bunu imzalamışdır. Məhkəmədə dindirilərsə o, bunu təsdiq edə bilər. Məhkəmə bu faktı da təsdiqləyir. Normal məntiqlə belə bir sual ortaya çıxır. Əmək qanunvericiliyinə görə işçi 1 iş günü üzrsüz səbəbdən işdə olmasa o, işdən çıxarıla bilər. Bu işdə guya olmadığı 19 gün idarə nəyi gözləyirdi??? Bu 19 günün birində idarə onu çağırıb soruşmalıydı ki, ölmüsən, itmisən və ümumiyyətlə haradasan? İdarəni başa düşür, saxta akt tərtib edir. Lakin məhkəmənin bu xüsusatını araşdırmamasını başa düşə bilmir!!!! 5-ci, əmrdə göstərilir ki, həmkarlar təşkilatının ## ######## 2025-ci il tarixli ** saylı protokolu əmrə əlavə edilmişdir. Əvvəla Əmək Məcəlləsinin 80.2-ci maddəsinə görə Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi qanun tələbinə görə həmkarlar təşkilatının protokolu deyil, qərarı əsasında o, işdən azad oluna bilər. Əmrdə isə protokol göstərilmişdir??? Göründüyü kimi sifarişli əsasla o, işdən çıxarılarkən həmkarlardan qərar belə alınmayıb. Məhkəmədə bu məsələnin araşdırılmasını tələb etsə də, əhəmiyyəti olmadı. O, hesab edir ki, məhkəmə protokoldan qərarın fərqini bilməyə bilməz. ???? Göründüyü kimi, onun işdən çıxarılmağı ilə bağlı sənədləşdirmə işləri də saxta tərtib olunmuşdur. Hesab edir ki, məhkəmə araşdırmadan əsassız, qanunsuz və absurd qərar qəbul etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə və iddia ərizəsinə etiraz etdiyini bildirmiş, iddiaçının sərbəst şəkildə özünün izahat yazdığını və öz əməlini etiraf etdiyini, bundan əlavə mübahisənin barışıq yolu ilə həlli istiqəmətində cavabdeh tərəfindən hər hansı addım atılmadığını qeyd etmişdir.
6. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətini müdafiə etmiş, şikayətin dəlillərinə uyğun izahat vermiş, mübahisənin barışıq yolu ilə həll edilməsində maraqlı olduqlarını qeyd etmişdir. İddiaçı tərəf qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya baxışının hədləri
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 11. “b” . Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək Əmək müqaviləsi üzrə işəgötürənin əsas hüquqlarındandır. 68. 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70. “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71.2. 2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; 80. 1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir. 80. 2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
10. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
11. Əmək müqaviləsinin ləğv edilməsi barədə ##.##.2025-ci il tarixli əmr ilə müəyyən edilir ki, İddiaçı əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas - 1) ##.##.2025-ci il tarixdən- ##.##.2025-ci il tarixədək üzrlü səbəb olmadan bütün iş günləri ərzində işdə olmaması və 2) idarəyə 3500 manat məbləğində maddi ziyan vurması halı müəyyən edilmişdir.
12. İş materiallarında olan aktlar ilə təsdiq edilmişdir ki, iddiaçı İddiaçı sentyabr ayının 1, 2, 3, 4, 5, 8, 9, 10, 11, 12, 15, 16, 17, 18, 19 tarixlərində işə gəlmiş tabelə qol çəkmiş, saat 10:00-12:00 radələrində iş yerini tərk etmiş, günün ikinci yarısında işdə olmamışdır. İddiaçı İddiaçı ##.##.2025-ci il tarixli izahatında # ######## 2025-ci il tarixdən hazırkı vaxta qədər gündəlik işə gəldiyini, davamiyyətə imza etdiyini və saat 11-də taksi ilə evə getdiyini günün ikinci yarısı işə gəlmədiyini, əmək qanunlarının tələbləri baxımından hərəkətlərinin düzgün olmadığını, lakin nəzərə alınmasını xahiş etmişdir.
13. İddiaçı İddiaçı Hyundai İX-35 markalı **AA*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü vəzifəsində işləyən zaman həmin avtomaşının surətlər qutusu yarasız hala düşmüşdür. ##.##.2025-ci il tarixdə həmin hal aktlaşdırılmış və avtomobil idarənin avtoparkına aparılmışdır. ##.##.2025-ci il tarixli Qüsur aktı və ##.##.2025-ci il tarixli akt tərtib olunmuş, avtomobilin surətlər qutusunun yararsızlığı təsdiqlənmiş, surətlər qutusunun tıxac boltunu yarım açıq vəziyyətdə olması və yağın axması surətlər qutusunun yararsız hala düşməsinə səbəb olmuş, belə olan halda idarənin əmlakına 3500 manat civarında ziyan dəydiyi qeyd edilmişdir. Qeyd olunan məsələ ilə bağlı həmin avtomobilin sürücüsü - iddiaçı İddiaçı izahatında bildirmişdir ki, surətlər qutusunun şupu olmadığından yağın azalmasını müşahidə edə bilməmişdir. Rəis müavini E.Həsənov isə bundan xəbərdar olmuş və “düzəldərik” demişdir. Daha sonra Hyundai İX-35 markalı **AA*** dövlət nömrə nişanlı avtomobilin nömrəsi çıxarılaraq rəis müavini E.Həsənovun “Mercedes-Benz” markalı şəxsi avtomobilinə yerləşdirilmişdir. Məqsəd həmin nömrə nişanına məxsus avtomobilə benzin kartı ilə yanacaq vurmaq olmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə ##.##.2025-ci il tarixli qərara əsasən, sonuncu dəfə yanacaq vurulan zaman İddiaçı qardaşı X10 tərəfindən onun video görüntüsü çəkilmişdir. Ona (X10) qaynı (İbişov Kazım Əzizağa oğlu) video görüntüsünü çəkməsini istəmişdir. İbişov Kazım Əzizağa oğlu izahatında X4 ilə aralarında ədavət və düşmənçilik münasibəti yarandığını bildirmişdir. Aparılmış araşdırma nəticəsində X10 və İbişov Kazım Əzizağa oğlunun avtomobilin videogörüntüsünün çəkilməsi və “Tiktok” sosial şəbəkəsində yayılması əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsində nəzərdə tutulmuş şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması cinayətinin tərkib əlamətləri müəyyən edilməmişdir. İddiaçı İddiaçı öz izahatında avtomobilin sürücüsü kimi surətlər qutusunun şupu olmadığından yağın azalmasını müşahidə edə bilmədiyini etiraf etmişdir. Belə olan halda avtomobilin texniki sazlığı üçün tədbir görməli olduğunu da qəbul etmiş, lakin öz öhdəliklərini lazımınca icra etməmişdir.
14. Belə olan halda işdən azad etmənin qanuniliyini və əsaslılığını şübhə altına alan hər hansı əsas müəyyən edilmir, əmr Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad edilməklə və işçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilməzdən əvvəl həmkarlar ittifaqı orqanının razılığı alınmaqla, səlahiyyətli şəxs tərəfindən və müəyyən olunmuş qaydalara uyğun verilmişdir. Həmkarlar ittifaqı orqanının razılığı isə iclas protokolunun qərarı ilə təsdiq edilmişdir. Ümumiyyətlə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən qiymət verilən halları iddiaçı sual altında sadalamaqla faktları təkzib edən sübutlar və ya onların təmin edilməsinə yönəlik vəsatətləri birinci instansiya məhkəməsinə təqdim etməmişdir.
15. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarına istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və subyektiv mülahizə səciyyəsi daşıyan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron Məhkəmə” İnformasiya Sistemi ) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.