Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1408/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı evə köçürmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdehla ##.##.2019-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahdan ##.##.2020-ci il təvəllüdlü Murad adlı uşağı var. Tərəflərin nikahı Səbail rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə pozulmuşdur.
2. Ailə qurduqdan sonra tərəflər 1983-cü ildən cavabdehin valideynlərinə məxsus Bakı şəhəri, Səbail rayonu, L.Babayev küçəsində yerləşən ö/t * saylı evdə yaşamışlar.
3. Iddiaçı qeyd olunan mənzilə gəlin köçdüyünü, yaşamağa başqa yerinin olmadığını, cavabdehin qohumları ilə birlkdə onu həmin mənzildən qovduğunu, hətta uşaq anadan olanda valideynlərinin evində olduğunu bilirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciə etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı evə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Səbail rayonu, L.Babayev küçəsi, ev ö/t 1 adlanan ərazidə yerləşən yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Cavabdeh ilə ##.##.2019-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşdur, həmin nikahdan ##.##.2020-ci il tarixdə X2 adlı uşağı anadan olmuşdur. Cavabdeh Cavabdeh heç bir əsaslı səbəb olmadan bir müddətdir ki, birgə yaşaya bilmirlər, qohumları ilə birlikdə onu evdən qovmuşlar, o, məcbur olub valideynləri ilə bir yerdə yaşayır. Hətta uşaq anadan olanda o, valideynlərinin evində olmuşdur, uşağın doğulmasının xərcləri belə onun qohumları tərəfindən çəkilmiş, həyat yoldaşı tərəfindən heç bir köməklik olunmamışdır. Ona edilən müraciətlərə reaksiya vermir və uşağın təminatında iştirak etməkdən yayınır. Yaşamağa da başqa yerləri yoxdur. Qeyd olunan mənzilə gəlin köçmüşdür. Odur ki, o, azyaşlı uşağı ilə birlikdə həmin mənzilə köçürülməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı onun Bakı şəhəri, Səbail rayonu, L.Babayev küçəsi, ev ö/t 1 adlanan ərazidə yerləşən yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh Cavabdeh iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, L.Babayev küçəsi, ev ö/t 1 adlanan ərazidə yerləşən ev onun valideynləri tərəfindən 1983-cü ildə tikilmişdir. Həmin ev qanunsuz tikili hesab etdiyinə görə ev üzərində mülkiyyət hüququna dair çıxarış əldə edilməmişdir. Iddiaçı İddiaçı iddia ərizəsində Ailə Məcəlləsinin 32.1-ci maddəsinə və Mülki Məcəllənin 225.1-ci maddəsinə əsassəz istinad edərək və məhkəməyə yalan məlumat verərək göstərmişdir ki, guya həmin evi onlar birgə nikah dövründə əldə etmişlər və onların birgə mülkiyyəti hesab edilməlidir. Əslində isə həmin evin ona və iddiaçıya heç bir aidiyyəti yoxdur. Həmin ev 40 ildən çoxdur ki, valideynlərinə məxsusdur. Onlar rəsmi nikaha 2019-cu ildə daxil olmuşlar və normal ailə kimi bir evdə təxmini 6 ay yaşamışlar. Həmin nikahdan 2020-ci il təvəllüdlü övladı dünyaya gələrkən iddiaçı artıq onunla bir evdə yaşamırdı. Onların normal ailə münasibətləri iddiaçının özünün də etiraf etdiyi kimi qısa müddətli olmuşdur. Hal-hazırda aralarındakı nikahın pozulması barədə iddia tələbinə Səbail rayon Məhkəməsində baxılır və iş üzrə yekun məhkəmə prosesi (verilmiş 3 aylıq müddəti bitir) ##.##.2026-cı il tarixə təyin edilmişdir. Əlavə olaraq qeyd edir ki, 2 aydır aliment ödəyir. Onların nikahları məhkəmə qaydasında ləğv edildikdən sonra iddiaçının onun valideyni ilə də qohumluq münasibəti bitəcəkdir. Iddiaçının 5 ildən çoxdur ki, ayrı evdə yaşaması faktı bir daha onu sübut edir ki, onun valideynlərinə məxsus olan evə köçməsi zərurəti aradan qalxmışdır. 8.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdehla ##.##.2019-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahdan ##.##.2020-ci il təvəllüdlü Murad adlı uşağı var. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ailə qurduqdan sonra tərəflər 1983-cü ildən cavabdehin valideynlərinə məxsus Bakı şəhəri, Səbail rayonu, L.Babayev küçəsində yerləşən ö/t * saylı evdə yaşamışlar, 6 aydan sonra iddiaçı mübahisəli evi tərk edərək öz valideynlərinin evinə qayıtmışdır. 9.Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehlə ##.##.2019-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuş, həmin nikahdan ##.##.2020-ci il tarixdə X2 adlı uşağı anadan olmuşdur. Cavabdeh Cavabdeh heç bir əsaslı səbəb olmadan bir müddətdir ki, birgə yaşaya bilmirlər, qohumları ilə birlikdə onu evdən qovmuşlar, o, məcbur olub valideynləri ilə bir yerdə yaşayır. Hətta uşaq anadan olanda o, valideynlərinin evində olmuşdur, uşağın doğulmasının xərcləri belə onun qohumları tərəfindən çəkilmiş, həyat yoldaşı tərəfindən heç bir köməklik olunmamışdır. Cavabdehə edilən müraciətlərə reaksiya vermir və uşağın təminatında iştirak etməkdən yayınır. Yaşamağa da başqa yerləri yoxdur. Qeyd olunan mənzilə o, gəlin köçmüşdür. Bu səbəbdən iddiaçı onun Bakı şəhəri, Səbail rayonu, L.Babayev küçəsi, ev ö/t 1 adlanan ərazidə yerləşən yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Səbail rayonu, L.Babayev küçəsində yerləşən ö/t * saylı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və öz hüquqi statusuna görə özbaşına tikilidir.
11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli ev eyni zamanda fiziki obyekt kimi daşınmaz əşyadır və mübahisəli evin özbaşına tikili statusuna malik olması, həmin evdən istifadə etməsini məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Bununla belə, iddiaçının qaldırdığı iddianın əsaslı olması, yəni onun özbaşına tikili olsa da, mübahisəli evə köçməsinin hüquqi əsasının yaranması üçün həmin əmlakın cavabdehlə birgə nikah dövründə əldə edilməli olması müəyyən edilməlidir. Məhkəmə iclasında isə həmin əmlakın tərəflərin birgə nikahdan əvvəl cavabdehin valideynləri tərəfindən inşa edilməsi müəyyən edildiyindən, cavabdeh isə həmin evdə yalnız müəyyən müddətdə cavabdehin valideynləri ilə birlikdə yaşadığından, hazırda başqa yaşayış sahəsinə köçdüyündən məhkəmə iddiaçının tələblərini əsaslı hesab etməmişdir.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, hətta əmlak daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət kimi qeydiyyatdan keçsə idi belə, iddiaçının həmin mənzilə istifadə hüququ yarana bilməzdi. Çünki iddiaçı evin sahibinin ailə üzvü kimi qəbul edilə bilməzdi (Mənzil Məcəlləsinin 30-cü maddəsinin tələblərinə müvafiq).
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1, 152.3, 135.1, 135.2, 135.4-cü; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbayjan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli qərarı və Mülki Prosessual Məcəllənin 4.1, 4.2 və 216-220-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qətnаmə əsаssızdır, prоsessuаl və mаddi hüquq nоrmаlаrının pоzulmаsı ilə qəbul оlunmuşdur, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti оlаn işin bütün fаktiki hаllаrını аydınlаşdırmаmışdır. Məhkəmə qеyd оlunаn nоrmаlаrа (Mülki Məcəlləsinin 152.3-cü maddəsi) istinаd еdir, lаkin məsələni kökündən həl еtmir. Bеlə ki, mübаhisəli yаşаyış sаhəsinin hüquqmüəyyənеdici sənədi, yəni çıхаrışı оlmаdığındаn və еyni zаmаndа, qаnunvеriciliklə bеlə хаrаktеrli mübаhisələrin həlli məhkəmənin üzərinə bir vəzifə kimi qоyulduğundаn, Аzərbаycаn Rеspubliкаsı MPM-nin 13.4-cü mаddəsinin tələblərinə uyğun оlаrаq аnаlоji münаsibətləri tənzimləyən hüquq nоrmаlаrınа mürаciət оlunmаlıdır. Аzərbаycаn Rеspubliкаsı Аilə Məcəlləsinin 32.1-ci mаddəsinə əsаsən nikаh müddətində ər-аrvаdın əldə еtdikləri əmlаk оnlаrın ümumi birgə mülкiyyə sаyılır. Həmin Məcəllənin 32.2-ci mаddəsinə əsаsən ər-аrvаdın birgə mülkiyyətinə оnlаrın hər birinin əmək, sаhibkаrlıq, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. hаzırki iddiа tələbi cаvаbdеh Məmmədоv Еlşən Ilhаm оğlunun istifаdə və sаhibliyində оlаn mübаhisəli Bаkı şəhəri, Səbаil rаyоnu, L.Bаbаyеv küçəsi, еv.Ö/T1 аdlаnаn ərаzidə yеrləşən yаşаyış sаhəsinə hər hаnsı hüququn tаnınmаsı məqsədi ilə dеyil, mübаhisənin həll еdilməsində охşаr münаsibətləri tənzimləyən hüquq nоrmаsınа istinаd kimi qəbul еdilməlidir. Bеlə оlаn hаldа, iddiаçı Sаdıqоvа Kəmаlə Tаhir qızının hаzırkı iddiа tələbi ilə məhkəməyə mürаciət еtməsi əsаslı və hаqlıdır. Həmçinin, qеyd етmək lаzımdır ki, tərəflərin birgə nikаh dövründə həmin yаşаyış sаhəsində yахşılаşdırmа аpаrılаrаq еvin 2-ci mərtəbəsi inşа еdilmişdir. Bu bаrədə tərəfindən məhkəmə ümumiyyətlə hеç bir sübutlаrа hüquqi qiymət vеrməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
17. Iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 11.1.Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2.Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
19. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin
Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 25.Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində ehtiva edilən məhkəmə müdafiəsi hüququnun prosessual təminatını realizə edən mülki prosessual qanunvericilikdə göstərilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). 26.Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №*****/**, §282). 60.Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarını hazırkı münasibətlər üzrə tətbiq etməzdən öncə müqayisəli təhlil edərək müəyyən edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. O, da nəzərə alınmalıdır ki, məhkəməyə müraciət edən şəxsin iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə izahatı iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
27. Iş materiallarının tədqiqi ilə müəyyən olundu ki, mübahisəli Bakı şəhəri, Səbail rayonu, L.Babayev küçəsində yerləşən ö/t * saylı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və öz hüquqi statusuna görə özbaşına tikilidir.
28. Iddiaçı İddiaçı cavabdeh Cavabdehla ##.##.2019-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahdan ##.##.2020-ci il təvəllüdlü Murad adlı uşağı var. Tərəflər ailə qurduqdan sonra 1983-cü ildən cavabdehin valideynlərinə məxsus Bakı şəhəri, Səbail rayonu, L.Babayev küçəsində yerləşən ö/t * saylı evdə yaşamışlar, 6 aydan sonra iddiaçı mübahisəli evi tərk edərək öz valideynlərinin evinə qayıtmışdır. Səbail rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı 5 ildən çox müddətdir ki, mübahisə predmeti olan evdən qovulduğunu qeyd etmişdir.
29. Iddiaçın köçmək istədiyi ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bu hal həmin ev üzərində iddiaçının hazırkı məqamda əşya hüquqlarının (mülkiyyət, şəxsi servitut kimi mənzildən istifadə hüququ və s.) mövcudluğunu istisna edir. Mövcud vəziyyətdə xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmiş yaşayış sahəsindən istifadə hüququna dair anoloji normalar nəzərdən keçirilə bilər.
30. ## ####### 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
31. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
32. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mlkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
33. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbayjan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli qərarında şərh edilir ki, “...Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur.” - Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. - Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.
34. Hazırki işin halları baxımından müəyyən edilir ki, tərəflər arasında faktiki ailə münasibətləri 2020-ci ildən pozulmuş, ##.##.2019-cu il tarixdə nikaha daxil olduqdan 6 aydan sonra iddiaçı mübahisəli evi tərk edərək öz valideynlərinin yanına qayıtmışdır. Hazırkı işə birinci instasniya məhkəməsində baxılan zaman, tərəfər arasında nikahın pozulması baradə məhkəmə mübahisəsi birinci instansiya məhkəməsinin icraatında olmuş, tərəflərin nikahı Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə pozulmuşdur.
35. Digər tərəfdən iş materialları ilə müəyyən edilir ki, mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu, L.Babayev küçəsi, ev ö/t 1 adlanan ərazidə yerləşən ev onun valideynləri tərəfindən 1983-cü ildə tikilmişdir. Iddiaçı da iddia ərizəsində həmin evə gəlin köçdüyünü qeyd etmişdir. 36.Kollegiya qeyd edir ki, iddiaçı mübahisə predmeti olan evin sahibi, yəni cavabdehin valideynlərinin ailə üzvü olmadığından onun Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də yoxdur.
37. Iddiaçı apellyasiya şikayətində tərəflərin birgə nikаh dövründə həmin yаşаyış sаhəsində yахşılаşdırmа аpаrılаrаq еvin 2-ci mərtəbəsi inşа edildiyini iddia etsə də bunu təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmiş, eyni zamanda bu hala işə birinci instansiya məhkəməsində baxılan zaman istinad etməmişdir.
38. Halbuki, MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 39.Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 40.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov