Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1440/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair ilk, Iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, mənzilə köçürülmə, çıxarışın etibarsız hesab edilməsi ) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Ilk iddia üzrə cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili nümayəndə1 iştirakları ilə, Işin halları
1. Azərbaycan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli ##.##.2007-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində istifadədə olan 0,03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 29 otaqlı, 506,7 kv.m yaşayış, 275,4 kv.m köməkçi sahədən ibarət ** nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X3 3 otaq-y/s64,4 kv.m; köm.s-91,5 kv.m, X1 22 otaq, X5 və İddiaçı 4 otaq adlarına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının **** nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. ##.##.2008-ci il tarxili “real bölgü haqqında” müqaviləyə əsasən X5 və İddiaçı əmlakın real bölgüsü haqqında müqavilə imzalayaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi Idarəsinin ##.##.2007-ci il tarixli, ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində yerləşən ** nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə onlara məxsus olan 4 otağın sahələrini aşağıdakı kimi müəyyən etməklə gələcəkdə həmin sahələrə dair bir-birlərinə qarşı heç bir iddialarının olmayacağı barədə öhdəlik götürmüşlər: -X5 - № *-də sahəsi 13,5 kv.m olan otaq, № *-da sahəsi 13,9 kv.m olan otaq və 9-li otağın qarşısındakı həyətyanı sahə; -İddiaçı - №**-də sahəsi 13,0 kv.m olan otaq, №**-da sahəsi 15,5 kv.m olan otaq, №**-də sahəsi 8,9 kv.m olan mətbəx, №**-də sahəsi 3,2 kv.m olan köməkçi sahə, №**-də sahəsi 3,2 kv.m olan köməkçi sahə.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, 2(004)- **/**** nömrəli qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində 0,03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 29 otaqlı 506,7 kv.m yaşayış sahəsi, 275,4 kv.m köməkçi sahədən ibarət olan ** nömrəli fərdi yaşayış evi, A letirli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 17 və ** nömrəli yaşayış otaqları, 13, 14 və ** nömrəli yardımçı sahələr İddiaçı ayrılmaqla onun payının naturda ayrılması qət edilmişdir.
4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 43,8 kv.m sahədən ibarət fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə ##.##.2024-cü il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli texniki pasportdan görünür ki, mülkiyyətdə olan “A” tikilisi 2 yaşayış otağı, 2 dəhliz, 1 ayaqyolu təyinatlı 5 otaqdan ibarətdir.
6. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyatı haqqında ##.##.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Cavabdeh ##.##.2005-ci il tarixdən ünvan 3 ünvanda qeydiyyatdadır.
7. Mübahisəli fərdi yaşayış evinə yerində baxış keçirilən zaman görünmüşdür ki, fərdi yaşayış evində giriş hissədən etibarən uzun dəhliz mövcuddur. Girişdən sol tərəfdə, dəhliz boyunca yaşayış otaqları var. Dəhlizin sonunda ikinci mərtəbəyə çıxış üçün keçid mövcuddur. Cavabdehin faktiki yaşadığı sahə dəhlizin orta hissəsində, sol tərəfdə yerləşdir. Cavabdehin yaşadığı sahədən sonra, dəhlizin sonunda bir neçə qapısı bağlı otaq mövcuddur. Cavabdeh və qonşuların bildirdiyinə görə, iddiaçıya məxsus otaqlar dəhlizin sonunda yerləşən qapısı bağlı həmin otaqlardır. Otaqların yerləşmə yeri iş materiallarına əlavə edilmiş texniki pasportdakı plan-sxemə uyğundur.
8. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsinin məhkəmənin sorğusuna cavab olaraq *-**-*-**/*-*****/**** nömrəli ## ###### 2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, “Iddia olunan daşınmaz əmlaka baxış keçirilmişdir. Torpaq sahəsi tikintialtı sahədən ibarətdir. Tikilidə hal-hazırda digər şəxs yaşayır. Sorğuda qeyd olunan ********** qeydiyyat nömrəli çıxarışda fərdi yaşayış evi göstərilsə də, sözügedən əmlak faktiki olaraq ümumi tikilinin bir hissəsində yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahənin çox hissəsi 011011007801-10301 reyestr nömrəsi, bir hissəsi isə 011011007913-10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş sahənin daxilində yerləşir. Bundan əlavə sorğuda qeyd olunan ** nömrəli əmlaka dair arxivdə hər hansı məlumat aşkar edilmədiyindən sualın cavablanıdırılması tərəfimizdən mümkün olmamışdır.”
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh və onun ailə üzvlərinin, özlərinə aid əşyalarla birlikdə, iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 43,80 kv.m., torpaq sahəsinin ölçüsü 0.0061 ha olan fərdi yaşayış evindən məcburi çıxarılması və iddiaçının həmin evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində 0,03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 29 otaqlı, 506,7 kv.m yaşayış sahəsi, 275,4 kv.m köməkçi sahədən ibarət olan ** nömrəli fərdi yaşayış evi 1950-ci ildə vəfat etmiş babası, X2 məxsus olmuşdur. Babasından miras qalmış həmin fərdi yaşayış evi vərəsəlik qaydasında qəbul edilərək paylı mülkiyyət hüququ üzrə X3 (3 otaq-y/s-64,4 kv.m; köm.s-91,5 kv.m), X1 (22 otaq), qardaşı X5 və ona 4 otaq olmaqla, Daşınmaz Əmlakın Dövlət Reyestrində ** nömrəli reyestr kitabının **** nömrəli vərəqində qeydiyyata alınmış və ##.##.2007-ci il tarixli, ******* nömrəli ümumi “Çıxarış”la rəsmiləşdirilmişdir. Onunla, qardaşı X5 arasında ##.##.2008-ci il tarixli “real bölgü haqqında” notarial qaydada təsdiqlənmiş müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində yerləşən ** nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə bizə məxsus olan 4 otağın və köməkçi sahələrin aşağıdakı kimi müəyyən etməklə, gələcəkdə həmin sahələrə dair birbirinə qarşı heç bir iddiasının olmayacağı barədə öhdəlik götürmüşlər. X5 13,5 kv.m olan otaq, № *-da sahəsi 13,9 kv.m olan otaq və 9-li otağın qarşısındakı həyətyanı sahə; -İddiaçı - №**də sahəsi 13,0 kv.m olan otaq, №**-da sahəsi 15,5 kv.m olan otaq, №**-də sahəsi 8,9 kv.m olan mətbəx, №**-də sahəsi 3,2 kv.m olan köməkçisahə, №**-də sahəsi 3,2 kv.m olan köməkçi sahə. Bundan sonra o, X5 və X3 qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə tərəfindən onun iddia tələbi təmin edilərək, bu barədə *(***)-**/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində 0,03995 ha torpaq sahəsində yeriəşən 2 mərtəbəli, 29 otaqlı 506,7 kv.m yaşayış sahəsindən və 275,4 kv.m köməkçi sahədən ibarət olan ** nömrəli fərdi yaşayış evinin, 1-ci mərtəbəsində yerləşən 17 və ** nömrəli yaşayış otaqlarının, 13, 14 və ** saylı yardımçısahələrinin iddiaçıya ayrılmaqla, payının naturada ayrılması qət edilmişdir. Bundan sonra ona məxsus daşınmaz əmlaka dair yeni çıxarış almaq üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə müraciət etmiş, lakin müraciəti təmin edilməmiş və nəhayət Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli Qərarı əsasında ona reyestr nömrəsi “011011007801- 10301”, qeydiyyat nömrəsi “**********” olan, ##.##.2024-cü il tarixli yeni Çıxarış verilmişdir. Hazırda, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 43,80 kv.m., torpaq sahəsinin ölçüsü 0.0061 ha olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur. 1950-ci ilə qədər mərhum babasının şəxsi mülkü olmuş, vərəsəlik yolu ilə verilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına qeydə alınmış, həmçinin, reyestr nömrəsi “011011007801-10301”, qeydiyyat nömrəsi “**********” olan, ##.##.2024-cü il tarixli çıxarış əsasında onun şəxsi mülkiyyətində olan mənzil cavabdehlər Cavabdeh və onun adlarını bilmədiyi ailə üzvləri tərəfindən zəbt olunub. Belə ki, o uzun illərdir ki, agır xəstədir, əmək qabiliyyətsizdir, yerimək qabiliyyəti yoxdur. Bu səbəbdən uzun illərdir ki, qardaşının evində yaşayır. Hazırda onun əsəbləri də pozulub və qardaşının evində, bütün ailə üzvləri ilə birlikdə yaşamaq ona çətindir. Bu səbəbdən öz evində yaşamaq istədiyi zaman ona məlum oldu ki, onun evində tanımadığı şəxslər yaşayır. Onlardan evi boşaltmağı tələb etsə də, onlar birmənalı olaraq imtina edirlər.
11. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi və iddiaçıya verilmiş çıxarışın etibarsız hesab edilməsi və mənzilin onun mülkiyyətində olmasının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh 2002-ci ildə hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə görə pulu ödəyərək həmin mənzili oranın mülkiyyətçisindən almışdır. Həmin mülkiyyətçinin bildirdiklərinə görə İddiaçı otaqları onun özünə təhvil verilmiş və onun evi ilə hər hansı bir əlaqəsi yoxdur. O vaxtdan bu günə qədər o və ailə üzvləri həmin mənzildə daimi yaşamış, orada qeydiyyatda olmuş və kommunal xərcləri ödəyərək mənzilə sahib olmuşdur. Mənzili ona satan şəxslə onun qızı da təsdiq edir ki, mənzilin pulu onun tərəfindən ödənilmiş və ev ona satılmışdır. Eyni zamanda həmin həyətdə yaşayan hər bir şəxs, qonşular da onun tərəfindən həmin evi pul ödəyərək almağını, ailə üzvləri ilə uzun illərdir ki, bu mənzildə faktiki yaşadığını və uşaqlarının həmin evdə böyüdüklərini təsdiqləyirlər. Iddiaçı isə yalnız yaxın vaxtlarda hansısa məlum olmayan mənzilə dair çıxarış əldə etmiş və dərhal məhkəməyə müraciət edərək onun və ailəsinin evdən çıxarılmasını tələb etmişdir. Halbuki, 23 ildir mənzili o almış və faktiki sahiblik onun tərəfındədir. Ilkin iddianı qaldıran isə ümumiyyətlə burada heç vaxt yaşamayıb. Həmin xanımın və onun qardaşının yəni hər ikisinin iki otaqlı evləri vardır ki, həmin evlər də onlarındır. Lakin buna baxmayaraq hansısa yollarla hansısa bəlli olmayan hissələrə çıxarış almışdır. Həyətində uzun illər yaşayan və ilkin iddiaçının qohumu olanlar bildirirlər ki, ümumiyyətlə onun bu çıxarışı necə alması müəmmalıdır.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026cı il tarixli qətnaməsi ilə (hakim Aytəkin Əsədzadə) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə ilk iddiasının təmin edilməməsi, cavabdeh Cavabdeh iddiaçı İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi və mənzilin mülkiyyətdə olmasının tanınması tələbinə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 152.1, 153.4, 157.2, 337.1, 560.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 119, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən ilkin iddia üzrə iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək ünvan 3 ünvanında "** nömrəli mənzil" adlı müstəqil mülkiyyət yaşayış sahəsinin reyestrdə qeydə alınıb-alınmaması və cavabdehin tutduğu həmin yaşayış sahəsinin iddiaçının ********** qeydiyyat nömrəli çıxarışının sərhədləri daxilində olub-olmaması barədə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə DƏDKR PHŞ-* saylı Bakı Ərazi Idarıəsinə rəsmi sorğunun göndərilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- ****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsinin ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətini iddiaçı onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilkin iddia üzrə gəldiyi nəticə maddi və prossesual hüquq normalarının pozulması ilə nəticələndiyindən həmin hissədə ləğv ediməlidir. Ilk növbədə, iş materiallarına əlavə edilmiş sənədlərə və işin hallarına istinad edərək məhkəmənin ilkin iddianın təmin edilməməsində gəldiyi yanlış nəticənin əsaslarını aşağıda göstərilən qaydada qeyd etməyi zəruri hesab edir. ##.##.2007-ci il tarixli çıxarışla ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. ##.##.2008-ci il tarixli notarial “real bölgü haqqında” müqavilə ilə iddiaçıya konkret otaqlar – 17 və ** nömrəli yaşayış otaqları, 13, 14 və ** nömrəli yardımçı sahələr ayrılmışdır. ##.##.2022-ci il tarixli, *(***)-**/**** nömrəli qətnamə ilə həmin sahələr naturada iddiaçıya ayrılmışdır. ##.##.2024-cü il tarixli çıxarışla (reyestr №**********) 43,8 kv.m sahə iddiaçının adına dövlət qeydiyyatına alınmış və ayrıca müstəqil daşınmaz əmlak kimi rəsmiləşdirilmişdir. Texniki pasporta əsasən həmin sahə 2 yaşayış otağı, 2 dəhliz və 1 sanitar qovşaqdan ibarətdir. Yerində baxış zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evində uzun dəhliz mövcuddur. Cavabdeh dəhlizin orta hissəsində yerləşən sahədə yaşayır. Dəhlizin sonunda yerləşən və qapısı bağlı otaqlar iddiaçıya məxsusdur. Bu yerləşmə texniki pasport plan-sxeminə tam uyğundur. Cavabdeh 2002-ci ildə mənzili aldığını iddia etmiş, lakin bu barədə heç bir notarial müqavilə və ya dövlət qeydiyyatı sənədi təqdim etməmişdir. Məhkəmə cavabdehin 2006-cı ildən kommunal ödənişlər etməsini dolayı sübut kimi qəbul etmişdir. İ instansiya məhkəməsi tərəfindən ilkin iddia üzrə mövcud mübahisə həll edilərkən mülkiyyət hüququnun üstünlüyü düzgün tətbiq edilməmişdir. Məhkəmə cavabdehin təqdim etdiyi "xxxx" ASC-yə məxsus abonent kartına (mənzil 12) istinad edərək, onun həmin sahədə yaşamasını qanuni hesab etmişdir. Hazırkı işdə əmlakın mülkiyyətçisi kimi çıxış edir, cavabdeh isə heç bir hüquqi əsası olmadığı halda mülkiyyətçisi olduğu əmlaka sahibsiz yyiyələnməklə orada yaşayır. Məhkəmə isə iddianı rədd edərkən “zəbt sübut olunmamışdır” nəticəsinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ yalnız dövlət qeydiyyatı ilə yaranır. Abonent kartı hüquqmüəyyənedici sənəd deyil. Mülkiyyətçi olaraq hüququ dövlət tərəfindən tanındığı halda (çıxarış), məhkəmə subyektiv mülahizələrə və kommunal sənədə üstünlük verməklə mülkiyyət hüququnun toxunulmazlığı prinsipini pozmuşdur. Hazırkı işdə dövlət qeydiyyatı, naturada ayrılma və texniki plan mövcuddur və iş materiallarına əlavə edilmişdir. Buna baxmayaraq məhkəmə mülkiyyət hüququnun faktiki müdafiəsini təmin etməmiş, mülkiyyətçisi olduğu yaşayış evinə daxil ola bilməməklə faktiki olaraq onu mülkiyyət hüququndan məhrum etmişdir. (Mülki Məcəllənin 139.1 və 157.2-ci maddələri): Azəerbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ali Məhkəmənin Mülki Kollegiyasının formalaşmış təcrübəsinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqlar yalnız həmin qeydiyyatın qanunsuzluğu sübut edildiyi halda şübhə altına alına bilər. Hazırkı işdə Yasamal Rayon Məhkəməsi cavabdehin qarşılıqlı iddiasını (çıxarışın ləğvi tələbini) rədd etmişdir. Bu o deməkdir ki, mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış) qüvvədədir və tam qanunidir. Belə olan halda, mülkiyyətçi olaraq əmlakından istifadəyə maneə yaradılması əsassız və qanunsuzdur. Azərbaycan Respublikası MPM-in 77.1-ə əsasən hər kəs istinad etdiyi halları sübut etməlidir. Cavabdeh alqı-satqı olduğunu iddia etsə də, lakin bununla bağlı məhkəməyə heç bir sübut notarial müqavilə, dövlət qeydiyyatının olması və alqı-satışa dair hər hansı hüquqi sənəd təqdim etməmişdir. Bu halda onun sahibliyi qanunsuz hesab edilməli idi. Məhkəmə isə sübut edilməmiş faktiki yaşayışı hüquqi vəziyyət kimi qəbul etmiş, 2006-cı ildən kommunal ödənişləri əsas götürmüşdür. Lakin, kommunal ödəniş mülkiyyət hüququ yaratmır və abonent kartı hüquqmüəyyənedici sənəd deyil. Elektrik müqaviləsində göstərilən “mənzil 12 (1 otaq)” mənə məxsus otaqların nömrələri ilə uyğun gəlmir. Bu fakt əksinə, cavabdehin iddiaçıya məxsus sahədə hüquqi əsasla yaşamadığını göstərir. Məhkəmə "yerində baxış" zamanı cavabdehin tutduğu sahənin çıxarışında olan otaqlardan (13, 14, 15, 17, ** nömrəli otaqlar) fərqli olduğunu yəni üst-üstə düşmədiyini qeyd etmişdir. Lakin məhkəmə bu nömrələrin sadəcə şərti xarakter daşıdığını, vahid binanın daxilində yerləşdiyini nəzərə almamışdır. Cavabdehin tutduğu "** nömrəli mənzil" adlı sahənin hüquqi statusunu, onun dövlət reyestrində müstəqil yaşayış sahəsi kimi qeydiyyatda olub-olmamasını və həmin sahənin koordinatlarının 43,8 kv.mlik çıxarışının sərhədləri daxilində yerləşib-yerləşməməsini araşdırmamış, ən əsası cavabdehin tutduğu sahənin koordinatlarının iddiaçının 43,8 kv.m-lik sahəsinin daxilinə düşüb-düşməməsi peşəkar ekspertiza və ya reyestr sorğusu ilə müəyyən edilməmişdir. Iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün hələ birinci instansiyada bu ziddiyyətin aradan qaldırılmasını gözləsə də, məhkəmə bu sahədə qeyri-müəyyənliyə yol vermişdir. Sorğu vasitəsilə cavabdehin iddia etdiyi "** nömrəli mənzil"in reyestrdə mövcudluğu və onun iddiaçının mülkiyyət sahəsi ilə kəsişib-kəsişmədiyi dəqiqləşdirilməlidir. Bu sübut işin nəticəsi üçün həlledicidir və araşdırılmaması MPM-in 14-cü maddəsinin (Işin hərtərəfli tədqiqi) kobud şəkildə pozulmasıdır. Işin hərtərəfli araşdırılmaması (MPM14, 88): Sübutların qiymətləndirilməməsi və işin tam araşdırılmaması (MPM77, 88 və 14-cü maddələr): "Birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən halları (MPM 77, 88) araşdırmamış, sübutlara qeyri-obyektiv yanaşmışdır. Belə ki, məhkəmə cavabdehin təqdim etdiyi abonent kartını (Mənzil 12) mülkiyyət sənədi ilə (çıxarışla) eyni hüquqi qüvvəyə malik sənəd kimi qəbul etmiş, lakin həmin '** nömrəli' sahənin reyestrdə mövcudluğunu və iddiaçının mülkiyyətinə aid olub-olmadığını dəqiqləşdirməmişdir. Bu səbəbdən, birinci instansiya məhkəməsi tərəfindən işin obyektiv araşdırılması məqsədi ilə DƏDKR PHŞ * saylı Bakı Ərazi idarəsinə məhkəmə sorğu göndərilməli və həmin '** nömrəli' mənzilin hüquqi statusu müəyyən edilməsi zəruri idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən bu hallar araşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən mövcud mübahisənin həlli zamanı Bakı şəhəri Yasamal rayon məhkəməsinin ##.##.2022-ci il tarixli məhkəmə qətnaməsinin hüquqi nəticələri nəzərə alınmamışdır. Naturada ayrılma artıq qanuni qüvvəyə minmiş məhkəmə aktıdır. Azərbaycan Respublikası MPM 82-ci maddəsinə əsasən “Qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş hallar yenidən sübut edilmir”. Birinci instansiya məhkəməsi bu prinsipi faktiki olaraq pozmuşdur. Tərəfindən məhkəməyə verilmiş iddia tələbi həm də mənzilə köçürülmə bağlı idi. Belə ki, məhkəmə tərəfindən müəyyən etmişdir ki, çıxarışda olan otaqların qapısı bağlıdır və orada kimsə yaşamır. Əgər belədirsə, mülkiyyətçi olaraq iddiaçının həmin otaqlara daxil olmaq və istifadə etmək hüququm təmin olunmalı idi. Məhkəmə çıxarılma tələbini rədd etsə də, köçürülmə tələbini niyə rədd etdiyini hüquqi cəhətdən əsaslandırmayıb. (MPM-nin 220.4-cü maddəsi) Beləliklə, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsini düzgün tətbiq etməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77 və 88-ci maddələrini pozmuş, dövlət qeydiyyatının üstünlüyünü nəzərə almamış, faktiki yaşayışı hüquqi əsas kimi qəbul etmişdir. Bu isə qətnamənin qanunsuz və əsassız olmasına səbəb olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
18. Məhkəmənin əvvəlki iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
19. Ilkin iddia üzrə iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 məhkəməyə vəsatət təqdim edərək qeyd etmişdir ki, Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilə köçürülmə tələbi rədd edilmişdir. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" ASC-yə məxsus abonent kartında onun yaşadığı sahə "mənzil 12" (1 otaq) kimi göstərilmişdir və bu sahə iddiaçının mülkiyyətində olan otaqlardan fərqlidir. Lakin Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülkiyyət hüququ yalnız dövlət reyestrindən çıxarışla təsdiq olunur (Mülki Məcəllə, Maddə 139.1). Cavabdehin istinad etdiyi abonent kartı isə hüquqmüəyyənedici sənəd deyil və daşınmaz əmlakın ünvanını və ya sərhədlərini dəqiq müəyyən etmir. Məhkəmə "yerində baxış" keçirsə də, cavabdehin faktiki tutduğu sahənin iddiaçıya məxsus çıxarışdakı kordinatlarla (plan-sxemlə) üst-üstə düşüb-düşməməsini peşəkar ekspert rəyi ilə deyil, qonşuların və cavabdehin izahatı ilə əsaslandırmışdır. Bu, MPM-in 14-cü maddəsində nəzərdə tutulan "həqiqətə nail olmaq üçün işin hərtərəfli tədqiqi" prinsipinin pozulması qiymətləndirilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi cavabdehin faktiki tutduğu və "** nömrəli mənzil" adlandırdığı sahənin iddiaçının ##.##.2024-cü il tarixli çıxarışında qeyd olunan 43,8 kv.m-lik sahənin daxilində olub-olmamasını rəsmi reyestr məlumatları əsasında araşdırmamışdır ki, bu da işin düzgün həlli üçün zəruri olan halın qeyrimüəyyən qalmasına səbəb olmuşdur. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsini rəhbər tutaraq, iş üzrə həqiqətin müəyyən edilməsi və sübutların tam araşdırılması məqsədilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə aşağıdakı məzmunlu məhkəmə sorğusu göndərilməsini xahiş edir. (1. ünvan 3 ünvanında yerləşən bina/həyət evi üzrə dövlət reyestrində "** nömrəli mənzil" və ya "** nömrəli otaq" adlı müstəqil daşınmaz əmlak obyekti qeydiyyatdadırmı? 2. Qeyd olunan ünvanda "12" nömrəsi ilə identifikasiya olunan sahə fiziki və hüquqi baxımdan İddiaçı mülkiyyətində olan (Reyestr № **********) 43,8 kv.m-lik sahənin daxilində yerləşir, yoxsa ondan kənardadır?) 20.
21. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ilkin iddia üzrə iddiaçı İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə ilkin iddia üzrə iddiaçı İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
22. Maddə 12. İ. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir;
23. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;
24. Maddə 13. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz;
25. Maddə 29. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər;
26. Maddə 43. II. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır;
28. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir;
29. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
30. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir;
31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;
33. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
42. Hazırki halda, ilkin iddia üzrə iddiaçı apellyasiya şikayətində qətnamənin ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdiyindən qətnamə yalnız ilkin iddianın rədd edilməsi hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə “A” literli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 17 və ** nömrəli yaşayış otaqları, 13, 14 və ** nömrəli yardımçı sahələr naturada ayrılaraq ilkin iddia üzrə iddiaçı İddiaçı verilmişdir. Həmin məhkəmə aktından sonra iddiaçı öz hüquqlarının dövlət qeydiyyatına alınmasını təmin etmiş və ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əldə etmişdir. Eyni tarixli texniki pasporta əsasən, iddiaçıya məxsus sahə 43,8 kv.m ümumi sahədən və 5 otaqdan ibarətdir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının adına daşınmaz əmlaka dair dövlət qeydiyyatının mövcudluğu onun həmin əmlaka mülkiyyət hüququnu təsdiq etsə də, hazırkı mübahisənin həlli üçün yalnız mülkiyyət hüququnun mövcudluğunun müəyyən edilməsi kifayət etmir. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş mənzildən çıxarılma tələbinin təmin edilməsi üçün cavabdehin məhz iddiaçıya məxsus əmlaka sahiblik və ya istifadə etməsi, habelə həmin sahibliyin qanunsuz olması müəyyən edilməlidir.
46. Iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçıya ayrılmış sahələr ekspert rəyi əsasında müəyyən edilmiş və naturada təcrid olunmuş şəkildə göstərilmişdir. Qətnamədən sonra həmin sahələr üzrə iddiaçının hüquqları dövlət qeydiyyatına alınmış, ona müvafiq çıxarış və texniki pasport verilmişdir. Həmin texniki pasportda tikilinin texniki quruluşu, otaqların sayı və sahələri, habelə onların plan-sxemdə yerləşməsi əks etdirilmişdir.
47. Birinci instansiya məhkməsində icraat zamanı mübahisəli fərdi yaşayış evinə yerində müayinə keçirilən zaman müəyyən edilmişdir ki, evin giriş hissəsindən etibarən uzun dəhliz mövcuddur. Girişdən sol tərəfdə, dəhliz boyunca yaşayış otaqları yerləşir. Dəhlizin sonunda ikinci mərtəbəyə çıxış üçün keçid vardır. Cavabdehin faktiki yaşadığı sahə dəhlizin orta hissəsində, sol tərəfdə yerləşir. Cavabdehin yaşadığı sahədən sonra, dəhlizin sonunda bir neçə qapısı bağlı otaq mövcuddur. Cavabdeh və qonşuların bildirdiyinə görə, iddiaçıya məxsus otaqlar dəhlizin sonunda yerləşən qapısı bağlı həmin otaqlardır. Həmin otaqların yerləşmə yeri iş materiallarına əlavə edilmiş texniki pasportdakı plan-sxemlə uyğunluq təşkil edir.
48. Beləliklə, yerində baxışın nəticələrinə əsasən də cavabdehin faktiki yaşadığı sahənin iddiaçıya ayrılmış 17 və ** nömrəli yaşayış otaqları, 13, 14 və ** nömrəli yardımçı sahələrlə eyni sahə olması müəyyən edilməmişdir. Əksinə, yerində müayinə zamanı cavabdehin istifadə etdiyi sahə ilə iddiaçıya aid olduğu göstərilən, dəhlizin sonunda yerləşən qapısı bağlı otaqların fiziki yerləşmə baxımından bir-birindən xeyli fərqləndiyi müəyyən edilmişdir.
49. Digər tərəfdən, cavabdeh bildirmişdir ki, hazırda faktiki yaşadığı sahəni 2002-ci ildə həmin ünvanda əvvəlki mülkiyyətçidən pulunu ödəməklə əldə etmiş və həmin tarixdən etibarən ailə üzvləri ilə birlikdə orada yaşamışdır. Cavabdehin bu izahatı daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlə təsdiq edilməsə də, onun həmin ünvanda uzun müddət faktiki yaşaması iş üzrə digər sübutlarla təsdiq olunur.
50. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş kommunal ödənişlərə dair sənədlərdən və abonent məlumatlarından görünür ki, o, 2006-cı ildən etibarən ünvan 3 ünvanı üzrə elektrik enerjisi və sudan istifadə etmiş və müvafiq ödənişləri həyata keçirmişdir. Bu hallar cavabdehin hazırda faktiki yaşadığı sahədən uzun müddət ərzində istifadə etdiyini təsdiq edən dolayı sübutlar kimi qiymətləndirilə bilər.
51. Həmçinin “xxxx” ASC-nin abonent kartından (abunə haqqında məlumat) görünür ki, elektrik enerjisinin istehlakı ilə bağlı abonent uçotu aparılarkən cavabdehin ünvanı “A.Ağayev küçəsi, bina 18, mənzil 12 (1 otaq)” kimi göstərilmişdir. Sözügedən abonent kartı daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd hesab edilməsə də, digər sübutlarla birlikdə qiymətləndirildikdə cavabdehin istifadə etdiyi sahənin kommunal uçotda “mənzil 12 (1 otaq)” kimi göstərildiyini təsdiq edir. Bu isə həmin sahənin iddiaçıya ayrılmış 13, 14, 15, 17 və ** nömrəli otaq və yardımçı sahələrdən fərqli olduğunu göstərir.
52. Məhkəmə kollegiyası bununla belə, “xxxx” ASC-nin abonent kartına həlledici sübut kimi istinad etmir. Həmin sənədin hüquqi statusu və sübutetmə əhəmiyyəti digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Bu baxımdan, abonent kartında “mənzil 12 (1 otaq)” qeydinin olması yalnız cavabdehin uzun müddət konkret sahədən istifadə etməsini təsdiq edən hallardan biri kimi nəzərə alınır.
53. Bununla yanaşı, apellyasiya şikayətində iddiaçı qeyd etmişdir ki, cavabdehin istifadə etdiyi “** nömrəli mənzil”in hüquqi statusu, onun ayrıca daşınmaz əmlak obyekti kimi dövlət reyestrində qeydiyyatda olub-olmaması və həmin sahənin iddiaçının ********** qeydiyyat nömrəli çıxarışı ilə əhatə olunan 43,8 kv.m sahənin daxilində yerləşib-yerləşməməsi işin düzgün həlli baxımından əhəmiyyətli məsələlərdir.
54. Apellyasiya instansiyası məhkəməsi işin hallarının hərtərəfli araşdırılması və göstərilən qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müvafiq sorğu göndərmişdir.
55. Sorğuda ünvan 3 ünvanında “** nömrəli mənzil” və ya “** nömrəli otaq” adlı müstəqil daşınmaz əmlak obyektinin dövlət reyestrində qeydiyyatda olub-olmaması, habelə həmin sahənin İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 43,8 kv.m sahənin daxilində yerləşib-yerləşməməsi barədə məlumat verilməsi xahiş edilmişdir.
56. Sorğuya cavab olaraq ƏMDX-nin ##.##.2026-cı il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, iddia olunan daşınmaz əmlaka baxış keçirilmiş, torpaq sahəsinin tikintialtı sahədən ibarət olduğu və tikilidə hazırda digər şəxsin yaşadığı müəyyən edilmişdir. Həmin məktubda, həmçinin sorğuda qeyd olunan ********** qeydiyyat nömrəli çıxarışda fərdi yaşayış evi göstərilsə də, sözügedən əmlakın faktiki olaraq ümumi tikilinin bir hissəsində yerləşdiyi bildirilmişdir. Həmin məktubda, eyni zamanda, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahənin çox hissəsinin 011011007801- 10301 reyestr nömrəsi, bir hissəsinin isə 011011007913-10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş sahənin daxilində yerləşdiyi göstərilmişdir. Bundan əlavə, sorğuda qeyd olunan “** nömrəli əmlak”a dair arxivdə hər hansı məlumat aşkar edilmədiyindən həmin sualın cavablandırılmasının mümkün olmadığı bildirilmişdir.
57. Məhkəmə kollegiyası ƏMDX-nin qeyd olunan məktubunu iş üzrə digər sübutlarla birlikdə qiymətləndirərək qeyd edir ki, “** nömrəli mənzil”in ayrıca daşınmaz əmlak obyekti kimi dövlət reyestrində qeydiyyatda olmasını təsdiq etmir. Digər tərəfdən, həmin cavabda ********** qeydiyyat nömrəli çıxarışda göstərilən əmlakın faktiki olaraq ümumi tikilinin bir hissəsində yerləşdiyi və koordinatlarla müəyyən edilmiş sahənin müxtəlif reyestr nömrələri ilə qeydiyyata alınmış sahələrin daxilində yerləşdiyi göstərilmişdir.
58. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin apardığı araşdırma nəticəsində də cavabdehin faktiki istifadə etdiyi sahənin məhz iddiaçının adına ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış 43,8 kv.m sahə olması müəyyən edilməmişdir. Əksinə, rəsmi reyestr orqanının cavabında “** nömrəli əmlak” barədə arxiv məlumatının aşkar edilmədiyi, iddiaçıya məxsus kimi qeydiyyata alınmış əmlakın isə faktiki olaraq ümumi tikilinin bir hissəsində yerləşdiyi bildirilmişdir. Bu da o qənaətə gəlməyə əsas verir ki, cavabdehin istifadə etdiyi sahə kommunal uçotda “mənzil 12 (1 otaq)” kimi göstərilmişdir. Bu isə həmin sahənin iddiaçıya ayrılmış 13, 14, 15, 17 və ** nömrəli otaq və yardımçı sahələrdən fərqli olduğunu göstərir.
59. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Lakin həmin normaya əsasən tələbin təmin olunması üçün ilk növbədə tələb olunan əmlakın iddiaçıya məxsus olması ilə yanaşı, konkret həmin əmlakın cavabdehin sahibliyində olması və cavabdehin sahibliyinin qanunsuz xarakter daşıması müəyyən edilməlidir.
60. Hazırkı iş üzrə iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatı ilə təsdiq olunsa da, onun mülkiyyətində olan 43,8 kv.m sahənin cavabdehin faktiki istifadə etdiyi sahə ilə eyniliyi sübuta yetirilməmişdir. Kollegiya hesab edir ki, yerində müayinənin nəticələri, texniki pasportdakı plan- “xxxx” ASC-nin abonent məlumatları və ƏMDX-nin ##.##.2026-cı il tarixli məktubu ilə sxem, 61. birlikdə qiymətləndirildikdə cavabdehin istifadə etdiyi sahənin iddiaçıya məxsus sahədən fərqli olduğu müəyyən edilir.
62. Eyni zamanda, cavabdehin həmin sahəni 2002-ci ildə əvvəlki mülkiyyətçidən əldə etməsi barədə izahatı hüquqmüəyyənedici sənəd olmadan özlüyündə onun mülkiyyət hüququnu təsdiq edə bilməz. Lakin cavabdehin uzun müddət həmin ünvanda faktiki yaşaması, 2006-cı ildən kommunal ödənişlər həyata keçirməsi və abonent uçotunda “mənzil 12 (1 otaq)” kimi göstərilməsi onun faktiki sahibliyinin mövcudluğunu təsdiq edən digər sübutlarla uzlaşır.
63. Kollegiya hesab edir ki, iddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarışın mövcudluğu və həmin hüququn qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında yaranması cavabdehin mütləq qaydada həmin sahədən çıxarılmasına səbəb ola bilməz. Bunun üçün cavabdehin faktiki istifadə etdiyi konkret sahənin iddiaçının mülkiyyətində olan əmlakla eyniliyi və həmin istifadənin hüquqi əsasının olmaması müəyyən edilməlidir.
64. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iddiaçıya ayrılmış otaqların yerində baxış zamanı dəhlizin sonunda, qapısı bağlı vəziyyətdə olduğu, cavabdehin isə dəhlizin orta hissəsində yerləşən digər sahədə yaşadığı müəyyən edilmişdir. Bu fakt da cavabdehin iddiaçıya məxsus sahəni faktiki olaraq zəbt etməsini təsdiq etmir.
65. Beləliklə, iş üzrə toplanmış sübutların məcmu qiymətləndirilməsi nəticəsində iddiaçının mülkiyyət hüququnun mövcudluğu təsdiq olunsa da, onun mülkiyyətində olan konkret 43,8 kv.m sahənin cavabdeh tərəfindən tutulması və ya zəbt edilməsi, habelə cavabdehin həmin sahəyə qanunsuz sahiblik etməsi müəyyən edilməmişdir.
66. Bu baxımdan, hazırki iddia üzrə Mülki Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi üçün zəruri olan faktiki və hüquqi şərtlər sübuta yetirilməmişdir.
67. Kollegiya qeyd edir ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
68. MPM-in 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
69. Nəticə etibarilə, iddiaçının adına dövlət qeydiyyatının mövcudluğu mübahisəsiz olsa da, cavabdehin məhz həmin dövlət qeydiyyatında olan sahəni zəbt etməsi iş üzrə sübutlarla təsdiqlənməmişdir. Buna görə də cavabdehin həmin sahədən çıxarılması və iddiaçının həmin sahəyə köçürülməsi tələblərinin təmin edilməsi üçün hüquqi əsas müəyyən edilmir.
70. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
71. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı İddiaçı iddiasını təmin etməməklə, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla yoxlanılan hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Ilkin iddia üzrə iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.