Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1451/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı prosessual hüquqi varisi (oğlu) Hüquqi varis, nümayəndəsi və vəkili nümayəndə3 İbrahim oğlunun və cavabdeh Ekologiya və Təbbi Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi nümayəndə1 Xələddin oğlunun iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Ekologiya və Təbbi Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2025-ci il tarixli, ***/ü saylı əmri qanunsuz hesab edilərək ləğv edilməsi; onun işə bərpa olunmağının təmin edilməsi; işdən qanunsuz azad edilməsi ilə əlaqədar işsiz qaldığı dövr üçün işəgötürənin ödəməli olduğu əmək haqqı və digər ödənişlərin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia tələbinin təmin edilərək, Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında ## ######## 2025-ci il tarixli ***/ü nömrəli əmri ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Tala Meşəbəyliyində meşəbəyi vəzifəsinə bərpa edilməsi, ##.##.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə hesablanmış əmək haqqı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətindən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verib qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib. Apellyasiya baxışı zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı ##.##.2026-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında ## ##### 2026-cı il tarixində, 198 № ilə qeyd edilmişdir. Bununla əlaqədar, iddiaçı İddiaçı prosessual hüquqi varisi kimi oğlu Hüquqi varis əvəz edildi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi nümayəndə1 Xələddin oğlu apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı İddiaçı prosessual hüquqi varisi (oğlu) Hüquqi varis və nümayəndəsi və vəkili nümayəndə3 İbrahim oğlu ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. İddiaçı İddiaçı ##.##.2026-cı ildə öldüyündən iddia tələbinin işə bərpa hissəsi üzrə hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən həmin hissədə qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi qismən, yəni İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Tala Meşəbəyliyində meşəbəyi vəzifəsinə bərpa edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.7, 384.0.5 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi qismən, yəni İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Tala Meşəbəyliyində meşəbəyi vəzifəsinə bərpa edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan, (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-6)-1451/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1451/2026
04.05.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver