Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1463/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh X2rşı QƏTNAMƏ İş № *(3-6)-1463/2026 (Açar sözlər: əmək haqqı ödənişinin işəgötürənin təqsiri üzündən gecikdirilməsinə görə əlavə ödəncin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh X2rşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı oğlu cavabdeh Cavabdeh X2rşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh təqsiri nəticəsində iddiaçı İddiaçı gecikdirilərək ödənilmiş 71827.08 manat pulun 26 faizi, yəni 26 gün üçün, günə 1 faiz hesablanmaqla, ümumilikdə 18675 (on səkkiz min altı yüz yetmiş səkkiz) manat ödəncin cavabdehdən tutularaq ödənilməsi, iddiaçıya ödənilmiş məzuniyyət müddəti üzrə orta əmək haqqı hesablanarkən ona məcburi işburaxma dövrünə görə ödənilmiş pul məbləği nəzərə alınmaqla məzuniyyət pulunun yenidən və düzgün şəkildə hesablanaraq yaranmış fərqin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı 2002-ci ildən ##.##.2025-ci ilə qədər fasiləsiz olaraq xxxxnun müxtəlif strukturlarında fərqli vəzifələrdə işləmişdir. Cavabdeh xxxx ## ### 2022-ci il tarixində iddiaçı ilə olan əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam vermişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmiş və çoxsaylı məhkəmə proseslərinin nəticəsində Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023cü il tarixli qətnaməsi ilə o, işə bərpa edilmişdir. Cavabdeh bununla bağlı ## ###### 2024-cü il tarixli əmr qəbul edərək, ## ### 2022-ci il tarixli əmri ləğv etmiş və İddiaçı ## ###### 2024cü ildən etibarən yenə də öz vəzifəsində işləməyə davam etmişdir. İddiaçı işə bərpa edildikdən sonra ona əmək haqqı, məzuniyyət pulu və digər məbləğlər ödənilmişdir. İddiaçıya müəyyən qədər məbləğdə ödəniş edilsə də, bu tam və dəqiq olmamışdır. Həmçinin həmin məbləğlər iddiaçıya gecikdirilməklə ödənilmişdir. Cavabdeh xxxxna sorğu göndərilmiş və həmin sorğuya cavabdeh tərəfindən cavab verilmişdir. Sorğuya cavabda qeyd edilmişdir ki, İddiaçı (2022-ci il ## ### 2024-cü il ## #### tarixləri) üçün hesablanmış 71827.08 manat əmək haqqı və mediasiya təşkilatında iştirakı ilə əlaqədar ödənilmiş 50 manat məbləğində rüsumun dəyəri ödənilmişdir. Həmin ödənişlər müvafiq olaraq 2024-cü ilin ## ###### və 28 dekabr tarixlərində edilmişdir. Hazırda iddiaçının tələbi 2 hissədən ibarətdir: 1. Məcburi işburaxma müddəti üçün ödənilmiş əmək haqqı məbləğinin gecikdirildiyi üçün hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi 2. Onun işə bərpa edilməsi ilə əlaqədar ödənilmiş məzuniyyət pulu hesablanarkən məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanmasında yanlışlığa yol verilməsi və ona ödənilmiş məcburi iş buraxma müddəti üçün olan pulun orta əmək haqqına daxil edilməməsi. Belə ki, iddiaçı ## ###### 2024-cü il tarixində işə bərpa edilsə də, ona məcburi işburaxma dövrü üzrə ödəniş məbləği ## ###### 2024-cü il tarixdə, yəni 26 gün sonra edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.2-ci maddəsində qeyd edilmişdir ki, Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Həmçinin AR “İcra haqqında” Qanunun 70.2-ci maddəsində qeyd edilmişdir ki, işə bərpa etmək haqqında icra sənədi dərhal icra edilir. Qanunsuz olaraq işdən çıxarma və ya başqa işə keçirmə haqqında sərəncamın ləğv olunması barədə müdiriyyətin müvafiq əmrindən sonra işçinin əvvəlki vəzifələrini yerinə yetirməyə başladığı andan icra sənədi icra olunmuş hesab edilir. Əmək Məcəlləsinin 172.5-ci maddəsində isə göstərilmişdir ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Yuxarıda göstərilənlərdən də aydın olur ki, icra sənədi ## ###### 2024 cü il tarixdə icra edilmiş sayılmalı və iddiaçıya məcburi işburaxma dövrü hesablanmış məbləğ işə bərpa edildiyi gün ödənilməli idi. Lakin cavabdeh orqan tərəfindən məcburi işburaxma dövrü hesablanmış məbləğ işçinin işə bərpa edildiyi ## ###### 2024-cü il tarixdə deyil, işəgötürənin təqsiri üzündən 26 gün gec, yəni ## ###### 2024-cü il tarixində edilmişdir. Bu səbəbdən hesab edirik ki, iddiaçı İddiaçı 26 gün üçün, günə 1 faiz hesablanmaqla 71827.08 manat pulun 26 faizi, yəni 18675 manat pul vəsaiti tutularaq ödənməlidir. İddiaçının ikinci tələbi üzrə isə qeyd edir ki, ona məzuniyyət pulu 2025-ci ilin yanvar ayında hesablanmış və ödənilmişdir. Lakin məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərin siyahısında məcburi işburaxma dövrünün ödənilməsi öz əksini tapsa da, cavabdeh qanunsuz olaraq həmin məbləği orta əmək haqqı hesablanarkən nəzərə almamışdır.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddiaçı İddiaçı cavabdeh Cavabdeh X2rşı “pul” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 139, 140.1, 140.2, 154.1, 172.5-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunaraq iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, qətnamənin “əsaslandırılma” hissəsindən görünür ki, məhkəmə məcburi iş buraxma müddəti üçün hesablanmış pul vəsaitinin 26 gün gecikdirilməsinin səbəbini iddiaçının xarici ölkədə olması mülahizəsinə istinadla təmin etməmişdir. Həmçinin hazırki iş üzrə işəgötürənin təqsirinin nədən ibarət olmasını müəyyən edilməsini mümkün olmadığını bildirmişdir. Halbuki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə olduğundan işə bərpa dərhal icra olunmalı idi. Buna baxmayaraq, işçinin işə bərpa olunması xeyli sonra işəgötürən tərəfindən həyata keçirilmişdir. Qanunvericilikdə də “işəgötürənin təqsiri üzündən gecikmə” anlayışına aydınlıq gətirilmiş və bu hallar aşağıdakı qaydada müəyyən olunmuşdur. Bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq, maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, Bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərdən hesab edilir. Hazırki işdə bu halların heç birinə rast gəlinmir. Əlavə olaraq, məzuniyyət üzrə bölgünü də adekvat aydınlaşdırılmadan yekun məhkəmə aktı qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Cavabdeh apelyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, buraxma müddəti üçün hesablanmış məbləğ 26 gün gecikdirilərək ödənildiyi üçün 71.827,08 manatın 26 faizi- 18.675 manatın ödənilməsini xahiş etmişdir. Lakin Əmək Məcəlləsinin 172-ci maddəsini hazırkı mübahisəyə tətbiq etmək tamamilə əsassızdır. Məcəllənin qeyd olunan maddəsi aylıq ödənilən əməkhaqqıya aid edilmişdir. Həmin maddənin 2 il 1 aylıq məcburi iş buraxma müddəti üçün ödənilən 71.827,08 manat məbləğə aid edilməsi nəzərdə tutulmamışdır. İddiaçının ikinci tələbi üzrə isə bildirir ki, onun cari iş ilində (2025-ci il yanvar və aprel ayları üzrə) əmək məzuniyyətinə çıxması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## ###### tarixli *** nömrəli qərarı ilə təstiq edilmiş məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmayan ödənişlər istisna olmaqla hesablanaraq ödənişə təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 2025-ci il yanvar ayı üzrə əmək məzuniyyətinin hesablanması zamanı məcburi iş buraxma dövrü üçün ödənilmiş məbləğin 2024-cü ilin yanvar ayından 2024-cü ilin dekabr ayınadək olan hissəsi, habelə həmin dövrdə ödənilmiş digər əmək haqqı məbləğləri nəzərə alınmaqla hesablanmış və ödənişə təqdim edilib. Eyni zamanda, 2025ci il aprel ayı üzrə əmək məzuniyyətinin hesablanması zamanı məcburi iş buraxma dövrü üçün ödənilmiş məbləğin 2024-cü ilin aprel ayından 2024-cü ilin dekabr ayınadək olan hissəsi üzrə nəzərə alınan ödənişlər, həmin dövrdə ödənilmiş digər əmək haqqı məbləğləri, eləcə də 2025ci ilin yanvar, fevral və mart ayları üzrə ödənilmiş əmək haqqı məbləğləri əsasında hesablanaraq ödənişə təqdim olunmuşdur. Bir halda ki, iddiaçı ona ödənilmiş məzuniyyət pulunun hesablanması zamanı məcburi iş buraxma müddəti üçün əməkhaqqının da nəzərə alınmasını tələb etmişdir, işçinin məzuniyyətə çıxması zamanı son 12 aylıq gəlirinə uyğun olaraq orta aylıq əmək haqqının hesablanmasında onun son 12 aylıq müddəti əhatə edən məcburi iş buraxma üçün əmək haqqı da nəzərə alınmışdır. Lakin əgər iddiaçı 2 il 1 aylıq müddət üçün hesablanmış məcburi iş buraxma 71.827,08 manat məbləğində əməkhaqqının son 12 aylıq orta aylıq əməkhaqqının hesablanması zamanı nəzərə alınmasının tələb edirsə, bu tamamilə əsassızdır. iddiaçının nümayəndəsi yuxarıda qeyd olunan AR ƏM-nin 140-cı maddəsinin 2-ci bəndini əsas götürərək iddiaçının əməkhaqlarının 12-yə deyil, faktiki əməkhaqqı aldığı 7 aya bölünməli olmasını iddia etmişdir. Həmin norma 12 təqvim ayından az əmək münasibətində olan işçilərə şamil edilir. Məsələn, işçi işə qəbul edildiyi tarixdən 6 ay sonra əmək məzuniyyətinə çıxırsa, bu zaman 6 ay üzrə cəmlənmiş məbləğ 6-yə bölünməklə orta əmək haqqı müəyyən edilə bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçı İddiaçı Fondda əvvəlki vəzifəsinə bərpa edilmiş, məcburi iş buraxma müddəti kimi nəzərə alınmamasına baxmayaraq, həmin qətnamə əsasında ## #### 2024- ## ###### 2024-cü il tarixlərini əhatə edən dövrdə işəgötürən Fond ilə əmək münasibətlərində olmuşdur. Bununla da qeyd olunan normanın iddiaçı İddiaçı tətbiq edilməsi mümkün hesab edilə bilməz.
c) Proses iştirakçılarının izahatı
8. Apellyasiya baxışında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ərizə ilə müraciət edərək bildirilmişdir ki, iddia tələbinin qismən, yəni iddiaçıya ödənilmiş məzuniyyət müddəti üzrə orta əmək haqqı hesablanarkən ona məcburi işburaxma dövrünə görə ödənilmiş pul məbləği nəzərə alınmaqla məzuniyyət pulunun yenidən və düzgün şəkildə hesablanaraq yaranmış fərqin iddiaçıya ödənilməsi hissəsindən imtina edir. Qalan hissədə isə apellyasiya şikayətini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
10. Maddə 35, IV hissə. Əmək müqaviləsi sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
Azərbaycan Respublikası Əmək Məcəlləsi
11. Maddə 139.1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır.
12. Maddə 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
13. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
14. Maddə 172.5, “Qeyd” hissəsi. Bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
18. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
19. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə icraata qismən, iddiaçıya ödənilmiş məzuniyyət müddəti üzrə orta əmək haqqı hesablanarkən ona məcburi işburaxma dövrünə görə ödənilmiş pul məbləği nəzərə alınmaqla məzuniyyət pulunun yenidən və düzgün şəkildə hesablanaraq yaranmış fərqin iddiaçıya ödənilməsi hissəsində xitam verilmişdir və apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının qalan hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
24. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.
25. Kollegiya işin halları ilə əlaqədar qeyd olunmasını zəruri hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxna qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh *********** saylı, ## ### 2022-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, ## ### 2022-ci il tarixində gecikdirilməklə ödənilmiş son haqq-hesabın gecikdirildiyi hər gün üçün 1 faiz olmaqla, ümumilikdə 18 gün üçün 18 faiz hesablanmaqla cavabdehdən tutulması, iş vaxtından artıq işlənilmiş vaxtın hesablanaraq ödənilməsi və mediasiya təşkilatında mediasiya keçmək üçün ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mübahisələri iddiaçının xeyrinə həll edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnun *********** saylı, ##.##.2022ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh ilə bağlanan əmək müqaviləsinin müddətsiz hesab edilməklə işə bərpa edilməsi və və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. İddiaçı İddiaçı məhkəmə qətnaməsinə əsasən # ###### 2024-cü il tarixdə işə bərpa edilmişdir. Ona məhkəmə qətnaməsinə əsasən məcburi iş buraxma müddəti üçün hesablanmış 71.827,08 manat pul vəsaiti 2024-cü ilin ## ###### və 28 dekabr tarixlərində ödənilmişdir. İddiaçı hazırda hesab edir ki, ona ödənilməli olan vəsait 26 gün gecikdirilərək ödənildiyinə görə hər gün üçün 1 faiz hesablanmaqla, ümumilikdə 18675 (on səkkiz min altı yüz yetmiş səkkiz) manat ödəncin cavabdehdən tutularaq ona ödənilməlidir.
26. Kollegiya hesab edir ki, Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
27. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən məcburi işburaxmaya görə ödənilməli pulun əmək haqqı hesab edilmədiyini və nəticə etibarilə əmək haqqının gecikdirilməsi ilə bağlı işçiyə müvafiq ödəncin edilməsini nəzərdə tutan normanın hazırki mübahisəyə aid olmadığını bildirmişdir. Kollegiya bu mövqe ilə razılaşmayaraq qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən normasından da bəlli olduğu kimi əmək haqqı dedikdə yalnız işçinin müvafiq iş vaxtı ərzində gördüyü işə görə aldığı günlük və aylıq nəzərdə tutulmur, bu ödənişə edilən əlavələr və digər ödənclər də ehtiva olunur. Həmçinin qeyd edilməlidir ki, məcburi işburaxmaya görə işçiyə ödənilməli məbləğ də məhz ona vaxtikən verilməli olan əmək haqqının məcburən işə çıxa bilmədiyi üçün ödənilməməsi səbəbindən yaranmış və həmin məbləğlər toplanaraq mövcud tələbin əsasını təşkil etmişdir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin əmək haqqının gecikdirilməsi ilə bağlı işçiyə müvafiq ödəncin edilməsini nəzərdə tutan normanın hazırki mübahisəyə aid edilməməsi ilə bağlı mövqenin əsassız olduğu qənaətinə gəlir.
28. Kollegiya növbəti olaraq gecikdirilmənin mövcud olub-olmaması və bunun işəgötürənin təqsiri ilə bağlılığının müəyyən edilməsi barədə aşağıdakıları qeyd edir.
29. Belə ki, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər.
30. Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.
31. Göstərilən normanın tələblərindən göründüyü kimi, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilməsi konkret hallarla əhatələnmişdir. Bu hallar müvafiq olaraq:
1. Əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması onun müvəkkil bankdan alınmaması
2. Maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması
3. Bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi.
32. Göstərilən normanın şərtləri gerçəkləşdiyi halda işəgötürən tərəfindən işçiyə ödənişi gecikdirilmiş məbləğin hər gününə 1 % əlavə hesablanmaqla, əlavə ödənc verilməlidir. Burada qanunvericinin legitim məqsədi ondan ibarətdir ki, şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” * saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır.
33. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşçi ilə əmək haqqı üzrə ödənişlərin lazimi vaxtda və qaydada həyata keçirilməsi üzrə qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsi üzrə qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür.
34. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.
35. İşin mübahisəsiz halıdır ki, işəgötürən tərəfindən əmək haqqı ödənişi 26 gün gec ödənilmişdir.
36. Cavabdehin bu hissədə təqsirini istisna edən hallar müvafiq olaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin qeyd hissəsində göstərilmiş, müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə məsuliyyətdən azad edilə biləcəyi qeyd olunmuşdur.
37. Hazırki iş üzrə ödəmələrin gecikdirilməsinin ondan asılı olmayan səbəblərdən baş verməsi ilə bağlı sübutetmə yükü cavabdehin üzərinə düşsə də, iş materialları ilə bu barədə hər hansı dəlilin məhkəməyə təqdim edilməsi müəyyən edilməmişdir.
38. Nəzərə alınmalıdır ki, MPM-in 14.2-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
39. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
40. Yuxarıda qeyd edilənlərə əsasən kollegiyanın qənaətinə görə, cavabdehin irəli sürdüyü faktiki hallar onun etirazının qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki hazırkı iş üzrə sübutetmə yükü cavabdehin üzərinə düşdüyü halda o, əmək haqqı ödənişinin gecikdirilməsinin onun təqsiri olmayan hallardan irəli gəlməsinə dair heç bir sübut təqdim etməmişdir.
41. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi əmək haqqının ödənilməsinə dair gecikdirilmiş hər günü görə 1% ödənilməsinə dair əsaslı olan tələbini təmin etməməkdə haqlı olmamış, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddiaçıya məcburi işburaxmaya görə ödənilməli olan 71827.08 manat pulun 26 gün gecikdirilməsinə görə hər gün üçün 1% həcmində vəsaitin – 18675 manat pulun tutulmasına dair iddiası təmin edilməlidir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
43. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
45. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin olunsun. Məcburi işburaxmaya görə ödənilməli pul vəsaitinin gecikdirilməsinə görə hər günə 1 (bir) faiz hesablanmaqla, ümumilikdə 18675 (on səkkiz min altı yüz yetmiş beş) manat pul cavabdehdən tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev