Məhkəmə qərarları › İş №e-2(3-6)-1482/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1482/2026

16.06.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1482/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, *(***)-****/**** saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən ilk iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh qarşı irəli sürdüyü “işçinin işəgötürənə vurduğu maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçı QSC-yə qarşı irəli sürdüyü “ödənilməmiş son haqq hesabın və gecikdirmə müddəti üçün faizin ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki işə baxmış Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə ilk iddianın təmin edilməməsini, qarşılıqlı iddianın qismən təmin edilməsini, ödənilməmiş əmək haqqının əvəzi olaraq 4.404,62 manat, gecikdirilmiş əmək haqqına görə ödənc məbləğlərinin cəminin 17.759,76 manat, istifadə olunmamış məzuniyyət günlərinə görə ödəniləcək məbləğin 891,96 manat və həmin məbləğin gecikdirilməsinə görə ödənilməli olan məbləğin 3.202,13 manat, habelə hüquqi yardım xərcinə görə ödənilməli məbləğin 450 manat məbləğində müəyyən olmaqla, cəmi 26.708,47 manat məbləğində pul vəsaitinin İddiaçı QSC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsini, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat xərcin QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsini qət etmişdir. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) QSC-nin həmin qətnamədən verdiyi apellyasiya şikayətinə baxılan zaman iş üzrə tərəflər Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) aralarında bağlanmış “Barışıq sazişini” Məhkəməyə təqdim edərək, “Sazişin” təsdiq edilməsini, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. “Barışıq sazişi” aşağıdakı məzmundadır: “Bu Saziş İddiaçı QSC-nin Cavabdeh qarşı “işçinin işəgötürənə vurduğu maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” ilk iddiası və Cavabdeh QSC-yə qarşı “ödənilməmiş son haqq hesabın və gecikdirmə müddəti üçün faizin ödənilməsi tələbi barədə” qarşılıqlı iddiası üzrə yaranmış mübahisənin tam və qəti həlli məqsədilə bağlanılır. İddiaçı QSC hazırkı mübahisənin tam və qəti həlli məqsədilə Cavabdeh, “başlanğıc tarixindən” etibarən 3 iş günü müddətində 6.000 manat, “başlanğıc tarixdən” sonrakı 1-ci ayın eyni təqvim günündə 5.000 manat və “başlanğıc tarixdən” sonrakı 2-ci ayın eyni təqvim günündə 5.000 manat olmaqla ümumilikdə 16.000 manatı ödəyir. “Başlanğıc tarix” dedikdə: (ı) Sazişin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə müvafiq məhkəmə aktından çıxarış və ya təsdiqli surət məhkəmə tərəfindən İddiaçı QSC-yə təqdim edildikdə – həmin sənədin təqdim edildiyi tarix; (ıı) belə çıxarış və ya təsdiqli surət təqdim edilmədikdə – həmin məhkəmə aktının elektron məhkəmə sistemində yerləşdirildiyi (dərc) edildiyi tarix başa düşülür. Müvafiq ayda eyni təqvim günü mövcud olmadıqda ödəniş həmin ayın son iş günündə həyata keçirilir. Ödəniş günü qeyri-iş gününə düşərsə, ödəniş növbəti iş günü həyata keçirilə bilər və bu hal gecikmə hesab edilmir. İddiaçı QSC tərəfindən ödəniş tapşırığının bank tərəfindən icraya qəbul edildiyi və ya İddiaçı QSC-nin hesabından silindiyi tarix ödənişin icra tarixi hesab olunur. Ödənişlər Cavabdeh bank hesabına köçürmə yolu ilə həyata keçirilir (hesabın rekvizitləri: Alan bankın adı – “xxxx” ASC (baş ofis); Filialın kodu – 200004; Valyuta – AZN; Bankın VÖEN-i – 9900003611; Hesablaşma hesabı / IBAN - AZ28AIIB38810944011789844100; Hesab sahibi / müştəri adı - Cavabdeh). Cavabdeh bank rekvizitlərinin düzgünlüyünü təsdiq edir. Rekvizitlərin səhv, natamam və ya istifadəyə yararsız təqdim edilməsi, habelə İddiaçı QSC-dən asılı olmayan bankdaxili texniki gecikmələr İddiaçı QSC-nin gecikməsi hesab edilmir. İddiaçı QSC bu “Saziş”də müəyyən edilmiş vaxtı çatmış hər hansı ödənişi müddətində icra etmədikdə, gecikdirilmiş hər təqvim günü üçün Cavabdeh 50 manat dəbbə pulu ödəyir. Dəbbə pulu yalnız vaxtı çatmış və ödənilməmiş hissəyə münasibətdə hesablanır. Hələ vaxtı çatmamış ödəniş hissələri tələb edilə bilməz; Ödəniş tam icra edildiyi gün gecikmə gününə daxil edilmir. 16.000 manat və bu “Saziş” üzrə hesablanmış dəbbə pulu (olduğu halda) tam ödənildikdən sonra Cavabdeh İddiaçı QSC-yə qarşı hazırkı əmək münasibətlərindən, əmək müqaviləsinə xitamdan, əmək haqqından, son haqq-hesabdan, istifadə edilməmiş məzuniyyət kompensasiyasından, gecikmə ödəncindən, mənəvi zərərdən, hüquqi yardım, məhkəmə və nümayəndəlik xərclərindən, habelə hazırkı işlə bağlı digər hər hansı əsasdan irəli gələn əlavə tələb, iddia, şikayət və ya icra müraciəti verməyəcəyini təsdiq edir. İddiaçı QSC də bu “Saziş” üzrə 16.000 manat və bu “Saziş” üzrə hesablanmış dəbbə pulu (olduğu halda) tam ödənildikdən sonra Cavabdeh qarşı hazırkı işdən və tərəflər arasında mövcud olmuş əmək münasibətlərindən, əmək müqaviləsinə xitamdan, avans ödənişlərindən, son haqq-hesabdan, əmək haqqı və məzuniyyət hesablaşmalarından, qaytarılmamış əmlak/PPE iddiasından, 85 manatlıq əmlak dəyəri iddiasından, 346,90 manat borc iddiasından, mediasiya xərci iddiasından, maddi zərər, dəbbə pulu, faiz, cərimə, məhkəmə, ekspertiza, nümayəndəlik və hüquqi yardım xərclərindən, habelə hazırkı mübahisə predmeti ilə bağlı digər hər hansı mülki, əmək və prosessual əsasdan irəli gələn əlavə tələb, iddia, şikayət və ya icra müraciəti irəli sürməyəcəyini təsdiq edir. Tərəflər hazırkı iş üzrə çəkdikləri dövlət rüsumu, məhkəmə, ekspertiza, nümayəndəlik, hüquqi yardım və digər xərcləri özləri daşıyırlar. Bu müddəa 4-cü bölmədə nəzərdə tutulmuş dəbbə puluna şamil edilmir. Bu “Saziş”in bağlanılması İddiaçı QSC tərəfindən hər hansı pozuntunun, borcun, məsuliyyətin və ya birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən halların etirafı kimi qiymətləndirilmir. “Saziş” tərəflərin qarşılıqlı güzəştləri əsasında, əlavə məhkəmə çəkişməsinin qarşısını almaq və mübahisəni yekunlaşdırmaq məqsədilə bağlanılır. Tərəflər “Saziş”i könüllü bağladıqlarını, onun məzmununu başa düşdüklərini və “Saziş”in qanuna, üçüncü şəxslərin hüquq və qanuni mənafelərinə zidd olmadığını təsdiq edirlər. Tərəflər bu “Saziş”in Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən təsdiq edilməsini xahiş edirlər. Tərəflər həmçinin bu “Saziş”lə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş edirlər”. Göstərilənləri və iş materiallarını nəzərə alan Məhkəmə qeyd edir ki, tərəflərin bağladıqları “Barışıq sazişi” yazılı formada ifadə edilmişdir. “Saziş” buna səlahiyyəti olan şəxslər tərəfindən imzalanmışdır. Apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, “Barışıq sazişi” qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Bunları nəzərə alan Məhkəmə, hesab edir ki, “Barışıq sazişi” təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-in 261.0.5-ci maddəsinə görə, iş üzrə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinin mənasına görə, iş üzrə tərəflər işə apellyasiya qaydasında baxılan zaman barışıq sazişi bağlamışlarsa, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnaməni ləğv edərək iş üzrə icraata xitam verə bilər. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-nin 261 və 384-ci maddələrinə əsasən hesab edir ki, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissəsə ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. MPM-in 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-in 261 və 384-ci maddələrinə əsasən hesab edir ki, Rayon Məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-in 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Odur ki, yuxarıda göstərilənləri, MPM-in 263 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: İş üzrə tərəflər - İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış və aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin: “Bu Saziş İddiaçı QSC-nin Cavabdeh qarşı “işçinin işəgötürənə vurduğu maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” ilk iddiası və Cavabdeh QSC-yə qarşı “ödənilməmiş son haqq hesabın və gecikdirmə müddəti üçün faizin ödənilməsi tələbi barədə” qarşılıqlı iddiası üzrə yaranmış mübahisənin tam və qəti həlli məqsədilə bağlanılır. İddiaçı QSC hazırkı mübahisənin tam və qəti həlli məqsədilə Cavabdeh, “başlanğıc tarixindən” etibarən 3 iş günü müddətində 6.000 manat, “başlanğıc tarixdən” sonrakı 1-ci ayın eyni təqvim günündə 5.000 manat və “başlanğıc tarixdən” sonrakı 2-ci ayın eyni təqvim günündə 5.000 manat olmaqla ümumilikdə 16.000 (on altı min) manatı ödəyir. “Başlanğıc tarix” dedikdə: (ı) Sazişin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə müvafiq məhkəmə aktından çıxarış və ya təsdiqli surət məhkəmə tərəfindən İddiaçı QSC-yə təqdim edildikdə – həmin sənədin təqdim edildiyi tarix; (ıı) belə çıxarış və ya təsdiqli surət təqdim edilmədikdə – həmin məhkəmə aktının elektron məhkəmə sistemində yerləşdirildiyi (dərc) edildiyi tarix başa düşülür. Müvafiq ayda eyni təqvim günü mövcud olmadıqda ödəniş həmin ayın son iş günündə həyata keçirilir. Ödəniş günü qeyri-iş gününə düşərsə, ödəniş növbəti iş günü həyata keçirilə bilər və bu hal gecikmə hesab edilmir. İddiaçı QSC tərəfindən ödəniş tapşırığının bank tərəfindən icraya qəbul edildiyi və ya İddiaçı QSC-nin hesabından silindiyi tarix ödənişin icra tarixi hesab olunur. Ödənişlər Cavabdeh bank hesabına köçürmə yolu ilə həyata keçirilir (hesabın rekvizitləri: Alan bankın adı – “xxxx” ASC (baş ofis); Filialın kodu – 200004; Valyuta – AZN; Bankın VÖEN-i – 9900003611; Hesablaşma hesabı / IBAN - AZ28AIIB38810944011789844100; Hesab sahibi / müştəri adı - Cavabdeh). Cavabdeh bank rekvizitlərinin düzgünlüyünü təsdiq edir. Rekvizitlərin səhv, natamam və ya istifadəyə yararsız təqdim edilməsi, habelə İddiaçı QSC-dən asılı olmayan bankdaxili texniki gecikmələr İddiaçı QSC-nin gecikməsi hesab edilmir. İddiaçı QSC bu “Saziş”də müəyyən edilmiş vaxtı çatmış hər hansı ödənişi müddətində icra etmədikdə, gecikdirilmiş hər təqvim günü üçün Cavabdeh 50 manat dəbbə pulu ödəyir. Dəbbə pulu yalnız vaxtı çatmış və ödənilməmiş hissəyə münasibətdə hesablanır. Hələ vaxtı çatmamış ödəniş hissələri tələb edilə bilməz; Ödəniş tam icra edildiyi gün gecikmə gününə daxil edilmir. 16.000 manat və bu “Saziş” üzrə hesablanmış dəbbə pulu (olduğu halda) tam ödənildikdən sonra Cavabdeh İddiaçı QSC-yə qarşı hazırkı əmək münasibətlərindən, əmək müqaviləsinə xitamdan, əmək haqqından, son haqq-hesabdan, istifadə edilməmiş məzuniyyət kompensasiyasından, gecikmə ödəncindən, mənəvi zərərdən, hüquqi yardım, məhkəmə və nümayəndəlik xərclərindən, habelə hazırkı işlə bağlı digər hər hansı əsasdan irəli gələn əlavə tələb, iddia, şikayət və ya icra müraciəti verməyəcəyini təsdiq edir. İddiaçı QSC də bu “Saziş” üzrə 16.000 manat və bu “Saziş” üzrə hesablanmış dəbbə pulu (olduğu halda) tam ödənildikdən sonra Cavabdeh qarşı hazırkı işdən və tərəflər arasında mövcud olmuş əmək münasibətlərindən, əmək müqaviləsinə xitamdan, avans ödənişlərindən, son haqq-hesabdan, əmək haqqı və məzuniyyət hesablaşmalarından, qaytarılmamış əmlak/PPE iddiasından, 85 manatlıq əmlak dəyəri iddiasından, 346,90 manat borc iddiasından, mediasiya xərci iddiasından, maddi zərər, dəbbə pulu, faiz, cərimə, məhkəmə, ekspertiza, nümayəndəlik və hüquqi yardım xərclərindən, habelə hazırkı mübahisə predmeti ilə bağlı digər hər hansı mülki, əmək və prosessual əsasdan irəli gələn əlavə tələb, iddia, şikayət və ya icra müraciəti irəli sürməyəcəyini təsdiq edir. Tərəflər hazırkı iş üzrə çəkdikləri dövlət rüsumu, məhkəmə, ekspertiza, nümayəndəlik, hüquqi yardım və digər xərcləri özləri daşıyırlar. Bu müddəa 4-cü bölmədə nəzərdə tutulmuş dəbbə puluna şamil edilmir. Bu “Saziş”in bağlanılması İddiaçı QSC tərəfindən hər hansı pozuntunun, borcun, məsuliyyətin və ya birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən halların etirafı kimi qiymətləndirilmir. “Saziş” tərəflərin qarşılıqlı güzəştləri əsasında, əlavə məhkəmə çəkişməsinin qarşısını almaq və mübahisəni yekunlaşdırmaq məqsədilə bağlanılır. Tərəflər “Saziş”i könüllü bağladıqlarını, onun məzmununu başa düşdüklərini və “Saziş”in qanuna, üçüncü şəxslərin hüquq və qanuni mənafelərinə zidd olmadığını təsdiq edirlər. Tərəflər bu “Saziş”in Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən təsdiq edilməsini xahiş edirlər. Tərəflər həmçinin bu “Saziş”lə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş edirlər”. “Barışıq sazişi” təsdiq edildiyindən hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Hazırkı qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar