Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1497/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “xidməti yaşayış sahəsindən çıxarılma” tələbinə dair iş üzrə (Açar sözlər: “mənzildən çıxarılma”) hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “xidməti yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı:
1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin ##.##.2019cu il tarixli, **** nömrəli məktubuna əsasən Cavabdeh yataqxanaya müvəqqəti yerləşdirilmişdir.
2. Bakı Qarnizonu Mənzil-İstismar hissəsi tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2025ci il tarixli, **** nömrəli xəbərdarlığa əsasən Müdafiə Nazirliyinin Mənzil-istismar xidməti rəisinin ##.##.2025-ci il tarixli *** nömrəli Bakı Qarnizonu Mənzil-İstismar hissəsi rəisinin ##.##.2025-ci il tarixli, ** nömrəli telefonoqrammalarına əsasən “Turan” yataqxanasında əsaslı təmir işləri aparılacağını nəzərə alınaraq, “Turan” yataqxanasında yaşadığı 206, *** nömrəli otaqların ## #### 2025-ci il tarixədək təhvil verilməsi tələb olunmuşdur.
3. “AZƏRİNŞAATLAYİHƏ” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasının texniki vəziyyəti haqqında ##.##.2025-ci il tarixli rəyinə əsasən binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işləri aparılmalıdır.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh və digər ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən məcburi çıxarılması üçün iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası # ###### 1989-cu il tarixli, *** nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Qalib Əliyevin ##.##.2019-cu il tarixli, **** saylı məktubu əsasında vətəndaş Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanasının 206, *** nömrəli otaqlara müvəqqəti yerləşdirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən Müdafiə Nazirliyinə daxil olan ##.##.2025-ci il tarixli, ****/** №li rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi” qaydalarına əsaslanan sözügedən rəyində Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında hal-hazırda insanların yaşaması (olması) üçün təhlükənin mövcud olması barədə nəticəyə gəlməklə, tikinti konstruksiyalarının yükgötürmə qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən, bina texniki cəhətdən yolverilməz kimi qiymətləndirilmiş, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işlərinin aparılmasının zəruri olduğu bildirilmişdir. Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən cavabdeh Cavabdeh müxtəlif tarixlərdə xəbərdarlıq məktubu ünvanlanaraq, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında olan 206, *** nömrəli xidməti otaqları Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsinin zərurəti bildirilmiş, lakin edilmiş xəbərdarlıqlara baxmayaraq, sözügedən xidməti yaşayış sahəsini hazırkı tarixədək təhvil verməkdən imtina etmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh Cavabdeh həmin yataqxanada olan yaşayış sahəsində müqavilə əsasında yox, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Qalib Əliyevin ##.##.2019-cu il tarixli, **** saylı məktubu əsasında yerləşdirilmişdir. Yuxarıda göstərilənlər nəzərə alınaraq, onun həmin yaşayış sahəsini boşaltması və aidiyyəti üzrə təhvil verməsinə dair qətnamə qəbul edilməlidir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim A.Oruclu) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh və ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən, İddiaçı mənzil fonduna daxil olan “Turan” hərbi yataqxanasından çıxarılması qət edilmişdir.
7. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası # ###### 1989cu il tarixli, *** nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Qalib Əliyevin ##.##.2019-cu il tarixli, **** nömrəli məktubu əsasında Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında müvəqqəti yerləşdirilmişdir. Hazırda iddiaçı İddiaçı cavabdeh Cavabdeh sözügedən yataqxanaya qanuni əsaslar olmadan yerləşdirilməsinə, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyinə əsasən yataqxanada bərpa və gücləndirmə işlərinin aparılması zərurətinə əsaslanaraq cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən məcburi çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına görə, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilməlidir. Həmçinin, kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. İş materiallarından isə cavabdehin bu sahəyə yalnız Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin ##.##.2019-cu il tarixli, **** nömrəli məktubu əsasında müvəqqəti yerləşdirildiyi görünür. Kirayə müqaviləsi və ya xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi haqqında qərar iş materiallarında mövcud deyil. Cavabdehin məskunlaşdığı mənzil də, Mənzil Məcəlləsinin 98ci maddəsi və müvafiq Əsasnamənin tələbləri kobud şəkildə pozularaq, kirayə müqaviləsi bağlanmadan, əsassız olaraq məktubla müvəqqəti istifadəyə verilmişdir. Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun ##.##.2025-ci il tarixli rəyi ilə “Turan” hərbi yataqxana binasında insanların yaşaması üçün təhlükənin mövcud olduğu müəyyən edilmişdir. Bina texniki cəhətdən yolverilməz qiymətləndirilmiş və təhlükəsizliyin təmin olunması üçün bərpa və gücləndirmə işlərinin aparılması zəruridir. Bu təhlükə səbəbi ilə cavabdehə mənzili təhvil verməsi barədə ##.##.2025-ci il tarixli, **** nömrəli xəbərdarlıq məktubu ünvanlanmışdır. Mənzil Məcəlləsinin 102.2-ci maddəsində xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməyən şəxslərin kateqoriyaları sadalanır. Cavabdeh həmin maddədə nəzərdə tutulan istisna hallara aid olmadığı üçün ona başqa yaşayış sahəsi verilmədən çıxarılması qanunla məhdudlaşdırılmır. Beləliklə, məhkəmə hesab etmişdir ki, cavabdehin binada qalması həm binanın təhlükəli texniki vəziyyəti ilə bağlı vətəndaşın həyat və sağlamlığına təhlükə yaratdığına görə, həm də onun yaşayış sahəsinə kirayə müqaviləsi olmadan, məktub əsasında qanunsuz yerləşdirildiyi üçün yolverilməzdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 92 - 103.3cü maddələrinə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnaməyə və Mülki Prosessual Məcəlləsinin 119.1 və 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) Apellyasiya şikayətinin dəlilləri:
9. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bir sıra faktiki halları tam və hərtərəfli araşdırmamış, nəticədə iş üzrə obyektiv nəticəyə gəlmək üçün zəruri olan hallar müəyyən edilməmişdir. Məhkəmə qətnaməsində cavabdehin başqa yaşayış sahəsi ilə təmin olunub-olunmaması barədə heç bir faktiki araşdırma aparılmamışdır. Halbuki, cavabdeh əvvəlki məhkəmə iclasında açıq şəkildə bildirmişdir ki, onun və ailə üzvlərinin yaşayış üçün başqa yeri yoxdur. Bu hal mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, şəxsin və ailə üzvlərinin başqa yaşayış sahəsi ilə təmin olunmaması onların yaşayış hüququnun qorunması baxımından mühüm sosial və hüquqi əhəmiyyət daşıyır və məhkəmə həmin halı araşdırmadan cavabdehin yaşayış sahəsindən çıxarılması barədə nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, cavabdeh qeyd olunan yataqxanaya Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsinin ##.##.2019-cu il tarixli, **** nömrəli məktubu əsasında yerləşdirilmişdir. Bu hal cavabdehin həmin yaşayış sahəsinə özbaşına deyil, müvafiq dövlət orqanının qərarı ilə yerləşdirildiyini göstərir. Lakin məhkəmə həmin sənədin hüquqi mahiyyətini və cavabdehin həmin sənədə əsaslanaraq uzun müddət faktiki yaşayış hüququ əldə etməsi məsələsini araşdırmamış, yalnız kirayə müqaviləsinin olmamasını əsas götürərək nəticəyə gəlmişdir. Halbuki, cavabdehin həmin yaşayış sahəsinə dövlət orqanının qərarı ilə yerləşdirilməsi onun hüquqi vəziyyətinin qiymətləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Cavabdeh və ailə üzvləri 2011-ci ildən etibarən qeyd olunan yaşayış sahəsində faktiki olaraq yaşayırlar. Məhkəmə isə cavabdehin həmin ünvanda uzun müddət faktiki yaşayışını, onun həmin yaşayış sahəsini daimi yaşayış yeri kimi istifadə etməsini və bunun hüquqi nəticələrini araşdırmamışdır. Bu hal mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir, çünki şəxsin uzun müddət faktiki yaşayış yeri kimi istifadə etdiyi sahədən çıxarılması məsələsi məhkəmə tərəfindən daha diqqətlə araşdırılmalı idi. İddiaçı tərəf binanın texniki vəziyyətinin təhlükəli olması ilə bağlı rəyə istinad etmişdir. Lakin məhkəmə həmin rəyin əsasında binanın faktiki olaraq boşaldılıbboşaldılmaması, digər sakinlərin çıxarılıb-çıxarılmaması, təmir və bərpa işlərinin faktiki başlanıb-başlanmaması kimi mühüm halları araşdırmamışdır. Halbuki, bu hallar cavabdehin yaşayış sahəsindən çıxarılması tələbinin zəruriliyinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə cavabdehin ailə tərkibi, himayəsində olan şəxslərin olubolmaması, onların yaşayış şəraiti və sosial vəziyyəti kimi mühüm faktiki halları araşdırmamışdır. Halbuki, bu hallar yaşayış sahəsindən çıxarılma kimi ciddi nəticə doğuran mübahisələrdə məhkəmə tərəfindən mütləq nəzərə alınmalı olan hallardır. Beləliklə, göstərilən faktiki halların məhkəmə tərəfindən araşdırılmaması birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgünlüyünə birbaşa təsir göstərmişdir. Bu hallar tam və hərtərəfli araşdırılmadan qəbul edilmiş qətnamə iş üzrə obyektiv və ədalətli nəticə kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən bəzi halları müəyyən edilmiş kimi qəbul etsə də, həmin halların qanunvericiliyin tələb etdiyi qaydada mötəbər və kifayət qədər sübutlarla təsdiq olunması təmin edilməmişdir. Məhkəmə qətnaməsində cavabdehin sözügedən yaşayış sahəsinə qanuni əsaslar olmadan yerləşdirildiyi göstərilmişdir. Lakin iş materiallarından açıq şəkildə görünür ki, cavabdeh həmin yaşayış sahəsinə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin ##.##.2019-cu il tarixli, **** nömrəli məktubu əsasında yerləşdirilmişdir. Bu hal cavabdehin yaşayış sahəsinə özbaşına deyil, dövlət orqanının rəsmi sənədi əsasında yerləşdirildiyini göstərir. Buna baxmayaraq, məhkəmə bu faktı nəzərə almadan cavabdehin yaşayış sahəsində qanunsuz yerləşdiyi nəticəsinə gəlmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticə işin faktiki halları ilə ziddiyyət təşkil edir. Məhkəmə qətnaməsində cavabdehin edilən xəbərdarlıqlara baxmayaraq, yaşayış sahəsini boşaltmaqdan imtina etdiyi göstərilmişdir. Halbuki cavabdeh məhkəmədə bildirmişdir ki, onun və ailə üzvlərinin başqa yaşayış sahəsi yoxdur və bu səbəbdən həmin yaşayış sahəsini boşaltmaq imkanı yoxdur. Bu hal cavabdehin mənzili boşaltmamasının qəsdən və əsassız davranışdan deyil, obyektiv yaşayış şəraitindən irəli gəldiyini göstərir. Buna baxmayaraq, məhkəmə bu faktı nəzərə almadan cavabdehin yaşayış sahəsini boşaltmaqdan əsassız imtina etdiyi nəticəsinə gəlmişdir. Məhkəmə qətnaməsində binanın texniki vəziyyətinin təhlükəli olması barədə rəyə istinad etmişdir. Lakin məhkəmə həmin rəyin mövcudluğundan birbaşa cavabdehin yaşayış sahəsindən çıxarılması zərurəti barədə nəticəyə gəlmişdir. Halbuki iş materiallarında binanın tam şəkildə boşaldılması, sakinlərin başqa yerlərə köçürülməsi və ya binanın istifadəsinin rəsmi qaydada qadağan edilməsi barədə müvafiq qərarın mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmənin texniki rəyə əsaslanaraq cavabdehin çıxarılması barədə nəticəyə gəlməsi işin faktiki halları ilə tam uyğunluq təşkil etmir. Məhkəmə cavabdehin yaşayış sahəsində yalnız məktub əsasında müvəqqəti yerləşdirildiyini əsas gətirərək onun yaşayış hüququnun mövcud olmadığını qeyd etmişdir. Lakin məhkəmə cavabdehin həmin yaşayış sahəsinə dövlət orqanının rəsmi sənədi ilə yerləşdirilməsini və onun uzun müddət faktiki olaraq həmin yaşayış sahəsində yaşayış yeri kimi istifadə etməsini nəzərə almamışdır. Bu hal tərəflər arasındakı münasibətlərin hüquqi mahiyyətinin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmənin bu halları nəzərə almadan cavabdehin həmin yaşayış sahəsində qalmasının qanunsuz olması barədə nəticəyə gəlməsi işin faktiki hallarına uyğun gəlmir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallardan tərəflər arasındakı hüquq münasibətlərinə dair düzgün nəticə çıxarılmamış, nəticədə qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlməmişdir. Bu isə qəbul edilmiş qətnamənin əsaslılığına şübhə yaradır və onun apellyasiya qaydasında ləğv edilməsini zəruri edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Maddə 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Maddə 99.3. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Maddə 101.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. Maddə 101.2. Xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Maddə 102.3. Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir. Maddə 103.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.
15. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin: 1.1-ci bəndinə əsasən həqiqi hərbi xidmətdə olan generallar, Rlar, zabitlər, Rlər, Rlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (mülki işçilər) və onlarla birlikdə yaşayan ailə üzvləri (əri və ya arvadı, uşaqları, valideynləri, eyni zamanda hərbi qulluqçuların (mülki işçilərin) himayəsində olan digər şəxslər) bu Əsasnamənin 1.6-cı bəndinə əsasən, göstərilmiş hallardan başqa İddiaçı xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar. 1.8-ci bəndinə əsasən əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan, habelə kazarma-mənzil fondunun və kommunal qurğuların istismarı və onlara xidmət göstərilməsi sahəsində çalışan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mülki işçilərinə xüsusi təyinatlı yaşayış sahəsi verilə bilər. 1.13-cü bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə İddiaçı mənzil fondu hesabına yaşayış sahəsinin verilməsi qadağandır. 5.2-ci bəndinə əsasən, bir qarnizonda yerləşən tabeli hərbi hissələr arasında yaşayış sahələrinin bölüşdürülməsi planı qarnizon mənzil komissiyası tərəfindən tərtib edilir, müvafiq rayon, MİH, HDQ-nin Dəniz Mühəndis Xidməti, Müdafiə Nazirliyinin MİŞ rəisi ilə razılaşdırılır, qarnizon mənzil komissiyası sədri tərəfindən imzalanır və həmin qarnizonun rəisi tərəfindən təsdiq edilir. 5.7-5.11-ci bəndlərinə əsasən yaşayış sahəsinin bölüşdürülməsi üçün hərbi hissənin mənzil komissiyasının iclası keçirilir və protokol tərtib olunur. Hərbi hissənin mənzil komissiyasının tərtib etdiyi hərbi hissə üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısını komissiyanın sədri və üzvləri imzaladıqdan sonra hərbi hissə komandiri təsdiq edir. Yaşayış sahəsinin bölüşdürülməsi siyahısı və hərbi hissənin mənzil komissiyasının protokolundan çıxarış rayonun MİH rəisinə təqdim olunmalı, digər sənədlər isə hərbi hissənin mənzil komissiyasında saxlanılmalıdır. Təqdim olunan sənədlər əsasında tərtib olunan qarnizon üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısı rayon MİH-nin rəisi ilə razılaşdırılır, qarnizon üzrə mənzil komissiyasında baxılır, protokollaşdırılır və təsdiq edilməsi üçün qarnizon rəisinə təqdim olunur. Qarnizon rəisi tərəfindən təsdiq edilmiş siyahı xüsusi təyinatlı yaşayış sahəsinə kirayə müqaviləsi bağlanması üçün hüquqi əsasdır.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayəti cavabdeh Cavabdeh tərəfindən verildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil- İstismar20.İdarəsinin ##.##.2019-cu il tarixli, **** nömrəli məktubuna əsasən Cavabdeh yataqxanaya müvəqqəti yerləşdirilmişdir. Məktubda qeyd edilir ki, Bakı Qarnizonu Mənzil- İstismar hissəsi tərəfindən daxil olmuş ##.##.2019-cu il tarixli, *** nömrəli məktuba əsasən Cavabdeh yataqxanaya müvəqqəti yerləşdirilməlidir.
21. Hazırda iddiaçı Cavabdeh və ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən İddiaçı mənzil fonduna daxil olan “Turan” hərbi yataqxanasına qeyri-qanuni əsaslarla yerləşdirilməsi və binada təhlükəsizliyin təmin olunması üçün bərpa və gücləndirmə işlərinin aparılmalı olmasına istinad edərək yataqxanadan çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir.
22. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməli olması qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.
23. Qanunvericiliyin tələbinə əsasən xüsusi təyinatlı yaşayış sahələri mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarı əsasında və kirayə müqavilələri bağlanılmaqla verilir. Yəni xüsusi təyinatlı yaşayış sahəsinin cavabdeh və onun ilə üzvlərinin qanuni əsaslarla istifadəsində olması üçün 2 şərt – qərar qəbul edilməsi və kirayə müqaviləsinin bağlanması şərtinə əməl edilməli idi.
24. Hazırkı işin hallarından belə bir tələbə əməl edilməsi müəyyən edilmir. Belə olan halda belə qənaətə gəlmək mümkündür ki, Cavabdeh və ailə üzvləri Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən İddiaçı mənzil fonduna daxil olan “Turan” hərbi yataqxanasına qanunvericiliyin tələbləri pozulmaqla yerləşdirilmişdir, bu səbəbdən iddia tələbi əsaslıdır.
25. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili odur ki, iddia tələbi təmin edilərkən cavabdeh və onun ailə üzvlərinin başqa mənzillə təmin edilməməsi, iddia tələbi ilə məhkəməyə müraciət edilənə kimi onların hansı əsaslarla mənzildə yaşaması, başqa yaşayış yerlərinin olmaması halları araşdırılmamışdır.
26. Məhkəmə kollegiyası cavabdehin bu dəlillərini əsassız hesab edərək qeyd edir ki, mənzil Məcəlləsinin 102.2-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular.
27. Qanunvericiliyin tələbindən göründüyü kimi, Məcəllənin 102.2-ci maddəsində sadalanmış və kirayə müqaviləsi bağlanmış şəxslər mənzildən çıxarılarkən digər yaşayış sahəsi ilə təmin edilməlidir. Hazırkı halda cavabdehlə hər hansı kirayə müqaviləsi bağlanmadığı və 102.2-ci maddədə sadalanan şəxslər siyahısında olmadığı üçün onun və ailə üzvlərinin digər yaşayış sahəsi ilə təmin edilməsinə əsaslar yoxdur.
28. Cavabdehin apellyasiya şikayətinin digər bir dəlili odur ki, iddia tələbi təmin edilərkən yataqxananın qəzalı vəziyyətdə olub-olmaması, bərpaya ehtiyacının olub-olmaması və s.hallar araşdırılmamışdır.
29. Məhkəmə kollegiyası yuxarıda sadalanan xüsusatlara istinad edərək qeyd edir ki, Cavabdeh və ailə üzvləri qanunvericiliyin tələbləri pozulmaqla yataqxanada yerləşdirildiyi üçün iddia tələbinin əsaslılığının yoxlanılması üçün binanın texniki vəziyyətinin qiymətləndirilməsinə zərurət yoxdur.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: Rəşid Səmədov Xumar Mərdanova Vahid Sadıqov