Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1514/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mənzilin təhvil verilməsi və kirayə haqqı təbləbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilin təhvil verilməsi, kirayə haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçı İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. ÖM seriyalı, ****** nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ** saylı evin, ** saylı mənzili İddiaçı adına ##.##.2005-ci ildə qeydiyyatdan keçmişdir.
2. “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış ##.##.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 33 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan 5 mərtəbəli, 92 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə edilməklə, 54 kv.m təmirli mənzilin mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.
3. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən, mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzilin söküntüsü üçün MMC-yə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. 2.1.2-ci bəndinə əsasən, yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 2 otaqlı mənzil üçün aylıq 300 manat kirayə tələb etmək mülkiyyətçinin hüququdur. 2.2.5-ci bəndinə əsasən, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 16 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil verməyi MMC öhdəsinə götürmüşdür.
4. “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış ## ###### 2020-ci il tarixli, ****** nömrəli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 87 kv.m olan *** nömrəli, 2 otaqdan ibarət təmirli mənzil pay kimi verilir.
5. ##.##.2025-ci il tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardım üçün 1000 manat ödəniş edilmişdir.
6. Bank hesabından çıxarışdan görünür ki, “xxxx” MMC tərəfindən ##.##.2024-cü il tarixdən 2025-ci ilin noyabr ayına kimi 22 ay üçün hər ay üçün 300 manat kirayə haqqı olmaqla (22x300) ümumilikdə 6600 manat olmaqla kirayə haqqı ödənilməmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi və kirayə haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 3 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü bloku, 16-cı mərtəbəsində (yaşayış) yerləşən, 2 otaqdan ibarət, ümumi sahəsi 87 kv.m olan, *** nömrəli mənzilin təmirli şəkildə İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh “xxxx” MMC-nin üzərinə qoyulması, cavabdeh tərəfindən ödənilməmiş 6000 (altı min) manat kirayə haqqının, vəkilə hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 1000 (min) manat xidmət haqqının, 20000 (iyirmi min) manat mənəvi ziyanın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 171 (yüz yetmiş bir) manat məbləğində pul vəsaitinin, cəmi 27171 (iyirmi yeddi min yüz yetmiş bir) manat pulun cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulub iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 3 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü bloku, 16-cı mərtəbəsində (yaşayış) yerləşən, 2 otaqdan ibarət, ümumi sahəsi 87 kv.m olan, *** nömrəli mənzilin təmirli şəkildə İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh “xxxx” MMC-nin üzərinə qoyulması, cavabdeh tərəfindən ödənilməmiş 6900 (altı min doqquz yüz) manat kirayə haqqının, vəkilə hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 1000 (min) manat xidmət haqqının və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 90 (doxsan) manat məbləğində pul vəsaitinin, cəmi 7990 (yeddi min doqquz yüz doxsan) manat pulun cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulub iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri Icra Hakimiyyətinin Texniki Invertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat Idarəsi tərəfindən ##.##.2005-ci il tarixdə verilmiş ÖM seriyalı, ****** nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ** saylı evin, ** saylı mənzili İddiaçı adına mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış ## #### 2016-cı il tarixli müqaviləyə əsasən, “xxxx” MMC ** saylı binanın yerində yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin binada İddiaçı mülkiyyətində olmuş mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə edilməklə, 54 kv.m təmirli mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmçinin Müqavilənin 2.2.2-ci bəndinə əsasən “xxxx” MMC müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin rübdə bir dəfə hər ayın 5-dək mülkiyyətçiyə ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 2.2.5-ci bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərinin 16 ay müddətinə başa çatdırılaraq, müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil verilməsi nəzərdə tutulmuşdur. Müqavilə bağlandıqdan sonra İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ** saylı evin, ** saylı mənzilini boşaldaraq “xxxx” MMC-yə təhvil vermiş, MMC isə orada tikinti işləri aparmışdır. Lakin qeyd olunan müddətdən uzun müddət keçməsinə baxmayaraq “xxxx” MMC tərəfindən müqavilədə nəzərdə tutulmuş 16 ay müddətində bina tikilib başa çatdırılmamış və mənzil İddiaçı təhvil verilməmişdir. Təxminən 2020-ci ilin əvvələrində İddiaçı “xxxx” MMC yə dəvət olunmuş, ona sökülmüş mənzilinin yerləşdiyi mərtəbədən deyil, 16-cı mərtəbədən və əvvəlki müqavilədə nəzərdə tutulmuş daha böyük həcmdə mənzil təklif olunmuş, o, bu təkliflə razılaşmış və aralarında ## ###### 2020-ci il tarixli, ****** nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.M,Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 16-cı mərtəbə (yaşayış), ümumi sahəsi 87 kv.m olan, *** nömrəli mənzil izolə olunmuş 2 otaqdan ibarət olub təmirli bir pay kimi verir. Lakin qeyd olunanlara baxmayaraq, “xxxx” MMC tərəfindən qeyd olunan müqavilə üzrə bu günə qədər öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, müqavilənin şərtlərinə uyğun olaraq qeyd olunan yaşayış sahəsini cavabdeh tərəfindən təmirli vəziyyətdə təhvil verilməmiş və buna görə də iddiaçı həmin yaşayış sahəsindən bu günə qədər istifadə edə bilməmişdir. Hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü bloku, 16-cı mərtəbədə (yaşayış) yerləşən, 2 otaqdan ibarət, ümumi sahəsi 87 kv.m olan, *** nömrəli mənzil təmirli şəkildə İddiaçı təhvil verilməsi öhdəliyi “xxxx” MMC-nin üzərinə qoyulmalıdır. Həmçinin tərəflər arasında bağlanmış ##.##.2016-cı il tarixli müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh yeni binanın tikintisi başa çatıb, mənzilin təhvil verilməsinədək müvəqqəti yaşayış məqsədi ilə aylıq 300 manat kirayə haqqı verilməsini öhdəsinə götürsə də cavabdeh tərəfindən yalnız 2020-ci ilin oktyabr ayından 2024-cü ilin yanvar ayınadək ödəniş edilmiş, 2024-cü ilin yanvar ayından hal hazıradək isə kirayə haqqı ödənişi edilməmişdir. Beləliklə, cavabdeh müqavilə üzrə öhdəlikdən yayınaraq öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək sözügedən mənzili bu günə qədər təmirli vəziyyətdə təhvil verməmiş və cavabdeh tərəfindən binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 300 manat kirayə haqqını 2024-cü ilin yanvar ayından ödəməyərək, müqavilə şərtlərini pozmuşdur. İddiaçı öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, hər dəfə müxtəlif bəhanələr gətirərək, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 16-cı mərtəbə (yaşayış), ümumi sahəsi 87 kv.m olan, *** nömrəli mənzil izolə olunmuş 2 otaqdan ibarət olub təmirli mənzili təhvil verməkdən boyun qaçırır. Bundan başqa bildirir ki, cavabdeh tərəfindən onun evi sökülmüş, 16 ay ərzində yeni mənzil təhvil verməli olduqları halda, artıq 9 ildir ki, İddiaçı mənzil ilə təmin etməmiş, uzun müddətdir ki, sonuncu müxtəlif ünvanlarda qalmaq məcburiyyətində qalmışdır. Cavabdehin bütün bu qanunsuz hərəkətləri öz ödəliyini yerinə yetirməməsi nəticəsində İddiaçı mənəvi stress və istirab keçirmişdir. Hesab edir ki, iddiaçıya vurulmuş mənəvi ziyana görə 20000 manat pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 23cü maddəsinə əsasən, fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatın sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların yayılması mənəvi ziyan hesab edilir.
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü bloku, 16-cı mərtəbəsində (yaşayış) yerləşən, 2 otaqdan ibarət, ümumi sahəsi 87 kv.m olan, *** nömrəli təmirli mənzilin İddiaçı təhvil verilməsi, "xxxx" MMC-dən İddiaçı xeyrinə kirayə haqqı qismində 6600 manat vəsait tutulması, "xxxx" MMC-dən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 1000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 90 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış ##.##.2016-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 33 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan 5 mərtəbəli, 92 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə edilməklə, 54 kv.m təmirli mənzilin mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Daha sonra “xxxx” MMC ilə İddiaçı arasında yenidən bağlanmış ## ###### 2020-ci il tarixli, ****** nömrəli müqavilə ilə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 87 kv.m olan *** nömrəli, 2 otaqdan ibarət təmirli mənzil pay kimi verilmişdir. Müqavilənin 2.1.2-ci bəndinə əsasən, cavabdeh yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 2 otaqlı mənzil üçün aylıq 300 manat kirayə haqqı verməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 3 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü bloku, 16-cı mərtəbəsində (yaşayış) yerləşən, 2 otaqdan ibarət, ümumi sahəsi 87 kv.m olan, *** nömrəli mənzilin təmirli şəkildə İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh “xxxx” MMC-nin üzərinə qoyulması, cavabdeh tərəfindən ödənilməmiş 6900 (altı min doqquz yüz) manat kirayə haqqının, vəkilə hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 1000 (min) manat xidmət haqqının və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 90 (doxsan) manat məbləğində pul vəsaitinin, cəmi 7990 (yeddi min doqquz yüz doxsan) manat pulun cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulub iddiaçı İddiaçı ödənilməsini xahiş edir.
12. Məhkəmə tələbin “mənzilin təhvil verilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış ## ###### 2020-ci il tarixli, ****** nömrəli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 87 kv.m olan *** nömrəli, 2 otaqdan ibarət təmirli mənzil pay kimi verilir. Lakin sözügedən mənzil indiyədək iddiaçıya təhvil verilməmişdir. Göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Odur ki, iddia tələbi bu hissədə təmin edilməli və həmin mənzil ona təhvil verilməlidir.
13. Iş materiallarına əlavə olunmuş ##.##.2016-cı il tarixli müqavilədən görünür ki, “xxxx” MMC İddiaçı hər ay 300 manat kirayə haqqı verməyi öhdəsinə götürmüşdü. ## ###### 2020ci il tarixli, ****** nömrəli müqavilədə kirayə haqqının ödənilməsi barədə razılaşma qeyd olunmasa da məhkəmədə tədqiq olunmuş bank çıxarışından müəyyən olunur ki, cavabdeh faktiki olaraq 2020-ci ildən 2023 cü ilin dekabr ayınadək kirayə haqqını ödəmişdir. Lakin, daha sonra MMC tərəfindən kirayə haqqı ödənilməmişdir. Göründüyü kimi tərəflər arasında ## ###### 2020-ci il tarixdə bağlanmış müqavilədən sonra da, müqavilədə qeyd olunmasa belə 300 manat kirayə haqqının ödənilməsi cavabdeh tərəfindən davam etdirilmişdir. İddiaçı hesabdan çıxarışı məhkməyə təqdim etmişdir. Bank hesabından çıxarışdan görünür ki, “xxxx” MMC tərəfindən ##.##.2024 cü il tarixdən 2025-ci ilin noyabr ayına kimi 22 ay üçün hər ay üçün 300 manat kirayə haqqı olmaqla (22x300) ümumilikdə 6600 manat olmaqla kirayə haqqı ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli “xxxx” MMC-dən (22x300) ümumilikdə 6600 manat kirayə haqqı tutulub İddiaçı ödənilməlidir.
14. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş ##.##.2025-ci il tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardım üçün 1000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bu səbəbədən iddia tələbi bu hissədə də təmin edilməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2, 157.2, 385.1, 386.1, 389.1, 390.1, 399.1, 425, 430.1, 442-ci maddələri; “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ##### 2023 cü il tarixli qərarı; “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən cavabdeh “xxxx” MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdmişdir.
17. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi işin hallarına səthi yanaşmış və ətraflı şəkildə araşdırma aparmadan mənbəyi bəlli olmayan sənədlərə istinad etməklə iddia tələbinin təmin edilən hissəsində düzgün olmayan bir qənaətə gəlmişdir. Məhkəmə öz qətnaməsində Məcəllənin normalarına istinad etsə də, qeyd edilən normalar məhkəmə qətnaməsinin nəticə hissəsində iddianın təmin edilən hissəsi ilə ziddiyyət təşkil edir. Belə ki, iş materiallarından görünür ki, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış ## #### 2016-cı il tarixli müqaviləyə əsasən, “xxxx” MMC ** saylı binanın yerində yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin binada İddiaçı mülkiyyətində olmuş mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25 % əlavə edilməklə, 54 kv.m təmirli mənzilin mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Sonradan niyə görə mənzilin sahəsi heç bir səbəb olmadan əlavə 23 kv.m artırılmaqla 87 kv. m olmuşdur? Iddiaçı bu məsələyə ümumiyyətlə münasibət bildirməmiş, məhkəmə isə bu faktı müəyyən etdiyi halda səbəblərini araşdırmamışdır. Əgər iddiaçının sözlərinə inansaq yəqin ki, mənzilin yerinin dəyişdirilməsinə görə heç bir MTK vətəndaşa əlavə olaraq ödənişsiz 23 kv.m artıq sahə verməz. Qeyd edir ki, iddiaçı İddiaçı pilot layihə sakini olduğu üçün ona olan inam və etibara görə müqavilə üzrə əlavə 23 kv.m artıq sahə yazılmışdır. Lakin, hazırkı günədək iddiaçı tərəfindən ödəniş həyata keçrilməmişdir. Lakin, iddiaçı məhkəməyə müraciət edərək bu formada MMC-yə təzyiq göstəmək yolunu seçmişdir. Məhkəmə öz qətnaməsini əsaslandırmamış və iddiaçının yoxlanılmamış məlumatları əsasında qərar qəbul etmişdir. Məhkəmə cavabdehlərin sübutlarını, mülkiyyət hüququnun qorunmasına dair qanunvericiliyin tələblərini nəzərə almamışdır. Apellyasiya şikayətinin göstərildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsində işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmişdir. Nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Belə ki, iddiaçı tələbinə dair tələb etdiyi əsaslara görə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə iş üzrə bütün halları araşdırmadan zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
19. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, qarşı tərəflə mübahisənin barışıq yolu ilə həll edilməsi üçün danışıqları oldu. Təklif etdikləri mənzil başqa mənzildir və şərtlər isə qaneedici deyil. Qarşı tərəf iddiaçıya mənzili təmir etməyə icazə vermir, sadəcə qapı və pəncərə qoyulub. Evlə bağlı iddiaçının keçən həftə çəkdiyi videoyazılar mövcuddur.
20. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı izahatında qeyd etdi ki, evi təmir etməyə icazə vermirlər və əlavə pul ödəməli olduğunu bildirirlər. Qapılar və pəncərələr onun tərəfindən qoyulub.
21. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında cavabdehin nümayəndəsi Nümayəndə izahatında qeyd etmişdir ki, İddiaçı mənzili söküldükdən sonra faktiki sahənin üzərinə 25 faiz gəlməklə təhvil verilməli olan mənzilin sahəsi 54 kv/m-dir. Onlara məlum olmayan səbəblərdən müqavilədə ona təhvil verilməli olan mənzilin sahəsi 87 kv/m göstərilib. Şərt və razılaşma isə o olub ki, 54 kv/m-dən 87 kv/m-dək olan sahənin pulu iddiaçı tərəfindən ödəniləcək. Daha sonra İddiaçı tərəfindən öhdəlik icra edilmədiyi üçün mənzil başqa şəxsə verilib. O, buna görə xahiş edir ki, məhkəmə iclası təxirə salınsın və o, həmin şəxslə bağlanılmış müqaviləni məhkəməyə təqdim etsin.
22. Cavabdeh “xxxx” MMC hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq normaları:
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 26.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin təmin edilən hissəsində yoxlanması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış ## #### 2016-cı il tarixli müqaviləyə əsasən, “xxxx” MMC ** saylı binanın yerində yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin binada İddiaçı mülkiyyətində olmuş mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə edilməklə, 54 kv.m təmirli mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.
29. Daha sonra tərəflər arasında yeni müqavilə bağlanmış, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış ## ###### 2020-ci il tarixli, ****** nömrəli müqaviləyə əsasən MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 87 kv.m olan *** nömrəli, 2 otaqdan ibarət təmirli mənzil pay kimi İddiaçı verilməsi öhdəsinə götürülmüşdür.
30. Işdən müəyyən edilir ki, müqavilə öhdəliyi cavabdeh tərəfindən icra edilməmiş, müqavilə predmeti olan mənzil hələ də iddiaçıya təmirli olaraq təhvil verilməmişdir.
31. O cümlədən işdə olan ##.##.2016-cı il tarixli müqavilədən görünür ki, “xxxx” MMC İddiaçı hər ay 300 manat kirayə haqqı verməyi öhdəsinə götürmüşdür. ## ###### 2020-ci il tarixli, ****** nömrəli müqavilədə kirayə haqqının ödənilməsi barədə razılaşma qeyd olunmasa da iş materiallarında olan bank çıxarışından müəyyən olunur ki, cavabdeh faktiki olaraq 2020-ci ildən 2023 cü ilin dekabr ayınadək kirayə haqqını ödəmişdir. Lakin, daha sonra MMC tərəfindən kirayə haqqı ödənilməmişdir. Işdən müəyyən edilir ki, “xxxx” MMC tərəfindən ##.##.2024 cü il tarixdən 2025-ci ilin noyabr ayına kimi 22 ay üçün hər ay üçün 300 manat kirayə haqqı olmaqla (22x300) ümumilikdə 6600 manat olmaqla kirayə haqqı ödənilməmişdir.
32. Kollegiya heç bir qanuni əsas olmadan müqavilə öhdəliyinin icrasının əsassız dayandırılmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi ödənilməmiş kirayə haqqı məbləğini iddiaçının xeyrinə tutmaqla əsaslı nəticəyə gəlmişdir.
33. Cavabdehin apellyasiya şikayətinin dəlili odur ki, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış ## #### 2016-cı il tarixli müqaviləyə əsasən, “xxxx” MMC ** saylı binanın yerində yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin binada İddiaçı mülkiyyətində olmuş mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25 % əlavə edilməklə, 54 kv.m təmirli mənzilin mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Sonradan niyə görə mənzilin sahəsi heç bir səbəb olmadan əlavə 23 kv.m artırılmaqla 87 kv. m olmuşdur? Iddiaçı bu məsələyə ümumiyyətlə münasibət bildirməmiş, məhkəmə isə bu faktı müəyyən etdiyi halda səbəblərini araşdırmamışdır. Əgər iddiaçının sözlərinə inansaq yəqin ki, mənzilin yerinin dəyişdirilməsinə görə heç bir MTK vətəndaşa əlavə olaraq ödənişsiz 23 kv.m artıq sahə verməz. Qeyd edir ki, iddiaçı İddiaçı pilot layihə sakini olduğu üçün ona olan inam və etibara görə müqavilə üzrə əlavə 23 kv.m artıq sahə yazılmışdır. Lakin, hazırkı günədək iddiaçı tərəfindən ödəniş həyata keçrilməmişdir. 34.Iddiaçı tərəf əvvəlki iclaslarda qeyd etmişdir ki, iddiaçının mənzilinin ünvanı ünvan 2 həmin binanın 3-cü mərtəbəsində yerləşir. 2016-cı ildə bağlanmış müqaviləyə əsasən iddiaçıya 3-cü mərtəbədə 54 kv/m sahəsi olan ev verilməli, 300 manat kirayə haqqı verilməli idi. Müqavilənin müddəti də 16 ay idi. Uzun müddət keçməsinə baxmayaraq tikinti başa çatdırılmır. Iddiaçı 2020ci ildə çağrılır və ona daha böyük kv/m sahəsi olan mənzil təklif edilir, lakin həmin mənzil başqa blok və yuxarı mərtəbədə yerləşir. Ikinci müqavilədən görünür ki, iddiaçıya 4-cü blok, 17-ci mərtəbədə 87 kv/m sahəsi olan mənzil verilməsi nəzərdə tutulur. Kvadratın çoxalmasının səbəbi də budur. Kirayə haqqına toxunulmamasının da səbəbi odur ki, əvvəlki müqavilə ləğv edilməyib. 2024-cü ilədək kirayə haqqı ödənilib. ..Ilk dəfə müqavilə bağlanılanda 54.1 kv/m sahəsi olan mənzil verilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilədə otaq sayı qeyd edilməmişdi. iddiaçını çağırdılar ki, müqavilə yenilənməlidir. Iddiaçıya *** nömrəli mənzil verilmişdi, mərtəbə fərqi var idi. Iddiaçıya 2 otaqlı mənzil verilməli idi, ona görə də müqavilədə 87 kv/m sahəsi olan mənzil verilməsi qeyd edildi. Mənzil hazırda iddiaçıdadır, qapısını iddiaçı qoymuşdur. 35.Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış ## #### 2016-cı il tarixli müqavilədə İddiaçı mülkiyyətində olmuş mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə edilməklə, 54 kv.m təmirli mənzili mülkiyyətçinin mülkiyyətinə verməsi öhdəliyi nəzərdə tutulsa da, sonradan tərəflər ## ###### 2020-ci il tarixli, ****** nömrəli müqavilə bağlayaraq binanın 4-cü blok, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 87 kv.m olan *** nömrəli, 2 otaqdan ibarət təmirli mənzili pay kimi İddiaçı verilməsi razılaşdırılmışdır. 36.Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış 2016-cı il tarixli müqavilədə mənzilin yerləşdiyi blok, otaq sayı, nömrəsi qeyd edilməmiş, bundan sonra tərəflər arasında bağlanmış sonuncu müqavilə ilə verilməli olan mənzilin otaq sayı, yerləşdiyi blok, mərtəbə, nömrəsi dəqiqləşdirilmişdir. Həmin müqavilədə mənzilin təmirli olaraq verilməsi qeyd edilmiş, bunun müqabilində payçının hər hansı öhdəliyi nəzərdə tutulmamışdır.
37. ##.##.2026-cı il tarixli iclasda cavabdehin nümayəndəsi izahatında qeyd etmişdir ki, 2020ci il tarixli müqavilə üzrə şərt və razılaşma o olub ki, 54 kv/m-dən 87 kv/m-dək olan sahənin pulu iddiaçı tərəfindən ödəniləcək. Daha sonra İddiaçı tərəfindən öhdəlik icra edilmədiyi üçün mənzil başqa şəxsə verilib. Həmin şəxslə bağlanılmış müqaviləni məhkəməyə təqdim etməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. 38.Kollegiya qeyd edir ki, bundan sonra iclas bir neçə dəfə təxir edilsə də belə bir müqavilə cavabdeh tərəfindən təqdim edilməmişdir. 39.Nəzərə alınmalıdır ki, mənzil hazırda iddiaçıda olsa da ona mənzili təmir etməsinə cavabdeh tərəfindən icazə verilmədiyi üçün iddiaçı təmirli olaraq mənzilin təhvil verilməsi tələbini irəli sürmüşdür.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
41. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli