Məhkəmə qərarları › İş №e-2(3-6)-1528/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1528/2026

23.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1528/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “X19” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair ilkin, Cavabdeh “X19” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X20 katibliyi, iddiaçının nümayəndəsi vəkil1, cavabdehin nümayəndəsi vəkil2 iştirakı ilə, iddiaçı “X19” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair ilkin, Cavabdeh “X19” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh “X19” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. “X19” MMC-nin ##.##.2024-cü il tarixli hesab-fakturasından görünür ki, Cavabdeh tərəfindən ödənilmiş məbləğ 7397,50 manat, qalan borc məbləği 3948,37 manatdır.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin ***/KEŞ saylı, ##.##.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 1.3. Cavabdeh yenidoğulmuş uşağı həkim-neonatoloqa təhvil verildikdən sonra onda morfofunksional yetməzlik ilə yanaşı tənəffüs çatızmazlığı əlamətləri qeyd edilmişdir. Bununla əlaqədar yenidoğulmuş küvezə yerləşdirilmiş və NIPPV rejimində tənəffüs dəstəyi verilmişdir. Ilkin olaraq “vaxtından əvvəl doğulan körpə. Yenidoğulmuşun tənəffüs sindromu pozğunluğu” diaqnozu düzgün təyin edilmişdir. Aparılmış müalicə fonunda yenidoğulmuşda (2-ci sutkada) tənəffüsün kəskin pisləşməsi qeyd edilmiş, təngnəfəslik artmış, retraksiyalar güclənmiş və saturasiya 60% enmişdir. Yenidoğulmuş intubasiya edilmiş və SVA qoşulmuşdur. Təkrar rentgen olunmuş və iki tərəfli pnevmotoraks qeyd edilmişdir. Cərrahi yardım göstərmiş, drenaj tüplər taxılmış və vəziyyətində stabillik yaranmışdır. Yenidoğulmuşa “Kurosurf” endotraxeal yeridilmişdir. Davam edən adekvat tibbi yardımlara baxmayaraq müsbət dinamika əldə edilməmiş və ##.##.2024-cü il tarixdə, saat 7-da yenidoğulmuş uşaqda bioloji ölüm faktı qeydə alınmışdır. Cavabdeh yenidoğulmuş uşağına stasionar müalicə müddətində təyin edilmiş “Yenidoğulmuşun digər bakterial agentlər tərəfindən törədilən sepsisi”, “Digər rubrikalarda təsnif olunmayan bakterial meninqoensefalit və meninqomielit”, “Yenidoğulmuş digər tənəffüs pozğunluqları”, “Vaxtından əvvəl doğulmanın digər halları”, “Yenidoğulmuşlarda ürək çatışmamazlığı”, “Perinatal dövrdə meydana çıxan pnevmotoraks”, “Neonatal koma” kliniki diaqnozları düzgün olmuşdur. 2. Cavabdeh yenidoğulmuş uşağına aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza və yenidoğulmuşun vəziyyətinin ağırlığına uyğun olmuşdur.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin ***/KEŞ saylı, ##.##.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Cavabdeh (yeni doğulmuş uşağının) adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. Cavabdeh yenidoğulmuş uşağına stasionar müalicə müddətində “Yenidoğulmuşun digər bakterial agentlər tərəfindən törədilən sepsisi”, “Digər rubrikalarda təsnif olunmayan bakterial meninqoensefalit və meninqomielit” diaqnozu düzgün təyin edilmişdir. Bakterial sepsis infeksion xəstəlik törədicilərinin səbəq olduğu nizamsız sistemli immun reaksiyası nəticəsində yaranan və həyat üçün təhlükəli olan poliorqan çatışmazlığıdır. Bu vəziyyət adətən bakteriyalar tərəfindən törədilir. Bakterial meninqoensefalitin və meninqomielitin yaranma səbəbləri isə istənilən infeksiyalar, yəni müxtəlif bakterial amillər, göbələk ola bilər. Yenidoğulmuş uşaqlarda immunitetin zəifləməsi meningitin inkişafına gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh yenidoğulmuş uşağına göstərilmiş ixtisaslı tibbi yardımların yenidoğulmuşun vəziyyətinin ağırlaşmasına səbəb olması istisna edilir.

Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı “X19” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərilmiş tibbi xidmətin qarşılığı olan ödənilməmiş 3948,37 manat məbləğində pulun, o cümlədən ödənilmiş 60 manat dövlət rüsumunun, ümumilikdə 4008,37 manat cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddia onunla əsaslandırılmışdır ki, xəstə Cavabdeh ## ### 2024-cü il tarixində “X19” MMC-yə müraciət etmişdir. Göstərilmiş tibbi xidmət qarşılığında ödəniləcək məbləğ üçün “X19” MMC ilə xəstə Cavabdeh ## ### 2024-cü il tarixində “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsi” imzalanmışdır. Qeyd etmək lazımdır ki, imzalanmış “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsi”nə əsasən cavabdeh göstərilmiş tibbi xidmətə görə hesablanmış məbləği “X19” MMC-nin xəzinədarlığına ödəməli idi. Bundan başqa “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsinin” 3.2.9-ci maddəsinə əsasən, “Uşaq patologiya ilə doğulursa, diaqnozuna müvafiq olaraq müalicənin davam etdirilməsi məqsədilə Neantoloji Reanimasiya və ya Neontoloji Intensiv-Terapiya şöbəsinə köçürələcəyi təqdirdə, “xəstə” və ya “xəstə yaxını” həmin şöbələrdə göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği“Qiymət Cədvəli” nə əsasən müqavilənin 5.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür. Nəzərinizə çatdırırıq ki, xəstənin vəziyyətində gözlənilməz ağırlaşma baş vermişdir. Xəstənin həyati təhlükəsini aradan qaldırmaq məqsədi ilə zəruri tibbi yardım göstərilmişdir. Sözü gedən tibbi yardım həm kifayət qədər xərc tələb edən, həm də tibbi praktikada çətin və mürəkkəb bir proses olmuşdur. Lakin bütün bunlara baxmayaraq cavabdehlər tərəfindən xəstəxanaya heç bir ödəniş olunmamışdır. Beləliklə ##.##.2024- ##.##.2024-cü il tarixlər aralığında xəstə Cavabdeh “X19” MMC-də tibbi xidmət göstərilmiş və göstərilmiş tibbi xidmətin ümumi məbləği 11345,84 manat (on bir min öç yüz qırx beş manat səksən dört qəpik) təşkil etmişdir ki, lakin göstərilən bu məbləğdən 7397,50 manat (yeddi min öç yüz doksan yeddi manat əlli qəpik) cavabdeh tərəfindən ödənilmişdir. Geridə qalan 3948,37 manat (üç min doqquz yüz qırx səkkiz manat otuz yeddi qəpik) məbləğ cavabdeh tərəfindən bügunə kimi ödənilməmişdir. Xəstə ilə aralarında bağlanan ## ### 2024-cü il tarixli “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsinin” 3.2.6-cı maddəsinə əsasən “X10” ərçivəsində tətbiq olunacaq proqram növünün paket qiymətini (paketə daxil olan xidmətlər Əlavə 1-də təqdim olunur), Müqaviləyə əlavə sayılan “Ödəmə Planı”na (Əlavə 3) əsasən vaxtında və əksiksiz olaraq “xəstəxa”ya ödəməyi öhdəsinə götürür və ödəniş olduğu məbləği, göstərilmiş xidmətin nəticəsindən asılı olmayaraq geri ödənilməyəcəyini qəbul edir. Həmçinin qeyd olunduğu kimi “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsinin” 3.2.9-ci maddəsinə əsasən, “Uşaq patologiya ilə doğulursa, diaqnozuna müvafiq olaraq müalicənin davam etdirilməsi məqsədilə Neantoloji Reanimasiya və ya Neontoloji Intensiv-Terapiya şöbəsinə köçürələcəyi təqdirdə, “xəstə” və ya “xəstə yaxını” həmin şöbələrdə göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği “Qiymət Cədvəli”nə əsasən müqavilənin 5.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür. Yuxarıda göstərilənlərə əsasən “X19” MMC ilə cavabdeh arasında əqd bağlanmışdır. Tərəflərin iradə ifadəsi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olmuşdur. Cavabdeh Cavabdeh göstərilən tibbi xidmətin qiyməti barədə tam məlumatlı olaraq, əqdi bağlamaq iradəsini öz rəftarları ilə məlum etmiş və göstərilmiş tibbi xidmətə görə yaranan borc məbləğini “X19” MMC-yə ödəməyi öhdələrinə götürmüşdürlər. Nəzərə alinsa ki, mülki hüquq münasibətləri münasibətə daxil olan subyektlərin hüquq və vəzifələrindən ibarətdir, o zaman aydın olur ki, “X19” MMC üzərinə düşən vəzifəni (öhdəliyi) tam həcmdə yerinə yetirmişdir. Belə ki, “X19” MMC tibb müəssisəsi kimi sözü gedən əqddə tibbi yardımın icrasını üzərinə bir öhdəlik kimi götürmüş və həmin öhdəliyi icra etmişdir. Ancaq cavabdeh Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən göstərilmiş tibbi xidmətə görə müəyyənləşdirilmiş məbləği ödəməyərək üzərinə götürdüyü öhdəliyi icra etməmişdirlər. Yuxarıda göstərilənlərdən müəyyən olunur ki, cavabdeh Cavabdeh “X19” MMC qarşısında öhdəlik daşıyaraq, 3948,37 manat (üç min doqquz yüz qırx səkkiz manat otuz yeddi qəpik) məbləğində pulu ödəməyə borcludur.

6. Ilkin iddia ərizəsinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh ilkin iddiaçının iddia tələblərini aşağıda göstərilənlərə əsasən qəbul etmir: O, X1 ilə ailə həyatı qurduqdan 5 il sonra hamilə qaldı və ana olmaq şansı yarandı. ## ### 2024-cü il tarixdə ünvan 1 ünvanda yerləşən “X19” MMC-nə (telefon 050-251-12- 81) müraciət etdi və həmin gün orada göstəriləcək tibbi xidmət qarşılığında ödəniləcək məbləğ üçün aralarında “Hamiləliyə və Doğuşa görə Tibbi Xidmət Müqaviləsi” imzalandı. ## ### 2024-cü il tarixdə “X19” MMC-nə müraciət edərkən o doğuş sancıları səbəbindən və hüquqi savadı olmadığından, həm də həkimlərinin peşəkarlığına inandığından, müqaviləni oxuyub şərtlərini öyrənmədən imzalamış, həmin gün “X19” MMC-də həkimlər qeysəriyyə (kesar) əməliyyatı aparmaqla oğlan uşağını bətnindən götürmüşlər. Uşaq patologiya ilə doğulmuşdu, 7 aylıq və çəkisi 1 kq 600 qram olmuşdu. Doğuş həkimi uşağın 3 gün küvesdə qalmalı olacağını dedi, uşağı küvesə yerləşdirib ona ana südü verirdilər. Ertəsi gün uşağa baxan pediatr həkim-neonatoloq Almaz Məmmədova və ciyər həkimi Rəşad gəlib onlara dedilər ki, gecə uşağın ciyərində hava olub, onlar uşağın ciyərini hər iki tərəfindən deşik açıb havasını çıxarmış və katater qoymuşlar, hazırda uşağın uşağın ciyərində problem yoxdur, nəfəs almağı düzəlib, yaxşılaşır, heç bir problemi yoxdur. Onu da qeyd edir ki, həmin gün uşağın vəziyyət pis olduğu üçün Rəşad həkimi gecə evindən “X19” MMC-də çağırmışlar və buna görə ona əlavə pul ödənilmişdir. Lakin uşaq küvesdə 3 gün qalmamışdır, uşağın əmmə refleksi olmadığı üçün ana südünü soyuducuya qoyub sonra kataterlə ona vermişlər. 10 gün belə davam etmiş, uşağı həmin vaxt aparatda olmuşdur. 10 gündən sonra həmin şöbənin baş həkimi Bəxtiyar Zeynalov və pediatr həkim-neonatoloq Almaz Məmmədova gəlib dedilər ki, uşağa kataterdən infeksiya düşüb, ona görə də uşağa 2 iynə vurmuşlar və onların biri 625,51, digəri isə 584 manat dəyərində olmuşdur. O, qaynatası Cavad Həsənov və qaynanası Sevda Həsənova soruşdular ki, “uşağa niyə infeksiya düşüb, axı deyirdiniz ki, hər şey yaxşıdır, uşağı ancaq siz görürsünüz və ona siz toxunursuz, niyə infeksiya keçsin?” Bundan 2 gün sonra o uşaq olan otağa girdi və oradakı antisanitar vəziyyəti görüb etirazını bildirdi, həkimlər də təsdiqlədilər ki, infeksiya həmin şlanklardan keçib, uşağın vəziyyəti yaxşı deyildir, komadadır, infeksiya beyninə otururb, süni tənəffüs aparatına qoşulmuşdur. Uşağın beyni işləmirdi, bədəni qaralmışdı, lakin uşaq aparata qoşulmuş vəziyyətdə idi. Həmin vaxt onlar həkimlərə dedilər ki, uşağı onlara versinlər, başqa yerə aparaq, onlar isə dedilər ki, uşağın vəziyyəti yaxşılaşır, aparmayın, aparatdan ayırsaq, öləcək. Bütün bunlara baxmayaraq, “X19” MMC-də həkimlər onlardan artıq məbləğdə pul almaq məqsədilə faktiki ölmüş uşağı aparatdan ayırmayaraq onun orada qalma müddətini süni şəkildə uzatmış, onlardan uşağın orada qaldığı hər günün pulunu ödəməyi tələb etmiş, onlar da tələb olunan pulu, hətta əlcəklərin pulunu gecikdirmədən ödəmişlər. Halbuki, Koreya klinikasında onları qəbul edərək “X19” MMC-nə yönəldən Cəmalə həkim onlara demişdi ki, əməliyyatı “X19” MMC-də edəcəklər, doğuş qiyməti 1600 manatdır, onu ödəyəcəksiniz, vəssalam. Həmin 1600 manatı o doğuşa getməmişdən əvvəl qaynanası Sevda Həsənova ödəmişdir. Uşaq döğulduqdan sonra isə onlara hər gün pul ödəməli olduqlarını bildirildi və deyildi ki, 3000 manat depozit qoyulmalıdır. Onlar dedilər ki, “o qədər pulmuz yoxdur, əvvəlcədən dediyiniz doğuş haqqını qabaqcadan düzəldib ödəmişik, dedilər ki, yox, buranın qayda-qanunu var, depozit ödəməlisiniz.” Qohumları hər gün “X19” MMC-nə gedərkən onlara demişlər ki, kassaya yaxınlaşın uşağa olunan prosedurların pulunu ödəyin, onlar da hər gün tələb olunan məbləği çətinliklə də olsa, tapıb ödəmişlər. Kassada oturanlar çətin maddi vəziyyətkərini görürdülər. Vəziyyəti belə görən atası həyətindəki inəyini satıb pulunu onlara verdi, onlah həmin pulu da “X19” MMC-nə ödədilər ki, təki uşağ yaxşı olsun, sağ-salamat çıxsın. Həkimlər əvvəlcə onlara dedilər ki, “uşağınız yaxşıdır, pulu ödəyin, uşağınızı 1 həftəyə apararsınız, sonra dedilər 2 həftəyə apararsınız”. O hər gün ana südü sağaraq aparıb orada soyuducuya qoyurdu, həkimlər isə şlankla həmin südü uşağa verirdilər. Içəri yalnız onu buraxırdılar, ailə üzvlərindən isə heç kimi buraxmırdılar və onlar uşağı görə bilmirdilər. O da kənardan 10 dəqiqə baxır, südü verdikdən sonra oradan çıxırdı. Hər gün Bəxtiyar həkimlə, Almaz həkimlə həm üzbəüz, həm də telefonla danışırdı, onlar da deyirdilər ki, hər şey öz qaydasındadır, uşaq hərəkət edir, ağlayır, yatır, bayıra çıxır, sidiyə gedir, süd əmir. “X19” MMCnin tələb etdiyi pulu hər gün ödəyirdilər ki, uşağı oradan sağ-salamat çıxardaq. Uşağa bu iynələr vurulmuşdur: Kurosurp 120 mq 1,5 ml № * vurulub - (##.##.2024), qiyməti 625 manat; eyni iynə (##.##.2024) saat (15:34) vurulub – qiyməti 584,80 manat. Göründüyü kimi, həmin gün eyni iynə başqa məbləğlərə vurulub və bu barədə onda lazımi sübutlar vardır. Qaynanası Sevda xanım dəfələrlə baş həkimin otağında olub ondan soruşmuşdur ki, buranın böyüyü kimdir, o, ona şikayət etmək istəyir, baş həkim də demişdir ki, “burada böyük təkcə mənəm.” Daha sonra qaynanası baş həkimə onları məhkəməyə verəcəyini demiş və ödədiyi pulları geri tələb etmişdir. Baş həkim də qaynanasına demişdir ki, “hara, kimə şikayət edirsinizsə, edin”. Qohumları Səhiyyə Nazirliyinə şikayət etdilər, oradan isə cavab verilmişdir ki, onlar bu işə baxmırlar, məhkəməyə müraciət etsinlər. ## #### 2024-cü il tarixdə “X19” MMC-dən ona zəng vuraraq 2000 manat borcunun olduğunu deyib həmin məbləği ödəməyi tələb etdilər, o isə dedi ki, uşaq ölür, niyə pul verməlidir? Bundan sonra “X19” MMC-dən uşağa heç nə etməmələrini tələb etdi, onlar isə uşağı aparatdan ayırmayaraq cavab verdilər ki, uşağı aparatdan ayırsalar, öləcək. ## #### 2024- cü il tarixdə axşam saat 7-8 radələrində qaynanası Sevda xanım Bəxtiyar həkimin yanına gedərək demişdir ki, uşaq ölüb də, şişib, gömgöydür, verin, aparıb basdıraq. Bəxtiyar həkim isə ona deyib ki, uşağın ürəyi hələ döyünür, onu aparatdan ayıra bilmərik, hələ burada qalmalıdır. Əlbəttə, bu hərəkət uşağın süni tənəffüs aparatında belə bəhanə ilə hospitalda qəsdən saxlanıldığı günlər üçün onlardan pul almaqdan ötrü edilmişdir. ## #### 2024-cü il tarixdə səhər saat 7-nin yarısında “X19” MMC-dən onlara zəng edərək bildirmişlər ki, uşaq ölüb, gəlin aparın. Uşaq öldükdən sonra isə ölümün səbəbi kimi ürək çatışmazlığı göstərilmişdir. “X19” MMC-nin kassası uşağın süni şəkildə hospitalda qalma müddətinin mənasız yerə uzadıldığı günlərin pulunu ondan tələb etmiş, qaynanası da onlara qəti şəkildə bildirmişdir ki, uşaq komaya düşən gündən pul ödəməyəcəkdir, hələ əvvəl ödədiyi pulları da onlardan geri alacaqdır. 5 ildən bəri həsrətlə nəvə gözləyən qaynanası vəziyyəti belə gördükdə baş həkim Fariz Cəbiyevin qəbuluna getmiş, komada olan uşağın hospitalda mənasız yerə saxlanıldığı hər bir gün üçün kassanın ondan niyə pul tələb etməsini soruşub uşağı aparıb basdırmaları üçün onlara vermələrini xahiş etmiş, Fariz həkim də onu sakitləşdirmiş və həmin pulu ödəməyəcəyinə onu əmin etmişdir. Bundan sonra “X19” MMCnin həkimləri uşağın meyidini pul ödəmədən onlara verib qalıq borc haqqında heç nə demədilər. Bir daha qeyd edir ki, onlar uşağın doğuşuna görə “X19” MMC-nə əvvəlcədən 1600 manat, uşaq komaya düşənə qədər isə 7397,50 manat ödəmiş və həmin ödənişlərin qəbzləri onlardadır. Həmin vaxtdan 6 ay keçdikdən sonra isə “X19” MMC ona qarşı 3948,37 manat pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiaçının iddia tələbi tamamilə əsssızdır və rədd edilməlidir. Yuxarıdakılara əsasən iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

7. Iddiaçı Cavabdeh cavabdeh “X19” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi zərər” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7397,50 manat maddi ziyan, 2000 manat mənəvi ziyan, hüquqi yardımla əlaqədar ** saylı Vəkil Bürosunda vəkillə bağladığı müqaviləyə əsasən 320 manat və 118 manat dövlət rüsumu, ümumilikdə 9835,50 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X1 ilə ailə həyatı qurduqdan 5 il sonra hamilə qaldı və ana olmaq şansı yarandı. ## ### 2024-cü il tarixdə ünvan 1 ünvanda yerləşən “X19” MMC-nə (telefon 050-251-12-81) müraciət etdi və həmin gün orada göstəriləcək tibbi xidmət qarşılığında ödəniləcək məbləğ üçün aralarında “Hamiləliyə və Doğuşa görə Tibbi Xidmət Müqaviləsi” imzalandı. ## ### 2024-cü il tarixdə “X19” MMC-nə müraciət edərkən o doğuş sancıları səbəbindən və hüquqi savadı olmadığından, həm də həkimlərinin peşəkarlığına inandığından, müqaviləni oxuyub şərtlərini öyrənmədən imzalamış, həmin gün “X19” MMC-də həkimlər qeysəriyyə (kesar) əməliyyatı aparmaqla oğlan uşağını bətnindən götürmüşlər. Uşaq patologiya ilə doğulmuşdu, 7 aylıq və çəkisi 1 kq 600 qram olmuşdu. Doğuş həkimi uşağın 3 gün küvesdə qalmalı olacağını dedi, uşağı küvesə yerləşdirib ona ana südü verirdilər. Ertəsi gün uşağa baxan pediatr həkim-neonatoloq Almaz Məmmədova və ciyər həkimi Rəşad gəlib onlara dedilər ki, gecə uşağın ciyərində hava olub, onlar uşağın ciyərini hər iki tərəfindən deşik açıb havasını çıxarmış və katater qoymuşlar, hazırda uşağın uşağın ciyərində problem yoxdur, nəfəs almağı düzəlib, yaxşılaşır, heç bir problemi yoxdur. Onu da qeyd edir ki, həmin gün uşağın vəziyyət pis olduğu üçün Rəşad həkimi gecə evindən “X19” MMC-də çağırmışlar və buna görə ona əlavə pul ödənilmişdir. Lakin uşaq küvesdə 3 gün qalmamışdır, uşağın əmmə refleksi olmadığı üçün ana südünü soyuducuya qoyub sonra kataterlə ona vermişlər. 10 gün belə davam etmiş, uşağı həmin vaxt aparatda olmuşdur. 10 gündən sonra həmin şöbənin baş həkimi Bəxtiyar Zeynalov və pediatr həkim-neonatoloq Almaz Məmmədova gəlib dedilər ki, uşağa kataterdən infeksiya düşüb, ona görə də uşağa 2 iynə vurmuşlar və onların biri 625,51, digəri isə 584 manat dəyərində olmuşdur. O, qaynatası Cavad Həsənov və qaynanası Sevda Həsənova soruşdular ki, “uşağa niyə infeksiya düşüb, axı deyirdiniz ki, hər şey yaxşıdır, uşağı ancaq siz görürsünüz və ona siz toxunursuz, niyə infeksiya keçsin?” Bundan 2 gün sonra o uşaq olan otağa girdi və oradakı antisanitar vəziyyəti görüb etirazını bildirdi, həkimlər də təsdiqlədilər ki, infeksiya həmin şlanklardan keçib, uşağın vəziyyəti yaxşı deyildir, komadadır, infeksiya beyninə otururb, süni tənəffüs aparatına qoşulmuşdur. Uşağın beyni işləmirdi, bədəni qaralmışdı, lakin uşaq aparata qoşulmuş vəziyyətdə idi. Həmin vaxt onlar həkimlərə dedilər ki, uşağı onlara versinlər, başqa yerə aparaq, onlar isə dedilər ki, uşağın vəziyyəti yaxşılaşır, aparmayın, aparatdan ayırsaq, öləcək. Bütün bunlara baxmayaraq, “X19” MMC-də həkimlər onlardan artıq məbləğdə pul almaq məqsədilə faktiki ölmüş uşağı aparatdan ayırmayaraq onun orada qalma müddətini süni şəkildə uzatmış, onlardan uşağın orada qaldığı hər günün pulunu ödəməyi tələb etmiş, onlar da tələb olunan pulu, hətta əlcəklərin pulunu gecikdirmədən ödəmişlər. Halbuki, Koreya klinikasında onları qəbul edərək “X19” MMC-nə yönəldən Cəmalə həkim onlara demişdi ki, əməliyyatı “X19” MMC-də edəcəklər, doğuş qiyməti 1600 manatdır, onu ödəyəcəksiniz, vəssalam. Həmin 1600 manatı o doğuşa getməmişdən əvvəl qaynanası Sevda Həsənova ödəmişdir. Uşaq döğulduqdan sonra isə onlara hər gün pul ödəməli olduqlarını bildirildi və deyildi ki, 3000 manat depozit qoyulmalıdır. Onlar dedilər ki, “o qədər pulmuz yoxdur, əvvəlcədən dediyiniz doğuş haqqını qabaqcadan düzəldib ödəmişik, dedilər ki, yox, buranın qayda-qanunu var, depozit ödəməlisiniz.” Qohumları hər gün “X19” MMC-nə gedərkən onlara demişlər ki, kassaya yaxınlaşın uşağa olunan prosedurların pulunu ödəyin, onlar da hər gün tələb olunan məbləği çətinliklə də olsa, tapıb ödəmişlər. Kassada oturanlar çətin maddi vəziyyətkərini görürdülər. Vəziyyəti belə görən atası həyətindəki inəyini satıb pulunu onlara verdi, onlah həmin pulu da “X19” MMC-nə ödədilər ki, təki uşağ yaxşı olsun, sağ-salamat çıxsın. Həkimlər əvvəlcə onlara dedilər ki, “uşağınız yaxşıdır, pulu ödəyin, uşağınızı 1 həftəyə apararsınız, sonra dedilər 2 həftəyə apararsınız”. O hər gün ana südü sağaraq aparıb orada soyuducuya qoyurdu, həkimlər isə şlankla həmin südü uşağa verirdilər. Içəri yalnız onu buraxırdılar, ailə üzvlərindən isə heç kimi buraxmırdılar və onlar uşağı görə bilmirdilər. O da kənardan 10 dəqiqə baxır, südü verdikdən sonra oradan çıxırdı. Hər gün Bəxtiyar həkimlə, Almaz həkimlə həm üzbəüz, həm də telefonla danışırdı, onlar da deyirdilər ki, hər şey öz qaydasındadır, uşaq hərəkət edir, ağlayır, yatır, bayıra çıxır, sidiyə gedir, süd əmir. “X19” MMCnin tələb etdiyi pulu hər gün ödəyirdilər ki, uşağı oradan sağ-salamat çıxardaq. Uşağa bu iynələr vurulmuşdur: Kurosurp 120 mq 1,5 ml № * vurulub - (##.##.2024), qiyməti 625 manat; eyni iynə (##.##.2024) saat (15:34) vurulub – qiyməti 584,80 manat. Göründüyü kimi, həmin gün eyni iynə başqa məbləğlərə vurulub və bu barədə onda lazımi sübutlar vardır. Qaynanası Sevda xanım dəfələrlə baş həkimin otağında olub ondan soruşmuşdur ki, buranın böyüyü kimdir, o, ona şikayət etmək istəyir, baş həkim də demişdir ki, “burada böyük təkcə mənəm.” Daha sonra qaynanası baş həkimə onları məhkəməyə verəcəyini demiş və ödədiyi pulları geri tələb etmişdir. Baş həkim də qaynanasına demişdir ki, “hara, kimə şikayət edirsinizsə, edin”. Qohumları Səhiyyə Nazirliyinə şikayət etdilər, oradan isə cavab verilmişdir ki, onlar bu işə baxmırlar, məhkəməyə müraciət etsinlər. ## #### 2024-cü il tarixdə “X19” MMC-dən ona zəng vuraraq 2000 manat borcunun olduğunu deyib həmin məbləği ödəməyi tələb etdilər, o isə dedi ki, uşaq ölür, niyə pul verməlidir? Bundan sonra “X19” MMC-dən uşağa heç nə etməmələrini tələb etdi, onlar isə uşağı aparatdan ayırmayaraq cavab verdilər ki, uşağı aparatdan ayırsalar, öləcək. ## #### 2024- cü il tarixdə axşam saat 7-8 radələrində qaynanası Sevda xanım Bəxtiyar həkimin yanına gedərək demişdir ki, uşaq ölüb də, şişib, gömgöydür, verin, aparıb basdıraq. Bəxtiyar həkim isə ona deyib ki, uşağın ürəyi hələ döyünür, onu aparatdan ayıra bilmərik, hələ burada qalmalıdır. Əlbəttə, bu hərəkət uşağın süni tənəffüs aparatında belə bəhanə ilə hospitalda qəsdən saxlanıldığı günlər üçün onlardan pul almaqdan ötrü edilmişdir. ## #### 2024-cü il tarixdə səhər saat 7-nin yarısında “X19” MMC-dən onlara zəng edərək bildirmişlər ki, uşaq ölüb, gəlin aparın. Uşaq öldükdən sonra isə ölümün səbəbi kimi ürək çatışmazlığı göstərilmişdir. “X19” MMC-nin kassası uşağın süni şəkildə hospitalda qalma müddətinin mənasız yerə uzadıldığı günlərin pulunu ondan tələb etmiş, qaynanası da onlara qəti şəkildə bildirmişdir ki, uşaq komaya düşən gündən pul ödəməyəcəkdir, hələ əvvəl ödədiyi pulları da onlardan geri alacaqdır. 5 ildən bəri həsrətlə nəvə gözləyən qaynanası vəziyyəti belə gördükdə baş həkim Fariz Cəbiyevin qəbuluna getmiş, komada olan uşağın hospitalda mənasız yerə saxlanıldığı hər bir gün üçün kassanın ondan niyə pul tələb etməsini soruşub uşağı aparıb basdırmaları üçün onlara vermələrini xahiş etmiş, Fariz həkim də onu sakitləşdirmiş və həmin pulu ödəməyəcəyinə onu əmin etmişdir. Bundan sonra “X19” MMCnin həkimləri uşağın meyidini pul ödəmədən onlara verib qalıq borc haqqında heç nə demədilər. Bir daha qeyd edir ki, onlar uşağın doğuşuna görə “X19” MMC-nə əvvəlcədən 1600 manat, uşaq komaya düşənə qədər isə 7397,50 manat ödəmiş və həmin ödənişlərin qəbzləri onlardadır. Həmin vaxtdan 6 ay keçdikdən sonra isə “X19” MMC ona qarşı 3948,37 manat pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Halbuki, cavabdehin qəsdən təqsirli, hüquqa zidd əməli nəticəsində ona 7397,50 (yeddi min üç yüz doxsan yeddi, əlli) manat maddi zərər dəymişdir. Hesab edir ki, "X19" MMC bu hərəkəti bu hərəkəti ilə bütün mənəvi-əxlaqi dəyərləri kobudcasına pozmuş, hələ qaysaq bağlamamış yaralarını qanatmış və çəkdiyi mənəvi sarsıntı və iztirabları daha da şiddətləndirmişdir. Iddianın verilməsi üçün səbəblər: “xxxx” MMC-nin lazımi keyfiyyətdə olmayan cavabdeh “X19” MMC-nin tibbi xidməti, həkimlərin səhlənkarlığı nəticəsində 5 ildən bəri həsrətlə gözlədiyi uşağı ölmüş, bununla da onf 7397,50 (yeddi min üç yüz doxsan yeddi, əlli) manat maddi zərər, bunda başqa, mənəvi zərər də vurulmuşdur. Bundan başqa, hüquqi yardımla əlaqədar ** saylı Vəkil Bürosunda vəkillə bağladığı müqaviləyə əsasən 320,00 (üç yüz iyirmi) manat Vəkil Bürosunun hesabına, dövlət rüsumu olaraq isə 118,00 (yüz on səkkiz) manat büdcəyə ödəmişdir. Bununla da cavabdeh “X19” MMC-nin 7397,50 (yeddi min üç yüz doxsan yeddi, əlli) manat əsas borc, hüquqi yardımla əlaqədar ** saylı Vəkil Bürosunda vəkillə bağladığım müqaviləyə əsasən 320,00 (üç yüz iyirmi) manat və 118,00 (yüz on səkkiz) manat dövlət rüsumu ödədiyimə görə ona ümumilikdə 7835,50 (yeddi min səkkiz yüz otuz beş, əlli) manat borcu ödəmək öhdəliyi yaranmışdır. Bu səbəbdən cavabdeh Cavabdeh “X19” MMC-dən 7397,50 (yeddi min üç yüz doxsan yeddi, əlli) manat əsas borc, hüquqi yardımla əlaqədar ** saylı Vəkil Bürosunda vəkillə bağladığım müqaviləyə əsasən 320,00 (üç yüz iyirmi) manat və 118,00 (yüz on səkkiz) manat dövlət rüsumu ödədiyinə görə ona ümumilikdə 7835,50 (yeddi min səkkiz yüz otuz beş, əlli) manat tutularaq ona verilməsi barədə qətnamə çıxarılması xahişi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, “X19” MMC-nin lazımi keyfiyyətdə olmayan tibbi xidməti, həkimlərin səhlənkarlığı nəticəsində 5 ildən bəri həsrətlə gözlədiyi uşağı öldüyünə görə ciddi mənəvi sarsıntı keçirmiş, iztirab çəkmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, Fəxrinin qayınanasıdır. Gəlininin həkimi ilə müqaviləsi olub, Caspian Hospitalla müqavilələri olmayıb. Həkim dedi ki, doğuşu Caspian Hospitalda olacaq. Gəlini 7 ay müayinə edilmiş, sonra uşaq dünyaya gəlmişdir, bundan sonra onlara bildirilmişdir ki, uşaqla bağlı hər şey yaxşıdır, uşaq üç gün küvəzdə saxlanılacaq, bunun üçün depozitə pul ödəməlidirlər, qudası -gəlinin anası rayonda saxladığı inəyini satıb ödənişini etmişlər. Onlara bildirilmişdir ki, iki həftə müddətində deyilən bütün ödənişləri etmişlər, üçüncü gün gəlini çıxartmışlar, amma uşaqda nəfəs darlığı olmuş, onlar uşağı çıxarmaq istəmişlər, onlara demişlər ki, uşaq qalsın, narahat olmasınlar, onların artıq maddi imkanı çatmırdı ödənişləri etməyə, uşağı çıxarmaq istəyirdilər, başqa klinikaya aparmaq istəyirdilər. 5-ci gün uşağı çıxarmağa hazırlaşırdıq, dedilər uşaq yeyir, ana südünü də artırıblar (südü kotetorla uşağa verirdilər), hazırlaşırdılar ki, uşağı alıb aparsınlar. Uşağı aparmaq istəyəndə onları Bəxtiyar həkim otağa dəvət edib bildirmişdir ki, uşaqda infeksiya yarandı. 7000 manat doğuşdan əlavə ödəniş etmişlər. Yenə də demişlər ki, uşağı götürüb başqa yerə aparsınlar və ya yoldaşı dedi ki, başqa həkim dəvət etsinlər, amma Bəxtiyar həkim bildirmişdir ki, ehtiyac yoxdur, o özü yaxşı həkimdir, uşaq sağalacaq. Sonrakı gün onlara demişlər ki, uşaq düşdü komaya. Uşağa vurulan bahalı iynələrin ödənişlərini edirdilər, qızılları hər şeyi satıb həmin günə qədər bütün ödənişləri etmişlər. Uşaq 9 gün komada qalmışdır, 4000 manat həmin dövrə aid yazılıb. Bəxtiyar həkim ona iki dəfə hücum çəkmişdir. O demişdir ki, “infeksiya kotetordan keçib, gedərsən şikayət edərsən, hansı həkimin və tibb bacısının növbəsində olub, şikayət edərsən”. Sonra baş həkimin yanına getdilər şikayət etməyə ki, uşağı versinlər aparsınlar, dedilər ixtiyarları yoxdu uşağı verməyə, o da həmin gündən sonra heç bir ödəniş etməyəcəyini, uşağı salamat vəziyyətdə onlara qaytaracaqları halda ödəniş edəcəyini bildirdi. Bəxtiyar həkim şöbə müdiri idi, Almaz həkim uşaq həkimi idi. Uşaq 30-cu həftəsində doğulsa da problemsiz dünyaya gəlmişdir.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, iddiaçı Fəxrinin anasıdır. Uşaq 30 həftəlik oldu. O, rayonda idi, tez özünü çatdırdı. Ginekoloqdan soruşdu ki, uşaq qalacaq? Dedilər narahat olmasın qalan uşaqdı. Həmin gün ödəniş edilməli idi, mal qaranı satıb uşaq üçün ödəniş etdi, hər gün pul köçürürdülər. Hər gün uşağın yanına gedirdilər, deyirdilər ki, uşaq aktivdir. Sonra o, rayonda olanda məlumat gəldi ki, uşağın vəziyyəti pisləşdi. O, səhəri gün gəlib baş həkimlə danışmış, Bəxtiyar həkimdən soruşmuşdur ki səbəbi nədir? dedilər ki, ana südündən və ya ayaqdan virus keçə bilər. O da dedi ki, uşaq küvesdə olub, gəzməyib, uşağa kim baxıbsa günah ondadı, dedilər onlarda da günah yoxdur. Bundan sonra mübahisələri başladı. Baş həkim həkimləri çağırdı yanına və həkimlər bildirdilər ki, lazımi müalicəni ediblər. O, etiraz etmiş, Bəxtiyar həkim onu dinləməmişdir. Baş həkimlə danışanda demişdir ki, dövlətin xəstəxanası var, sığorta var, aparsın uşağı, baş həkim ona bildirdi ki, uşaq sağalacaq, klinikanın təbii ki, təcili tibbi yardım maşını var. Amma baş həkim sonda dedi ki, uşağı verə bilməz. O da bildirmişdir ki, uşaq ölüb ona görə vermir. Uşaq infeksiyadan, mininqitdən ölüb. Ana yanına girirdi, uşağı görürdü, uşaq küvezdə qapalı vəziyyətdə idi.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o həkim ginekoloqdur, pasientin hamiləliyini 5 il sonra olmuşdur. Normal hamiləlik keçdi, erkən doğuş riski var idi, 28-ci həftədən erkən doğuşla bağlı tibbi protokola uyğun tədbirləri görmüşlər. 6-7 aktarla, yəni uşağı 32 həftəlik uşağın göstəriciləri ilə təhvil verildi. 28-ci Çəkisini və ciyərlərini profilaktika edib. Uşaq yaxşılığa doğru gedirdi. O, hamiləliyi təqib edən doktordur. Protokolagörə sonraki mərhələdə müdaxilə edə bilməz, lakin pasienti o gətirmişdir bu Hospitala, uşağın vəziyyətinin pisləşdiyini eşitdi və buna görə maraqlandı vəziyyəti ilə. Məlumat aldı ki, bir tibbi göstərici var 150-dən 300-ə qalxmışdı, o artıq anladı ki, evə sağlam uşaq verməyəcəklər. Yaxınlaşdı Bəxtiyar doktora danışdı ki, əgər sağlam uşaq verməyəcəklərsə əlavə borc yazılmasın, Bəxtiyar doktor bildirdi ki, belə ağırlaşma halında borc yazılmır, lakin uşağı verə bilmərik, qanuna ziddir. Xəstə yaxınlarına bildirmişlər ki, belə ağırlaşmanın sonu zatən ölümdür, uşağı sonra verəcəklər, ödəniş tələb edilməyəcək. Belə bir iddia qaldırılanda təəccübləndi, yaxınlaşdı Bəxtiyar doktora soruşdu, dedilər Fariz doktor deyib ki, ödəniş tələb edilməyəcək, rəhbərliyin bundan xəbəri olmayıb. Əlavə olaraq bildirmişdir ki, yazılan ödənişlər uşaq ağırlaşan gündən hesablanan ödənişlərdir. Bütün analizlər var idi, infeksiya ana bətnindən gəlməyib, bir gündə baş vermişdir bu hal, qanda göstərilən sonraki göstəricilər infeksiyanın göstəriciləri olub. Xəstə yaxınları uşağı ağırlaşandan sonra aparmaq istəyib, əlavə borc yazılmasın deyə, Bəxtiyar doktor dedi ki, Fariz doktor deyib ki, borc yazılmayacaq. Lakin borc yazıldı.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, o, uşaq həkimidir. Uşaq üçüncü hamiləlikdə doğulub. 1 kq, 600 q idi, 28 may tarixində doğuldu, 29 mayda onu təhvil alanda uşağın ciddi tənəffüs problemi var idi və doğulan gündən aparatla tənəffüs dəstəyi verildi. Doğulan gündən küvəzdə saxlanılıb. Təkrar rentgen çağıranda müəyyən etmişlər ki, hər iki tərəfdə pnevmotoraks var. Uşaq daha güclü aparata qoşuldu və damar daxili müalicə edilirdi. Uşaq doğulandan antibiotiklə dəstəklənirdi. Bir müddət sonra göründü ki, uşağın vəziyyəti pisləşir və immun sistemi zəif olduğundan daha güclü antibiotiklardən istifadə etmişlər. Daha sonra uşağın vəziyyəti dəyişildi, infeksion göstərici yarandı 55 idi, sürətlə iki gün ərzində göstərici artmış 300 olmuşdu, gecə yarı həkimlər gəldi vəziyyətə görə işə və uşağın vəziyyətini stabilləşdirmək üçün daha güclü tədbirlər həyata keçirmişlər. Amma infeksiya göstəricisinin dərəcəsini aşağı salmaq mümkün olmurdu. Ciddi infeksiya var idi, heç bir qıcığa reaksiya vermədi uşaq, nəticədə neotal komaya düşdü. Suallara cavab olaraq bildirmişdir ki, reanimasiyada hər gün sanitariya işləri aparılır. Reanimasiyada ciddi nəzarət var, küvezlərdən yaxma götürülür yoxlanılır. Çox axtarıblar ki, infeksiya necə düşə bilər uşağa, lakin tapa bilməmişlər. Hardan infeksiya düşdüyünü bilmir, ana südündən də ola bilər, zontla verilirdi süd, süd yoxlanılmırdı, protokolda belə bir tələb yoxdur. Sadəcə uşaq vaxtından əvvəl doğulduğuna görə həttindən artıq zəif olduğuna və immunitetinin müqavimət göstərə bilmədiyinə görə infeksiyaya yoluxa bilər. O, ümumiyyətlə özəl xəstəxanada xidmət pullu olduğu üçün ailəyə maddi imkan olmadığı halda uşağı başqa xəstəxanaya apara biləcəklərini bildirmiş, lakin ailə özü uşağı aparmaq istəməmişdir. Uşağın vəziyyəti ağırlaşandan sonra isə onlarla Bəxtiyar həkim danışmışdır, o, ancaq uşaqla məşğul olmuşdur. Ailənin uşağı başqa xəstəxanaya aparmaq istədiklərini eşitməmişdir.

13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinə əsasən ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək, cavabdeh “X19” MMC-dən mənəvi zərərin əvəzi olaraq 2000 manat, 320 manat hüquqi xidmət xərcinin və dövlət rüsumunun 40 manat hissəsinin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

14. Qətnamənin əsaslarına görə, ilk iddia üzrə işin araşdırılmış hallarına görə “X19” MMC ilə Cavabdeh arasında ## ### 2024-cü il tarixində “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsi”nə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh göstərilmiş tibbi xidmətə görə hesablanmış məbləği MMC-nin xəzinədarlığına ödəməli idi. Işin materiallarından görünür ki, cavabdeh tərəfindən 7397,50 manat cavabdeh tərəfindən ödənilsə də, iddiaçı göstərilmiş tibbi xidmətin ümumi məbləği 11345,84 manat təşkil etdiyi üçün qalan 3948,37 manat məbləğin Müqavilənin 3.2.9-ci maddəsinə əsasən cavabdeh tərəfindən ödənilməsini iddia edir və bunu onunla əsaslandırır ki, MMC tibb müəssisəsi kimi sözü gedən bağlanmış əqddə tibbi yardımın icrasını üzərinə bir öhdəlik kimi götürərək həmin öhdəliyi icra etmiş, ancaq cavabdeh Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən göstərilmiş tibbi xidmətə görə müəyyənləşdirilmiş məbləği ödəməyərək üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdeh isə iddiaya etiraz edərək uşağın doğuşuna görə “X19” MMC-nə əvvəlcədən 1600 manat, uşaq komaya düşənə qədər isə 7397,50 manat ödəsələr də, həmin vaxtdan 6 ay keçdikdən sonra isə MMC-nin ona qarşı 3948,37 manat pul tələbinə dair iddia tələbini tamamilə əsassız sayaraq bunu MMC-də həkimlərin onlardan artıq məbləğdə pul almaq məqsədilə faktiki ölmüş uşağı aparatdan ayırmayaraq onun orada qalma müddətini süni şəkildə uzatmaları ilə əsaslandırmışdır. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən müqavilə öhdəliyindən irəli gələn tələblə bağlı iddia irəli sürərkən şəxs yalnız etibarlı müqaviləyə əsaslana bilər. Işin materiallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi cavabdeh tərəfindən mübahisələndirməsə də, o iddiaçının bu müqavilə üzrə üzərinə götürülmüş öhdəliklərin tam və düzgün yerinə yetirilməməsi əsası ilə tələb edilən ödənişi ödəməkdən imtina etmişdir. Işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, cavabdehin iddiaçı MMC-də ## #### 2025- ci ildə dünyaya gətirdiyi uşaq doğulduğu andan küvəzdə saxlanılmış, səbəb isə uşağın ciddi tənəffüs problemi olması idi. Uşaq doğulandan müxtəlif antibiotiklərlə dəstəklənmişdir. Lakin şahid ifadələri ilə təsdiq edilir ki, uşaq küvəzdə saxlanılan vaxt ciddi inyeksiyaya yoluxmuş və müxtəlif tədbirlər görülməsinə baxmayaraq onun həyatını xilas etmək olmamışdır. Uşağın infeksiyaya yoluxması faktı həm də işdə olan ekspertiza rəyinin məzmunundan görünür. Şahid- uşaq həkimi olan X7 ifadəsində Küvəz və reanimasiyanın hər gün yoxlanılmasını, sanitariya işləri aparılmasını və ciddi nəzarət edilməsini, sadəcə uşağın vaxtından əvvəl doğulduğuna görə həddindən artıq zəif olduğuna və immunitetinin müqavimət göstərə bilmədiyinə görə infeksiyaya yoluxmasını qeyd etsələr də, məhkəmə bu izahat və ifadəyə tənqidi yanaşır və işdə olan ekspertiza rəylərində Cavabdeh yenidoğulmuş uşağına aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza və yenidoğulmuşun vəziyyətinin ağırlığına uyğun olması və onun yenidoğulmuş uşağına göstərilmiş ixtisaslı tibbi yardımların yenidoğulmuşun vəziyyətinin ağırlaşmasına səbəb olması istisna edilməsinin göstərilməsi ilə razılaşmır. Belə ki, doğulan uşağın vaxtından əvvəl doğulmasına görə zəif olduğundan küvəzə qoyulduqdan sonra infeksiyaya yoluxma halının baş verməsi mübahisəsiz haldır. Belə ki, vaxtından əvvəl patologiya ilə doğulmuş, 7 aylıq və çəkisi 1 kq 600 qram olan uşağın infeksiyaya yoluxmaması üçün onun yerləşdiyi ərazi tam steril şəraitdə saxlanılmalı idi. Lakin, cavabdeh tərəf və şahid - uşaq həkimi olan X7 izahat və ifadələrində göstərilənlərə rəğmən bu fakt (uşağın yerləşdiyi ərazi – reanimasiya və küvezin tam steril şəraitdə saxlanılması) öz təsdiqini tapmamışdır. Müəyyən edilmişdir ki, uşaq ana südü ilə kotetor vasitəsilə qidalanmış və şahid ifadəsinə görə də verilən ana südü yoxlanılmamış, bu protokola əsasən də yoxlanılmalı olmamışdır. Həmçinin, şahid ifadələrindən müəyyən edilmişdir ki, uşağın vəziyyəti ağırlaşdığı üçün xəstə yaxınları onu götürüb başqa yerə aparmaları və ya başqa həkim dəvət etmələrinə dair təklifləri ilə MMC-nin məsul həkimləri buna razılaşmamış, uşağa görülən tədbirlərdən (həmçinin vurulan bahalı iynələrdən) sonra o, 9 gün komada qalmışdır. Müəyyən edilmişdir ki, MMC tərəfindən uşaq komaya düşənə qədər xəstə yaxınları tərəfindən 7397,50 manat ödənilmiş və hazırda tələb edilən pul məbləği uşaq ağırlaşdıqdan sonrakı dövr üçün uşağın MMC-də saxlanılması ilə əlaqədardır. Məhkəmə hesab etmişdir ki, göstərilmiş tibbi xidmət qarşılığında “X19” MMC ilə Cavabdeh arasında bağlanmış ## ### 2024-cü il tarixində “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsi”nə əsasən iddiaçının üzərinə düşən vəzifəni (öhdəliyi) tam həcmdə yerinə yetirməsi faktı öz təsdiqini tapmamışdır. Bu yuxarıda qeyd edildiyi kimi, doğulan uşağın küvezə yerləşdirildikdən sonra onun infeksiyaya yoluxması ilə təsdiqlənir. Belə ki, uşağın saxlandığı şərait onun infeksiyaya yoluxmasına gətirib çıxartmış, iddiaçı tərəf bu halın məhz onlarla əlaqəli olmamasını sübut edə bilməmişdir. Başqa sözlə, uşağın infeksiyaya yoluxmasının səbəblərini açıqlaya bilmədikləri üçün, məhkəmə hesab edir ki, onun sağlamlığına və nəticədə ölümünə görə məsuliyyət daşıyıcısı məhz MMC olmuşdur. Məhkəmə şahid ifadələrinə qiymət verərək X7 ifadəsi istisna olmaqla digər şahid ifadələrində verilən məlumatların iş üzrə obyektiv verilmiş məlumatlar olduğu üçün sübüt növü kimi qiymətləndirir, qeyd edilən şahidin isə ifadəsini cavabdeh tərəfin əməkdaşı olmaqla onun maraq və mənafeyinə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehə göstərilmiş tibbi xidmətin qarşılığı olan ödənilməmiş 3948,37 manat məbləğində pul tələbinə dair iddiası əsaslı sayıla bilməz.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 386cı maddələrinə, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Iddiaçı – qarşılıqlı cavabdeh “X19” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, ilkin iddia tələbinin təmin olunması və qarşılıqlı iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətinin dəlillərinə görə, “göstərilən tibbi xidmətə görə yaranmış borcun qaytarılması” tələbinə dair işə məhkəmə tərəfindən baxılarkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, tətbiq edilməli olan qanun səhv təfsir edilmiş, iş üzrə mövcud olan faktlar məhkəmə tərəfindən qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. Bu və digər səbəblərdən məhkəmə tərəfindən obyektiv olmayan qətnamə qəbul edilmiş, iş üzrə ilkin iddia əsassız olaraq təmin edilməmişdir. Bunun nəticəsində iddiaçı “X19” MMC-nin hüquqları əhəmiyyətli formada pozulmuş olduğundan və məhkəmə baxışı zamanı iddiaçı tərəfindən təqdim edilən sübutların, o cümlədən məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş olan ekspert rəyinin qətnamədə təhrif olunmasından dolayı apellyasiya qaydasında müvafiq qətnamənin ləğv edilməsi zəruridir. Göründüyü kimi, birinci instasiya məhkəməsi işi tam, obyektiv və hərtəfəli araşdırmadığından məhkəmənin gəldiyi nəticə- Qətnamə işin faktiki halları ilə uyğunluq təşkil etmir. Işin faktiki halları ilə bağlı bildirilir ki, xəstə Cavabdeh ## ### 2024-cü il tarixində “X19” MMC-yə müraciət etmişdir. Göstərilmiş tibbi xidmət qarşılığında ödəniləcək məbləğ üçün “X19” MMC ilə xəstə Cavabdeh ## ### 2024- cü il tarixində “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsi” imzalanmışdır. “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsi”nə əsasən cavabdeh göstərilmiş tibbi xidmətə görə hesablanmış məbləği "X19" MMC-nin xəzinədarlığına ödəməli idi. Bundan başqa “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsinin" 3.2.9-ci maddəsinə əsasən, “Uşaq patologiya ilə doğulursa, diaqnozuna müvafiq olaraq müalicənin davam etdirilməsi məqsədilə Neantoloji Reanimasiya və ya Neontoloji Intensiv-Terapiya şöbəsinə köçürələcəyi təqdirdə, “xəstə” və ya “xəstə yaxını” həmin şöbələrdə göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği “Qiymət Cədvəli”nə əsasən müqavilənin 5.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür. Lakin pasiyentə tibbi xidmət müqavilədə nəzərdə tutulmuş qaydada göstərilmiş, yuxarıda qeyd olunan müqavilənin müvafiq bəndinə əsasən əlavə tibbi müdaxilə lazım olduğuna görə müqavilənin tələbinə uyğun olaraq əlavə tibbi müdaxilə də göstərilmişdir. Beləliklə ##.##.2024-##.##.2024-cü il tarixlər aralığında xəstə Cavabdeh “X19” MMC-də tibbi xidmət göstərilmiş və göstərilmiş tibbi xidmətin ümumi məbləği 11345,84 manat təşkil etmişdir ki, lakin göstərilən bu məbləğdən 7397,50 manat (cavabdeh tərəfindən ödənilmişdir. Geridə qalan 3948,37 manat (üç min doqquzyüz qırx səkkiz manat otuz yeddi qəpik) məbləğ cavabdeh tərəfindən bügunə kimi ödənilməmişdir. Lakin, çox təəsüflər olsun ki, birinci instansiya məhkəməsi bu faktı görməzdən gəlmiş, tərəflər arasında olan müqaviləyə heç bir hüquqi münasibət bildirməmiş və qeyd etmişdir ki, “işin materiallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi cavabdeh tərəfindən mübahisələndirməsə də, o iddiaçının bu müqavilə üzrə üzərinə götürülmüş öhdəliklərin tam və düzgün yerinə yetirilməməsi əsası ilə tələb edilən ödənişi ödəməkdən imtina etmişdir.” Göründüyü kimi, hətta qarşı tərəf müqavilənin qanuniliyini (etibarlılığını) mübahisələndirməsə də, məhkəmə öz təşəbbüsü ilə “susqunluq” göstərərək müvafiq müqaviləni özü-özlüyündə etibar hesab edərək maddi hüquq nomrasının tələbini kobud şəkildə pozmuşdur. Iş materiallarında göründüyü kimi cavabdeh ilə aralarında bağlanan ## ### 2024-cü il tarixli “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsinin” 3.2.6-cı maddəsinə əsasən “X10” ərçivəsində tətbiq olunacaq proqram növünün paket qiymətini (paketə daxil olan xidmətlər Əlavə 1-də təqdim olunur), Müqaviləyə əlavə sayılan “Ödəmə Planı”na (Əlavə 3) əsasən vaxtında və əksiksiz olaraq “xəstəxa”ya ödəməyi öhdəsinə götürür və ödəniş olduğu məbləği, göstərilmiş xidmətin nəticəsindən asılı olmayaraq geri ödənilməyəcəyini qəbul edir. Həmçinin, qeyd olunduğu kimi “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsinin” 3.2.9ci maddəsinə əsasən, “Uşaq patologiya ilə doğulursa, diaqnozuna müvafiq olaraq müalicənin davam etdirilməsi məqsədilə Neantoloji Reanimasiya və ya Neontoloji Intensiv-Terapiya şöbəsinə köçürələcəyi təqdirdə, “xəstə” və ya “xəstə yaxını” həmin şöbələrdə göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği “Qiymət Cədvəli”nə əsasən müqavilənin 5.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür. Bütün bu hallar müqavilə bağlanarkən qarşı tərəf izah edilib və Cavabdeh da öz imzası ilə təsdiq etmişdir. Yuxarıda göstərilənlərə əsasən “X16” MMC ilə cavabdeh arasında əqd bağlanmışdır. Tərəflərin iradə ifadəsi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olmuşdur. Cavabdeh Cavabdeh göstərilən tibbi xidmətin qiyməti barədə tam məlumatlı olaraq, əqdi bağlamaq iradəsini öz rəftarları ilə məlum etmiş və göstərilmiş tibbi xidmətə görə yaranan borc məbləğini “X16” MMC-yə ödəməyi öhdələrinə götürmüşdürlər. Ancaq cavabdeh Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən göstərilmiş tibbi xidmətə görə müəyyənləşdirilmiş məbləği ödəməyərək üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Təəsüflər olsun, məhkəmə mülki hüquq münasibətlərinin iştirakçıları arasında olan bu əqdi görməzdən gələrək qanunun tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə həqiqətə nail olmaq üçün işi hərtərəfli, tam və obyektiv araşdırmalı idi. Lakin məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin ***/KEŞ saylı, ##.##.2025-ci il tarixli, istərsə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin ***/KEŞ saylı, ##.##.2025-ci il tarixli ekspert rəylərində açıq şəkildə qeyd edilib ki, “..Cavabdeh yenidoğulmuş uşağına stasionar müalicə müddətində təyin edilmiş “Yenidoğulmuşun digər bakterial agentlər tərəfindən törədilən sepsisi”, “Digər rubrikalarda təsnif olunmayan bakterial meninqoensefalit və meninqomielit”, “Yenidoğulmuş digər tənəffüs pozğunluqları”, “Vaxtından əvvəl doğulmanın digər halları”, “Yenidoğulmuşlarda ürək çatışmamazlığı”, “Perinatal dövrdə meydana çıxan pnevmotoraks”, “Neonatal koma” kliniki diaqnozları düzgün olmuşdur. 2. Cavabdeh yenidoğulmuş uşağına aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza və yenidoğulmuşun vəziyyətinin ağırlığına uyğun olmuşdur”. Lakin məhkəmə iki dəfə keçirilmiş ekspertizadan sonra qeyd etmişdir ki, “Uşağın infeksiyaya yoluxması faktı həm də işdə olan ekspertiza rəyinin məzmunundan görünür.” Bu dərəcədə məhkəmə iclas zalında tədqiq edilmiş sübutu (ekspert rəyini) təhrif olunmuş şəkildə yekun məhkəmə aktında təsbit etmək nə dərəcədə düzgündür?! Müvafiq prosessual pozuntu məhkəmənin ekspert rəyinə təhrif olunmuş münasibətilə yekunlaşmır. Belə ki, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.2-ci maddəsinin tələblərini kobud şəkildə pozub. Hansı ki, qanunun tələbinə əsasən məhkəmə ekspert rəyi ilə razılaşmadıqda öz mövqeyini əsaslnadırmalıdır. Lakin, məhkəmə heç bir əsaslandırma aparmamış, ekspert rəyinə ümumiyyətlə münasibət bildirməmiş, əksinə ekspertin rəyini təhrif etmişdir. Bütün məsələlər yuxarı instansiya məhkəməsindən ciddi araşdırma tələb edir. Sadəcə bir-biri ilə ziddiyə təşkil edən,həkimlər tərəfindən verilən ifadələrdə infeksiya amili bütünlüklə rədd olunduğu təqdirdə məhkəmə həmin şahid ifadələrinə əsaslanmışdır. Halbuki şahid ifadələri də yenidoğulmuşa infeksiya düşməsi amilini rədd edirdi. Məhkəmə bu mövqeyi ilə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərini kobud şəkildə pozur. Hansı ki, məhkəmə sübutun mümkünlüyü anlayışını qanunla müəyyən olunmuş sübutla təsdiq emtəli olduğu halda, şahid ifadəsi ilə guya məüyyən etmişdir. Göründüyü kimi qanun açıq şəkildə müəyyən etmişdir ki, göstərilən hal ekspert rəyi ilə təsdiqini tapdıqdan sonra mhəkəmə tərəfindən digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81 və 103.2-ci maddələrini kobud şəkildə pomuşdur. Eyni zamanda, nəticə etibarilə, Məhkəmə Mülki Prosessual Məcəllənin istinad olunan maddələri ilə təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması hüquqlarının pozulması nəticə etibarı ilə və yuxarıda göstərilmiş maddi hüquq normalarının pozulması ilə bir yerdə ümumən işin həqiqi hallarına əsaslanmayan qərardad qəbul olunmasına səbəb olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 ## ### 2026-cı il tariixndə məhkəməyə apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, ilk iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh “X19” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayətinə qarşı etiraz qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Iddiaçının nümayəndəsi vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir.

21. Cavabdehin nümayəndəsi vəkil2 apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Özəl tibb müəssisəsi və özəl tibbi praktika ilə məşğul olan şəxs tərəfindən tibbi yardım göstərilməsi barədə müqavilə bu yardımın növlərini, həcmini və göstərilmə şərtlərini əks etdirməlidir. Maddə 13. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi tibbi yardıma görə ödəniş: bilavasitə xəstələrlə bağlanmış müqavilələr; üçüncü şəxsin (pasiyentin) xeyrinə müəssisə və vətəndaşlarla müqavilələr; icbari və könüllü tibbi sığorta üzrə göstərilən tibbi yardıma görə sığortaçılar ilə bağlanmış müqavilələr; xeyriyyə proqramları üzrə bağlanmış müqavilələr əsasında həyata keçirilir. Özəl tibb fəaliyyəti subyektlərinin vətəndaşlar və təşkilatlarla (o cümlədən könüllü tibbi sığorta üzrə tibbi xidmətlər göstərilməsinə dair sığorta təşkilatları ilə) müqavilələr çərçivəsində göstərdikləri tibbi xidmətlərin tarifləri tərəflər arasında razılaşmaya görə müəyyənləşdirilir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, ilkin iddianın təmin olunması və qarşılıqlı iddianın təmin olunan hissədə ləğv olunaraq həmin hissədə rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə həmin hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

27. Birinci instansiya məhkəməsi yekun aktında iddiaçının apellyasiya şikayətində irəli sürdüyü arqumentləri qiymətləndirərək ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticəni işin aşağıda qeyd olunan halları ilə əsaslandırmışdır: - şahid ifadələri ilə təsdiq edilir ki, uşaq küvəzdə saxlanılan vaxt ciddi inyeksiyaya yoluxmuş və müxtəlif tədbirlər görülməsinə baxmayaraq onun həyatını xilas etmək olmamışdır. - doğulan uşağın vaxtından əvvəl doğulmasına görə zəif olduğundan küvəzə qoyulduqdan sonra infeksiyaya yoluxma halının baş verməsi mübahisəsiz haldır. - vaxtından əvvəl patologiya ilə doğulmuş, 7 aylıq və çəkisi 1 kq 600 qram olan uşağın infeksiyaya yoluxmaması üçün onun yerləşdiyi ərazi tam steril şəraitdə saxlanılmalı idi. Lakin, cavabdeh tərəf və şahid - uşaq həkimi olan X7 izahat və ifadələrində göstərilənlərə rəğmən bu fakt (uşağın yerləşdiyi ərazi – reanimasiya və küvezin tam steril şəraitdə saxlanılması) öz təsdiqini tapmamışdır. - uşaq ana südü ilə kotetor vasitəsilə qidalanmış və şahid ifadəsinə görə də verilən ana südü yoxlanılmamış, bu protokola əsasən də yoxlanılmalı olmamışdır. - şahid ifadələri ilə müəyyən edilmişdir ki, uşağın vəziyyəti ağırlaşdığı üçün xəstə yaxınları onu götürüb başqa yerə aparmaları və ya başqa həkim dəvət etmələrinə dair təklifləri ilə MMC-nin məsul həkimləri buna razılaşmamış, uşağa görülən tədbirlərdən (həmçinin vurulan bahalı iynələrdən) sonra o, 9 gün komada qalmışdır. - “X19” MMC tərəfindən uşaq komaya düşənə qədər xəstə yaxınları tərəfindən 7397,50 manat (yeddi min öç yüz doksan yeddi manat əlli qəpik) ödənilmiş və hazırda tələb edilən pul məbləği uşaq ağırlaşdıqdan sonrakı dövr üçün uşağın MMC-də saxlanılması ilə əlaqədardır. - doğulan uşağın küvezə yerləşdirildikdən sonra onun infeksiyaya yoluxması ilə təsdiqlənir. Belə ki, uşağın saxlandığı şərait onun infeksiyaya yoluxmasına gətirib çıxartmış, iddiaçı tərəf bu halın məhz onlarla əlaqəli olmamasını sübut edə bilməmişdir.

28. O cümlədən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin ***/KEŞ saylı, ##.##.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Cavabdeh (yeni doğulmuş uşağının) adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. Cavabdeh yenidoğulmuş uşağına stasionar müalicə müddətində “Yenidoğulmuşun digər bakterial agentlər tərəfindən törədilən sepsisi”, “Digər rubrikalarda təsnif olunmayan bakterial meninqoensefalit və meninqomielit” diaqnozu düzgün təyin edilmişdir. Bakterial sepsis infeksion xəstəlik törədicilərinin səbəq olduğu nizamsız sistemli immun reaksiyası nəticəsində yaranan və həyat üçün təhlükəli olan poliorqan çatışmazlığıdır. Bu vəziyyət adətən bakteriyalar tərəfindən törədilir. Bakterial meninqoensefalitin və meninqomielitin yaranma səbəbləri isə istənilən infeksiyalar, yəni müxtəlif bakterial amillər, göbələk ola bilər. Yenidoğulmuş uşaqlarda immunitetin zəifləməsi meningitin inkişafına gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh yenidoğulmuş uşağına göstərilmiş ixtisaslı tibbi yardımların yenidoğulmuşun vəziyyətinin ağırlaşmasına səbəb olması istisna edilir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində hər hansı yeni bir dəlil irəli sürülməmiş, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün digər bir əsas qeyd olunmamışdır. Şikayət iddiaçının birinci instansiya məhkəməsində irəli sürdüyü dəlillərlə əsaslandırılmış, həmin dəlillər əsasında isə məhkəmə tərəfindən ətraflı araşdırma və qiymətləndirmə aparılmışdır.

30. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, uşağın infeksiyaya yoluxmasının səbəblərini açıqlaya bilmədikləri üçün onun sağlamlığına və nəticədə ölümünə görə məsuliyyət daşıyıcısı məhz “X19” MMC olmuşdur.

31. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilkin iddianın rədd edilməsi, qarşılıqı iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

32. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı - qarşılıqlı iddia üzrə cavabdeh “X19” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar