Məhkəmə qərarları › İş №e-2(3-6)-1535/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1535/2026

14.05.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1535/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh ‘’Azərbaycan Hava Yolları’’ QSC-nin Milli Aviasiya Akademiyasına qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının və digər ödənişlərin ödənilməsi, mənəvi zərərə görə kompensasiya ödənilməsi və sair” tələbinə dair mülki iş üzrə (Açar sözlər:əmrin ləğv, işə bərpa və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X13 və X44 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli, qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. ##.##.2023-cü il tarixli əmək müqaviləsi ilə iddiaçı İddiaçı Milli Aviasiya Akademiyasında “xxxx” kafedrasında müəllim vəzifəsinə işə qəbul edilmişdir.

2. Milli Aviasiya Akademiyasının Həmkarlar Ittifaqı Komitəsinin növbədənkənar iclasının ##.##.2025-ci il tarixli qərarından çıxarışdan müəyyən olunur ki, Milli Aviasiya Akademiyasının Həmkarlar Ittifaqı Komitəsinin sədri Süleymanov Qalib Çıraq oğlu sədrliyi, Tyutorlar qrupunun tyutoru X40un katibliyi, X28 baş hüquqşünası, Iqtisadiyyat və hüquq fakültəsinin dekanı Nümayəndə, Tədris şöbəsinin müdir müavini X24, Elmi informasiya və patent şöbəsinin müdiri X7, Insan resursları şöbəsinin rəisi şahid2, Tələbə şəhərciyinin direktoru X14, Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin əməyin təhlükəsizliyi üzrə mühəndisi X15, Təsərrüfat şöbəsinin müdiri X25, “xxxx” kafedrasının müəllimi İddiaçı, Hüquq şöbəsinin hüquqşünası X54, “xxxx” kafedrasının müdir müavini X16 iştirakları (hər biri iştirakları imzalayaraq təsdiqləmişdir) ilə iclasda Azərbaycan respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış müvafiq əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə və həmin şəxsin tutduğu vəzifədən azad edilməsinə razılıq verilməsi qərara alınmışdır.

3. Milli Aviasiya Akademiyasının ##.##.2025-ci il tarixli “əmək müqaviləsinə xitam verilməsi barədə” ***/IR saylı əmrdən müəyyən olunur ki, “Milli Aviasiya Akademiyası/xxxx” bölməsində “müəllim” vəzifəsində işləyən İddiaçı Fəxrəddin oğlu ilə bağlanılmış *******000*** nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70-ci maddəsinin ”ç” bəndi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən ##.##.2025 tarixində xitam verilmişdir. Işçinin ##.##.2023 tarixindən ##.##.2025 tarixinə qədər istifadə edilməmiş 9 gün məzuniyyət gününün son haqq hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh ‘’Azərbaycan Hava Yolları’’ QSC-nin Milli Aviasiya Akademiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,

5. Cavabdeh Milli Aviasiya Akademiyasının rəhbərliyinin ##.##.2025-ci il tarixli ***/IR nömrəli işdən çıxarma əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi, cavabdeh Milli Aviasiya Akademiyası- Həmkarlar Ittifaqının ##.##.2025-ci il tarixli qərarının, Aktın və MAA xxxx Kafedra X8 Seyidovanın rəyinin də əssasız sayılaraq ləğv edilməsi, əmək kitabçasında və AR ƏƏSMN-nin “əmək və məşğulluq alt sistemi”ndə müvafiq dəyişikliklərin vaxtında edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, Milli Aviasiya Akademiyasının X45 keçən Azərbaycan tarixi (ingilis dilində) (173 səh.) və Fəlsəfə (ingilis dilində) (200 səh.) metodiki vəsaitlərinin vaxtında nəşrinin öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdeh Milli Aviasiya Akademiyası X4 ** saylı Protokolundan çıxarış və ##.##.2025-ci il tarixli iclasının ** saylı protokolundan çıxarışı əsas götürülməklə vaxtında Baş müəllimlik ünvanının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdeh Milli Aviasiya Akademiyası MAA Hüquq və X108 və X28 Nümayəndə Xankişi oğlunun və MAA X17 X99 ondan üzr istəmələri üçün açıq qərardad çıxarılması, məruz qaldığı mənəvi zərərə görə 5000 manat, maddi zərərə görə isə 1410 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi və Milli Aviasiya Akademiyasının işə bərpa əmrinin mətnini vaxtında bütün MAA işçilərinə elektron poçtla bildirilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. ##.##.2026-cı il tarixində iddiaçı İddiaçı iddia ərizəsinə əlavə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Mili Aviasiya Akademiyasının rəhbərliyinin ##.##.2025-ci il tarixli ***/IR nömrəli işdən çıxarma əmrinin (ƏMAS X2) ləğv edilməsi, onun baş müəllimliyinin verilməklə işə bərpa edilməsi, müəsissənin qanunvericiliklə ən az 4 il müddətində müqavilə bağlamasının cavabdehin üzərinə qoyulması, cavabdeh Milli Aviasiya Akademiyası-Həmkarlar Ittifaqının ##.##.2025-ci il tarixli qərarının, Aktın və MAA xxxx Kafedra X8 Seyidovanın rəyinin də əssasız sayılaraq ləğv edilməsi və işdən çıxarılmaqla əlaqədar bütün sənədlərin ləğv edilməsi barədə (o bunu şərəf və ləyaqətinin məhkəmə tərəfindən ucaldılması olaraq qəbul edir), əmək kitabçasında və AR ƏƏSMN nin "əmək və məşğuluq alt sistemi'ndə müvafiq dəyişikliklərin vaxtında edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, Milli Aviasiya Akademiyasının X45 keçən Azərbaycan tarixi (ingilis dilində) (173 səh.) və Fəlsəfə (ingilis dilində) (200 səh.) metodiki vəsaitlərinin vaxtında (ən qısa vaxt qoyulmaqla) nəşrinin öhdəliyinin cavabdehin üzərinə qoyulması, Mili Aviasiya Akademiyasının işə bərpa əmrinin və yekun qətnamə mətninin vaxtında bütün MAA Işçilərinə elektron poçtla bildirilməsinin cavabdeh tərəfin üzərinə qoyulması barədə və bu barədə məhkəməyə və ona yazılı məlumat verilməsi, məcburi iş buraxdığı dövr üçün əmək haqqınının (1350 manat) və günlük peniyanın (1%) ödənilməsi barədə (yekun qətnamə tarixi daxil), məruz qaldığı mənəvi zərərə görə 5000 manat, maddi zərərə görə isə 1410 manat pulun və günlük 1% (##.##.2025-ci il tarixdən 1350 manatdan) peniya hesablanaraq cavabdehdan tutularaq ona ödənilməsi, Milli Aviasiya Akademiyasının ## ####### 2024-cü il tarixindən hər ay üçün 150 manat baş müəllimlik maaşının qətnamə çıxan tarix daxil hesablanaraq ödənilməsi, qətnamə tarixi daxil hər ay üçün ayn ayrı (hər ay ayrı) günlük 1% peniyanın ödənilməsi, (vəsatət və məktubda təxminı dəyişkən rəqəm hesablanmışdır). ##.##.2024-cü il tarixdən baş müəllimliyə görə kollektiv mükafat ödənməsinin (iki 1 300 manat 2014 noyabr və 2015 6 noyabr) cavabdehdən tutulması, və cavabdehdən buna görə də günlük 1% peniyanın yekun qətnamə tarixi daxil tutularaq ona ödənilməsi, fərdi məlumatlarının yayılması haqqında xüsusi qərardad haqqında vəsatətinin təmin edilməsi, rus dilinin istifadəsi haqqında xüsusi qərardad haqqında vəsatətinin təmin edilməsi (cavabdeh tərəfindən etiraz etdiyi təqdirdə cavabdeh tərəf Gülşən Seyidovanın rəyi ilə bərabər şahid1 bütün dillərdə bu gün cavabdeh tərəfindən təqdim edilən sonradan tarix qoyduğu rəylərin tarixinin öyrənilməsi üçün texniki ekspertizaya göndərilməsi barədə), yekun qətnamənin icrası üçün ən qısa müddətin yekun qətnamədə göstərilərək cavabdehin üzərinə qoyulması, yekun qətnamədə qərəzli şəkildə işdən çıxarılmağının (haqsızlıqların) xüsusilə qeyd edilməsini xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixdən etibarən ‘’Azərbaycan Hava Yolları’’ QSC-nin Milli Aviasiya Akademiyası ilə arasında bağlanılmış *******000200 (2024cü il tarixində dəyişiklik edilmiş ##.##.2025-ci il tarixədək qüvvədə olan *******000202) nömrəli əmək müqaviləsi əsasında Milli Aviasiya Akademiyasının Hüquq və X93 və X26sında ictimai elmlər üzrə tam ştat müəllim vəzifəsində müvafiq əmrlə əmək fəaliyyətinə başlamışdır. Işlədiyi dövrdə həmişə öz əmək funksiyalarını layiqincə, məsuliyyətlə, vicdanla və vaxtında icra etmiş, nümunəvi əməkdaş kimi kollektivdə fərqlənmiş və işdən çıxarıldığı ##.##.2025-ci il tarixədək heç bir intizam tənbehi almamışdır. Işlədiyi dövrdə əsas fənn olaraq Azərbaycan tarixi ingilis dilində və seçmə fənn olaraq fəlsəfə ingilis dilində dərslərini Akademiyada müvəffəqiyyətlə tədris etmişdir. Işinə və dərslərinə vaxtında gəlmiş, peşəni sevdiyindən vicdanla yerinə yetirmişdir. ##.##.2025-ci il tarixdən etibarən isə çalışdığı Milli Aviasiya Akademiyasında aşağıdakı hüquq pozuntuları belə cərəyan etməyə başlamışdır: 1. Hər il X84 seçmə fənn olaraq ona verilən 80 saatlıq Fəlsəfə dərsləri dekan Nümayəndə və Kafedra X8 Seyidova tərəfindən tələbələrin onu seçməsinə baxmayaraq ona verilməmiş, Rəna Ərəbxanovaya verilmiş, X85 Dekanı tərəfindən təsdiq edilməyərək imzalanmamışdır. Ingilis dilində Fəlsəfə dərsinin yerinə ona Azərbaycan tarixi azərbaycan dilində qrupu verilmişdir. O bu barədə Kafedra müdiri Xalq şairi Nəriman Həsənzadə ilə müzakirə aparmışdır. Müzakirə zamanı Kafedra müdirinə 500 saatlıq ştatın qanunvericiliklə iki semestrə bölünməklə (hər semestrə 250 saat) dərslərin keçirilməsi olduğunu fəqət 500 saatlıq dərsləri bir semestrə yükləndiyindən, iki növbədə işləmək məcburiyyətində qaldığını və iki dəfə məcbur akademiyada restoranda nahar etdiyini, kirayədə yaşadığını, Azərbaycanda təhsil almadığını, işə götürüləndə ona ingilis dili sektorunda tədris aparacağını bildirilməsini, indi isə ingilis dilində fəlsəfə dərsləri demək istədiyini demişdir. Kafedranın baş laborantı fəlsəfə ingilis dilində dərsini onun adına yazmış, dekan isə dərsləri aparmağa icazə verməyəcəyini açıqlamışdır. X29 adlı müəllimi saat hesabı işə götürmüşlər. Daha sonra dekan Nümayəndə onun şəxsinə çatdırılması üçün ‘’ O olsun İddiaçı, mən də olum Nümayəndə görsün ona nə edəcəm’’ təhdidini göndərmişdir. Dərslər başlayanda 10 ay bundan qabaq dekanlığa X4 verilməsi üçün təqdim etdiyi amma dekan tərəfindən şuraya verilməyən bir ədəd Azərbaycan tarixi dərs vəsati (ingilis dilində ) və bir ədəd Fəlsəfə (ingilis dilində) dərsliyi və rəyləri dekanlıqdan geri götürməyə getdikdə bir ədəd hazırladığı baş müəllimlik haqqında Kafedra müdirinin istəyi ilə təqribən 10 ay öncə rektorluğa verdiyi delonun onda saxlanıldığını anlamışdır. X46 X55 Mürsəlovun qəbulunda olarkən aylar öncə delonun içində X30 və Kafedra Müdiri təqdimatının olmadığından dekanlığa geri qaytarıldığını öyrənmişdir. Mürsəlov ondan sənədləri tamamlayıb geri gətirməsini istəmişdir. Bu sənədlər X47 sonra qərar qəbul edilərkən dekanlıq tərəfindən götürülmüşdür. O bu məsələni X31 Həsənzadəyə bildirmişdir. O ##.##.2025 ci il tarixdə X32 çıxışında dərslərinin dekan tərəfindən kəsildiyini (ingilis dilində fəlsəfə dərslərinin verilmədiyini), onun dekanla deyil Milli Aviasiya Akademiyasının rəhbərliyi ilə müqavilə bağladığını, Baş müəllimlik sənədlərinin aylarla otaqda saxlanıldığını bildirmişdir. X31 Həsənzadə iclasda bildirmişdir ki, dekanın götürdüyü saat hesabı Paşa Quluzadə başqa universitetdə dekan müavinidir, müəllim kimi orada işləyir, yaxşı maaşı olduğunu hər il dərs onun tərəfindən keçilir. Paşa Quluzadənin iştirak etdiyi iclasda onunla işləmək istəmədiyini bildirmişdir. Daha sonra dekan Nümayəndə ona yenə dərslərini verməmiş, Paşa Quluzadəni işə götürmüşdür. (o bir qrup Azərbaycan sektorunda dərs deməyə məcbur olmuşdur).Tələbələr etiraz etsə də, buna məhəl qoyulmamışdır. Eyni zamanda, o tələbələrə öncədən ingilis dilində Azərbaycan tarixi dərsini tədris etmişdir. O, Akademiyanın və fakültə tərəfindən təşkil edilən Prof.Dr. Nəriman Həsənzadənin də iştirak etdiyi X56 həlak olan Akademiya tələbəsi olmuş Şəhid ailələri ilə görüş tədbirində təşkilatçılıq və iştirakı ilə fərqlənmişdir. Kafedra müdiri ona ehtiyatlı olmağını tövsiyyə etmişdir. O, dekan və eyni zamanda X57 müdiri Nümayəndə ilə bu hadisədən sonra danışmamış, aralarında yaşanan bu anlaşılmazlıq, ona təhdid göndərməsi onu mənəvi cəhətdən sarsıtmışdır. Kollektivdə olan nüfuzuna xələl gətirmişdir. Ilk dəfə həyatında belə təhdid olunduğundan o bunu ölüm təhdidi kimi qəbul etmiş, buna görə də həyəcanlı olmuş, mail ilə Cənab Prezidentə, Akademiya rəsmilərinə və qurumlara Azərbaycan Respublikası Konustitutiyasının 57-ci maddəsi ilə şikayət etmişdir. Bu şikayət Nümayəndə əlinə keçmiş və onu qanunvericiliyə zidd olaraq təqib etmişdir. Dekanın onu təhdid etməsindən sonra daim qorxu ilə hər gün işə gedərək öz əmək funksiyalarının icrasını layiqincə davam etdirmişdir. X46 Səmədovun xaricdə ezamiyyətdə olduğu vaxt Akademiyada 2-ci gün 10 saat işləyib dərsdən axşam çıxanda dekan müavini və MAA Həmkarlar Ittifaqının sədri Qalib Süleymanov ona zəng etmiş və otağında onu hüquqşünasın gözlədiyini bildirmişdir. Qalib Süleymanovun otağına gedəndə hüquqşünas ona rəhbərliyin bütün işçiləri arasında münasibətlərlə əlaqədar sorğu keçirdiyini, sorğuda onun da iştirak etməyini istəmişdir. O, hüquqşünasa heç kəslə ciddi bir problemi olmadığını, 10 saat ingilis dilində ağır dərsdən ac və susuz çıxdığını və yorğun olduğuna görə sorğuda iştirak etmək istəmədiyini bildirmişdir. Hüquqşünas ona ‘’ Milli Aviasiya Akademiyasının rəhbərliyinə Izahat’’ yazmasını bildirmiş, o da bunu yazmışdır, daha sonra hüquqşünas bu izahata suallar yazırdı o isə bu suallara cavab yazmışdır. Hüquqşünas ‘’X41 verilərək işdən çıxarılırsınız münasibətiniz?” deyə son sualı qoymuşdur. O isə belə bir hadisənin mümkün olmayacağını, qeyri- qanuni olduğunu bildirmişdir. Onun heç nə etmədiyini bildirmişdir. Sonda isə hüquqşünas ona bu izahatı könüllü yazdığını, imza və tarix qoymağını, kimliyinin foto sürətini istəmişdir və o da bunların hamısını etmişdir. O hüquqşünasa sorğuda niyə elə sual qoymasını soruşsa da, hüquqşünas ona bunun sadəcə sorğu olduğunu bildirmişdir. Həmin tarixdən sonra işə çıxmış, dərslərinə davam etsə də Akademiyada yayılan bir xəbərlə sarsılmışdır. X31 Həsənzadə ağır xəstələnmişdir. Akademiyada yayılan bir digər xəbərlə də sarsılmışdır. Dekanın 3 dəfə kafedra X8 Seyidovanı yanına çağırdığını və dərslərini yoxlamağı və bir mənfi rəy gətirməyini tələb etdiyini eşitmişdir. Ikinci bir xəbəri eşidib daha da sarsılmışdır. Dekan onun haqqında qərəzli saxta şikayətlər yazdıraraq, onun haqqında təqdimat yazaraq Milli Aviasiya Akademiyasının rəhbərliyinə şikayət etmişdir. O haqqındakı şikayətləri görmək istədiyi haqqında dekan və X28 Nümayəndə yazılı operator vasitəsi ilə ərizə versə də ərizənin Ismail adlı hüquqşünasa dərkənarla verildiyini öyrənmişdir. Ismailin izahatda yazdığı ilk sualı ağlına gəlmiş, guya o Nəqliyyat Texnologiyaları Fakültəsinin dekanı Nazim Nağıyevə 2 il bundan qabaq “qələt edir” demişdir. Şər böhtanın bu ölkədə qadağan olduğunu Nazim Nağıyevlə pilləkəndə qarşılaşdıqda demiş, o isə belə bir hadisənin və yazılı şikayətinin olmadığını demişdir. X46 Səmədov ondan o ezamiyyətdə olarkən Hüquq şöbəsi əməkdaşının hansı sualları soruşduğunu maraqlanmışdır. Dərslərinə davam etdiyi bir gün dekan müavini Qalib Süleymanov onu otağına çağırmış, ona bir məktub göstərmiş, ştamplı qolla, kompyuter yazısında Milli Aviasiya Akademiyasının rəhbərliyinin Həmkarlar Ittifaqına müraciətində onun 70 “ç” maddəsi ilə işdən azad edilmə məsələsini müzakirəyə qoyulması” qeyd olunmuşdur. Ondan istefa ərizəsi yazmağı tələb edilmiş və məsələnin Həmkarlar Ittifaqında müzakirə edilməməsi istənilmişdir. O heç bir günahının olmadığını, dekanın onu şərlətdirdiyini bildirmişdir. O X46 Səmədova ona icazə verilməsini istəmiş və şikayətə gedəcəyini bildirmişdir. Səmədov ona Akademiyanın adının kirlənməsindən narahat olmasını, ona dərsə girməsini bildirmişdir. Bundan sonra dərslərə girsə də baş verən hadisələr, yəni ona qarşı tətbiq edilən ağır mənəvi və psixoloji təsirlər səhhətinə də təsirsiz ötüşməmişdir. Dekan müavini və MAA Həmkarlar Ittifaqının sədri Qalib Süleymanovdan gələn bir məktubda ##.##.2025-ci il tarixdə saat 10 radələrində İ Korpus 13-сü otaqda iclasda iki saata yaxın özünü müdafiədən sonra Həmkarlar Ittifaqı qərarsız qalmış, o yazılı müraciət etsə də qərar ona verilməmişdir. Dekanın qərəzli şikayətləri ilə səhnələdiyi Həmkarlar Ittifaqında nələrdə ittiham olunduğunu dəqiq öyrənmişdir. Həmkarlar Ittifaqı iclasında Qalib Süleymanov ittiham aktını oxumuş, şikayətçilərdən X109 X59 Müdiri şahid1 və X19 Xəqani Abdullayev və saxta şahidlər iclasa gəlməmişdilər. Şikayətçilərdən X51 şahid2 Həmkarlar Ittifaqının Üzvü kimi sadəcə iclasda iştirak etmişdir. O bütün saxta ittihamlara cavab verərək etiraz etmişdir. Onun tələbələrlə münasibəti pisdir deyilərək vəzifə səlahiyyətlərinə son qoyulması yazılmışdır. Əsas kimi 2023-cü ildə öz yazdırdıqları ərizəni göstərmişdilər. O yaxşı müəllim olmuş bu iddia ona yönələn ən böyük təhqirdir. 2023-cü ildə tələbə kollokvium imtahanında köçürərkən şparqalka ilə tutulub. Ona bunu düzgün etmədiyi bildirilib. Bir neçə professorla da məsləhətləşmədən sonra balonya sistemində bunun 0 olduğu bildirilib. Tələbəyə kollokviumdan emprodan 0 girilib. Tələbə buna etiraz edərək növbəti dərsdə “atam Rdir gör sənə nə edəcəm” deyərək onu təhdit edib qapını çırpıb getmişdir. O da tələbəyə “qələt edərsən” demişdir, o bunu səhv mənasında demişdir. Dispetçer qrupunda dərsdə olarkən tələbə gəlib ondan şəxsən üzr istəmiş, o da şəxsən müəllimi kimi tələbədən üzr istəmişdir. Inzibatı icraatda vaxtı keçən şikayətlə indi gəlib onu ittiham etməkləri qərəzlilikdir. 500 saatlıq dərs yükünü bir semestrə salanda o qruplara da imtahan götürəndə yorğun olmuşdur. O hər qrupla dostcasına keçinmişdir. Tələbələrinin bütün problemləri ilə maraqlanıb həll etmişdir. O güya X51 şahid2 nalayiq ifadələrlə təhqir etmişdir. X9 Komissiyasına verəcəyi əmək kitabçasının surətlərindəki sənədə şahid2 bir yerə möhürü vurmuş, lakin beş yerə əsli ilə düzdür möhürünü vurmamışdır. Bu möhürlər üçün onu 5 gün gözləmişdir. Komissiyaya gedəcəyi günü səhəri məcbur qaldığı üçün möhürün vurulması üçün həmin sənədləri qapının altından buraxmışdır. şahid2 dekan Nümayəndə yanından gəldiyini, bunu aktlaşdıracağını, onu burdan göndərəcəyini bildirmişdir. O isə mədəni şəkildə “burda olsaydınız, o sənədi qapının altından buraxmayacaqdım” deyə bildirmiş, şahid2 isə Nümayəndə yanında olduğunu bildirmişdir. O da şahid2 “nalayiq ifadələr işlətmişdirsə, otaqda da şahidlər olmuşdursa onu göndərə biləcəklərini” Nümayəndə də belə çatdırılmasını demişdir. Şikayətini də elektron poçtla Ədalət Səmədova bildirmiş, şifahi də demişdir. şahid2 ona təhdidlərlə möhürü vurmayacağını bildirmişdir. O, X3 Abdullayevə Türkiyədə sənədi qapının altından buraxmağın normal olmasını bildirmişdir. Bundan sonra onu Leyli xanımın yanına göndərmişlər, sənədlərini möhürlətdirib ona vermişdilər. şahid2 tutduğu saxta şahidlər üzləşməyə Həmkarlar Ittifaqı iclasına gəlməmişdilər. Iclasın sonunda dekan bildirmişdir ki X46 Səmədovun elektron poçtuna onu polisə verməklə hədələmişdir. Onu polisə verməklə hədələməmişdir. Xəqani Abdullayevin də şikayəti əsassızdır. O iclasdan sonra elektron poçtuna baxmışdır. Bu şikayətin də vaxtı keçib. Bu da qərəzli şəkildə işdən çıxarıldığını sübut edir. Dərs vəsaitinin dil üslubunun ağır olması haqqında tələbələrdən gələn şifahi şikayətlər əsasında, kafedranında köməkçi kafedra olmasını nəzərə alınaraq tərəfindən iki ədəd ingilis dilində Azərbaycan tarixi və ingilis dilində X75 yazılmışdır. MAA xxxx Kafedrasının ##.##.2024-cü il tarixli ** saylı protokolundan da göründüyü kimi rəylərlə qəbul olunmuş və Fakültə Elmi-Metodiki Şurasında baxılması üçün qərar qəbul edilmişdir. ##.##.2024-cü il tarixli Iqtisadiyyat və X58-X42 Mirzəyevin sədrliyi ilə keçirilən iclasda müzakirə olunmuş, hər iki metodik vəsaitə ingilis dili mütəxəssisi Amerikalı İ.P. Richards tərəfindən müsbət rəy verildiyi də qeyd edilməklə X4 baxılması üçün qərar qəbul edilmişdir. ##.##.2024-cü il tarixdə dekan Nümayəndə sədrliyi ilə keçirilən X4 metodik vəsaitlərin standartlara uyğun olmasını qəbul etmiş, müzakirəsi və çapa tövsiyyəsi üçün Milli Aviasiya Akademiyasının X34 təqdim etmişdir. ##.##.2024-cü il tarixdə MAA-nın rəhbərliyinin oxşarlıq əmsalları haqqında ##.##.2024-cü il tarixli *** nömrəli əmri ilə təsbit edilmiş limitlər çərçivəsində olmasına dair arayış verilmişdir. İ X66 Sədrliyi ilə ##.##.2024-cü il tarixində keçirilən Milli Aviasiya Akdemiyasının X35 metodik vəsaitləri müzakirə edərək nəşrə göndərilməsi haqqında qərar qəbul etmişdir. Onun tərəfindən protokol X31 Həsənzadəyə aparılmış metodiki vəsaitlərin nəşri barədə təqdimat yazılmış, imzalanmış və təsərrüfat texniki işləri üzrə prorektor Rafiq Həsənova verilmişdir. Bundan sonra X3 Abdullayev tərəfindən kitabların (metodiki vəsaitlərin) nəşr olunmayacağı məlumatı bildirilmişdir. O, Xəqani Abdullayevə güldən də ağır söz deməmişdir. Heç bu haqda ona da heç nə danışmamışdır. X48 görüşündə məlum olmuşdur ki, o, metodik vəsaitləri X101 X59 Müdiri şahid1 göndərmişdir. Dubikova da ona mənfi rəy vermişdir. Xəqani Abdullayev ingilis dilində metodik vəsaitlərin akademiyada nəşri üçün qəti fikrinin nəşr olunmaması, ingilis dilində nəşrli metodik vəsaitləri istəmədiyini fikrinin bu olduğunu bildirmişdir. Mən də X20 qərarıyla keçdiyini bildirmişdir. ##.##.2024-cü il tarixinədək Milli Aviasiya Akademiyasının rəhbərliyinin kitablarının elmi metodiki şuradan baxış üçün hər hansı əmri olmamışdır. ## ###### 2025-ci il tarixli elektron poçtdan Gülnarə Əhmədovaya və Ədalət Səmədova göndərilən mail yazısında Elmi Katibin yenə metodik vəsaitləri nəşrə icazə verməyəcəyini bildirdiyini qeyd etmişdir. şahid1 qəbuluna ilk dəfə bu zaman getmişdir. Dubikovadan texniki səhvlərini göstərməyini xahiş etsə də ona rəhbərliyə hər hansı rəy verilmədiyini bildirmişdir. Daha sonra X60 Dubikova tərəfindən bir mənfi rəy verildiyi bildirilmişdir. Onun şahid1 ilə ikinci görüşü baş tutmuşdur. Dubikova bu dəfə onun tərəfindən mənfi rəy verildiyini bildirmişdir. O, Dubikovadan səhvlərini düzəltməsi üçün onları göstərməsini xahiş etmişdir. Ona cüzi qrammatik səhvlərinin olduğunu amma X3 Abdullayevin bu metodiki vəsaitləri çapdan çıxarmaq istəmədiyi bildirilmişdir. O, 2025-ci ilin # #### tarixində metodik vəsaitləri şahid1 göndərmiş daha sonra şahid1 ilə yenidən görüşmüş, yoxlama aparmışdır . ##.##.2025-ci il tarixli X46 Səmədova müraciətində metodik vəsaitlərinin şuradan keçməsinə baxmayaraq Elmi katib tərəfindən nəşrə göndərilməməsini ‘’hüquq muhafizə orqanlarında haqqını axtarmaqdan başqa çarə buraxmır’’ deyə bildirmişdir. Həmkarlar Ittifaqı iclasında bu poçtu sübut kimi hədə qorxu olaraq şikayətlə göndərmişdir. Əmək müqaviləsinin 3.4 maddəsi elmi katib tərəfindən pozulduğundan qarşı tərəfi məlumatlandırmaq məqsədi ilə bildirmişdir. Həmçinin ##.##.2025-ci ildə bu mailin yazılmasından 6 ay keçdikdən sonra elmi katib guya onu şikayət etmiş, şikayətin vaxtı keçmiş, burda da qərəzçilik var. Həmçinin vəzifəli şəxslərin hərəkət və hərəkətsizliyi haqqında şikayət birbaşa ona göndərilə bilməz, bu müəssisədə də müraciət etmək hüququnun pozulmasıdır. Izahatda qeyd etdiyi kimi dərslər başlayanda rektorluğun qabağında X46 Səmədov və X3 Abdullayevlə görüşdə, metodik vəsaitlərini mədəni surətdə soruşmuşdur. Xəqani müəllim vaxtının olmadığını desə də Ədalət müəllim arxayınlıqla metodik vəsaitlərin nəşr olunacağını bildirmişdir. Metodik vəsaitləri üçün ## ######## 2025-ci il tarixdə şahid1 ilə yenidən görüşür. şahid1 ona müsbət rəy nümunəsi göndərməklə, vəsaitləri mailinə təkrar göndərməsini istəmişdir. Dupikovaya ona maili göndərir III Korpusda Dubikova ilə rastlaşanda ona müsbət rəy verdiyini və gəlib götürməsini istəmişdir. Ona rus dilində bir ədəd rəy vermişdir. Kafedrada isə bildirilmişdir ki, Dubikova ona mənfi rəy verəcəyini hər yerdə açıqlamışdır. O səhvləri ilə tanış olmaq istədiyini bildirmiş, Dubikova kompyuterində metodik vəsaitin birini açmış dörd səhifə oxuduğunu, dördüncü səhifədə isə bir ədəd cümlə qırmızıladığını görmüşdür, burada nə səhv olduğunu bilmək istəsə də ona heç nə bildirməmişdir. Ikinci metodik vəsaitə rəy vermək istədikdə onun mənfi rəyə ehtiyacı olmadığını, müəllimlərinin artıq müsbət rəy verdiyini, onların bu rəylərini əsas götürdüyünü bildirmişdir Dubikova onu kafedranın qapısına az qalan məsafəyə qədər yola salmış, ‘’bəlkə də ingilis dilin məndən də güclüdür, amma bu belə olmalı idi’’ demişdir, o da artıq ona bir daha salam verməyəcəyini demişdir. Qalib Süleymanovun ittiham aktında oxumuşdur ki, güya onunla qırışmış, onu təhqir etmiş, əsas olaraq Nümayəndə tərəfindən götürülən şahid1 şahid kimi izahatı göstərilmişdir. Bu ittiham absurddur. şahid2 və şahid1 şikayətlərinin heç bir hüquqi əsası yoxdur. Çünki ##.##.2025-ci il tarixli Həmkarlar Ittifaqı iclası başlamamışdan qabaq, ##.##.2025 ci ildə əmri və əmək kitabçasını almağa gedərkən dekan və X51 heç bir mühafizə xidmətini, polisi çağırmamış və onun izahatı alınmamış, bu da onu sübut edir ki, işin ahəngində heç bir pozuntu olmayıb və ona qərəzli böhtan atılmışdır. şahid1 Azərbaycan dilli Akademiyada Kafedra müdiri kimi ona rus dilində rəy verməsi də hüquqlarının müəssisədə kobud şəkildə pozulmasıdır. Müvafiq qanunvericiliyə görə də vəzifəli şəxslər bu pozuntuya yol verdikdə məsuliyyət daşıyırlar. Milli Aviasiya Akademiyasının xxxx Kafedrasının 73 yaşlı X8 Seyidovanın dərslərini yoxlayacağı haqqında xəbəri olmuşdur. Gülşən Seyidova etiraz etdiyi Azərbaycan dilli sektora heç bir yoxlama haqqında yazı göstərmədən müəllimlik stolunda keçib oturmuş dərsin ikinci qırx beş dəqiqəsindən 15 dəqiqə keçdikdən sonra gəlmişdir. Buradan görünür ki, araşdırmadan əlavə qərəzli şəkildə yoxlama aparılmışdır. ##.##.2025-ci il tarixli MAA Həmkarlar Ittifaqı iclasında aktda oxunur ki X10 tərəfindən başladılan yoxlamada, Azərbaycan Səfəvilər Dövlətinin Tarixi adlı mühazirə dərsi yoxlanılmış və dərs zəif keçmişdir deyərək müəllimlik fəaliyyətinə xitam verilməsi üçün onu günahlandırmışlar. Əgər o dərsi zəif keçmişdirsə, müəssisə ondan izahat tələb etməli idi,lakin ondan izahat tələb olunmamışdır. Dərsdə hətta dövrün ədəbiyyatına keçəndə X5 “Dəhnamə” adlı şah əsərindən, iki şeirini əzbər demişdir. Füzulinin həyatından öz kitabından dərin örnəklər vermişdir. Bu onun dərsə hazırıqlı gəlməyinin əyani sübutudur. Həmin dərsdə iştirak edən 30 tələbədən dərsin necə keçməsi haqqında sorğu götürmüşdür. Seyidova eyni zamanda onun kitablarına müsbət rəy vermiş, bu da onun öz imzası ilə savadına qiymət verməyinin əyani sübutudur. Tələbələrin seminar dərsləri uğurlu keçirilmişdir. Bundan əlavə dərslərdə, dərslərdən kənar tələbələrin müstəqil işlərinə lazımı istiqamət vermiş, işini allahın qarşısında vicdanla yerinə yetirmişdir. Hətta sosial şəbəkələrdən tələbələrə qruplar yaratmış, tələbələrin bütün suallarını cavablandırmış, hətta həftəsonları, gecə də olsa o tələbələrin sərbəst işlərinə istiqamət vermişdir. X61 qanunsuz işlətdiyi mühazirə dərsinə yoxlamaya göndərməsi özü belə rəyin əsassız olduğunu göstərir. ##.##.2025-ci il tarixində Nəriman Həsənzadənin sədrliyi ilə keçirilən X30 Iclasının protokol çıxarışında da Gülşən Seyidova çıxışında bütün müəllimlik fəaliyyətinə qiymət verərək ikinci dəfə “baş müəllim tituluna keçirilsin’’ deyənlər arasındadır. Haqqında araşdırma başladılması və şikayətlər yığılması haqqında heç bir xəbəri olmayıb. Ondan sorğu adıyla izahat alınandan bir müddət sonra akademiyaya rəyi ilə, gələn tanışı olan iki türkiyəli tələbənin miqrasiya qeydiyyatları olmadığından, onlara bank kart verilmədiyindən, izahatlarında da qeyd etdikləri kimi ödəməyə gec qaldıqlarından valideynləri pulu ancaq kartla göndərə biləcəkləri üçün köməklik istəmişlər. Beynəlxalq tələbələrin problemləri ilə X67 maraqlandığından, X67 ilə əlaqə saxlayıb, Akademiyanın kart hesabını istədikdə Maliyyə şöbəsi akademiyanın kart hesabının olmadığını bildirmişdir. 16000 manat təhsil xərclərini prezident təqaüdü kartına köçürməyə məcbur olmuşlar. Məsələdən X67nin xəbəri olmuşdur. 16000 manat pul karta köçürüldükdə tərəfindən Maliyyə şöbəsi ziyarət olunmuş akademiyanın iban hesabı alınmışdır. Aeroportda bank əməkdaşlarının köməyi ilə 16000 manat pul vəsaiti akademiyanın hesabına köçürülmüşdür. X28 və dekan Nümayəndə yenə də qərəzli əməllərindən əl çəkməmişdir. 3-cü şəxsə ötürülməsi qadağan olunan mobil nömrəsi hüquq şöbəsi maliyyə şöbəsinin əməkdaşına ötürmüşdür. Watsab hesabında pulun bütöv gəldiyindən, bəlkə bir ərizə yazmalı olduğunu qeyd edərək qərarsız qalmışdır, daha sonra ondan ərizə istəmişdir. Daha sonra karta cəmi Türkiyədən nə qədər pul yatırılması haqqında çekləri istəmişlər, o isə ərizəsinə əlavə etdiyini bildirmişdir. Daha sonra X36 adlı əməkdaşı tələbələrdən nə qədər pul aldığını soruşaraq onu sorğulamağa başlamışdır. Eyni ilə onların valideynləri ilə danışmış onun kart hesabına göndərilən pul miqdarı haqqında çeki istəmiş, valideyn çeki ona göndərmişdir, pul miqdarı cəmi 16000 manatdır. ##.##.2025-ci il tarixli MAA Həmkarlar Ittifaqında oxunan ittiham aktında Nümayəndə onu tələbələrə kömək etmiş deyə intizam qaydalarını pozduğunda ittiham etmişdir. Birincisi o insanlar tanışı olub şəxsi kartına pul atıblar, o qədər pulun hamısını da akademiyanın hesabına köçürmüşdür. Ittiham aktında gah onu tələbələrlə münasibəti pisdir deyərək günahlandırır, indi isə tələbələrlə münasibətində kömək etmiş deyə onu günahlandırır. Eyni zamanda dekan Nümayəndə ## ####### 2024-cü il tarixli 02 sayılı X4 protokulundan çıxarışda çıxışında ‘’tələbələrin problemlərinin həllində fəal iştirak etmişdir’’ deyərək baş müəllim keçirilməsini təklif etmişdir. Bugünsə tələbələrin problemlərinin həllini ona intizamsızlıq kimi görünür. ##.##.2025-ci il tarixli xitam əmrində 72- ci maddənin bütün halları göstərilərək onun guya müəsisəyə maddi zərər vurmağı da nəzərdə tutulur. Bu əmrin qərəzli və əssasız olduğunu göstərir. ##.##.2025-ci il tarixli iclasda dekan Nümayəndə isə şikayətinin olmadığını, amma şikayətdə nələr yazdığının bir qismini bildirir. ##.##.2025-ci il tarixli şikayətində Nümayəndə ona xətər yetirəcəyini də bildirmişdir. Vəzifəli şəxslərin hərəkət və hərəkətsizliyi haqqında yazılan şikayətin onun özünə göstərilməsi yolverilməzdir. Bu gün buna görə işdən azad olunmuşdur. Eyni zamanda iclasda Nümayəndə onun haqqında rəhbərliyə təqdimat yazdığını ##.##.2025-ci il tarixli iclasda soruşsa da bunu təkzib etmiş, ##.##.2025-ci il tarixində ona verilən ##.##.2025-ci il tarixi qoyulan əmrdə isə əsas olaraq Nümayəndə təqdimatı göstərilir. Dekanlıq eyni zamanda şikayətləri, sorğu adı altında suallar verərək aldığı altı səhifəlik bütöv izahatı, təqdimatı, ##.##.2025-ci il tarixli qərarla onu tanış etməmiş, Əmək Məcəlləsi ilə tətil etmək hüququnun və mülki qaydada məhkəməyə müraciət etmək hüququnun qarşısını almışdır. Milli Aviasiya Akademiyası Iqtisadiyyat və Hüquq Fakültəsinin dekanı Nümayəndə ## ####### 2024-cü il tarixli X4 çıxış edərək baş müəllimliyinin verilməsi məsələsini çıxışında elmi şuraya həvalə olunmasına nail olmuş, çıxışında heç bir əsas göstərməmiş, onun təklifi ilə qərar qəbul olunmuşdur ki, bu da ## ####### 2024-cü il tarixli 02 sayılı protokulundan çıxarışında öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ##.##.1996cı il tarixli Elm və Təhsil Nazirinin əmrinə * nömrəli əlavədə Ali Təhsil Müəssisələrində Professormüəllim və X88 X87 Əsasnamənin 1.6 bəndində: ‘’Dosent, baş müəllim və assisentlər X4 seçilirlər’’ yazılmaqdadır. ## ####### 2024-cü il tarixli Hüquq və Iqtisadiyyat Fakültəsinin baş müəllimliyə keçirilməyi ilə əlaqədar qərarına düzəliş edilərək baş müəllimliyinin verilməsi haqqında öhdəlik cavabdehə bildirilməlidir. Barəsində araşdırmanın olmasını ##.##.2025-ci il tarixində rəsmi olaraq rektorluqda öyrənmişdir. Həmin tarixdə bütün professor-müəllim heyətinə və işçilərə kollektiv mükafatlandırılma verildikdə ona verilməmişdir. Bunu öyrənmək məqsədi ilə mühasibatlığa getmiş, onlar X17 şahid2 bir yazı olduğunu bildirirlər. Kadrlar şöbəsinin əməkdaşı isə barəsində araşdırma olduğundan bunu etdiyini bildirmişdir. 2023-cü il tarixli Milli Aviasiya Akademiyasının rəһbərliyinin öz şəxsi imzasıyla təsdiq etdiyi, Milli Aviasiya Akademiyası X77 8-ci bölməsinin 7.3 maddəsində “MAA-nın fəaliyyətinin əsas istiqamətləri üzrə işlərin vaxtında və keyfiyyətlə yetirilməsi, həmçinin qanunvericiliklə müəyyən edilmiş milli bayram günləri və digər əlamətdar hadisələrlə əlaqədar MAA-nın işçilərinin kollektiv mükafatlandırılması həyata keçirilə bilər. Işçilərin kollektiv mükafatlandırılması sınaq keçən, üç aydan müddətdə təhsil və ödənişsiz məzuniyyətdə olan, üç aydan artıq müddətdə qismən ödənişli sosial məzuniyyətdə, üç aydan artıq müddətdə üzürlü səbəbdən müvəqqəti işə çıxmayan işçilərə şamil olunmur. Həmçinin işçinin barəsində intizam tənbehi tətbiq edildiyi vaxtdan 6 ay müddətində kollektiv mükafatlandırılması həyata keçirilmir’’ yazılır. X51 şahid2 kollektiv mükafatlandırmadan onu məhrum etməsi hüquq pozuntusudur. Müəssisə 1350 manat pul vəsaitini də ona ödəməlidir. ##.##.2025-ci il tarixdə müqaviləyə əmək məcəlləsinin 70 “ç” və 72 ci maddələri ilə xitam verilməsi xəbərini X51 şahid2 bütün işçilərin maillərinə göndərməsi ilə evdə (işdən sonra) öyrənmişdir. Əmrdə ona belə bir fərdi məlumatlı xəbərin qanuna zidd olduğundan akademiya işçilərinə yayılması göstərilməmişdir. X51 Əmək Məcəlləsinin müvafiq maddələri ilə həmin gün ona öncədən xəbər verməli, dərsdən sonra onu əmrlə tanış etməli və əmək kitabçasında qeyd aparıb həmin gün təhvil verməli idi. Həmin günün axşamı elektron ünvan 1 adlı elektron poçtum əmr ona təqdim olunmadan kadrlar şöbəsi tərəfindən bağlanılmışdır. Bəzi şəkillər çəkib sübutlar götürmüşdür. Səhər ##.##.2025-ci il tarixdə Milli Aviasiya Akademiyasına getdikdə mühafizəçi ona X51 şahid2 tərəfindən bir yazı gəldiyini və içəri buraxılmayacağı yazırdı. Telefonda mühafizəçi ilə danışdıqda əmrin və əmək kitabçasının hazır olmadığını daha sonra veriləcəyini bildimişdir. İ prorektor Ədalət Səmədovu yığıb əmrini, əmək kitabçasını, birdə kafedraya gedib əşyalarını götürmək istədiyini bildirmişdir, problemin qaynağının şahid2 və dekan olduğunu bildirir. O bir polis, bir mühafizə xidməti ilə kafedraya gedib əşyalarını götürmüş və daha sonra əmrə razılaşmadı qeydini apararaq, əmri və əmək kitabçasını dekan müavinin otağında kadrlar şöbəsinin işçisindən alıb qayıtmışdır. ##.##.2025-ci il tarixdə aldığı ##.##.2025-ci il tarixli müəssisənin möhürü deyil, X51nin möhürü göstərilmiş, hansı sadalanan xətalarla işdən çıxarılmağı, göstərilməmiş, əmrin əsası isə Iqtisadiyyat və Hüquq Fakültəsinin dekanı Nümayəndə təqdimatı, MAA X106 Qərarı, xxxx kafedrasının X8 Seyidovanın rəyi, digər sənədlər (izahatlar, akt, arayış nəzərdə tutulur) göstərilir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin *** saylı ##.##.1996-cı il tarixli əmri ilə “Ali Təhsil Müəssisələrində Professor-müəllim və X88 X87 Əsasnamə’’nin 3.9 maddəsində “Əxlaqi qüsurlara, əmək intizamını pozduğuna, vəzifəsinin öhdəsindən layiqincə gəlmədiyinə və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa hallara görə tutduğu vəzifədə işləməyə layiq görülməyən kafedra müdiri və professsor-müəllimlər rektorun əmri qanunvericiliklə nəzərdə tutulan qaydada vəzifəsindən azad edilir. Bu zaman müvafiq kafedranın təqdimatı və onların seçildiyi elmi şuranın qərarı əsas götürür’’ yazılmaqdadır. Bundan da görünür ki əmrin əsası Onun müdafiəsi ilə X49malı idi (və bu da əmrdə əsas göstərilməli idi). X32 özünü müdafiə etdikdən sonra təqdimatla X50 özünün iştirakı ilə müdafiəsindən sonra seçki ilə mənfi qərar qəbul edildikdə bu prosses baş verə bilərdi və əmrdə əsas göstərilməli idi. ##.##.2025-ci il tarixli Nəriman Həsənzadənin sədrliyi ilə keçirilən kafedra iclasında işgüzar nüfuzu nəzərə alınmış, kafedra tərəfindən qiymət verilərək ‘’baş müəllim’’ tituluna keçirilsin yazılmaqdadır. Həmçinin ƏMAS alt sistemində ##.##.2025-ci il tarixində daxil olan əsas sənəddə hansı səbəblərlə işdən çıxarılmağı yazılmamışdır. Rəһbərlik əmrdə heç bir əsas göstərməmişdir. *******000202 nömrəli qüvvədə olan müqaviləyə ƏMAS sistemində şahid2 tərəfindən ##.##.2025-ci il tarixində xitam verilmişdir. Rəһbərlik isə əmrin 1ci bəndində isə *******000*** nömrəli qüvvədən düşmüş müqaviləyə xitam vermişdir. Ona görə də hesab edir ki, bu əmr əsassızdır. Ailəsində qardaşının İ qrup əlil həyat yoldaşının- ağır beyin əməliyatı keçirmiş və ağır xərçəng xəstəliyinin müayinəsi ilə əlaqədar kreditinin olduğu, onlara dəstək olduğu vaxtda, ali təhsil müəssisəsi ona şər böhtan ataraq qanunsuz şəkildə işdən çıxarmışdır. Onun işdən azad olunmağının əsası kimi qeyd edilən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç)” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işə götürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Lakin, onun konkret olaraq hansı əmək vəzifəsindən irəli gələn öhdəliyi icra etmədiyi konkret olaraq göstərilməmişdir. Əmrdə konkret olaraq əsaslandırma həyata keçirilməmiş, yol verilmiş pozuntuların nəticə əsassız olaraq da onunla əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin, onun əmək funksiyalarından irəli gələn öhdəlikləri icra etməməyi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi sübuta yetirilməmişdir. Müəsissə qanunvericiliyin tələblərini və hüququnu pozmuşdur. Işəgötürənin qanunsuz və qərəzli hərəkətləri nəticəsində ##.##.2025-cü il tarixdən bu günədək güclü sarsıntı keçirir və iztirab çəkir. Baş verən hadisələr, yəni ona qarşı tətbiq edilən ağır mənəvi və psixoloji təsirlər səhhətinə də təsirsiz ötüşməmişdir. Bu hallar qarşısında dərin mənəvi sarsıntı və iztirab keçirmişdir. Mənəvi sarsıntı və iztirab keçirməyinin səbəbi cavabdehin qanunsuz hərəkətləridir. Cavabdeh (Dekan və X51) öz qanuna zidd əməllərini birbaşa qəsd formasında törətmişdir. Yuxarıda göstərilən sübutlar onun həm mənəvi sarsıntı, həm də mənəvi iztirab keçirdiyini sübut etməklə ona mənəvi zərərə görə kompensasiya tələb edilməsi hüququnu verir. Bu səbəbdən də cavabdeh Milli Aviasiya Akademiyasının 2025-ci il tarixli ***/IR nömrəli xitam əmri ilə ona vurulmuş mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində kompensasiya ödənilməlidir. Mənəvi zərərin əvəzinin ödənilməsinə dair tələbinin məqsədi zərərin kompensasiyası və ya cavabdehin cəzalandırılması deyil, məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. X51 şahid2 onu 1350 manat kollektiv mükafatlandırmadan heç bir əsası olmadan daxili intizam qaydalarına zidd olaraq məhrum etmişdir. Həmçinin, mediasiya prosesindən keçərkən 60 manat mediasiya rüsumu tərəfindən müvafiq mediasiya qurumunun hesabına ödənilmişdir. Nəticə etibarı ilə 1410 manat maddi zərərə məruz qalmışdır. Beləliklə çəkdiyi maddi zərərə görə isə cavabdehdən 1410 manat pul tutulub ona ödənilməlidir. Mübahisənin məhkəməyədək həlli məqsədilə mediasiya prosesində iştirak etmək istəsə də Milli Aviasiya Akademiyasının hüquq şöbəsi təyin olunan vaxtdan 10 dəqiqə sonra mediasiyada iştirak etməyəcəklərini açıqlamış və nəticə əldə edilməmişdir. Bu səbəbdən də cavabdehlə arasında olan mübahisəyə məhkəmə qaydasında baxılmalıdır.

8. Iş üzrə şahid qismində cəlb olunan X89 ##.##.2026-cı il tarixdə məhkəməyə teleqram təqdim edərək bildirmişdir ki, xxxx kafedrasının Müəllimi İddiaçı ona qarşı kobudluq etmiş, onu təhqir edərək nüfuzunu aşağılayan ifadələr işlətmişdir. Buna səbəb İddiaçı ingilis dilində yazdığı Azərbaycan tarixi və fəlsəfə dərsliklərinə mənfi rəy yazmağı olmuşdur. İddiaçı ingilis dilində yazdığı "Azərbaycan tarixi və fəlsəfi dərsliklərinin çap edilməsi üçün MAA-nın elmi katibi t.e.d, professor Xəqani Abdullayevə müraciət etmişdir. Xəqani müəllim dərsliklərə rəy verilməsi üçün ona müraciət etmişdir. O qısa yoxlamadan sonra dərsliklərin mətnlərinin linqvistik keyfiyyəti kritik dərəcədə aşağı olması, orfoqrafik səhflərin, başa düşməyə əhəmiyyətli dərəcədə mane olan çox saylı qrammatik səhvlərin (cümlə quruluşu prinsiplərinin pozulması. düzgün olmayan söz sırası, çatışmayan əsas hissələrin, qrammatik uyğunsuzluqlarə) olması, durğu işarələri qaydalarına əməl olunmamasını aşkar etmiş və buna görə də dərsliklərə mənfi rəy vermişdir. Bundan sonra İddiaçı dərslikləri yenidən işləməyə götürmüş və müəyyən düzəlişlər etmişdir. Dərsliklərə yenidən baxış keçirərkən o yenidən ciddi səhvlər aşkar etmiş və buna görə də təkrar mənfi rəy yazmış belə olan halda İddiaçı onun üzərinə gələrək onu təhqir edərək son dərəcə təxribatçı davranaraq nüfuzunu aşağılayan qeyri-etik ifadələr işlətmiş, onu ingilis dilini zəif bilən birisi kimi adlandıraraq onu stress vəziyyətinə salmışdır. Bu təhqirlərdən onun halı pisləşmiş, təzyiqi qalxmışdır.

9. Iş üzrə şahid qismində cəlb olunan şahid2 ##.##.2026-cı il tarixdə məhkəməyə teleqram təqdim edərək bildirmişdir ki, ## ######## 2025-ci il tarixində xidməti zərurətlə əlaqədar olaraq iş otağında olmamışdır. Insan resursları şöbəsi bir-birinə yaxın (416, 414, *** nömrəli) üç ayrı otaqdan ibarətdir və hər bir otaqda şöbənin əməkdaşları fəaliyyət göstərir. İddiaçı onun otaqda olmadığını əsas götürərək, təqdim etməli olduğu sənədi şöbənin otağının qapısının altından yerə atmışdır. Daha sonra o otağa qayıdarkən sənədin yerdə olduğunu müşahidə etdi. Həmin vaxt Insan resursları şöbəsinin, eləcə də Milli Aviasiya Akademiyasının digər struktur bölmələrinin əməkdaşları müxtəlif xidməti məsələləriə bağlı otaqda olmuşlar. Bu zaman İddiaçı otağa daxil olmuşdur. Onun sözügedən davranışının səbəbini soruşduqda, Elçin müəllim ona qarşı aqressiv davranış nümayiş etdirmiş, etik normalara uyğun olmayan ifadələr işlətmiş, habelə ölkə rəhbərliyinə, o cümlədən Birinci vitse-prezidentə şikayət edəcəyi ilə bağlı hədələyici bəyanatlar səsləndirmişdir. Belə ki, o, ünvanına "otağında otur, sənin yerin buradır", "hara getmisən ki, otağında olmamısan", "Kiprdə de sənədləri qapının altından atırdıq", "səndən şikayət edəcəyəm kimi ifadələr işlətmişdir. Qeyd olunan ifadələrin və davranışların onun vəzifə səlahiyyətlərinə aid olmayan məsələlər üzrə səsləndirilməsi yolverilməz hesab olunur. Baş vermiş hadisə həm onun, həm də şöbə əməkdaşlarının normal iş mühitinə mənfi təsir göstərmiş, daxili əmək və intizam qaydalarına zidd davranış nümunəsi olmuşdur. Izah etdikləri həqiqətə uyğundur və bu izahatı heç bir təzyiq, təsir və ya məcburiyyət olmadan, tam sərbəst iradəmi ifadə edərək vermişəm. iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilmədiyi üçün izahatı teleqram vasitəsilə təsdiq edir.

10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli, qətnaməsi (sədrlik edən - Nərmin Abiyeva) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. 11.Məhkəmənin mövqeyinə görə iddiaçı İddiaçı əmək intizamının və daxili davranış qaydalarının mütəmadi şəkildə pozmuş, iş prosesində əməkdaşlıq münasibətlərinə və sağlam iş mühitinə ciddi zərər vurmuş, eləcə də MAA-nın ali təhsil müəssisəsi kimi qanuni mənafeyinə xələl gətirmişdir. Buna görə də Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işəgötürən tərəfindən iddiaçı İddiaçı əmək müqaviləsinə xitam verilməsi əsaslıdır və ləğv edilə bilməz.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçının Milli Aviasiya Akademiyasının X45 keçən Azərbaycan tarixi (ingilis dilində) (173 səh.) və Fəlsəfə (ingilis dilində) (200 səh.) metodiki vəsaitlərinin vaxtında (ən qısa vaxt qoyulmaqla) nəşrinin öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi mülki məhkəmə qaydasında baxılmalı məsələ deyil. Buna görə təmin edilə bilməz.

13. Məhkəmə qeyd etmişdir ki, Milli Aviasiya Akademiyasının əməkdaşların yeniliklərdən məlumatı olması üçün işgüzar yazışma sistemi mövcuddur və burada yeni əməkdaşların işə qəbulu və işdən azadolunma məlumatları paylaşılır və iddiaçı özü də bu sistemdən istifadə edib şahid2 Insan resursları şöbəsinin rəisi vəzifəsinə təyin olunduğu üçün təbrik edib, uğurlar arzulamışdır. Yəni iddiaçının bu sistemdən xəbəri olmuşdur. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının fərdi məlumatlarının yayılması ilə bağlı tələbi əsassızdır.

14. Həmçinin məhkəmə hesab etmişdir ki, iddiaçının işdən çıxarılma əmrinin ləğv edilməsi tələbi təmin edilmədiyindən, bu tələblə birbaşa bağlı olan iddiaçının digər tələbləri işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının və digər kompensasiyalarının ödənilməsi və sair tələbləri də əsassızdır və təmin oluna bilməz.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.2, 45.1, 45.3, 45.5, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi, 186.1, 186.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin tam şəkildə təmin edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətində göstərilmişdir ki, iddaçı İddiaçı xəbəri olmadan işdən sonra ##.##.2025-ci il tarixdə böhtan atılaraq azad edilir. Ona heç bir sənəd göstərilməyib. Xəzər rayon məhkəməsinə müraciət edir. Hazırlıq iclasında qarşı 7 səhifəlik çıxış –vəsatət edir və məhkəməyə verilən bu çıxışda sənədlərin sübütlar siyahısından çıxarılmasını istəyir. Hakimə hazırlıq iclasının təxirə salınmasını istəyir. Vəsatətini verərək işin iştirakçılarının məhkəməyə gətirilməsini istəyir. Hakim sənədləri görür işdə iştirak edən hamını məhkəməyə çağırır sübutları kifayət qədərdir deyir, gəlmirler. Baxış iclasında isə çıxışları dəyişir, iddiaçının arqument və sübutlarının heç birinə yer vermir. Həmkarların olmayan qərarına söykənib iddanı rədd edir. Belə ki, ilk olaraq qətnamədə o, iddia ərizəsində yazmışdı işin ahəngində pozuntu olubsa nəyə görə 07 noyabr Həmkarlar Ittifaqı iclasına 14 noyabr əmri almağa gələndə polis və mühafizə çağıran Nümayəndə və şahid2 sentyabrda çağırmamışdılar. Qətnamədə dəyişdirilib. Məhkəmə hazırlıq iclasında bu da əmri tanış oldu razılaşmır deyir dəyişdirilib. Hazırlıq iclasında Qətnamə dəyişdirilib təqdimatı gizlədir sadəcə üç akt geldi hüquq şöbəsinə deyir. O, Gülşən Seyidovanın rəyini əsaslandırır idda ərizəsi ilə və deyir ki, izahat alınmayıb dəyişilib. Hazırlıq iclasında şahid1 söyməkdən belə söz getmir, Laləni söymüsən şərini atır, deyir onlar gəlməyəcəklər həmkarların protokolunda oxuyub aktı dörd nəfər şahid göstərir. Deyir türkiyəli tələbələrin kartından kartına pul atıblar. (Məhkəmədə faksimil sohbəti gedir elektron məhkəmədə ərizə var məlum olur ki, sonradan möhürsüz əmri çevirib aldadıb iradəsi xaricində imzaladıblar çıxarış əmri veriblər o da başqa adamın faksimil imzası rektorun yerinə çəkilib, bir gün sonra gedir alım bir göstərdikləri sənəd bu o da belə çıxdı). Metodik vəsaitlər haqqında Xəqani Abdulayevin uydurma izahatı tutmur deyir onlar göndərdilər nəşrə onlar da rəyə göndərdi 2024-cü ili deyir, Xəqani Abdulayev də deyir 2024 – də o gedib xahiş etmişdir ki nəşrə göndər. Iş Məhkəmə baxış iclasında metodik vəsaitlər haqqında sertifikatları rəyləri dünyanın dörd bir yanında çıxan məqalələrindən bəhs edir. Nümayəndə deyir ixtisas ingilis dili fərqliydi onlara göndərildi. Həmin dediyi ingilis dili kafedrası şahid1 kafedrasıydı. şahid1 indi fərqli ingilis dilindəki metodik vəsaitlərə ona rəy verirdi yalan ortaya çıxmasın deyə məhkəmə çıxışı dəyişir ingilis dili zəif idi edir. Qətnamədə şahid1 ona ingilis dilini zəif bilir demişdilər ifadəsi yalandır. 30 sentyabrda şərlənəndə hüquqşunas heç söyüşdən bəhs etmir barmaqlarıyla yazır otaqda təklikdə olsa belə. Məhkəmə baxış iclasında vəsatət dəyişdirilib Qərardadları xatırlatdı, maddələri saydı, vəsatətlə gəlmirlərsə Qiyabi Qətnamə ilə onun xeyrinə bitsin dedi. Gülşən Seyidovanın rəyini gedib kafedrada kompyuter yazısını görür, bir cümlə idi dəyisdirilib üç səhifə rəy gətirmişdilər. Yazıb onun çıxışıa Dərs söhbəti olmamışdır, protokolda dərs söhbəti yoxdur. Tam əksinə Nümayəndə hazırlıq iclasında deyir bu sözü, sübut elə deyir dərs söhbeti olmamışdır, o olsun İddiaçı iddiaçı olsun Nümayəndə o (iddiaçı) da, həmkarların protokolu ilə baxış iclasında deyir bir hissədə keçir. Tələbə ilə bağlı rektor məhkəməyə dərkənar qoymadığı izahatlar gətirmişdi. Şəxs əmək məcələsinə zərbə endirirdi rayon məhkəməsi susmuşdu. 200 - ə yaxın tələbə də onu (iddiaçını) deyirdi elektron məhkəmədə idi. Məhkəmə baxış iclasında tək dekandan üzr istədi yalanını deyir. Hakim uyğunlaşdırır təqdimatla insident tələbə deyir. Iş materialarında daxili intizam qaydalarına görə şəxs təltifdədirsə belə ona 2023 uydurma hekayə edə bilməz. Orda da iddiaçı 2023-cü ilə şərləyən altında Xəqani Abdulayevin dərkənarı olan sənədə qarşı iş materialarında olan 2024-2025-ci il Nümayəndə və Xəqani Abdulayevin müəlimlik sənətinə verən qiyməti dəyərləndirərək oxuyur. Qərəzli şəkildə bu addımları atdıqlarına görə maraqlı şəxslər kimi inzibati icraat haqqında qanuna qarşı iddiaçıdan şikayətçidirlər deyir, həm də icraçı. Rektor məktubunda X28 Nümayəndə tərəfindən 3 akt rektorluğa gəldi yazırdı. Hakim təqdimatın altında barəsində tədbir görülsün sözünü çıxarır. Qətnamədə hakim iş materialarına zidd olaraq Nümayəndə çıxışını Azərbaycan tarixi sözündən psixologiya dərsi deyib sözünə dəyişir. Çünki həmkarlar protokolunda bəzi yerlər həqiqətdir. Qətnamədə yer alan protokolda kibirlə hansı haqla Azərbaycan tarixi fəlsəfə dərsini demək istəyirsən deyir. Həmkarlar protokolunda kibirlə izahatında Nataliani söymüsən deyir yalandan. Məhkəmə hazırlıq iclasında Laləni söyməkdən danışır qetnamədə dəyişdirilib. Nümayəndə bu suaları verdi akt dəyişdin indi ona dörd ədəd izahat gətir, dörd ədəd imzası olan bildiriş gətir, bunlar gerçək idisə rektor ona əmrlə bir ay uzaqlaşdırma verməli idi gətir, dedi rektorun əmrini gətir komissiya haqqında gətirə bilmədi. Dedi ona həmkarlarda deyildi get axırda hamı qol çəkdi ididaçının qolu ona görə yoxdur. Hakim iştirakçılar arasında qolu var idi yazır. Çıxışını dəyişir edir demişdir protokolda qolu yoxdur. Nümayəndə dedi işə çıxdı bir üzv idi artıq oldu iki üzv deyirlər neytral qaldıq necə çıxarmısınız ortada qərar yoxdur. Hakim olmayan Həmkarlar ittifaqı qərarına istinad edir. Həmkarlar itifaqı protokolunda 9 üzvün imzası və çıxışı yoxdur. Nümayəndə araşdırmanı niyə gizli aparmısan dedi cavab ala bilmədi. Dedi imzası olan aktdan imtina aktı gətir gətirə bilmədi, hazırlıq iclasında həmkarlarda Lalənin aktıyla şahidlərlə üzləşmə tanış olmusan uydururdu. Imzası olan araşdırma nəticəsi haqqında arayışda gətirə bilmədi. Məhkəmə baxış iclasında müəyyən olunmuşdur ki, saxta şahid Tərlan Güləlioğlu yalandan möhürdən imtina etdi yazırdı. İddiaçı möhürlü sənədləri gətirmişdi və elektron məhkəmədədir. Məhkəmə işə düzgün baxmayıb. İddiaçı saxta şahid izahatları ilə deyil iclasda imzasıyla həmkarlar itifaqında üzv kimi istirak X37 ilə üzləşməli idi. Buradan müəyyən olunur ki, bu adamlar uydurulub. Iclasda çıxışları dəyişdirilən Ravil Mürsəlov isə apar bu sənədi səklində çıxış etmişdir. 26 sentyabrda möhürü vurduturan Xəqani Abdulayev olmuşdur. Məhkəmə Baxış iclasında İddiaçı çıxışında müəyyən olunur ki şahid1 və Xəqani Abdulayev həmkarlar itifaqında iştirak etmirlər və onların izahatları oxunmur. Baxış iclasında Həmkarlar Ittifaqı protokolundan müəyyən olunur ki, Nümayəndə Xəqani Abdulayevlə arasının yaxşı olduğunu deyir heç nə orda oxunmayıb izahat, heç nə də bildirilməyib. Qətnamədə Nümayəndə polisdə görüşərik qismini şər böhtan adlandırır. Qətnamədə çıxışı dəyişdirilən hissədə İddiaçı deyir ki, belə bir mail var elektron məhkəmədədir ## ##### 2025-ci il mailidir. Ədalət Səmədov deyir ki, ona atdığın aylar öncə o maili Xəqani Abdulayevə atmamışdır sübut gətirə bilərsən. Qətnamədə və idda ərizəsində yazılır ki mail həqiqətən sürətlə bağlanır. Xususi qərardad vermişdi vəsatətlə həmin idarə şahid2 təbrik göndərir şifrələr ondadır giriblər maillərinə baxıblar deyir. Iş materialarından müəyyən olunur ki ortada 1350 manatı kolektiv mukafatı şahid2 Rektorun əmrinə zidd diskirminasiya edərək onun vəzifəsinə aid olmayan hərəkətlər edərək ona vermir. 30 dekabr tarixli çeklərdə iş materialarına görə rektor etiraz etməliydi yeni il kolektiv mükafatı gətirmişdi. Vəsatətdən sonra hazırlıq iclasına müxtəlif dilərdə rəy və baxış rəyləri gətirdilər. X62 yazılıb Baxış sözü çıxarılıb. Iş materialarında və Qətnamədə Metodiki vəsaitdir hər ikisi. Baxış iclasında şahid1 rəyə razılıq verir hazır rəy də isteyir. 25 sentyabrda ikinci metodiki vəsaiti göndərir onun Baxış kimi təqdim etdiyi Azərbaycan Tarixinə otzivdan imtina edir. Göndərdiyi sənədlərdə Azərbaycan Tarixi Baxışı yox idi. Azərbaycan tarixi baxışı yoxdursa hər iki metodik vəsaitə birləşdirib bütün rəy verə bilməzdi. 26 sentyabrda iddiaçıdan ona iki ədəd mail getməli idi. Barəsində akt tərtib etisdilər. Akademik məktubunda şahid1 ilə Xəqani Abdulayev hər biri ayrı ayrılıqda İddiaçıla şahid1 haqqında sözdə insident haqqında akt tərtib edib o akta da uyğun izahat verdi deyir. Xəqani Abdulayev həm də indi şahid1 200 metr aralıdan şahidlik edir. Ikisinin aktının mövzusuda eynidir. Amma hakim aktın birini gizlədir. Demək ki uydurma idi. Yəni ayrı ayrı uydurmadır. Məktubunda o, psixoloqun onun psixologiyasını pozmuşdur yazırdı. Psixatr rəyi istədi vermədi. Aktda isə təyziqi qalxdı. 30 sentyabr izahatında təklikdə olsa belə yazır hüquqşünas. Heç birinə cavab vermədi. Metodiki vəsaitlərin içində metodiki vəsaitden yox mühazirədən bəhs edir, gələn zakazı yerinə yetirmişdi hazır mənfi rəydən birini yazmışdı. Səhvini başa düşür sonra qərarara zidd əsərlərin adını dəyişir müəliflik huququma girirdi uydurma rəyində. Iş materialarında 2025-dən Xəqani Abdulayev icazə vermir nəşrə işçisi də bunu etiraf edir. Əmək məcələsinin 76-cı maddəsinin 2-ci bəndinə görə qanunvericiliyin tələbi gözlənilməklə. Böhtan atan elmi katib üstü açılmasın deyə qeyri adekvat davranıb son dərəcə təxribata əl atmış Qətnamədə yazdığı kimi Elmi Şuranı çağırmamışdır. O eyni zamanda Huquq Şöbəsi ilə səlahiyyət aşımına getmiş şər ataraq maraqlı şəxs qismində kafedra müdirinin vəzifə səlahiyyətlərini ələ keçirmişdirlər. Məhkəmə iki türkiyəli tələbəyə köməyi gizlədir. Şahid qismində cəlb etmişdim. Akademiyanın gətirdiyi hesabla Zeyneddinin ve Maliyyə şöbəsinin hesabında ad fərqi var idi. Məhkəmə hazırlıq iclasında müəyyən olunur ki şəxs deyir özü gedir rektora ərizə yazır tələbədən kartına pul gəlib şərliyir. Hakimsə susur. Valideyinləri Türkiyədə idi Akademikin hesaba adını yazmışdılar olmurdu. Kartdan atmaq mümkün idi kartı yox idi. Tələbələrdən müəyyən olunur ki, məni 10 oktyabrda Xəqani kimilər göndərə bilmirdi rüşvət i tihamında təqsirləndirmək istəyirdilər. Xəqani Abdulayev haqqında Ədalət Səmədovun poçtuna yazdığım elektron məhkəmədəki aprel 2025 tarixli elektron poçtda Xəqaniyə vəzifə səlahiyyətlərini aşmaqdır bu sözümü rektorun məktubuna şübhə yaratmaq məqsədi ilə Nümayəndə və Xəqani Abdulayev tələbələrin kartına razılıq vermişdir. Vəzifə və səlahiyyətlərini aşaraq işlətmiş tam maraqlı şəxs, gizli araştırmalar aparan şəxs olmuşlar və inzibati icraat və daxili intizam qaydalarını pozub vəzifə və səlahiyyətlərini aşmışlardır bu da tam olaraq bütün sənədlərin ləğvinə əsas vermiştir. Şəxs eyni zamanda İddiaçı demir İddiaçıdan alınan izahatda yazmışdır. Məhkəmə baxış iclasına qədər vatsabdan hüquq şöbəsinin yazışıb məndən ərizə şəklində izahat yaz istəməsini sübut qoymuşdum onlar aldadıb ərizəni başqa məqsədlərə istifadə etmişlər. Nümayəndə dedikdə susub oturmuşdu cavab verə bilmirdi. Onlar məxvi saxta aktlarında özlərinə izahatlar alınsın demiş Qətnamədə gizlədilmiş, zəhərli ağacın meyvəsi də zəhərlidir prinsipi pozulmuşdur. Qətnamədə 2023 onlar Ədalət Səmədovla bağlanılan qüvvədən düşmüş müqaviləni gətirmişdirlər. Rektorla bağlanılan müqaviləni və əmas çıxarışlarını qoymuşdu. Əmrin əsası yoxdursa, qüvvədən düşmüş *** nömrəli müqavilə, 70 ç və ya 72-ci maddənin bəndi yoxdursa əmrin ləğvi idi. Hansı sənədi göstərmişdilər ki, hansı əsası da olsun. Appelyasiya Məhkəməsinin, Ali Məhkəmənin qərarlarında əmrin ləğvidir. Amma qarşı tərəf etiraz etməsə də Qətnamədə etiraz yazılmış iclasda isə yekun qetnamədə münasibət bildiriləcək. Qüvvədəki müqavilə 15 oktyabrda bitmiş 17 oktyabrda Gülşən Seyidova dərsə gəlmişdi. Qarşı tərəf ən sonda məni şərləyib çıxarmışdır. Müqavilənin şərtlərində isə gizli aktlar, yalançı işlərlə deyil, tam əksinə prosedura tam ciddi əməl etməklə yazılmışdır. Hakim əmrə bənd qoydu, sonra dedi yox 70 ç idi. Özü də müəyyən etdi ki bu böhtandan nə sikayetçilər nə Ayxan Rustəmzadə nə hakim nə saxta şikayətçilər nə də mən hansı qeyri etik ifadəni işlətmişik bilmirik. Psixoloq haqqında təhqir edib Qətnaməsi çıxaran məhkəmə hələ Azərbaycan nə də dünya məhkəmə tarixində olmamış bir qərarı almışdır. Məhkəmənin Nümayəndə Hazırlıq iclasında Laləni söyüb ifadəsini dəyişib Nataliyanı söyüb dəyişdirməsi Həmkarlar ittifaqı protokoluna uyğunlaşdırması ədalətsizlikdir. Videolar və sənədlərlə araştırma aparılmalıdır. Iddaçı Türkiyə Respublikası X68 Müəllimliyi üzrə Fəlsəfə Doktoru (Türkiyə Respublikası Yüksək X21 Doktoruna bərabər Ph.D), Türkiyə Respublikası X116muş və X1 Akdeniz Universitetinin Psixologiya X115 ilə məzunu, Azərbaycan Respublikası Prezidentinin Xususi Təqaüdçüsü 2024), Azərbaycan Yazıçılar Birliyinin Üzvüdür. Məhkəmə Iddiaçının əsaslı vəsatətlərini baxılmamış saxlamış və bununla da işin hallarının tam, hərtərəfli araşdırılmasına mane olmuşdur. Iş materiallarında işçinin əmək vəzifələrini kobud şəkildə pozması görünmür. Xəzər Rayon Məhkəməsi iddiaçının öz iddia tələbini əsaslandırdığı və məhkəmə araşdırmasına təqdim etdiyi sübutlara qeyri-obyektiv və qərəzli yanaşmış, təqdim edilən sübutları görməzdən gəlmiş və mübahisənin həlli üzrə nəticəyə qeyri-müəyyən və suallar doğuran cavabdehin formal mülahizələrinə əsaslanmışdır. Işə baxan 1-ci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutları qəbul etməməklə, onlara hüquqi qiymət verməməklə həqiqətə nail olmaq, işin hərtərəfli və obyektiv tədqiqi məqsədi daşıyan araşdırma aparmamışdır. Ümumiyyətlə məhkəmə qətnaməsi mübahisəli hüquq münasibətlərində hüquq müəyyənlik prinsipini özündə rəhbət tutmaqla hüquqda müəyyənlik yaratmalıdır amma Xəzər Rayon Məhkəməsinin qətnaməsinda qeyd olunan prisnip öz əksini tapmamış və özündə çoxlu suallar yaratmaqla tələblər üzrə mübahisələrə qiymət verməmiş və özü-özlüyündə qeyri müəyyənlik yaratmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, iddiaçı həm ailəsinə, həm də məhkəməyə ilk gündən yalan danışır. 2023-cü ildə şəxs ingilis dili kafedrasında dərs demək üçün Akademiyaya ərizə ilə müraciət edir. Ingilis dili səviyyəsi yaxşı olmadığı üçün həmin kafedraya işə götürülmür. Psixologiya ixtisası oxumasına baxmayaraq fəlsəfə fənnindən dərs deyə biləcəyini bildirdi. Onlara da həmin dövrdə ingilis dilində fəlsəfəni tədris edən müəllim lazım idi. 2023-cü ildə o, şəxsən iddiaçı ilə görüşdü, bilik səviyyəsinə baxıldıqdan sonra razılıq verildi və o, tədrisə başladı. 2023-cü ildən dəfələrlə insidentlər olub,o iddiaçını müdafiə etmiş, onun iştirakı ilə başqa bir dekandan üzr istəmişdir. Müəllimlər də bildiriblər ki, tələbə ilə bu formada ünsiyyətdə olan müəllimin Akademiyada dərs keçməsi düzgün deyil. İddiaçıla münasibətləri kifayət qədər gözəl olub, həmişə hörmətlə yanaşmışıq. Onun Akademiyada olan tədbirlərində birinci şərh yazan (iddiaçı) özü olub. Dəfələrlə də söz göndərmişdir ki, ehtiyac yoxdur. Bu problemin əsası ordan başlayır ki, dərs bölgüləri iyul-avqust ayları ərzində olur. Müəllim müraciət edib və 570 saata yaxın dərs tələb edib. Nəzərə alsaq ki, kafedralara dərs saatla gəlir, onlar müəllimə 570 saata yaxın- 1 ştat və əlavə saat dərs verdilər. Bundan sonra ətrafda danışmağa başlayır ki, Nümayəndə dekan olmağı düzgün deyil. Səbəb də odur ki, o, əlavə olaraq da 2 qrup istəyir. 1 qrupu bir müəllimdən alıb, digərinə vermək, digər müəllimin dərsini azaltmaq deməkdir. Bir-iki dekan yanına gəlib, demişdir ki, müəllimin kifayət qədər dərsi var, kafedranın dərs yükü bu qədərdir və ona verə biləcəyi dərs bu qədərdir. Özü yanına gəlməyib. O, onu (iddiaçının) göndərməmişdir ki, getsin Insan resursları şöbəsinin müdiri ilə dalaşsın. Iddiaçı bildirir ki, hər şeyi o düzəltmişdir. O öz səhvini başqalarına atır, öz qüsurunu başqalarını ləkələməklə örtməyə çalışır. O, X28dir, rəhbərlik araşdırma üçün təqdimat verir və o da araşdırma aparmış, çağırıb izahatını almışdır. O, əmrin surətini alıb, Həmkarlar Ittifaqının iclasında iştirak edib. Bir ştat 500 saatdır, uzun illərdi işlədiyi üçün müəllimə artıqlaması ilə dərs saatı vermişlər. Bir dəfə də aralarında problem olmayıb, problem 570 saat dərs verildikdən sonra əlavə dərsin verilmədiyinə görə yaranıb.

Tətbiq edilən hüquq normaları:

21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Maddə 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: -hüquq bərabərliyinin təmin edilməsi; -mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; -maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; -əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; -əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 11-ci maddəsinin 1-ci hissəsi. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək (b), işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək (c), işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək (d) Əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. Maddə 11-ci maddəsinin 2-ci hissəsi. Işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. Işəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Maddə 68-ci maddəsinin 1-ci hissəsi. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə 68-ci maddəsinin 2-ci hissəsi. a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; Maddə 69-cu maddəsinin 1-ci hissəsi. Işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər; Maddə 70-ci maddəsinin “ç” bəndi. Işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Maddə 71-ci maddənin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyası qətnamənin qanuniliyini və əsaslılığını məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı nəzərə alınmaqla apellyasiya baxışının predmetində qalan hissədə tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Öncə qeyd edilməlidir ki, məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə hazırkı iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi qismən - Milli Aviasiya Akademiyasının X45 keçən Azərbaycan tarixi (ingilis dilində) (173 səh.) və Fəlsəfə (ingilis dilində) (200 səh.) metodiki vəsaitlərinin vaxtında (ən qısa vaxt qoyulmaqla) nəşr edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı iddia tələbinin rədd edilən hissəsində ləğv edilərək iddia ərizəsi Milli Aviasiya Akademiyasının X45 keçən Azərbaycan tarixi (ingilis dilində) (173 səh.) və Fəlsəfə (ingilis dilində) (200 səh.) metodiki vəsaitlərinin vaxtında (ən qısa vaxt qoyulmaqla) nəşr edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində baxılmamış saxlanılmışdır. 28.Işin halları odur ki, ##.##.2023-cü il tarixli əmək müqaviləsi ilə iddiaçı İddiaçı Milli Aviasiya Akademiyasında “xxxx” kafedrasında müəllim vəzifəsinə işə qəbul edilmişdir.

29. Milli Aviasiya Akademiyasının ##.##.2025-ci il tarixli “əmək müqaviləsinə xitam verilməsi barədə” ***/IR saylı əmrdən müəyyən olunur ki, “Milli Aviasiya Akademiyası/xxxx” bölməsində “müəllim” vəzifəsində işləyən İddiaçı Fəxrəddin oğlu ilə bağlanılmış *******000*** nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70 – ci maddəsinin ”ç” bəndi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən ##.##.2025 tarixində xitam verilmişdir. Işçinin ##.##.2023 tarixindən ##.##.2025 tarixinə qədər istifadə edilməmiş 9 gün məzuniyyət gününün son haqq hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. 30.Kollegiya ilk olaraq qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir. Yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. 31.Həmçinin, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 32.Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirdiyindən həmin tənbehin tətbiqinin qanunauyğunluğunun yoxlanılması daha geniş hüquqi araşdırma tələb edir. 33.Əmək qanunvericiliyində işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda, işəgötürən tərəfindən ona hüquqi məsuliyyət növü kimi intizam və ya digər məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsi üzrə gəlinən nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, işdə olan Insident aktından müəyyən olunur ki, ##.##.2025-ci il tarixdə Milli Aviasiya Akademiyasının Insan resursları şöbəsində insident baş vermişdir. Milli Aviasiya Akademiyasının "xxxx" kafedrasının müəllimi İddiaçı şöbə rəisi şahid2 ilə bağlı qeyri-adekvat davranış sərgiləmişdir. Belə ki, o, təqdim etməli olduğu sənədi şöbəyə daxil olaraq müəyyən olunmuş qaydalara uyğun şəkildə təqdim etməmiş, əksinə sənədi şöbə otağının qapısının altından yerə ataraq oradan çıxıb getmişdir. Belə bir davranışın səbəbi soruşulduqda İddiaçı aqressiv tərzdə cavab vermiş, şöbə rəisi şahid2 qarşı etikaya uyğun olmayan, xoşagəlməz ifadələr işlətmiş, həmçinin ölkə rəhbərliyinə şikayət edəcəyi ilə hədələyici bəyanatlar vermişdir. Qeyd olunan hərəkətlər ali təhsil müəssisəsində qəbul edilmiş etik davranış normalarına, daxili intizam qaydalarına və müəllim etikası prinsiplərinə ziddir.

35. Ikinci insident aktından müəyyən olunur ki, ##.##.2025-ci il tarixdə Milli Aviasiya Akademiyasının Peşəkar ingilis dili kafedrasında insident baş vermişdir. MAA-nın "Dil və ictimai" fənlər kafedrasının müəllimi İddiaçı "Peşəkar ingilis dili" kafedrasının müdiri, fil.f.d., X52ya qarşı kobudluq etmiş, onu təhqir edərək nüfuzunu aşağılayan ifadələr işlətmişdir. Buna səbəb İddiaçı ingilis dilində yazdığı "Azərbaycan tarixi" və "Fəlsəfə" dərsliklərinə mənfi rəy yazması olmuşdur. MAA nın "xxxx kafedrasının müəllimi İddiaçı ingilis dilində yazdığı "Azərbaycan tarixi" və "Fəlsəfə" dərsliklərinin çap edilməsi üçün MAA-nın Elmi katibi t.e.d, professor Xəqani Abdullayevə müraciət etmişdir. Xəqani müəllim dərsliklərə rəy verilməsi üçün "Peşəkar ingilis dili" kafedrasının müdiri, fil.f.d., X52ya müraciət etmişdir. X52sa yoxlamadan sonra dərsliklərin mətnlərinin linqvistik keyfiyyəti kritik dərəcədə aşağı olması, orfoqrafik səhvlərin, başa düşməyə əhəmiyyətli dərəcədə mane olan çoxsaylı qrammatik səhvlərin (cümlə quruluşu prinsiplərinin pozulması,düzgün olmayan söz sırası, çatışmayan əsas hissələrin, qrammatik uyğunsuzluqları) olması, durğu işarələri qaydalarına əməl olunmamasını aşkar etmiş və buna görə də dərsliklərə mənfi rəy verilmişdir. Bundan sonra İddiaçı dərslikləri yenidən işləməyə götürmüş və müəyyən düzəlişlər etmişdir. Dərsliklərə yenidən baxış keçirən X52ya yenidən ciddi səhvlər aşkar etmiş və buna görə də təkrar mənfi rəy yazmışdır. Belə olan halda İddiaçı X52nın üzərinə gedərək onu təhqir edərək son dərəcə təxribatçı davranaraq nüfuzunu aşağılayan qeyri-etik ifadələr işlətmiş, savadsız adlandıraraq onu stress vəziyyətinə salmışdır. Bu təhqirlərdən Nataliya Dupikovanın halı pisləşmiş, təzyiqi qalxmışdır.

36. MAA-nın X28– baş hüquqşünas, Iqtisadiyyat və hüquq fakültəsinin dekanı Nümayəndə Milli Aviasiya Akademiyasının rəhbərliyinə ##.##.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, 2023/2024-cü tədris ilindən MAA nın "xxxx kafedrasında müəllim vəzifəsində çalışan İddiaçı əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə zidd davranışlar nümayiş etdirərək əmək intizamı və müəssisədaxili davranış qaydalarını sistemli şəkildə pozur, iş mühitində həmkarlarını və tələbələri narahat edir, onlarla kobud ünsiyyət qurur, tənqid və təhdid xarakterli münasibət göstərir. Belə ki, o, ##.##.2025-ci il tarixində yeni texnologiyalar üzrə prorektor X83, Peşəkar X59 müdiri X94 və Insan resursları şöbəsinin rəisi şahid2 ilə əsassız mübahisələr yaratmış, həmin həmkarlarını Azərbaycan Respublikasının Prezidenti və Birinci vitseprezidentinə, eləcə də hüquq-mühafizə orqanlarına şikayət etmək hədəsi ilə təzyiq altında saxlamağa cəhd etmişdir. Bundan əvvəl də İddiaçı tərəfindən əvvəllərdə müəllim fəaliyyətinə sığmayan, müəllim etikasını dəfələrlə pozulması halları qeydə alınmış, tələbələrlə və müəllim həmkarları ilə etikadan kənar davranışlara yol verilmişdir. Xüsusilə, 2023-2024-cü tədris ilində Nəqliyyat texnologiyaları fakültəsinin bir tələbəsinin kollokviumun yenidən keçirilməsi tələbi ilə bağlı həmin tələbəni və fakültənin bir sıra əməkdaşlarını sözügedən ərizənin qəbul edilməsini əsas gətirərək təhqir etmiş, onlara qarşı kobud və qeyri-etik rəftar nümayiş etdirmişdir.

37. MAA-nın Elmi katibi t.e.d, professor Xəqani Abdullayevin ##.##.2025-ci il tarixli izahatından müəyyən olunur ki, MAA-nın "xxxx kafedrasının müəllimi İddiaçı ingilis dilində yazdığı "Azərbaycan tarixi" və "Fəlsəfə" dərsliklərinin çap edilməsi üçün ona müraciət etmişdir. O, dərsliklərə rəy verilməsi üçün "Peşəkar ingilis dili" kafedrasının müdiri, fil.f.d., X52ya müraciət etmişdir. Qısa yoxlamadan sonra X52 müəyyən etmişdir ki, hər iki dərslik nəinki ali məktəb, heç orta məktəb səviyyəsinə uyğun gəlmir və dərsliklərə mənfi rəy vermişdir. Bundan sonra İddiaçı MAA-nın birinci prorektoru Ədalət Səmədova email yazaraq, ondan şikayət etmiş, onunla hüquq-mühafizə orqanlarının məşğul olacağı ilə hədələmişdir. Bundan sonra İddiaçı dərslikləri yenidən işləməyə götürmüş və guya qaydasına salmışdır. Dərsliklərə yenidən baxış keçirən X52ya təkrar eyni səhvləri aşkar etmiş və yenə də mənfi rəy yazmışdır. Belə olan halda İddiaçı X52nın üzərinə getmiş, onu təhqir edərək son dərəcə təxribatçı davranaraq nüfuzunu aşağılayan qeyri-etik ifadələr işlətmiş, savadsız adlandıraraq onu stress vəziyyətinə salmışdır. Bu təhqirlərdən Nataliya Dupikovanın halı pisləşmiş, təzyiqi qalxmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, MAA-nın "Dil və ictimai" fənlər kafedrasının müəllimi İddiaçı müəllimə yaraşmayan qeyri-etik, təhdid edici davranışları barədə zəruri tədbirlərin görülməsi üçün rəhbərliyə müraciət etmişdir.

38. "Peşəkar ingilis dili" kafedrasının müdiri, fil.f.d., X52nın ##.##.2025-ci il tarixli izahatından müəyyən olunur ki, "xxxx kafedrasının müəllimi İddiaçı ona qarşı kobudluq etmiş, onu təhqir edərək nüfuzumu aşağılayan ifadələr işlətmişdir. Buna səbəb İddiaçı ingilis dilində yazdığı "Azərbaycan tarixi və "Fəlsəfə dərsliklərinə mənfi rəy yazmağım olmuşdur. İddiaçı ingilis dilində yazdığı "Azərbaycan tarixi" və "Fəlsəfə dərsliklərinin çap edilməsi üçün MAA-nın Elmi katibi t.e.d, professor Xəqani Abdullayevə müraciət etmişdir. Xəqani müəllim dərsliklərə rəy verilməsi üçün ona müraciət etmişdir. O qısa yoxlamadan sonra dərsliklərin mətnlərinin linqvistik keyfiyyəti kritik dərəcədə aşağı olması, orfoqrafik səhvlərin, başa düşməyə əhəmiyyətli dərəcədə mane olan çoxsaylı qrammatik səhvlərin (cümlə quruluşu prinsiplərinin pozulması, düzgün olmayan söz sırası, çatışmayan əsas hissələrin, qrammatik uyğunsuzluqları) olması, durğu işarələri qaydalarına əməl olunmamasını aşkar etmiş və buna görə də dərsliklərə mənfi rəy vermişdir. Bundan sonra İddiaçı dərslikləri yenidən işləməyə götürmüş və müəyyən düzəlişlər etmişdir. Dərsliklərə yenidən baxış keçirərkən o yenidən ciddi səhvlər aşkar etmiş və buna görə də təkrar mənfi rəy yazmışdır. Belə olan halda İddiaçı onun üzərinə gələrək onu təhqir edərək son dərəcə təxribatçı davranaraq nüfuzunu aşağılayan qeyri-etik ifadələr işlətmiş, onu "Ingilis dilini zəif bilən birisi" kimi adlandıraraq onu stress vəziyyətinə salmışdır. Bu təhqirlərdən onu halı pisləşmiş, təzyiqi qalxmışdır.

39. MAA-nın Təsərrüfat şöbəsinin rəisi Tərlan Hüseynovun ##.##.2025-ci il tarixli izahatından müəyyən olunur ki, ##.##.2025-ci il tarixində Insan resursları şöbəsinin rəisi şahid2 ilə telefon danışığı zamanı onu kabinetində görülməsi nəzərdə tutulan müəyyən dəyişikliklərlə əlaqədar otağa dəvət etmişdi. Otağın qarşısına çatdıqda qapının bağlı olduğunu və İddiaçı da həmin yerdə gözlədiyini görmüşdür. Lalə xanıma yenidən zəng etdiyi zaman İddiaçı "Deyin mənim sənədimə möhür vurmasın, lazım deyil" ifadəsini işlətdi, lakin bu fikrin mahiyyətini tarn anlamamışdır. Qapı açıldıqdan sonra İddiaçı Xalidə Qurbanovanın ardınca otağa daxil oldu. Xalidə Qurbanova onun davranışının düzgün olmadığını bildirərək sənədi götürməsini tələb etdi. şahid2 isə İddiaçı tərəfindən edilən həmin hərəkətin həm öz şəxsiyyətinə, həm də İddiaçı fəaliyyətinə qarşı hörmətsizlik olduğunu qeyd etdi. İddiaçı aqressiv reaksiya verərək şahid2 möhürünün ona lazım olmadığını bildirdi. Lalə xanım isə cavabında möhürün şəxsi möhür deyil, MAA-nın rəsmi möhürü olduğunu izah etdi. İddiaçı bunu təsdiqləsə də, əlavə edərək MAAnın möhürüdürsə, Lalə xanımın MAA tərəfindən ona ayrılmış otaqda oturmalı olduğunu, Ayxan müəllimın kabinetində əyləşməməli olduğunu bildirdi. şahid2 onun ifadəsini dəqiqləşdirərək Ayxan deyil, "Ayxan müəllim" deməli olduğunu qeyd etdi. İddiaçı isə mənim üçün Ayxandır" deyə cavab verdi. Bu mərhələdə İddiaçı davranışı daha da aqressivləşdiyindən onun otaqdan çıxmasını təmin etmişdir. Hadisə zamanı Lalə xanımın səhhətində narahatlıq yarandı. Xalidə xanım ona su gətirərək köməklik göstərdi. O isə Lalə xanıma daha sonra qayıdacağını bildirərək otaqdan ayrılmışdır. Otaqdan çıxdıqdan sonra İddiaçıla qarşılaşmış və ondan belə davranış gözləmədiyini bildirmişdir. O isə bu irada adekvat və normal cavab verməmişdir.

40. İddiaçı ##.##.2025-ci il tarixli izahatından müəyyən olunur ki, tələbə kollokviumda köçürdüyü üçün ona 0 bal vermiş, buna görə də tələbə ona “atam Rdir, gör sənə nə edəcəm” demişdir və o da tələbəyə “sən qələt edərsən” demişdir. Bunu “səhv edərsən” mənasında işlətmişdir. Sonradan tələbə ilə qarşılıqlı olaraq bir-birlərindən üzr istəyib, problemi həll etmişdilər. Sənədlərinə möhür vurması üçün 1 həftə şahid2 otağına getmiş, lakin onu yerində tapmamışdır. Buna görə də sənədləri təhsil aldığı Kipr Respublikasındakı kimi qapının altından buraxmışdır. Buna görə də şahid2 onu təhqir etmiş, onu rəhbərliyə şikayət edəcəyi ilə hədələmişdir. O, Nataliya Dupikovaya ilə mübahisə yaşamamışdır. Nataliya Dupikovaya onun kitablarına mənfi rəy vermiş və ona ingilis dilini zəif bildiyini demişdilər.

41. MAA-nın Insan resursları şöbəsinin sənədlər qrupunun mütəxəssisi Samirə Məmmədovanın ##.##.2025-ci il tarixli izahatından müəyyən olunur ki, ##.##.2025-ci il tarixində İddiaçı onların otağında Insan resursları şöbəsinin rəisi şahid2yla aqressiv danışmış və ölkə rəhbərliyinə şikayət edəcəyi ilə hədələmişdir.

42. MAA-nın Insan resursları şöbəsinin şahid2 ##.##.2025-ci il tarixli izahatından müəyyən olunur ki, ##.##.2025-ci il tarixində İddiaçı təqdim etməli olduğu sənədi şöbəyə qaydalara uyğun şəkildə təqdim etməmiş, sənədi şöbənin qapısının altından yerə ataraq otağı tərk etmişdir. Bu davranışın səbəbini soruşduqda, Elçin müəllim ona qarşı aqressiv və etikaya uyğun olmayan ifadələr işlətmiş, ölkə rəhbərliyinə şikayət edəcəyi ilə hədələyici bəyanatlar vermişdir. Onun vəzifə öhdəlikləri ilə bağlı ona aid olmayan fikirlər səsləndirmiş, "otağında tapılmırsan, yerində otur, səndən şikayət edəcəm kimi" ifadələr işlətmiş, Birinci vitse-prezidentə şikayət edəcəyini bildirmişdir. Bu hadisə onun və şöbə əməkdaşlarının iş mühitinə mənfi təsir göstərmiş, daxili intizam qaydalarına zidd olan davranış nümunəsi olmuşdur.

43. MAA-nın Insan resursları şöbəsinin sənədlər qrupunun kiçik mütəxəssisi Xalidə Qurbanovanın ##.##.2025-ci il tarixli izahatından müəyyən olunur ki, ##.##.2025-ci il tarixində İddiaçı onların otağında Insan resursları şöbəsinin rəisi şahid2yla aqressiv danışmış və ölkə rəhbərliyinə şikayət edəcəyi ilə hədələmişdir.

44. MAA-nın Insan resursları şöbəsinin sənədlər qrupunun kiçik mütəxəssisi Fatma Kişiyevanın ##.##.2025-ci il tarixli izahatından müəyyən olunur ki, ##.##.2025-ci il tarixində İddiaçı onların otağında Insan resursları şöbəsinin rəisi şahid2yla aqressiv danışmış və ölkə rəhbərliyinə şikayət edəcəyi ilə hədələmişdir.

45. Milli Aviasiya Akademiyasının rəhbərliyinin Milli Aviasiya Akademiyasının Həmkarlar Ittifaqı Komitəsinin sədri Qalib Süleymanova ünvanladığı ##.##.2025-ci il tarixli müraciətdən müəyyən olunur ki, yuxarıda göstərilən halları nəzərə alaraq, 2023-2024-cü tədris ilindən "xxxx kafedrasının müəllimi və hazırda 565 saat dərs yükü olan İddiaçı barəsində əmək intizamının və daxili davranış qaydalarının mütəmadi şəkildə pozulması, iş mühitində əməkdaşlıq münasibətlərinə, sağlam iş ahənginə ciddi zərər vurması və MAA-nın qanuni mənafeyine (ali təhsil müəssisəsi kimi) xələl gətirməsi səbəbindən Bu pozuntuların xarakteri və təkrarlanması onu göstərir ki, İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən nəzərdə tutulan əmək müqaviləsinin ləğvindən daha yüngül intizam tənbeh tədbirlərinin tətbiqi onun islah olunması üçün kifayət olmadığından barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi məsələsinə MAA-nın Həmkarlar Ittifaqı Komitəsinin iclasında münasibət bildirilməsini xahiş etmişdir.

46. Milli Aviasiya Akademiyasının Həmkarlar Ittifaqı Komitəsinin növbədənkənar iclasının ##.##.2025-ci il tarixli protokolundan müəyyən olunur ki, Milli Aviasiya Akademiyasının Həmkarlar Ittifaqı Komitəsinin sədri Süleymanov Qalib Çıraq oğlu sədrliyi, Tyutorlar qrupunun tyutoru X40un katibliyi ilə iclas keçirilmişdir. 11 nəfər komitə üzvündən 9 nəfər iştirak etdiyi üçün sədrlik edən iclas iştirakçilarının sayının yetərsay olduğunu nəzərə alaraq iclasın keçirilməsini səlahiyyətli olduğunu bildirmişdir. Iştirakçılar: Milli Aviasiya Akademiyasının Həmkarlar Ittifaqı Komitəsinin sədri Süleymanov Qalib Çıraq oğlu, Tyutorlar qrupunun tyutoru X40, X28– baş hüquqşünası, Iqtisadiyyat və hüquq fakültəsinin dekanı Nümayəndə, Tədris şöbəsinin müdir müavini X24, Elmi informasiya və patent şöbəsinin müdiri X7, Insan resursları şöbəsinin rəisi şahid2, Tələbə şəhərciyinin direktoru X14, Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin əməyin təhlükəsizliyi üzrə mühəndisi X15, Təsərrüfat şöbəsinin müdiri X25. (protokoli imzalamışdılar) Dəvət olunanlar: “xxxx” kafedrasının müəllimi İddiaçı, Hüquq şöbəsinin hüquqşünası X54, “xxxx” kafedrasının müdir müavini X16. Həmkarlar Ittifaqı Komitəsinin sədri X38 MAA nın rəhbərliyinin müraciətinin məzmunu ilə bağlı olaraq bildirdi ki, Milli Aviasiya Akademiyasının (bundan sonra MAA) X28 baş hüquqşünas (eyni zamanda "Iqtisadiyyat və hüquq fakültəsinin dekanı) Nümayəndə tərəfindən ##.##.2025-ci il tarixdə, ##.##.2025-ci il tarixdə tərtib edilmiş üç insident aktı əsasında təqdimat daxil olmuşdur. Həmin təqdimatda "xxxx" kafedrasının müəllimi İddiaçı əmək intizamını, müəssisədaxili davranış qaydalarını ve kollektiv müqavilənin tələblərini uzun müddət ərzində mütəmadi və ciddi şəkildə pozması, eləcə də işgüzar və əməkdaşlıq münasibətlərinə davamlı zərər vurması qeyd edilmişdir. Sözügedən müraciət əsasında MAA-nın 2023-cü il tarixli X77 8.9-cu maddəsinə uyğun olaraq xidməti araşdırmanın aparılması barədə tərəfindən göstəriş verilmişdir. Xidməti tapşırığın icrası zamanı insidentlərin tərəflərindən və şahidlərdən müvafiq izahatların alınması tələb edilmişdir. Insan resursları şöbəsinin rəisi şahid2 tərəfindən tərtib edilmiş aktda göstərilir ki, İddiaçı ona qarşı qeyri adekvat hərəkətlər etmiş, təqdim edəcəyi sənədi şöbəyə qapının altından yerə ataraq şöbəni tərk etmişdir. Hadisənin səbəbi barədə soruşulduqda isə aqressiv davranış nümayiş etdirərək Birinci vitse-prezidentə şikayət edəcəyi ilə onu hədələmişdir. Insident barədə akt Təsərrüfat şöbəsinin rəisi X73, Insan resursları şöbəsinin mütəxəssisi Samirə Məmmədova, kiçik mütəxəssislər Xalidə Qurbanova və Fatma Kişiyeva tərəfindən də imzalanmışdır. Hadisə ilə bağlı şahid2 və şahidlərin izahatlarında İddiaçı xidməti münasibətlər çərçivəsində ona aid olmayan ve etik davranış qaydalarına zidd ifadələr işlətdiyi müəyyən edilmişdir. Araşdırma materiallarında İddiaçı tərəfindən əmək intizamına əməl edilməməsi, həmkarları və tələbələri ilə kobud davranışı, tənqid və təhdid xarakterli münasibət nümayiş etdirməsi, eləcə də Insan resursları şöbəsinin rəisi şahid2 ilə yanaşı yeni texnologiyalar üzrə prorektor X83 və "Peşəkar ingilis dili" X86 Nikolayevna Dupikova ilə əsassız mübahisələr yaratdığı, həmin şəxsləri ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına şikayət etməklə hədələdiyi halları sənədlərdə öz əksini tapmışdır. Belə ki, Xəqani Abdullayev və X94 hər biri ayrılıqda İddiaçı ilə X94 arasında baş vermiş insident faktı üzrə akt tərtib etmiş və özlərindən alınmış izahatlarda sözügedən hadisənin baş verdiyini təsdiq etmişlər. Sözügedən izahatlarda göstərildiyi kimi, Nataliya Dupikova tərəfindən İddiaçı yazdığı kitablar ilə bağlı mənfi rəy verildikdən sonra, rəy əsasında qeyd edilən səhvlərin aradan qaldırılmaması və eyni nöqsanların təkrar aşkarlanması səbəbindən yenidən mənfi rəyin verilməsi baş vermişdir. Bununla əlaqədar olaraq, İddiaçı tərəfindən Nataliya Dupikovanın ünvanına emosianal və qeyrietik ifadələr işlədilmiş, onu təhqir edərək işçi münasibətlərinə zidd davranış nümayiş etdirilmişdir. Hadisə zamanı Nataliya Dupikovanın psixoloji vəziyyətinin pisləşməsi müşahidə olunmuşdur. Izahatı zamanı İddiaçı qapının altından sənədi ataraq şöbəni tərk etməsini etiraf etmiş və bunu təhsil aldığı ölkədə bu cür davranışın "adi hal" olması ilə izah etmişdir. Yeni texnologiyalar üzrə prorektor Xəqani Abdullayev va kafedra müdiri X94 isə onun barasinde "şər və böhtan” xarakterli ifadələr işlətdiyini bildirmişdir. Eyni zamanda, İddiaçıdan alınmış izahatdan və bank çıxarışlarında da göründüyü kimi o öz vəzifə səlahiyyətlərini aşaraq əvvəlcədən tanış olduğu iki xarici vətəndaş olan tələbənin təhsil haqqı məbləğindəki ümumilikdə 16 000 (on altı min) manat pulu (təxminən 400 000 türk lirəsi) şəxsi təqaüd kartına köçürməsinə razılıq vermişdir. Həmin vəsait sonradan MAΑ-nın rəsmi bank hesabına ödənilsə də, belə səlahiyyətin ona verilmədiyi müəyyən edilmişdir. MAA-nın 2023-cü il tarixli X77 8.6.6 ve 8.6.7-ci bəndlərinə əsasən (işçi daxili intizam qaydalarını pozduqda və ya əmək vəzifələrini kobud şəkildə pozduqda) İddiaçı barəsində intizam tənbehi tətbiq edilməsi zərurəti yaranmışdır. O, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində əks olunmuş müvafiq vəzifəsini həmçinin X77 2.2.2-cl maddəsində nəzərdə tutulan humanizm və kollektiv üzvlərinin şərəf və ləyaqətinə hörmət prinsipini, eləcə də davranış qaydalarının 3.1.1, 3.1.3, 3.1.5, 3.1.6, 3.1.11, 3.1.14, 3.1.18 ve 3.1.28-ci bəndlərini kobud şəkildə pozmuşdur. Yuxarıda göstərilən halları nəzərə alaraq, 2023-2024-cü tədris ilindən "xxxx kafedrasının müəllimi və hazırda 565 saat dərs yükü olan İddiaçı barəsində əmək intizamının və daxili davranış qaydalarının mütəmadi şəkildə pozulması, iş mühitində əməkdaşlıq münasibətlərinə, sağlam iş ahənginə ciddi zərər vurması və MAA-nın qanuni mənafeyinə (ali təhsil müəssisəsi kimi) xələl gətirməsi səbəbindən bu pozuntuların xarakteri va təkrarlanması onu göstərir ki, İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən nəzərdə tutulan əmək müqaviləsinin ləğvindən daha yüngül intizam tənbeh tədbirlərinin tətbiqi onun islah olunması üçün kifayət olmadığından barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi məsələsinə MAA-nın Həmkarlar Ittifaqı Komitəsinin iclasında münasibət bildirilsin. MAA-da sözügedən məsələ ilə bağlı aparılmış tədqiqat ilə bağlı məlumat verilməsi üçün söz Milli Aviasiya Akademiyasının Həmkarlar Ittifaqı Komitəsinin sədri Süleymanov Qalib Çıraq oğlu tərəfindən Hüquq şöbəsinin hüquqşünası X107 verildi. Çıxış etdi: Ismayıl Qənbərli öz çıxışında Qalib Süleymanov tərəfindən qeyd edilən halları təsdiq edərək əlavə etmişdir ki, İddiaçı tərəfindən tədris olunan dərslərin keyfiyyəti ilə bağlı kafedra rəhbərliyinin narazılıqlar mövcuddur. Bu xüsusda, ## ####### 2025-ci il tarixdə İddiaçı tərəfindən tədris edilən Azərbaycan tarixi fənnindən keçilən dərs ilə bağlı "xxxx kafedrasının X8 Miriş qızı Seyidova tərəfindən tərtib edilmiş rəydə, İddiaçı tərəfindən keçirilən dərsin keyfiyyəti barədə mənfi qiymətləndirmə verilmişdir. Sözügedən rəyin məzmununa əsasən; İddiaçı “Səfəvi Imperiyası” mövzüsunda keçirdiyi dərs çox zəif qiymətləndirilir. Mühazirədə təşkilati və məzmun baxımından çox ciddi çatışmazlıqlar var idi, tematik uyğunsuzluq və ümumi zəif icra dərsin akademik dəyərini kəskin şəkildə azaltmışdır. Bir ali təhsil müəssisəsinin müəlliminin belə zəif dərs keçməyə ixtiyarı yoxdur. Daha sonra Ismayıl Qənbərli öz çıxışını sonlandıraraq, alınmış izahatlar ve işin halları ilə bağlı hər hansı bir sualın olub olmamasını soruşdu. İddiaçı ona sual ünvanladı. İddiaçı: Bu qədər cinayət əməllərini görməklə, bu məsullyyətin altında hakim qarşısında məsuliyyət daşımağa razısınızmı? Ismayıl Qənbərli: Bəli. Daxil olmuş müraciət ilə bağlı söz Milli Aviasiya Akademiyasının Həmkarlar Ittifaqı Komitəsinin sədri Süleymanov Qalib Çıraq oğlu tərəfindən "xxxx" kafedrasının müəllimi İddiaçı verildi. Çıxış etdi- İddiaçı izahatında yuxarıda qeyd olunan hallarta razılaşmadığını bildirmiş, təqdim edilən məlumat və ifadələrin həqiqətə uyğun olmadığını, Özünə qarşı yönəlmiş əsassız ittihamlar ("şər və böhtan") kimi qiymətləndirmişdir. O, bu məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə müraciət etdiyini, ona verilmiş məlumata əsasən araşdırmaya başlanıldığını və araşdırmanın nəticələrinə uyğun olaraq məhkəməyə və Daxili Işlər Nazirliyinə də müraciət ediləcəyini qeyd etmişdir. Həmçinin, Xəzər Rayon Məhkəməsinə də müraciət etdiyini bildirmişdir. Izahında İddiaçı Xəqani Abdullayev ilə aralarında baş verdiyi iddia olunan insidenti inkar etmiş və tərəflər arasında hər hansı mübahisənin olmadığını söyləmişdir. Daha sonra o, Insan resursları şöbəsində sənədin təsdiqi ilə bağlı yaranmış vəziyyəti izah edərək, sənəddə beş yerə möhür vurulmalı olduğu halda yalnız bir yerə möhür vurulduğunu, məsələ ilə bağlı dəfələrlə (5 dəfə gəlib) şahid2 müraciət etsə də, onu iş otağında tapa bilmədiyini bildirmişdir. Bu səbəbdən sənədi yaşadığı ölkənin qaydalarına uyğun olaraq şahid2 kabinetinin qapısının altından içəri atdığını qeyd etmişdir. İddiaçı iddiasına görə, daha sonra Insan resursları şöbəsinin Sənədlər qrupunda şahid2 tərəfindən ona qarşı təhdidedici ifadələr işlədilmiş və sənədinə möhür vurulmasından imtina edilmişdir. O, otağı tərk etdikdən sonra Xəqani Abdullayevlə qarşılaşdığını və onun köməkliyi ilə sənədinə möhür vurdura bildiyini qeyd etmişdir. Bu səbəbdən həmin məsələ ilə bağlı MAA-nın rəhbərliyinə həm şifahi, həm də yazılı qaydada müraciət etdiyini bildirmişdir. İddiaçı bildirib ki, o, Nataliya Dupikovadan rəy istəyib, lakin müsbət rəy əldə edə bilməyib. Onun sözlərinə görə, elmi işi yüksək səviyyədə ingilis dili biliyinə malik digər mütəxəssislər tərəfindən müsbət qiymətləndirilsə də, Nataliya Dupikova ona şifahi xarici dil bacarığının yaxşı olduğunu, lakin yazı dilində çatışmazlıqlar olduğunu bildirmişdir. İddiaçı isə əcnəbi müəllimlərdən dərs aldığını və doktorluq işini həmin dildə müdafiə etdiyini əsas gətirərək, Nataliya Dupikovaya onun yazı dilinin yaxşı, danışıq qabiliyyətinin isə zəif olduğunu qeyd etmişdir. Onun sözlərinə görə, Nataliya Dupikovaya qarşı hər hansı qeyri-etik və ya yersiz ifadə işlətməmişdir və onun tərəfindən müsbət rəy verilməməsi üçün əsaslı səbəb mövcud olmamışdır. İddiaçı, həmçinin, barəsində fakültədən kənar şikayətlərin olması ilə bağlı ona qarşı qərəzli münasibət formalaşdığına diqqət çəkilməsini xahiş etmişdir. O, Ayxan müəllim tərəfindən də məsələnin mahiyyətinin tam araşdırılmadığını, bu məsələ ilə bağlı onunla görüş keçirilmədiyini qeyd etmişdir. İddiaçı əlavə etmişdir ki, keçmişdə Nazim müəllim keçmiş tanışının övladına yüksək qiymət verilməsi ilə bağlı ona zəng edib təhqiredici ifadələr işlətdiyi zaman belə, onun tərəfindən hər hansı uyğunsuz cavab verilməmişdir. Sədrlik edən Qalib Süleymanov bildirdi ki, həmin hadisədə iştirak edib. İddiaçı Nazim müəllimə qarşı sərt və qeyri-etik ifadələr işlədib, lakin Ayxan müəllim insidentin qarşısını alıb və İddiaçı bu məsələdə dəstək göstərmişdir. Iclasda çıxış üçün söz Milli Aviasiya Akademiyasının Həmkarlar Ittifaqı Komitəsinin sədri Süleymanov Qalib Çıraq oğlu tərəfindən X28- baş hüquqşünas "Iqtisadiyyat və hüquq fakültəsinin dekanı Nümayəndə verilmişdir. Nümayəndə çıxışında bildirmişdir ki, İddiaçı əvvəlki dövrlərdə ona müraciət edərək, dekan fəaliyyətindən razı qaldığını söyləmiş, habelə bu barədə dəfələrlə məktub yazıb lakin ona 565 saat dərs yükü ayrıldıqdan sonra müxtəlif yerlərə, şəxslərə şikayətlər etmiş, onun işdən azad edilməsini və qeyri-peşəkar dekan olduğunu iddia etmişdir. Buna heç bir əhəmiyyət verməyib və İddiaçı fəaliyyətinə davam edib. Lakin hazırki şikayətlər MAA-nın əməkdaşları tərəfindən İddiaçı qeyri-etik davranışı və qeyd olunan hallar ilə bağlıdır ki, bunlarla əlaqədar İddiaçı ilə birbaşa görüş keçirilməsə də, şöbənin əməkdaşları tərəfindən izahatlar alınmış və həmin izahatlarla tanış olmuşdur. İddiaçı isə Nümayəndə yaxınlaşmamasının səbəbini onun "O olsun İddiaçı, mən olum Nümayəndə” ifadəsini işlətməsi və bu ifadənin həmin kafedranın laborantı tərəfindən ona bildirilməsi ilə izah etmişdir. Nümayəndə İddiaçı həmin söhbətdən sonra ona qarşı hər hansı məhdudiyyət o cümlədən dərs yükünün azaldılması tətbiq olunub-olunmadığını soruşmuş, İddiaçı isə belə bir məhdudiyyətin olmadığını etiraf etmişdir. Nümayəndə əlavə etmişdir ki, İddiaçı standart olaraq 500 saat (1 ştat) dərs yükü ayrıldığı halda, niyə ona əlavə dərs saatı verilmədiyi barədə şikayətçi olduğunu aydınlaşdırmağa çalışmışdır. İddiaçı isə bu məsələ ilə bağlı Vaqif Məmmədəliyə müraciət etdiyini, ondan Nümayəndə ilə danışaraq əlavə dərs yükü ayrılmasını xahiş etdiyini bildirmişdir. Nümayəndə isə kafedrada heç kəsə əlavə dərs yükü verilmədiyini, İddiaçı MAA-da kifayət qədər dəstək göstərildiyini və Nazim müəllimlə baş vermiş insidentdə İddiaçı sərt ifadələr işlətdiyini, hətta bu davranışdan utanmalı olduğunu buna baxmayaraq İddiaçı bu məsələdə müdafiə etdiyini vurğulamışdır. Ravil Mürsəlov isə çıxış edərək MAA-da uzun illər çalışdığını, lakin MAA-nın əməkdaşları tərəfindən heç vaxt bu kimi etik normaların pozulması halları ile qarşılaşmadığını bildirmişdir. Nümayəndə İddiaçı hansı səbəbdən ona şikayət etdiyini bir daha soruşmuş, çünki nə həmin dövrdə, nə də son vaxtlarda ona qarşı heç bir mənfi təsir göstərilməmişdir. Nümayəndə qeyd etmişdir ki, iki dekan, bir neçə kafedra əməkdaşından İddiaçı tərəfindən davamlı şəkildə onun barəsində şikayətlər edilir. Müvafiq fənnin İddiaçı tərəfindən tədris edilməsi üçün müraciət edən üç tələbədən xəbər aldıqda isə onlar İddiaçı tələbkarlığının zəif olduğunu və bu səbəbdən əsas ixtisas fənlərinə daha çox vaxt ayıra bildiklərini bildirmişlər. Daha sonra Nümayəndə İddiaçı "Azərbaycan tarixi" və "Fəlsəfə" fənlərini hansı əsasla tədris etmək istədiyini soruşmuş, o isə bakalavr təhsilini Psixologiya üzrə, magistratura və doktorantura təhsilini isə "Azərbaycan tarixi" ixtisası üzrə başa vurduğunu qeyd etmişdir. Nümayəndə baza təhsilinin tədris etmək istədiyi fənlərə uyğun olmadığını vurğulamışdır. Nümayəndə, İddiaçı şahid2 "Siz Ayxanın yanında nə edirsiniz?" və "Yerinizdə əyləşin" kimi ifadələri hansı səbəbdən söylədiyini soruşmuş, İddiaçı isə bu ifadələrin Nümayəndə əvvəllər dediyi ("O olsun İddiaçı mən olum Nümayəndə") ifadəyə cavab olaraq deyildiyini ancaq "Ayxan" yox "Nümayəndə” olaraq dediyini bildirmişdir. Nümayəndə Nataliya Dupikova ilə baş vermiş mübahisəyə də toxunaraq, İddiaçı hansı səbəbdən onu “səriştəsiz” adlandırdığını soruşmuşdur. Bu ifadənin İddiaçı qarşı işlədilməsi hallında onun münasibətinin necə olacağı sual edilmişdir. Nataliya Dupikovaya qarşı istifadə olunan ifadələrdən sonra onun vəziyyətinin pisləşdiyi də qeyd olunmuşdur. İddiaçı əvvəlcə bunu təkzib etsə də, Nümayəndə İddiaçı tərəfindən tərtib olunan izahatında insidentin qeyd olunduğunu vurğulamasını xatırlatmışdır. O, həmçinin kitabının çapı ilə bağlı ilkin mərhələdə Nataliya Dupikovadan hər hansı maneə olmadığını, əvvəlcədən kitabın dil üslubunda çatışmazlıqlar olduğu üçün kafedrada narazıçılıqların olmasını qeyd edərək Nataliya Dupikova tərəfindən də tamamilə imtina edilməməsi yalnız əvvəlcə kitabın çap üçün təkmilləşdirilməsinin və müvafiq tənzimləmələrin aparılmasını xahiş edildiyini bildirmişdir. Nümayəndə İddiaçı yuxarıda onun tərəfindən deyilməsi qeyd edilən ifadəni ("O olsun İddiaçı, mən olum Nümayəndə) Işlətmədiyini, əksinə, həmin kafedranın laborantına İddiaçı düşən dərs yükünün halalı (haqqı) olduğunu və şikayətlər vasitəsilə ona təsir edilə bilinməyəcəyini söylədiyini qeyd etmişdir. O, MAA-da müəyyən edilmiş qaydaların pozularaq əlavə dərs yükünün ayrılmasının mümkün olmadığını da vurğulamışdır. Nümayəndə daha sonra İddiaçı çıxışının əvvəlində Xəqani Abdullayev ilə hər hansı bir insidenti olmadığını qeyd etməsinə baxmayaraq Xəqani Abdullayev barəsində Ədalət Səmədovun elektron ünvanına (korporativ mail adresinə) ünvanlanan "biz Xəqani müəllimlə polisdə görüşərik" ifadəsinin mahiyyətini soruşmuşdur. Nümayəndə çıxışına davam edərək İddiaçı tərəfindən bu gün də çıxışın təhdidlə başlamasını və bunun doğru saymadığını təkrarən bildirmişdir. O, həmçinin DTX ilə polis arasında hansı əlaqənin olduğunu, eləcə də Ismayıl Qənbərlinin hansı cinayəti törətdiyini ki, məhkəmə qarşısında məsuliyyət daşıyacağını soruşmuşdur. İddiaçı Ismayıl Qənbərlinin "saxta şahidlərdən izahat aldığını iddia etmişdir. Nümayəndə isə şahidlərin izahat vermək hüququ olduğunu və bu prosesdə Ismayıl Qənbərlinin hansı qanunsuz əməli törətmiş sayıldığını sorğulamışdır. İddiaçı məsələni DTX-nin araşdıracağını bildirmiş, Nümayəndə isə hansı cinayət tərkibli işlərin DTX tərəfindən araşdırıldığını soruşmuşdur. İddiaçı özünün ictimai xadim olmasını əsas gətirərək bu qaydada araşdırılma aparılacağını bildirmişdir. İddiaçı 3 ildir Yazıçılar Birliyinin üzvü və Diaspor təşkilatının sədri olduğunu, bu qurumlarda barəsində şikayət olmadığını bildirmişdir. Nümayəndə isə MAA-da fəaliyyətə başladığı gündən insidentlərin niyə ardıcıl şəkildə baş verdiyini soruşmuşdur. İddiaçı problemin özündə olmadığını qeyd etmiş və tələbələrlə də mübahisə ehtimalını vurğulamışdır. Nümayəndə isə o zaman tələbəyə "sən qələt edirsən" ifadəsini hansı hüquqla söylədiyini soruşduqda, İddiaçı tələbənin köçürülməsi və atasının R olması ilə hədələnməsini əsas gətirmişdir. Çıxış üçün söz Milli Aviasiya Akademiyasının Həmkarlar Ittifaqı Komitəsinin sədri Süleymanov Qalib Çıraq oğlu tərəfindən Insan Resursları şöbəsinin rəisi şahid2 verilmişdir. şahid2 çıxışında tərtib etdiyi akt və izahatlarında göstərilən hallar üzrə İddiaçıla üzləşmə aparmışdır. İddiaçı qeyd edilənlərlə razılaşmamış, irəli sürülən iddiaları qəbul etməmiş və şahid2 saxta şahidlər cəlb etməkdə ittiham etmişdir. Ravil Mürsəlov çıxış edərək bildirmişdir ki, İddiaçı MAA-ya ilkin müraciətində ingilis dili fənnini tədris etmək istəmiş, lakin onun ingilis dili üzrə bilik səviyyəsi həmin dövrdə tələb olunan peşəkar tələblərə uyğun olmamışdır. Bununla belə, MAA-da ingilis dilində tarix fənnini tədris edə biləcək müəllimə ehtiyac yarandığından və İddiaçı magistr təhsilinin bu istiqamətə uyğun olduğu nəzərə alınaraq, o, Nümayəndə yönləndirilmiş və qarşılıqlı razılıq əsasında əməkdaşlıq başlanmışdır. Bildirildi ki, pedaqoji stajı olmayan şəxsin birbaşa ştata qəbul edilərək 500 saatdan çox dərs yükü ilə təmin edilməsi bu günə qədər baş verməmişdir. Belə hal yalnız rektor və ya tədris işləri üzrə prorektorun xüsusi icazəsi ilə mümkündür. Ravil Mürsəlov əlavə etmişdir ki, İddiaçı "Fəlsəfə" fənnini tədris edə kifayət qədər müəllimin mövcudluğu səbəbindən həmin dərs yükünün digər əməkdaşlar arasında bölüşdürülməsi zəruri olmuşdur. Bu, akademik məsələdir və telefon zəngi və ya şikayətlə həll edilə bilməz. O, həmçinin bildirmişdir ki, İddiaçı Nazim müəllimlə mübahisəsi vaxtında araşdırılsa idi bu məsələnin onun xeyrinə həll ediləcəyini düşünmürdü. İddiaçı tərəfindən davamlı şikayətlərin edilməsi, əməkdaşların adlarının hallandırılması, əsassız ittihamların irəli sürülməsi MAA-nın mənafelərinə və işgüzar nüfuzuna ziddir və bu kimi hallar ilə indiyədək qarşılaşılmamışdır. Misal olaraq, kadrlar şöbəsində baş vermiş mübahisə zamanı İddiaçı əsəbiləşərək ona qarşı səsini yüksəltməsi, sənədi digər əməkdaşın qarşısında kobud formada təqdim etməsi ("Götürün bu sənədi aparın verin...") peşəkar davranış normalarına uyğun olmamışdır. X12 Süleymanovun peşəkar münasibətlər və subordinasiya qaydalarına əməl etməməsinə səbəb kimi özünü idarə etməkdə çətinlik çəkməsindən qaynaqlandığını düşünməsini qeyd etdi. X22 xanımın "mühazirə mətnlərimi tərcümə edib ingilis dilində çap etdirmisiniz” iradı ilə bağlı İddiaçı beş nəfər xanım müəllimin qarşısında onu təhqir etdiyini xatırlatmışdır. İddiaçı isə həmin insidentdən əvvəl Rəna xanımın onu təhqir etdiyini bildirmişdir. Kafedranın X8 Seyidova Qalib Süleymanovun dediklərini təsdiq edərək, kafedra müdiri, xalq şairi Nəriman Həsənzadənin yanında belə İddiaçı tərəfindən uyğun olmayan davranışların sərgiləndiyini qeyd etmişdir. O, Rəna xanımın İddiaçı adının redaktorluqdan çıxarılmasını xahiş etməsinin insidentə səbəb olduğunu bildirmişdir. İddiaçı elmi şurada onun baş müəllim vəzifəsinə təyinat məsələsinin müsbət həll edilməməsi ilə bağlı narazılığını bildirmişdir. Ravil Mürsəlov isə onun diplomunun nostrifikasiya edilmədiyini izah etmişdir. Nümayəndə isə qərarın elmi şuranın səlahiyyətində olduğunu vurğulamışdır. İddiaçı iki nəfər əcnəbi tələbənin təhsil haqlarının MAA-ya ödənilməsi məsələsi ilə bağlı bank çıxarışlarını təqdim edərək hər hansı mənimsəmənin olmadığını göstərmişdir. Ismayıl Qənbərli isə məsələni araşdıraraq, İddiaçı mənimsəmə faktı ilə deyil, vəzifə təlimatının tələblərinə zidd hərəkət etməsi ilə bağlı iradlar olduğunu bildirmişdir. İddiaçı yekun olaraq barəsində səsləndirilənləri şər-böhtan adlandırmış, özünə qarşı edilən hərəkətləri şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirdiyini və bu səbəbdən dörd nəfər barədə müvafiq dövlət orqanlarına müraciət etdiyini bir daha bildirmişdir. O həmçinin qeyd etmişdir ki, bu hadisələr onun sağlamlığına mənfi təsir göstərmiş, ürək döyüntülərinin artmasına səbəb olmuşdur. Bu səbəbdən o müvafiq dərman pereparatlarından istifadə etməsi faktını da bildirmişdir. Milli Aviasiya Akademiyasının Həmkarlar Ittifaqı Komitəsinin sədri Süleymanov Qalib Çıraq oğlu izahatları, çıxışları bitirdiyini bildirərək dəvət olunan şəxsləri iclas otağını tərk etməsini xahiş edir.

47. Milli Aviasiya Akademiyasının Həmkarlar Ittifaqı Komitəsinin növbədənkənar iclasının ##.##.2025-ci il tarixli qərarından çıxarışdan müəyyən olunur ki, Milli Aviasiya Akademiyasının Həmkarlar Ittifaqı Komitəsinin sədri Süleymanov Qalib Çıraq oğlu sədrliyi, Tyutorlar qrupunun tyutoru X40un katibliyi, X28 baş hüquqşünası, Iqtisadiyyat və hüquq fakültəsinin dekanı Nümayəndə, Tədris şöbəsinin müdir müavini X24, Elmi informasiya və patent şöbəsinin müdiri X7, Insan resursları şöbəsinin rəisi şahid2, Tələbə şəhərciyinin direktoru X14, Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin əməyin təhlükəsizliyi üzrə mühəndisi X15, Təsərrüfat şöbəsinin müdiri X25, “xxxx” kafedrasının müəllimi İddiaçı, Hüquq şöbəsinin hüquqşünası X54, “xxxx” kafedrasının müdir müavini X16 iştirakları (hər biri iştirakları imzalayaraq təsdiqləmişdir) ilə iclasda Azərbaycan respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış müvafiq əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə və həmin şəxsin tutduğu vəzifədən azad edilməsinə razılıq verilməsi qərara alınmışdır.

48. Iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz təsdiqini tapmışdır. Belə ki, ##.##.2025-ci il tarixdə Insan resursları şöbəsinin rəisi şahid2 ilə yaşanan insident zamanı iddiaçı sənədi şöbənin qapısının altından atmış, şöbə rəisinə qarşı qeyri-etik ifadələr işlətmiş, ölkə rəhbərliyinə şikayət etmək hədəsi ilə onu hədələmiş, xidməti tabeçilik münasibətlərini kobud şəkildə pozmaqla ali təhsil müəssisəsinin daxili intizam qaydalarına açıq-aşkar zidd davranış nümayiş etdirmişdir. Həmin günün özündə "Peşəkar ingilis dili" kafedrasının müdiri, X52 ilə yaşanan ikinci insident zamanı iddiaçı özünün yazıb hazırladığı dərsliklərə mənfi rəy verən kafedrа müdirinə qarşı onu alçaldan, şərəf və ləyaqətinə xələl gətirən qeyri-etik ifadələr işlətmiş, onu "savadsız" adlandırmış və hər iki insidentin şahidlərinin izahatları, habelə iş materiallarındakı aktlar bu halları birmənalı şəkildə sübut edir.

49. Kollegiya eyni zamanda nəzərə alır ki, iddiaçının həmin davranışları birdəfəlik hal olmayıb, əmək intizamının pozulması, həmkarlara kobud münasibət, tənqid-təhdid xarakterli davranış 2023-2024-cü tədris ilindən başlayaraq mütəmadi xarakter daşımış, tələbə ilə bağlı yaşanan insident, Rəna xanımla bağlı baş verən hadisə, kafedra daxilindəki münaqişəli vəziyyət də bunu açıq şəkildə təsdiqləyir. 50 Bundan başqa, müəllif hüquqları və elmi nəşrlər baxımından, ingilis dilində yazılmış dərsliklərə rəy verilməsi zamanı X52 tərəfindən aşkar edilmiş linqvistik və qrammatik qüsurlar (cümlə quruluşunun pozulması, qrammatik uyğunsuzluqlar) peşəkar akademik qiymətləndirmədir və müəllimin bu rəyə görə kafedra müdirini təhqir etməsi əmək intizamına ziddir. 51.Bundan başqa, əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçinin üzvü olduğu həmkarlar ittifaqı orqanının razılığının alınması da təmin edilmişdir. Belə ki, MAA-nın Həmkarlar Ittifaqı Komitəsinin ##.##.2025-ci il tarixli növbədənkənar iclasında, iddiaçının özünün də iştirakı ilə, bütün hallar ətraflı müzakirə edilmiş, iddiaçıya iclasda çıxış etmək imkanı verilmiş, onun etirazları dinlənilmiş, nəticədə komitə üzvlərinin qərarı ilə əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. Həmkarlar ittifaqı iclasının protokolundan göründüyü kimi, iclasda iştirakçıların sayı yetərsayı ödəmiş, qərar müəyyən olunmuş qaydada səsvermə ilə qəbul edilmişdir. 52.Əmrin əsaslandırılmaması ilə bağlı iddiaçının dəlillərini əsaassız hesab edən Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əmrə əsas olan (onun tərkib hissəsi olan) sənədlərdə əsaslandırılmışdır.

53. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsi zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin imperativ normalarının tələbləri tam şəkildə gözlənilmiş, tətbiq olunan intizam tənbehi baş vermiş pozuntunun xarakteri və ağırlığı ilə mütənasib olmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qətnaməsi qanuni və əsaslı hesab edilməlidir. 54.Kollegiya qeyd edir ki, əmrin ləğvi və iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi barədə iddia tələbi əsassız olduğundan həmin tələbdən törəmə xarakter daşıyan digər tələbləri də əsassız hesab edilməklə düzgün olaraq təmin edilməmişdir.

55. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

56. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar