Məhkəmə qərarları › İş №e-2(3-6)-1565/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1565/2026

06.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1565/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh "TRİUMF 2022" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “TRİUMF 2022” MMC tərəfindən ##.##.2018-ci il tarixli müqavilə şərtlərinə və müqaviləyə əlavə olunmuş yaşayış sahəsinin tərtib sxeminə uyğun mənzilin ən qısa müddətdə ona təhvil verilməsi; Müqavilədə nəzərdə tutulmuş 500 manat kirayə haqqının ödənilməsinin dərhal bərpa edilməsi; ##.##.2024-cü il tarixindən etibarən ödənilməmiş kirayə haqqının hesablanaraq ona ödənilməsi; cavabdeh şirkətin qanunsuz əməlləri nəticəsində vurulmuş maddi və mənəvi ziyana görə 7500 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, “TRİUMF 2022” MMC tərəfindən ##.##.2018ci il tarixli müqavilə üzrə İddiaçı 2025-ci ilin may, iyun, iyul ayları üzrə hər ay üçün 500 manat kirayə haqqı borcu və mənzil təhvil verilənədək hər ay 500 manat kirayə haqqı ödənilməsi, “TRİUMF 2022” MMC tərəfindən 1000 manat məbləğində pulun mənəvi zərərin əvəzi olaraq tutularaq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı İddiaçı şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(005)- ****/**** nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(005)- ****/**** nömrəli qərardadı ilə iddiaçının ərizəsinin təmin edilməsi; iddiaçı İddiaçı dövlət hesabına vəkil təyin edilməsi qərara alınmışdır. Daha sonra iddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, həmçinin şikayətə ərizə əlavə edərək apellyasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026- cı il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən məhkəməyə daxil olmuş apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin ona münasibətdə bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir. Hazırda həmin qərardaddan narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi, əks halda şikayətin baxılması üçün aidiyyatı üzrə müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı adına açılmış elektron kabinet onun tərəfindən yaradılmamış və istifadə edilməmişdir. İddiaçı məhkəməyə müraciət etmək üçün özünü vəkil kimi təqdim edən üçüncü şəxs (İbrahimov Hümbət Müslüm oğlu) ilə razılaşmış, iddia ərizəsinin hazırlanması və təqdim olunmasını həmin şəxsə etibar etmişdir. Elektron kabinet də məhz həmin şəxs tərəfindən açılmış və idarə edilmişdir. Sonradan iddiaçı öyrənmişdir ki, bu şəxs onu aldatmışdır; aparılmış araşdırma nəticəsində alınmış pul vəsaiti geri qaytarılmışdır. Bu fakt göstərir ki, iddiaçı hüquqi yardım adı altında aldadılmış və prosesə nəzarət imkanından məhrum edilmişdir. İddiaçı hüquqi savadı məhdud, elektron kabineti isə özü açmamış və sistemdən istifadə etməmişdir. Elektron kabinetin funksionallığı mürəkkəbdir və yalnız texniki bacarığı olan şəxslər tərəfindən səmərəli istifadə oluna bilər. Belə mürəkkəb sistemdə hüquqi savadı olmayan şəxsin kabinet yaratması və prosesi izləməsi praktiki olaraq mümkün deyil. Bu səbəbdən məhkəmənin iddiaçının məlumatlandırılmış hesab edilməsi arqumenti zəifdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026- cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı elektron kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirilmişdir. İddiaçı tərəfindən ilk apelyasiya şikayəti isə məhkəməyə ##.##.2025-ci il tarixdə təqdim edilmişdir. Yəni qətnaməni rəsmi aldığı tarixdən 2 aydan çox müddət keçdikdən sonra apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Müddətin ötürülmə səbəbini isə iddiaçının elektron kabinetdən istifadə edə bilməməsi əsası ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası isə iddiaçı tərəfindən ötürülmüş müddətin xeyli zaman olduğunu nəzərə alaraq qətnamədən şikayət verilməsi müddətinin ötürülməsi səbəbini üzürlü hesab etmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün mülkiprosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026- cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar