Məhkəmə qərarları › İş №e-2(3-6)-1570/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1570/2026

09.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1570/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Qafarova Rəna Nazim qızı və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri Ilham qızının katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi X1, eyni zamanda iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icrası, zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icrası, zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, "xxxx" MTK tərəfindən ##.##.2021-ci il tarixli ** nömrəli müqaviləyə əsasən yaşayış kompleksində qeyri-yaşayış sahəsinin əvəzləşdirilməsinə dair müqavilə üzrə, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən 1-ci mərtəbə 50 m2, 2-ci mərtəbədə 70 m2 qeyri-yaşayış sahələrini ümumilikdə 120 m2 sahənin yalnız çöl divarlar daxil edilməklə qeyri-yaşayış sahəsinin piləkənlərin yerləşdiyi ərazinin ümumi sahəyə daxil edilməməklə İddiaçı təhvil verilməsi, əldən çıxmış faydaya görə 44000 manat zərərin əvəzinin və tərəfindən ödənilmiş 232 manat dövlət rüsumunun əvəzinin Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tələb onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Həmin daşınmaz əmlakla bağlı İddiaçı ilə “xxxx” MTK arasında ##.##.2021-ci il tarixli ** nömrəli “yaşayış kompleksində qeyri-yaşayış sahəsinin əvəzləşdirilməsinə dair” müqavilə bağlanmışdır. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli, ## ###### 2016-cı il tarixli qərarına əsasən, adları göstərilən rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Icra Hakimiyyəti ilə MTK arasında bağlanmış *** nömrəli, ## ####### 2016-cı il tarixli müqavilə ilə Bakı şəhəri, Nəsimi rayonu Xan Şuşinski, Abbas Səhhət, Nəsibbəy Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsində yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan qeyri-yaşayış sahəsinin söküntüsü və yerində hündürmərtəbəli binaların tikintisini MTK həyata keçirir. Iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən “xxxx” MTK ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin cəmi faktiki 76 m2 ümumi sahəsinə əlavə etməklə G bloku 1-ci mərtəbədə 100 m2 qeyri yaşayış sahəsini İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. “xxxx” MTK müqavilə imzalanan 9 ay müddətində qeyd olunan qeyri-yaşayış sahəsinin satışını (mülkiyyətçi ilə razılaşdırılmış məbləğdə) həyata keçirdiyi təqdirdə, satış məbləğini verməyi öhdəsinə götürmüşdür. Əks təqdirdə 1-ci mərtəbədə 50 m2 , 2-ci mərtəbədə 70 m2 qeyri-yaşayış sahəsini İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Daha sonra yeni binanın tikintisi başa çatanadək qeyd olunan qeyriyaşayış sahəsi İddiaçı təhvil verilənədək aylıq 500 manat kirayə haqqı “xxxx” MTK tərəfindən ödənilməli idi. ##.##.2023-cü il tarixdə İddiaçı məktub ünvanlayaraq müqavilə üzrə tərəfinizdən ödənilən 500 manat kirayə haqqı ##.##.2023-cü il tarixdən ödənilməyəcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı müqavilə üzrə öhdəsinə götürdüyü öhdəlikləri icra etsə də, “xxxx” MTK isə öhdəliklərini icra etməmişdir. Belə ki, müqavilə bağlanandan 9 ay deyil, 3 ildən artıq müddət keçsə də, qeyri-yaşayış sahəsinin satışı həyata keçirilməmişdir. Buna görə də müqavilə üzrə satış həyata keçirilmədiyindən digər varianta görə 1-ci mərtəbədə 50 m2 , 2-ci mərtəbədə 70 m2 qeyri-yaşayış sahəsi verilməli olduğu halda hələ də hər iki obyekt təqdim edilməmişdir. Bundan başqa müqavilə üzrə qeyriyaşayış sahəsi MTK tərəfindən iddiaçıya təhvil verilməmiş, 500 manat kirayə haqqı da ##.##.2023-cü il tarixdən etibarən ödənilməmişdir. “xxxx” MTK müqavilə şərtlərini pozmaqla İddiaçı maddi və mənəvi zərər vurmuşdur. 120 m2 qeyri-yaşayış sahəsi İddiaçı istifadəsində olmuş olsa idi, o, ayda 2000- 2500 manat məbləğdə gəlir əldə etmiş olardı. Beləliklə, iddiaçı, böyük məbləğdə gəlirindən məhrum olmuş, fayda əlindən çıxmışdır. Həmçinin ##.##.2023-cü ildən bu günədək kirayə haqqı ödənilməmişdir. Kirayə haqqı o zaman kəsilə bilərdi ki, obyektlər təhvil verilmiş olsun. Qeyri-yaşayış sahələri təhvil verilməmişdir. MTK tərəfindən obyektlər təhvil verilməmişdir. Cavabdehə edilmiş şifahi xəbərdarlıq səmərə verməmişdir. Buna görə də iddiaçının nümayəndəsi cavabdehə xəbərdarlıq məktubu göndərsə də, o, buna da məhəl qoymadı. Iddiaçı artıq məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Elnarə Vəliyeva) iddia tələbi təmin edilərək, Cavabdeh MTK tərəfindən ##.##.2021-ci il tarixli ** nömrəli müqaviləyə əsasən yaşayış kompleksində qeyriyaşayış sahəsinin əvəzləşdirilməsinə dair müqavilə üzrə, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsindən 1-ci mərtəbə 50 m2, 2-ci mərtəbədə 70 m2 qeyri-yaşayış sahələrini ümumilikdə 120 m2 sahəni yalnız çöl divarlar daxil edilməklə qeyri-yaşayış sahəsinin piləkənlərin yerləşdiyi ərazi ümumi sahəyə daxil edilməməklə İddiaçı təhvil verilməsi, əldən çıxmış fayda 44000 manat zərərin əvəzinin və iddia qaldırmaq üçün ödənilmiş 232 manat dövlət rüsumunun əvəzinin cavabdeh Cavabdeh MTK-dan tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun cavabdeh Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti vermiş, şikayətdə maddi və prosessual hüquq normalarının pozulmasını, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmamasını, tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülərək yerində inşa olunacaq binada iddiaçıya cəmi ümumi sahəsi 120 m2 olan qeyri-yaşayış sahənin verilməsi, həmin sahənin verilməsinə qədər aylıq 500 manat icarə haqqının ödənilməsi, bina hazır olduqdan sonra iddiaçıya təklif olunmuş sahəni qəbul etməməsi, cavabdeh tərəfindən üzərinə düşən öhdəliklərin vaxtında yerinə yetirilməsi, iddiaçının tələbinin əsassız olması və .s göstərmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini əsassız sayaraq təmin olunmamasını xahiş etmiş, eləcə də iddiada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermişdir. Cavabdehin nümayəndəsi yazılı vəsatətlə məhkəməyə müraciət edərək, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını, vergi ödəyicisi kimi qeydiyyata alınması və bu səbədən tərəflər arasında mübahisəyə məhkəmə aidiyyatı qaydasında kommersiya məhkəməsində baxılmalı olmasını bildirmişdir. Iddiaçı tərəf vəsatətə etiraz edərək, hazırkı mübahisə üzrə işə kommersiya məhkəməsində baxılmasının heç bir prosessual əsasının olmamasını bildirmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, mülki iş məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Oxşar normalar həmçinin, Insan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrində də nəzərdə tutulmuşlar. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə ## ### 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. Insan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə ## ######## 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Qeyd olunan daxili və beynəlxalq hüquq normalarının mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurizdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Əgər işə baxan məhkəmə həmin mübahisəyə baxmaqda səlahiyyətli deyildirsə, onun tərəfindən iş üzrə mahiyyəti üzrə hər hansı araşdırmanın aparılması qanunvericiliyin tələblərinə zidd olardı. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında məhkəmə aidiyyəti ilə bağlı müddəaların qanunvericiliklə dəqiq müəyyən edilməsi və bu normaların məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmasını vurğulamışdır (Konstitusiya Məhkəməsi Plenumunun «Inzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair» # ####### 2012-ci il, «Icra haqqında» Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şəhr edilməsinə dair» # ##### 2012-ci il, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şəhr edilməsinə dair» ## #### 2013-cü il tarixli Qərarları). Məhkəmə aidiyyəti məsələsinin dəqiq müəyyən olunması yuxarıda qeyd edildiyi kimi milli və beynəlxalq hüquq normaları, eləcə də «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından şəxsin məhkəmə müdafiəsi hüququnun təminatına yönəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hər bir iddia ərizəsini icraata qəbul edib, ona mahiyyəti üzrə baxarkən ilk növbədə həmin mübahisənin onun səlahiyyətinə aid olub-olmaması məsələsini yoxlamalıdır. Işdə olan sübutlardan, eləcə də Elektron Məhkəmə Informasiya Sistemindən çıxarışlardan görünür ki, iddiaçı fərdi sahibkar kimi (həmçinin Dövlət Vergi Xidməti Bakı şəhəri X3 və Uçotunun Təşkili Baş Idarəsinin ##.##.2026-cı il tarixli məktubuna əsasən, İddiaçı ##.##.2022-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınmış, əsas fəaliyyət növünün “Kosmetoloji mərkəz tərəfindən xidmətlərin göstərilməsi” (9602002) olmuş, fəaliyyətini ##.##.2022-ci il tarixdən ##.##.2027-ci il tarixinədək müvəqqəti dayandırmışdır), cavabdeh isə kommersiya hüquqi şəxsi kimi ##.##.2016-cı il tarixdə ********** nömrəli VÖEN əsasında dövlət qeydiyyata alınmışlar. Həmçinin tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinin xarakterindən aydın olur ki, hazırki mübahisə onlar arasında məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi istiqamətində yaranmışdır. Belə ki, işin hallarından və tərəflərin izahatlarından görünür ki, iddiaçıya məxsus sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi müvafiq qeyri-yaşayış sahəsi ilə bağlı (həmin qeyri yaşayış sahəsinin sökülərək kompensasiya olaraq həmin ərazidə tikiləcək çoxmərətəbəli yaşayış binasında qeyri yaşayış sahəsinin verilməsi ilə bağlı) tərəflər arasında müqavilə bağlanmış, mübahisə də məhz həmin müqavilənin icrası sahəsində yaranmışdır. MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 25-ci və 26-cı maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. «Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərarının 12 və 13-cü bəndlərində göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Bununla yanaşı, iddiaçının hazırda fərdi sahibkar kimi öz fəaliyyətini müvəqqəti dayandırması halı da vəziyyəti dəyişdirməməklə, məhkəmə aidiyyətinin pozulmasına əsas verə bilməz. Belə ki, qeyd edilən Qərarın 28-ci bəndinə əsasən, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖENnin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almayaraq, mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aid olması məsələsini düzgün həll etmədən işi icraata götürmüş və mahiyyəti üzrə baxmışdır. Halbuki, MPM-in 31-ci maddəsinin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Iş materiallarından görünür ki, cavabdeh hüquqi şəxsin olduğu ünvan Bakı şəhərinin inzibati ərazisində yerləşir. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, işə kommersiya xarakterli mübahisə kimi məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. MPM-in 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmə aidiyyəti (prosessual hüquq) qaydalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 26.1, 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icrası, zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ***/**** nömrəli qətnaməsi ləğv edilsin, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar