Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1580/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh X3rşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X11 və X16 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X15 Xidməti X3 X5 Sistemlərinin Istismarı Idarəsinin ##.##.2024-cü il tarixli ** nömrəli əmrindən görünür ki, iddiaçının həmin tarixdən Texniki Istehsalat və Istismar Şöbəsinə IX dərəcəli mühəndis-mexanik vəzifəsinə 3 ay müddətinə keçirilməsi, vəzifə maaşının ştat cədvəlinə uyğun olaraq ödənilməsi əmr edilmişdir.
2. X15 Xidməti X3 X5 Sistemlərinin Istismarı Idarəsi tərəfindən iddiaçıya ünvanlanmış əmək müqaviləsinin müddətinin bitməsi barədə ##.##.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, onunla bağlanmış əmək müqaviləsinin müddətinin ##.##.2025-ci il tarixində bitməsi ilə əlaqədar ##.##.2024-cü il tarixli əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir.
3. X5 Sistemlərinin Istismarı Idarəsi tərəfindən iddiaçıya göndərilmiş zərfin surətində ştampın tarixi ##.##.2025-ci il qeyd edilib edilir.
4. Əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli ** nömrəli əmrdən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X15 Xidməti X3 X5 Sistemlərinin Istismarı Idarəsi Texniki Istehsalat və Istismar Şöbəsində mühəndis-mexanik vəzifəsində işləyən İddiaçı Əlpaşa oğlu haqqında aşağıdakı səbəbləri nəzərə alaraq: əmək müqaviləsi müddətinin bitməsi ilə əlaqədar onunla bağlanılmış *******000300 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.2 “b”- əmək müqaviləsinin müddətinin qurtarması maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xitam verilməsi, işçinin ##.##.2023 tarixindən ##.##.2025 tarixinə qədər istifadə edilməmiş 63 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Iqtisadiyyat və uçot şöbəsinə həvalə edilməsi əmr edilmişdir.
5. Ağsu * saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı işə bərpa tələbinə dair əmək mübahisəsi üzrə işlə bağlı təyin edilmiş ilkin mediasiya sessiyasında Cavabdeh X3 X5 Sistemlərinin Istismarı Idarəsi Texniki Istehsalat və Istismar Şöbəsinin nümayəndəsi iştirak etməmişdir.
a)Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh X3rşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Su X25 Su Meliorasiya Xidməti X3 X5 Sistemlərinin Istismarı Idarəsinin ##.##.2025-ci il tarixli ** nömrəli əmrinin ləğv edilməsi, iddiaçının həmin X23 və Istismar Şöbəsinin mühəndis mexanik vəzifəsinə bərpa olunmasını, həmçinin iddiaçının ##.##.2025-ci il tarixdən başlayaraq məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.2023 cü il tarixdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində Cavabdehn X5 Sistemlərinin Istismarı Idarəsi Texniki Istehsalat və Istismar Şöbəsində mühəndis-mexanik vəzifəsinə işə qəbul olunmuş, həmin tarixdən etibarən hər il onunla əmək müqaviləsi bağlanmışdır. Sonuncu müddətli əmək müqaviləsi ##.##.2024-cü il tarixdə 6 ay müddətinə bağlanmışdır. ##.##.2025-ci il tarixdə əmək müqaviləsinin müddətinə 1 gün qalmış iddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh ##.##.2025-ci il tarixdə isə ** nömrəli əmr ilə iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 (b)– “əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən işdən azad etmişdir. Əmrin verilməsi qanunsuz və əsassız olmuşdur. Cavabdeh tərəfindən 1 həftə əvvəl yazılı xəbərdarlıq edilməmiş və əmək müqaviləsinə müddət bitdikdən 6 gün sonra xitam verilmişdir. Cavabdehin əmri qanunsuzdur və ləğv edilməlidir.
8. Məhkəmə iclasında iddiaçı İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib iddia ərizəsinin məzmunundan fərqli olaraq izahatında göstərmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətinin ##.##.2025-ci il tarixdə bitməsinə baxmayaraq, cavabdeh tərəf iddiaçını ##.##.2025-ci il tarixdə əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdar etmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə, cavabdeh bunu müqavilə müddəti bitənə ən azı 1 həftə qalmış etməli idi. Əmək Məcəlləsinin tələblərinə riayət edilmədiyindən cavabdeh müəssisənin rəhbəri inzibati qaydada cərimə olunmuşdur.
9. Məhkəmə iclasında cavabdeh Cavabdeh X3 nümayəndəsi X8 iddianı qəbul etməyib bildirmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti ##.##.2025-ci il tarixdə bitdiyindən iddiaçıya ##.##.2025-ci il tarixdə əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq göndərilmişdir. Bu xəbərdarlıq ##.##.2025 ci il tarixdə iddiaçıya çatdığından, əlavə olaraq 2 gün də nəzərə alınmaqla, ##.##.2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu zaman iddiaçıya işlədiyi günlər üçün əmək haqqı və istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya ödənilmiş, cavabdeh müəssisə tərəfindən hər hansı hüquq pozuntusuna yol verilməmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim-Ilqar Qaralov) iddianın təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı İddiaçı cavabdeh X15 Xidməti X3 X5 Sistemlərinin Istismarı Idarəsində mühəndis-mexanik vəzifəsində işləmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti ##.##.2025-ci il tarixdə bitəcəyindən, cavabdeh ##.##.2025-ci il tarixdə iddiaçıya əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq göndərmiş, həmin xəbərdarlıq iddiaçıya ##.##.2025-ci il tarixdə çatdırılmışdır. ##.##.2025-ci il tarixdə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilmişdir.
12. Iddiaçı mediasiya vasitəsilə məsələnin müsbət həllinə nail ola bilmədiyindən, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Iş üzrə mübahisələndirilən yeganə hal əmək müqaviləsinin müddətinin ##.##.2025-ci il tarixdə bitməsinə baxmayaraq, qanunun tələbinə görə cavabdeh tərəfindən iddiaçıya azı 1 həftə qalmış xəbərdarlıq edilməli olduğu halda, bu xəbərdarlığın yalnız ##.##.2025-ci il tarixdə edilməsi və əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə deyil, ##.##.2025-ci il tarixdə xitam verilməsi olmuşdur. Iddiaçının vəkili-nümayəndəsi hazırkı məhkəmə iclasındakı izahatında iddia ərizəsində müqavilənin müddətinin ##.##.2025-ci il tarixdə bitməsini qeyd etməklə səhvə yol verdiyini, bu işi icraatında olan digər vətəndaşın eyni cavabdehə qarşı işi ilə qarışdırdığını qəbul etmişdir. Cavabdeh tərəf iddiaçıya ##.##.2025-ci il tarixdə xəbərdarlıq ünvanladıqlarını, əmək müqaviləsinə xitam verilən zaman qanunun tələblərinə riayət etdiklərini bildirərək iddia tələbini qəbul etməmişdir.
13. Iddianı əsassız hesab edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin ##.##.2025-ci il tarixdə iddiaçıya müvafiq xəbərdarlığı göndərməsi və iddiaçının ##.##.2025-ci il tarixdə həmin xəbərdarlığı alması mübahisəsiz olaraq müəyyən edildiyindən, məhkəmənin qənaətinə görə cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müqavilənin müddətinin bitdiyi ##.##.2025-ci il tarixdə deyil, bu tarixdən 2 gün sonra– ##.##.2025-ci il tarixdə xitam verməsi əmək qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirilməməlidir. Ən azından ona görə ki, bu tarix dəyişikliyində cavabdehin özünün deyil, iddiaçının mənafeyi və qanunvericiliyin tələbləri nəzərə alınmışdır. Işin mübahisəsiz hallarına əsasən cavabdehin iddiaçıya müqavilə müddətinin bitməsinə 11 gün qalmış göndərdiyi xəbərdarlıq ona müqavilə müddətinin bitməsinə 5 gün qalmış çatdırılmış, cavabdeh də bu halı və qanunun tələbini nəzərə alaraq əmək müqaviləsinə onun müddəti bitəndən 2 gün sonra xitam vermişdir. Hər bir halda cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermək niyyətinin olması və iddiaçını bu barədə vaxtında xəbərdar etməsi aşkar olmuşdur. Bu baxımdan məhkəmənin mövqeyinə görə cavabdeh tərəfindən müqavilə müddəti başa çatandan 2 gün sonra əmək müqaviləsinə xitam verilməsi mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas təşkil etmir. Məhz bu hala görə sözügedən əmrin ləğv edilməsi tərəflər arasındakı münasibətlərə məhkəmə tərəfindən formal yanaşma sərgiləmək, işin faktiki və mübahisələndirilməyən hallarının nəzərə alınmaması ilə nəticələnəcəkdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbinin dəlilləri əsassız olduğundan iddia təmin edilməməlidir. 14.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasını Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsi, 73-cü maddəsinin 1-ci hissəsi və Mülki Prosessual Məcəlləsinin 14.2, 88Ş, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15.Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsi və əmək hüquqlarının təmin edilməsini xahiş etmişdir. 16.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Işin hallarından göründüyü kimi iddiaçı Cavabdehn X5 Sistemlərinin Istismarı Idarəsinin Texniki Istehsalat və Istismar Şöbəsinin mühəndis- mexanik vəzifəsinə müddətli əmək müqaviləsi ilə işə düzəlib. Hazırda qeyd edilən maddənin tələbləri baxımından onunla müddətli əmək müqaviləsi bağlana bilməzdi. Tərəflər arasında müqavilə müddətsiz olmalı idi. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Iş materiallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti ##.##.2025-ci il tarixdə bitmişdir. Cavabdeh tərəfindən xəbərdarlıq məktubu iddiaçıya yalnız ##.##.2025-ci il tarixdə çatdırılmışdır. Beləliklə, iddiaçı əmək müqaviləsinin müddətinin bitməsinə azı 1 həftə qalmış deyil, yalnız 5 gün qalmış xəbərdar edilmişdir. Cavabdeh tərəfindən əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə, yəni müqavilə müddəti bitdikdən sonra xitam verilmişdir. Müddət bitdikdən sonra əmək müqaviləsinə xitam verilməsi 68.2 (b) maddəsində nəzərdə tutulan əsasın tətbiq edilməsini hüquqi cəhətdən şübhə altına alır, çünki həmin maddə yalnız müqavilə müddəti başa çatdığı anda və qanunla müəyyən edilmiş prosedura riayət edilməklə tətbiq edilə bilər. Birinci instansiya məhkəməsi isə bu hallara baxmayaraq cavabdehin hərəkətlərini qanuni hesab etmiş və iddianı təmin etməmişdir. Halbuki əmək qanunvericiliyində nəzərdə tutulmuş xəbərdarlıq müddətinə əməl edilməməsi əmək müqaviləsinə xitamın qanunsuz hesab edilməsinə əsas verir. Birinci instansiya məhkəməsi sübutlara tam və düzgün qiymət verməmişdir. Iş materiallarından görünür ki, əmək müqaviləsinin müddəti ##.##.2025-ci ildə bitmişdir, xəbərdarlıq isə iddiaçıya ##.##.2025-ci ildə çatdırılmışdır. Məhkəmə bu hala diqqət yetirməmişdir və sübutları düzgün qiymətləndirmədən qərar qəbul etmişdir. Nəsimi Rayon Məhkəməsinin hakimi iddianı rədd etməsini onunla əsaslandırır ki, cavabdehin ##.##.2025-ci il tarixdə iddiaçıya müvafiq xəbərdarlığı göndərməsi və iddiaçının ##.##.2025-ci il tarixdə həmin xəbərdarlığı alması mübahisəsiz olaraq müəyyən edildiyindən, məhkəmənin qənaətinə görə cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müqavilənin müddətinin bitdiyi ##.##.2025-ci il tarixdə deyil, bu tarixdən 2 gün sonra– ##.##.2025-ci il tarixdə xitam verməsi əmək qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirilməməlidir. Ən azından ona görə ki, bu tarix dəyişikliyində cavabdehin özünün deyil, iddiaçının mənafeyi və qanunvericiliyin tələbləri nəzərə alınmışdır. Anlamaq olmur ki niyə əmək qanunvericiliyi iki halda pozulduğu halda yenə də qanunvericliyin pozulmamaması kimi qəbul edilməməlidir. Məhkəmə daha sonra qanunvericiliyin pozulmasını belə əsaslandırmağa çalışır ki, Işin mübahisəsiz hallarına əsasən cavabdehin iddiaçıya müqavilə müddətinin bitməsinə 11 gün qalmış göndərdiyi xəbərdarlıq ona müqavilə müddətinin bitməsinə 5 gün qalmış çatdırılmış, cavabdeh də bu halı və qanunun tələbini nəzərə alaraq əmək müqaviləsinə onun müddəti bitəndən 2 gün sonra xitam vermişdir. Ağsu Rayonunda bir məktubun 11 gün günə gedib çatmasını, məktubun üzərinə geri tarixə qoyulmuş tarixlə hesab etməsi qərəzliliyin növbəti sübutudur. Artıq bu hər kəsə bəllidir ki, xəbərdarlıq işçiyə məktubun çatdırılması gün ilə hesab edilir. Məhkəmənin növbəti qərəzli və anlaşılmayan bir mövqeyi: qətnamədə hakim öz mövqeyini belə əsaslandırır ki, Hər bir halda cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermək niyyətinin olması və iddiaçını bu barədə vaxtında xəbərdar etməsi aşkar olmuşdur. Bu baxımdan məhkəmənin mövqeyinə görə cavabdeh tərəfindən müqavilə müddəti başa çatandan 2 gün sonra əmək müqaviləsinə xitam verilməsi mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas təşkil etmir. Məhz bu hala görə sözügedən əmrin ləğv edilməsi tərəflər arasındakı münasibətlərə məhkəmə tərəfindən formal yanaşma sərgiləmək, işin faktiki və mübahisələndirilməyən hallarının nəzərə alınmaması ilə nəticələnəcəkdir. Cavabdeh tərəfindən işçilərə qarşı qanunvericliyin tələblərin pozulması artıq işin mübahisəsiz halıdır. Belə ki, iddiaçının işdən çıxarılması ilə bağlı verilmiş əmrin ləğvi ilə əlaqədar iddia X13 Xidmətinə şikayət edilmişdir. DƏMX-nin X14 şöbəsi ## #### 2025-ci il tarixdə Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinin pozulması barədə protokol tərtib etmiş və ##.##.2025-ci il tarixdə X4 Sistemlərinin Istismarı Idarəsinin rəisi E.Süleymanov barəsində qanunvericiliyin tələblərin pozulmasının aradan qaldırılması üçün 30 gün müddət müəyyən edərək MN ******* saylı qərar qəbul etmişdir. E. Süleymanov həmin qərardan Ağsu Rayon Məhkəməsinə şikayət etmiş, Ağsu Rayon Məhkəməsi işəgötürənin şikayətini təmin etməmişdir. Bundan sonra isə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilsə də təmin edilməmişdir. Göründüyü kimi cavabdehin verdiyi əmrlə bağlı bir inzibati orqan, Rayon və apelyasiya məhkəməsi əmək qanunvericiliyinin pozulması qərarına gəlsə də, mülki qanunvericiliyin tələblərinə görə artıq həmin qərarlarda müəyyən edilən halların əlavə olaraq sübut edilməsinə ehtiayc olmadığı bir göstəriş yer alsa da, Nəsimi Rayon Məhkəməsinin hakimi özünü bütün qanunvericlik sistemindən, bütün məhkəmə qərarlarından üstün hesab edərək əmək münasibətlərində zəif tərəf edilən bir sıravi işçinin hüquqlarını pozmaqla qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
a)Məhkəmə icraatı iştirakçılarının izahatları
18.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, izahatıda qeyd etdi ki, iddiaçı Cavabdehn X5 Sistemlərinin Istismarı Idarəsinin ##.##.2025-ci il tarixli ** nömrəli əmri ilə X23 və Istismar Şöbəsinin mühəndis-mexanik vəzifəsindən azad olunmuşdur. O, işdən azad olunarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddəyə əsasən müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış iddiaçıya xəbərdarlıq göndərilməli idi. Lakin bu tələbə əməl olunmamış, xəbərdarlıq ##.##.2025ci il tarixdə göndərilmişdir. Apellyasiya icraatında təqdim edilmiş əmək müqaviləsindən göründüyü kimi tərəflər arasında olan əmək müqaviləsi ##.##.2023-cü il tarixdə 1 il 9 ay 24 gün müddətinə bağlanmışdır. Sözügedən əmək müqaviləsi ilə xəbərdarlıq məktubu və əmr arasında ziddiyyətlər var. Hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi əsas götürülməli idi. Cavabdehin əmri tamamilə qanunsuzdur. 19.Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı vəklinin dedikləri ilə razı olduğunu, əlavəsi olmadığını bildirərək şikayətin təmin edilməsini xahiş etdi.
20. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh Cavabdeh X3 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq 21.Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25. İ hissə. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 35. İ, II, III, IV və VIII hissəsi. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 73-cü maddəsinin 1-ci hissəsi. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Maddə 73-cü maddəsinin 2-ci hissəsi. Işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
23.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
24.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 25.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunililiyinin və əsaslılığının tam yoxlanması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir.
27. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı İddiaçı cavabdeh X15 Xidməti X3 X5 Sistemlərinin Istismarı Idarəsində mühəndis-mexanik vəzifəsində işləmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti ##.##.2025-ci il tarixdə bitəcəyindən, cavabdeh ##.##.2025-ci il tarixdə iddiaçıya əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq göndərmiş, həmin xəbərdarlıq iddiaçıya ##.##.2025-ci il tarixdə çatdırılmışdır. ##.##.2025-ci il tarixdə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilmişdir.
28. Əmri mübahisələndirən iddiaçının dəlillərinə görə əmək müqaviləsinin müddətinin ##.##.2025-ci il tarixdə bitməsinə baxmayaraq, qanunun tələbinə görə cavabdeh tərəfindən iddiaçıya azı 1 həftə qalmış xəbərdarlıq edilməli olduğu halda, bu xəbərdarlıq yalnız ##.##.2025ci il tarixdə edilmiş və əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə deyil, ##.##.2025-ci il tarixdə xitam verilmişdir.
29. Iddianı əsassız hesab edən birinci instasniya məhkəməsinin mövqeyinə görə cavabdeh tərəfindən xəbərdarlığın ##.##.2025-ci il tarixdə göndərilməsi və iddiaçıya ##.##.2025-ci il tarixdə çatdırılması mübahisəsiz müəyyən edildiyindən, əmək müqaviləsinə müddətin bitdiyi ##.##.2025-ci il tarixdə deyil, qanunvericiliyin tələbi və iddiaçının mənafeyi nəzərə alınmaqla 2 gün sonra – ##.##.2025-ci il tarixdə xitam verilməsi əmək qanunvericiliyinin pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab etmişdir ki, cavabdehin əmək müqaviləsinə xitam vermək niyyətinin olması və iddiaçını bu barədə vaxtında xəbərdar etməsi aşkar olduğundan, xitam tarixinin 2 gün gecikməsi formal xarakter daşıyır və mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas təşkil etmir.
30. Mübahisə ilə bağlı kollegiya qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
31. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
32. Hazırki işdə cavabdeh tərəf əmək müqaviləsinin müddətinin bitməsi barədə ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunun iddiaçının ünvanına ##.##.2025-ci il tarixdə göndərildiyini bildirmiş, iddiaçı tərəf isə məktubun ##.##.2025-ci il tarixdə çatıdırlmasını bildirmişdir.
33. Iddiaçı apellyasiya şikayətində məktubun geri tarixə tərtib edildiyini bildirmiş, Ağsu rayonunda bir məktubun 11 günə çatmasının ağlabatan olmadığını qeyd etmişdir. 34.Bu dəlilin yoxlanılması məqsədi ilə apellyasiya mərhələsində xəbərdarlıq məktubunun göndərildiyi zərfin üzərindəki ştirx koda əsasən məktubun Ağsu regional poçt filialına nə zaman təqdim edilməsi barədə aidiyyatı üzrə sorğu göndərilmişdir.
35. Əldə edilmiş “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, ****/**** nömrəli məktubuna əsasən sistem üzərindən araşdırma zamanı müəyyən edilmişdir ki, “TT017090858AZ” ştix kodlu məktub X5 Sistemlərinin Istismarı Idarəsi tərəfindən ##.##.2025-ci il tarixdə AZ**** saylı Müştəri Xidmətləri Şöbəsinə təqdim edilmişdir.
36. Göründüyü kimi iddiaçıya ünvanlanmış əmək müqaviləsinin müddətinin bitməsi barədə ##.##.2025-ci il tarixli xəbərdarlıq ##.##.2025-ci il tarixə poçta təqdim edilmişdir.
37. Beləliklə, müəyyən edilir ki, cavabdehin ##.##.2025-ci il tarixdə iddiaçıya müvafiq xəbərdarlığı göndərməsi barədə birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, nəticədə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
38. Belə ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin mətni və mənası qanunvericinin müddətli əmək müqavilələrinə xitam verilməsi prosesində sabitliyin və hüquqi müəyyənliyin qorunması məqsədini daşıyır. Qanunun imperativ tələbinə görə, müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə (7 təqvim günü) qalmış tərəflərdən birinin digərini yazılı formada xəbərdar etməsi məcburidir. Sənədin sadəcə daxili kargüzarlıq qaydasında birtərəfli qaydada tərtib edilməsi, lakin poçt orqanına gec təqdim olunması xəbərdarlıq öhdəliyinin vaxtında icra edildiyi mənasına gələ bilməz.
39. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli rəsmi məktubu ilə müəyyən edilir ki, cavabdeh idarə ##.##.2025-ci il tarixli məktubunu poçt rabitəsi şöbəsinə yalnız müqavilə müddətinin bitməsinə cəmi 5 gün qalmış, ##.##.2025-ci il tarixdə təqdim etmişdir. Bu halın özü artıq cavabdehin əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış iddiaçını yazılı qaydada xəbərdar etmək vəzifəsini yerinə yetirmədiyini təsdiq edir.
40. Digər tərəfdən, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin imperativ tələbinə əsasən, müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən biri digər tərəfi müqaviləyə xitam veriləcəyi barədə yazılı formada xəbərdar etmədiyi halda, əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır.
41. Kollegiya qeyd edir ki, həmin norma tərəflərin iradəsindən asılı olmayaraq tətbiq edilməli olan məcburi hüquqi nəticəni müəyyən etdiyindən, xəbərdarlıq müddətinə riayət edilməməsi formal pozuntu kimi qiymətləndirilə bilməz.
42. Bu baxımdan birinci instansiya məhkəməsinin xəbərdarlığın vaxtında göndərilməsi və əmək müqaviləsinə iki gün gec xitam verilməsinin iddiaçının mənafeyinə uyğun olduğu barədə gəldiyi nəticə qanunun tələblərinə uyğun olmamışdır. Çünki, xəbərdarlığın müqavilə müddətinin bitməsinə azı bir həftə qalmış təqdim edilməməsi əmək münasibətlərinin qanunla müəyyən edilmiş qaydada davam etməsinə səbəb olmuş, bu səbəbdən cavabdehin ##.##.2025-ci il tarixli əmri ilə əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi üçün qanuni əsas mövcud olmamışdır.
43. X9 Müfəttişliyi Xidməti X14 şöbəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı ilə bağlanış əmək müqaviləsinə xitam verilərkən AR Əmək Məcəlləsinin 73-cü (Işəgötürən müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış işçini müqaviləyə xitam verilməsi bardədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməlidir) tələbləri pozularaq rəsmi xəbbərdar edilməyi üçün X14 şöbəsi ## #### 2025-ci il tarixdə Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinin pozulması barədə protokol tərtib etmiş və bu Protokola uyğun olaraq IXM-nin 192.6-cı maddəsinə əsasən DƏMX-in X14 şöbəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında ##.##.2025-ci il tarixli MN ******* nömrəli qərarı ilə X4 Sistemlərinin Istismarı Idarəsinin rəisi E.Süleymanov inzibati məsuliyyətə cəlb olunmuş, göstərilən hüquqpozmanın aradan qaldırılması üçün E.Süleymanova 30 gün müəddət müəyyən edilmiş, eyni zamanda ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubla əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi E.Süleymanovdan tələb olunmuşdur (i/v-30-31).
44. E.Süleymanov həmin qərardan Ağsu Rayon Məhkəməsinə şikayət etmiş, Ağsu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 3(016)-230/2025 nörməli qərarı ilə X17 AR ƏƏSMN yanında X18 Xidməti X14 şöbəsinin “Inzibati tənbeh vermə haqqında” ##.##.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə şikayəti təmin edilməmişdir (i/v-54-58).
45. Ağsu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 3(016)-230/2025 nörməli qərarından X17 tərəfindən veriliş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli qərarı ilə təmin edilməmiş, Ağsu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 3(016)-230/2025 nörməli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qanuni qüvvəsini almışdır (i/v-58-66).
46. Göründüyü kimi, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozması yalnız hazırkı mülki iş üzrə toplanmış sübutlarla deyil, həm də səlahiyyətli dövlət orqanı tərəfindən aparılmış inzibati icraatın nəticələri ilə təsdiq edilmişdir. X18 Xidməti tərəfindən həmin hüquqpozuntusuna görə cavabdeh idarənin rəhbəri inzibati məsuliyyətə cəlb edilmiş, bu qərarın qanuniliyinin yoxlanılması məqsədilə verilmiş şikayətlər isə həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri tərəfindən təmin edilməmiş və inzibati tənbeh haqqında qərar qanuni qüvvədə saxlanılmışdır. 47.Kollegiya qeyd edir ki, həmin məhkəmə aktları hazırkı mübahisə üzrə birbaşa preyudisial əhəmiyyət daşımasa da, cavabdehin əmək qanunvericiliyinin tələblərini pozaraq iddiaçını əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış yazılı qaydada xəbərdar etməməsi faktını təsdiq edən mühüm sübut kimi qiymətləndirilməlidir. Bu səbəbdən, cavabdehin əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verməsi qanunun imperativ tələblərinə əməl edilmədiyindən, mübahisələndirilən əmr qanunsuz hesab edilməli və ləğv edilməlidir.
48. Iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqı tələbinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan iddiaçı tərəfindən cavabdeh Idarəyə ünvanlanmış ##.##.2024-cü il tarixli ərizənin surətindən görünür ki, iddiaçı ##.##.2024-cü il tarixdən X5 Sistemlərinin Istismarı Idarəsinin mühəndis mexanik vəzifəsinə 3 ay müddətinə işə qəbul edilməsini xahiş etmişdir.
49. Iddiaçının ərizəsinə əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X15 Xidməti X3 X5 Sistemlərinin Istismarı Idarəsinin ##.##.2024-cü il tarixli, ** nömrəli əmri ilə İddiaçı ##.##.2024-cü il tarixdən X5 Sistemlərinin Istismarı Idarəsi Texniki Istehsalat və istismar şöbəsinə IX dərəcəli Mühəndis-mexanik vəzifəsinə 3 ay müddətinə keçirilmişdir.
50. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli müqavilə olmaqla, ##.##.2024-cü il tarixli əmrlə müqavilə müddəti 3 aylıq müəyyən edilmişdir.
51. Belə olan halda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən müddətin bitməsi əsası ilə xitam verilərkən xəbərdarlığın müqavilə müddətinin bitməsinə azı bir həftə qalmış təqdim edilməməsi əmək münasibətlərinin qanunla müəyyən edilmiş qaydada əmək müqaviləsində göstərilən müddətə, yəni 3 ay müddətində davam etməsinə səbəb olmuşdur.
52. Belə ki, müddətli əmək müqaviləsinin müddətinin başa çatması öz-özlüyündə əmək münasibətlərinə xitam verilməsi ilə nəticələnmir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində bunun üçün işəgötürənin müqavilənin bitməsinə azı bir həftə qalmış işçini yazılı qaydada xəbərdar etməsi imperativ şərt kimi müəyyən edilmişdir. Həmin şərtə əməl edilmədikdə isə qanun əmək münasibətlərinin avtomatik hüquqi nəticəsini müəyyən edir. Belə ki, tərəflərdən biri digərini müəyyən edilmiş müddətdə xəbərdar etmədikdə, əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılmış hesab edilir. Hazırkı işdə cavabdeh tərəfindən həmin xəbərdarlıq qanunda nəzərdə tutulmuş müddətdə edilmədiyindən, iddiaçı ilə bağlanmış əmək müqaviləsi qanunun birbaşa göstərişi ilə növbəti 3 ay müddətinə, yəni ##.##.2025-ci il tarixədək uzanmış hesab edilməlidir.
53. Belə ki, Əmək Məcəlləsinin 4-1-ci maddəsində verilən tərifə əsasən, əmək münasibətləri – işəgötürənlə qarşılıqlı razılıq prinsipi əsasında işçi tərəfindən əmək funksiyasının yerinə yetirilməsinə əsaslanan münasibətlərdir. Başqa sözlə, əmək münasibətləri müstəsna olaraq tərəflərin razılığına əsasən yaranır və davam etdirilir. Çünki əmək münasibətləri əmək azadlığı və əmək müqaviləsi azadlığı prinsiplərindən irəli gəlir. Hazırki işdə isə tərəflər könüllü razılıq prinsipi əsasında müddətli əmək müqaviləsi bağlamış, həmin müqavilənin müddətinin bitməsi səbəbindən müqaviləyə xitam veriləcəyi barədə iddiaçıya xəbərdarlıq məktubu göndərilmişdir.
54. Bu səbəbdən cavabdehin ##.##.2025-ci il tarixli əmri ilə əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi qanuni hüquqi nəticə doğurmadığından iddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək əvvəlki vəzifəsinə bərpa edilmiş hesab edilməlidir.
55. Kollegiya nəzərə alır ki, cavabdehin iddiaçı ilə əmək münasibətlərini müqavilənin uzadılmış müddəti başa çatdıqdan sonra davam etdirmək iradəsinin mövcud olduğu müəyyən edilmir. Əksinə, cavabdeh əmək müqaviləsinə məhz müddətin başa çatması əsası ilə xitam vermək niyyətini ifadə etmiş, yalnız həmin hüququ həyata keçirərkən qanunun müəyyən etdiyi prosedur qaydalarını pozmuşdur. Bu baxımdan, qanun pozuntusunun nəticəsi əmək münasibətlərinin qeyri-müəyyən müddətə davam etdirilməsi deyil, yalnız Əmək Məcəlləsinin 73cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulduğu həcmdə, yəni müqavilənin əvvəlki müddəti qədər uzadılmasıdır.
56. Buna görə də iddiaçının məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi barədə tələbi də həmin müddətlə məhdud həcmdə əsaslıdır. Çünki cavabdehin qanunsuz əmri nəticəsində iddiaçı qanunla uzadılmış əmək münasibətləri dövründə əmək funksiyasını yerinə yetirmək imkanından məhrum olmuşdur. Odur ki, iddiaçının məcburi işburaxmaya görə əmək haqqı tələbi qismən təmin edilməli, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək cavabdeh tərəfindən iddiaçıya məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir.
57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin imperativ müddəalarını düzgün tətbiq etməmiş və nəticədə iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir.
58. Buna görə də kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Dövlət Su X25 Su Meliorasiya Xidməti X3 X5 Sistemlərinin Istismarı Idarəsinin ##.##.2025-ci il tarixli ** nömrəli əmri ləğv edilməli, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək əvvəlki vəzifəsinə bərpa edilmiş hesab edilməli, İddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək məcburi iş buraxmaya görə əmək haqqı hesablanıb ödənilməlidir. 59.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi qismən təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh Azərbaycan Dövlət Su X25 Su Meliorasiya Xidməti X3 X5 Sistemlərinin Istismarı Idarəsinin ##.##.2025-ci il tarixli ** nömrəli əmri ləğv edilsin. Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək əvvəlki vəzifəsinə bərpa edilmiş hesab edilsin. Cavabdeh tərəfindən İddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək məcburi işburaxmaya görə əmək haqqı hesablanıb ödənilsin. Iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.